Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-663/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 73, ev 1 N-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 2, mənzil 1-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi ərazisində yerləşən fərdi evinin qarşısında keçmiş əri Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə məişət mübahisəsi zəminində Zərərçəkmiş şəxs üzərinə hücum edib, əlində olan avtomobil açarı ilə qəsdən sonuncun sol gicgah nahiyyəsinə vuraraq əzmiş, dırnaqları ilə sol yanağını cızmış və əli ilə sağ qolunu sıxaraq Zərərçəkmiş şəxs sol gicgah nahiyyəsinin əzilmiş yarası, sol yanağın və sağ bazunun qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadədə bildirmişdir ki, hazırda Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 2, mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Namiklə 2004-cü ildə ailə qurmuş, birgə nikahdan üç övladları var. Əvvəllər münasibətləri yaxşı olmuşdur, lakin sonralar Namiklə aralarında tez-tez mübahisələr yaranmışdır. Mübahisəyə səbəb Nərimanov rayonu, F.Məmmədov küçəsində yerləşən özlərinin evinin satılması və Namikin ailəsi tərəfindən onlara qarşı haqsızlıqlar olmuşdur. Ona görə də Namik aralarında mübahisələr yaranmış, nəticədə ayrılmaq qərarına gəlmişlər. 2018-ci ildə rəsmi olaraq ayrılmışlar. Bir neçə il ayrı yaşamışlar, həmin müddətdə uşaqları da Namiklə yaşamışlar. Əvvəllər Namik də onu bir neçə dəfə döymüşdür. 2022-ci ilin sentyabr ayından etibarən uşaqları ilə birlikdə hazırda yaşadıqları evdə yaşayırlar. Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən iki fərdi evi var. Həmin evləri anası sağ olanda onğa bağışlamış və onun adıma sənədləşdirilmişdir. Son vaxtlar həmin evlərin birini satmaq istədiyi üçün Namiklə aralarında mübahisə olur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə bir nəfər Gülnar adlı müştəriyə evi satmaq üçün evin yaxınlığında yerləşən, eyni zamanda Gülnarın işlətdiyi obyektdə oturub evin satılması ilə bağlı söhbət etdikləri zaman Namik necəsə onun orada olduğunu bilib ora gəlmiş, orada onunla heç bir səbəb olmadan sözlə mübahisə etmiş və sonra da çıxıb getmişdir. Sonra birlikdə yaxınlıqda yerləşən, satmaq istədiyi evə baxmağa gedib orada görmüşdür ki, Namik də həyətin qarşısında dayanıb. Həyətin qarşısında yenə də mübahsə etmişlər və daha sonra həyətə daxil olmuşlar. Həyətdə mübahisə etdikləri zaman Namik onun üstünə gedən zaman o, özünü müdafiə etmək üçün onu itələmişdir. Sonra yenidən həyətdən küçəyə çıxmış və mübahisə orada davam etmişdir. Bu zaman Namiki yumruqla vurmuş və dırnaqları ilə onun sifətini cırmışdır. Lakin əlində açar olmamışdır. Onunla mübahisə edərkən əlində açar olmamış, onu qorxutmaq üçün yerdən daş götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və hadisənin şahidi Gülnar adlı qadın olmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 2, mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Əfsanə ilə 2004-cü ildə ailə qurmuşdur, birgə nikahdan üç övladları var. Əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonralar aralarında tez-tez səbəbsiz mübahisələr yaranmışdır. Ona görə də 2018-ci ildə rəsmi olaraq ayrılmaq qərarına gəlmiş və ayrılmışlar. Bir neçə il ayrı yaşamışlar, həmin müddətdə uşaqları da onunla yaşamışdır. Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində iki evi var, birgə nikahda olduqları müddətdə tikmiş, Əfsanə isə yalandan hər yerdə deyir ki, guya həmin evləri anası sağ olanda ona bağışlamışdır. Əfsanə həmin evləri hazırda kirayə vermişdir. Sonuncu dəfə aralarında yaranmış mübahisəyə səbəb də həmin evlərdən birini satmaq istəməsi olmuşdur. Belə ki, hiss etmişdir ki, Əfsanə həmin evlərdən birini orada kirayədə yaşayan qadına satmaq istəyir. Həmin qadının adını bilməsə də üzdən tanıyır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivinə gedərkən oradakı evinə çatana yaxın bir kafenin qarşısında Əfsanənin avtomobilini görmüş və saxlayıb kafeyə daxil olmuşdur. Orada Əfsanə və həmin qadın oturub söhbət etmişlər. Ona yaxınlaşanda Əfsanə üstünə qışqırıb demişdir ki, “məni niyə güdürsən”, o, isə Əfsanəyə onu güdmədiyini, evlərinə tərəf gedəndə avtomobilini görüb saxladığını bildirmişdirmışdır. Bu zaman aralarında sözlə mabahisə yaranmış və sonra çıxıb evə tərəf getmişdir. Evin qarşısında dayanmış, bir neçə dəqiqə keçdikdən sonra saat təxminən 10 radələrində görmüşdür ki, Əfsanə ilə həmin qadın da gəlir. Orada yenidən aralarında mübahisə yaranmışdır. Sonra həyətə daxil olmuşlar və mübahisələri daha da gərginləşmişdir. O, həyətdən bayıra çıxmış və qapılarının qarşısında Əfsanə üstünə gələrək əlində olan avtomobilinin açarı ilə onun başının sol nahiyyəsinə vurub xəsarət yetirmişdir. Özünü müdafiə etmək üçün onu itələmiş, lakin o, yenidən üstünə gələrək dırnaqları ilə onun sifətini cırmış və yumruqla sağ qoluna vuraraq ona xəsarət yertirmişdir. Yanında olan qadın aralarına girmiş və onları ayırmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. Həmin halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid Şərafəddin qızı öz ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi ərazisində yerləşən “Rəsul Pub” adlı kafeni icarəyə işlədir. Təqsirləndirilən şəxs onun rəfiqəsidir. xx.xx.2023-cü il tarixdə işlətdiyi kafedə olduğu zaman rəfiqəsi Əfsanə həmin kafeyə gəlmiş və onlar Əfsanənin Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən və satmaq istədiyi evə gedib baxmalı olmuşlar, gedənə kimi oturub söhbət etdikləri zaman Əfsanənin keçmiş həyat yoldaşı Namik gəlmiş və Əfsanə ilə aralarında mübahisə düşmüşdür. Bir neçə dəqiqədən sonra Namik çıxıb getmişdir. O, da Əfsanə ilə birlikdə kafedən çıxıb yaxınlıqda yerləşən evə baxmaq üçün getmişlər. Evə çatan zaman Namikin həyətin qarşısında dayandığını görmüşdür. Onlar ora çatan kimi yenidən Namik və Əfsanə arasında mübahisə yaranmış və mübahisə zamanı Namik Əfsanənin üstünə gələn zaman Əfsanə onu itələmiş, sonra onu vurmağa başlamışdır. Əfsanənin əlində açar olduğunu görməmişdir, buna baxmayaraq mübahisə zamanı Əfsanə Namiki əlləri ilə vurmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir, orada başqa heç kim olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2023-cü il tarixli, 555 saylı rəydə göstərilmişdir ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq, aşağıdakı nəticəyə gəlinmişdir:
1. Zərərçəkmiş şəxs bədəni üzərində sol gicgah nahiyyəsinin əzilmiş, sol yanağın və sağ bazunun qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X5” Hüquqi Şəxsə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri istisma olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizədən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müəyyən məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs X1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 90 manat məbləğində vəsait və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36,00 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Zaur Tağıyev