Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-67/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 28 iyul 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Səmədzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq orada olan 4 ədəd ümumi dəyəri 30 manat olan, yəni 7 manat 50 qəpik dəyərində 3 metr uzunluğunda, 2 ədəd ümumilikdə 20 manat dəyərində hər biri 4 metr uzunluğunda, bir ədəd arka formalı 2 manat 50 qəpik dəyərində 50 santimetr uzunluğunda dəmir borular da daxil olmaqla 25 mm-lik diametrli, uzunluqları 2 metrdən 4 metrədək olan ümumilikdə 600 metr uzunluğunda dəmir boruları gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək, 28 iyul 2022-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi “MERCEDES” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna-Maştağa avtomobil yolu ilə hərəkətdə olarkən təbii ehtiyacını ödəmək üçün yolun kənarında avtomobili saxlamış, yolun kənarında atılmış vəziyyətdə olan, sahibsiz dəmir borular diqqətini cəlb etmiş, həmin paslı dəmir boruların sahibsiz olduğunu görüb və heç kimə məxsus olmadığını fikirləşib həmin dəmir boruları avtomobilin yük yerinə qoyaraq yaxınlıqda olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində metal qəbulu məntəqəsində Vüsal adlı şəxsə 25 manata satmışdır. Vüsal ondan həmin boruların oğurluq olmasını soruşduqda həmin dəmir boruların oğurluq olmadığını, yolun kənarından götürdüyünü bildirmişdir. Həmçinin həmin şəxsə əgər bununla bağlı hər hansı şübhə yaranarsa avtomobilin şəklini və şəxsiyyət vəsiqəsinin də şəklini çəkməyi, həmçinin mobil telefon nömrəsini də qeyd etməyini təklif etmişdir. O, video çəkilişlə dəmir boruları ondan qəbul etmişdir. Bundan sonra yaşadığı evə getmişdir. Yolun kənarından götürdüyü dəmir boru təqribən 20-25-lik olmaqla 4 ədəd olmuş, üçünün uzunluğu təqribən 3 metr, digəri isə arka formalı olmaqla uzunluğu isə 50 santimetr olmuşdur. Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə verdiyi izahatında göstərdiyi xüsusatları inkar etdiyini, həmin izahatı Xəzər RPİ-nin 2-ci Polis əməkdaşlarının ona göstərdiyi psixi altında vermiş, onların təkidi ilə onların dediyi kimi izahatını yazmışdır. Polis əməkdaşları ona qarşı qərəzli mövqe tutmuş və bu hadisəni yaratmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, boruları küçədən götürmüş, onun maşınına 600 metrlik boru yerləşmir. O, götürdüyü 4 ədəd boruları metal qəbuluna aparmış, orada, birdən boruların oğurluq olar, bildirilmiş və götürmək istəməmişlər. Daha sonra o, oğurluq olmadığının təminatı kimi öz şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsə təqdim etmiş və maşınının video görüntüsünə icazə vermişdir. Daha sonra bildirmişdir ki, ibtidai istintaq zamanı təziq altında olmuş, 2-ci bölmədə onu iki əməliyyatçı döymüş, sinəsinə vurmuşlar. Boruları küçədən -yolun kənarından götürmüşdür. Boruları iyun ayının 28-si saat 17-18 radələrində götürmüşdür. Orada 3 ədəd 2 metrlik boru olmuş, həmin yerdə bir qədər (30 dəqiqə) gözləmiş, lakin heç kim gəlmədiyinə görə boruları metal qəbuluna gətirmişdir. Bu hadisədən 3 ay əvvəl yoldan saxlatdırdığı “Zil” markalı maşınla, öz həyətindən xırda dəmir ştıqları yığaraq gətirmiş və metal qəbul edən Şahid satmışdır. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, oğurluq hadisəsinin olması ilə bağlı üç gün arxa-arxaya DİN 102 xidmətinə və sahə müvəkkili Ruziyə zəng etmişdir. Yaxınlıqda işləyən gözətçi ona demişdir ki, axşam saatlarında qara maşın gəlir və bir daha gələn zaman o, sahə müvəkkilini çağırmışdır. O, oğurluqdan əvvəl bağa mütəmadi olaraq gəlmişdir. İlk dəfə 50% boru oğurlanmış, ikinci dəfə gedən zaman parnikin dirəklərinin oğurlandığını, daha sonra isə hissə -hissə yenə oğurluq hadisəsinin olduğunu görmüşdür. Sahə müvəkkili hadisə yerinə gec gəlmişdir. Qapının açarı da olmuş, lakin oğurluq hadisəsini törədən şəxs hasardan düşərək əraziyə daxil olmuşdur. Daha sonra sahə müvəkkili ona zəng edərək borularını görsə tanıya biləcəyini soruşmuş, o isə tanıya biləcəyini bildirmişdir. Bundan sonra sahə müvəkkili metal qəbulu məntəqəsinin ünvanını demiş və ora gedərək 4 ədəd borunu tapmışdır. Daha sonra sahə müvəkkili boruları oğurlayan şəxsi ona göstərmişdir. Borular əvvəllər işlətidiyi istixananın dəmirləri olmuş və uzunluqları 3-4 metr olmaqla, ümumilikdə 600 metr olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Hadisə ilə bağlı bildirmişdir ki, yay aylarında olmuş, Təqsirləndirilən şəxs qara maşınla olmuş, Təqsirləndirilən şəxs gətirdiyi 4 boru olmuş, lakin dəqiq xatırlamır. Həmin boruları verərkən Təqsirləndirilən şəxs həyətindən gətirdiyini bildirmişdir. Boruları 22-23 manata almışdır. O, Təqsirləndirilən şəxs həmin gün istifadəsində olan maşının video görüntüsünü çəkmişdir. Daha sonra əlavə etmişdir ki, o, bir ildir ki, bu işlə məşğuldur və VOEN-i var. O, işçidir. Həmin yerdə kamera görüntüsü var. Əvvəllər Kamrandan başqa oxşar boru qəbul etməmişdir. Borular polis idarəsindədir. Təqsirləndirilən şəxs demişdir ki, onun üzərində sənədi yoxdur, maşının nömrəsi var, maşınının şəklini çəkə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun tanıdığı şəxsdir, Təqsirləndirilən şəxs ona əvvəllər “Zil” maşınında ev söküntüləri gətirmiş, sonuncu dəfə hadisədən 3 ay əvvəl 10 sm-lik “ştıklar”, “armatur” parçaları gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş sahə rəisi X2 ifadəsində göstərmişdir ki, hazrki iş üzrə oğurluq faktı barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, hadisə araşdırılmış və dəmir yığan şəxslər hazırki iş üzrə boruları gətirən avtomaşını tanımışlar. Daha sonra bildirmişdir ki, cinayət hadisəsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra onlar əməliyyat qrupu yaratmışlar və cinayət törətmiş şəxsi axtarmağa başlamışlar. Əvvəl o, Təqsirləndirilən şəxs dəvət olunduğunu, daha sonra gətirildiyini, daha sonra dəqiq xatırlamadığını bildirdi. Vətəndaş məlumat verdikdən sonra əməliyyat qrupu yaradılır, bu iş üzrə həmin qrupun iştirakçılarından biri də o, olmuşdur. O, Təqsirləndirilən şəxs zəng etmədiyini, onun nömrəsini bilmədiyini, vətəndaşın kimliyi məlum olduqdan sonra onu gətirilməsi ilə bağlı tədbirlər keçirilmiş, lakin Təqsirləndirilən şəxs hansı şəkildə bölməyə gəlməsi, onun dəvət olunması yadında deyildir. Hadisə onun ərazisində baş vermiş, lakin Təqsirləndirilən şəxs başqa ərazidə yaşamışdır. Zərərçəkmiş şəxs ondan və müstəntiqdən daimi işinin nə yerdə olmasını soruşmuşdur. Ərazinin qorunması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, vətəndaşın yerinin müəyyən olunması, tapılması, tapılmayacağı təqdirdə götürüb gətirilməsi ilə bağlı müəyyən tədbirlə keçirirlər. Oğurluq hadisəsi törədilmiş ərazi nəzarətə götürməmişlər. Belə ki, ərazini nəzarətə götürmək imkanları yoxdur. Təqsirləndirilən şəxs izahatı təhqiqatçı almışdır. O, Təqsirləndirilən şəxs izahat almamışdır. Təqsirləndirilən şəxs öz izahatında bildirdi ki, dəmir boruları həyətin içində gəzərkən götürmüşdür. O, heç kimi dindirməyib. Təqsirləndirilən şəxs boruları maşınla gətirib, deyəsən bir dəfə gətirib, lakin Şahid əvvəl sənədi olmadığına görə götürmək istəməmişdir. Zərərçəkmiş şəxsin boruları həyətində olmuşdur. Kriminalistlər işə cəlb olunmuş, lakin cavabını bilmir. Belə ki, nəticə müstəntiqə göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma cinayətinin tərkib ələmətlərinin mövcud olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, 02 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindəm imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31 avqust 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı müəyyən edildi ki, 28 iyul 2022-ci il tarixdə axşam saatlarında Şahid Təqsirləndirilən şəxs “şəklini çəkim, sonra problem yaranmasın” deyərək Təqsirləndirilən şəxs metal qəbul edir, Təqsirləndirilən şəxs “Mercedes” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 4 ədəd dəmir boruları götürərək metal qəbul məntəqəsinə verir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 9/7360 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş boruların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 30,00 manat müəyyən edilir. Həmin malların ayrıaydın deyil ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının CPM-nin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasının, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasının müəyyənləşdirilməsindən ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsinin, yəni cinayət əməlinin tərkib əlamətlərinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin mənasından görünür ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğuluq, yəni özgənin əmlakını gizli olaraq talama törədildikdə həmin cinayətin təkibini yaradır. Həmin maddənin qeyd hissəsinə görə 177.2.1-277.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Səmədzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq orada olan 4 ədəd ümumi dəyəri 30 manat olan, yəni 7 manat 50 qəpik dəyərində 3 metr uzunluğunda, 2 ədəd ümumilikdə 20 manat dəyərində hər biri 4 metr uzunluğunda, bir ədəd arka formalı 2 manat 50 qəpik dəyərində 50 santimetr uzunluğunda dəmir borular da daxil olmaqla 25 mm-lik diametrli, uzunluqları 2 metrdən 4 metrədək olan ümumilikdə 600 metr uzunluğunda dəmir boruları gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə tərəfindən işin halları ilə bağlı mövcud sübutlara qiymət verilərkən əldə edilmiş nəticələrə və işin faktiki halları ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs yalnız 4 ədəd dəmir boruları götürərək metal qəbul məntəqəsinə vermişdir. Dəyəri 1500 manat təşkil edən 600 metr uzunluğunda dəmir boruların təqsirləndirilən şəxs tərəfindən götürməsi, qeyd olunan boruların hansı vasitə ilə və hara daşıması məhkəmə istintaqında sübuta yetirilməmiş və öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, mövcud əmək qanunvericiliyinə, digər normativ sənədlərə və işçilərin vəzifə təlimatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi mövcud deyil. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırda digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd 3 metr, 2 ədəd 4 metr, bir ədəd 50 santimetr uzunluğunda dəmir borular Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50,00 (əlli) manat ekspertiza xərci Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə inzibati xətanın tərkibinin əlamətləri olunduğundan Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyətin əsaslarının olub-olmamsının araşdırılması məqsədi ilə müvafiq materiallar Bakı şəhəri Xəzər rayon Prokurorluğuna göndərilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Nizami Həmidov barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırda digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan 01 ədəd 3 metr, 2 ədəd 4 metr, bir ədəd 50 santimetr uzunluğunda dəmir borular Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə inzibati xətanın tərkibinin əlamətləri olunduğundan Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyətin əsaslarının olub-olmamsının araşdırılması məqsədi ilə müvafiq materiallar Bakı şəhəri Xəzər rayon Prokurorluğuna göndərilsin. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Nizami Həmidov barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-67/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-67/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver