Məhkəmə qərarları › İş №1(003)-67/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-67/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-67/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Cəlilabad rayonunda doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Təklə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, Bakıxanov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivi, Bakıxanov küçəsində inşa edilmiş fərdi yaşayış evinin qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərin gözü qarşısında aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yaxasından tutaraq onu yerə yıxmış, sonuncunun yerdən qalxdığını görüb bir dəfə yumruq zərbəsi endirərək, ona alt çənədə birinci ön kəsici dişin orta ikidə biri səviyyəsindən posttravmatik qırılması ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər xəsarətləri yetirmiş bundan sonra istənilən narazılığı zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirib, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmişin şəxsiyyətinin fövqündə qoyub, sonuncuya məxsus Lexus” markalı ** ON *** nömrəli avtomobilin saxlanc yerini əli ilə digər ehtiyat hissələrini silah qismində istifadə olunan daş parçası ilə zədələyib, zərəçəkmiş Zərərçəkmiş şəxs 1860 manat dəyərində maddi ziyan vurmaqla xuliqanlıq cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, təxminən 2014-cü ildə Xəzər rayonu Bolluq yeni yaşayış sahəsində 0,06 ha torpaq sahəsi almış və torpaq sahəsini 7-8-daş hasara alıb, taxta qapı qoymuşdur. Torpaq sahəsini 2014-cü ildə Xəzər rayonu, Qala bələdiyyəsindən almışdır. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində torpaq sahəsinə dostu Elşən ilə baxış keçirmək üçün getmiş, torpaq sahəsinə daxil olan zaman hasarının uçurulması və həmin yerdə ağac əkilməsinin şahidi olmuşdur. Bundan sonra məsələni aydınlaşdırmaq üçün Ramili çağırmışdır. Ramil tərəfindən iki nəfər başqa şəxs də gəlmişdir. Həmin şəxslərdən biri Ramilin atası Böyükağa digəri isə oğlu Rəvan olmuşdur. Onlardan hansı səbəbə torpaq sahəsini zəbt etdiyini və hasarını sökdüyünü soruşmuşdur. Ramil yaxşı etdiyini bildirib, torpaq sahəsinin ona məxsus olduğunu bildirdib, ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra heç bir əsas və səbəb olmadan Ramil onun yaxasından tutub yerə yıxmışdır. O, ayağa qalxan kimi Ramil üz nahiyəsinə yumruqla zərbəsi endirmiş, və onun yanında gələn iki nəfər şəxslərdə ona qoşularaq torpağından qovmaq üçün itələyərək həmin yerdən çıxartmışlar. Bundan sonra özünə məxsus “Lexus” markalı ** ON *** nömrəli avtomobilə yaxınlaşıb, Samsung A10-markalı telefonunu götürüb, polisə məlumat vermək isdəyən zaman Ramil ona yaxınlaşaraq maşınının saxlanc yerini sındırmış və Samsung A10-markalı telefonunu əlindən alaraq, cibinə qoymuşdur. Tanışı Elşən bir necə dəqiqədən sonra Ramilə yaxınlaşıb xahiş edərək, telefonu geri alıb ona qaytarmışdır. Həyatı təhlükədə olduğuna görə idarə etdiyi “Lexsus” markalı maşına Elşən ilə əyləşib getmək isdəyən zaman onlardan Ramil daş parçası ataraq avtomobili zədələmişdir. Həmin yerdən uzaqlaşaraq, birbaşa Xəzər RPİ-nin 3-cü PŞ-nə gəlmiş və ərizə ilə müraciət etmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Bolluq yaşayış massivində ona məxsus torpaq sahəsində və torpaq sahəsinin yerləşdiyi küçədə baş vermişdir. Torpaq sahəsinə gələrək, orada ağac əkildiyini və qonşusu Ramilin həyətindən hasar sökülərək onun torpaq sahəsinə yol açılıb qapı qoyulduğunu görməsi buna aydınlıq gətirmək üçün Ramilin yaşadığı evə yaxınlaşıb çağırması, Ramilin evdən atası və oğlu ilə çıxaxaraq yaxşı etdiyini bildirməsi mübahisəyə səbəb olmuşdur. Münaqişə zamanı Ramil onu döymüş və avtomobilinə 1860 manat ziyan vurmuşdur. Hasarın uçurulması elə bir qiymətli olmadığına görə maddi ziyan dəyməmişdir. Avtomobilini özü düzəltdirmişdir. Bədəni üzərində aşkar edilmiş sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin qançırı kimi xəsarətlər Ramilin onu döyməsi nəticəsində əmələ gəlmişdir. Hadisə təxminən 20 dəqiqə davam eləmişŞ hadisə yerində olan heç kəsə xəsarət yetirməmişdir. Hadisə zamanı tanımadığı 1-2 nəfər şəxs hadisəyə kənardan baxıb şahidi olmuşdur. Təqsirləndirilən şəxs 102 xidmətinə hədələnməyi və döyülməsi barədə verdiyi məlumat yalnışdır, elə bir hal olmayıb, ümumiyyətlə onun Ramili vurmağı və ya hər hansı şəraitdə xəsarət yetirməyim mümkün deyil. Onu yalnız Kərim döydüyünü atası Böyükağanın və oğlu Rəvanın torpaq sahəsindən çıxartdığını bildirmişdir. Ramilin zəbt etdiyini iddia etdiyi torpaq sahəsinə aid heç bir sənədi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Şahid2 babası, Təqsirləndirilən şəxs isə atasıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavətləri olmayıb. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə yatmışdır. Həmin tarixdə saat 12 radələrində küçədə səs-küy eşidib qapıya çıxmışdır. Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında babası Böyükağa ilə kobud danışmışdır. Belə ki, Azər özünə aid olmayan torpaq sahəsində ağac əkməyini kobud şəkildə babasına irad bildirmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən atası Təqsirləndirilən şəxs məsələyə müdaxilə eləmiş və babası Böyükağa ilə kobud danışmamağı tələb eləmişdir. Buna baxmayaraq o atası Ramil ilə də kobud danışmışdır. Bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Azər atası Ramili vurmaq istəmişdir. Həmin vaxt Ramil özünü müdafiə etmək üçün onu yumruqla vurmuşdur. Babası və özü çətinlikllədə olsa onları ayırmışır. Hadisə zamanı səs-küy olmuş və bir neçə qonşu yığılmışdır. Konkret olaraq atası Ramilə heç kəs xəsarət yetirməyib, Ramilin dişi protezdir, öz ehtiyatsızlığından sınıb. Zərərçəkmiş şəxs vurub xəsarət yetirməyib. Atası Ramil olan yerdə o heç vaxt dava eləməz, bundan başqa atası Ramil idmançıdır, onun köməyinə ehtiyac yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Rəvan nəvəsi, Ramil isə oğludur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavətləri olmayıb. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüş və qapıya çıxmışdır. Qapını döyən Azər idi. Zərərçəkmiş şəxs ona aid olmayan torpaq sahəsində ağac əkdikləri üçün öz iradlarını bildirmiş və ünvanına nalayiq ifadələr işlətmişdi. Həmin vaxt səs-küyə oğlu Ramil çıxmış və Azərin onunla kobud danışdığının şahidi olmuşdur. Ramil bu səbəbdən əsəbləşib, ona öz iradlarını bildirmiş və Azərdən getməsini tələb eləmişdir. Lakin buna baxmayaraq o getməmiş və münaqişə yaratmışdır. Azər oğlu Ramili vurmaq istəyəndə, Ramil özünü müdafiə etmək üçün yumruqla bir dəfə onu vurmuşdur. Nəvəsi Rəvan onu ayırmışdır. Azərin yanında bir nəfər şəxsdə olmuşdur. Dava-dalaş hadisəsinə müdaxilə etməmiş və ayırmağa çalışmışdır. Münaqişə təxminən 10 dəqiqə davam eləmiş, hadisə yerinə qonşular da çıxmışdır. Konkret olaraq Ramilə heç kəs xəsarət yetirməyib. Ramilin dişi protezdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Zərərçəkmiş şəxs tanışıdır. Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs və onun ailəsini tanımır, aralarında heç bir ədavətləri və düşmənçiyi yoxdur. Zərərçəkmiş şəxs ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Bolluq yaşayış massivində olan torpaq sahəsinə Azərə məxsus “Lexus” markalı ** ON *** nömrəli avtomobil ilə baş çəkmək üçün getmişdir. Azər həmin vaxt ona məxsus torpaq sahəsinin bir hissəsində ağac əkildiyini bildirmişdir. Həmin ağacı Ramilin və ya ailə üzvlərinin əkməsindən şübhələndiyi üçün maraqlanmaq məqsədi ilə onların qapısını döymüş və hansı səbəbə ona məxsus torpaq sahəsində icazəsiz olaraq ağac əkildiyini soruşmuşdur. Azər ona məxsus torpaq sahəsində ağac əkilməsini Böyükağaya irad bildirmiş və ağacları çıxartmasını tələb eləmişdir. Həmin vaxt Ramil və oğlu Rəvan da fərdi yaşayış evinin qarşısına çıxmışdır. Ramil torpaq sahəsinin Azərə məxsus olmadığını kobud şəkildə bildirib, getməsini tələb eləmişdir. Bu səbəbdən onların arasında mübahisə başlamışdır. Mübahisə zəmnində Ramil əvvəlcə Azəri yerə yıxmışdır. Onları aralamaq istəsədə buna nail ola bilməmişdir. Azər yerdən duran kimi Ramil onun üz nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Ramilin ailə üzvləri yəni atası Böyükağa və oğlu Rəvan itələyəitələyə Azəri oradan uzaqlaşdırmışdır. Azər özünə məxsus avtomobilə yaxınlaşıb mobil telefonu götürən zaman Ramil onun polisə zəng vurduğunu başa düşüb telefonu onun əlindən almış və yumruqla maşının saxlanc yerini sındırmışdır. Ramilə yaxınlaşıb etdiyi hərəkətin düzgün olmadığını bildirib və telefonu geri istəmişdir. Ramil isə etiraz etməyib telefonu qaytarıb yenidən getməyini tələb eləmişdir. Azər və bundan sonra maşına əyləşib həmin yerdən uzaqlaşmaq istəyəndə Ramil daş parçasını maşın istiqamətində ataraq bir neçə ehtiyat hissəsini sındırmışdır. Biz həmin yerdən uzaqlaşıb birbaşa Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə yaxınlaşmış və baş vermiş haisə ilə bağlı Azər müraciət etmişdir. Mübahisə zamanı heç kəs ona xəsarət yetirməyib. Ramil əvvəlcə Azəri yerə yıxmış, daha sonra yerdən qalxdığını görüb yumuqla bir dəfə onun üz nahiyyəsindən zərbə endirmişdir. Bundan sonra maşına yaxınlaşaraq telefonunu götürən Azərin polisə zəng vurduğunu görən Ramil əvvəlcə saxlanc yerini sındırmış, daha sonra isə telefonu əlindən almışdır. Telefonu onun xahişi ilə qaytarandan sonra oradan Azərə məxsus avtomobil ilə uzaqlaşmaq istəyəndə Ramil bir neçə daş parçasını maşın istiqamətinə ataraq maşını zədələmişdir. Ramilin ailə üzvləri yəni atası Böyükağa və oğlu Rəvan onun tanışı Azəri döyməsələrdə itələyərək torpaq sahəsindən qovublar. Mübahisə təxminən 15-20 dəqiqə davam eləmiş, Ramil səs-küy salaraq, Azərin ünvanına nalayiq ifadələr işlətmiş, onu döymüş və avtomobilinə xəsarət yetirmiş, kənardan 1-2 nəfərin olmasını görsədə heç kəsi tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs qonşusudur. Onunla və ailəsi ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs tanımır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Bolluq yaşayış massivində yaşadığı evdə olan zaman həyətdən səs-küy eşitmiş və həyətə çıxmışdır. Mən artıq həyətə çıxanda Azər özünə məxsus avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışdır. Dava-dalaş hadisəsinin şahidi olmasamda səs-küy eşidib həyətə çıxmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 226 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin qançırı küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 227 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Böuyükağa oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt çənədə birinci ön kəsici dişin orta ikidə biri səviyyəsindən posttravmatik qırılması küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmnayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara. Qeyd olunan xəsarətin xaeakterinə və lokazasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət müxtəlif şəraitdə törənə bilər. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci ildə Cəlilabad rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq istintaqa təmin edilməsi üçün axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində saxlanılaraq, Xəzər RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən xx.xx.2023-cü il tarixdə təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar