Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-67/2025 19.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki uşağı olan, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 61,561 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyaraq həmin bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə hissələrə bölüb tərkiblərinə görə eyni olmaqla cəmi təmiz çəkisi 41,547 qram olan xeyli miqdarda hissəsini, hər birini ayrıayrılıqda təmiz çəkiləri 9,876 qram, 5,960 qram, 10,435 qram, 5,187 qram və 10,089 qram olmaqla 05 ədəd şəffaf sellofana büküb qablaşdırmaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan ərazidə nömrəsiz fərdi yaşayış evinin həyətindəki yay mətbəxində çarpayının üzərində olan yastığın altında gizlədərək satış məqsədilə saxlamış, qalan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi, 20,014 qram xeyli miqdarda olan hissəsini 01 ədəd şəffaf sellofan bükümdə qablaşdırıb üzərində gəzdirərək əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində saxlamaqla 03 iyun 2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına kimi daşımış, həmin gün orada saat 18:15-də piyada hərəkət edən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq həmin idarənin yerləşdiyi ünvan 3 ünvanındakı inzibatı binaya gətirilmiş, həmin gün orada saat 20 radələrində xidməti otaqda dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən satış məqsədilə üzərində gizlədib saxladığı həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 20,014 qram olan hissəsi 01 ədəd şəffaf sellofana bükülmüş halda əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində xeyli miqdarda aşkar edilməklə Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 21:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə onun və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılaraq baxış keçirilərkən Təqsirləndirilən şəxs evinin həyətindəki yay mətbəxinin içərisində olan çarpayının üzərindəki yastığın altında gizlədərək satış məqsədilə saxladığı həmin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qalan cəmi təmiz çəkisi 41,547 qram olan xeyli miqdarda hissəsi Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 20,014 qram olan qurudulmuş marixuana ilə eyni tərkibli olan hər birinin ayrıayrılıqda təmiz çəkisi 9,876 qram; 5,960 qram; 10,435 qram; 5,187 qram və 10,089 qram olmaqla 05 ədəd şəffaf sellofana bükülüb qablaşdırılmış halda aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitədən uzun müddətdir ki, istifadə edir. Təxminən 10 gündür ki, instaqram sosial şəbəkəsi ilə tanış olduğu, adını və hesabını xatırlamadığı “Baba” adlı şəxslə əlaqə saxlamış, həmin şəxsdən narkotik vasitə almaq qərarına gəlmiş və “Whatsapp” sosial şəbəkəsində istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi hesabdan həmin şəxsin xatırlamadığı xarici operatora məxsus mobil nömrəsi ilə əlaqə saxlayaraq narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini bildirmiş, həmin şəxslə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayaraq kart nömrəsi demiş və yaşadığı ünvanın yaxınlığında olan adını xatırlamadığı marketdə olan milliön aparatı vasitəsilə həmin şəxsin ona mobil telefonda dediyi xatırlamadığı kart hesabına 500 manat pul göndərmişdir. Ardınca həmin şəxs ona 2-3 saat sonra Xəzər rayonu, Mərdəkan şossesində yerləşən “Azpetrol” YDM-nin arxasında olan boş ərazidən götürə biləcəyini demişdir. 27 may 2024cü il tarixdə axşam saatlarında “Baba” adlı şəxsin ona dediyi ünvana gedərək orada daşın arxa hissəsinə qoyulmuş bir ədəd şəffaf sellofan torbanı açmış və içərisindəki 6 ədəd bükümü götürərək yaşadığı ünvana tərəf getmişdir. Yaşadığı Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsi, 2-ci sahə adlanan küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində olan 1 otaqdan ibarət tikilinin içərisindəki çarpayının üzərində olan yastığı qaldıraraq 6 ədəd bükümü ora qoymuş, 6-bükümdən 1 ədədini açaraq içərisindən bir az qurudulmuş marixuana götürüb tək istifadə etmiş və qalıq qalmış bir parça qurudulmuş marixuananı da bükümlərin yanına qoymuşdur. 03 iyun 2024-cü il tarixdə saat 18 radələrində evdən çıxan zaman zaman açıb istifadə etdiyi bükümü çöldə istifadə etmək məqsədilə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuş, təxminən saat 18:15-də yaşadığı ünvanın yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Polis əməkdaşlarının dəvətinə etiraz etməyərək onlarla birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, polis baş idarəsində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona izah edilmişdir ki, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılacaqdır. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bundan sonra o əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə “nəşə” olduğunu bildirmiş və onu şəxsi istifadəsi üçün onlayn üsul ilə almağını demişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung Galaxy A24” markalı mobil telefon və yaşadığı ünvana məxsus açar aşkar edilmişdir. Açar ona geri qaytarılsa da mobil telefon götürülmüşdür. Bundan başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 23 qram olması müəyyən edilmişdir, daha sonra bir ədəd büküm içərisi boş olan kağız zərfə qoyulmuş, tərəfindən imza edilərək üzəri möhürlənmişdir. Ardınca “Baba” adlı şəxsdən 500 manat qarşılığında aldığı narkotik vasitənin bir qisminin də yaşadığı evdə olmasını bildirmiş, təhqiqatçı yaşadığı ünvana baxış keçirilməsi zərurəti olduğunu bildirdikdə o etiraz etməmiş və saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə getmişlər və evin həyətinə daxil olduqda evin həyətində olan 1 otaqdan ibarət yay mətbəxinin içərisindəki çarpayının üzərində olan yastığın altından 5 ədəd bükümdə və 1 ədəd açıq şəkildə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir, təhqiqatçı tərəfindən bükümlərə baxış keçirilmiş və 1 ədəd açıq şəkildə olan qurudulmuş marixuana bükümlərdən birinin içərisinə qoyulduqdan sonra bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin 55 qram olmasını müəyyən edildikdən sonra bükümlər içərisi boş olan kağız zərfə qoyulmuşdur, tərəfindən imza edilərək üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ***-***-**-** mobil nömrəsi ona məxsusdur və həmin mobil nömrəni “Whatsapp” tətbiqi vasitəsində istifadə edir. Özü 8-9 aydır ki narkotik vasitə istifadə edir, əsasən narkotik vasitə sayılan qurudulmuş marixuana istifadə etsə də, bəzən narkotik vasitə heroin də istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 5-6 aydır ki xatırlamadığı, narkotik vasitə istifadəçisi olan tanışı vasitəsi ilə tanımışdır və ondan bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroin almışdır. Sonuncu dəfə 21 may 2024-cü il tarixdə Səmədlə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayaraq 10 manat pul qarşılığında narkotik vasitə sayılan “kakos” istəmiş, Səmədə pulu xatırlamadığı kart hesabına göndərdikdən sonra Səməd ona “Whatsapp” tətbiqində zəng edərək narkotik vasitə “kakos”-un qoyulduğu ünvanı demiş və həmin tarixdə axşam saatlarında həmin narkotik vasitəni Səmədin bildirdiyi yerdən narkotik vasitəni götürüb tək istifadə etmişdir, daha sonra isə Səmədlə əlaqə saxlamamışdır. Narkotik vasitədən mütəmadi istifadə etmir, 1-2 aydan bir istifadə edir, sonuncu dəfə isə Səməddən aldığı narkotik vasitə “kakos”u istifadə etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, o və DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu yaradıldıqdan sonra o və Şahid2 əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə getmişlər. 03 iyun 2024-cü il tarixdə saat 18:15-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmışlar, o və Şahid2 özlərini təqdim edib polis əməkdaşları olduğuqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamışlar. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər, sonuncu da buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına apararaq barəsində araşdırma aparılması üçün DİNin BNMİ-nin təhqiqatçısı, polis mayoru Anar Aslanova təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə “nəşə” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əynində olan həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon və yaşadığı evə məxsus açar aşkar olunmuş, başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirildikdə içərisində yaşıl rəngli otşəkilli maddənin olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisinin 23 qram olması müəyyən edilmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm içərisi boş olan zərfə qoyularaq qabalaşdırılmışdır, daha sonra iştirakçıları tərəfindən imzalanaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunan bükümü “Baba” adlı şəxsdən onlayn üsul ilə 500 manata almış, bundan başqa aldığı narkotik vasitədən yaşadığı ünvanda da saxlamışdır. Ardınca təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan fərdi yaşayış evinə getmişlər, yenidən videoçəkilişdən istifadə edilməklə evə baxış keçirilməsi başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yay mətbəxinin içərisindəki çarpayının üzərində olan yastığı qaldıraraq orada olan 5 ədəd büküm və bir ədəd açıq şəkildə olan yaşıl rəngli maddələri təqdim etmiş, daha sonra təhqiqatçı açıq şəkildə olan kütləni bükümlərdən birinin içərisinə qarışdırmış, təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilərək tərəzi vasitəsilə ölçülmüş və ümumi çəkilərinin 55 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Ardınca Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilsə də, qanunsuz əşya və predmet aşkar edilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş X11 və Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiklərini təsdiqləmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. 03 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə DİN-in BNMİ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddə, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, aşkar edilmiş büküm ölçülərək çəkisinin 23 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD-R disk protokola əlavə edilmişdir. 03 iyun 2024-cü il tarixli “evə baxış və götürmə aparılması haqqında” protokolun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlıınun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci sahə adlanan ərazidə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evin həyətində olan yay mətbəxindəki çarpayının üzərindəki yastığın altından 05 ədəd büküm aşkar edilərək götürülmüş, aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsilə ölçülərək çəkisinin 55 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD-R disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD- R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 20,014 qram qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman həmin ünvanın həyəyində olan yay mətbəxindəki çarpayının üzərindəki yastığın altından 05 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 41,547 qram qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 7/903 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 20,014 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlələr....” yazı və imzalar olan zərfdə (beş) ədəd şəffaf sellofanda hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 9,876 qr, 5,960 qr, 10,435 qr, 5,187 qram və 10,089 olmaqla, ümumi çəkisi 41,547 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir-qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X16 Ambulator X1 13 iyun 2024-cü il tarixli, 4244 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Təqsirləndirilən şəxs istifadəsində olan içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan “Samsung Galaxy A24” markalı mobil telefondakı ismarıclara, “Whatsapp” sosial şəbəkəsində olan sms mətnlərinə baxış keçirilmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatlar müəyyən edilmiş, bu barədə protokol tərtib edilmişdir. 04 iyun 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və "Samsung Galaxy A24" markalı mobil telefon iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi -61,561 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 61,261 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd «CD» disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd «CD» disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki uşağı var - xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində həmin gün “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən yayındığına və qaçıb gizləndiyinə görə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilərək onun axtarışı elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşıması özünün səmimi etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar törətdiyi cinayət əməlini etiraf etməsi, ilk dəfə cinayət əməlini törətməsi və himayəsində biri azyaşlı olmaqla iki uşağının olmasıdır, CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 18 dekabr 2025-cı il tarixdən hesablanmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqat zamanı sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 61,261 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "Samsung Galaxy A24" markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli, iki ədəd CD diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 6 saata görə 66 (altmış altı) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 2 saata görə 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlandığı müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 18 dekabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan 61,261 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, "Samsung Galaxy A24" markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, iki ədəd CD diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 6 saata görə 66 (altmış altı) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 2 saata görə 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(003)-67/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-67/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver