Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-678/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, 24 may 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən icarəyə götürdüyü köşkdə orada satıcı kimi işləyən Zərərçəkmiş şəxs ticarət etdiyi zaman hesab dövriyyəsində əskiklik olması ilə təqsirli hesab edib onun sifət nahiyyəsinə yumruq və şillə ilə zərbələr vurub ona sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin qançırı, sağ saidin sıyrıqları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2 aydır ki, tanıyır. İlk əvvəl İslam onun icarəyə götürdüyü Xəzər rayonu, Binə qəsəbəsində yerləşən köşkdə işləyirdi, daha sonra təxminən 1 ay əvvəl Mərdəkan qəsəbəsində icarəyə götürdüyü köşkə gecə növbəsində işləməsi üçün ona müraciət etmiş və Təqsirləndirilən şəxs buna razılıq vermişdir. Zərərçəkmiş şəxs əvvəllər də köşkdən xırda siqaret, su götürüb ona bildirməmişdir. Əvvəllər bu faktlara görə ona irad bildirmiş o da xəstə anasının olmasını, atasının az maaş almasını evi dolandıra bilməyəcəyini deyib ondan işi davam etdirməyinə şərait yaratmağını xahiş etmişdir. Sonuncu dəfə 23 may 2024-cü il tarixdə axşam saatlarında o Mərdəkan qəsəbəsində yerləşən köşkə gəlmiş, hesab apardıqda hesabda əskik kəsrin gəldiyini müəyyən etmişdir. Bu barədə hər iki növbədə işləyən şəxslərə bildirmişdir ki, aylıq 732 manat hesabda kəsri var. 24 may 2024-cü il tarixdə köşkün içərisində olan videomüşahidə kamerasına baxdıqda Zərərçəkmiş şəxs 1 gündə 3-4 saat ərzində köşkün içərisindən ayrı-ayrı vaxtlarda 60 manat nağd pul, 8 manat da əlavə yemək və su götürdüyünü aşkar etmişdir. Mobil telefonla İslama zəng edərək taksi ilə köşkə gəlməsini bildirmişdir. Təxminən 1 saatdan sonra İslam köşkə gəlmiş və ondan kəsrin səbəblərini soruşmuşdur. Ondan birdən nədənsə çəkinib nəyisə gizlətməyini soruşduqda Zərərçəkmiş şəxs bildirmişdir ki, sırağagün axşam kassadan nağd şəkildə 50 manat pul götürmüşdür. Bu zaman o əsəblərini cilovlaya bilməyərək şillə və yumruqla ona sifət nahiyyəsindən xəsarət yetirmişdir. Köşkdə olan digər satıcı Murad bu zaman mübahisəni soyutmağa çalışmışdır. Daha sonra Zərərçəkmiş şəxs köşkü tərk edib oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 aya yaxındır ki, tanıyır və Əmrahın Binə qəsəbəsində yerləşən icarəyə götürdüyü köşkdə gecə növbəsində satıcı işləyirmiş. Təxminən 1 aya yaxın idi ki, Mərdəkan qəsəbəsində yerləşən köşkdə işləməyə başlamışdır. 24 may 2024-cü il tarixdə səhər saatlarında işdən evə gəldikdən sonra, təxminən saat 08:00 radələrində Əmrah ona zəng edərək hesabda kəsrin olduğunu telefonda bildirib, onu köşkə dəvət etmişdir. Zərərçəkmiş şəxs taksi ilə ora getmiş, ora çatdıqda Əmrah ondan 1 aylıq 228 manat kəsrin nəyə görə gəldiyini soruşmuşdur. O da bildirmişdir ki, “niyə istəyim ki, mənim kəsrim gəlsin və mənim maaşımdan çıxılsın” yəni kəsri olmasından və Əmrahın nədən şübhələnməsindən xəbəri olmamışdır. O, Əmraha bildirmişdir ki, ayrı-ayrı vaxtlarda su, peçenye və pul götürmüş, onlar da hamsı ümumi 50 manat təşkil etmişdir. Daha sonra Əmrah əsəbləşərək köşkün içərisində onun sifətinə yumruq və şillə ilə xəsarətlər yetirməyə başlamışdır. Orada olan gündüz növbəsində işləyən Murad adlı şəxs də hadisə zamanı köşkdə olmuşdur. Daha sonra Əmrahla aralarında mübahisə soyumuş və o köşkü tərk etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 6 aydır ki, Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsində icarəyə götürdüyü köşkdə gündüz növbəsində satıcı işləyir. Zərərçəkmiş şəxs 1 aydır ki, onunla eyni köşkdə gecə növbəsində satıcı işləyir. Hadisə günü, yəni 24 may 2024-cü il tarixdə səhər saatlarında Əmrah köşkə gələrək oradakı videomüşahidə kamerasına baxmış və Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda kassadan müxtəlif məbləğdə Əmraha bildirmədən pul götürdüyünü aşkar etmişdir. Daha sonra mobil telefonla İslama zəng edərək köşkə çağırmışdır. İslamdan “ola bilər ki, kassadan pul götürərsən lakin qeyd etmək və ya mənə bu barədə bildirmək yadından çıxar” söyləmişdir. İslam da bildirmişdir ki, “bəli, 1 dəfə 50 manat aylıq hesab günü hesab bitdikdən sonra axşam götürmüşdür”. Dediyinə görə başqa pul götürməmişdir. Bundan sonra Əmrah hirslərini cilovlaya bilməyib ona yumruq və şillə ilə xəsarət yetirmiş, o isə bu zaman mübahisəni soyutmağa çalışmışdır. Daha sonra aralarında mübahisə bitmiş və İslam köşkdən uzaqlaşmışdır. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 524 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin qançırı, sağ saidin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş törənmə müddətləri onun “Sabunçu Tibb mərkəzi” X5 müraciətindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 25 may 2024cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 may 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə AR CM-nin 221-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Masallı rayonunda doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 213-1.2.1-ci maddəsi təqsirli bilinərək, barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 01 il sınaq müddəti müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-678/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-678/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver