Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-68/2024 24.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2öngə 3, fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3, 177.2.4-cü və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamin əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2023-cü il tarixdə saat 13:08 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,209 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 08 mart 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən nömrəsiz bağ evinə bağ evinin həyətyanı sahəsinin darvazasını açmaq yolu ilə qanunsuz daxil olaraq bağ evindən və bağ evinin həyətyanı sahəsindən ümumilikdə 8000 manat dəyərində bir ədəd bağ evinin giriş qapısını, üç ədəd seyf qapılarını, bağ evinin həyətyanı sahəsində quraşdırılmış çardağın dəmir borularını, mebelləri, bir ədəd “ARİSTON” markalı suqızdırıcısını, bir ədəd su moturunu və “65” ekranlı plazma televizoru gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, mart ayının 8-də həyətə girmiş, orada talvarı və 3 ədəd 6 metrlik borun sökmüş və aparmışdır. O, seyf qapıları, mebel, Aristonu və televizoru götürməmişdir. O, ittihamı narkotiklə bağlı epizodunu qəbul etmir. Belə ki, narkotik maddə istifadəçisi olsa da, saxlanılan zaman üzərində heç bir qanunsuz maddə olmamışdır. O, yanvar ayının 7-si saat 22-23 radələrində Maştağada 3 nəfər şəxs tərəfindən saxlanılmışdır. İttihamı həmin hissədə fiziki təzyiq altında qəbul etmişdir. Belə ki, bölmədə onu döymüşlər, üzərində xəsarəti olmuşdur. İttihamda qeyd olunanları maşında oxumadan imza etmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, bağlar sahəsi adlanan ərazidə bağ evi var. Həmin bağ evində hal-hazırda yaşamır. 12 mart 2023-cü il tarixdə saat 13 radələrində bağ evinə gəldiyi zaman qeyd edilən bağ evindən oğurluq hadisəsi baş verməsini aşkar etmiş, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Ona məxsus bağ evinin həyətyanı sahəsindən bağ evinin giriş qapısı, 3 ədəd seyf qapının, bağ evinin həyətyanı sahəsində quraşdırılmış çardağın dəmir borularının, “ARİSTON” markalı suqızdırıcısının, bir ədəd su motorunun, bağ evindən isə 65 diaqonallı plazma televizorun, mebellərin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 8000 manat maddi ziyan dəymiş, həmin bağ evində yaşamadığına və həmin bağ evinə ildə 3-4 dəfə gəlib yoxlayıb çıxıb getdiyinə görə ona məxsus bağ evindən oğurlanmış əşyaların əlamətlərini xatırlamamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs iki ildir ki, tanıyır. 07 mart 2023-cü il tarixdə Qurban ona onun Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən bağ evi var və həmin bağ evinin həyətyanı sahəsindən dəmirləri götürəcəyini demişdir. Qurbanı və onun tanışı olan Cavadı 07 mart 2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən bağ evinə aparmışdır. Qurban həmin yerə metal qəbulu ilə məşğul olan bir nəfər şəxsi gətirmiş, hava qaranlıq olduğu üçün Qurban və Cavad dedilər ki, növbəti gün gəlib bağ evinin həyətyanı sahəsində olan əşyaları çıxarıb satacaqlarını demişdir. Növbəti gün, yəni 08 mart 2023-cü il tarıxdə günorta saatlarında idarə etdiyi "TOYOTA PRİUS" markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavad və Qurbanı götürərək Cavadın tanıdığı qaynaqçını götürmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsinə, qaynaqçını oradan götürdükdən sonra isə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən bağ evə getmiş, Qurbanın tapşırığılə qaynaqçı həyətdə olan dəmirləri, boruları, evin giriş qapısını, seyf qapıları və digər bir sıra əşyaları kəsdikdən sonra Qurban və Cavad həmin əşyaları söküb kənara yığmış, daha sonra Cavadın öncədən danışdığı yük maşını gəlmiş, oğurlanmış əşyalar həmin yük maşınına yüklənmişdir. Qaynaqçını avtomobilə əyləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsinə aparmış, Cavad və Qurban ona oğurluq etdiklərini deməmiş, həmin bağ evinin Qurbana məxsus olduğunu düşünmüşdür. Qeyd edilən bağ evinin həyətyanı sahəsinin giriş qapısı örtülü olsa da, qıfılı kilidliənməmiş, həmçinin bağ evinün həyətyanı sahəsində olan əşyalar günorta vaxtı kəsildiyinə görə qeyd edilən bağ evinin Qurbana məxsus olduğunu, Qurbanın oradan oğurluq etmədiyini düşünmüşdür. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. 06 mart 2023-cü il tarixdə əvvəllər tanıdığı Nəcəfqulu ilə birlikdə olmuş, Nəcəfqulu ona Təqsirləndirilən şəxs götürmək üçün Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinə getdiyini demiş, Təqsirləndirilən şəxs etiraz etmədiyinə görə Nəcəfqulu ilə birlikdə həmin ünvana getmiş, yolustu Qurbanın xahişinə görə Azad adlı şəxsi götürüb həmin bağ evinə aparmış, Azad adlı şəxs qaranlıq olduğuna görə bağ evinin həyətyanı sahəsində olan metalları gündüz vaxtı götürə biləcəyini bildirmişdir. 08 mart 2023-cü il tarixdə Qurban ondan onun üçün bir qaynaqçı tapmağı xahiş etmiş, Qurbandan həmin bağ evinın kimə məxsus olmasını soruşduqda Qurban həmin bağ evinin ona babasından qaldığını, bir hissəsinin satıldığını, ona görə də həmin bağ evinin həyətyanı sahəsində olan metalların çıxarılmalı olduğunu bildirmişdir. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində əvvəllər tanımadığı bir qaynaqçı tapmış, həmin qaynaqçının yaşadığı yeri, əlaqə nömrəsini və anket məlumatlarını bilməmiş, həmin qaynaqçını qeyd edilən bağ evinə aparmış, saat təqribən 15 radələri olmuş, həmin qaynaqçı bağ evinin həyətyanı sahəsində olan dəmirləri və digər metalları kəsmiş, bundan sonra özü və Nəcəfqulu Qurbanın xahişi ilə metal qəbulu məntəqəsinə getmiş, oradan “QAZEL” markalı yük maşını ilə qayıtmış, kəsilmiş əşyalar yük maşınına yüklənmiş və metal qəbulu məntəqəsinə təhvil verilmişdir. Qurban ona kömək etdiyinə görə 120 manat pul vermişdir. Qurban həmin bağ evinin babasından miras qaldığını, babasının əvvəllər Zirə qəsəbəsində hansısa zavodda işlədiyini, ona görə də ona bağ evinin verildıyıni demiş, həmçinın günorta saatlarında həmin əşyaların kəsilib metal qəbulu məntəqəsinə verildiyinə görə oradan oğurluq baş verdiyi onun ağlına da gəlməmişdir. Nəcəfqulu ilə birlikdə Qurbandan bir neçə dəfə həmin bağ evinin kimə məxsus olduğunu soruşduqda o, əminliklə həmin bağ evinin babasından miras qaldığını bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. 2010-cu ildən əlvan metalların alışı və satışı ilə məşğul olur. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində işləyir. 2023-cü ilin mart ayının əvvəllərində adlarını sonradan bildiyi Yaqub və Qurban adlı şəxslər Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən işlədiyi metal qəbulu məntəqəsinə gələrək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən onlara məxsus bağ evi olduqlarını, həmin bağ evini satdıqlarına görə bağ evinin həyətyanı sahəsində olan müxətli dəmir metalları, dəmir qapıları təhvil vermək istədiklərini bildirmiş, bundan sonra onlarla birlikdə həmin şəxslərin dediyi yerə gedərək həyətyanı sahəyə baxmış, həmin şəxslərin görünüşü, danışıqları ona şübhəli gəlmiş, həmin şəxslərdən şübhələndiyınə görə müxtəlif bəhanə gətirərək oradan uzaqlaşmışdır. Bir neçə gündən sonra həmin şəxslər ona məxsus mobil nömrəyə zəng ederək qeyd etdikləri evin həyətyanı sahəsində olan dəmir materialları və dəmir və seyf qapıları doğradıqlarını bildirmiş və doğranmış dəmirləri ona məxsus metal qəbulu məntəqəsinə gətirmək üçün onlar üçün yük maşını tapılmağını xahiş etmişdir. Bundan sonra əvvəllər tanıdığı Taleh adlı şəxsə zəng edərək qeyd edilən yerdən dəmir materialları götürməyi tapşırmış, bir müddətdən sonra Qurban, Taleh və onların yanında olan adını sonradan bildiyi Nəcəfqulu adlı şəxs yük maşını ilə dəmir matenalları gətirmiş, doğranmış dəmir materialları, doğranmış darvaza və seyf qapılarına görə qeyd edilən şəxslərə 450 manat pul vermiş, yük maşınının sürücüsü Talehin də zəhmət haqqını özü vermişdir. Daha sonra həmin şəxslər oradan uzaqlaşaraq çıxıb getmişlər. Ona satılan qeyd edilən əşyaların oğurluq olduğunu bilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. “Abşeronneft” İstehsalat Birliyində operator vəzifəsində işləyir. Qeyd edilən yerdə işləməyi ilə bərabər ev günlərində özünə məxsus olan “QAZEL” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə daşıma fəaliyyətilə məşğul olur. 08 mart 2023-cü il tarixdə əlvan metal qəbulu məntəqəsində işləyən Azad adlı şəxs ona zəng vuraraq müştəridən metal götürmək lazım olduğunu bildirmiş, qeyd edilən yük maşını ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, bağlar sahəsinə gedib metalik rəngli “TOYOTA PRİUS” markalı avtomobil onu qarşılamış, bağ evinə aparmışdır. Göstərilən ünvana çatdıqdan sonra özünü bağ evinin sahibi kımi təqdim edən şəxs bağın bir hissəsini satdığını və bu səbəbdən də orada olan artıq metalları məntəqəyə təhvil vermək istədiyini bildirmişdir. Orada təqribən 4-5 adam işləmiş, onların heç birini tanımamışdır. Sonra həmin şəxslər idarə etdiyi yük maşınına bağın darvazasını, dəmir boruları, pəncərə barmaqlıqlarını və digər metalları yükləmiş, bundan sonra özünü bağın sahibi kimi təqdim edən şəxslə birlikdə məntəqəyə gəlmiş, metalları yük maşınından boşaltdıqdan sonra zəhmət haqqısı verilmiş, yük maşınına əyləşib oradan çıxıb getmişdir. Oradan yük maşınına yüklənən əşyaların oğurluq yolu ilə əldə edildiyini sonradan bilmişdir. Həmin bağ evindən oğurluq baş verməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 07 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra ondan və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu yaradıldıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə yollanmış, 07 yanvar 2023-cü il tarixdə saat 13:08 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat dairəsi adlanan ərazinin yaxınlığında piayada hərəkət edən, özünü şübhəli aparan və zahirən Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmiş və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına dəvət edilmiş, dəvətə etiraz etməyərək onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə getdikdən sonra barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil verilmiş, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, ona polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarışa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat nağd pula aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa dövriyyəsi qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümü açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzbati binasına gətirilən zaman və üzərində şəxsi aparılmadan öncə ona qarşı hər hansı fizik zor və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış 07.01. 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/76 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərfələr üçün N-161” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs Huseyn oğlu.” yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,209 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 1,209 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, hazırkı çəkisi 1,159 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 74 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkolofi dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki,
1. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs elan edilmiş itıthamdan Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin xaric olunması, ona Azərbaycan Respublikası CM-ın 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan edilmiş Əlavə və dəyişiliklər edilməklə həmin məcəllənin 177.2.3, 177.2.4 və 234.1-ci maddəsi ilə yenidən ittlham edilməsi, barəsində “həbs” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması;
2. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 186-cı maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi;
3. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi;
4. Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə cinayət təqibinə, təqsirləndirilən şəxs qismində statusuna, o cümlədən barəsində seçilmiş “həbs” qətimkan tədbirinin tətbiqinə xitam verilməsi;
5. Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi;
6. Şahid4 və şəxsiyyəti istintaqa bəlli olmayan qaynaqçı barəsində Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi;
7. Şahid3 və şəxsiyyəti istintaqa bəlli olmayan şəxslər barəsində Azərbaycan Respublikası CM-in 194-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi;
8. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus bağ evinin yalnız həyətyanı sahəsindən oğurluq etməsi və qeyd edilən bağ evindən “65” diaqonal televizor və mebelləri oğurlamadığını bildirməsi özünü müdafiə üçün gətiridiyi dəlil kimi qiymətləndirilməli, gətirdiyi dəlil vəsatət kimi qəbul olunaraq iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən tam rədd edilməsi;
9. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən 1,209 qram psixotrop maddə metamfetamin maddı sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalan 1,159 qram psixotrop maddə metamfetamin ibtidai istintaq qurtardıqdan sonra saxlanılması üçün Xəzər rayon Polis İdarəsinin Saxlanc Yerinə təhvil verilməsi; 10.İş üzrə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdiyi mənbənin müəyyən edilməsindən ötrü ********* nömrəli cinayət işindən material ayrılaraq əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsindən ötrü Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə göndərilməsi; 11.İş üzrə dindirmə, ifadənin yerində yoxlanılması, ekspert rəyləri, baxış və digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azerfon LLC-nin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsindən istifadə edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 49/2-8175/24 saylı məlumatdan və ona əlavə edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00-da Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman onun bədəninə və üzərinə tam baxış keçirilmiş baxış zamanı sol gözün ətrafında, belində və sağ biləkdə qızartı-sıyrıqlar aşkar olunmuşdur. Özünün deməsinə görə tutulmaşıdan bir gün əvvəl yıxılan zaman bu xəsarətləri almışdır. Bununla bağlı heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Azercell MMC tərəfindən məhkəməyə təqdim edilmiş CD məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə ********* saylı mobil nömrənin geolokasiyası saat 12:17:23-dən Zabrat qəsəbəsi ərazisini göstərmişdir. ********* saylı nömrənin istifadəsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakcell MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, ********* saylı nömrə sorğulanan müddət ərzində “Bakcell” şəbəkəsindən istifadə olunmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-68/2024 nömrəli qərarı ilə sorğu edilmiş ***-***-**-** saylı telefon nömrəsinin 07 yanvar 2023-cü il tarixdə saat 06:00-dan 23:00-dək olan müddətdə istifadə edildiyi anten dairəsi barədə məlumatlar barədə sistemində məlumatlara rast gəlinməmiş, müvafiq nömrənin sorğu edilən tarixdə "xxxx" MMC ilə aramızda bağlanmış müqaviləyə əsasən Azercell operatoruna məxsus baza stansiyalarından istifadə etməklə milli rominq xidmətində istifadə olunduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq sorğu edilmiş məlumatların əldə olunması üçün "xxxx" MMC-yə müraciət edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azercell MMC tərəfindən məhkəməyə təqdim edilmiş CD məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə ********* saylı mobil nömrənin geolokasiyası saat 12:17:23-dən Zabrat qəsəbəsi ərazisini göstərmişdir. ********* saylı nömrənin istifadəsi aşkar edilməmişdir. "xxxx" MMC-yə aid ********* saylı nömrənin xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin rouminq şəbəkəsində istifadəsi aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Bakcell MMC tərəfindən məhkəməyə təqdim edilmiş CD məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə ********* saylı mobil nömrənin geolokasiyası saat 12:58:23-dən Zabrat qəsəbəsi ərazisini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun özünün qismən etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək (oğurluq hissədə qismən), əməlindən səmimi peşmançılıq çəkməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,159 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 114 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı (180 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 360 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 02(iki) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,159 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı (180 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 360 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev