Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-68/2025 08.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 13.25 X8 Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycanlı Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan olunmuş, xx.xx.2025-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş və hal-hazırda orada saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə inandırıb razılaşdırmaqla ona pulunu hissə-hissə ödəmək şərti ilə cəmi 2960 manat müqabilində “Asus” modelli noutbuk satacağına dair yalan vəd verib aldatmaqla etibarından sui-istifadə etmiş, xx.xx.2024-cü il tarixdə saat 16:21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən hərbi zavodun qarşısından Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********655852 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 150 manat, xx.xx.2024-cü il tarixdə saat 19:37 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən hərbi zavodun qarşısından Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********655852 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 300 manat, xx.xx.2024-cü il tarixdə saat 23:22 dəqiqədə yaşadığı ünvan 3 ünvandan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********655852 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 300 manat, xx.xx.2024-cü il tarixdə saat 23:19 dəqiqədə yaşadığı ünvan 3 ünvandan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********655852 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 150 manat, xx.xx.2024-cü il tarixdə saat 19:57 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən hərbi zavodun qarşısından Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********612920 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 300 manat, xx.xx.2024-cü il tarixdə saat 20:35 dəqiqədə yaşadığı ünvan 3 ünvandan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********612920 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 300 manat, xx.xx.2024-cü il tarixdə saat 16:56 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən hərbi zavodun qarşısından Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********612920 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 550 manat, xx.xx.2024-cü il tarixdə saat 00:06 dəqiqədə yaşadığı ünvan 3 ünvandan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********612920 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə saat 22:06 dəqiqədə yaşadığı ünvan 3 ünvandan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid **********612920 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi "xxxx" ASC-yə aid **********299723 bank kart hesabına 300 manat, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə saat 01:00 dəqiqədə ünvan 4 ünvanında olduğu zaman oradan özünə məxsus "xxxx" ASC- yə aid **********612920 nömrəli bank kart hesabından Təqsirləndirilən şəxs ona dediyi yenədə həmin "xxxx" ASCyə aid **********299723 bank kart hesabına 410 manat pulu köçürməklə alıb Zərərçəkmiş şəxs ümumilikdə 2960 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 2960 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ortaq tanışları vasitəsi ilə təxminən 4-5 il əvvəl tanımışdır. Bu müddət ərzində onların münasibətləri normal olmuşdur. O, əvvəllər ticarət ilə məşğul olmuş həmin ticarət işlərində həmçinin elektronika məhsulları da satmışdır. Bu barədə onu tanıyan şəxslərin bir çoxunun məlumatı olmuşdur. Həmin şəxslərdən biri də Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs ondan Lenovo markalı noutbuk satmağını istəmiş, o da ona həmin markalı və onun istədiyi parametrləri olan noutbuku ona 2960 manata sata biləcəyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və o, Zərərçəkmiş şəxs noutbukun pulunu ödəməsi üçün istifadəsində olan Leo banka məxsus 4098 5844 6529 9723 kart nömrəsini göndərmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən hansı tarixlərdə və hansı məbləğlərdə pulun karta atılmasını tam xatırlamadığını bildirmiş, lakin zərərçəkmiş şəxs tərəfindən kartına müəyyən vaxtlarda, müəyyən məbləğlərdə pul köçürülmüşdür. Zərərçəkmiş şəxs tərəfindən ümumilikdə onun kartına 2960 manat pul köçürülmüş və o, kart hesabına göndərilən pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra isə şəxsi həyatında olan çətinliklərə görə o, Zərərçəkmiş şəxs pulunu geri qaytara bilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 1000 manat məbləğində pulun onun ailəsi tərəfindən ödənildiyini, qalan məbləğin ödənilməsi ilə əlaqədar zərərçəkmiş şəxslə razılaşdığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2020-ci ildən tanıyır. Onunla ortaq tanışları vasitəsilə tanış olmuş və onunla münasibətləri yaxın olmuşdur. Həmin ərəfədə o, özünə noutbuk almaq istəmiş, bununla bağlı Elmirə fikrini bildirmişdir. Elmir ona zəng vuraraq “Asus” markalı noutbukdan onda olduğunu və ona sata biləcəyini bildirmişdir. Əvvəl başqa parametrli noutbuk verməli idi, Təqsirləndirilən şəxs sonradan ona bildirmişdir ki, həmin parametrlərdə olan noutbuk yoxdur. Lakin təqsirləndirilən şəxs ondan əvvəldən razılaşdıqları parametrlərə uyğun olaraq əlavə ödəniş istəmiş, o da həmin ödənişi təqsirləndirilən şəxsə etmişdir. O, təqsirləndirilən şəxsin kart hesabına 2960 manatı hissəhissə müəyyən vaxtlarda ödəniş etmişdir. Lakin ona nə kompüter, nə də ki, ödəniş etdiyi pul qaytarılmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona 2960 manat məbləğində dəymiş ziyandan 1000 manat məbləğində pulun ödənildiyini, qalan məbləğin isə hissə-hissə ödənilməsi ilə bağlı öz aralarında razılığa gəldiklərini, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi polis baş leytenantı Bəşir Bəşirli tərəfindən qəbul edilmiş 20 may 2024- cü il tarixli qərara əsasən məlum olur ki, fakta əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi polis baş leytenantı Bəşir Bəşirli tərəfindən qəbul edilmiş 22 may 2024- cü il tarixli qərara əsasən məlum olur ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi polis baş leytenantı Bəşir Bəşirli tərəfindən qəbul edilmiş 01 iyun 2024- cü il tarixli qərara əsasən məlum olur ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarlara əsasən məlum olur ki, təqsirləndirilən şəxsə ittihamın elan edilməsi üçün axtarış elan edilərək tutulması və icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X5 azad olunması barədə” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və onun Xəzər RPİ-nin X5 azad edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X5 azad olunması barədə” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və onun Xəzər RPİ-nin X5 azad edilməsi qərara alınmışdır. İş materiallarında olan tələbnaməyə əsasən məlum olur ki, təqsirləndirilən şəxs Hətəmli X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə sınaq müddəti təyin edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022- ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 124968-21-1/3124968-14 saylı məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-136/2023 saylı hökmü üzrə təyin edilmiş 1000 manat cərimə cəzasının 400 manat hissəsini ödənilmiş, 600 manat hissəsi isə ödənilməmiş qalmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin 2- ci PB tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-45-2/2-5500 saylı məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizəyə əsasən məlum olur ki, təqsirləndirilən şəxsin ailəsi tərəfindən ona 2960 manat dəymiş ziyandan 1000 manat məbləğində pul ödənilmiş, qalan məbləğin hissə-hissə ödənilməsi ilə bağlı isə razılığa gəldiyini, hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 1000 manat ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 178.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəmişdir, zərərçəkmiş şəxs ondan şikayətçi deyil, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasının icra olunmamış hissəsinə tam birləşdirilməli, Təqsirləndirilən şəxs tərəfindən 600 manat cərimə cəzası müstəqil icra edilməlidir. Belə ki, AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət, 26 iyul 2025-ci il tarixdən 08 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət 01 günə 02 gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X5 azad olunması barədə” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və onun Xəzər RPİ-nin X5 azad edilməsi qərara alınmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş, daha sonra xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X5 azad olunması barədə” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və onun Xəzər RPİnin X5 azad edilməsi qərara alınmışdır. Həmçinin Xəzər Rayon Məhkəməsinin 1(003)- 770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmiş və Xəzər Rayon Polis İdarəsinin 2- ci PB tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-45-2/2-5500 saylı məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu ərazisində tutularaq AR ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanında yerləşən evdə çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 11 manat miqdarında Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 15 saat vaxt sərf etmişdir. İş üzrə məhkəmə ekspertiza xərci, mülki iddia, xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. AR CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasının icra olunmamış hissəsi, yəni 600 manat cərimə cəzası tam birləşdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət, 26 iyul 2025-ci il tarixdən 08 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 (iki) ay 15 (on beş) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən 600 manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 15 saat hüquqi xidmətin dəyəri 165 (yüz altmış beş) manat "xxxx"ASC-nin Xəzər filialına (kod 200156, VÖEN********** m/hAZ37NABZ********** **********. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB **********0321701115, VÖEN-1000 597151) Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(003)-68/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-68/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver