Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-683/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Xüsusi ittihamçı X2 və onun vəkili və nümayəndəsi Müdafiəçi iştirakları ilə X2 X7 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X19 xx.xx.2023- cü il tarixdə “internet qəzeti Qafqazinfo.az” müstəqil informasiya siyasəti həyata keçirən media qurumuna X5 və oğlu X20 barəsində ağır ittihamedici məzmunlu müsahibə vermiş və müsahibə “İntihar etdiyi bildirilən Rauf Abbasovun bacısından – Ağır ittihamlar” başlığı altında dərc edilərək ictimailəşdirilmişdir. Sözügedən məqalənin məzmunu ilə tanış olduqdan sonra X13 tərəfindən ailəmizin ünvanına səsləndirilən ittihamedici ifadələr və ümumiyyətlə məqalənin məzmunundan formalaşan fikrə görə “xx.xx.2022-ci il tarixdə ailəsinə məxsus bağ evində X11 intihar etmədiyini, onun ölümündə arvadı X2 və oğlu X12 birbaşa iştirakının olduğunu, X11 qanında ekspertiza rəyində qeyd edildiyi kimi aşkar edilən çayda həll edilən narkotik tərkibli maddənin məhz Sevinc Təhməzova gizli şəkildə, məqsədli şəkildə etdiyi” məzmununda və eyni zamanda “Xəzər rayon prokurorluğu 15 min alıb işi bağlayıb” məzmununda müsahibə verərək X11 ölümündə X3 və oğlu X14 ictimai şəkildə ağır ittiham etmiş və Xəzər rayon prokurorluğuna qarşı 15 min manat pul müqabilində cinayət işinin açmadığı məzmununda ictimai şəkildə ağır ittiham edərək böhtan atmışdır. Bununla bağlı Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə sözügedən şəxs barəsində qanunla müəyyən edilmiş tədbir görülməsi barədə ərizə ilə müraciət edilmişdir. Ərizə HK-1-666 sayda qeydə alınaraq bölmənin baş təhqiqatçısı, polis mayoru X8 icraatına qəbul edilmişdir. Aparılmış araşdırma ilə X13 izahatı alınaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “internet qəzeti Qafqazinfo.az” müstəqil informasiya siyasəti həyata keçirən media qurumuna qardaşı X11 intihar etməsi ilə bağlı Xəzər rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məlumatlı olduğunu, lakin buna baxmayaraq bilə-bilə X5 və oğlu X20 barəsində qardaşı Rauf Abbasovun ölməsində X3 və oğlu X15 ağır ittiham etdiyini etiraf etmişdir. Eyni zamanda Xəzər rayon prokurorluğuna qarşı “15 min alıb işi bağlayıb” məzmununda - ağır ittihamedici məzmunlu müsahibə verdiyini “İntihar etdiyi deyilən Rauf Abbasovun bacısından - Ağır ittihamlar” başlığı altında məqalə dərc etdirərək ictimailəşdirdiyini etiraf etmişdir. Araşdırma ərəfəsində Könül Abbasova “internet qəzeti Qafqazinfo.az” müstəqil informasiya siyasəti həyata keçirən media qurumu ilə əlaqə saxlamış və Xəzər rayon prokurorluğuna qarşı sözügedən məqalənin “Təəssüf ki, cinayət işi açılmır. Qulağımıza sözlər çatır ki, Xəzər rayon prokurorluğu 15 min alıb işi bağlayıb” hissəsində təkzib etdikdən sonra media qurumu tərəfindən ictimailəşdirilmiş məqalədən X18 rayon prokurorluğuna qarşı məqalənin həmin hissəsindən çıxarılması icra edilmişdir. Lakin təhqiqat tərəfindən faktla bağlı toplanmış materiallarda cinayət tərkibinin olmadığını qənaətinə gəlinmiş və ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etməsi barədə 17 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Hesab edir ki, X1 Sevinc Tərlan qızının, oğlu X12 və o cümlədən azyaşlı oğlu 2018-ci il təvəllüdlü X6 şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və ailənin işgüzar nüfuzunu xələl gətirən həqiqətə uyğun olmayan məlumatı mediada - internet informasiya ehtiyatlarında, konkret olaraq “internet qəzeti Qafqazinfo.az” müstəqil informasiya siyasəti həyata keçirən media qurumunda ictimailəşdirməklə xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Sözügedən məqalə xeyli sayda baxış auditoriyasını əhatə etmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Belə olduğu təqdirdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlan kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma X7 əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsində göstərilir ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 45.4-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. Beləliklə, xx.xx.1971-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Sevinc Tərlan qızına və oğlu X16 qarşı “internet qəzeti Qafqazinfo.az” müstəqil informasiya siyasəti həyata keçirən media qurumunda “İntihar etdiyi deyilən Rauf Abbasovun bacısından - Ağır ittihamlar” başlığı altında məqalə dərc etdirərək yayılması səbəb olan xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, Könül Abbasovanı həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və barəsində ittiham hökmü çıxarılaraq həmin maddənin sanksiya həddində cəzalandırılması xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsini müdafiə edərək şikayətdə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X2 vəkili və nümayəndəsi Müdafiəçi şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X13 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək xüsusi ittiham qaydasında şikayət ərizəsinin aidiyyat qaydalarının pozulması ilə verildiyi müəyyən etdir. Belə ki, "xxxx" MMC faktiki olaraq Bakı şəhəri X10 ev 97 mənzil 4 ünvanında fəaliyyət göstərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdikyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli 03 saylı Qərarının12-ci bəndində haqlı olaraq göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1, 74.4 və 74.8-ci maddəsinə əsasən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət barəsində şikayət cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatma qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74,-74,5, 74,6, 75.1, 75.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilərək həmin maddəllərin sanksiyasında nəzərdə tutulan müvafiq cəza tətbiq edilməsi barədə şikayəti və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-683/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-683/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver