Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-69/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Rəhimov küçəsi, döngə 7, ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 24 sentyabr 2019-cu il tarixdə, gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, 72 Z ünvanında yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin qapısının kilidini sındırmaqla evə daxil olub oradan dəyəri 30 manat təşkil edən 01 ədəd elektrik dəmir kəsən aparatı, dəyəri 60 manat təşkil edən 01 ədəd elektrik yerdeşən aparatı, dəyəri 230 manat təşkil edən 01 ədəd “Almaz” markalı elektrik yerdeşən aparatı, dəyəri 50 manat təşkil edən 01 ədəd elektrik taxta kəsən aparatı, dəyəri 150 manat təşkil edən 01 ədəd elektrik fiqurlu taxta kəsən aparatı, dəyəri 30 manat təşkil edən 01 ədəd qapı selektor rabitəsi düyməsini, hər bir metrinin dəyəri 0,35 manat təşkil edən 175 manat dəyərində 500 metr uzunluğunda 2,5 mm-lik mis tərkibli elektrik naqilini, hər bir metrinin dəyəri 0,28 manat təşkil edən 55 manat dəyərində 200 metr uzunluğunda telefon naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 780 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 18 yanvar 2020-ci il tarixdə, gecə saat 05 radələrində X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsində yerləşən yaşayış sahəsi olan fərdi tikili olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin pəncərəsini itələyib açmaqla evə daxil olub oradan hər bir metrinin dəyəri 2,5 manat təşkil edən 1000 manat dəyərində 400 metr uzunluğunda divarda çəkilmiş vəziyyətdə olan elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş X5 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 23 yanvar 2020-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Pioner” düşərgəsində yerləşən yaşayış sahəsi olan fərdi tikili olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub evin açıq qapısından evə daxil olmaqla oradan dəyəri 180 manat təşkil edən 01 ədəd kişi paltosunu, dəyəri 120 manat təşkil edən 01 ədəd qadın gödəkçəsini, dəyəri 180 manat təşkil edən 01 ədəd kişi ayaqqabısını, dəyəri 40 manat təşkil edən 01 ədəd qadın ayaqqabısını, dəyəri 80 manat təşkil edən 01 ədəd qadın qış ayaqqabısını və 120 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 04 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsinin mərkəzində Təqsirləndirilən şəxs2 15 manat müqabilində əldə edərək özündə saxlayıb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Grandmart” supermarketin qarşısına daşımış və 05 sentyabr 2020-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Grandmart” supermarketin qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X22 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 1ci PŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulmuş və orada olan inzibati otaqların birində onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ümumi xalis çəkisi 0,237 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 04 sentyabr 2020-ci il tarixdə, saat 16 radələrində narkotik vasitəni satış məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan “Fikrət” adlı şəxsdən qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 25 manata əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroinin bir hissəsini, yəni 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, xalis çəkisi 0,237 qram olan narkotik vasitə heroini 15 manata satmış, 05 sentyabr 2020-ci il tarixdə saat 18:40 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Xəzər RPİnin 1-ci PŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2020ci il tarixdə Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yerləşən evində axtarış və götürmə keçirilən zaman həmin evin qonaq otağında olan dolabın üst çəkməcəsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, xalis çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otaqda olan divanın saxlanc yerindən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd “inject” markalı şpris aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvələr narkotik vasitələrdən istifadə etmişdir, 05.09.2020-ci il tarixdə onun üzərində narkotik vasitə olmuş, lakin ittihamda qeyd edilmiş 3 epizod oğurluq cinayətlərini o, törətməmişdir. X20 gətirib təzyiqlər edilmişdir. Onu döymüş və zorla boynuna qoymuşlar. Məcbur qalaraq ittihamda qeyd olunanları üzərinə götürmüşdür. X24 polis əməkdaşları döymüş və təzyiqlər etmişlər. Təqsirləndirilən şəxs son sözündə oğurluq cinayətlərini törətmədiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, narkotik vasitə istifadə etməsindən səmimi peşman olduğunu, həmin əməli səmimi olaraq etiraf etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilmədiyini bildirərək ifadəsində göstərdi ki, ona müstəntiq tərəfindən zəng edilərək, qardaşı X6 zərərçəkmiş şəxs qismində olan işi ilə əlaqədar çağırmışdır. O, müstəntiqlə Polis Şöbəsində görüşüb söhbət etmiş, qardaşının zərərçəkmiş kimi olduğu işdə onun heç bir işinin olmadığını demiş, bu zaman müstəntiq ona bununla bağlı sənədlərə imza atmağın lazım olduğunu demiş və onu Xəzər RPİ-nin 2-ci mərtəbəsinə aparmışdır. Orada otaqlardan birinə girmişlər və ona “burada gözlə sənədləri götürüm gəlirəm” demişdir. Bu zaman iki nəfər əməliyyat müvəkkili otağa daxil olaraq ona narkotik vasitə satdığını demişlər. O, isə narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. O, narkotik vasitələrdən istifadə etdiyini demişdir. Onu təhqir etməyə və döyməyə başlamışlar. O, yenə də narkotik vasitələr satmadığını demiş bu zaman, skoç gətirərək əlini, ayağını bağlamışdırlar. İki masanın arasında dəmir parçasına keçirib havadan asılı vəziyyətdə saxlamışlar və onun ayağının altına dəyənək ilə vuraraq döyməyə başlamışlar. 3-4 saata yaxın onu döyərək “Təqsirini boynuna al deyirdilər” həmin zaman biri-birilərinə “Həci” deyirdilər, sonradan onların adının Şəhiyar və Kamil olduğunu bilmişdir. Onu döyərək “Narkotik vasitəni Təqsirləndirilən şəxs1 satmağını boynuna al deyirdilər”, o, isə Əhmədə narkotik vasitə satmadığını deyirdi. Sonradan ona Əhmədin narkotik vasitəni onun satdığını etiraf etdiyini demişlər, o, isə bu ola bilməz, Əhməd heç vaxt onun üzünə bunu deyə bilməz demişdir. Ona Əhmədin ifadəsini telefonda göstərmişlər, o, isə bunun qurma olduğunu demiş, yenə də Əhmədə narkotik vasitə satmadığını, lakin onunla nə vaxt və harada istifadə etdiyini demişdir. 3-4 saat sonra Əhmədi gətirmişlər, Əhməd onun üzünə qarşı ondan narkotik vasitə aldığını demişdir. Onu həmin gün başı aşağı sallanmış vəziyyətdə döymüşlər. Sonda ağrılara dözməyərək, “istəyirsən 1 kilo narkotik vasitəni satmağımla bağlı kağız gətir imza atıram” demişdir, polis əməkdaşları isə “mənə 1 kilo lazım deyil bir dənə bu işə imza at bəs edir” demişlər. Sonradan ona evdə narkotik vasitənin olmasını etiraf etməsini də tələb etmişlər, lakin o, evində narkotik vasitə olmadığını demişdir. Yenə onu döyməyə başlamışlar. O, dözməyərək yalandan evdə televizorun altında olan şkafın çəkməcəsində narkotik vasitə olduğunu demişdir. Onun müdafiəçisi Müdafiəçi1 iştirakı və polis əməkdaşları ilə yaşadığı evə getmişlər, çəkiliş vasitəsi ilə axtarış keçirilmişdir, evində olan televizorun altında olan şkafın çəkməcəsindən narkotik vasitə çıxmamışdır. Bu zaman müstəntiq ona “bəs deyirdin evimdə narkotik var?”, o, isə cavabında “döyülməyimin ağrılarına dözə bilmədiyimi, bu səbəbdən də yalan demişəm” demişdir. Onu və evdəki ailə üzvlərlərini çölə çıxartmışlar, sonra yenə çəkiliş vasitəsi ilə həmin televizorun altında olan şkafın çəkməcəsinə baxış keçirmişlər, bu dəfə çəkməcədə olan əşyaların arasından bir bükümdə narkotik vasitə çıxmışdır, o, həmin zaman bu narkotik vasitənin onların bura qoyduğunu demişdir. Bütün bunlar çəkiliş zamanı qeydə alınmışdır. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini, himayəsində üç azyaşlı uşağının olduğunu, narkotik vasitə istifadə etdiyini, lakin həmin günü narkotik vasitə istifadə etmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, 23 yanvar 2020-ci il tarixdə gecə saat 00:20 radələrindən saat 02:30-dək olan müddətdə, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Pioner” düşərgəsində yerləşən fərdi tikili evdə yatdığı vaxt ərzində naməlum şəxs evin giriş qapısını açıb evə daxil olaraq evin içərisindən dəyəri 180 manat olan 01 ədəd kişi paltosunu, dəyəri 120 manat olan 01 ədəd qadın gödəkçəsini, dəyəri 180 manat olan 01 cüt kişi ayaqqabısını, dəyəri 40 manat olan 01 cüt qadın ayaqqabısını, dəyəri 80 manat olan 01 cüt qış qadın ayaqqabısını və paltar asılanda olan gödəkçənin cibində olan 120 manat pulu oğurlanmışdır. Bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerini müayinə edərək fotoşəkillər çəkib protokol tərtib etmişlər. Oğurluq nəticəsində ona 720 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X10 bildirdi ki, 18 yanvar 2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəhimzadə küçəsində yerləşən təmir işləri gedən evinə getdiyi zaman pəncərinin açıq vəziyyətdə olduğunu görmüş, evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə daxil olan zaman görmüşdür ki, evə həmin pəncərədən daxil olan namələm şəxs(lər) evdən hər bir metrinin dəyəri 2 manat 50 qəpik olan 1000 manat dəyərində 400 metr elektrik naqilini oğurlamışdır. Oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında hazırki iş üzrə təqsirləndirilən şəxsi birinci dəfədir ki, gördüyünü, onun evinə bu təqsirləndirilən şəxsin gətirilmədiyini, polis əməkdaşları tərəfindən onun evinə başqa şəxsin gətirildiyini, həmin şəxsin sarıbəniz oğlan olduğunu bildirmişdir. Sonradan polis əməkdaşları yenidən ona zəng edib demişlər ki, Təqsirləndirilən şəxs1 onun evindən oğurluq etmişdir. Onu bölməyə çağırmışdırlar və iş materialları ilə tanış etmişlər. Cinayət nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, ona məxsus olan ünvan 5 ünvanda yerləşən bağ evi var. 21.09.2019-cu il tarixdə sonuncu dəfə evində olmuşdur. 29.09.2019-cu il tarixdə yenidən evinə gəldiyi zaman ona məlum olmuşdur ki, evindən oğurluq hadisəsi baş verib. Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən evindən ona məxsus olan dəyəri 30 manat olan 01 ədəd elektrik dəmir kəsən aparat, dəyəri 60 manat olan 01 ədəd sadə elektrik yerdeşən aparat, dəyəri 230 manat olan 01 ədəd “almaz” markalı elektrik yerdeşən aparat, dəyəri 50 manat olan 01 ədəd elektrik taxta kəsən aparat, dəyəri 150 manat olan 01 ədəd elektrik fiqurlu taxta kəsən aparat, dəyəri 30 manat olan 01 ədəd qapı selektor rabitəsi düyməsi, hər bir metrinin dəyəri 0,35 manat olan ümumi dəyəri 175 manat olan 2,5 mm-lik mis tərkibli 500 metr uzunluğunda elektrik naqili, hər bir metrinin dəyəri 0,28 manat olan ümumi dəyəri 55 manat olan 200 metr uzunluğunda telefon naqili oğurlanmışdır. Evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 780 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 05.09.2020-ci il tarixdə saat təxminən 11-12 radələrində xidmət apardıqları ərazidə iş yoldaşı ilə olarkən bir nəfər şəxs özünü şübhəli aparmış, onlar xidməti maşınla dayanıb geri qayıtmaq istəyən zaman, həmin şəxsin qaçmaq istədiyini görmüşlər. Onlar həmin şəxsi saxlamışlar və həmin şəxsdən niyə görə qaçmaq istədiyini soruşmuşlar. Həmin şəxs açıq-aydın etiraf etmişdir ki, narkotik istifadəçisidir və üzərində narkotik vasitə vardır. Onlar orada onun üzərinə baxış keçirməmişlər, həmin vətəndaşı Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmişlər, 1-ci PŞ-də olan zaman əməliyyat qrupu dəvət olunmuşdur, üzərinə baxış zamanı həmin şəxsin üzərindən az miqdarda narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, iş yoldaşı Şahid1 ilə ərazidə xidmət apararkən, Grandmartın qarşısında Təqsirləndirilən şəxs1 görmüşlər. Həmin şəxs özünü şübhəli aparmışdır. Həmin şəxs onları görən zaman qaçmağa çalışmış, onlar həmin şəxsə yaxınlaşmışlar, onu 1-ci PŞ-ya gətirmişlər. Şöbədə olan zaman onun üzərinə baxış keçirilmişdir, Əhməd narkotik vasitəni çıxarıb ona məxsus olduğunu və narkotik vasitələrdən istifadə etdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 öz ifadəsində bildirmişdir ki, narkotik vasitəni Anar adlı şəxsdən almışdır. Bununla bağlı Anar adlı şəxsin müəyyən olunması istiqamətində təhqiqatçı onlara tapşırıq vermişdir. Anar adlı şəxs müəyyən olunmuş, onun adının Təqsirləndirilən şəxs2 olduğunu və Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 9 ünvanında yaşadığını müəyyən etmişlər. Ona yaxınlaşdıqda və Anar adlı şəxsə evinin qarşısında özlərini təqdim etdikdə, onlarka birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-ya dəvət etdikdə, Anar adlı şəxs heç bir etirazını bildirmədən onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-ya gəlmişdir. Bununla bağlı təhqiqatçı Elvin Hacıyevə verilmiş, Anar adlı şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərinə şəxsi axtarış keçirilməsi üçün müdafiəçi dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuş və onun üzərinə şəxsi axtarış keçirən zaman narkotik vasitə aşkar edilməmişdir. Lakin, Anar adlı şəxs bildirmişdir ki, “mənim üzərimdə deyil, evimdə istifadə etdiyim kakos kimi bilinən narkotik vasitə vardır.” Bununla bağlı istintaq qrupu ilə evinə baxış keçirilməsi üçün ünvana yaxınlaşmışlar. Evə baxış keçirilən zaman qonaq otağında dolabın içərisindən 1 büküm gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə və 1 ədəd şprits aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid3 göstərmişdir ki, ilk öncə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 saxlanılıb, lakin onun saxlanılması zamanı o, iştirak etməmişdir. Əhmədin narkotik vasitəni Anar adlı şəxsdən alması barədə məlumatı ona təhqiqatçı vermişdir və Anar adlı şəxsin müəyyən olunması üçün onlara təhqiqatçı tərəfindən rəsmi tapşırıq verilmişdir. Əməliyyat tədbiri Anar adlı şəxsin müəyyən olunması ilə bağlı olmuşdur. Tapşırıqda qeyd olunmuşdur ki, Əhməd adlı şəxs 1 gün qabaq narkotik vasitəni Anar adlı şəxsdən 15 manata almışdır. Anar adlı şəxsi müəyyən etmişlər və Anar adlı şəxsi Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 9 ünvanında evinin qarşısında saxlamışlar. Onun evinə gedən yolda nömrəsini bilmədiyi məktəb yerləşir. Anar adlı şəxs saxlanılan zaman saat təxmini 18:00-18:30 radələri idi. Ona nə səbəbə saxlanılması barədə hər hansı məlumat verməmişlər. Nə səbəbə saxlanılması ilə bağlı, Polis Şöbəsində təhqiqatçı özü məlumat vermişdir. Anar adlı şəxsdən Təqsirləndirilən şəxs1 narkotik vasitə satması ilə bağlı o, heç bir şey soruşmamışdır. Həmin ünvanda onun üzərinə baxış keçirməmişlər, onu Polis Şöbəsinə gətirərək təhqiqat orqanına təhvil vermişlər. Üzərinə baxış keçirilməsində iştirak etmişlər. Anar adlı şəxsin üzərindən narkotik vasitə aşkar edilməmişdir. Anar adlı şəxs özü bildirmişdir ki, “üzərimdə narkotik vasitə yoxdur, lakin evimdə var.” Evə baxış keçirilməsində orada iştirak etmişlər. Evinə baxış keçirilməsi zamanı, iş istintaq şöbəsinə verilmiş, müstəntiq Qafar Qafarlı olmuş və ünvana baxış keçirilməsi üçün getmişlər. Anar adlı şəxs saxlanılan gün onun evinə baxış keçirilmişdir. Orada ondan başqa, müstəntiq, digər əməliyyat müvəkkili Şahid4, müdafiəçi və Anar adlı şəxs iştirak etmişdir. Anar adlı şəxs tutulan zaman hər-hansı təzyiq göstərilməmişdir. Tutulan zaman onun narkotik vasitənin təsiri altında olub-olmaması ilə bağlı onda hər hansı bir məlumat olmamışdır. Mənzilində baxış keçirilməsində iştirak etmişlər. Oradan narkotik vasitə aşkar edilmişdir, özü yerini göstərmişdir. Baxış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Texniki səbəbdən, yəni kamerada problem olması səbəbindən, iki dəfə çəkiliş aparılmışdır. Ünvanda 1 ədəd şpritsdə aşkar edilmişdir. Həmin şpritsdə narkotik vasitə olması ilə bağlı ekspert rəy vermişdir. Visual olaraq isə onun içərisində narkotik vasitənin olması görünməmişdir və o, görməmişdir. Həmin şpritsdə qan ləkəsi olmasını görməmişdir. Aşkar edilənlər götürülüb qablaşdırılmışdır. Anar adlı şəxs saxlanılan zaman əynində olan paltarlar yadında deyil. Anar adlı şəxsi saxlayan zaman üzərində mobil telefon olmuşdur. Mobil telefonun daxilində işlək vəziyyətdə olan ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 2020-ci ilin sentyabr ayında Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısının tapşırığı ilə Anar adlı şəxsi müəyyənləşdirərək Polis Şöbəsinə təhvil vermişlər. Tapşırığın əsası,Əhməd adlı şəxs Anar adlı şəxsdən 15 manata narkotik vasitə alması olmuşdur. Əməliyyat tədbiri keçirərək Anar adlı şəxsi müəyyən edərək, saxlamış və təhqiqatçı Elvin Hacıyevə təhvil vermişlər. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid4 göstərmişdir ki, təhqiqatçı tərəfindən Anar adlı şəxsin 15 manata Əhməd adlı şəxsə narkotik vasitə satması ilə bağlı məlumat verilmiş, Anar adlı şəxsin saxlanılması ilə bağlı tapşırıq verilmişdir. Anar adlı şəxsi yaşadığı ünvanın qarşısında saxlamışlar. Anar adlı şəxs saxlanılan zaman sentyabr ayı olmuş, saxlanılan gün isə saat təxmini 18:00-19:00 arası olarmış. Anar adlı şəxs saxlanılan zaman əynində olan paltarlar yadında deyil. Anar adlı şəxs saxlanılan zaman tək olmuş, əməliyyat qrupunda o və Şəhriyar iştirak etmişdir. Anar adlı şəxs saxlanılan zaman onlara heç bir etiraz etməmişdir. Anar adlı şəxs saxlanılan zaman ona heç bir şey deməmişlər, ona tutulmasının əsasını polis şöbəsində izah ediləcəyini bildirmişlər. Onu Xəzər RPİ-in 1-ci PŞ-nə apardıqlarını demişlər. Maşına əyləşdikdən sonra ona tutulmasının səbəbini demişdir. Anar adlı şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını bildirmişdir. Onu şəxsi maşını ilə polis şöbəsinə gətirmişlər. Anar adlı şəxsin üzərinə polis şöbəsində təhqiqatçı tərəfindən baxış keçirilən zaman, üzərindən hər-hansı qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar edilməmişdir, lakin özü orada evində narkotik vasitənin olduğunu bildirmişdir. Evinə baxış keçirilməsi zamanı, iş istintaq şöbəsinə verilmiş, müstəntiq Qafar Qafarlı olmuş və ünvana baxış keçirilməsi üçün getmişlər. Mənzilə baxış keçirilməsində iştirak etmişdir. Mənzildə baxış keçirilən zaman dolabın çəkməcəsində gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə aşkar edilmişdir. Orada Anar adlı şəxs etiraf etmişdir ki, aşkar edilmiş narkotik vasitə ona məxsusdur. Mənzilə baxış keçirilən zaman videoçəkilişdən istifadə edilmişdir. Anar adlı şəxsin həmin zaman ayağında elektron qolbağ olmasından xəbəri olmamışdır. Anar adlı şəxsi saxlayan zaman üzərində mobil telefon olmuşdur. Mobil telefonun daxilində işlək vəziyyətdə olan ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 06 sentyabr 2020-ci il tarixli, 6/1785 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində «…Şübhəli şəxs Təqsirləndirilən şəxs1 (imza)…» və s qeydlər olan zərfdəki bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,237 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «…Şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı evindən (imza)…» və s qeydlər olan zərfdəki bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,180 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki 01 ədəd şprisdəki izlər, narkotik vasitə olan heroinin izləridir. İz mikrohissəcikləri yetərsiz olduğundan yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan miqdarını təyin etmək və eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs1 götürülməsi qeyd edilən zərfdəki heroinlə Təqsirləndirilən şəxs2 yaşadığı evindən götürülməsi qeyd edilən zərfdəki heroin tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 oktyabr 2020-ci il tarixli, 2794 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2 bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs1 İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 oktyabr 2020-ci il tarixli, 2797 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 oktyabr 2020-ci il tarixli, 2018 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda yüngül ifadə olunmuş nevrasteniya qeyd edilir. Təqsirləndirilən şəxs2 aşkar edilən nevrasteniya törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 oktyabr 2020-ci il tarixli, 2019 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27.10.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27.10.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 01 il 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materillarında olan 17 sentyabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, o, ifadəsində qeyd etdiyi hadisə yerlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 05 sentyabr 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs2 göstərdiyi evin qonaq otağı kimi nəzərdə tutulmuş otağın girişinin qarşısında qoyulmuş üzərində televizor olan dolabın üst çəkməcəsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan qəhvəyi rəngli, toz şəkilli hissəciklər və həmin otaqda olan divanın saxlanc yeri olan alt hissəsində olan yerdən 01 ədəd “inject” markalı şpris aşkar edilərək götürülür. İş materiallarına olan 06 sentyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə üzərindən aşkar olunmuş narkotik vasitə heroini ondan 15 manat müqabilində aldığını bildirmişdir. İş materiallarında olan 06 sentyabr 2020-ci il tarixli, 077476 saylı diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xəzər RPİ-nin 1ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X13 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunla qadağan olunmuş əşya və maddə olmadığını, yaşadığı ünvan 6 ünvanında yarım “çet” narkotik vasitənin olduğunu, evinə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirdi. Sonuncunun üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən hər hansı bir qanunla qadağan edilmiş maddə aşkar edilmir. Video çəkiliş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən aparılmışdır. Video görüntü 3 dəqiqə 35 saniyə davam etmişdir. İş materiallarında olan 06 sentyabr 2020-ci il tarixli, 077477 saylı diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Qafar Qafarlı tərəfindən ünvan 6 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs2 göstərdiyi evin qonaq otağı kimi nəzərdə tutulmuş otaqda otağın girişinin qarşısında qoyulmuş üzərində televizor olan dolabın üst çəkməcəsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan qəhvəyi rəngli, toz şəkilli hissəciklər aşkar edilərək götürülür. Həmin zaman Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin orada olmadığını bildirir. Bundan sonra həmin otaqda olan divanın saxlanc yeri olan alt hissəsində olan yerdən 01 ədəd vizual müşahidədən üzərində hissəciklər olan 01 ədəd “inject” markalı şpris aşkar edilərək götürülür. Bundan sonra evin digər otağınada baxış keçirilir. Başqa hər hansı bir qanunsuz əşya və maddə aşkar edilmir. Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş bükümün qablaşdırılaraq götürüləcəyi bildirilir Video çəkiliş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən aparılmışdır. Video görüntü 16 dəqiqə 43 saniyə davam etmişdir. İş materiallarında olan 06 sentyabr 2020-ci il tarixli, 077478 saylı diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1, ƏÇPA-nın 11-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1, ƏÇPA-nın 11-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X13 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək narkotik vasitə kakos olduğunu və öz istifadəsi üçün 04 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Anar adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübüt əhəmiyyətinə malik olduğundan Elvin Hacıyev tərfindən bir ədəd 7 nömrəli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Video çəkiliş Şahid2 tərfindən aparılmışdır. Video görüntü 5 dəqiqə 47 saniyə davam etmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis leytenantı Elvin Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis leytenantı Elvin Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 sentyabr 2020-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Müşfiq Qocayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 07 sentyabr 2020-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Müşfiq Qocayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-232/2020 saylı, 07.09.2020-ci il tarixli qərarına əsasən AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05.09.2020-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-231/2020 saylı, 07.09.2020-ci il tarixli qərarına əsasən AR CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05.09.2020-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif olunması barədə 17 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 17 sentyabr 2020-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Müşfiq Qocayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xəzər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 24.12.2020-ci il tarixli məktubdan görünür ki Xəzər Rayon Məhkəməsinin 1(003)-110/2019 saylı, 06.03.2019-cu il tarixli hökmü ilə 01 il 07 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixə cəzasının 01 il 04 ay 17 gün hissəsini çəkmiş və çəkilməmiş cəzası 03 ay 03 gün müddət təşkil edir. İş materiallarında olan AZE seriyalı, 12583553 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs1, anası Balayeva Aygün olan X14 28.08.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 12552149 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs1, anası Balayeva Aygün olan X15 07.06.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan "xxxx" MMC X11 ilə İş Deparamenti tərəfindən verilmiş BKC/LGL-7656/21 saylı, 05.05.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, ***-***-**-** saylı nömrədə sorğulanan müddət ərzində əhatə dairəsinə dair məlumat qeydə alınmamışdır. ***-***-**-** saylı nömrə isə 05.09.2020-ci il tarixdə ünvan 1 ünvanında olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş 21/1-310 saylı, 16.05.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli 1(003)-44/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən əməli törətməkdə təqsirli bilinərək 01 il 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. “Şans” elektron monitorinq sisteminə daxil edilmiş məlumatlardan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 4(003)-231/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin 25.11.2020-ci il tarixdə saat 12:17-də məhkum Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi deaktiv edillərək izləmə sesssiyası bağlanılmış, lakin bugünədək məhkumun üzərindən çıxarılmış elektron nəzarət vasitəsi aktla birlikdə Elektron Monitorinq İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş 21/3- 1163 saylı, 29.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Xəzər Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatında olmuş məhkum Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixdə izlənmə sessiyası zamanı saat 00:00-dan saat 10:52-dək Şağan qəsəbəsində yerləşən yaşayış yerində olması, saat 10:52-dən saat 11:31-dək olan vaxt aralığında Dübəndi qəsəbəsinə getməsi, saat 11:31-dən saat 15:05-dək həmin qəsəbədə yerləşən fərdi yaşayış evində olması, saat 15:18-dən saat 15:55-dək yenidən yaşayış yerinə qayıtması, saat 16:00-dan isə Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin yerləşdiyi ünvanda olduğu müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan AR CM-nin 234.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25.02.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1 islah edilməsi və cəzanın məqsədinə nail olmaq üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 3 epizod yəni, Zərərçəkmiş şəxs1 məxsus dəyəri 30 manat təşkil edən 01 ədəd elektrik dəmir kəsən aparatın, dəyəri 60 manat təşkil edən 01 ədəd elektrik yerdeşən aparatın, dəyəri 230 manat təşkil edən 01 ədəd “Almaz” markalı elektrik yerdeşən aparatın, dəyəri 50 manat təşkil edən 01 ədəd elektrik taxta kəsən aparatın, dəyəri 150 manat təşkil edən 01 ədəd elektrik fiqurlu taxta kəsən aparatın, dəyəri 30 manat təşkil edən 01 ədəd qapı selektor rabitəsi düyməsinin, hər bir metrinin dəyəri 0,35 manat təşkil edən 175 manat dəyərində 500 metr uzunluğunda 2,5 mm-lik mis tərkibli elektrik naqilinin, hər bir metrinin dəyəri 0,28 manat təşkil edən 55 manat dəyərində 200 metr uzunluğunda telefon naqilinin, X5 məxsus hər bir metrinin dəyəri 2,5 manat təşkil edən 1000 manat dəyərində 400 metr uzunluğunda divarda çəkilmiş vəziyyətdə olan elektrik naqillərinin, Zərərçəkmiş şəxs3 məxsus dəyəri 180 manat təşkil edən 01 ədəd kişi paltosunun, dəyəri 120 manat təşkil edən 01 ədəd qadın gödəkçəsinin, dəyəri 180 manat təşkil edən 01 ədəd kişi ayaqqabısının, dəyəri 40 manat təşkil edən 01 ədəd qadın ayaqqabısının, dəyəri 80 manat təşkil edən 01 ədəd qadın qış ayaqqabısının və 120 manat nağd pulun oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin 3 epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərərçəkmiş şəxslərin ifadələrindən - İfadənin yerində yoxlanılması protokolundan ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən 3 epizod üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadəsində həmin 3 epizod üzrə edilmiş oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu epizodları etiraf etməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxslər iş üzrə marağı olan şəxslərdir və onlar yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdırlar. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadənin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən sarıbəniz digər bir şəxsin gətirildiyini və Təqsirləndirilən şəxs1 həmin zaman orada olmadığını bildirmişdir. Digər Zərərçəkmiş şəxs3 isə ifadənin yerində yoxlanılması zamanı işdə olduğunu, həmin zaman orada iştirak etmədiyini bildirmişdir. Digər zərərçəkmiş şəxs X8 isə ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 oraya gətirilmədiyini bildirmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması protokollarına qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 həmin 3 epizod üzrə ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisələrinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması təqsirləndirilən şəxsin ifadəsidir, onlar yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş yuxarıda adı çəkilən 03 epizod üzrə ifadənin yerində yoxlanılması barədə protokol sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut növü kimi qəbul edilən Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması barədə protokol sübut kimi qəbul edilə bilməz və onlar sübutların siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” 12.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17.06.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Belə olan halda məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus əşyaların oğurlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” “İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə”nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedev və digərləri Fransaya qarşı (№ 3394/03) iş üzrə 29 mart 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Məhkəmə AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin izahatından - Şahid ifadələrindən - Baxış və götürmə aparılması protokollarından - Üzləşdirmə protokolundan - Diskə baxış protokollarından - Ekspert rəyindən ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin izahatına qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində özünü təqsirli bilməmiş və ümumiyyətlə ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq orqanı yalnız Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış 05.09.2020-ci il tarixli izahatı (İş materialları İ cild səhifə 46-47) sübut kimi əsas gətirilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsində AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən törədilmədiyini, həmin cinayətin etiraf edilməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahid ifadələrinə qiymət verərkən bildirir ki, şahidlər Şahid3 və X7 həm ibtidai istintaq dövründə vermiş olduqları ifadələrində, həm də məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələrində qeyd etmişlər ki, «Anar» adlı şəxsin müəyyən edilməsi ilə bağlı təhqiqatçı Elvin Hacıyev tərəfindən tapşırıq verilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, «Anar» adlı şəxs xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2dur. 05 sentyabr 2020-ci il tarixdə, saat 18:40 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanının qarşısında müəyyən edib ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nə dəvət etmişlər. O, da heç bir etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 1-ci PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyevə həvalə edilmiş və Təqsirləndirilən şəxs2 təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Elvin Hacıyev təqsirləndirilən şəxsin, dəvət olunmuş Müdafiəçi1 və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz heç bir əşya olmadığını, lakin yaşadığı evdə «kakos» deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Bununla bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş müvafiq protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 izahatı alındıqdan sonra Təqsirləndirilən şəxs2 razılıq ərizəsi əsasında onun yaşadığı ünvan 1 ünvanında yerləşən evinə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Qafar Qafarlı Təqsirləndirilən şəxs2, dəvət olunmuş Müdafiəçi1 və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirən zaman evin qonaq otağında olan dolabın üst çəkməcəsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Eyni zamanda həmin qonaq otağında olan divanın saxlanc yerindən 01 ədəd “İnjekt” markalı şpris aşkar edilərək götürülmüşdür. Evin digər otaqlarına da axtarış və baxış keçirilsə də əhəmiyyət kəsb edən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə və 01 ədəd şpris zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 vermiş olduğunu ifadəsində ***-***-**-** saylı mobil nömrənin onun istifadəsində olduğunu, 05.09.2020-ci il tarixdə üzərində və işlək olduğunu, Şahid4 isə vermiş olduğu ifadəsində ***-***-**-** saylı mobil nömrənin onun istifadəsində olduğunu 05.09.2020-ci il tarixdə üzərində və işlək olduğunu qeyd etmişlər. Lakin, məhkəmə istintaqı zamanı "xxxx" MMC X11 ilə İş Deparamentindən əldə olunan sənədlər və məlumatlarda qeyd edilmişdir ki, ***-***-**-** saylı nömrədə sorğulanan müddət ərzində əhatə dairəsinə dair məlumat qeydə alınmamışdır. ***-***-**-** saylı nömrə isə 05.09.2020-ci il tarixdə ünvan 1 ünvanında olmamışdır. Burdan belə nəticəyə gəlinir ki, cinayət işi üzrə şahid kimi dindirilmiş şahidlər Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında 05.09.2020-ci il tarixdə olmamışlar. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı sorğu verilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən əldə olunan sənədlər və məlumatlarda qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli 1(003)-44/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən əməli törətməkdə təqsirli bilinərək ona 01 il 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. “Şans” elektron monitorinq sisteminə daxil edilmiş məlumatlardan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 4(003)-231/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin 25.11.2020-ci il tarixdə saat 12:17-də məhkum Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi deaktiv edillərək izləmə sessiyası bağlanılmış, lakin bugünədək məhkumun üzərindən çıxarılmış elektron nəzarət vasitəsi aktla birlikdə Elektron Monitorinq İdarəsinə təhvil verilməmişdir. Bakı şəhər Xəzər Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatında olmuş məhkum Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixdə izlənmə sessiyası zamanı saat 00:00-dan saat 10:52-dək Şağan qəsəbəsində yerləşən yaşayış yerində olması, saat 10:52-dən saat 11:31dək olan vaxt aralığında Dübəndi qəsəbəsinə getməsi, saat 11:31-dən saat 15:05-dək həmin qəsəbədə yerləşən fərdi yaşayış evində olması, saat 15:18dən saat 15:55-dək yenidən yaşayış yerinə qayıtması, saat 16:00-dan isə Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin yerləşdiyi ünvanda olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 təhkim edilmiş elektron qolbağ 05.09.2020-ci il tarixdə onun üzərində olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş məlumatda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixdə, saat 16:00-dan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin yerləşdiyi ünvanda olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixdə, saat 16:00-dan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin yerləşdiyi ünvanda olmuşdur. Lakin şübhəli şəxs kimi tutma protokolunda və şahid ifadələrində Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixdə saat 18:40 radələrində yaşadığı ünvan 10 ünvanının qarşısından tutulduğu qeyd edilmişdir. Burdan belə nəticəyə gəlinir ki, nə şahid kimi dindirilmiş Şahid3 və Şahid4, nə də ki, Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixdə 18:40 radələrində ünvan 10 ünvanında olmamışdır. Bu özünü "xxxx" MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən alınmış məlumatlarda əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Şahid3 və Şahid4 ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş baxış və götürmə protokoluna qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında baxış və götürmə istintaq hərəkəti 05.09.2020-ci il tarixdə saat 21:00-dan 21:45-ə kimi davam etmişdir. Lakin, məhkəmə istintaqı zamanı sorğu verilərək "xxxx" MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən əldə olunan sənədlər və məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 05.09.2020ci il tarixdə, saat 16:00-dan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin yerləşdiyi ünvanda olmuş, həmçinin cinayət işi üzrə şahid kimi dindirilmiş şahidlər Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında 05.09.2020-ci il tarixdə olmamışlar. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş baxış və götürmə protokolu sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş üzləşdirmə protokoluna qiymət verərkən bildirir ki, üzləşdirmə protokolu hazır ki iş üzrə hər iki təqsirləndirilən şəxs arasında aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini ondan 15 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadəsində qeyd etmişdir ki, onun üzərində narkotik vasitə olmuş, lakin o, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 almamışdır, üzərindən aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs2 almasını etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona ona təzyiq və təsir edilmişdir. Üzləşdirmə protokolu təqsirləndirilən şəxsin vermiş olduğu ifadə sayılır və onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş üzləşdirmə protokolu sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş diskə baxış protokollarına qiymət verərkən bildirir ki, iş materiallarında olan Təqsirləndirilən şəxs1 diskə baxış protokolundan qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 oğlunun, ƏÇPA-nın 11-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1, ƏÇPA-nın 11-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X13 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək narkotik vasitə kakos olduğunu və öz istifadəsi üçün 04 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Anar adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübüt əhəmiyyətinə malik olduğundan Elvin Hacıyev tərfindən bir ədəd 7 nömrəli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Video çəkiliş Şahid2 tərəfindən aparılmışdır. Video görüntü 5 dəqiqə 47 saniyə davam etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadəsində qeyd etmişdir ki, onun üzərində narkotik vasitə olmuş, lakin o, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 almamışdır, üzərindən aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs2 almasını etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilmişdir. Diskə baxış protokolu təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsi sayılır və onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. İş materiallarında olan Təqsirləndirilən şəxs2 diskə baxış protokollarında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xəzər RPİ-nin 1ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X13 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunla qadağan olunmuş əşya və maddə olmadığını, yaşadığı ünvan 6 ünvanında yarım “çet” narkotik vasitənin olduğunu, evinə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirdi. Sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunla qadağan edilmiş maddə edilməmişdir. Video çəkiliş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən aparılmışdır. Video görüntü 3 dəqiqə 35 saniyə davam etmişdir. Təqsirləndirilən şəxs2, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili,Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Qafar Qafarlı tərəfindən ünvan 6 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs2 göstərdiyi evin qonaq otağı kimi nəzərdə tutulmuş otağın girişinin qarşısında qoyulmuş üzərində televizor olan dolabın üst çəkməcəsindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan qəhvəyi rəngli, toz şəkilli hissəciklər aşkar edilərək götürülmüşdür. Həmin zaman Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin orada olmadığını bildirmişdir. Bundan sonra həmin otaqda olan divanın saxlanc yeri olan alt hissəsindən 01 ədəd vizual müşahidədən üzərində hissəciklər olan 01 ədəd “inject” markalı şpris aşkar edilərək götürülmüşdür. Bundan sonra evin digər otağına da baxış keçirilmişdir. Başqa hər hansı bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş bükümün qablaşdırılaraq götürüləcəyi bildirilmişdir. Video çəkiliş Xəzər RPİ-nin 1-ci PŞnin əməliyyat müvəkkili Şahid4 tərəfindən aparılmışdır. Video görüntü 16 dəqiqə 43 saniyə davam etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsində qeyd etmişdir ki, o, 05.09.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evinin qarşısında saxlanılmamış, qardaşının işi ilə əlaqədar Xəzər RPİ-nin 1-ci PŞnin əməkdaşı tərəfindən çağırılmış və o, özü Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. Sonradan əmliyyat müvəkkilləri ona Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını demiş, o, isə bunun olmadığını bildirmiş, belə olduqda əməliyyat müvəkilləri tərəfindən işgəncəyə və təzyiqlərə məruzə qalmış, bir neçə gün sonra məcbur olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını etiraf etmiş, hazırda üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə qonaq otağında televizorun altında olan dolabın çəkməcəsində 1 çet narkotik vasitə olduğunu demiş, həmin evə baxış keçirilməsinə etirazı olmaması ilə bağlı ərizə yazmış, müstəntiq Q.Qafarlı, əməliyyat müvəkilləri Şahid3, Şahid4, Müdafiəçi1 və onun iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə getmiş, ilkin baxış zamanı həmin dolabın çəkməcəsindən heç bir narkotik vasitə olmadığı aşkarlanmış, polis əməkdaşı ona niyə yalan olaraq evində narkotik vasitənin olduğunu dediyini soruşmuş, o isə işgəncəyə və təzyiqlərə dözmədiyindən belə etdiyini demiş, sonra polis əməkdaşları onu, ailə üzvlərini və müdafiəçisini yaşadığı evdən çölə çıxarmış, ikinci çəkiliş zamanı həmin dolabdan narkotik vasitə aşkar edilmiş, bu zaman o, həmin dolabda narkotik vasitənin olmadığını və bu narkotik vasitənin polis əməkdaşları tərəfindən ora yerləşdirildiyini demişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış zamanı həqiqətən də iki dəfə çəkiliş olmuş, lakin birinci çəkiliş texniki səbəblərdən baş tutmamışdır. Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 bu ifadəni təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak edən zaman bildirmişdir. (1(003)- 68/2021 saylı cinayət işi, İ cild, 136-cı vərəq) Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə istintaqı zamanı sorğu verilərək "xxxx" MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən əldə olunan sənədlər və məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixdə, saat 16:00-dan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin yerləşdiyi ünvanda olmuş, həmçinin cinayət işi üzrə şahid kimi dindirilmiş şahidlər Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında 05.09.2020-ci il tarixdə olmamışlar. Burdan belə nəticəyə gəlinir ki, nə şahid kimi dindirilmiş Şahid3 və Şahid4, nə də ki, Təqsirləndirilən şəxs2 05.09.2020-ci il tarixdə 21:00-21:45 radələrində ünvan 10 ünvanında olmamışdır. Bu özünü "xxxx" MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən alınmış məlumatlarda əksini tapmışdır. Diskə baxış protokolu təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsi sayılır və onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş diskə baxış protokolları sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 06 sentyabr 2020-ci il tarixli, 6/1785 saylı rəyinə qiymət verərkən bildirir ki, ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Şübhəli şəxs Təqsirləndirilən şəxs1 (imza)…» və s qeydlər olan zərfdəki bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,237 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «…Şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı evindən (imza)…» və s qeydlər olan zərfdəki bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,180 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki 01 ədəd şprisdəki izlər, narkotik vasitə olan heroinin izləridir. İz mikrohissəcikləri yetərsiz olduğundan yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan miqdarını təyin etmək və eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs1 götürülməsi qeyd edilən zərfdəki heroinlə Təqsirləndirilən şəxs2 yaşadığı evindən götürülməsi qeyd edilən zərfdəki heroin tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» siyahısına daxildir. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyi yalnız faktı təsdiq edir, yəni aşkar edilmiş maddələrin narkotik vasitə olduğunu müəyyən edir, lakin həmin narkotik vasitələrin kimə məxsus olduğunu, və yaxud kimdən aşkar olunduğunu müəyyən etmir. Bu səbəbdən də ekspert rəyi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 06 sentyabr 2020-ci il tarixli, 6/1785 saylı rəyi Təqsirləndirilən şəxs2 aid olan hissədə sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut növü kimi qəbul edilən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu izahatı, şahidlər Şahid3 və Şahid4 ifadəsi, 05 sentyabr 2020-ci il tarixli baxış və götürmə protokolu, 06 sentyabr 2020-ci il tarixli üzləşdirmə protokolu, diskə baxış keçirilməsi barədə protokollar və iş üzrə keçirilmiş ekspert rəyi Təqsirləndirilən şəxs2 aid olan hissədə sübut kimi qəbul edilə bilməz və onlar sübutların siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” 12.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17.06.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən “Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddi sübut kimi saxlanılan qalıq 0,137 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş maddi sübut kimi saxlanılan qalıq 0,180 qram narkotik vasitə olan heroinin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilməli, habelə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsində saxlanılan 0,180 qram narkotik vasitə olan heroin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilməlidir. İş materiallarında olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra 0,180 qram narkotik vasitə olan heroinin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilsin, habelə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsində saxlanılan 0,180 qram narkotik vasitə olan heroin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilsin. Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus əşyaların oğurlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05.09.2020-ci il tarixdən 07.09.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,137 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 3 (üç) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-69/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-69/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver