Məhkəmə qərarları › İş №1(003)-690/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-690/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-690/2023 21.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Anlaqsız vəziyyətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜ ƏY Y ƏN E T D İ: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 06 may 2023-cü il tarixdə təxminən saat 21 radələrində yaşadığı ünvan 2 ünvanında mətbəxdən götürdüyü bıçaqla hakimiyyət nümayəndəsi hesab olunan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru X3, AR-nın ƏÇPA-nın 11-ci polis taborunun polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs3 qəsdən vuraraq Xəzər Yolçuyevə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aid çeynəmə funksiyasının pozulması, eləcə də sol tərəfdə mülayim çənə sallanması ilə müşayiət olunan alt çənənin, ağzın selikli qişasının çoxsaylı deşilmiş-kəsilmiş yaraları; Zərərçəkmiş şəxs3 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aid ənsə nahiyyəsinin 1 ədəd kəsilmiş yarası, boynun arxa səthinin sinir keçiriciliyinin pozulması ilə müşayiət olunan 1 ədəd dərin kəsilmiş yarası, sağ budun damar sinir kələfi proyeksiyasında olan sinir şaxələrinin zədələnməsi ilə müşayiət olunan 1 ədəd dərin kəsilmiş yarası xəsarətləri yetirərək, Xəzər Yolçuyev və Zərərçəkmiş şəxs3 xidməti vəzifələrini və ya ictimai borclarını yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlıqlarına ağ ağır zərər vurmuş və hakimiyyət nümayəndələri hesab olunan Xəzər Yolçuyev və Zərərçəkmiş şəxs3 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 1991-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş və bu evlilikdən iki övladı olmuşdur. 1994-cü il təvəllüdlü oğlu X6 2009-cu ildə Şüvəlan qəsəbəsində baş vermiş avtoqəzada vəfat etmişdir. Digər övladı, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Kiçik oğlu Vəliyətin vəfatından sonra ailələrinin tək ümid yeri Hüseynağa olmuşdur. Bir valideyn kimi ona ümid bəsləmiş, digər övladının yoxluğundan yaranan acını az da olsa, azaltmaq üçün ona bağlanmışlar. Oğlu Hüseynağa sakit, mülayim bir insan olmuş, onun hər hansı bir şəxslə bu günə qədər düşmənçilik və ədavəti olmamışdır. Oğlu Vəliyətin vəfatı Hüseynağaya çox təsir etmiş, qardaşının ölümü, ailəsinin daxilində baş verən dərin hüznlü ab-hava onun vəziyyətini ağırlaşdırmış, psixi durumunun mənfiyə doğru getməsinə səbəb olmuşdur. Qardaşının ölümündən psixi problemlərə düçar olan oğlu Hüseynağa uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən xəstəxananın həkimlərinin tibbi dəstəyindən istifadə etməklə müalicələr almışdır. Onun vəziyyətinin ağırlığı və yaşadığı ruhi-psixi problemlərlə əlaqədar olaraq çoxlu dərmanlar yazılmış və həkim tərəfindən yazılmış həmin reseptlər əsasında zəruri dərman preparatları qəbul etmişdir. Onun hərəkətləri qəribəlik, daimi qeyri-müəyyənlik təşkil etmiş və bu da psixi-ruhi problemlər, düçar olduğu xəstəliklə əlaqədar olmuşdur. Bütün bunlar onu içinə qapanıq bir insana çevirmişdir. 06 may 2023-cü il tarixdə oğlu Hüseynağanın vəziyyəti qəflətən pisləşmişdir. Buna görə də, dərhal X15 Briqadasının həkimlərini çağırmışlar. X15 Briqadasının həkimləri gəldikdən sonra həkimlər oğlu Hüseynağanın vəziyyəti ilə əlaqədar olaraq əvvəlcə ona ilkin tibbi müdaxilə və yardım göstərə bilməmişlər. Məhz bu səbəblə hadisə yerinə X15 Briqadasının həkimləri polis əməkdaşlarını çağırmaq qərarına gəlmişlər. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra oğlu Hüseynağaya tibbi müdaxilə etmək üçün yardım etmək istəsələr də, Hüseynağa psixi problemlərindən doğan dərin sarsıntı və ruhi pozuntu ilə əlaqədar olaraq qorxmuş, mətbəx bıçağını götürərək polislərə hücum etmişdir. Lakin oğlu Hüseynağa bu hərəkətləri edən zaman törətdiyi hərəkətlərin xarakter və məzmununu anlamamış, məqsədi kiməsə xəsarət yetirmək, kimi isə yaralamaq, həyatına təhlükə törətmək, hakimiyyət nümayəndəsi olan polisin qanuni fəaliyyət və müdaxiləsini pozmaq olmamışdır. Hüseynağanın bütün bu davranışları sırf qardaşının ölümündən sonra yaranmış dərin sarsıntı, hüzn və bundan törəyən psixi-ruhi problemlər olmuşdur, yəni o, hər hansı məqsədyönlü ictimai təhlükəli hərəkət törətmək istəməmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, BŞXRPİ-nin 1-ci PŞ-də baş təhqiqatçı vəzifəsini icra edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu yalnız hadisə baş verən gün, yəni 06 may 2023-cü il tarixdə görmüşdür. Buna görə də, aralarında hər hansı bir düşmənçilik və şəxsi ədavət olmamışdır. 06 may 2023-cü il tarixdə X15 Briqadasının və şəxsin əmisi Şahid2 “102” xidmətinə verdiyi məlumat əsasında 1-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Cəfərov Elxan, növbətçi sürücü-polis serjantı Əliyev Rəhmanla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Evə daxil olduqları zaman Təqsirləndirilən şəxs əvvəlcə, “xoş gəlmisiniz”-demiş və daha sonra sağ əlində gizlətdiyi mətbəx bıçağını çıxararaq onun üzünün sol nahiyyəsinə bıçaq zərbəsi yetirmişdir. Şəxs içəri daxil olan zaman onları normal formada qarşılasa da və “xoş gəlmisiniz” kimi ifadələr işlətsə də, heç bir əsaslı səbəb olmadan, birdən-birə hiddətlənmiş, qəfil aqressivlik nümayiş etdirərək göy rəngli, uzunqol, damalı köynəyində, sağ əlində gizlətdiyi mətbəx bıçağı ilə üzərinə hücum etmiş və ona xəsarət yetirmişdir. Onlar içəri daxil olduqları ilk anda əvvəlcə, onun hərəkətlərində hər hansı anormal və ya qeyri-müəyyən davranış forması hiss etməmişlər, üzərində bıçağın olmasını da bilməmişlər. Şəxsin törətdiyi əməl anidən baş vermiş, o, onlara xidməti vəzifələrini həyata keçirməyə başlamağa imkan verməmişdir. O, ona xəsarət yetirdikdən sonra yenidən nizamsız hərəkətlər və anlaşılmaz şəkildə üzərinə hücum etmiş, yenidən xəsarət yetirmək üçün arxasıyca qaçmağa başlamışdır. Həmçinin, o bütün bunları edən zaman ünvanlarına nalayiq ifadələr, sözlər, söyüşlər də deyərək qeyd etdiyi kimi, heç bir səbəb və əsas olmadan onlara xəsarət yetirməyə çalışmışdır. Bundan sonra o, X15 Briqadasının əməkdaşları ilə birlikdə “X13”nə getmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2012-ci ilin yanvar ayından etibarən X14 X8 polis nəfəri kimi çalışır. Təqsirləndirilən şəxs əvvəllər həmin ərazidə yaşayan vətandaş kimi tanımışdır. Təqsirləndirilən şəxs Vaqi oğlu ilə aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. 06 may 2023-cü il tarixdə X15 Briqadasının və şəxsin əmisi Şahid2 “102” xidmətinə veridyi məlumat əsasında 1-ci polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı, Elxan Cəfərov, növbətçi sürücü polis serjantı Rəhman Əliyevlə və baş təhqiqatçı Xəzər Yolçuyevlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Evə daxil olan zaman Təqsirləndirilən şəxs Xəzər Yolçuyevə xəsarət yetirmişdir. Bundan sonra o, X14 X5 polis nəfəri Şahid3la birlikdə daxil olmuş məlumat əsasında hadiə yerinə getmişlər. O, içəri daxil olan zaman evin qapısının arxasında gizlənmiş olan Təqsirləndirilən şəxs əlindəki mətbəx bıçağı ilə onun ənsə nahiyəsinə bıçaq zərbəsi yetirmişdir. Yəni həmin şəxs heç bir əsaslı səbəb olmadan birdən-birə hiddətlənmiş, qəfil aqressivlik nümayiş etdirərək göy rəngli, uzunqol, damalı köynəyində əlindəki mətbəx bıçağı ilə üzərinə hücum etmiş və ona xəsarət yetirmişdir. Həmin şəxsin törətdiyi əməl anidən baş vermiş, o, onlara xidməti vəzifələri həyata keçirməyə imkan verməmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdikdən sonra digər polis əməkdaşları tərəfindən saxlanmışdır. Bundan sonra o, X15 briqadasının əməkdaşları ilə birlikdə X9 müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 1991-ci ildə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuş və bu evlilikdən iki övladı olmuşdur. 1994-cü il təvəllüdlü oğlu X6 2009-cu ildə Şüvəlan qəsəbəsində baş vermiş avtoqəzada vəfat etmişdir. Digər övladı, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Kiçik oğlu Vəliyətin vəfatından sonra ailələrinin tək ümid yeri Hüseynağa olmuşdur. Bir valideyn kimi ona ümid bəsləmiş, digər övladının yoxluğundan yaranan acını az da olsa, azaltmaq üçün ona bağlanmışlar. Oğlu Hüseynağa sakit, mülayim bir insan olmuş, onun hər hansı bir şəxslə bu günə qədər düşmənçilik və ədavəti olmamışdır. Oğlu Vəliyətin vəfatı Hüseynağaya çox təsir etmiş, qardaşının ölümü, ailəsinin daxilində baş verən dərin hüznlü ab-hava onun vəziyyətini ağırlaşdırmış, psixi durumunun mənfiyə doğru getməsinə səbəb olmuşdur. Qardaşının ölümündən psixi problemlərə düçar olan oğlu Hüseynağa uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən xəstəxananın həkimlərinin tibbi dəstəyindən istifadə etməklə müalicələr almışdır. Onun vəziyyətinin ağırlığı və yaşadığı ruhi-psixi problemlərlə əlaqədar olaraq çoxlu dərmanlar yazılmış və həkim tərəfindən yazılmış həmin reseptlər əsasında zəruri dərman preparatları qəbul etmişdir. Onun hərəkətləri qəribəlik, daimi qeyri-müəyyənlik təşkil etmiş və bu da psixi-ruhi problemlər, düçar olduğu xəstəliklə əlaqədar olmuşdur. Bütün bunlar onu içinə qapanıq bir insana çevirmişdir. 06 may 2023-cü il tarixdə oğlu Hüseynağanın vəziyyəti qəflətən pisləşmişdir. Buna görə də, dərhal X15 Briqadasının həkimlərini çağırmışlar. X15 Briqadasının həkimləri gəldikdən sonra həkimlər oğlu Hüseynağanın vəziyyəti ilə əlaqədar olaraq əvvəlcə ona ilkin tibbi müdaxilə və yardım göstərə bilməmişlər. Məhz bu səbəblə hadisə yerinə X15 Briqadasının həkimləri polis əməkdaşlarını çağırmaq qərarına gəlmişlər. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra oğlu Hüseynağaya tibbi müdaxilə etmək üçün yardım etmək istəsələr də, Hüseynağa psixi problemlərindən doğan dərin sarsıntı və ruhi pozuntu ilə əlaqədar olaraq qorxmuş, mətbəx bıçağını götürərək polislərə hücum etmişdir. Lakin oğlu Hüseynağa bu hərəkətləri edən zaman törətdiyi hərəkətlərin xarakter və məzmununu anlamamış, məqsədi kiməsə xəsarət yetirmək, kimi isə yaralamaq, həyatına təhlükə törətmək, hakimiyyət nümayəndəsi olan polisin qanuni fəaliyyət və müdaxiləsini pozmaq olmamışdır. Hüseynağanın bütün bu davranışları sırf qardaşının ölümündən sonra yaranmış dərin sarsıntı, hüzn və bundan törəyən psixi-ruhi problemlər olmuşdur, yəni o, hər hansı məqsədyönlü ictimai təhlükəli hərəkət törətmək istəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən etibarən X14 X5 polis nəfəri (polis seriantı) kimi çalışır. Təqsirləndirilən şəxs əvvəllər həmin ərazidə yaşayan vətəndaş kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir düşmənçilik və şəxsi ədavəti olmamışdır. Bildiyinə görə, 06 may 2023-cü il tarixdə TTYB-nin və şəxsin əmisi A.Vidadinin “102” xidmətinə verdiyi məlumat əsasında 1-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Cəfərov Elxan, növbətçi sürücü-polis serjantı Əliyev Rəhmanla və Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı Xəzər Yolçuyev birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Evə daxil olduqları zaman Təqsirləndirilən şəxs Xəzər Yolçuyevə xəsarət yetirmişdir. Bundan sonra o, X14 X5 polis nəfəri (polis seriani) Zərərçəkmiş şəxs3 ilə birlikdə daxil olmuş məlumat əsasında hadisə yerinə getmişlər. Zərərçəkmiş şəxs3 içəri daxil olan zaman evin qapısının arxasında gizlənmiş olan Təqsirləndirilən şəxs onun ənsə nahiyyəsinə əlindəki mətbəx bıçağı ilə bıçaq zərbəsi yetirmişdir. Şəxs heç bir əsaslı səbəb olmadan, birdən-birə hiddətlənmiş, qəfil aqressivlik nümayiş etdirərək göy rəngli, uzunqol damalı köynəyində, əlindəki mətbəx bıçağı ilə üzərinə hücum etmiş və polis əməkdaşlarına xəsarət yetirmişdir. Şəxsin törətdiyi əməl anidən baş vermiş, o, onlara xidməti vəzifələrini həyata keçirməyə başlamağa imkan verməmişdir. O, Zərərçəkmiş şəxs3 xəsarət yetirdikdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X16 “Bakı şəhər Təcili və X2 Stansiyası” X10 feldşer vəzifəsində işləyir. Feldşer kimi vəzifəsi çağırışlara gedərək xəstələrə ilkin tibbi yardım və digər zəruri müdaxilələr həyata keçirmək, xəstənin sağlamlıq vəziyyətinə uyğun olaraq onun xəstəxanaya çatdırılması zərurəti vardırsa, xəstəxanaya qədərki lazım olan tibbi tədbirləri həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər görməmiş və onunla hər hansı bir münasibəti olmamışdır. Hadisə baş verən gün, yəni 06 may 2023cü il tarixdə saat 19:24-də “103” xidmətinə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1-ci Polis Şöbəsinin inzibati binasına ***-***-**-** nömrəli telefondan Təqsirləndirilən şəxs (30) yaş adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 10 saylı bölmənin həkimi olan Yeganə Əliyeva və tibb bacısı, yəni o icra edərək 1-ci Polis Şöbəsinə getmişdirlər. Həmin vaxt xəstə Təqsirləndirilən şəxs baş nahiyyəsində xəsarət aşkar etmiş və ona “Başın açıq yarası” diaqnozu qoyaraq yaranı 3%-li hidrogen peroksid məhlulu ilə işləmiş, steril sarğı tətbiq etmişlər. Həmin vaxt xəstəyə başındakı xəsarətin əmələgəlmə səbəbini soruşduqda, o, həmin xəsarətlərin əmələgəlmə səbəbi barədə aydın, səlis və anlaşılan nitqlə onlara cavab verməmiş, biri digərinə uyğun gəlməyən söz və ifadələrdən istifadə etmiş, başındakı yaranın səbəbləri barədə ona verdikləri suala cavab kimi adekvat olmayan qeyri-dəqiq söz və ifadələr işlətmişdir. Həmin vaxt polislər qeyd etmişlər ki, xəstə qaçmaq istəyərkən özü yıxılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur. Onun Hüseynağa ilə hər hansı bir düşmənçilik və şəxsi ədavəti olmamışdır. O onun başqa şəxslərlə də hər hansı bir düşmənçilik və şəxsi ədavətinin olması barədə nə isə eşitməmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 1991-ci ildə Şahid1 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən iki övladı olmuşdur. 1994-cü il təvəllüdlü oğlu X6 2009-cu ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş vermiş avtoqəzada vəfat etmişdir. Digər övladı, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Kiçik oğlu Vəliyətin 2009-cu ildəki vəfatından sonra ailələrinin tək ümid yeri, Hüseynağa olmuşdur. Bir valideyn kimi ona ümid bəsləmiş, digər övladlarının yoxluğundan yaranan acını az da olsa, azaltmaq üçün ona bağlanmışdırlar. Vəliyətin 2009-cu ildəki vəfatı Hüseynağaya çox təsir etmiş, qardaşının ölümü, ailəsinin daxilində baş verən dərin hüznlü ab-hava onun vəziyyətini ağırlaşdırmış, psixi durumunun mənfiyə doğru getməsinə səbəb olmuşdur. Qardaşının ölümündən psixi problemlərə düçar olan Hüseynağa uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən xəstəxananın həkimlərinin tibbi dəstəyindən istifadə etməklə müalicələr almışdır. Onun vəziyyətinin ağırlığı və yaşadığı ruhi-psixi problemlərlə əlaqədar olaraq çoxlu dərmanlar yazılmışdır və həkim tərəfindən yazılmış həmin reseptlər əsasında zəruri dərman preparatları qəbul etmişdir. Onun hərəkətləri qəribəlik, daimi qeyri-müəyyənlik təşkil etmişdir və bu da bayaq qeyd etdiyi psixi-ruhi problemlər, düçar olduğu xəstəliklə əlaqədar olmuşdur. Bütün bunlar onu içinə qapanıq bir insana çevirmişdir. 06 may 2023-cü il tarixdə Hüseynağanın vəziyyəti qəflətən pisləşmişdir. Buna görə də, dərhal X15 Briqadasının həkimlərini çağırmışdırlar. Həmin vaxt Hüseynağa özündə olmadığı üçün, hətta onu da stəkanla vurmaq istəmişdir, lakin həmin vaxt o heç bir xəsarət almamışdır. X15 Briqadasının həkimləri gəldikdən sonra həkimlər Hüseynağanın vəziyyəti ilə əlaqədar olaraq əvvəlcə, ona ilkin tibbi müdaxilə və yardım göstərə bilməmişdirlər. Məhz bu səbəblə hadisə yerinə X15 Briqadasının həkimləri polis əməkdaşlarını çağırmaq qərarına gəlmişdirlər. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Hüseynağaya tibbi müdaxilə etmək üçün yardım etmək istəsələr də, Hüseynağa yuxarıda qeyd etdiyi psixi problemlərindən doğan dərin sarsıntı və ruhi pozuntu ilə əlaqədar olaraq qorxmuş, mətbəx bıçağını götürərək polislərə hücum etmişdir. Lakin Hüseynağa bu hərəkətləri edən zaman törətdiyi hərəkətlərin xarakter və məzmununu anlamamış, məqsədi kiməsə xəsarət yetirmək, kimi isə yaralamaq, həyatına təhlükə törətmək, hakimiyyət nümayəndəsi olan polisin qanuni fəaliyyət və müdaxiləsini pozmaq olmamışdır. Hüseynağanın bütün bu davranışları sırf qardaşının ölümündən sonra yaranmış dərin sarsıntı, hüzn və bundan törəyən psixi-ruhi problemlər olmuşdur, yəni o hər hansı məqsədyönlü ictimai təhlükəli hərəkət törətmək istəməmişdir. Onun Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbi olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs psixoloji vəziyyəti ilə əlaqədar dindirmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.3-cü və 315-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-236/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stansionar Kitabçadan (xəstəlik tarixindən) N-0069504 Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs zahirən oyanıq və narahtır, əhval-ruhiyyəsi dəyişkəndir. Bir yerdə qərar tutmur. Müayinə zamanı məlum oldu ki, ünsiyyətə qoşulmur, sualları cavablandırmaqdan imtina edir, daxili aləmini tam açmır, yuxusu pozulub İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 may 2023-cü il tarixli, 474 saylı (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- ənsə nahiyyəsinin, sağ kürəkaltı nahiyyənin, sağ əlin səyrəqları, sol göz almasının alı qişasının qansızması, sol gözaltı nahiyyənin qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir, rəyə əsasən, törənmə müddətləri onun 3 saylı İT-nin tibb məntəqəsinə müraciətindən və müayinəsindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər müxtəlif şəraitdə, o cümlədən müayinə olunanın göstərilmiş olduğu şəraitdə, yəni öz boyu hündürlüyündən sərt və pilləli yer örtüyünə yıxılması zamanı əmələ gələ bilməsi istisna olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 17 may 2023-cü il tarixli, 1019 saylı (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 1369 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində istintaqın ekspertlər qarşısında qoyduğu psixi vəziyyətinin düzgün qiymətləndirilməsi ətraflı və uzun müddətli müayinə tələb etdiyi üçün onun stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsinin zəruriliyi qənaətinə gəlinmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 08 iyun 2023-cü il tarixli, 524 saylı (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, X.Ş.Yolçuyevin bədəni üzərində aşkar edilmiş xəsarətlər- çeynəmə funksiyasının pozulması, eləcə də sol tərəfdə mülayim çənə sallanması ilə müşayiət olunan alt çənənin, ağzın selikli qişasının çoxsaylı deşilmiş-kəsilmiş yaraları deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin, bıçaq)) təsirindən törənmişdir, törənmə müddətləri onun A.N.Heydərov adına Respublika Hospitalına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar AZ AĞİR dərəcəli zərərvurmaya aidddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, X.Ş.Yolçuyevin bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Ekspert rəyində ,həmçinin, bildirilmişdir ki, X.Ş.Yolçuyevin bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla törənə bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 08 iyun 2023-cü il tarixli, 525 saylı (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- ənsə nahiyyəsinin 1 ədəd kəsilmiş yarası, boynun arxa səthinin sinir keçiriciliyinin pozulması ilə müşayiət olunan 1 ədəd dərin kəsilmiş yaras, sağ budun damar sinir kələfi proyeksiyasında olan sinir şaxələrinin zədələnməsi ilə müşayiət olunan 1 ədəd dərin kəsilmiş yarası kəsici təsirə malik əşya (alət(ola bilsin, bıçaq)) təsirindən törənmişdir, törənmə müddətləri onun A.N.Heydərov adına Respublika Hospitalına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar AZ AĞİR dərəcəli zərərvurmaya aidddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Ekspert rəyində ,həmçinin, bildirilmişdir ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla törənə bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş kompleks məhkəmə - bioloji və soyuq silah ekspertizasının 30 may 2023-cü il tarixli, 226/2023-MTKŞ saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş kompleks məhkəmə - bioloji və soyuq silah ekspertizasının 26 may 2023-cü il tarixli, 309/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X1 ABO sistemi üzrə qan qrupu: O/İ/-dir. Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qrupu: O/İ/-dir. Şahid2 ABO sistemi üzrə qan qrupu: A/İİ/-dir. Ekspertizaya təqdim edilən bir ədəd mətbəx bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən Şahid2 Hüseynaağa oğluna /onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/ məxsus ola bilər. Bıçaq üzərindəki ləkələrdə O/İ/ qruplu X1 və Zərərçəkmiş şəxs3 qanlarının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halda mümkündür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli, 96 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «PARANOİD ŞİZOFRENİYA» müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (9 saylı X15 Stansiyasının «Şizofreniya paranoid forma F20.0» diaqnozlu göndərişi ilə 17 sentyabr 2018-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasına stasionar müalicəyə qəbul olunması, Respublika Psixiatriya Xəstəxanasında 17 sentyabr 2018-ci il tarixdən 15 noyabr 2018ci il tarixə qədər «Şizofrenǝbənzər psixoz F23.2» diaqnozu ilə stasionar müalicə olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə tabe olmaması, ümumi və şəxsi gigiyena qaydalarına riayət etməməsi, xarici görkəminə diqqət yetirməməsi, ünsiyyətə az meyilli olması, öz daxili aləminə qapılması, davranışının şəraitə qeyri-adekvat olması, davranışında qəribəliklər müşahidə edilməsi, əhvali-ruhiyyəsinin gah yüksək, gah da aşağı və qəzəbli olması, öz vəziyyətinə və düşdüyü şəraitə qarşı tənqidi münasibətinin aşkar edilməməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə səliqəsiz olması, düşdüyü vəziyyətə uyğun olmayaraq rahat və şən görünməsi, məhsuldar söz təması yaratmağın çətinliklə mümkün olması, söhbətə könülsüz qoşulması, ona ünvanlanan əksər sualları müxtəsər cavablandırması, suallara laqeyd yanaşması, həkimlə göz təması qurmaması, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin formal olaraq saxlanıldığının müəyyən edilməsi, təfəkkürünün məntiqsiz olmaqla autik xarakter daşıması, eşitmə hallüsinasiyalarının təsiri altında olmasının müəyyən edilməsi, müayinə zamanı özünü qeyri-adi aparması, arabir başa düşülməyən ifadələr işlətməsi, jestikulyasiya etməklə anlaşılmaz qəribə hərəkətlər etməsi, asta səslə öz-özünə danışması, əhvali-ruhiyyə fonunda dəyişkənlik qeydə alınması, gah yersiz olaraq gülməsi, gah da qəzəbli baxışlarla ətrafa baxması, sorğusual gedişatında affektiv qeyri-sabitlik müşahidə edilməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, öz daxili aləmini açıqlamağa meylli olmaması, dissimulativ davranış qeydə alınması, törətdiyi hadisəyə münasibətdə intellektual imkanlarının qeyri-müstəqil olması, maraq dairəsinin məhdud olması, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməməsi, öz gələcək aqibətinə laqeydliklə yanaşması, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Şizofreniya və ya digər birincili psixotik pozuntular» rubrikasında 6A20 kodu altında «Şizofreniya» olaraq qeyd edilir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı təfəkkürünün autikliyi, paralogikliyi, tənqidilik və proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq kimi əlamətlər müəyyən edilir. Emosional və assosiativ yaddaşın norma həcmində olduğu, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi müəyyən edilir. Əhvali-ruhiyyəsinin dəyişkən olduğu, psixiemosional vəziyyətində qəzəb, gərginlik, laqeydlik, emosional qeyri-sabitlik kimi hallar aşkar olunur. Bəzən situasiyaya uyğun olmayan, qeyri-adekvat davranışlar sərgiləyir. Sorğu-sual gedişatında, ona ünvanlanan əksər sualları cavablandırmır. Öz vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibətinin olmadığı müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədənədək və törədərkən «Paranoid şizofreniya» xroniki psixi xəstəliyindən əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Paranoid şizofreniya» psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs düçar olduğu paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət hal-hazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə Əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs inadkarlıq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, hirslilik, tez özündən çıxmaq, şübhəlilik, impulsivlik kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional sferasında implusivlik yaranmış, həmin halın yaranma səbəbi, psixiatrik müayinə zamanı onda müəyyən edilmiş psixi xəstəliklə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi xəstəliklə əlaqədar, cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Onda müəyyən edilmiş psixi pozuntu əlamətləri (təfəkkürünün ləngliyi, paralogikliyi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq) və s. onun əqli imkanlarında gerilik yaratmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-374/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutların məcmusu, o cümlədən cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Paranoid Şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkərkən anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətmişdir və hazırda da Təqsirləndirilən şəxs qeyd edilən psixi xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının CM-in 95.0.3-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcbur müalicə tədbirinin tətbiqinə ehtiyac vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edir. Həmin Məcəllənin 93.2 və 93.4-cü maddələrinin tələbinə görə, bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir. Həmin Məcəllənin 95.0.3-cü maddəsinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, ittiham olunan əmələ görə anlaqsız hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyünü, halhazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, o cümlədən iş üzrə keçirilmiş məhkəməpsixiatriya ekspertiza rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmələrək, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 348 və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.3-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, sağalanadək məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında müalicə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərar icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Maddi sübut – istintaq zamanı götürülmüş və hazırda Xəzər rayon prokurorluğunda saxlanılan 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar