Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-7/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X5, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, fərdi evdə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 800 manat olan 01 ədəd «Hisense» markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən evin saxlanc yeri olan qazanxanasına qapısını açmaqla qanunsuz daxil olub oradan dəyəri 1200 manat olan 01 ədəd kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxx 2019-cu il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 750 manat olan 01 ədəd “LG” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxx 2019-cu il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan 250 manat nağd pul və dəyəri 100 manat olan 01 ədəd «Samsung» markalı DVD-ni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 350 manat olan 01 ədəd “Eurolux 82” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs14 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 6 manat olan 01 ədəd kişi qol saatını, dəyəri 360 manat olan 01 ədəd “Eurolux” markalı televizoru, dəyəri 300 manat olan 01 ədəd mis samovarı, hər bir metrinin dəyəri 1,8 manat olan 180 manat dəyərində 110 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 846 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsində yerləşən yaşayış sahəsi olan evə qapısını sındırma yolu ilə qanunsuz daxil olub oradan hər birinin dəyəri 300 manat olan 600 manat dəyərində 02 ədəd prefaratoru, dəyəri 20 manat olan 01 ədəd lobziki, dəyəri 100 manat olan 01 ədəd dreli, dəyəri 200 manat olan 01 ədəd elektrik mişarını və hər qutusunun dəyəri 100 manat olan 400 manat dəyərində 4 qutu şurupu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 ümumilikdə 1320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan 475 manat nağd pul və 10 manat məbləğində 50 qəpiklik pulları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 485 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan 864 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə, saat 23:30 radələrində X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan 60 manat pulu, dəyəri 60 manat oaln 01 ədəd feni, dəyəri 150 manat olan qızıl suyuna çəkilmiş 01 ədəd qadın qol saatını, dəyəri 550 manat oaln 01 ədəd qızıl kişi üzüyünü, dəyəri 100 manat olan 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 200 manat olan 01 ədəd qadın üzüyünü və dəyəri 150 manat olan 01 ədəd qadın üzüyünü gizli olaraq talayıb zərərçəkmiş X7 ümumilikdə 1270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 679 manat olan 01 ədəd «Samsung» markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik deyilən ərazidə yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 180 manat olan 01 ədəd «Supermax» markalı SM32618LEKD modelli 32 düyümlü televizoru, dəyəri 40 manat olan 01 ədəd «Wolf» markalı ətçəkən maşını və 600 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 820 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə, saat 11:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olan evə qapısının şüşəsini çıxartmaqla qanunsuz daxil olub oradan 1400 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən yaşayış sahəsi olan evə qapını sındırma yolu ilə qanunsuz daxil olub oradan 1000 manat pulu və ümumi dəyəri 500 manat olan 02 ədəd qızıl üzüyü və 01 ədəd qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş X2 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi olan evə taxta pəncərəsini sındırma yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 300 manat olan 01 ədəd «Hofmann» markalı 42E3200 modelli 42 düyümlü televizoru, hər birinin dəyəri 30 manat olan 210 manat dəyərində 07 ədəd yorğanı, dəyəri 60 manat olan 01 ədəd mikser aparatını, dəyəri 120 manat olan şirə çəkən aparatı, dəyəri 30 manat olan 06 ədəd nəlbəki və 06 ədəd fincandan ibarət «Ceon» markalı dəsti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 800 manat olan 01 ədəd «Hisense» markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxx 2019cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən evin saxlanc yeri olan qazanxanasına qapısını açmaqla qanunsuz daxil olub oradan dəyəri 1200 manat olan 01 ədəd kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik deyilən ərazidə yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 180 manat olan 01 ədəd «Supermax» markalı SM32618LEKD modelli 32 düyümlü televizoru, dəyəri 40 manat olan 01 ədəd «Wolf» markalı ətçəkən maşını və 600 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 820 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi olan evə taxta pəncərəsini sındırma yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 300 manat olan 01 ədəd «Hofmann» markalı 42E3200 modelli 42 düyümlü televizoru, hər birinin dəyəri 30 manat olan 210 manat dəyərində 07 ədəd yorğanı, dəyəri 60 manat olan 01 ədəd mikser aparatını, dəyəri 120 manat olan şirə çəkən aparatı, dəyəri 30 manat olan 06 ədəd nəlbəki və 06 ədəd fincandan ibarət «Ceon» markalı dəsti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs15 aid epizodlar üzrə oğurluq hadisələrini özü etmişdir. Həmin epizodlar üzrə özünü təqsirli bilir, bu epizodlardan iksini yəni, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 aid epizodları Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişlər. Digər epizodlar üzrə olan oğurluq hadisələrini o, törətməmiş, həmin epizodları etiraf etməsi üçün ona polis əməkdaşları tərəfindən təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs13 dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, həmin zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aid epizodlar üzrə oğurluq hadisələrini Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişlər. Digər epizodlar üzrə olan oğurluq hadisələrini o, törətməmiş, həmin epizodları etiraf etməsi üçün ona polis əməkdaşları tərəfindən təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, təxminın saat 09:30 radələrində evin qapısını bağlayıb evdən çıxıb getmişdir. Həmin gün saat 12:50 radələrində evə qayıtmışdır. Evə gəldikdə ona məlum olmuşdur ki, evin pəncərəsi açıq vəziyyətdədir. O, dərhal evə daxil olaraq evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirtmiş və ona məlum olmuşdur ki, evdə oğurluq hadisəsi baş verib. Belə ki, evdən 01 ədəd 480 manat dəyərində “Supermax” markalı televizor, yataq otağında yerləşən dolabdan 600 manat nağd pul və mətbəx otağından 01 ədəd 160 manat dəyərində ətçəkən maşın oğurlanmışdır. Evdən oğurluq hadisəsi baş verdiyinə əmin olduğundan dərhal bununla bağlı Xəzər RPİ 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, Polis Bölməsində ərizə yazan zaman tələsik olduğundan evdən ətçəkən maşının oğurlandığını qeyd etməmişdir. Hadisə zamanı ona 1240 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə, səhər saat 07:00 radələrində yaşadığı evdən çıxmış və evin qapısını bağlamışdır. Həmin gün saat 13:00 radələrində evə qayıtmışdır. Evə qayıtdıqda evin pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olan kimi evin qonaq otağında olmalı olan 01 ədəd 679 manat dəyərində olan “Samsung” markalı televizorun yerində olmadığını görüb evdə oğurluq hadisəsi baş verdiyinə əmin olmuşdur. Dərhal bu barədə DİN-in 102 xidmətinə zəng vurub xəbər vermişdir. Hadisə nəticəsində ona 679 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx xxxxxxx 2019-cu il tarixdə saat 10:15 radələrində nəvəsini Binə qəsəbəsində yerləşən uşaq xəstəxanasına həkimə aparmaq üçün evdən çıxmışdır. Saat 12:30 radələrində evə qayıtmışlar. Evin həyətinə daxil olduqdan sonra evin giriş qapısının şüşəsinin yerində olmadığını görmüşdür. Evə daxil olduqdan sonra isə evin 3 otağının yəni iki yataq otağının və bir qonaq otağının dağıldığını aşkar etmişdir. Qonaq otağında stolun üstünə qoyduğu 1400 manat pulun yerində olmadığını aşkar etmişdir. Evdə oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür. Evə baxdıqda yataq otağından 2200 manat nağd pul, digər yataq otağından 3500 manat dəyərində olan 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 02 cüt sırğa və üç ədəd üzük və əlavə 480 manat pulu yerində aşkar etməmişdir. O bu barədə DİN-in 102 xidmətinə zəng vurub xəbər vermiş və Xəzər RPİ 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. 3-cü PBnə ərizə yazdıqdan sonra yuxarıda qeyd etdiyi yataq otağından 2200 manat nağd pul, digər yataq otağından 3500 manat dəyərində olan 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 02 cüt sırğa və üç ədəd üzük və əlavə 480 manat pulu evində yenidən axtarış apardıqdan sonra tapmışdır. Sadəcə olaraq evdə oğurluq hadisəsi baş verdiyindən çox həyəcanlı olmuş və qeyd etdiklərinin oğurlandığını zənn etmişdir. Lakin evindən yalnız 1400 manat nağd pul oğurlanmışdır. Hadisə nəticəsində ona 1400 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evindən xx xxxxxxx 2019-cu il tarixdə saat 10:40 radələrində işi ilə bağlı çıxıb getmişdir. Evdən çıxmazdan əvvəl evin açıq pəncərələrin bağlamış, işıq və qazı bağlayıb evin qapısını kilidləyərək çıxıb getmişdir. Elə həmin gün, yəi xx xxxxxxx 2019-cü il tarixdə, saat 13:00 radələrində evə geri dönmüşdür. Evə geri qayıtdıqda evin pəncərəsinin açıq olduğunu görmüşdür. Daha sonra evə daxil olarkən evin dağınıq olduğunu görüb oğurluq olduğunu bilmişdir. Yataq otağında paltar dolabına yaxınlaşanda orada saxladığı 864 manat pulun naməlum şəxs və ya şəxlər tərəfindən oğurlandığını bilmişdir. DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə xəbər vermişdir. hadisə nəticəsində ona 864 manat maddi ziyan dəymişdir. Evindən qeyd etdiyindən başqa heç nə oğurlanmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, xx.xx.2019-cu il tarixdə səhər saat 07:00 radələrində evdən çıxaraq işə getmişdir. Axşam isə saat 20:00 radələrində geri qayıtmışdır. Evin həyətinə daxil olduqdan sonra evin pəncərəsinin açıq şəkildə olduğunu görüb oğurluq olduğundan şübhələnmişdir. Evə daxil olduqdan sonra isə evdən “Hisense” markalı televizorun evdə olmadığını aşkar etmişdir. Bəzi qab-qacaqların da yerində olmadığını da aşkar etmişdir. O başa düşmüşdür ki, pəncərədən evə daxil olan naməlum şəxs evdə oğurluq hadisəsi törətmişdir. Bununla bağlı o, DİN-in 102 xidmətinə zəng vurub evində baş vermiş oğurluq hadisəsi barədə xəbər vermişdir. Sonradan evə yenidən baxarkən oğurlandığını zənn etdiyi qab-qacaqları evdə tapmışdır. Beləki evindən yalnız “Hisense” markalı televizor oğurlanmışdır. Hadisə nəticəsində ona 800 manat ziyan dəymişdir. Evindən qeyd etdiyi 800 manat dəyərində olan televizordan başqa heç nə oğurlanmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, xx.xx.2019-cu il tarixdə, saat 09:00 radələrində yaşadığı evdən çıxaraq işə getmişdir. Həmin tarixdə axşam saat 19:30 radələrində evə qayıdıb həyətə daxil olduqda evin pəncərəsinin açıq olduğunu görmüşdür. Daha sonra evə daxil olarkən evin dağınıq olduğunu görüb evdən oğurluq olmasına əmin olmuşdur. Evdən 360 manat dəyərində “Evrolux” markalı televizor, dəyəri 300 manat olan 01 ədəd mis samovarı, hər bir metrinin qiyməti 1,8 manat olan 180 manat dəyərində 100 metr uzunluğunda kabel və yataq otağında olan 01 ədəd 6 manat dəyərində qol saatının oğurlandığını bilib DİN-nin 102 xidmətinə zəng vurub xəbər vermişdir. Hadisə nəticəsində ona 846 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirdi ki, xx xxxx 2019-cu il tarixdə gecə saatlarında ailəsi ilə birlikdə Lerik rayonuna getmişdir. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Binə qəsəbəsində yerləşən evinə qayıtmışdır. Evə gəldikdə evdə suyun gəlmədiyini görüb kombi aparatında nəsə problem yarandığını fikirləşmişdir. Kombinin quraşdırıldığı yerə getdikdə kombinin yerində olmadığını, oğurlandığını bilmişdir. Dərhal DİN-in 102 xidmətinə zəng vurub evindən baş vermiş oğurluq hadisəsi barədə xəbər vermişdir. Oğurlanmış kombi aparatının qiyməti 1200 manat imiş. Hadisə nəticəsində ona 1200 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində yaşadığı evin qapılarını bağlayıb çıxıb getmişdir. Həmin tarixdə saat 14:30 radələrində isə evə qayıdaraq həyət qapısının kilidini açaraq evin həyətinə daxil olmuşdur. Əlində olan selofan paketləri həyətə qoymuş və evə daxil olmadan həyət qapısını yenidən kilidlə bağlayıb qonuşuluqda yaşayan qardaşının evinə getmişdir. Saat 18:30 radələrində yenidən evə gələrək həyət qapısının kilidini, daha sonra isə evin qapısının kilidini açıb evə daxil olmuşdur. Evə daxil olduqda evin dağınıq olduğunu görüb evdən oğurluq olmasından şübhələnmişdir. Dərhal bu barədə DİN-in 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə xəbər vermişdir. Sonradan evə baxarkən ona məlum olmuşdur ki, dəhlizdə olan paltar dolabının içərisində çamadanda olan kişi portmanatın içərisində gizlətdiyi 475 manat nağd pul və 10 manat dəyərində olan 50 qəpiklər oğurlanmışdır. Ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evə pəncərəni açma yolu ilə daxil olmuşlar. Hadisə nəticəsində ona 485 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X6 nümayəndəsi qismində dindirilmiş X10 bildirdi ki, xx xxxxxxx 2019-cu il tarixdə o, işlə bağlı Lənkəran rayonuna getmişdir. Amidə isə evlərinin yaxınlığında yaşayan qohumlarıgilə getmişdir ki, o, gələnə qədər evdə tək qalmasın. xx xxxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Amidə evə gələrkən hər şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. Səhəri gün isə yəni xx xxxxxxx 2019-cu il taixdə səhər saat 09:30 radələrində yenidən Amidə evə baş çəkmək üçün gələrkən evin pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olarkən evin dağınıq olduğunu görüb oğurluq hadisəsinin baş verdiyini bilmişdir. Evə baxarkən məlum olmuşdur ki, evə pəncərəni açmaqla daxil olan naməlum şəxs(lər) döşəyin arasında olan 50 manat pulu, həmin otaqda çantanın içərisində olan 10 manat pulu, evin qonaq otağından bir ədəd 60 manat dəyərində feni, yataq otağında dolabda olan qutudan bir ədəd qızıl suya çəkilmiş 150 manat dəyərində qadın qol saatının, bir ədəd 550 manat dəyərində kişi üzüyü, bir ədəd 100 manat dəyərində qadın üzüyü, bir ədəd 200 manat dəyərində qadın üzüyü və bir ədəd 150 manat dəyərində qadın üzüyünü oğurlamışdır. Hadisə nəticəsində ona 1270 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 bildirdi ki, xx.xx.2019-cu il tarixdə səhər saatlarında evdən çıxarkən ənənəvi olaraq evdə pəncərələrin bağlı olmasına, evdə hər şeyin qaydada olmasına fikir verib evdən çıxıb Qaradağ rayonuna işlədiyi karxanaya yola düşmüşdür. xx xxxx 2019-cu il tarixdə işlədiyi karxanadan çıxaraq Yardımlı rayonuna yola düşmüşdür. xx xxxxxx 2019-cu il tarixdə yenidən Bakı şəhərinə qayıtmışdır. Binə qəsəbəsində yerləşən evinə gəlmişdir. Evin həyətinə daxil olan kimi evin plastik pəncərəsinin açıq vəziyyətdə və evin dağınıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğunu bilmişdir. Evə baxarkən sandığın içərisində olan hərbi biletinin arasında olmalı olan 250 manat nağd pulun və 100 manat dəyərində DVD aparatının yerində olmadığını aşkar etmişdir. Bu barədə mən DİN-in 102 xidmətinə zəng vurub xəbər vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 bildirdi ki, Binə qəsəbəsi Mehriban qonşular küçəsində bağ evi var. Həmin bağ evi 4 sot həyətin içərisində bir mərtəbədən ibarət 3 otaqlı evdən ibarətdir. Orada təmir işləri gedir. xx xxxxxxx 2019-cu il tarixdə ona məlum olmuşdur ki, bağda oğurluq hadisəsi baş vermişdir. Belə ki, evin həyət qapısının petləsi və evin qapısının kilidi sındırılmışdır. Evə daxil olan naməlum şəxs(lər) evdən hər birinin dəyəri 300 manat olan 02 ədəd perefarator aparatı, 01 ədəd 20 manat dəyərində lobzik, 01 ədəd 100 manat dəyərində drel, 01 ədəd 200 manat dəyərində elektrik mişarı və hər birinin dəyəri 100 manat olan 4 qutu şurup oğurlanmışdır. Oğurluq hadisəsi ilə bağlı DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Evindən oğurlanmış malların ümumi qiyməti 1320 manat təşkil edir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 bildirdi ki, xx.xx.2019-cu il tarixdə qızı Zəkiyyə əri X11 ilə birlikdə Qəbələ rayonuna bir günlük istirahət məqsədi ilə ailəvi olaraq getmişlər. Səhəri gün isə kürəkəni Rahil ona zəng vuraraq bildirmişdir ki, onlar evə geri olaraq qayıdıblar və evdə oğurluq hadisəsi baş verdiyini aşkar ediblər. O dərhal onların yaşadığı evə getmiş və ona məlum olmuşdur ki, evdə həqiqətən oğurluq hadisəsi baş vermişdir. Belə ki, naməlum şəxslər evin taxta pəncərəsini açma yolu ilə evə daxil olaraq oradan 350 manat dəyərində EUROLUX markalı televizoru oğurlayıb oradan getmişlər. Mən dərhal bununla bağlı DİN-in 102 xidmətinə zəng vurub xəbər vermişdir. Sonradan isə məsələ ilə bağlı 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bağ evi ona məxsusdur və həmin evi qızı X11 ilə ailə qurduqdan sonra onlara yaşamaq üçün vermişdir. Bundan əlavə həmin evdən oğurlanmış Evrolux markalı televizorda ona məxsusdur. Hadisə nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 bildirdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində yaşadığı evdən çıxıb dükana getmişdir. Həmin tarixdə saat 13:30 radələrində geri evə qayıtmışdır. Evə gəldikdə görmüşdür ki, həyətin və evin qapısının kilidləri sınmış vəziyyətdədir. Evdə hər tərəfə baxmışdır. Evin hər tərəfi dağınıq vəziyyətdə imiş. Sonradan ona məlum olmuşdur ki, evə qapını sındırmaqla daxil olan naməlum şəxs(lər) evdən 1000 manat pul, ümumi dəyəri 500 manat olan iki ədəd qızıl üzük və 01 ədəd qızıl sep oğurlanmışdır. Bu barədə o polisə xəbər vermişdir. Oğurluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində izahatı alınmış Zərərçəkmiş şəxs12 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə işlə bağlı evdən çıxıb Lerik rayonuna getmişdir. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində yenidən evə geri qayıtmışdır. Evin həyətinə daxil olduqda evin mətbəxt pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal evin qapısın açıb evə daxil olmuş və evin dağınıq vəziyyətdə olduğunu görüb oğurluq olduğunu bilmişdir. Evə pəncərədən daxil olan naməlum şəxs və ya şəxslər evin yataq otağından bir ədəd dəyəri 750 manat olan “LG” markalı plazma televizoru oğurlamışdır. Oğurluq hadisəsi nəticəsində ona 750 manat maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində izahatı alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, ünvan 6 ünvanda üç otaqlı bir mərtəbəli həyət evi var. xx xxxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində bağda olarkən hər bir şeyin qaydasında olduğunu görüb evdən çıxıb getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 14:00 radələrində bağ evinə gəldiyi zaman evin taxta pəncərəsinin sınmış olduğunu görmüşdür. Daha sonra ona məlum olmuşdur ki, evə həmin pəncərədən daxil olan naməlum şəxs və şəxslər evdən dəyəri 800 manat olan 01 ədəd “Hoffmann” markalı televizoru, hər birinin dəyəri 30 manat olan 210 manat dəyərində 07 ədəd yorğanı, dəyəri 60 manat olan 01 ədəd mikser aparatını, dəyəri 120 manat olan şirə çəkən aparatı, dəyəri 12 manat olan fincan-nəlbəki dəstini, dəyəri 100 manat olan komplekt sırğa dəstini, dəyəri 100 manat olan qızıl üzük və dəyəri 50 manat olan gümüş sepi oğurlamışdır. Evdə oğurluq hadisəsinin baş verdiyini anlayıb dərhal polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1452 manat məbləğində maddi ziyan dəmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış X8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, «Sabunçu bazarı» deyilən yerdə «Mayak» kafesində işləyir. Hadisə ilə bağlı onu bildirirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə kafesinin müştərisi olan və meyxanaçı kimi tanıdığı Amid adlı şəxs yanında olan sonradan adını bildiyi Tehran adlı qadınla işlədiyi kafeyə gələrək bəzi məişət əşyaları satdığı bildirmişdir. Bu barədə maraqlananda Amid ona bildirmişdir ki, anası xəstə olduğu üçün bacısının cehizlərini satır. Amidə inandığından həmin əşyalardan 01 ədəd «Braun» markalı ütünü 7 manata, 01 ədəd «Wolf» markalı ətçəkəni 15 manata Amiddən almışdır. Amid özü 01 ədəd yaşıl rəngli tavanı ona aldığı malların üstündə hədiyyə kimi vermişdir. Onu da bir daha qeyd etmişdir ki, Amidin ona satdığı malların oğurluq olduğunu bilməmişdir. Əgər bunu bilsəydi ondan heç bir mal almazdı və bu barədə polisə məlumat verərdi. Sonradan qeyd olunan əşyaları kafeyə gələn polis əməkdaşlarına təhvil vermişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, «Sabunçu bazarı» deyilən yerdə «Cənub» kafesini işlədir. xx xxxxxxx 2019cu il tarixdə kafesinin müştərisi olan və meyxanaçı kimi tanıdığı Amid adlı şəxs yanında olan sonradan adını bildiyi Tehran adlı qadınla işlədiyi kafeyə gələrək bəzi məişət əşyaları satdığı bildirmişdir. O bu barədə maraqlananda Amid ona bildirmişdir ki, anası xəstə olduğu üçün bacısının cehizlərini satır. O Amidə inandığı üçün həmin əşyalardan “Supermax” markalı televizoru 80 manata, “Hoffmann” markalı televizoru 130 manata, “Neos” markalı televizoru 50 manata, 06 ədəd fincan və 06 ədəd nəlbəkidən ibarət dəsti və 06 ədəd fincan, 06 ədəd nəlbəki və 01 ədəd çaynikdən ibarət dəsti ümumilikdə 40 manata Amiddən almışdır. Onu da bir daha qeyd etmişdir ki, Amidin ona satdığı malların oğurluq olduğunu bilməmişdir. Əgər bunu bilsəydi ondan heç bir mal almazdı və bu barədə polisə məlumat verərdi. Sonradan qeyd olunan əşyaları kafeyə gələn polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30024 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş: - istifadədə olmuş 01 ədəd «Neos» markalı 32K5000 modelli 32 düyümlü televizorun dəyəri 200,0 manat; - istifadədə olmuş 01 ədəd «Supermax» markalı SM32618LEKD modelli 32 düyümlü televizorun dəyəri 180,0 manat; - istifadədə olmuş 01 ədəd «Hofmann» markalı 42E3200 modelli 42 düyümlü televizorun dəyəri 300,0 manat; - istifadədə olmuş 01 ədəd «Braun» markalı ütünün dəyəri 60,0 manat; - istifadədə olmuş 01 ədəd «Wolf» markalı ətçəkən aparatın dəyəri 40,0 manat; - istifadə olunmamış 01 ədəd kiçik ölçülü yaşıl rəngli tavanın dəyəri 10,0 manat; - istifadə olunmamış 06 ədəd nəlbəki, 06 ədəd fincan və 01 ədəd çaynikdən ibarət “Schafer” markalı dəstin dəyəri 50,0 manat; - istifadə olunmamış 06 ədəd nəlbəki və 06 ədəd fincandan ibarət “Ceon” markalı dəstin dəyəri 30,0 manat müəyyən edilir. Beləliklə ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş malların 2019-cu ilin iyun ayından oktyabr ayınadək orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 870,0 manat müəyyən edilir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3145 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi, 3 saylı daktilolentin səthindəki «a», «b», «c», «d» əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki əlbarmaq izi, 6 saylı daktilolentin səthindəki papilyar naxış izi, 7 saylı daktilolentin səthindəki əl-barmaq izi, 8 saylı daktilolentin səthindəki «a», «b», «c» əl-barmaq izləri, 9 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 10 saylı daktilolentin səthindəki əl-barmaq izi, 11 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri və 12 saylı daktilolentin səthindəki «a», «b» əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. - Təqdim edilmiş 5,10 saylı daktiolentlərin səthindəki papilyar naxış izləri, 2,9,12 saylı daktiolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. - Təqdim edilmiş 5 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin orta barmağından qalmışdır. - Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi, 3 saylı daktilolentin səthindəki «a», «b», «c», «d» əlbarmaq izləri, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki papilyar naxış izi, 7 saylı daktilolentin səthindəki əlbarmaq izi, 8 saylı daktilolentin səthindəki «a», «b», «c» əl-barmaq izləri, 9 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 10 saylı daktilolentin səthindəki əl-barmaq izi, 11 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri və 12 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərindən qalmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş Əliyev X13 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması hökm edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Yevlax rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması hökm edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 2 epizod yəni, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlanması hissəsində və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 10 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs13 məxsus əşyaların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslər ilə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasıcəzanı yüngülləşdirən haldır.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs13 ilə barışmasını, həmin zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, həmin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, ekspert rəylərinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi 10 epizod və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi 2 epizod tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 5 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus əşyaların oğurlanması və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 2 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 məxsus əşyaların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 5 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus əşyaların oğurlanması və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 2 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 məxsus əşyaların oğurlanması hissəsində təqsirləndirilən şəxslər həmin zərərçəkmiş şəxslərə məxsus olan əşyaların oğurlamadığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus əşyaların təqsirləndirilən şəxslər tərəfindən oğurlanması, Zərərçəkmiş şəxs8 məxsus əşyaların oğurlanması hissəsində Təqsirləndirilən şəxs2 münasibətdə elan edilmiş ittihamda hər hansı dəlil və ya sübut öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 800 manat olan 01 ədəd «Hisense» markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod; Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 350 manat olan 01 ədəd “Eurolux 82” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs14 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod; Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 6 manat olan 01 ədəd kişi qol saatını, dəyəri 360 manat olan 01 ədəd “Eurolux” markalı televizoru, dəyəri 300 manat olan 01 ədəd mis samovarı, hər bir metrinin dəyəri 1,8 manat olan 180 manat dəyərində 110 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 846 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod; Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan 864 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod; Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə, saat 23:30 radələrində X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub qanunsuz daxil olub oradan 60 manat pulu, dəyəri 60 manat oaln 01 ədəd feni, dəyəri 150 manat olan qızıl suyuna çəkilmiş 01 ədəd qadın qol saatını, dəyəri 550 manat oaln 01 ədəd qızıl kişi üzüyünü, dəyəri 100 manat olan 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 200 manat olan 01 ədəd qadın üzüyünü və dəyəri 150 manat olan 01 ədəd qadın üzüyünü gizli olaraq talayıb zərərçəkmiş X7 ümumilikdə 1270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod; Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən evin saxlanc yeri olan qazanxanasına qapısını açmaqla qanunsuz daxil olub oradan dəyəri 1200 manat olan 01 ədəd kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod Təqsirləndirilən şəxs2 münasibətdə sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməlidir. Sonuncu epizod istisna olmaqla həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Sonuncu epizod üzrə cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi məhkəmə iclasında öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, həmin oğurluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılması və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməsinə ehtiyac yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə 211,11 (iki yüz on bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 800 manat olan 01 ədəd «Hisense» markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 350 manat olan 01 ədəd “Eurolux 82” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs14 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPMnin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 6 manat olan 01 ədəd kişi qol saatını, dəyəri 360 manat olan 01 ədəd “Eurolux” markalı televizoru, dəyəri 300 manat olan 01 ədəd mis samovarı, hər bir metrinin dəyəri 1,8 manat olan 180 manat dəyərində 110 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 846 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan 864 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə, saat 23:30 radələrində X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub qanunsuz daxil olub oradan 60 manat pulu, dəyəri 60 manat olan 01 ədəd feni, dəyəri 150 manat olan qızıl suyuna çəkilmiş 01 ədəd qadın qol saatını, dəyəri 550 manat oaln 01 ədəd qızıl kişi üzüyünü, dəyəri 100 manat olan 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 200 manat olan 01 ədəd qadın üzüyünü və dəyəri 150 manat olan 01 ədəd qadın üzüyünü gizli olaraq talayıb zərərçəkmiş X7 ümumilikdə 1270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə içraçı olaraq xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən evin saxlanc yeri olan qazanxanasına qapısını açmaqla qanunsuz daxil olub oradan dəyəri 1200 manat olan 01 ədəd kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod Təqsirləndirilən şəxs2 münasibətdə sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 aid hissədə ittihamdan xaric edilsin. Sonuncu epizod istisna olmaqla həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 211,11 (iki yüz on bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 50 saata görə 300 (üç yüz) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-7/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-7/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver