Məhkəmə qərarları › İş №1(003)-7/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-7/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-7/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X1 və Zərərçəkmiş şəxs5, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binada qeydiyyatda olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar YYMdə nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 26 noyabr 2020-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər YYM-də yerləşən Zərərçəkmiş şəxs5 məxsus bir mərtəbəli evə qapısı olmayan çərçivədən qanunsuz daxil olmuşdur. Oradan Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 200 manat dəyərində laqondanı, 01 ədəd 300 manat dəyərində kondisioneri, 01 ədəd 200 manat dəyərində ədyalı, hər birinin dəyəri 70 manat olmaqla ümumi dəyəri 210 manat olan 3 top elektrik naqilini, həyətdə olan digər iki mərtəbəli evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş ümumilikdə 380 manat dəyərində elektrik naqillərini gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 02 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Şahid2 və Şahid3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs1 məxsus bir mərtədəli evinə həyətdə götürdüyü armatur parçası ilə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla taxta pəncərəsinin şüşəsini çıxartmaqla qanunsuz daxil olmuşdu. Oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd dəyəri 350 manat olan “LG” markalı 42LN540V modelli televizoru, 01 ədəd 100 manat dəyərində DVD playeri, 01 ədəd 50 manat dəyərində video playeri, 01 ədəd 80 manat dəyərində ət çəkən maşını, 40 manat nağd pulu və həmin tarixə məzənnəsi 8,50 manat olan 5 ABŞ dollarını gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 628,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə 09 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar masivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olmuşdur. Evin birinci mərtəbəsindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 500 manat dəyərində samovarı, evin ikinci mərtəbəsindən 01 ədəd dəyəri 150 manat olan “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikseri, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı çaydanı, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD playeri, 01 ədəd 70 manat dəyərində “TP Link” markalı modemi, 01 ədəd 20 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı dreli, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəstini, 01 ədəd 150 manat dəyərində qazan dəstini, 01 ədəd 200 manat dəyərində qazanı, 01 ədəd 30 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində qaşıq-çəngəl dəstini, 01 ədəd 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəstini, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrəni, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəstini, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəstini, 01 ədəd 100 manat dəyərində ədyalı və hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan iki dəst türk istehsalı çarpayı dəstini gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 4280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 09 dekabr 2020-ci il tarixdə, saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də yerləşən X3 məxsus mağazaya barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olmuşdur. X8 məxsus ümumilikdə 33,90 manat dəyərində 15 ədəd “Vinçester” göy kompakt, ümumilikdə 56,50 manat dəyərində 25 ədəd “Vinçester” boz kompakt, ümumilikdə 40,68 manat dəyərində 18 ədəd “Pallmall” boz nazik, ümumilikdə 51,98 manat dəyərində 23 ədəd “Pallmall” mentol nazik, ümumilikdə 11,30 manat dəyərində 5 ədəd “Pallmall” göy nazik, ümumilikdə 32,40 manat dəyərində 9 ədəd “Sobrania” qırmızı xətt, ümumilikdə 28,80 manat dəyərində 8 ədəd “Sobrania” göy xətt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd “Prima” sarı, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd “Prima” göy, ümumilikdə 36 manat dəyərində 20 ədəd “Vant” boz nazik, ümumilikdə 54,20 manat dəyərində 30 ədəd “Vant” qara nazik, ümumilikdə 60,90 manat dəyərində 30 ədəd “Vant” qırmızı Xline, ümumilikdə 16,10 manat dəyərində 7 ədəd “Vant” nazik Xline, ümumilikdə 41,20 manat dəyərində 20 ədəd “Vest” qalın, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd “Viceroy” göy, ümumilikdə 12,80 manat dəyərində 8 ədəd “Kingston” boz qalın sarı, ümumilikdə 44,50 manat dəyərində 25 ədəd “Magna” boz nazik, ümumilikdə 35,60 manat dəyərində 20 ədəd “Magna” qara, ümumilikdə 17,80 manat dəyərində 10 ədəd “Magna” boz kampakt, ümumilikdə 12,40 manat dəyərində 7 ədəd “Magna” göy, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd “Kent 8” qalın, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd “Kent 4” qalın, ümumilikdə 66,40 manat dəyərində 20 ədəd “Kent 4” nazik, ümumilikdə 16,60 manat dəyərində 5 ədəd “Kent 1” nazik, ümumilikdə 55,20 manat dəyərində 20 ədəd “LD” nazik gümüşü, ümumilikdə 47,10 manat dəyərində 15 ədəd “Vinston” nazik gümüşü, ümumilikdə 63,20 manat dəyərində 20 ədəd “Vinston” boz kampakt, ümumilikdə 38,80 manat dəyərində 12 ədəd “Vinston XS” göy, ümumilikdə 31,90 manat dəyərində 10 ədəd “Davidoff” sarı uzun, ümumilikdə 15,80 manat dəyərində 5 ədəd “Vinçester” nazik göy, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Vinçester” boz nazik, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Rotmans” mentol, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Rotmans” boz, ümumilikdə 22,60 manat dəyərində 10 ədəd “Rotmans” göy, ümumilikdə 39,40 manat dəyərində 20 ədəd “Klasik” boz kompakt, ümumilikdə 19,70 manat dəyərində 10 ədəd “Klasik” qara kompakt, ümumilikdə 25,80 manat dəyərində 20 ədəd “LD” ağ kompakt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd “More” göy, ümumilikdə 10,50 manat dəyərində 6 ədəd “More” ağ, ümumilikdə 26,70 manat dəyərində 15 ədəd “Maqna” ağ siqaretlərini və ümumilikdə 25,80 manat dəyərində 3 kq-lıq “Manqal sosisi” gizli talayaraq zərərçəkmiş şəxs L.Y.Ələsgərovaya ümumilikdə 1468,16 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə 10 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd dəyəri 200 manat olan “Samsung” markalı televizoru və 01 ədəd 140 manat dəyərində “Ariston” markalı su qızdırıcısını gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 340 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs5 məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər YYM-də yerləşən bir mərtəbəli yaşayış evindən oğurluq etməmişdir. 02 dekabr 2020-ci il tarixdə gecə saatlarında isə tanışları Şahid2 və Şahid3 ona zəng edərək Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-nə çağırmışlar. Ora gələndə Sakit və Ramin evdən əşyaları çölə çıxarmışlar və onlar həmin əşyaları Sakitin evinə aparmışlar. Televizoru isə o, öz evinə aparmış və tutulduqdan sonra polis əməkdaşlarına təhvil vermişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir. Lakin həmin evdən də, oğurluq etməmişdir. O, həmçinin Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar masivində yerləşən yaşayış evindən oğurluq etməmişdir. 09 dekabr 2020-ci il tarixdə gecə saatlarında isə Sakit ona zəng edib evinə çağırmışdır. O, Sakitin evinə gedəndə stolun üstündə 101 paçka siqaret, 1 ədəd kolbasa, 1 paçka sosiska olduğunu görmüşdür. Sakitdən bu barədə maraqlandıqda o, həmin əşyaları Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də yerləşən mağazadan oğurladığını bildirmişdir. Buna görə o, Sakitlə mübahisə etmişdir. Sonra həmin mağazanın X3 məxsus olduğunu bilmişdir. Lakin o, həmin mağazadan oğurluq etməmişdir. Bundan başqa Sakit ona öz evindən su qızdırıcı verərək aparıb satmasını və pulu aralarında yarıya bölmələrini təklif etmişdir. O, da su qızdırıcısını aparıb 8 km bazarında tanımadığı şəxsə 50 manat pula satmışdır. Həmin puldan 5 manatı onunla birlikdə getdiyinə görə Ələkbər adlı tanışına vermiş, 10 manat pulu özünə götürmüş, qalan 35 manat pulu isə Sakitə vermişdir. Sonradan Sakitin həmin su qızdırıcısını Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdən oğurladığını bilmişdir. Ancaq o, həmin evdən oğurluq etməmişdir. 2ci Polis şöbəsində Elvin adlı polis əməkdaşı ona elektrik verdiyindən o, güclü təzyiq altında bütün oğurluqları etdiyini etiraf etmiş və bununla bağlı bütün sənədlərə imza etmişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən müstəntiq ona şikayət etməyə imkan verməmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 01 dekabr 2020-ci il tarixdə, saat 15 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yaşadığı evdən çıxıb Türkan qəsəbəsinə qohumları evinə getmişdir. 02 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində evə gələrkən evdən 01 ədəd 550 manat dəyərində “LG” markalı televizor, 100 manat dəyərində 01 ədəd DVD player, 50 manat dəyərində 01 ədəd video player, 01 ədəd 80 manat dəyərində ət çəkən maşını 40 manat nəğd pul və həmin tarixə məzənnəsi 8,50 manat olan 5 ABŞ dolları oğurlandığını aşkar edib hadisə barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona cəmi 1028,5 manat maddi ziyan dəymişdir. Polis əməkdaşları hadisədən sonra Sakit, Ramin və Adil adlı üç nəfər şəxsi onların evinə gətirərək hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt o, evdə olmuş və həmin şəxslərlər necə oğurluq etdiklərini düzgün göstərmişlər. Lakin evə gətirilən Adlı adlı şəxslə hazırda məhkəmədə işinə baxılan Təqsirləndirilən şəxs eyni şəxs olmamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, uşaqları şəhərdə təhsil aldığından onlar şəhərdəki evlərində yaşayırlar, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən ikimərtəbəli və tam təmirli evdə yaşamırlar. Sonuncu dəfə 04 dekabr 2020-ci il tarixdə həmin evdə olmuşdur. 09 dekabr 2020-ci il tarixdə, saat 09 radələrində evə gəldikdə qonaq otağına açılan pəncərənin açıq olduğunu görüb evə baxış keçirtdikdə ona məxsus evdən 01 ədəd dəyəri 500 manat olan samovar, 100 manat dəyərində 01 ədəd “Gepas” markalı mikser, 60 manat dəyərində 01 ədəd “Tefal” markalı Çaydan, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD player, 01 ədəd 70 manat dəyərində “TP link” markalı modem, 20 manat dəyərində 01 ədəd əl fanarı, 01 ədəd 30 manat dəyərində əl fanarı, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı drel, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəsti, 01 ədəd 200 manat dəyərində qazan, 01 ədəd 150 manat dəyərində qazan dəsti, 01 dəst 200 manat dəyərində qaşıq-çəngəl dəsti, 01 dəst 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəsti, 150 manat dəyərində 01 ədəd “Gepas” markalı ət çəkən maşın, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrə, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəsti, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəsti, 01 ədəd 100 manat dəyərində ədyal, hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan türk istehsalı çarpayı dəstinin oğurlandığını aşkar etmişdir. O, baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 4280 manat maddi ziyan dəymişdir. Polis əməkdaşları hadisədən sonra iki nəfər şəxsi onların evinə gətirərək hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt o, evdə olmasa da, ailə üzvləri baxışda iştirak etmişlər. Ailə üzvləri həmin şəxslərlər necə oğurluq etdiklərini düzgün göstərdiklərini bildirmişlər. Ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini və Təqsirləndirilən şəxs cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, 08 dekabr 2020-ci il tarixdə, saat 20:30 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar yaşayış massivində ona məxsus mağazanı bağlayaraq evinə getmişdir. 09 dekabr 2020-ci il tarixdə, saat 06 radələrində mağazanı açmaq üçün getdikdə pəncərənin dəmir barmaqlıqlarının sındırıldığını görmüşdür. Mağazadan ümumilikdə 33,90 manat dəyərində 15 ədəd Vinçester göy kompakt, ümumilikdə 56,50 manat dəyərində 25 ədəd Vinçester boz kompakt, ümumilikdə 40,68 manat dəyərində 18 ədəd Pallmall boz nazik, ümumilikdə 51,98 manat dəyərində 23 ədəd Pallmall mentol nazik, ümumilikdə 11,30 manat dəyərində 5 ədəd Pallmall göy nazik, ümumilikdə 32,40 manat dəyərində 9 ədəd Sobrania qırmızı xətt, ümumilikdə 28,80 manat dəyərində 8 ədəd Sobrania göy xətt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd Prima sarı, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd Prima göy, ümumilikdə 36 manat dəyərində 20 ədəd Vant boz nazik, ümumilikdə 54,20 manat dəyərində 30 ədəd Vant qara nazik, ümumilikdə 60,90 manat dəyərində 30 ədəd Vant qırmızı Xline, ümumilikdə 16,10 manat dəyərində 7 ədəd Vant nazik xline, ümumilikdə 41,20 manat dəyərində 20 ədəd Vest qalın, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd Vikeroy göy, ümumilikdə 12,80 manat dəyərində 8 ədəd Kingston boz qalın sarı, ümumilikdə 44,50 manat dəyərində 25 ədəd Maqna boz nazik, ümumilikdə 35,60 manat dəyərində 20 ədəd Magna qara, ümumilikdə 17,80 manat dəyərində 10 ədəd Magna boz kampakt, ümumilikdə 12,40 manat dəyərində 7 ədəd Maqna göy, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd Kent 8 qalın, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd Kent 4 qalın, ümumilikdə 66,40 manat dəyərində 20 ədəd Kent 4 nazik, ümumilikdə 16,60 manat dəyərində 5 ədəd Kent 1 nazik, ümumilikdə 55,20 manat dəyərində 20 ədəd LD nazik gümüşü, ümumilikdə 47,10 manat dəyərində 15 ədəd Vinston nazik gümüşü, ümumilikdə 63,20 manat dəyərində 20 ədəd Vinston boz kampakt, ümumilikdə 38,80 manat dəyərində 12 ədəd Vinston XS göy, ümumilikdə 31,90 manat dəyərində 10 ədəd Davidoff sarı uzun, ümumilikdə 15,80 manat dəyərində 5 ədəd Vinçester nazik göy, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd Vinçester boz nazik, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd Rotmons mentol, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd Rotmans boz, ümumilikdə 22,60 manat dəyərində 10 ədəd Rotmans göy, ümumilikdə 39,40 manat dəyərində 20 ədəd Klassik boz kampakt, ümumilikdə 19,70 manat dəyərində 10 ədəd Klassik qara kampakt, ümumilikdə 25,80 manat dəyərində 20 ədəd LD ağ kampakt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd More göy, ümumilikdə 10,50 manat dəyərində 6 ədəd More ağ, ümumilikdə 26,70 manat dəyərində 15 ədəd Maqna ağ, ümumilikdə 25,80 manat dəyərində 3 kq-lıq Manqal sosis oğurlanmışdır. O, baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona cəmi 1468,16 manat maddi ziyan dəymişdir. Mağazanın dəmir barmaqlıqarının yarasız vəziyyətə salınması üçün əlavə olaraq ona 150 manat maddi ziyan dəymişdir. Polis əməkdaşları hadisədən sonra iki nəfər şəxsi onların evinə gətirərək hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt o, evdə olmasa da, anası baxışda iştirak etmişdir. Anası həmin şəxslərlər necə oğurluq etdiklərini düzgün göstərdiklərini bildirmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, lakin Təqsirləndirilən şəxs ağır cəzanın təyin edilməsini istəmədiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində biri bir mərtəbəli, biri isə iki mərtəbəli olmaqla bir həyətdə iki ədəd şəxsi evi vardır. Bir mərtəbəli evi yaşayış üçün hazır olsa da, iki mərtəbəli evin təmir işləri başa çatmamışdır. 25 noyabr 2020-ci il tarixdə, saat 18 radələrində evdə işləyən ustalar evin və həyətin qapısını bağlayaraq çıxıb getmişlər. Səhəri günü saat 08 radələrində ustalardan bir ona zəng edərək evdən oğurluq olduğunu bildirdiyi üçün o, polisə hadisə barədə məlumat verərək evə getmişdir. Həyətdəki bir otaqdan ibarət birmərtəbəli evdən 200 manat dəyərində bir ədəd laqonda, 300 manat dəyərində bir ədəd kondisioner, 200 manat dəyərində 01 ədəd ədyal və hər birinin qiyməti 70 manat olan ümumilikdə 210 manat dəyərində 3 top elektrik naqilləri oğurlanmışdır. İki mərtəbəli evdən isə ə 380 manat dəyərində elektrik naqilləri divardan sökülərək oğurlanmışdır. Oğurluq nəticəsində ona 1290 manat maddi ziyan dəymişdir. Polis əməkdaşları hadisədən sonra iki nəfər şəxsi onların evinə gətirərək hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt o, evdə olmasa da, qonşusu baxışda iştirak etmişdir. Qonşusu həmin şəxslərlər necə oğurluq etdiklərini düzgün göstərdiklərini bildirmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini və Təqsirləndirilən şəxs cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 istintaq zamanı ifadəsində göstərmişdir ki, 08 dekabr 2020-ci il tarixdə, saat 11:30 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yaşadığı evdən çıxıb işə getmişdir. 10 dekabr 2020-ci il tarixdə evə qayıtdıqda plastik qapısının açıq, evin isə dağınıq olduğuu görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Evə baxış keçirərəkən evdən 01 ədəd 200 manat dəyərində “Samsung” markalı televizor və 01 ədəd 140 manat dəyərində “Ariston” markalı su qızdırıcısının oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 340 manat maddi ziyan dəymişdir. 14 mart 2022-ci il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs2 ərizəsi daxil olmuşdur. Ərizədə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, polis şöbəsində ona işgəncə verildiyindən bir neçə oğurluq cinayəti törətdiyini etiraf etmiş və bununla bağlı bütün sənədlərə imza etmişdir. 26 noyabr 2020-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər YYM-də yerləşən Zərərçəkmiş şəxs5 məxsus evdən oğurluq etsə də, Adil həmin oğurluqda iştirak etməmişdir. Bundan başqa 02 dekabr 2020-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdən də, oğurluğu tək törətmişdir. Adil və Ramin həmin oğurluqda iştirak etməmişdir. O, əşyaları evdən çıxarıb qonşuluqda yaşayış olmayan evə yığmış, sonra Adilə zəng etmiş və Adil gələrək onunla birlikdə əşyları öz evinə aparmağa kömək etmişdir. Ona kömək etdiyinə görə 1 ədəd televizoru Adilə vermişdir. Həmin vaxt Adilə əşyaların qohumuna məxsus olduğunu bildirmişdir. Bundan əlavə 09 dekabr 2020-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar masivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etmişdir. Lakin həmin oğurluğu tək edib-etməməsi yadında deyildir. Həmçinin 09 dekabr 2020-ci il tarixdə nda Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də yerləşən X3 məxsus mağazadan tək oğurluq etmişdir. Həmin oğurluqdan əvvəl Adil ilə münasibətləri pozulmuşdur. Lakin Adil səbəbini bildirməmişdir. Bundan başqa 10 dekabr 2020-ci il tarixdə saat Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdən tək 01 ədəd televizor və 01 ədəd su qızdırıcısı oğurlamışdır. Televizoru necə etməsini xatırlamır, lakin su qızdırıcısını təmənnasız olaraq Adil və Ələkbərə vermişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, polis şöbəsində ona işgəncə verildiyindən oğurluq cinayəti törətdiyini etiraf etmiş və bununla bağlı bütün sənədlərə imza etmişdir. Lakin o, qonşuları Adil və Sakit tərəfindən heç bir oğurluq cinayətinin törədilməsində iştirak etməmiş və bu barədə məlumatı olmamışdır. Onun təqsirsiz olduğu sübuta yetirildiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı ifadəsində göstərmişdir ki, Sakit, Adil və Ramini məhəllə uşaqları kimi tanıyır, Adili isə uşaqlıqdan tanıyır. 09 dekabr 2020-ci il tarixdə Maştağa qəsəbəsində olduğu zaman Adil özünə məxsus su qızdırıcısını satmaq üçün 8-ci km bazarına getdiyini demiş və ona birlikdə getməyi təklif etmişdir. O, razılaşıb Adil ilə birlikdə 8-ci km qəsəbəsinə getmiş və orada Adil su qızdırıcısını 45 manat sataraq həmin pula özü üçün bazarlıq etmiş və ona həmin puldan xərcləmək üçün 7 manat vermişdir. Bundan sonra onlar Xanlar massivində yaşadıqları evlərinə getmişlər. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Şahid1 Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış sahəsində yaşaması müəyyən olmadığı üçün Xəzər rayon Məhkəməsinə gətirilməsini təmin etmək mümkün olmadı. İş materiallarında olan götürmə aparılması barədə 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, 01 ədəd 107 diaqonallı “LG” markalı televizor Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi barədə 22 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə əldə olunmuş 01 ədəd 107 diaqonallı “LG” markalı televizora baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2021-ci il tarixli, 9/135 nömrəli rəyindən görünür ki, istifadədə olmamış, «Arshia” markalı, 3 predmentdən ibarət qazan dəsti-1 dəst-bir ədədinin qiyməti 100 manat-ümumi dəyəri 100 manat; istifadədə olmamış, «Arshia” markalı, 2 predmentdən ibarət tava dəsti-1 dəst-bir ədədinin qiyməti 50 manat-ümumi dəyəri 50 manat; istifadədə olmamış, «Geffild” markalı, 3 predmentdən ibarət qazan dəsti-1 dəst-bir ədədinin qiyməti 60 manat-ümumi dəyəri 60 manat; istifadədə olmamış, üzəri bəzəkli çaydan-1 ədəd-bir ədədinin qiyməti 10 manatümumi dəyəri 1 0 manat; istifadədə olmuş, «LG” markalı, 42LN540V modelli televizor -1 ədəd-bir ədədinin qiyməti 350 manat-ümumi dəyəri 350 manat; Ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 570,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 28 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 8 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 19 iyun 2020-ci ildə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 206/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Şahid2 xx.xx.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 1 ünvanında yerləşən həyətə hasardan keçməklə X2 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Ülviyyə Hüseynovaya məxsus 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizoru, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd modemi, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan 2 ədəd samovarı, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşını, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd vintilyatoru, 01 ədəd 60 manat dəyərində dreli, 100 manat dəyərində yataq dəstini və 200 manat dəyərində təmir alətlərini gizli talayaraq zərərçəkmiş şəxs Ü.H.Hüseynovaya ümumilikdə 1860 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməsi; Şahid2 xx.xx.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar masivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan evin birinci mərtəbəsindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 500 manat dəyərində samovarı, evin ikinci mərtəbəsindən 01 ədəd dəyəri 150 manat olan “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikseri, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı çaydanı, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD playeri, 01 ədəd 70 manat dəyərində “TP Link” markalı modemi, 01 ədəd 20 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı dreli, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəstini, 01 ədəd 150 manat dəyərində qazan dəstini, 01 ədəd 200 manat dəyərində qazanı, 01 ədəd 30 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində qaşıq-çəngəl dəstini, 01 ədəd 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəstini, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrəni, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəstini, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəstini, 01 ədəd 100 manat dəyərində ədyalı və hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan iki dəst türk istehsalı çarpayı dəstini gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 4280 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməsi; Şahid2 xx.xx.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2 ünvanında yerləşən X7 məxsus bağ evinə pəncərənin metal barmaqlıqlarını sındırıb taxta pəncərəsinin şüşəsini sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq ikinci mərtəbədən İsaq İbrahimova məxsus 01 ədəd dəyəri 900 manat olan “Samsung” markalı televizoru, yataq otağından 01 ədəd dəyəri 240 manat olan “Samsung” markalı tozsoranı, dəhlizdə divara quraşdırılmış 01 ədəd 40 manat dəyərində gəminin lövbəri formasında taxta divar saatını, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərini, bir ədəd qiyməti 80 manat olan stəkan-nəlbəki dəstini, bir ədəd qiyməti 165 manat olan elektrik ətçəkən maşını, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd ədyalı, bir ədəd qiyməti 30 manat olan yorğanı və bir ədəd qiyməti 150 manat olan yataq dəstini gizli talayaraq zərərçəkmiş şəxs İ.B.İbrahimova ümumilikdə 1885 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməsi; Şahid2 xx.xx.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məlik Dadaşov küçəsində yerləşən həyətə hasardan keçməklə X5 məxsus bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Qəhrəman Orucova məxsus 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalçanı, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində oyma divar saatını, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyalı, 01 ədəd 30 manat dəyərində parça örtüyü, 01 ədəd 30 manat dəyərində divar saatını, həmin tarixə məzənnəsi 240 manat olan 200 ABŞ dollarını, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebooku, 01 ədəd 40 manat dəyərində nərdivanı, 01 ədəd 250 manat dəyərində isidici sobanı və 01 ədəd 30 manat dəyərində ütünü gizli talayaraq zərərçəkmiş şəxs Q.L.Orucova ümumilikdə 2520 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPMnin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməsi; Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılması və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilməsi; Şahid2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi; Şahid3 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi; Şahid3nın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi; İş üzrə maddi sübut olan 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəstinin, 01 dəst “Arshia” markalı tava dəstinin iki hissəsinin, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəstinin və 01 ədəd çaydanın zərərçəkmiş şəxs X6 və 01 ədəd 107 diaqonallı “LG” markalı televizorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınması hökm edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 1(003)-51/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, Şahid2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə və Şahid3 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü dəyişdirilərək Şahid2 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4, 9.2.3, 9.3cü bəndləri tətbiq olunaraq ona təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 6 (altı) ay azaldılaraq üzərində 2 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılması qərara alınmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 16 dekabr 2020-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 16 dekabr 2020-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruslan Məmmədovun 31 mart 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 107 diaqonallı “LG” markalı televizor maddi sübut kimi tanınmış və sahibində saxlanılması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 206/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli hökmündən görünür ki, iş üzrə maddi sübut 01 ədəd 107 diaqonallı “LG” markalı televizorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-206/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli hökmü ilə iş üzrə maddi sübut 01 ədəd 107 diaqonallı “LG” markalı televizorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X4 və Zərərçəkmiş şəxs5 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X4 və Zərərçəkmiş şəxs5 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat olmaqla, ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 16 dekabr 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-206/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli hökmü ilə iş üzrə maddi sübut 01 ədəd 107 diaqonallı “LG” markalı televizorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ**********0000001944, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar