Məhkəmə qərarları › İş №1(003)-7/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-7/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-7/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3 və X4, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 28 fevral 1988-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Məmmədov Elmin (Elvin) Etibar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və xx xxxx 1990-cı il tarixdə Lənkəran rayonunun Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Separadi kəndində yaşayan (***-***-**-**), Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-7/2025 saylı 23 yanvar 2025-cü il tarixli Qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 27 fevral 2025-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Məmmədov Elmin (Elvin) Etibar oğlu silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Məmmədov Elmin (Elvin) Etibar oğlu orta dərəcəli alkoqol sərxoşluğu vəziyətində tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olan bir qrup şəxs halında 18 fevral 2022ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə yerləşən ictimai yer hesab olunan adsız kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan qəsdən silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs2 vuraraq ona sağ əlin səthi kəsilmiş yarası ilə nəticələnən, dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarəti, habelə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 əli ilə vuraraq ona sağ almacıq nahiyəsinin nöqtəşəkilli qansızması ilə nəticələnən, dərəcəsi təyin edilməyən, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə, eləcə də qəsdən Zərərçəkmiş şəxs2 əmlakı olan “Opel” markalı, **-ST-*** dövlət qeyddiyyat nişanlı avtomobili silah qismində istifadə olunan bıçaq və yerdən götürdüyü daş parçası ilə zədələməklə ona 3000 manat məbləğində maddi ziyan, Zərərçəkmiş şəxs1 əmlakı olan kafenin şüşəsini və kafedə olan əşyaları sındırmaqla ona 700 manat məbləğində maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı X17 ilə bir qrup şəxs halında 18 fevral 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə yerləşən ictimai yer hesab olunan adsız kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən vuraraq Zərərçəkmiş şəxs2 boynun nöqtəşəkilli qansızmaları, sağ və sol dizin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmənin 27 oktyabr 2022-ci il tarixli iclasında təqsirləndirilən şəxs qismində dindirilən Məmmədov Elmin (Elvin) Etibar oğlu ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edildi. Həmin ifadəsində o, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 18 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində o, Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə yerləşən Camal adlı şəxsə məxsus kafeyə getmiş, bir qədər sonra tanışı X17 da oraya gəlmişdir. Onlar pivə sifariş vermiş, gətirdikləri yeməkləri və spirtli içki olan arağı həmin pivə ilə birlikdə yeyib-içmişlər. Bir qədər keçmiş, təxminən saat 14-də özü də bilmədən sərxoş halda səsküy salıb nalayiq ifadələr işlədərək kafe sahibi Camalın yanında olan Sevindikin üzərinə hücum çəkmişdir. Belə ki, Sevindik Camal ilə danışıb-güldüyündən, o, həmin şəxslərin ona güldüklərini fikirləşmiş və stolun üzərində olan bıçağı götürüb Sevindiki vurmaq istəyən zaman Sevindik sağ əlini qarşıya aparmış və həmin vaxt bıçaq Sevindikin əlini kəsmişdir. Hətta həmin vaxt yumruğu ilə Camalın sifətinin sağ nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Elvar isə Sevindiki arxadan tutub kafedən çölə çıxartmış və Sevindik çöldə yerə yıxılaraq xəsarət almışdır. Həmin vaxt o da Sevindiki vurmaq üçün ona yaxınlaşmaq istəsə də, Camal ona imkan verməmişdir. Sevindik və Camal onların hərəkətlərinin qarşısını ala bilməyib qaçıb oradan uzaqlaşmışlar. O isə əlində olan bıçaqla kafenin şüşəsini sındırıb kafeyə daxil olaraq kafedəki qab-qacağı sındırmışdır. Camal kafeyə yaxınlaşıb onu kafedən çölə çıxartmışdır. Bundan sonra isə o, əlindəki bıçaqla Sevindikin avtomobilinin ön kapotunu və arxa buferini deşik-deşik etmişdir. Daha sonra isə yerdən götürdüyü daş parçası ilə avtomobili zədələmişdir. Bir qədər keçmiş həmin yerə gələn polis əməkdaşları onları polisə aparmışlar. Təqsirləndirilən şəxs Məmmədov Elmin (Elvin) Etibar oğlu məhkəmə iclasının sonunda göstərdi ki, ilk dəfə törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmənin 27 oktyabr 2022-ci il tarixli iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, 18 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə yerləşən Camal adlı şəxsə məxsus kafeyə getmiş, həmin vaxt tanışı X17 da orada olmuşdur. Birlikdə oturub çörək yemiş, spirtli içki qəbul etmişlər. Bir qədər keçdikdən sonra Elmin içkili vəziyyətdə səs-küy salıb nalayiq ifadələr işlədərək kafe sahibi Camalın yanında olan tanışı Sevindikin üzərinə hücum çəkmişdir. Elmin əlində olan bıçaqla Sevindiki vurmaq istəyəndə Sevindik sağ əlini qabağa uzatmış və həmin vaxt bıçaq Sevindikin əlini kəsmişdir. Camal Elmini tutub sakitləşdirməyə çalışmışdır. Lakin Elmin əlində bıçaq olan vəziyyətdə yumruğu ilə Camalın sifətinin sağ nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. O, onları ayırmaq məqsədi ilə Sevindiki birtəhər itələyərək kafedən çölə çıxarmışdır. Həmin vaxt Sevindik yerə yıxılaraq xəsarət almışdır. Onun Sevindiki vurmaq niyyəti olmamışdır. Sonra Sevindik və Camal oradan qaçıb uzaqlaşmışlar. Elmin isə əlində olan bıçaqla kafenin şüşəsini sındırıb içəri daxil olaraq oradakı qab-qacağı sındırmağa başlamışdır. Camal kafeyə yaxınlaşıb birtəhər Elmini oradan çölə çıxarmışdır. Bundan sonra isə Elmin bıçaqla Sevindikin avtomobilinin ön kapotunu və arxa buferini deşik-deşik etmiş, yerdən götürdüyü daş parçası ilə avtomobili zədələmişdir. O, Elminə mane olmaq istəsə də, buna nail ola bilməmişdir. Bir qədər keçmiş həmin yerə gələn polis əməkdaşları Sevindiki, Camalı və Elmini polisə aparmışlar. O isə polislərin gəldiyini görüb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək, ilk dəfə törətdiyi əməlini etiraf etdi, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını bildirdi və bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin 27 oktyabr 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə yerləşən kafeni tanışı Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlədir. 18 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində Camalla birlikdə həmin kafedə olarkən sonradan adını bildikləri X2 müştəri qismində gəlmişdir. Bir qədər sonra Elminin tanışı, sonradan adını bildikləri Təqsirləndirilən şəxs1 da kafeyə gəlmişdir. Elmin və Elvar birlikdə masaların birinin arxasında əyləşib pivə sifariş vermiş, özləri ilə gətirdikləri yeməklərini və arağı həmin pivə ilə birlikdə yeyib-içməyə başlamışlar. Bir qədər keçmiş, yəni təxminən saat 14:00-də Elmin və Elvar içkili vəziyyətdə heç bir səbəb olmadan səs-küy salıb nalayiq ifadələr işlədərək əvvəlcə onun üzərinə hücum çəkmişlər. Elmin əlində olan bıçaqla onu vurmaq istəyəndə, özünü müdafiə etmək üçün sağ əlini qabağa uzatmış və həmin vaxt bıçaq əlini kəsmişdir. Camal Elmini tutub sakitləşdirməyə çalışmışdır. Elmin əlində bıçaq olan vəziyyətdə yumruğu ilə Camalın sifətinin sağ nahiyəsinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Elvar onu arxadan tutaraq ona tərpənməyə imkan verməmiş və və sürütləyərək kafedən çölə çıxarmış, çöldə onu yerə yıxıb əli ilə bir neçə dəfə zərbə endirmişdir. Elvarın onu vurması nəticəsində ayağında, dirsəyində sıyrıqlar, əziklər olmuş, əlini də bıçaq kəsmişdir. O, Elvarın əlindən çıxıb oradan bir qədər uzaqlaşmış, Camal da qaçıb oradan uzaqlaşmış, lakin kənardan onlara baxmışlar. Elmin əlində olan bıçaqla kafenin şüşəsini sındırıb içəri daxil olaraq kafedəki qab-qacağı sındırmağa başlamışdır. O, kafeyə yaxınlaşıb birtəhər Elmini çölə çıxarmışdır. Bundan sonra isə Elmin bıçaqla onun avtomobilinin ön kapotunu və arxa buferini deşik-deşik etmiş, daha sonra isə yerdən götürdüyü daş parçası ilə avtomobilin arxa sağ şüşələrini və ön alın şüşəsini sındırmış, qabaq sağ qapını zədələmişdir. Elvar isə Elminin bu hərəkətlərinin qarşısını almayıb ona tamaşa etmişdir. Bir qədər keçmiş həmin yerə gələn polis əməkdaşları onu, Camalı və Elmini polisə aparmışlar, Elvar isə polislərin gəldiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. Ona dəymiş zərər Elmin (Elvin) tərəfindən ödənilmişdir, Elminə (Elvin) qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 27 oktyabr 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X11 qarşı heç bir şikayətinin və ya digər tələbinin olmadığını, ona dəymiş ziyanın Elmin Məmmədov tərəfindən ödənildiyini, təqsirləndirilən şəxslərə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdığını, işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin 27 oktyabr 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə yerləşən kafeni icarəyə götürüb işlədir. 18 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə kafedə olarkən sonradan adını bildiyi X2 müştəri qismində gəlmişdir. Bir qədər sonra Elminin tanışı Təqsirləndirilən şəxs1 da kafeyə gəlmişdir. Elmin ilə Elvar birlikdə masaların birinin arxasında əyləşib pivə sifariş vermişlər. Özləri ilə gətirdikləri yeməklərini və arağı həmin pivə ilə birlikdə yeyib-içməyə başlamışlar. Bir qədər keçmiş, yəni təxminən saat 14:00-də Elmin və Elvar içkili vəziyyətdə heç bir səbəb olmadan səs-küy salıb nalayiq ifadələr işlədərək əvvəlcə Sevindikin üzərinə hücum çəkmişlər. Elmin əlində olan bıçaqla Sevindiki vurmaq istəyəndə Sevindik özünü müdafiə etmək üçün sağ əlini qarşıya aparmış və həmin vaxt bıçaq Sevindikin əlini kəsmişdir. O, Elmini tutub sakitləşdirməyə çalışmışdır. Lakin Elmin əlində bıçaq olan vəziyyətdə yumruğu ilə sifətinin sağ nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Elvar Sevindiki arxadan tutaraq ona tərpənməyə imkan verməmiş və sürütləyərək onu kafedən çölə çıxartmışdır. Çöldə Sevindiki yerə yıxıb əli ilə ona bir neçə dəfə zərbə endirmişdir. Sevindik Elvarın əlindən çıxıb oradan bir qədər uzaqlaşmış, o da qaçıb oradan uzaqlaşmış, lakin kənardan onlara baxmışlar. Elmin əlində olan bıçaqla kafenin şüşəsini sındırıb içəri daxil olaraq kafedəki qab-qacağı sındırmağa başlamışdır. O, kafeyə yaxınlaşıb birtəhər Elmini çölə çıxartmışdır. Bundan sonra isə Elmin bıçaqla Sevindikin avtomobilinin ön kapotunu və arxa buferini deşik-deşik etmiş, daha sonra isə yerdən götürdüyü daş parçası ilə ilə avtomobilin arxa sağ şüşələrini və ön alın şüşəsini sındırmış, qabaq sağ qapını zədələmişdir. Elvar isə Elminin bu hərəkətlərinin qarşısını almayıb ona tamaşa etmişdir. Bir qədər keçmiş həmin yerə gələn polis əməkdaşları onu, Sevindiki və Elmini polisə aparmışlar. Elvar isə polislərin gəldiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. Elmin və Elvarın bu hərəkətləri nəticəsində o və Sevindik xəsarət almışlar. Elminin kafedəki əşyaları və kafenin şüşəsini sındırması nəticəsində ona 700 manat, Sevindikə məxsus avtomobilin şüşələrini sındırması və bıçaqla zədələməsi nəticəsində Sevindikə 3000 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərər Elmin Məmmədov tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 27 oktyabr 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məmmədov Elmin (Elvin) Etibar oğluna qarşı heç bir şikayətinin və ya digər tələbinin olmadığını, ona dəymiş ziyanın Elmin Məmmədov tərəfindən ödənildiyini, təqsirləndirilən şəxslərə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdığını, işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 qızı göstərdi ki, 18 fevral 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs1 işlətdiyi kafedə oturmuş, kafedə səs-küy olanda çölə çıxıb park tərəfə getmişdir. İçəridə nə baş verdiyini görməmiş, nəyə görə dava etdiklərini də bilməmiş, geri qayıdanda hər tərəfin darmadağın olduğunu görmüşdür. Bir qədər keçmiş oraya gələn polis əməkdaşları onu və başqa bir nəfəri Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da Şahid1 qızının ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə demişlər. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 18 fevral 2022-ci ilç tarixli 1/322 saylı aktından görünür ki, Məmmədov Elmin (Elvin) Etibar oğlunda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 fevral 2022-ci il tarixli 188 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – boynun nöqtəşəkilli qansızmaları, sağ və sol dizin sıyrıqları küt əşya (əşyalar); sağ əlin səthi kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 01 gün əvvəl olmaqla, 18 fevral 2022-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 fevral 2022-ci il tarixli 189 saylı rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – sağ almacıq nahiyəsinin nöqtəşəkilli qansızması küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 01 gün əvvəl olmaqla, 18 fevral 2022-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə göndərilmiş 27 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məmmədov Elmin (Elvin) Etibar oğluna qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, ona dəymiş ziyan Elmin Məmmədov tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxslərə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır, işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə göndərilmiş 27 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məmmədov Elmin (Elvin) Etibar oğluna qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, ona dəymiş ziyan Elmin Məmmədov tərəfindən ödənilmişdir, təqsirləndirilən şəxslərə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır, işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Məmmədov Elmin(Elvin) Etibar oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilən və məhkəmə sorğusuna əsasən Rusiya Federasiyasından alınmış sənədlərə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 adı Elvin yox Elmindir. İş materiallarına əlavə olunan Xəzər rayon Polis İdarəsindən alınan 18 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 221.3cü maddəsi ilə təqsirləndirilən X7 adı səhvən Elvin kimi yazılmışdır. Odur ki, həmin şəxsin adının Elvin yox, Elmin kimi yazılmasını nəzərə alınmasını xahiş etmişdirlər. İş materiallarına əlavə olunmuş AR Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Lənkəran rayonu İstisu qəsəbə sakinləri X18 və X1 birgə nikahlarından aşağıda adları qeyd olunan uşaqları vardır:

1. X15, xx.xx.1988-ci il

2. X12, xx.xx.1992-ci il

3. X13, xx.xx.1996-cı il

4. X8, xx.xx.2001-ci il

5. X5, xx.xx.2002-ci il. İş materiallarına əlavə edilən Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-347/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında yol verilmiş anlaşılmazlıq həll edilməsi, həmin qərarda “Təqsirləndirilən şəxs2” sözü “X17” kimi oxunması qərara alınmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X7 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddələrdə ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Məmmədov Elmin (Elvin) Etibar oğluna və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Elmin (Elvin) Etibar oğlunun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X17 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını bildirmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında X7 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq təqsirləndirilən şəxs X11 təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Məmmədov Elmin (Elvin) Etibar oğlu 02 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 03 iyun 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. 10 iyun 2022-ci il tarixdə cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. 11 iyun 2022-ci il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs Məmmədov Elmin (Elvin) Etibar oğluna Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Məmmədov Elmin (Elvin) Etibar oğlu şübhəli şəxs qismində 02 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Məmmədov Elmin (Elvin) Etibar oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışının sonunda verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışının əvvəlində verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 27 may 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-7/2025 saylı 23 yanvar 2025-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 27 fevral 2025-ci il tarixli 3-13-45-1/2-/731/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs1 27 fevral 2025-ci il tarixdə Lənkəran rayonu ərazisində saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 26 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün və 27 fevral 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 20 (iyirmi) gün, cəmi 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 CM-nin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X14, X9 və X10 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X11 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 10 iş saatına görə 60,00 (altmış) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 7 iş saatına görə 42,00 (qırx iki) manat olmaqla cəmi 102,00 (yüz iki) manat, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X14 10 iş saatına görə 60,00 (altmış) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 7 iş saatına görə 42,00 (qırx iki) manat olmaqla cəmi 102,00 (yüz iki) manat, ümumilikdə 204,00 (iki yüz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi:

Məmmədov Elmin (Elvin) Etibar oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məmmədov Elmin (Elvin) Etibar oğlunun şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Məmmədov Elmin (Elvin) Etibar oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Məmmədov Elmin (Elvin) Etibar oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Məmmədov Elmin (Elvin) Etibar oğlunun hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1a 60 manat və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 30 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlanıldığı 01 (bir) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək saxlanıldığı 20 (iyirmi) gün, cəmi 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2i ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Lənkəran rayon Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından dərhal azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X14 60 manat və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 30 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Məmmədov Elmin (Elvin) Etibar oğluna isə hökm təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar