Məhkəmə qərarları › İş №1(003)-70/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-70/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-70/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1977-ci ildə Cəlilabad rayonunda anadan olmuş, məhkum olunmamış, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Əliqasımlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, X3 yerləşən fərdi yaşayış evində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evin qarşısından Zərərçəkmiş şəxs məxsus olan «VAZ 2106» markalı **-BY-*** dövlət nömrə nişanlı minik avtomobilini talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o, mağazadan iki ədəd spirtli “GO” içkisi almış və saat təqribən 20 radələrində tanışı Nizami adlı şəxsə məxsus və onun idarə etdiyi “VAZ 2106” markalı, **- BY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın ilə onun yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz evə getmişlər. Nizami yorğun olduğundan onun evində yatmışdır. Belə ki, həmin vaxt karantin rejimi olmuş və saat 21-dən sonra evdən çölə çıxmaq olmaz idi. O, spirtli içkini qəbul etmişdir. Həmin zaman evdə heç kim olmamış, ailə üzvüləri anasının evində Sabunçu rayonu, Sabunçu qəsəbəsində olmuşlar. O, telefon vastəsilə ailə üzvüləri ilə telefon əlaqəsi saxlamışdır. Telefonun cərəyanı bitdiyi üçün cərəyan uyğunlaşdırıcı axtarıb tapa bilməmiş və qərara gəlmişdir ki, məhəllələrində olan Ruzi marketin gözətçisindən telefonu cərəyana qoşmaq üçün uyğunlaşdırıcı alsın. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində küçəyə çıxanda Nizamiyə məxsus olan və onun küçə qapısında saxladığı “VAZ 2106” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə getmək qərarına gəlmişdir. Avtomobilin açarları üstündə olduğu üçün Nizamini narahat etməmiş, Nizamiyə məxsus olan avtomobili götürüb qeyd etdiyi gözətçinin yanına getmişdir. Mağazanın gözətçisində telefon üçün cərəyan uyğunlaşdırıcı olmadığından o, yenidən maşına əyləşib Binə qəsəbəsi, Binə Hövsan Südçülük sovxozu Məscidin yanında «Ekskluziv» adlanan ərazidə Nizamiyə məxsus maşını ara məhəllədə saxlayıb «Şok» marketin gözətçisinə yaxınlaşıb cərəyan uyğunlaşdırıcısı almaq istəmişdir. Gözətçiyə çatmağa təqribən 10-15 metr qalmış Xəzər RPİ-nin PPXB-nün əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Azərbaycan Respublikasında olan hərbi rejim qaydalarını pozmağına görə onu Xəzər RPİnin 3-cü PB-nə gətirmişlər. Polis əməkdaşları onu polis bölməsinə gətirən zaman o, polis əməkdaşlarına bildirmişdir ki, o, maşınla gəlmişdir. Bu zaman polis əməkdaşları Nizamiyə məxsus olan avtomaşınıda onunla birlikdə polisə gətirmişlər. Onun Nizamiyə məxsus olan avtomaşını talama niyyəti olmayıb, avtomaşını idarə etmək niyyəti ilə götürmüşlər. Nizami yatdığı üçün onu narahat etmək istəməmişdir. Nizami adlı şəxsi 4 ildir ki, tanıyır onunla son bir aydır ki, daha yaxın münasibətdə olmuşlar. O, içkili olduğu üçün və Nizami yatdığından icazəsiz ona məxsus olan “VAZ 2106” markalı, **-BY-*** dövlət nömrə nişanlı avtomaşınını talama məqsədi olmadan yalnız idarə etmək üçün götürmüşdür. Avtomaşını idarə edib sonra Nizamiyə geri qaytaracaq idi. O, avtomaşını öz yaşadığı evin qarşısından qaçırmışdır. Həmin vaxt maşının açarları üstündə olmuşdur. Zərərçəkmiş şəxs avtomaşını idarə etmək üçün heç vaxt ona verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs ilə birlikdə işləmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 20:40 radələrində Azərin yaşadığı Binə qəsəbəsi, Yeni sahədə «Fəxrabad» ticarət mərəkəzinin yaxınlığında yerləşən evinə gəlmişdir. Artıq saat 21:00 radələri olduğundan, yəni hərbi rejim ilə əlaqədar Azər ona bildirmişdir ki, öz yaşadığı evə getməyib orada qalsın. O, da Azər ilə razılaşıb orada qalmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində yuxudan ayılan zaman görmüşdür ki, Azər evdə yoxdur. Daha sonra isə küçəyə çıxdıqda axşam küçədə, yəni Azərə məxsus evin qarışısında saxladığı etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşının yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, avtomaşını Azər qaçırmışdır. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin 102 zəng məlumat xidmətinə məlumat vermişdir. Ona polis əməkdaşları tərəfindən bildirilmişdir ki, Azər ona məxsus avtomaşın ilə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən avtomaşını və avtomaşının salonunda olan Samsung markalı mobil telefonu ona salamat vəziyyətdə qaytarılmışdır. Avtomaşına heç bir ziyan dəyməmişdir. Azər hərbi rejimdə atomaşınla hərəktədə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomaşınını konkret olaraq Xəzər rayonu Binə qəsəbəsi, X3 yerləşən nömrəsiz evin qarşısında küçə qapısında saxlamışdır. O, DİN-nin 102 zəgn xidmətinə verdiyi məlumat ani əsəbi olduğundan və fikrindən çıxdığından telelefonu evdə stolun üstündə qoyduğunu düşünmüşdür. Lakin, sonradan yadına düşmüşdür ki, Samsung markalı mobil telefonunu avtomaşında saxlanc yerinə qoymuş və həmin telefonda polis əməkdaşları tərəfindən salamat vəziyyətdə ona qaytarılmışdır. Heç vaxt nəqiliyyat vasitəsini idarə etmək üçün Azərə verməmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Azər tərəfindən ona dəymiş ziyanın ödənildiyi, Azərə qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən xx.xx.1977-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 128-ci maddəsinə əsasən təqsirli bilinərək, AR CM-nin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeydində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsinə əsasən təqsirli bilinmiş və AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə AR CM-nin 72-ci maddəsinin qeyd hissəsinin tətbiqi məsələsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi AR CM-nin 185.1-ci maddəsi mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə isə AR CM-nin 73-1-ci maddəsində öz əksini tapmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri müxtəlif kateqoriya cinayətlərdir. Bu səbəbədən Təqsirləndirilən şəxs AR CM-nin 72ci maddəsinin qeyd hissəsi tətbiq edilməməli və o, AR CM-nin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar