Məhkəmə qərarları › İş №1(003)-70/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-70/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-70/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq talamaqla zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək olan müdət ərzində Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi bağlar massivi Qarayev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evə hasardan aşaraq qanunsuz daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd velospedi, 100 manat dəyərində kompyuter manitorunu və klaviaturasını, hər biri 250 manat dəyərində 2 ədəd musiqi mərkəzini, 1500 manat dəyərində olan 1 ədəd “Sony” markalı televizoru, 50 manat dəyərində olan 1 ədəd tosteri, 100 manat dəyərində olan 1 ədəd qəhvə bişirən aparatı, 100 manat dəyərində 1 ədəd elekrik çaydanını, 1500 manat dəyərində 1 ədəd bürünc metaldan olan şamdanı, 300 manat dəyərində 1 ədəd “Bosh” markalı su qızdırıcısını, cəmi 200 manat dəyərində 2 ədəd tv tüneri, 10 manat dəyərində 1 ədəd peyk antennası tünerini, 300 manat dəyərində müxtəlif ölçülərdə qazma başlıqları dəstini, cəmi 70 manat dəyərində 2 ədəd hava nasosunu, cəmi 300 manat dəyərində 3 dəd drel perforatorları, 50 manat dəyərində 1 ədəd elektrik qırıcısını, 200 manat dəyərində 1 ədəd böyük elektrik mişarını, cəmi 1000 manat dəyərində 2 ədəd qaynaq aparatını, 50 manat dəyərində 1 ədəd texniki feni, 200 manat dəyərində 1 ədəd su nasosu gidroforu ilə birlikdə, 300 manat dəyərində 1 ədəd atomobil alətləri dəstini, cəmi 500 manat dəyərində 2 ədəd tozsoranı, cəmi 500 manat dəyərində 2 ədəd transformatorları, 250 manat dəyərində 1 ədəd samovarı, cəmi 100 manat dəyərində 1 ədəd internet routeri, 300 manat dəyərində 1 ədəd qazon biçən aparatı, cəmi 500 manat dəyərində 2 ədəd məngənələri, 150 manat dəyərində 1 ədəd laqundanı, 50 manat dəyərində 1 ədəd lehim aparatını, 100 manat dəyərində 1 ədəd qaynaq ütüsünü, ümumi dəyəri 100 manat olan müxtəlif geyim əşyları, 1 ədəd 150 manat dəyərində köhnə radiaqəbuledicini, ümumi dəyəri 1000 manat 3 ədəd balta, 2 ədəd daş baltası, 6 ədəd qaz açarlarını, 10 ədəd sıxacları, iti uclu vintaçanları, kəlbətinlər müxtəlif ölçülərdə, vintaçanları, 5 ədəd müxtəlif çəkici, 150 manat dəyərində 1 ədəd İJ 38 markalı köhnə pnevmatik tüfəngi, ümumi dəyəri 2000 manat olan müxtəlif ölçülərdə heykəltəraşlıq və qrafika alətlərini gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə 9000 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, əşyaların bir qismini götürmüşdür. O, velosiped, laqonda, drel, samovar, su qızdırıcısı, perforator, gidrafor, dəmirlər olmaqla ümumilikdə zərərçəkmiş şəxsə 600-700 manat ziyan vurmuşdur. Götürdüyü əşyaları geri qaytarmışdır. O, hasardan daxil olmaqla həmin evə iki dəfə girmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Mərhum atası Azərbaycan xalq rəssamı Arif Qazıyevdən ona Bakı şəhəri X2 qəsəbəsi Qarayev küçəsi 11A ünvanında yerləşən bağ evi qalmışdır. Həmin evdə atasının emalatxanası da, vardı. Əvvəllər atası anası ilə birlikdə bu evdə yaşamışlar. 2021-ci ildə atası vəfat etdikdən sonra anası onunla yaşayır, bağ evində yaşayış yoxdur. Özü hərdən bir gəlib bağ evinə baxıb nəzarət edir. Növbəti dəfə 05 aprel 2023-cü il tarixdə günora vaxtı bağ evinə gələrkən görmüşdür ki, həyətdə su xəttinə qoşulu olan 200 manat dəyərində 1 ədəd su nasosu gidroforu ilə birlikdə oğurlanıb və su axıb gedir, 200 manat dəyərində 1 ədəd böyük elektrik mişarı oğurlanıb. O, oğurluq barədə Din-nin 102 xidmətin zəng edərək məlumat vermiş, az sonra polis əməkdaşları gələrək onun izahatını alıb hadisə yerinə baxış keçirərək müvafiq sənədlər tərtib olunmuşdur. 08 aprel 2023-cü il tarixdə yenidən bağ evinə gələrkən evə və emalatxanaya baxıb əşyaların hansını yerində olub-olmadığını yoxlayarkən aşkar etmişdir ki, evdən 300 manat dəyərində 1 ədə velosiped, 100 manat dəyərində kompyuter manitoru və klaviaturası, hər biri 250 manat dəyərində 2 ədəd musiqi mərkəzi, 1500 manat dəyərində olan 1 ədəd “Sony” markalı televizor, 50 manat dəyərində 1 ədəd toster, 100 manat dəyərində olan 1 ədəd qəhvə bişirən aparat, 100 manat dəyərində 1 ədəd elektrik çaydan, 1500 manat dəyərində 1 ədəd bürünc metaldan olan şamdan, 300 manat dəyərində 1 ədəd “Bosch” markalı su qızdırıcısı, cəmi 200 manat dəyərində 2 ədəd tv tüner, 10 manat dəyərində 1 ədəd peyk antennası tüneri, 300 manat dəyərində müxtəlif ölçülərdə qazma başlıqları dəsti, cəmi 70 manat dəyərində 2 ədəd hava nasosu, cəmi 300 manat dəyərində 3 ədəd drel perforatorlar, 50 manat dəyərində 1 ədəd elektrik qırıcısı, cəmi 1000 manat dəyərində 2 ədəd qaynaq aparatı, 50 manat dəyərində 1 ədəd texniki fen, 300 manat dəyərində 1 ədəd atomobil alətləri dəsti, cəmi 500 manat dəyərində 2 ədəd tozsoran, cəmi 500 manat dəyərində 2 ədəd transformatorlar, 250 manat dəyərində 1 ədəd samovar, cəmi 100 manat dəyərində 1 ədəd internet modemi, 300 manat dəyərində 1 ədəd qazon biçən aparat, cəmi 500 manat dəyərində 2 ədəd məngənələr, 150 manat dəyərində 1 ədəd laqunda, 50 manat dəyərində 1 ədəd lehim aparatı, 100 manat dəyərində 1 ədəd qaynaq ütüsü, ümumi dəyəri 100 manat olan müxtəlif geyim əşyları, 1 ədəd 150 manat dəyərində köhnə radio qəbuledici, ümumi dəyəri 1000 manat 3 ədəd balta, 2 ədəd daş baltası, 6 ədəd qaz açarları, 10 ədəd sıxaclar, iti uclu vintaçanlar, kəlbətinlər müxtəlif ölçülərdə, vintaçanlar, 5 ədəd müxtəlif çəkic, 150 manat dəyərində 1 ədəd İJ 38 markalı köhnə pnevmatik tüfəng, ümumi dəyəri 2000 manat olan müxtəlif ölçülərdə heykəltəraşlıq və qrafika alətləri də oğurlanmışdır. O, bu dəfə də ərizə ilə Xəzər RPİ-nin 1-ci PŞ-nə mürciət etmişdir. İlkin olaraq sadaladığı əşyaların cəmi qiyməti 9000 manat hesablamışdır, lakin daha sonra bəzi əşyaların da götürüldüyünü görmüşdür. Ona 10 000 manatdan çox ziyan dəymiş, bundan başqa onlara mənəvi ziyan da dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Baxış zamanı təqsirləndirilən şəxs demək olar ki, bütün hamsını etiraf etmişdir. Məhkəmə iclasında Şahid vermiş olduğu ifadəsində göstərmişdir ki, 2022-ci ildən Xəzər rayonu Şüvalan qəsəbəsində Sabir adlı düşərgədə metal qəbulu və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə onun məntəqəsinə müxtəlif metallar gətirib satmışdır. Sonuncu dəfə 2023-cü ili aprel ayında ona miss naqillər və müxtəlif formada metal əşyalar satmış, bu zaman Abbas həmin əşyaların öz evlərinin həyətindən gətirdiyini bildirmişdir. Bu səbəbdən o, Abbasdan aldığı əşyaların oğurluq olduğunu bilməmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-218/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 04 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndində əsasən cəza müddəti 01 il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 ümumilikdə 204 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 72 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 ümumilikdə 204 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Vaqif oğluna 72 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar