Məhkəmə qərarları › İş №1(003)-709/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-709/2023

24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-709/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Tərtər rayonu, Hacıqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1977-ci ildə Tərtər rayonu, Buruc kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Tərtər rayonu, Buruc kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 27 yanvar 2023-cü il tarixdə saat 15 radələrində talama niyyəti olmadan öz torpaq sahəsi olduğunu iddia etdiyi, lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə Zərərçəkmiş şəxs1 adına qeydiyyata alınmış tam pay mülkiyyət növü olan ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin taxta qapısını açaraq bağ sahəsinə daxil olduqdan sonra orada qurlaşdırılmış Zərərçəkmiş şəxs1 əmlakı olan 2600 manat dəyərində bir ədəd metal darvazanı, 167 manat dəyərində elektirik sayacağını və 600 manat dəyərində 120x10 ölçülü dəmir borunu məhkəmə müraciət etməklə götürməli olduğu halda, qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq yük avtomobilə yükləyib apararaq özbaşnalıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 28 aprel 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ünvan 3 ünvanında fəaliyyət göstərən 31 saylı notariat ofisininin qarşısına gələrək bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək heç əsaslı səbəb olmadan gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə notariat ofisinin notariusu Zərərçəkmiş şəxs2 borclu olduğu pulu tələb etmiş, Zərərçəkmiş şəxs2 pulu verməkdən imtina etdikdən sonra, Təqsirləndirilən şəxs1 əvvəlcə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib həmin vaxt göstərən 31 saylı notariat ofisində, Zərərçəkmiş şəxs2 xidməti iş otağında bir dəfə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 əlindən vurmuş, daha sonra isə bir neçə dəfə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 üz nahiyyəsinə, Təqsirləndirilən şəxs2 isə əlində olan əsanı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 bədən nahiyyəsinə bir neçə dəfə vurmuş, ictimai qaydanın kobud surətdə pozulması nəticəsində yaranmış səsküyə görə gündəlik iş rejimi pozulmuş işçilərin otağa daxil olaraq onları sakitləşdirmə çalışmalarına baxmayaraq Təqsirləndirilən şəxs1 yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs2 bədəninə zərbələr vuraraq sonuncuya sağ almacıq nahiyəsinin, döş qəfəsinin, sağ saidin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra öz qanunsuz əməllərini davam etdirən Təqsirləndirilən şəxs1 özünü daha da, ictimai qaydaya qarşı qoyaraq, notariat ofisinin gündəlik iş rejmini tam olaraq pozmaq niyyəti ilə qərəzli əməllərini davam etdirməklə notariat ofisinin dəhlizinə çıxmış və orada olan vətəndaşların gözü önündə su dispenserini təpiklə vurub aşırmış, daha sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 uca səslə notarius Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətməklə, söyərək ofisin gündəlik iş rejmini pozaraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 28 aprel 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ünvan 3 ünvanında fəaliyyət göstərən 31 saylı notariat ofisininin qarşısına gələrək bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək heç əsaslı səbəb olmadan gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə notariat ofisinin notariusu Zərərçəkmiş şəxs2 borclu olduğu pulu tələb etmiş, Zərərçəkmiş şəxs2 pulu verməkdən imtina etdikdən sonra, Təqsirləndirilən şəxs1 əvvəlcə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib həmin vaxt göstərən 31 saylı notariat ofisində, Zərərçəkmiş şəxs2 xidməti iş otağında bir dəfə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 əlindən vurmuş, daha sonra isə bir neçə dəfə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 üz nahiyyəsinə, Təqsirləndirilən şəxs2 isə əlində olan əsanı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 bədən nahiyyəsinə bir neçə dəfə vurmuş, ictimai qaydanın kobud surətdə pozulması nəticəsində yaranmış səs-küyə görə gündəlik iş rejimi pozulmuş işçilərin otağa daxil olaraq onları sakitləşdirmə çalışmalarına baxmayaraq Təqsirləndirilən şəxs1 yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs2 bədəninə zərbələr vuraraq sonuncuya sağ almacıq nahiyəsinin, döş qəfəsinin, sağ saidin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra öz qanunsuz əməllərini davam etdirən Təqsirləndirilən şəxs1 özünü daha da, ictimai qaydaya qarşı qoyaraq, notariat ofisinin gündəlik iş rejmini tam olaraq pozmaq niyyəti ilə qərəzli əməllərini davam etdirməklə notariat ofisinin dəhlizinə çıxmış və orada olan vətəndaşların gözü önündə su dispenserini təpiklə vurub aşırmış, daha sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 uca səslə notarius Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətməklə, söyərək ofisin gündəlik iş rejmini pozaraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyini qeyd edərək, ona elan edilmiş ittihamı qəbul etdiyini, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlardan üzrxahlıq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, İ və İİ Qarabağ müharibəsinin iştirakçısı olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bildiyini qeyd edərək, ona elan edilmiş ittihamı qəbul etdiyini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onlardan üzrxahlıq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, İ Qarabağ müharibəsinin iştirakçısı olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olduğunu bildirərək ona azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Nərimanov rayonunda yaşasada Xəzər rayonu Mərdəkan qəsəbəsi dəniz yolunda 636 A nömrəli bağ evini X15 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin xx.xx.2022-ci il qeydiyyat tarixi ilə çıxarışla özü üçün bağ evi tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi hasarlı və köhnə darvazadan ibarət olmuşdur. O, özünə məxsus həmin torpaq sahəsində olarkən bir neçə dəfə ora özünü İ qrup qazı kimi təqdim edən Sərxan adlı şəxs dəfələrlə gələrək həmin torpaq sahəsinin guya ona məxsus olduğunu bildirmişdir. Lakin qeyd etdiyi kimi həmin torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə çıxarış sənədi ilə ona məxsusdur və onun adınadır. Eyni zamanda torpaq sahəsinin planı və ölçüsünü əks etdirən AN №806093 nömrəli mənim adına olan sənədidə var, onları təqdim etmişdir. 26 yanvar 2023-cü il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsindən 3x4 metr ölçülü yeni həyət darvazasını 2500 manata alıb yük maşını ilə apararaq həmin torpaq sahəmə köhnə qapının əvəzinə qurlaşdırmış və qaynaq edilərək qapı tam işlək vəziyyətə gətirilmişdir. Səhəri günü mən torpaq sahəmə gedərkən darvazanın yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Bu barədə qonşulardan qonşuluqda yaşayan İbrahim adlı şəxs ona bildirmişdir ki, onun darvazası xx.xx.2023-cü il tarixdə ** KA *** dövlət qeydiyyat nişanlı Qazel markalı yük maşını ilə həmin torpaq sahəsinə gələn Sərxan adlı şəxs maşının yük yerinə qoyaraq apardığını görmüşdür. Bir daha əlavə olaraq qeyd edmişdir ki, həmin torpaq sahəsini o, rəsmi olaraq X15 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarış sənədi ilə öz adına Ruhsarə adlı qadından almışdır. Əlavə olaraq onuda qeyd edmişdir ki, o, həmin torpaq sahəsinə elektirik sayğacı çəkdirmişdir. 04 fevral 2023-cü il tarixdə o, yenidən torpaq sahəsinə gedərkən ona məlum olmuşdur ki, yeni alıb qoyduğu oğurlanmış darvazanın dəmir metaldan ibarət olan dirəkləri və eləcədə elektirik sayğacım naqildən kəsilərək oğurlanmışdır. Həmin oğurluq nəticəsində rəsmi olaraq ödəyib çəkdirmişdir.167 manat olan elektirik sayağacı və hər bir tərəfi 3 metr olmaqla zəhmət haqqı ilə birlikdə ümumi dəyəri 600 manat olan 06 metr uzunluğunda 120x10-luq dəmir turba kəsilərək oğurlanmışdır. Həyətdən oğurluq etmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X5r, həmin şəxslər özlərini qazi kimi təqdim etmişlər. Hər iki oğurluq nəticəində ona ümumilikdə 3367 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxs barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış X8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinin natariusu vəzifəsində işləyir. Muraz Nəsibov adlı tanışı xx.xx.2023-cü il tarixdə əvvəllər tanımadığı Sərxan və Kənan adlı şəxlərlə notariat ofisinə gəlmiş, Kənan və Sərxan adlı şəxlər iş otağına daxil olaraq yüksək səslə onun guya Muraza 17 000 manat borcu olduğunu bildirmişlər və dərhal ödəməyini tələb etmişlər. O, Muraza bildirmişdir ki, onunla Rahib adlı başqa bir şəxsin arasında torpaq sahəsinin alınması üçün verilmiş beh müqaviləsi ilə ilə bağlı onun nə əlaqəsi var və Muraz nə üçün pulu ondan istəməyə gəlmişdir. Murazda cavab olaraq Rahibin ona 4200 manat borcu qaldığını və həmin borcu ala bilmədiyini qeyd etmişdir. O, Rahibi tanıdığı üçün ona zəng etmiş və bir böyük kimi Rahibdən soruşmuşdur ki, Muraza olan borcunu nə vaxt verə bilər?. Rahib ona demişdir ki, yaxın günlərdə topaq sahəsini satıb Murazın borcunu verəcəkmiş. O, telefonu yüksək səsə keçirmiş və onun yanındakı şəxslər, yəni muraz, Sərxan və Kənan Rahibin dediklərini eşidirmişlər. Bundan sonra Sərxan və Kənan iki gündən sonra onun yanına gələcəklərini demiş və pulu ondan alacaqları barədə onu hədələmişlər, vermədiyi halda həyatı üçün təhlükə yaradacaqları barədə onu hədələmişlər. O, həmin şəxslərə demişdir ki, “siz axı eşitdiniz ki, sizə pulu kim verəcək, gedin ondan alın”. Həmin şəxslər isə cavabında pulu ondan alacaqlarını demişlər və əl işarəsi ilə onu hədələyərək nalayiq ifadələr işlətməklə notariat ofisini tərk etmişlər. Bundan iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Sərxan və Kənan adlı şəxslər saat 15 radələrində notariat ofisinə gəlmişlər, zor ilə iş otağına daxil olmuşlar. Onlar otağa daxil olduqdan sonra Kənan və Sərxan məndən onlara 17 000 manat pul verməyini tələb etmişlər. O, isə həmin şəxslərə siz “rekertsiz? Mənim üstümə gəlmisiniz?”. Onlara polisə zəng edəcəyini demiş və mobil telefonunu götürmüşdür ki, zəng edsin. Bu zaman Kənan adlı şəxs əlindən yumruqla vuraraq telefonu yerə salmış və bir dəfə də, yumruqla üz nahiyyəsindən zərbə vurmuşdur. O, özünü müdafiə etməyə çalışan zaman Sərxan adlı şəxs isə əlində olan çəliklə sol kürək nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra yaranmış səs küyə görə həmin vaxt notariat ofisində olan polis əməkdaşı Zaur Babayev iş otağına daxil olaraq Kənan və Sərxanın ona əlavə xəsarət yetirmələrinin qarşısını almış və onu müdafiə etməyə başlamışdır. Zaur Babayev dəhal əməliyyat qrupunu hadisə yerinə çağırmış, Kənan və Sənan onun ünvanına nalayiq ifadələr və söyüşlər işlədərək həmin vaxt ofisdə olan vətəndaşların gözü qarşısında onu təhqir etməyə başlamışlar. Bundan sonra Sərxan iş otağında olan kompüteri əlindəki çəliklə vuraraq yerə salıb sındırmışdır. Kənan və Sərxan işçilərin onları sakitləşdirmək istədiklərini görüb işçilərinə qarşı nəlayiq ifadələr işlədərək onları da söyməyə başlamışlar. Bundan sonra hər iki şəxs otağındakı stulları aşırmış, otağıma maddi ziyan vurmuşlar. Bir neçə dəqiqədən sonra Xəzər RPİ-nin 3-cü polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə gəlmişdir. Polis əməkdaşları həmin şəxsləri saxlayaraq polis şöbəsinə aparmışdır. Bundan sonra o, polis şöbəsinə gəlmiş və ərizə ilə müraciət etmişdir. Həmçinin, bildirmək istəyirəm ki, mən Murazı “Xallı” ləqəbli X4 vasitəsi ilə tanımışdır. 2019-cu ildə Xallı ona zəng edərək qohumunun adına Abşeron rayonun, Məhəmmədli kəndinin ərazisində yerləşən 0,82 ha topaq sahəsini almaq niyyəti ilə görüşmək təklif etmişdir. Çünki, Xallı həmin topaq sahəsinin onun qohumu Raufa məxsusdur. Xallının Rauf ilə tanışlığı olmamışdır. O, qohumu Rauf ilə bu barədə danışdıqdan sonra birlikdə Məhəmmədli kəndinə getmişlər. Torpaq Raufun bacısının adına olmuş, Rauf onlara torpaq sahəsinin ərazisini göstərmiş və bildirmişdir ki, 0,01ha 500 manatdan razılaşmışlar. Bundan bir ay sonra Muraz ilə Xallı yenidən ona zəng edərək torpaq sahəsi üçün beh vermək niyyətində olduqlarını bildirmişlər. Xallı və Muraz işlədiyi notariat ofisinə gələrək Raufa vermək üçün ümumilikdə 16200 manat pulu ona vermişdir. Təxminən iki il müddətində Xallı və Murazdan heç bir xəbər çıxmamış, bir neçə dəfə o, Xallıya zəng edərək Raufun torpağı onların alıb almayacağını soruşduğunu demişdir. Xallı demişdir ki, özünün və Murazın vəziyyətinin yaxşı deyil və hələ tam pulu ödəyə bilmədiklərini demiş, ondan xahiş etmişdir ki, gözləsin. Lakin Rauf sonradan gözləyə bilmədiyi üçün torpaq sahəsini digər tanışı Rahib ilə birlikdə başqa şəxsə satmışdır. Təxminən 2022-ci ildə Xallı və Muraz yanına gəlmiş və 16200 manatı geri qaytarmağını istəmişlər. O, Xallıgilə həmin pulu beh olaraq verildiyini və iki ildən artıq müddət keçdiyi üçün hansı pulu istədiyini demişdir. Həmin vaxt Xallı ona bildirmişdir ki, Muraz onun şərikidir və maddi vəziyyəti yaxşı deyil. Xallı ondan xahiş etmişdir ki, həmin pulu qaytarsın. O, Murazın uşağının xəstə olduğunu nəzərə alaraq 12000 manatı Muraza geri qaytarmışdır. Behdən qalan 4200 manat pulu isə Rahib adlı şəxs Muraza verəcəyinə söz vermiş, çünki, Raufa həmin torpağı satmaq üçün müştərini Rahib tapmışdır. Rahib makler kimi fəaliyyət göstərən adamdır. Rahib həmin topağın tam olaraq alqı-satqısı olmadığı üçün qalan 4200 manat pulu verməkdə gecikirmiş. Bildirmişdir ki, Kənana və Sərxan adlı şəxslərin həmin topaq sahəsi ilə bağlı heç bir əlaqələri olmamışdır. Muraz, Sərxan və Kənanı quldur kimi onun yanına gətirmişdir ki, ondan pulu zor tətbiq edərək alsınlar. O, Kənan və Sərxanı ilk dəfə xx.xx.2023-cü il tarixdə görmüş və onun həmin şəxslərə heç bir borcu olmamışdır. Onun vəzifəli şəxs olduğunu görüb ondan hədə-qorxu ilə pul tələb etmək üçün bu cür qanunsuz əməllər törətmişlər. Hadisə vaxtı onlar 17000 manat məblğində pulu verməyəcəyi təqdirdə onu öldürəcəkləri ilə hədələmişdir. Sərxan və Kənan adlı şəxslər Muraz ilə söhbət əsnasında Muraza borcu olan Rahibin onunla tanışlığı olduğunu bilib və onun notarisu olduğunu öyrəndikdən sonra Sərxan və Kənan Murazı zorla onun yanına gətirmişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə onun yanına gəlib pul tələb edən zaman bunları Muraz ona bildirmişlər. O, elə Kənan və Sərxanın yanında Muraza “bu rekertləri, nə üçün onun yanına gətirdiyini” demişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 3 ildir ki, tanıyırmış. Zərərçəkmiş şəxs1 onun yaşadığı evin yaxınlığında torpaq sahəsi alıb və orada ev tikdirmək istəyirmiş. Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir ki, onun torpaq sahəsinə nəzarət edsin və gəlib gedən olsa ona xəbər etsin. Buna görə də, daim onun torpaq sahəsinə gələrək nəzarət edirmiş. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində hamin torpaq sahəsinin yaxınlığından keçən zaman Zərərçəkmiş şəxs1 torpaq sahəsində bir necə nəfər şəxsin və avtomobillərin olduğunu görmüşdür. Həmin vaxt orada QAZEL markalı dövlət qeydiyyat nişanını xatırlmadığı yük avtomobili və Lifan markalı minik avtomobili olmuşdur. Orada təxminən 5-6 nəfər şəxs olmuşdur. O, həmin şəxslərə yaxınlaşıb torpaq sahəsində nə etdiklərini soruşmuşdur. Onlardan bir nəfəri torpaq sahəsinin ona məxsus olduğunu demişdir. Başqa bir təxminən 50 yaşlarında keçəl başlı bir nəfər isə qışqırıb bağıraraq torpaq sahəsinin ona məxsus olduğunu demişdir. Lakin o, həmin şəxslərə həmin torpaq sahəsinin Qubanəli Əliyevə məxsus olduğunu demişdir. Daha sonra həmin şəxslər topaq sahəsində divara söykənilmiş vəziyyətdə olan metal giriş qapısını götürərək avtomobilə qoymuşlar. O, həmin şəxslərə darvazanın Zərərçəkmiş şəxs1 məxsus olduğunu dedikdə, həmin şəxslər üzərinə gələrək onun sağlamlğına xəsarət yetirəcəkləri barədə hədə qorxu gəlmişlər. Bundan sonra o, onlardan qorxmuş və heç bir qarşılıq verə bilməmişdir. Çünki onlar təxminən 6 nəfər olmuş, o, isə tək olmuşdur. Buna görə də, onu hədələyərək ona heç bir məhəl qoymadan qapını yük avtomobilinə qoyaraq getmişlər. O, isə həmin şəxslərin darvazasının oğurlamasının qarşısını ala bilməmiş, həmin qapını Zərərçəkmiş şəxs1 hadisədən təxminən 6 gün əvvəl almışdır və o, özü həmin qapını divara söykəmişdir ki, gələcəkdə torpaq sahəsinin girişinə quraşdırsın. Həmin şəxslər qapını apardıqdan sonra o, dərhal Zərərçəkmiş şəxs1 zəng edərək məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 torpaq sahəsinə gələrək qapının aparıldığını bilib polisə ərizə ilə müraciət etmişdir. Həmin şəxslərin şəxsiyyəti ilə bağlı heç bir məlumatı olmadığı, lakin üzə-üz gördüyü halda tanıdığını qeyd etmişdir. Həmin şəxslərə darvazanın Zərərçəkmiş şəxs1 məxsus olduğunu xəbər etmiş, lakin həmin şəxslər buna məhəl qoymayaraq qapını yük avtomobilinə yükləyərək getmişlər. İşıq sayağacının dəmir boruların kim tərəfindən oğurlandığını bilməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, etibarnamə ilə ona məxsus olan Qazel markalı ** KA *** dövlət nömrə nişanlı yük maşın ilə Dərnəgül bazarının yaxınlığında dayanıb yük daşımaqla məşqul olurmuş. 27 yanvar 2023cü il tarixdə saat 13 radələrində bazardan alkopan yükü olaraq Mərdəkan qəsəbəsində dəniz kənarına gətirmişdir. Təxminən saat 14 radələri olardı yükü boşaldıb H.Z.Tağıyev küçəsi ilə Mərdəkan qəsəbəsi istiqamətinə kənd içi yolla Dərnəgül qəsəbəsinə getmək üçün gedərkən təxminən Sərhəd Qoşunun xüsusi məktəbinin yaxınlığında hazırda nömrə nişanını xatırlamadığı markasını təxmini Oka bildiyi ətrafında məcun olan tünd rəngli bir maşının sürücüsü işıq işarəsi verib onu saxlatdırmışdır. Oda maşını saxladıqdan sonra həmin şəxs bildirmişdir ki, ona məxsus həyət darvazası var, aparmaq lazımdır Suraxanı qəsəbəsinə, eyni zamanda bunun üçün nə qədər pul istədiyini soruşduqda o, 40 manat demiş. Lakin həmin şəxs baha olduğunu 30 manat verə biləcəyini dedikdən sonra razılaşmışlar. Həmin şəxs öz maşınını sürərək getdiyi ünvana onun arxası ilə getmişdir. Giriş hissəsində taxta örtüklü əldə düzəlmə qapısı olan və həyətdə hər hansı bir tikili olmayan hasarlanmış ünvana gəlmiş, həmin şəxs və yanında əlavə 4 nəfər olan şəxs taxta qapıdan həyət tərəfdə, yəni içəridə divara söykədilmiş 3*4 ölçüdə olan darvazanın əvvəlcə laylarını köməkləşib maşının yük yerinə qoymuş, daha sonra isə çərçivəsini maşının bortunun üst hissəsinə qoymuşdur və çərçivə bir qədər kənara çıxmışdır. Bundan sonra həmin şəxs bildirmişdir ki, maşını hansı ünvana sürsə onun dalınca gedib Suraxanı qəsəbəsində «Lyukoil» yanacaq doldurmasının yaxınlığına. Oda həmin şəslər ilə birlikdə həmin ünvana getmişdir. Onuda qeyd edmişdir ki, onun maşınında heç kimi əyləşməmiş, o, tək olmuşdur. Onlar həmin şəxsin bildirdiyi ünvana getmiş və orada digər şəxsləri çağırmış, köməkləşib darvazanı bir həyət evinə qoymuşlar. Oda pulunu alıb Dərnəgülə qayıtmışdır. Həmin darvazanın oğurluq olması barədə heç bir məlumatı olmamışdır, nədə bu barədə həmin şəxs heç bir şey deməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 24 aprel 2023-cü il tarixli, 435 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ almacıq nahiyəsinin, döş qəfəsinin, sağ saidin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun əhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xarətlərin xarakterlərinə və lokalizasiyasına əsasən demək dar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən törənmələri istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Tərtər rayonunda doğulmuş Musayev X9 Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən AR CM-nin 315.1 və 70-ci maddələri ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müüddətinə şərti sınaq müddəti təyin olunmuşdur. Təqsirləndirilən şəxs2 Tərtər Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işi materialına xitam verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 1(004)-181/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 AR CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci ildə Tərtər rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən AR CM-nin 242-ci maddəsinin “A” bəndi, 144-cü maddəsinin 2-ci hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək, barəsində əmlakı müsadirə olunmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 saat müddətinə ictimai işlər cəzası təyin edilmişdir. ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və ********* saylı cinayət işi baxılması üçün xx.xx.2013-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 221.1, 66.2 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, barəsində 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bayramov X6 Rayon Polis İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə AR CM-nin 128ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işi materialına xitam verilmişdir. Bayramov X7 Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə AR CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə AR CPM-nin 40.3 və AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işi materialına xitam verilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən fakta görə Azərbaycan Respublikasının CM-nin 181.2.1 və 185.2.5-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 28 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4 və 221.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işinin ibtidai istintaqı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunana qədər dayandırılmışdır. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4 və 221.3-cü maddələri olan ********* saylı cinayət işi üzrə istintaq təzələnmişdir. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-221/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 14 may 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələrindən həmin Məcəllənin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5, 188.1, 188.2 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 17 may 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələrindən həmin Məcəllənin 221.3 və 322.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-252/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 221.3 və 322.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-251/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 221.3 və 322.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.3, 181.2.1, 181.2.5, 188.1, 188.2 və 221.3-cü maddələrindən həmin Məcəllənin 221.2.1 və 322.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-407/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 221.2.1 və 322.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 322.1-ci maddələri və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 322.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən “Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 322.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılığını, zərər çəkmiş şəxsin ondan şikayətinin olmamasını, İ və İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılığını, zərər çəkmiş şəxslərin ondan şikayətinin olmamasını, İ Qarabağ müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1 və 322.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 322.1-ci maddələri ilə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan AR CM-nin 221.2.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan AR CM-nin 322.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə bu maddə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla ona maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 İ və İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə yaralanaraq İİ dərəcəli əlil olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən “Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırmasının bir gününə - islah işlərinin iki günü bərabər tutulur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən “Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təyin edilmiş qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-in 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü bir gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 26 (iyirmi altı) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar