Məhkəmə qərarları › İş №1(003)-71/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-71/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-71/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və X6, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Əfətli ərazi dairəsi, Əfətli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, bağlar massivi 51 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3, 177.2.4-cü və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə və anbara qanunsuz olaraq daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağından 800 manat qiymətində “LG” markalı 82 sm diaqonallı 1 ədəd televizoru, 50 manat qiymətində 1 ədəd “ATV+” cihazını və 50 manat qiymətində 1 ədəd suvenir xəncəri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimali Dres adlanan ərazidə yerləşən "xxxx" MMC-nin saxlanc yeri hesab olunan anbarının qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq, oradan X8 məxsus 1 ədədinin qiyməti 160 manat olmaqla ümumi qiyməti 640 manat olan 4 ədəd süyürtməli plastik pəncərəni, 1 ədədinin qiyməti 450 manat olmaqla ümumi qiyməti 1350 manat olan 3 ədəd qara plastik pəncərəni, 1 ədədinin qiyməti 3000 manat olmaqla ümumi qiyməti 6000 manat olan 2 ədəd “İnnoksan” markalı manqalı, 1 ədədinin qiyməti 4 manat olmaqla ümumi qiyməti 1800 manat olan 450 ədəd 60*60 ölçüdə profil dəmirləri, 1 ədədinin qiyməti 10 manat olmaqla ümumi qiyməti 1400 manat olan 140 ədəd paslanmayan dəmirdən hazırlanmış borunu, 1 ədədinin qiyməti 25 manat olmaqla ümumi qiyməti 750 manat olan 30 ədəd paslanmayan dəmirdən hazırlanmış borunu, 1 ədədinin qiyməti 40 manat olmaqla ümumi qiyməti 120 manat olan 3 ədəd ədəd 1.2x1.4 ölçülü dəmir barmaqlıqları, 1 ədədinin qiyməti 200 manat olmaqla ümumi qiyməti 800 manat olan 4 ədəd qapını, 1 kub metri 45 manat olmaqla ümumi qiyməti 2250 manat olan 50 kub metr “Terrazo” markalı tamet daşları, 1 ədədinin qiyməti 300 manat olmaqla ümumi qiyməti 900 manat olan 3 ədəd istifadədə olmuş transpaleti (yük əl arabasını), 1 metrin qiyməti 2 manat olmaqla ümumi qiyməti 100 manat olan 50 ədəd dam örtüyü üçün istifadə edilən borunu, 1 metrin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 75 manat olan 50 ədəd hamam üçün istifadə edilən dəmir borunu, qiyməti 840 manat olan lesanı, qiyməti 2200 manat olan taxtadan lesanı, 1 ədədinin qiyməti 1600 manat olmaqla ümumi qiyməti 3200 manat olan 2 ədəd təkərli lesanı, 1 ədədinin qiyməti 110 manat olmaqla ümumi qiyməti 3300 manat olan 30 ədəd asfalt üçün dayağı, 1 metrin qiyməti 1,40 manat olmaqla ümumi qiyməti 280 manat olan 200 metr plastik plintusu, 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi qiyməti 400 manat olan 20 ədəd hamam dəstini, bir ədədinin qiyməti 20 manat olmaqla ümumi qiyməti 400 manat olan 20 ədəd fasad üçün lampanı, 1 ədəd 70 manat qiymətində dərman vuran dəzgahı, 1 ədəd 90 manat qiymətində tozsoranı, bir ədədinin qiyməti 10 manat olmaqla ümumi qiyməti 300 manat olan 30 ədəd dam üçün istifadə edilən tikinti mateialını, bir kvadrat metrin qiyməti 5 manat olmaqla ümumi qiyməti 800 manat olan 160 kvadrat metr dəmir baramanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 28065 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd gümüşü rəngli kağıza bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan 0,196 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq, Xəzər rayonuna daşımış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Xəzər RPİ-nin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonuna Şüvəlan qəsəbəsi, “Talışlar” məhəlləsi adlanan ərazidə saxlanılıb, Xəzər RPİ-nin 1-ci polis şöbəsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş həmin 0,196 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, ittihamın oğurluqla bağlı birinci epizodunu etiraf etmir. Belə ki, ibtidai istintaqda birinci epizodu üzrə ittihamı fiziki təzyiq altında etiraf etmişdir. O, ittihamın ikinci epizod üzrə etiraf edir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şüvəlan qəsəbəsi, Şimal-Dres adlanan ərazidə oğurluq etmək üçün münasib yer axtarmağa başlamış və həmin vaxt qeyd olunan ərazidə insanların az olduğu yerdə anbar görüb, həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. O, anbarın qıfılını həmin ərazidən tapdığı dəmir parçası ilə açıb içəri daxil olmuş və orada təmir tikinti üçün istifadə edilən xeyli sayda material görmüşdür. Fikirləşmişdir ki, həmin anbarda olan tikinti materiallarını hissə-hissə oğurlayıb sataraq narkotik vasitəyə olan ehtiyacını ödəsin. O, həmin anbara xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 5 dəfə daxil olub, oradan tikinti materialları oğurlamışdır. İlk dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin anbardan 50 ədəd dəmir borunu götürüb, qıfılı yerinə bağlamış və Elmar adlı tanışına 40 manata satmışdır. İkinci dəfə xx.xx.2023-cü il tarixdə həmin anbara yenidən tək gəlmiş, oradan 1 ədəd dərman vuran dəmir dəzgah və tozsoran götürüb 100 manat müqabilində Elmara satmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə qeyd olunan anbara gəlmiş, oradan çoxlu sayda dəmir tor və 2 ədəd təkərli araba götürüb həmin əşyaları da Elmara satmışdır. Ona həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmişdir. O, xx.xx.2023-cü il tarixdə anbara gəlmiş, qapının qıfılını açıb içəri daxil olmuş, oradan 3 ədəd qara plastik pəncərə, profil dəmirləri və plastik boruları götürüb özü ilə aparmış və Taleh adlı şəxsə 230 manata satmışdır. Sonuncu oğurluq etməmişdən qabaq oradan bir çox materialları götürmək fikrində olmuş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə anbarda olan tametləri, 4 ədəd plastik pəncərəni anbardan çıxartmışdır. Pəncərələri tanımadığı avtomobillə özünə məxsus fərdi yaşayış evinə aparmışdır. Bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə Şüvəlan qəsəbəsi, “Talışlar” məhəlləsi adlanan yerdə dayanmış maşının üzərində qeyd edilmiş mobil nömrəyə zəng vurmuş və maşın lazım olduğunu bildirmişdir. Həmin vaxt “Talışlar” məhəlləsində qalan üzdən tanıdığı şəxsin ona fəhlə kimi köməklik etməsini xahiş etmiş, zəhmət haqqını ödəyəcəyini bildirmişdir. Həmin şəxs də onunla razılaşmışdır. Bir neçə dəqiqə sonra adını sonradan bildiyi Bəxtiyar adlı şəxsin avtomobili ilə anbara getmişlər. Bəxtiyar anbarın sahibini tanıdığını demişdir. O da Bəxtiyara həmin şəxslərlə birlikdə işlədiyini bildirib, yığacaqları əşyaları təmir işləri gedən digər obyektə aparacaqlarını bildirmişdir. Onlar birlikdə tametləri maşına yükləmişlər. Bundan sonra maşını yaşadığı evin həyətinə sürüb, oradan da 4 ədəd plastik pəncərəni götürmüşlər. Bundan sonra Asif adlı tanışının yaşadığı fərdi yaşayış evinə getmişlər. Bəxtiyar ondan soruşmuşdur ki, hansı səbəbə digər obyektə yox, məhz Asifin yaşadığı evə tikinti materiallarını gətirmişdir. O da bildirmişdir ki, halhazırda obyektdə heç kəs yoxdur, sonra özü aparacaq. Qeyd etmişdir ki, Asiflə bir neçə gün əvvəl danışmışmış və ona həmin əşyalar barədə məlumat vermişdir. Lakin əşyaların oğurluq deyil, özünə məxsus olduğunu bildirmişdir. Asif həmin əşyaların müqabilində ona 150 manat pul vermiş, qalan 100 manatı isə razılaşmaya əsasən bir neçə gün sonra verməli imiş. Oğurluq hadisəsi törətməsi barədə heç kəsə heç bir söz deməmişdir. Bundan başqa, o, narkotik vasitə olan heroin istifadəçisidir. Narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul etmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi 51 (“Talışlar” məhəlləsi adlanan ərazi) ünvanında olan zaman iki nəfər ona yaxınlaşmış, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Ona şöbənin xidməti otaqlarının birində hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstümdə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarımnın sağ yan cibindən çıxartdığı 1(bir) ədəd gümüşü kağızın içərisindən heroini təqdim etmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır.Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 ifadəsində göstərmişdir ki, "xxxx" MMCnin direktorudur. Ona məxsus MMC-nin anbarı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimali-Qres adlanan ərazidə yerləşir. Sahibi olduğu MMC-nin memarı eyni zamanda nəzarətçisi olan X4 xx.xx.2023-cü il tarixdə ona zəng vurmuş və anbardan oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Anbardan xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə olan müddət ərzində 1 ədədinin. qiyməti 160 manat olmaqla ümumi qiyməti 640 manat olan 4 ədəd süyürtməli plastik pəncərə, 1 ədədinin qiyməti 450 manat olmaqla ümumi qiyməti 1350 manat olan 3 ədəd qara plastik pəncərə, 1 ədədinin qiyməti 3000 manat olmaqla ümumi qiyməti 6000 manat olan 2 ədəd “İnnoksan” markalı manqal, 1 ədədinin qiyməti 4 manat olmaqla ümumi qiyməti 1800 manat olan 450 ədəd 60*60 ölçüdə profil dəmirlər, 1 ədədinin qiyməti 10 manat olmaqla ümumi qiyməti 1400 manat olan 140 ədəd paslanmayan dəmirdən hazırlanmış boru, 1 ədədinin qiyməti 25 manat olmaqla ümumi qiyməti 750 manat olan 30 ədəd paslanmayan dəmirdən hazırlanmış boru, 1 ədədinin qiyməti 40 manat olmaqla ümumi qiyməti 120 manat olan 3 ədəd ədəd dəmir barmaqlıqlar, 1 ədədinin qiyməti 200 manat olmaqla ümumi qiyməti 800 manat olan 4 ədəd qapı, 1 kub metri 45 manat olmaqla ümumi qiyməti 2250 manat olan 50 kub metr “Terrazo” markalı tamet daşları, 1 ədədinin qiyməti 1500 manat olmaqla ümumi qiyməti 4500 manat olan 3 ədəd trasoalat, 1 metrin qiyməti 2 manat olmaqla ümumi qiyməti 100 manat olan 50 ədəd dam örtüyü üçün istifadə edilən boru, 1 metrin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 75 manat olan 50 ədəd hamam üçün istifadə edilən dəmir boru, qiyməti 840 manat olan lesa, qiyməti 2200 manat olan taxtadan lesa, 1 ədədinin qiyməti 1600 manat olmaqla ümumi qiyməti 3200 manat olan 2 ədəd təkərli lesa, 1 ədədinin qiyməti 110 manat olmaqla ümumi qiyməti 3300 manat olan 30 ədəd asfalt üçün dayaq, 1 metrin qiyməti 5 manat olmaqla ümumi qiyməti 1000 manat olan 200 metr plintus, 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi qiyməti 400 manat olan 20 ədəd hamam dəsti, bir ədədinin qiyməti 20 manat olmaqla ümumi qiyməti 400 manat olan 20 ədəd fasad üçün lampa, 1 ədəd 70 manat qiymətində dərman vuran dəzgah, 1 ədəd 90 manat qiymətində tozsoran, bir ədədinin qiyməti 10 manat olmaqla ümumi qiyməti 300 manat olan 30 ədəd dam üçün istifadə edilən tikinti mateialı, bir kvadrat metrin qiyməti 5 manat olmaqla ümumi qiyməti 800 manat olan 160 kvadrat metr dəmir barama oğurlanmış, nəticədə ona 32385 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları adlanan bağ massivində bağ evi vardır. Demək olar ki, hər həftə həmin bağ evinə gedir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində həmin evdə olmuşdur. Növbəti dəfə xx.xx.2023-cü il tarixdə həmin bağ evinə getmiş, evə daxil olanda görmüşdür ki, evin əşyaları dağınıq vəziyyətdədir və yataq otağının plastik pəncərəsi də açıqdır. Başa düşmüşdür ki, evdən oğurluq edilmişdir. Bu zaman evin hər bir yerinə nəzər yetirmiş və aşkar etmişdir ki, evin qonaq otağında olan qiyməti 800 manat olan “LG2 markalı 82 dioqanallı televizor, qiyməti 50 manat olan “ATV+” aparatı və qiyməti 50 manat olan 01 ədəd suvenir xəncər oğurlanmışdır. Qeyd etmişdir ki, evdən oğurlanmış əşyaların qiymətini hesablamış və məlum olmuşdur ki, oğurluq nəticəsində ona 900 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Lakin onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus Qazel markalı **-BF-*** dövlət qeydiyyat nişanlı maşınla yük daşımaqla qazanc əldə edir. Həmin avtomobili Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində hamının “talışlar məhəlləsi” kimi tanıdığı ərazidə yaşadığı evin yaxınlığında saxlamış və üzərində özünə məxsus mobil nömrəni qeyd etmişdir ki, zəng edən müştərilərin yüklərini aparıb bunun müqabilində qazanc əldə etsin. Tanımadığı şəxs xx.xx.2023-cü il tarixdə günorta radələlərində onun mobil telefonuna zəng vurub, telefon nömrəsini maşının üzərindən götürdüyünü bildirib, yük daşımaq üçün maşın lazım olduğunu bildirmişdir. Həmin vaxt evdə nahar etmiş və zəngdən sonra naharını bitirib, maşının yanına getmişdir. Həmin vaxt iki nəfər tanımadığı şəxs onu gözləmişdir. Onlardan birinin anket məlumatlarının Təqsirləndirilən şəxs olduğunu bilmiş, digərini isə qonşu kimi üzdən tanımışdır. Təqsirləndirilən şəxs dəniz kənarında olan anbardan tikinti materiallarını təmir gedən digər obyektə aparacaqlarını bildirmişdir. O, özünü usta kimi ona tanıtdırmışdır. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimali-Qres adlanan əraziyə gələndə o, həmin yeri tanımışdır. Çünki bir neçə dəfə anbara yük gətirmişdir. O, anbara yükləri Piri adlı tanışının vasitəsilə gətirmişdir. Elşada onu gətirdiyi anbarın sahiblərini tanıdığını demişdir. Elşad isə buna heç bir reaksiya verməmiş, əksinə mimikalarından tanımağının daha yaxşı olduğunu hiss elətdirmişdir. Anbarın qarşısına yığılmış tametləri maşına Elşad ilə yanında olan üzdən tanıdığı qonşusu yükləmişdir. Bundan sonra Elşadın yaşadığı yerə getmişlər, orada evdən 4 ədəd pəncərənin üzündə quraşdırılan dəmir barmaqlıqları maşına qoymuş və yola düşmüşlər. Bildirmişdir ki, Elşad da "Talışlar" məhəlləsi adlanan ərazidə yaşamışdır. Onu "Talışlar" məhəlləsində yerləşən fərdi yaşayış evlərinin birinə sürdürmüş, o, həmin evin sahibinin Asif olduğunu və tametlərin eyni zamanda dəmir barmaqlıqların ona veriləcəyini biləndə şübhǝlənib, bu barədə Elşaddan soruşmuşdur. Elşad ona bir gün sonra həmin əşyaları təmir gedən digər obyektə aparacağını demişdir. Elşad və digərləri maşınına yüklənmiş əşyaları Asifin evinə boşaltdıqdan sonra, yol haqqı olaraq Elşad ona 20 manat pul vermişdir. O da həmin yerdən uzaqlaşandan sonra Elşada tam etibar eləmədiyinə görə dəqiqləşdirmək məqsədilə Piriyə zəng vurub, olan hadisəni danışmışdır. Piri isə həmin şəxsləri tanımadığını, işlədiyi MMC-yə aid heç bir obyektdə təmir getmədiyini bildirib, onunla görüşməsini istəmişdir. O da Piri ilə həmin gün görüşüb, ona Asifin evini göstərib, gətirdiyi əşyaları həmin evə boşaltdığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Elşadın fəhlə kimi yanında gətirdiyi şəxsi üzdən tanıyır, onun qonşusudur, Elşad həmin şəxsə də, ona da eyni sözləri demişdir. Heç biri əşyaların oğurluq olmasını bilməmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi 10 ildən çoxdur tanıyır, münasibətləri yaxşıdır, aralarında heç bir ədavət yoxdur. X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə atasının yas mərasimində olan zaman bildirmişdir ki, ucuz qiymətə tamet daşları vardır. O da oğurluq olub-olmamasını soruşmuşdur. O, həmin daşların oğurluq olmadığını deyib, əmisinə məxsus olduğunu, artıq qaldığı üçün ucuz qiymətə satdığını bildirmişdir. Bundan əlavə 4 ədəd plastik pəncərəni də təklif edib, əmisinin təmir tikintisindən artıq qaldığını bildirmişdir. Elşad ilə 50 kvadrat metr tamet daşları üçün və 4 ədəd pəncərəyə 250 manata razılaşmışlar. Elşad xx.xx.2023-cü il tarixdə günorta radələrində tamet daşlarını və 4 ədəd plastik pəncərəni o evdə olmayan vaxt evə gətirib həyətə yığmışdır. O, işdən evə gələndə həmin əşyalar evdə olmuşdur. O, baxıb həır şeyin yerində olduğuna əmin olmuş və Elşad ilə görüşüb ona 150 manat pul vermiş, qalan 250 manat pulu razılığa əsasən 3-4 gün sonra verməli imiş. Onlar 50 kvadrat metr tamet daşları və 4 ədəd plastik pəncərə üçün ümumi 250 manata razılaşmışlar. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona həmin əşyaların oğurluq olmasını deməmiş, guya əmisinə məxsus olduğunu bildirmiş, o da bu səbəbdən həmin əşyaları almışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin 1-ci Polis şöbəsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar 29 mart 2023-cü il tarixdə saat 13:00 radələrində Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə getmişlər. Həmin gün saat təxminən 13:30 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "talışlar məhəlləsi” deyildən ərazidə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək bununla əlaqədar onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getmişdir. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevə həvalə edilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq və vəkilin iştirakı ilə baş təhqiqatçı Xəzər Yolçuyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli maddəni təqdim etdi və həmin maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Narkotik vasitənin özünə məxsus olduğunu, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxladığını demişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 27 avqust 1991-ci ildə Ağdam rayonu, Əfətli kəndində anadan olmuş, Ağdam rayonu, Əfətli ərazi dairəsi, Əfətli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “talışlar məhəlləsi” deyildən ərazidə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar 29 mart 2023-cü il tarixdə saat 13:00 radələrində Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə getmişlər. Həmin gün saat təxminən 13:30 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “talışlar məhəlləsi” deyildən ərazidə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək bununla əlaqədar onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin 1ci PŞ-nə getmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmişlər. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevə həvalə edilmişdir. Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində baş təhqiqatçı Xəzər Yolçuyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və baş təhqiqatçı Xəzər Yolçuyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq baş təhqiqatçı Xəzər Yolçuyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli maddəni təqdim etmiş və həmin maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmiş, narkotik vasitənin özünə məxsus olduğunu, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxladığını əlavə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd gümüşü rəngli kağız bükülü baş təhqiqatçı Xəzər Yolçuyev tərəfindən kağız zərfə qoyulmuş, qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Qazel” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müştərilərin sifarişi əsasında yük daşımaqla qazanc əldə edir. Yardımlı rayonunda yaşayan tanışının vasitəsi ilə tanıdığı Elşad adlı şəxsin dəmir məmulatları satdığını eşidib, onunla əlaqə saxlamış və oğurluq olub-olmaması ilə maraqlanmışdır. Həmin vaxta kimi o, Elşadı görməmiş və onunla heç vaxt rastlaşmamışlar. Elşadla telefonla danışandan sonra xx.xx.2023-cü il tarixdə günorta radələrində etibarnamə əsasında idarə etdiyi “Qazel” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə onun çağırdığı anbarın qarşısına getmişdir. Elşad qapının qıfılını üzərində olan açarla açanda artıq həmin yerin ona məxsus olmasına əmin olmuşdur. Həmin anbardan 3 ədəd pəncərəni, dəmir məmulatlarını və plastik borunu yük maşınına yükləyib yaşadığı evin həyətinə boşaltmış, bunun müqabilində Elşada 230 manat pul vermişdir. İbtidai istintaqda üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" MMC-də iki olar ki, memar işləyir, eyni zamanda tikinti obyektlərinə nəzarət edir. Qeyd olunan MMC-nin anbarı Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimali-Qres adlanan ərazidə yerləşir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta radələrində Bəxtiyar adlı tanışı onun mobil telefonuna zəng vurub, MMC tərəfindən tikinti işlərinin görülüb-görülmədiyini soruşmuşdur. O da heç bir tikinti işinin görülmədiyini bildirmiş, hansı səbəbə soruşmağı ilə maraqlanmışdır. Bəxtiyar özünə məxsus yük avtomobili ilə iki nəfər tanımadığı müştərinin sifarişi ilə MMC-yə məxsus anbardan tikinti üçün istifadə edilən əşyaları yığdığını bildirmişdir. Danışıq əsnasında ona demişdir ki, həmin şəxslərin deməsinə görə MMC-yə məxsus olan obyektlərin birində tikinti işləri gedir və anbardan yığacaqları tikinti məmulatlarını həmin yerə aparacaqlar. O, həmin şəxslərin yalan danışdığını, MMC-də heç bir yikinti işlərinin getmədiyini bildirib Bəxtiyarın ona zəngindən sonra anbara gedib baxmış və oğurluq hadisəsi baş verdiyini aşkar edib 102 xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra anbarda yığılmış əşyaların və həmin əşyaların qiymətini bildiyi üçün hesablamış və 32385 manat qiymətində tikinti təmir əşyalarının oğurlandığını hesablamışdır. Əlavə olaraq bildirmişdir ki, Bəxtiyarı bir neçə ildir ki, yük avtomobilinin sürücüsü kimi tanıyır və onun xidmətlərindən şirkətin işində istifadə etmişdir. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə anbarda olmuş və həmin vaxt oğurluq hadisəsi olmamışdır. Oğurluq hadisəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət ərzində baş verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1804 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-157” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,196 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı T) daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 0,196 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, hazırkı çəkisi 0,146 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinməhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş cinayət işi üzrə əməlin tövsif edilmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməl Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1 maddələrinə tövsif olunmuş və istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 1(003)-155/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə o, qəti olaraq 2 (iki) il 6 (alti) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2821 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkolofi dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4435 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş nümunələr əsasında qərarda göstərilən malların 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5350,00 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1.230010302 nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələnlə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır.

2. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır.

3. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,196 qram narkotik vasitə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və ekspert tədqiqatına sərf olunmaqla istifadə edilməsi nəzərə alınıb hazırki çəkisi 0,146 qram çəkidə olan herofnin saxlanılmasından ötrü Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır.

4. Cinayət işinin bəzi sənədlərində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupunun üzvü, polis leytenantı X1 və adı səhvən “Şahid6” kimi qeyd olunmuşdur. Odur ki, iş üzrə həmin sənədlərdə qeyd olunan “Şahid6” soyadı və adı “Yüsibzadə Yüsif” kimi oxunmuş və qəbul edilmişdir.

5. İş üzrə əldə olunmuş 50 kub metr “Terrazo” markalı tamet daşları, 200 metr plastik plintus, 450 ədəd 60”60 ölçüdə profil dəmir, 3 ədəd dəmir barmaqlıq və 3 ədəd istifadədə olmuş transpalet (yük əl arabası) maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibinə təhvil verilməsi nəzərə alınmışdır.

6. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi müəyyən olunmadığından, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən rədd edilmişdir.

7. Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış digər əşyalardan məlumatsız olduğunu bildirməsi xüsusatı cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımaqla özünü müdafiə kimi qiymətləndirilmiş və vəsatət kimi qəbul edilərək rədd edilmişdir.

8. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən material ayrılmış və əməliyyat axtarış tədbirlərinin davam etdirilməsindən ötrü aidiyyatı üzrə Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmişdir.

9. Təqsirləndirilən şəxs qeyd olunan oğurluq cinayətlərini tək törətdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir.

10. Şahid4 və Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından barələrində cinayət təqibi rədd edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 4(003)-298/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı hökm və ya məhkəmə qərarı Bakı Şəhər Probasiya İdarəsinə daxil olmamışdır. İş materiallarına əlavə olunmuş İxtisaslaşdırılmış MM-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs müəssisəyə xx.xx.2020-ci il tarixdə Penitensiar Xidmətin 14 saylı cəza çəkmə müəssisəsindən daxil olub və xx.xx.2020-ci il tarixdə müəssisədən azad olub. Cəza çəkdiyi müddət ərzində icra vərəqəsi üzrə hec bir tutulma aparılmayıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş, CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş, CM-nin 67.1, 68.2-ci maddəsi tətbiq olunmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2020-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzaçəkmədən 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək (oğurluq hissədə qismən), əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxsin (Zərərçəkmiş şəxs2) ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.3-ci maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə o, qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına və 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə asasən 1000 (bir min) manat məbləğində cərimə cəzası müstəqil icra edilməlidir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,146 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat və 50 (əlli) manat olmaqla, ümumilikdə 115 (bir yüz on beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut 50 kub metr “Terrazo” markalı tamet daşları, 200 metr plastik plintus, 450 ədəd 60760 ölçüdə profil dəmir, 3 ədəd dəmir barmaqlıq və 3 ədəd istifadədə olmuş transpaletin (yük əl arabası) sahibində saxlanılması nəzərə alınmalıdır. İş üzrə 28965 manat məbləğində maddi ziyandan 5350 manat ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 120 mana və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə o, qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına və 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə asasən 1000 (bir min) manat məbləğində cərimə cəzası müstəqil icra edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,146 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat və 50 (əlli) manat olmaqla, ümumilikdə 115 (bir yüz on beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut 50 kub metr “Terrazo” markalı tamet daşları, 200 metr plastik plintus, 450 ədəd 60760 ölçüdə profil dəmir, 3 ədəd dəmir barmaqlıq və 3 ədəd istifadədə olmuş transpaletin (yük əl arabası) sahibində saxlanılması nəzərə alınsın. İş üzrə 28965 manat məbləğində maddi ziyandan 5350 manat ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 120 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar