Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-71/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə tanışı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivi nömrəsiz evin qarşısında Zərərçəkmiş şəxs guya mobil telefonla danışarkan onun ünvanına nəlayiq ifadələr işlətməsini və 30 manat pul borcunun qaytarılmasından imtina etməsini bəhanə edərək sözlə mübahisə yaratmış, sonra xuliqanlıq niyyətilə ictimai qaydalara qarşı açıq etinasızlıq qöstərərək özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik və əxlaq normalarını kobud sürətdə pozma zəminində dava salaraq yerdən götürdüyü taxta parçası ilə qisas almaq üçün qəsdən Zərərçəkmiş şəxs bədəninin sağ nahiyyəsinə vurmuş, bu zaman Zərərçəkmiş şəxs onu itəlidiyindən yerə yıxmış, taxta parçası yerə düşmüş, lakin Təqsirləndirilən şəxs qanunsuz əməllərini davam etdirərək həmin taxta parçasını yerdən götürüb yenidən Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmuş, nəticədə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs alın-təpə nahiyyəsinin əzilmiş yarası, sağ Xİ qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirməsi ilə nəticələnən qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Necə vaxt işsiz olduğu üçün Umudun yanında işə başlamışdır. Daha doğrusu onun elektrik matorları təmir olunan sexində işləmişdir. Umud gününə 20 manat verəcəyini ona demişdir. O, Umudla razılaşmışdır. Bundan sonra Umudun yanında işləməyə başlamışdır. Bir aydan artıq işləmiş, lakin Umudun borcu çox olduğu üçün onun pulunu verə bilməmişdir. 30 dekabr 2024-cü il tarixdə Umuda zəng edərək maddi vəziyyətinin pis olduğunu, evdə yeməyə bir şey olmadığını bildirmiş, ondan borcundan biraz verməsini istəmişdir. Umud isə ona baxarıq demişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Umudla görüşmüş və ondan borcunu istəmişdir. Umud isə ona axşam zəngləşərik demişdir. xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Umuda zəng vuraraq «eybi yox, qohumuq, vermirsən heç olmasa 30 manatını ver» demişdir. Bu zaman Umud onun pulunu vermiyəcəyini demişdir. O, Umuda telefonda «eybi yox, pulumu vermirsən, heç olmasa sənin adına marketdən borca ərzaq götürüm, sənin adını qeyd etdirim» deyə sonuncuya təklif etmişdir. Bu zaman Umud baxarıq deyib onunla sağollaşmışdır. Umudun telefonu xarab olduğu və telefona adboy verdikdən bir müddət sonra söndüyü üçün Umud telefonun qapandığını zənn edib ona qarşı nəlayiq ifadə işlətmişdir. Bundan sonra Umudun onu təhqir etməsinin səbəbini öyrənmək üçün O Umudun yaşadığı evə getmişdir. Umud ilə o, eyni məhəllədə qalırlar. Evləri çox yaxındır. Bu zaman Umudu bayıra çağırıb ona qarşı işlətdiyi nəlayiq ifadənin açıqlamasını iştəmişdir. Umud bayıra çıxaraq ona əl-qol atmağa başlamışdır. Bu zaman o, yerdə olan taxta parçasını götürərək Umudun sağ qabırğasına xəsarət yetirmişdir. Daha sonra Umud onun üzərinə gəldiyi üçün həmin taxtanı atmış və taxta Umudun baş nahiyəsindən dəymişdir. Verilən suallara cavab olaraq Fərhad Evyazov bildirmişdir ki, Umud onun bibisi nəvəsinin yoldaşıdır. İşlədiyi müddət ərzində Umud ona ümumiyyətlə pul verməmişdir. Taxtanı ikinci dəfə Umuda atdıqdan sonra taxta Umudun başına dəymiş, həmin vaxt Umudun qayınanası da səs-küyə çölə çıkmış və O, oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilmədiyini, onun əməlində AR CM-nin 127.1-ci maddəsinin tərkib hissəsinin olduğunu, həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun yanında işləmişdir. Üzü bayrama düşdüyü üçün ona işlədiyi üçün pul verə bilməmişdir. Lakin, bir neçə dəfə ona mağazadan çörək və siqaret alıb vermişdir. Həmin məhsulları hesablasa cəmi 30 manat pul borcu qalmışdır. Fərhad ona zəng edərək həmin 30 manat pulu istədikdə, ona “axşam zəng elə görək nə edirik” demişdir. Axşam Fərhad ona zəng edərək pulunu istədikdən ona daş sata bilmədiyini, ona görə də pulu ancaq yanvar ayının 2-si və ya üçündə verə biləcəyini bildirmişdir. Fərhad isə pulu vermədiyi üçün onun telefonda hədələmşdir. Bundan sonra isə telefona adboy verdikdən sonra Fərhadın ünvanına söyüş söymüşdür. Bundan bir qədər sonra Fərhad ona zəng edərək evdən bayıra çıxmağını demişdir. Bayıra çıxdıqdan sonra Fərhad əli ilə onu sinəsindən itələmişdir. O isə Fərhadın üzərinə gedərkən yerdən götürdüyü taxta ilə qabırğasından, sonra isə başından vurmuşdur. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, işlədiyi dövrdə Fərhada pul verməsə də siqaret alıb vermişdir. Arada bir də özünə nəsə alması üçün 5 manat pul vermişdir. Borcu olduğu üçün pulu tam verə bilməmişdir. Telefonda Fərhad onu hədələdikdən sonra, Fərhadı təhqir etmişdir. Hadisə axşam saat 5-6 radələrində olmuş, həmin vaxt Fərhad və ondan başqa ətrafda kimsə olmamışdır. Qayınanası sonradan evdən çıxıb onu yerdə görmüşdür. Baş vermiş hadisəni isə görməmişdir. Hazırda Fərhadla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs qızı Pərvanənin həyat yoldaşıdır. Onlar hamısı, Umud, Pərvanə və o, birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə, saat 18:00-19:00 radələrində Umud, qızı və o, evdə bayramı qeyd etmişlər. Bu zaman Umuda zəng gəlmişdir. O, Umuddan kimin zəng etdiyini heç soruşmamışdır və Umud qapıdan telefonla danışa-danışa küçəyə çıxmışdır. Təxminən 5-10 dəqiqədən sonra küçədə səs-küy olduğunu eşitmişdir. O, Umudun arxasınca küçəyə çıxdığı zaman onlarla qohumluq əlaqəsi olan Fərhad adlı şəxsin Umudun baş nahiyyəsinə taxta ilə vurduğunu görmüşdür. Fərhad adlı şəxs onu görən kimi küçənin başına döğru dönüb getmişdir. O, Fərhada iradını bildirmiş və polisə zəng edəcəyini demişdir. Umudun başı qanadığına görə sonuncunun qolundan tutaraq evə gətirmişdir. Umuda tibbi yardım göstərəndən sonra X9 məlumat vermişdir. X11 əməkdaşları gəlib Umudu aparmışlar. Daha sonra həmin gün Umud yaşadıqları ünvana qayıtmışdır. Zərərçəkmiş şəxs və Fərhad dalaşan zaman küçədə heç kəs olmamışdır. Umud telefonla danışan zaman Fərhada qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Fərhad isə kürəkəni Umudu heç bir səbəb və əsas olmadan vurmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-ci il tarixli, 16 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın- təpə nahiyyəsinin əzilmiş yarası, sağ Xİ qabırğanın yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun «X10» X12 müraciətdən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs Şirnbala oğlunda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxstörətdiyi əməl dövründə öz hərəkətləirin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Şirnbala oğlu hazırda Azərbaycan Respublikası CM-nin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Şirnbala oğlu törətdiyi əməl dövründə dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Şirnbala oğlunun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş axtarışda olunanın tutulması haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, Türkan qəsəbəsində saxlanılaraq Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-baş leytenantı X5 tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-296/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan təbbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, aralarında barışıq əldə edilmişdir. Bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir, aralarında barışıq əldə edilmişdir. Bu səbəbdən törətdiyi AR CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi və iş üzrə icraata baraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Belə ki, Azırbaycan Respublikası CM-in 127.1-ci maddəinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Təqsirləndirilən şəxs verilən ittihamdan göründüyü kimi, o, 31 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə tanışı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivi nömrəsiz evin qarşısında Zərərçəkmiş şəxs guya mobil telefonla danışarkan onun ünvanına nəlayiq ifadələr işlətməsini və 30 manat pul borcunun qaytarılmasından imtina etməsini bəhanə edərək sözlə mübahisə yaratmış, sonra xuliqanlıq niyyətilə ictimai qaydalara qarşı açıq etinasızlıq qöstərərək özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik və əxlaq normalarını kobud sürətdə pozma zəminində dava salaraq yerdən götürdüyü taxta parçası ilə qisas almaq üçün qəsdən Zərərçəkmiş şəxs bədəninin sağ nahiyyəsinə vurmuş, bu zaman Zərərçəkmiş şəxs onu itəlidiyindən yerə yıxmış, taxta parçası yerə düşmüş, lakin Təqsirləndirilən şəxs qanunsuz əməllərini davam etdirərək həmin taxta parçasını yerdən götürüb yenidən Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmuş, nəticədə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs alın-təpə nahiyyəsinin əzilmiş yarası, sağ Xİ qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirməsi ilə nəticələnən qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vurmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, iş araşdırılmış hallarından da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, Eyvazov X3 Umud Mütəllim oğlunun sağlamlığına səbəbsiz yerə və ya hər hansı xırda səbəbi bəhənə edərək yox, məhz sonuncudan borclu olduğu pulu istədiyinə görə Zərərçəkmiş şəxs onu söyməsi səbəbindən az ağır xəsarət yetirmişdir. Bu hal həmin təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapmışdır. Yəni təqsirləndirilən şəxsin əməlinin əsas və yeganə motivi və hərəkətverici qüvvəsi xuliqanlıq deyil, şəxsi münasibətlərin pozulması zəminində qisas almaq niyyəti və motivi olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxsşirinbala oğlunun əməlini ağır maddə ilə, yəni xuliqanlıq kimi qiymətləndirmək cinayət mühakimə icraatının vəzifələri və prinsipləri ilə bir araya sığmır və ədalət mühakiməsinin çatmalı olduğu əsas məqsədlərdən biri olan həqiqətin müəyyən edilməsi ilə də ziddiyyət təşkil etmiş olardı. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğunun xuliqanlıq niyyəti ilə zərərməkmiş şəxsin sağlamlığına az ağır zərər vurması ilə bağlı cinayət işinin materiallarında heç bir sübut yoxdur və məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəlidavranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3cümaddələri ilə tövsüf edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxslə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1, 40.2, 40.3, 43.3, 344-347; 356; 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 210 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-71/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-71/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver