Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-72/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxslər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi MMC-nin nümayəndəsi X1 və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi 84, 3 nömrəli internat evində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi yeni nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının 01-dən 09-dək olan müddət ərzində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol X3 Cəmiyyətinə məxsus, Koroğlu-Mərdəkan-Zaqulba yolunun Xəzər rayonu ərazisinə düşən hissəsində hər birinin dəyəri 127 manat 90 qəpik olan 6 (altı) ədəd, əks istiqamətdə yolun Xəzər rayonuna düşən hissəsində isə 17 (on yeddi) ədəd, ümumilikdə 23 (iyirmi üç) ədəd üzərində “EN 124 ACO C250” yazıları olan, 12 sm x 27sm x 50 sm ölçüdə çuqun (dəmir) barmaqlıqları gizli yolla talayıb 1 №-li Xüsusi Təyinatlı Yol X3 Cəmiyyətinə ümumilikdə 2941,70 (iki min doqquz yüz qırx bir manat yetmiş qəpik) məbləğində maddi ziyan vurmaqla, vahid niyyətlə əhatə olunan oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02 oktyabr 2021-ci il tarixdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin yeməkxana binasına açıq qapıdan qanunsuz daxil olmaqla binanın hər üç mərtəbəsindən eni 180 sm, hündürlüyü 200 sm olan və eni 200 sm, hündürlüyü 500 sm, ümumilikdə 120 kv.m olan pəncərənin alüminium 3-lük profillərini gizli yolla talayıb Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla, vahid niyyətlə əhatə olunan oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,544 qram olan ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən psixotrop maddə metamfetamini daşıyaraq üzərində saxlamışdır. 09 oktyabr 2021-ci il tarixdə, saat 01:20-də Xəzər RPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Albalılıq dayanacağında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmişdir. Orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, iki il olar ki, psixotrop maddə metamfetamindən istifadə edir.09 oktyabr 2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində, Albalılıq dayanacağının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələr gəzdirməsi ilə bağlı 2-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə axtarış aparılsa da, üzərində heç nə aşkar olunmamışdır. Lakin çəkiliş zamanı əynində olan şalvarın cibindən bir ədəd bükülüdə psixotrop maddə metamfetamini təqdim edərək öz istifadəsi üçün aldığını demişdir. Əlavə olaraq bildirdi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol X3 Cəmiyyətinə məxsus çuqun (dəmir) barmaqlıqları və Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yeməkxananın pəncərənin alüminium profillərini oğurlamamışdır. Psixotrop maddə metamfetamindən istifadə etdiyinə görə peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatları, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, "xxxx" MMC-də şöbə rəisi vəzifəsində çalışır. Müəssisənin yaxınlığında yəni, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsi 157-də müəssisəyə məxsus hal-hazırda istifadə olunmayan üç mərtəbədən ibarət yeməkxana təyinatlı binası yerləşir. Binanın qapı və pəncərələri alüminium metalından konstruksiya olunmuşdur. 08 oktyabr 2021-ci il tarixdə müəssisənin mühafizə xidmətinin əməkdaşları həmin binaya baxış keçirərkən binanın alüminium karkaslı 120 m2 pəncərələrinin naməlum şəxs (şəxslər) tərəfindən söküldüyünü və oğurlandığını aşkar etmişlər. Bu barədə müəssisə rəhbərinə məlumat verdikdən sonra təxmini dəymiş ziyan hesablanarkən müəssisəyə 2400 (iki min dörd yüz) manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Baş vermiş hadisə ilə bağlı 08 oktyabr 2021-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nə rəsmi müraciət olunmuşdur. Bundan sonra həmin tarixdə müəssisənin birgə əməkdaşları tərəfindən araşdırma aparılarkən 08 oktyabr 2021-ci il tarixli, 150/01 nömrəli akt tərtib olunmuş və oğurlanan 120 m2 alüminium pəncərə çərçivələrinin hazırki bazar qiyməti 2500 (iki min beş yüz) manat müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 2013-cü ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin sahə rəisi vəzifəsində işləyir. Sonuncu dəfə 2021-ci ilin avqust ayının əvvəllərində müəssisənin əməkdaşları tərəfindən Koroğlu-Mərdəkan-Zaqulba yolunun Xəzər rayonu ərazisinə düşən hissəsində 6 (altı) ədəd, əks istiqamətdə isə Xəzər rayonu ərazisinə düşən hissəsində 17 (on yeddi) ədəd dəmir barmaqlıqların oğurlandığını aşkar etmişlər. Bu barədə müəssisə rəhbərinə məlumat verilmiş və 10 avqust 2021-ci il tarixdə müəssisə tərəfindən Xəzər rayon polis idarəsinə məktub göndərilərək müəssisəyə məxsus yağış sularının suötürücü dəmir barmaqlıqlarının oğurlanması bildirilmişdir. O, təhqiqatçı tərəfindən aparılan araşdırma zamanı oğurluq hadisəsi olan yerləri göstərmişdir. Dəmir barmaqlıqların birinin qiyməti 127,90 manat təşkil edir. Ümumilikdə 23 ədəd dəmir barmaqlıq oğurlandığı üçün “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nə ümumilikdə 2944 (iki min doqquz yüz qırx dörd) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid3 Cabil oğlu göstərdi ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-də Qaravul rəisi vəzifəsində işləyir. 08 oktyabr 2021-ci il tarixdə Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsi, 157 ünvanında yerləşən İqlim Elmi-İstehsalat Müəssisəsi MMC-nin müvəqqəti işləməyən yeməkxananın 120 kv metr olan alüminium pəncərələrin oğurlandığını aşkar etmişlər. Hər bir mərtəbədə olan pəncərələrin bir hissəsi oğurlanmışdır. 08 oktyabr tarixində müəssisənin əməkdaşları tərəfindən akt tərtib olunmuş və 120 kv metr alüminium pəncərə çərçivələrinin hazırki bazar qiyməti 2500 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, 10 il olar ki, “VAZ 2105” markalı, ** FU *** dövlət nömrə nişanlı safari rəngli avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur və adətən Buzovna qəsəbəsində hərbi zavodun yaxınlığında yerləşən 107 saylı marşrutun dayanacağında dayanır. Hadisədən təxminən 15-20 gün əvvəl Nazir adlı şəxsi dayanacaqdan 1-ci dəfə əlində olan bir ədəd kisə və bir ədəd sumkada olan mallar ilə Maştağa yolunun üstündə yerləşən Dostluq kafesinin yaxınlığında düşürmüş və buna görə ona 3 manat pul vermişdir. Bundan təxminən 3-4 gün sonra, 2-ci dəfə taksi dayanacağında olarkən həmin oğlan gələrək 3 ədəd çərçivəni təhvil vermək lazım olduğunu demişdir. O, həmin oğlanı maşını ilə körpünün yanında olan Araz marketin yanında düşürmüş və çıxıb getmişdir. Həmin yerin yaxınlığında metal qəbulu məntəqəsi olmuşdur. 3-cü dəfə də, həmin oğlanı eyni yerdən iki ədəd çərçivə və iki ədəd kisə ilə birlikdə körpünün yanında olan Araz marketin yanına aparmışdır. O, Təqsirləndirilən şəxs alüminium pəncərələri oğurluq nəticəsində əldə etməsini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 istintaq zamanı ifadəsində göstərmişdir ki, 6-7 il olar ki, metal qəbulu ilə məşğul olur. Buzovna qəsəbəsi, Albalılıq massivində, Badambura kafesinin yaxınlığında Albalı marketə çatmamış metal qəbulu məntəqəsini isə 4-5 gün olar ki işlədir. 2021-ci ilin oktyabr ayının 7-də günorta saatlarında tanımadığı bir nəfər göy rəngli “VAZ 21011” markalı taksi ilə gələrək bir kisə alüminium gətirmişdir. O, kisədə olan alüminium pəncərələri çəkmiş və hər kiloqramına 2 manat 50 qəpik olmaqla ona 30 kq üçün 75 manat pul ödəmişdir. O, həmin şəxsdən şübhələnmədiyi üçün metal alüminium pəncərələri haradan əldə etməsini soruşmamış və şəxsiyyət vəsiqəsi tələb etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 istintaq zamanı ifadəsində göstərmişdir ki, 4-5 il olar ki, “VAZ 21011” markalı, ** NL *** dövlət nömrə nişanlı, tünd göy rəngli avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur və adətən Buzovna qəsəbəsində hərbi zavodun yaxınlığında yerləşən 107 saylı marşrutun dayanacağında dayanır. Hazırda adının Nazir olduğunu bildiyi şəxsi bir neçə dəfə taksi kimi dayandığı yerdə görmüşdür. 08 oktyabr 2021-ci il tarixdə, saat 11-12 radələrində həmin şəxsi iki kisə ilə birlikdə Badambura adlanan yerin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinin yaxınlığında düşürmüşdür. O, alüminium pəncərələri oğurluq nəticəsində əldə olunmasını bilməmiş və bu barədə həmin şəxsdən soruşmamışdır. 10 mart 2022-ci il tarixdə məhkəməyə Şahid5 ərizəsi daxil olmuşdur. Ərizədə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, bir müddət Bakı şəhərində olmayacağına görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 birlikdə onu 09 oktyabr 2021-ci il tarixdə, saat 01:20-da Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Albalılıq dayanacağının yaxınlığında şühəli şəxs qismində saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülünü təqdim edərək içində psixotrop maddə metamfetamin olduğunu və Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarş həyata keçirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti törətdiyi ünvanı göstərmək təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifi qəbul edərək hadisə yerini göstərmək üçün Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru Rəsul Ağayevin və əməliyyat müvəkkili Şahid2 müşayiəti ilə Xəzər RPİ-nin MSY-dən çıxaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisinə, İqlim Elmi-İstehsalat MMC-nin ərazisinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha elan edərək bildirmişdir ki, oğurluq etdiyi müvəqqəti işləməyən üç mərtəbədən ibarət yeməkxana binası mühafizə olunmadığı üçün 02 oktyabr 2021-ci il tarixdə binanın qarşısındakı şüşəsi olmayan pəncərədən daxil olub yeməkxananın alüminium pəncərələrinin çərçivələrini oğurlamışdır. Belə ki, həmin yeməkxananın binasına daxil olaraq orada hər üç mərtəbədə olan pəncərələrin bir hissəsini oğurlamışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti törətdiyi ünvanı göstərmək təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifi qəbul edərək hadisə yerini göstərmək üçün Xəzər RPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili Rafiq İbrahimxəlil və əməliyyat müvəkkili Şahid1 müşayiəti ilə Xəzər RPİ-nin MSY-dən çıxaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha elan edərək bildirmişdir ki, oğurluq etdiyi Xəzər rayonu ərazisində Mərdəkan-Buzovna-Zaqulba yolunun kənarında quraşdırılmış yağış sularının su ötürücü dəmir barmaqlıqlarını, həmin yolun əks istiqamətində yolun kənarında quraşdırılmış yağış sularının su ötürücü dəmir barmaqlıqlarını, eləcə də, Mərdəkan-Hava Limanı və əks istiqamətində yolun kənarında quraşdırılmış yağış sularının suötürücü dəmir barmaqlıqlarını oğurlamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, oğurladığı dəmir barmaqlıqları pul əldə etmək məqsədi ilə müxtəlif yerlərdə metal qəbulu məntəqələrinə satmışdır. İş materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, 09 oktyabr 2021-ci il tarixdə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddəni 08 oktyabr 2021-ci il tarixdə Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş bükülünün içərisində olan psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmaqla DİN-nin zərflər üçün 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa əlavə axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş maddə və ya kütlə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 oktyabr 2021-ci il tarixli, 150/01 nömrəli Aktından görünür ki, 08 oktyabr 2021-ci il tarixində 3 mərtəbədən ibarət olan yeməkxana təyinatlı binadan oğurlanan 120 m2 (yüz iyirmi kvadrat metr) alüminium pəncərə çərçivələrinin hazırki bazar qiyməti ilə dəyəri 2500 (iki min beş yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol X3 Cəmiyyətin 08 sentyabr 2021-ci il tarixli, 259 nömrəli məktubundan görünür ki, Koroğlu-Mərdəkan-Zaqulba yolunun Xəzər rayon ərazisinə düşən hissəsində 6 (altı) ədəd, əks istiqamətdə yolun Xəzər rayonu ərazisinə düşən hissəsində isə 17 ədəd dəmir barmaqlığın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Cəmiyyət tərəfindən dəmir barmaqlıqlar 2008-ci ildə "xxxx" MMC-dən təhvil alınmış və bir ədədinin qiyməti 127,90 AZN (yüz iyirmi yeddi manat 90 qəpik) olaraq müəyyən edilmişdir. Həmin hadisə zamanı 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə 2941,70 (iki min doqquz yüz qırx bir manatğ yetmiş qəpik) manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 6/7690 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd eni 180 sm, hündürlüyü 200 sm olan pəncərənin alüminium 3-lük profili-40,00 manat; bir ədəd eni 200 sm, hündürlüyü 500 sm olan pəncərənin alüminium 3-lük profili-100,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 6/7951 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, "xxxx" MMC tərəfindən tərtib olunan 18 noyabr 2021-ci il tarixli, 326 №-li məlumata əsasən, qərarda göstərilən bir ədəd üzərində “EN 124 ACO C250” yazıları olan, 12 sm x 27sm x 50 sm ölçüdə çuqun (dəmir) barmaqlığın istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə, üzərində istismar xarakterli qüsurlar (erroziya izləri, rəng qopuqları və s.) olmaqla, hadisə baş verən tarixə, yəni 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti 58,00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2021-ci il tarixli, 6/4486 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 193” möhür əksi, “vət.Təqsirləndirilən şəxs” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,544 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,494 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli, 4103 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 18 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum olunmuşdur, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 25 noyabr 2021ci il tarixli, 24/C nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasına 25 iyul 2013-cü il tarixdə Amnistiya aktının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Amnistiya Aktının tətbiq edilməsi barədə 25 iyul 2013-cü il tarixli Qərarın surətindən görünür ki, “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq edilməklə məhkum Talıbov X7 rayon Məhkəməsinin 06 mart 2013-cü il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasından azad edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, iki azyaşlı uşağı olmasını, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi- İstehsalat Müəssisəsi MMC-nin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Ağayevin 24 noyabr 2021-ci il tarixli Maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükülüdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,494 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Ağayevin 25 noyabr 2021-ci il tarixli Maddi sübut kimi tanınma qərarından görünür ki, bir ədəd eni 180 sm, hündürlüyü 200 sm olan pəncərənin alüminium 3-lük profil, bir ədəd eni 200 sm, hündürlüyü 500 sm olan pəncərənin alüminium 3-lük profil, bir ədəd üzərində “EN 124 ACO C250” yazıları olan, 12 sm x 27sm x 50 sm ölçüdə çuqun (dəmir) barmaqlıq maddi sübut kimi tanınmış və məhkəmənin qərarına qədər saxlanılmasından ötrü Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan bir ədəd eni 180 sm, hündürlüyü 200 sm olan pəncərənin alüminium 3-lük profil, bir ədəd eni 200 sm, hündürlüyü 500 sm olan pəncərənin alüminium 3-lük profil hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, bir ədəd üzərində “EN 124 ACO C250” yazıları olan, 12 sm x 27sm x 50 sm ölçüdə çuqun (dəmir) barmaqlıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №li Xüsusi Təyinatlı Yol X3 Cəmiyyətinə qaytarılmalıdır. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükülüdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,494 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 209,90 (iki yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla, ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan bir ədəd eni 180 sm, hündürlüyü 200 sm olan pəncərənin alüminium 3-lük profil, bir ədəd eni 200 sm, hündürlüyü 500 sm olan pəncərənin alüminium 3-lük profil hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan bir ədəd üzərində “EN 124 ACO C250” yazıları olan, 12 sm x 27sm x 50 sm ölçüdə çuqun (dəmir) barmaqlıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol X3 Cəmiyyətinə qaytarılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,494 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 209,90 (iki yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X4 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-72/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-72/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver