Məhkəmə qərarları › İş №1(003)-721/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-721/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-721/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri, Nümayəndə1 və fərdi qaydadada fəaliyyət göstərən vəkil Nümayəndə2 Alanverdi oğlunun, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Abşeron rayonu. Xırdalan şəhəri, S.Əfəndizadə küçəsi, ev 31, mənzil 1 olan Zərərçəkmiş şəxs MMC-nin (VÖEN **********) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə satış nümayəndəsi vəzifəsində işləyərkən və Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən anbardan götürmüş olduğu mallar üzrə vəzifələrini yerinə yetirərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talama məqsədilə, həmin şirkətlə bağlanmış 07 iyul 2022-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlak üzərində müəyyən, yəni onları qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik məsul şəxs olmaqla, 07 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək vahid qəsdlə davamlı olaraq Zərərçəkmiş şəxs MMC-nin anbarından tam maddi məsuliyyətinə götürmüş olduğu məhsulların satışından əldə etdiyi və “Nemətoğlu Aqro" MMC-nin xəzinəsinə köçürülməli olan ümumilikdə 20894,81 (iyirmi min səkkiz yüz doxsan dörd manat səksən bir qəpik) manat məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş “Nemətoğlu Aqro" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda tarixi dəqiq xatırlamasa da dostu tərəfindən bu şirkətə gətirilmiş, dostu həmin vaxt şirkətdə ekspeditor, o isə sürücü işləmişdir. Dostu işdən çıxdıqdan sonra dostunun “Nemətoğlu Aqro" MMC-yə 6000 mnat məbləğində borcu yaranmışdır. Dostunun borcuna qol çəkib onun işinə o davam etmişdir. Dostu isə qaçıb Türkiyəyə getmişdir. Bundan sonra o şirktdə işləməyə davam etmiş, hər ay dostunun da borcundan 300-400 manat ödəniş etmişdir. Satdığı malın bir və ya iki faizi məbləğində isə ona şirkət tərəfindən pul verilmişdir. Məsuliyyətsizliyinə görə işini düzgün aparmamış, xeyli sayda malların geriqayıtmaları olmuş, o isə həmin malları qaytarıb şirkətə verməkdən ehtiyat etmiş, belə ki, onlara əvvəldən deyilmişdir ki, bu qədər malı sata bilməyəcəksinizsə niyə götürüb aparırsınız, sonra isə xarab edib geri qaytarırsınız. O isə geri qayıtmış və xarab olmuş malları obyektlərə paylanılmış kimi göstərərək şirkəti aldatmışdır. Belə ki, fikirləşmişdir ki, sonradan həmin məbləği düzəldib şirkətə qaytarar. Lakin, pulu düzəldib şirkətə qaytara bilməmişdir. Lakin ona verilən ittihamda 20000 manatlıq malı götürdüyü deyilsə də orada 20000 manatlıq mal olmamışdır. Onun təxmini hesablamalarına görə şirkətdən götürdüyü malların təxmini dəyəri 14000 manat həcmində olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ona etibar edilən malların ümumi məbləği təxminən 14000-15000 manat olduğundan ona qarşı verilmiş mülki iddianı qismən qəbul edir, ondan ödədiyi 4500 manat nəzərə alınmaqla qalan məbləğin tutulub zərərçəkmiş şəxsə ödənilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 bildirdi ki, “Nemətoğlu Aqro" MMC-nin nümayəndəsi vəzifəsində işləyir. Şirkətə dəymiş ziyan 2022-ci ilin iyul ayında aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20894,81 manat məbləğində malları şirkətdən götürərək pulunu şirkətə təhvil vermədiyi və ziyan vurduğu müəyyən müəyyən olunmuşdur. Əvvəl onların hesabladığı məbləğ yuxarıda qeyd etdiyi məbləğdən 200-300 manat daha az olmuş, lakin audit rəyində həmin məbləğ 20894,81 manat olaraq hesablanmışdır. Auditə isə rəy verilməsi üçün Mirsadiqin anbardan götürdüyü malların sənədləri, izahatı və digər sənədlər olmuşdur. Mirsadiq həmin sənədlərə imza etdikdən sonra şirkətin anbarından malalr ona təhvil verilmişdir. Yəni o, malları imza edərək rəsmi qaydada təhvil almışdır. Sonra isə sənədlərdə xəyali müştərilər qeyd edərək güya malları həmin müştərilərə vermiş kimi göstərərək, əslində isə təhvil verməmişdir. İlkin izahat verərkən isə etdiyi əməlləri etiraf etmişdir. Təqsirləndirilən şəxs əvvəllər onlarda sürücü kimi işləmiş, sonra isə satış nümatyəndəsi kimi işləməyə başlamışdır. Şirkətin anbarından təhvil aldığı malları sürücü kimi işlədiyi dörvrdə deyil, satış nümayəndəsi kimi işlədiyi dövrdə götürmüşdür. Buna dair anbar sənədləri də həmin dövrə aiddir. Nümayəndə1 həmçinin bildirdi ki, MMCə dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir, həmçin verdiyi mülki iddianın tam həcmdə təmin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs şirkətdə işləyən vaxtı o da şirkətdə bölgə müdiri işləmişdir. Vəzifəsi regionlar üzrə ona ayrılmış bölgələrdə satış nümayəndələrinin fəaliyyətinə, ümumi satışa və ödənişlərə nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs o, şirkətdə işlədiyi vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs satış nümayəndəsi vəzifəsində işləmişdir. O, 2022-ci ilin iyul ayından, yəni işə qəbul edildiyi vaxtdan Təqsirləndirilən şəxs bölgə müdiri olmuşdur. Təqsirləndirilən şəxs satışı həyata keçirdiyi bölgələrdə yerləşən müştərilərin ödənişlərini yoxlayarkən pərakəndə və şəbəkədə gecikmələrin olduğunu aşkar etmişdir. Daha sonra həmin müştərilərlə əlaqə saxlayıb sistem üzrə borclarını dəqiqləşdirmişdir. Həmin vaxt məlum olmuşdur ki, müştərilərin ona bildirdikləri borclarla sistemdə görünən borclar üst-üstə düşmür. Bu məsələ ilə bağlı rəhbərliyə və audit şöbəsinə yazılı müraciət edərək Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmalı olduğunu bildirmişdir. Həmin vaxt ilkin araşdırmanı o aparmış və müştərilərlə üzbəüz görüş keçirmişdir. 4 müştərinin faktiki borcları ilə sistemdə görünən borclar arasında eynilik müəyyən edilməmiş, həmçinin Təqsirləndirilən şəxs tərəfindən sistemdə yaradılan xəyali müştərilərin realda mövcud olmadığı aşkar olunmuş və 20894,81 manat məbləğində əskiklik yaranmışdır. Yoxlamanın nəticəsində Təqsirləndirilən şəxs fəaliyyəti zamanı yol verdiyi nöqsanları etiraf etmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu izahatında həmin məbləği şəxsi məqsədlər üçün istifadə etdiyini etiraf edərək, ödəniş etmək üçün vaxt verilməsini rəhbərlikdən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, 2017-ci ildən Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işləyir. Vəzifəsi anbara sifariş edilən malların məxaricini etmək və ümumi anbarda olan mallara nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs mən şirkətdə işlədiyi vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs satış nümayəndəsi vəzifəsində işləmişdir. O, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs anbardan qaimə əsasında məhsullar vermişdir. Lakin hazırda dəqiq olaraq Təqsirləndirilən şəxs malları nə vaxt və nə qədər verdiyini xatırlamır. Verdiyi qəbzlərdə malların nə vaxt verilməsi və miqdar yazılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işləyir. Vəzifəsi anbara sifariş edilən malların məxaricini etmək və ümumi anbarda olan mallara nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs o, şirkətdə işlədiyi vaxtdan tanımışdır. Anbardar olaraq 2022-ci ilin iyul ayında Mirsdiqə qəbzlə mallar vermişdir. Lakin, hazırda nə qədər və hansı məbləğdə mal verdiyini xatırlamır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair verilmiş və VMAS üzrə yoxlanılmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, Qehre8İİ0n nömrəli X3 görünür ki, Cəmiyyətdə satış namayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs öhdəsində 20894,81 manat məbləğində çatışmazlıq qalmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də xx.xx.2024-cü il tarixdən satış nümayəndəsi vəzifəsində qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Tam maddi məsuliyyət haqqında Müqavilədən görünür ki, həmin müqavilə Nemətoğlu Aqro” MMC-nin direktoru Nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmışdır və müqaviləyə əsasən satış nümayəndəsi olaraq işə götürülmüş Təqsirləndirilən şəxs aşağıdakı öhtəlikləri üzərinə götürmüşdür: - tam maddi məsuliyyətlə ona etibar edilmiş əmlaka, maddi və ya digər sərvətlərə qayğı ilə yanaşmaq, itməsinə, korlanmasına (könəlmə istisna olmaqla), oğurlanmasına şərait yaratmamaq, işəgötürənin bu əmlak, maddi və ya digər sərvətlərinə ziyan vurmamaq; - etibar edilmiş əmlakın, maddi və ya digər sərvətlərin qorunmasına və saxlanmasına təhlükə törədən hallar barədə işəgötürənə və ya bilavasitə tabe olduğu rəhbərə məlumat vermək; - etibar edilmiş əmlak, maddi və ya digər sərvətlər anbarda saxlanıldıqda müəyyən edilmiş qaydada onların uçotunu aparmaq, hərəkəti, qalığı barədə əmtəə-pul və digər tələb olunan hesabatları tərtib və təqdim etmək - ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin inventarlaşdırılmasında iştirak etmək. Həmin müqavilənin 3-cü bəndində göstərilmişdir ki, işçi və ya işəgötürən tərəfindən bu müqavilə üzrə müəyyən edilmiş öhtəliklərin yerinə yetirilməməsi səbəbindən qarşı tərəfə dəyən ziyanın ödənilməsi bu müqaviləyə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən işçinin təqsirli olmamasının qanunvericiliklə müəyyən olunmuş qaydada sübuta yetirilməsi halında maddi ziyana görə işçi məsuliyyt daşımır. Həmin müqavilənin 5-ci bəndinə görə bu müqavilə işçinin işlədiyi və ona həvalə olunmuş maddi sərvətlərin saxlanıldığı dövr ərzində öz qüvvəsini saxlayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikaı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Məhkəmə-mühasibat ekspertizasının 9/3046 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, “rəyin tədqiqat hissəsində göstərildiyi kimi Zərərçəkmiş şəxs MMC tərəfindən tərtib olunmuş borc qalığına dair üzləşdirmə aktlarına, malların təhvil-qəbul aktlarına və qaimə fakturalarına əsasən Zərərçəkmiş şəxs MMC-də olan çatışmazlıq 20894,81 manat məbləğində müəyyən olunur. Təqsirləndirilən şəxs hesabı üzrə Zərərçəkmiş şəxs MMC-də satış üçün tam maddi məsuliyyətlə qəbul etdiyi məhsullar üzrə yaranmış çatışmazlığa görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfində həll edilməlidir”. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 22 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edillmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş qətimkan tədbiri seçmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən “Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, həmçinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı halda təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəərdə utulmuş ən ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci madəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin hazırkı cinayətinin törədilmə şəraitini, cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən ona əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci X5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 16.394,81 (on altı min üç yüz doxsan dörd manat səksən bir qəpik) manat və 140 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, S.Əfəndizadə küçəsi, ev 31, mənzil 1 olan Zərərçəkmiş şəxs MMC-nin (VÖEN **********) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə satış nümayəndəsi vəzifəsində işləyərkən və Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən anbardan götürmüş olduğu mallar üzrə vəzifələrini yerinə yetirərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talama məqsədilə, həmin şirkətlə bağlanmış 07 iyul 2022-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlak üzərində müəyyən, yəni onları qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik məsul şəxs olmaqla, 07 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək vahid qəsdlə davamlı olaraq "xxxx" MMC-nin anbarından tam maddi məsuliyyətinə götürmüş olduğu məhsulların satışından əldə etdiyi və "xxxx" MMC-nin xəzinəsinə köçürülməli olan ümumilikdə 20894,81 (iyirmi min səkkiz yüz doxsan dörd manat səksən bir qəpik) manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş "xxxx" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs cinayət xarakterli hərəkətləri nəticəsində istintaq orqanı tərəfindən "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-dən taladığı məbləğ 20.894,81 (iyirmi min səkkiz yüz doxsan dörd manat səksən bir qəpik) manatdır. O ibtidai istintaq gedən ərəfədə MMC-yə 4500 manat məbləğində pul ödəsə də qalan 16.394,81 (on altı min üç yüz doxsan dörd manat səksən bir qəpik) manat məbləği ödəməmişdir. Bu baxımdan hesab edirlər ki, "xxxx" MMC cinayət işi üzrə mülki iddiaçı qismində tanınmaqda və təqsirləndirilən şəxsə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı iddia irəli sürməkdə haqlıdır. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 65-ci bəndində qeyd edilir ki, “Məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin qərarın qərarın 67-68-ci bəndlərində göstərilmişdir ki, “məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Həmin Məcəllənin 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: -181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; -181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan mülki qanunvericilik normalarının tələblərini, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş mənimsəmə –cinayət əməli nəticəsində zərərçəkmiş şəxs "xxxx" MMC-yə 20894,81 manat məbləğində əmlakını ələ keçirməsi öz təsdiqini tapdığını, həmin məbləğin 4500 manat hissəsinin qaytarılmasını və qalan 16394,81 (on altı min üç yüz doxsan dörd manat səksən bir qəpik) manat məbləğdə pulun zərərçəkmiş şəxsə qaytarılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Təqsirləndirilən şəxs 16394,81 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilməlidir. Eyni zamanda məhkəmə, müki iddianın ödənilmiş 140 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədədə təmin edilməlidir. Belə ki, mülki iddiaya əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, mülki iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" MMC tərəfindən 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs dəymiş zərərə görə 16394,81 (on altı min üç yüz doxsan dörd manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun görə 140 (bir yüz qırx) manat məbləğində pul tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnna təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan, azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 16394,81 (on altı min üç yüz doxsan dörd manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun görə 140 (bir yüz qırx) manat məbləğində pul tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi cəmi 12 saata görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar