Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-73/2021 02.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1980-ci ildə Cəlilabad rayonu, Qumlax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Qumlax kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, yeni yaşayış sahəsi, fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, yeni yaşayış sahəsi, fərdi evdə hazırda boşanma mərhələsində olduğu arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən ayağı ilə Zərərçəkmiş şəxs vuraraq ona ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi və hemartrozu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Ramilə ilə 2001-ci ildə rəsmi nigaha girmiş, bu nigahdan iki övladı var. Lakin sonradan münasibətləri tutmadığından, ailədə tez-tez münaqişələr olduğundan 2020-ci ilin iyul ayında rəsmi olaraq boşanmaq üçün Zərərçəkmiş şəxs ilə birlikdə ərizə ilə Nizami rayon məhkəməsinə müraciət etmişlər. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o evdə olan zaman qaynanası Bəsti Vəliyeva evinə gələrək onun evdən çıxmağını tələb etmiş və eyni zamanda 16 yaşında olan qızı Samirə Rüstəmovanı özü ilə aparmaq istəmiş, lakin o imkan vermədikdə aralarında Bəsti ilə və Ramilə ilə mübahisə düşmüşdür. Mübahisə zəminində həyat yoldaşı Ramilə küçədə əli ilə sinəsindən itələyərək yerə yıxmış, yerə yıxılan zaman hər iki əllərindən xəsarət almışdır. Həmçinin mübahisə zəminində küçədə evinin qarşısında saxladığı etibarnamə ilə idarə etdiyi “Kia” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsini Ramilə əlindəki daşla vuraraq yararsız hala salmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Rəfail ilə 2001-ci ildə rəsmi nigaha girmiş, bu nigahdan iki övladı var. Lakin 2020-ci ilin iyul ayında Rəfail rəsmi olaraq boşanmaq üçün onun xəbəri olmadan ərizə ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir. Məhkəməyə ərizə ilə müraciət etdikdən sonra həyat yoldaşının anası, bacısı, qardaşı onun qızı Samirə Rüstəmovanı evdən aparmaq istəmişlər və həmçinin onu yaşadığı evdən çıxartmaq məqsədləri olmuşdur. Ona görə də xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə olan zaman evə qaynı Ənvər, baldızı Əzizə, baldızının oğlu Murad, həyat yoldaşının yeznəsi Rizvan, qaynı oğlu Cəmil və qaynanası Qaratel evlərinə gələrək qızı Samirə Rüstəmovanı özləri ilə aparmaq istədiklərini və onun özünü evdən çıxarmaq istəyərkən o onlara öz narazılığını bildirdikdə araların mübahisə, münaqişə yaranmış və münaqişə zəminində həyat yoldaşı Rəfail, baldızı Əzizə, qaynı Ənvər, qaynanası Qaratel, baldızı oğlu Murad və qaynı oğlu Cəmil, baldızının əri Rizvan üzərinə hücum çəkərək onu döyərək üz və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər. Bütün bu hadisələr xəstə qızı Samirənin gözü qarşısında olmuşdur. Eyni zamanda qeyd etmişdir ki, Rəfail özü telefonla zəng edib ailə üzvlərini çağırmışdır ki, ailə üzvləri gəlib onu məcbur qaydada evdən çıxarsınlar. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 852 saylı rəyinə əsasən 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ üst göz qapağının, sol qulaqarxası nahiyənin, sağ və sol saidin qançırları, sol saidin, sağ dizin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi və hemartrozu küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Rəfail tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə aylıq qazancının 20 % dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işlərinə məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəza çəkməkdən azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-73/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-73/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver