Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-73/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq 0,468 qram çəkidə psixotrop maddə olan metamfetamini 02 ədəd siqaret kağızı bükümlərində qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və 23.07.2021-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binə qəsəbəsi, Donuzçuluq sovxozu adlanan ərazidə yerləşən “Olimp” idman kompleksinin yaxınlığında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq 3-cü PŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkisi 0,199 qram və 0, 269 qram, ümumi təmiz çəkisi 0,468 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq 0,360 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və 04.10.2021-ci il tarixdə 17:30 radələrində Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində özünü şübhəli aparması və narkotik vasitə aludəçisi olmasına əsaslı şübhələr yaranması səbəbindən Xəzər RPİnin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 3-cü PŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,360 qram qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,620 qram ağ rəngli kristallardan ibarət narkotik və psixotrop maddələrə aid olmayan-limon duzu aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, 10 ildən artıqdır ki narkotik vasitə hesab edilən heroini inyeksiya yolu ilə qəbul edir. O əvvəllər narkotik vasitə istifadə etməyə və üzərində daşımağa görə, həmçinin dələduzluq etməyinə görə 2012-ci ildə Yasamal rayon məhkəməsinin hökmünə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 23.07.2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün iki ədəd siqaret kağızı bükümündə psixotrop maddə “şüşə” adlanan metamfetamin almışdır. Aldığı metamfetamini əynindəki qara rəngli şalvarın sol yan cibinə qoyub Binə qəsəbəsinə gəlmiş və həmin gün saat təxminən 22 radələrində Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərasizində yerləşən “Olimp İdman” kompleksinin yaxınlığından piyada keçərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmaqlarını bildirdirərək onun nakrotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olmağına görə Xəzər RPİ-nin 3-cü PB-nə getməli olmağını bildirdiklərindən o heç bir müqavimət göstərməmiş və 3-cü PB-nə polis əməkdaşları ilə birlikdə gəlmişdir. Orada təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçi Sərxan Məmmədovun iştirakı ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişlə axtarış keçirilmişdir. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə varsa təqdim etməyi təklif etmişdir. Həmin vaxt o əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd siqaret gümüşü kağızı bükümündə olan ağ rəngli kristal formalı maddəni masanın üzərinə qoyaraq təqdim etmiş və sorğu-sual zamanı etiraf edərək həmin bükümlərdəki maddənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını həmin gün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq əldə etdiyini və cibində gəzdirdiyini, həmin metamfetamini kiməsə satmaq məqsədinin olmamasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş içində psixotrop maddələr olan iki ədəd siqaret kağızı bükümləri zərfə qoyularaq üzəri möhürlənərək götürülmüşdür. O və iştirakçılar bu barədə tərtib edilmiş protokolu və zərfi imzalayaraq təsdiq etmişdir. Daha sonra onun barəsində 25.07.2021-ci il tarixdə Xəzər RPİ-nin İŞ-də müstəntiq Orxan Hüseynzadə tərəfindən başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. O həmin vaxtdan sonra bir müddət heç bir narkotik və psixotrop maddə istifadə etməmiş, lakin sonradan yenidən ağrıları olması səbəbindən heroin istifadə etməyə başlamışdır. Sonuncu dəfə 04.10.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 02 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin və metamfetamini öz istifadəsi üçün 20 manata almışdır. Daha sonra həmin gün heroinin bir qismini və metamfetaminin isə hamısını istifadə etmiş, qalan 01 ədəd gümüşü siqaret kağızında heroini və digər kağızı bükümündə limon duzunu daha sonra istifadə etmək üçün cibinə qoyaraq üzərində saxlamışdır. 04.10.2021-ci il tarixdə saat 17:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsində, Ə.İsazadə küçəsində avtobusdan düşərkən karantin rejimi ilə bağlı tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşları ona yaxınlaşmışlar və o üzərində narkotik olduğu üçün həyəcanlanmış və bu səbəbdən polislər ondan şübhələnmiş, onu sorğu-sual edərkən o üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bu səbəbdən onu Xəzər RPİ-nin 3-cü PB-nə gətirmişlər və orada şəxsiyyətini müəyyən etdikdən sonra orada xidməti otaqlardan birinə keçmişdir. Bölmənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutularaq, ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, ona Bakı şəhəri 8 saylı Vəkil bürosundan Müdafiəçi adlı vəkil dövlət hesabına müdafiəçi kimi təqdim olunmuşdur. Daha sonra onun üzərinə videoçəkilişlə axtarış keçirilərkən təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü siqaret kağızı bükümündə olan qəhvəyi rəngli narkotik vasitə heroini masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu-sual zamanı etiraf edərək həmin bükümdəki maddənin “kakos” adlanan heroin olmasını həmin gün səhər saatlarında Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alaraq əldə etdiyini və cibində gəzdirdiyini bildirmişdir, digər kağız bükümündə olan ağ kristal şəkilli maddənin isə limon duzu olmasını bildirmişdir. Onun həmin narkotik vasitə heroini kiməsə satmaq məqsədi olmamışdır. Daha sonra isə təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, tərtib edilmiş protokolu və zərfi imzalayaraq təsdiq etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru vəzifəsində və polis mayoru xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 04.10.2021-ci il tarixdə saat 17:30 radələrində 3-cü PŞ-nin sahə inspektoru polis mayoru Şahid1 ilə birlikdə karantin rejimi ilə əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində tibbi maska ilə bağlı avtobus dayanacağında ictimai nəqliyyatda yoxlanış keçirərkən bir nəfər şəxsin tibbi maskasız olması və onları gördükdə özünü şübhəli aparması səbəbindən həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sorğu zamanı həmin şəxs Təqsirləndirilən şəxs olmasını və narkotik vasitə istifadəçisi olmaqla üzərində narkotik olmasını onlara bildirmişdir. Bu səbəbdən həmin şəxsi Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirib təhvil vermişlər. Araşdırma aparılması 3-cü PŞ-nin təhqiqatçı polis baş leytenantı Nihad Mustafayevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına 8 saylı Vəkil Bürosundan Müdafiəçi qismində dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə heroin və digər bükümdə isə limon duzu olduğunu, heroini 04.10.2021ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pula almasını, bir qsimini istifadə etdikdən sonra qalıq hissəsini sonra istifadə etmək üçün üzərində saxlamış və 04.10.2021-ci il tarixdə saat 17:30 radələrində Binə qəsəbəsi, Ə.İsazadə küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və üzəri DİN-in “Zərflər üçün 244” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə isti izlərlə əməliyyat məlumatı olsa da sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu barədə məlumat və ya hər hansı fakt aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 23.07.2021-ci il tarixdə etibarlı mənbədən daxil olmuş xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş, daha sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, Olimp idman kompleksinin yaxınlığında yeri müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmaqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olmasını bildirərək Xəzər RPİ-nin 3-cü PŞ-nə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş və sonuncu Xəzər RPİnin 3-cü PŞ-nə gətirildikdən sonra araşdırma aparılması təhqiqatçı polis mayoru Vüsal Nəsirzadəyə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına 8 saylı Vəkil Bürosundan X4 müdafiəçi qismində dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd siqaret gümüşü kağızı bükümündə olan ağ rəngli kristal formalı maddəni masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu-sual zamanı etiraf edərək həmin bükümlərdəki maddəninin “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını həmin gün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq əldə etdiyini və cibində gəzdirdiyini, həmin metamfetamini kiməsə satmaq məqsədi olmamasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddələrə bənzər iki ədəd siqaret kağızı bükümündəki maddələr zərfə qoyularaq möhürlənmiş, tərtib edilmiş protokolu və zərfi o və iştirakçılar imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs psixotrop maddələr ilə məşğul olmasına dair isti izlərlə və ya sonradan hər hansı fakt, məlumat əldə edilməmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 23.07.2021-ci il tarixdə etibarlı mənbədən daxil olmuş xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru polis leytenantı Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş, daha sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, Olimp idman kompleksinin yaxınlığında yeri müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmaqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olmasını bildirərək Xəzər RPİ-nin 3-cü PŞ-nə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş və sonuncu Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildikdən sonra araşdırma aparılması təhqiqatçı polis mayoru Vüsal Nəsirzadəyə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına 8 saylı Vəkil Bürosundan X4 müdafiəçi qismində dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd siqaret gümüşü kağızı bükümündə olan ağ rəngli kristal formalı maddəni masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu-sual zamanı etiraf edərək həmin bükümlərdəki maddəninin “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını həmin gün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq əldə etdiyini və cibində gəzdirdiyini, həmin metamfetamini kiməsə satmaq məqsədi olmamasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddələrə bənzər iki ədəd siqaret kağızı bükümündəki maddələr zərfə qoyularaq möhürlənmiş, tərtib edilmiş protokolu və zərfi o və iştirakçılar imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs psixotrop maddələr ilə məşğul olmasına dair isti izlərlə və ya sonradan hər hansı fakt, məlumat əldə edilməmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru vəzifəsində və polis mayoru xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 04.10.2021-ci il tarixdə saat 17:30 radələrində iş yoldaşı 3-cü PŞ-nin sahə inspektoru polis mayoru Şahid4 ilə birlikdə karantin rejimi ilə əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində tibbi maska ilə bağlı avtobus dayanacağında ictimai nəqliyyatda yoxlanış keçirərkən bir nəfər şəxsin tibbi maskasız olması və onları gördükdə özünü şübhəli aparması səbəbindən həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sorğu zamanı həmin şəxs Təqsirləndirilən şəxs olmasını və narkotik vasitə istifadəçisi olmaqla üzərində narkotik olmasını onlara bildirmişdir. Bu səbəbdən həmin şəxsi Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirib təhvil vermişlər. Araşdırma aparılması 3-cü PŞ-nin təhqiqatçı polis baş leytenantı Nihad Mustafayevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına 8 saylı Vəkil Bürosundan Müdafiəçi qismində dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə heroin və digər bükümdə isə limon duzu olduğunu, heroini 04.10.2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pula almasını, bir qsimini istifadə etdikdən sonra qalıq hissəsini sonra istifadə etmək üçün üzərində saxlamış və 04.10.2021-ci il tarixdə saat 17:30 radələrində Binə qəsəbəsi, Ə.İsazadə küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və üzəri DİN-in “Zərflər üçün 244” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə isti izlərlə əməliyyat məlumatı olsa da sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu barədə məlumat və ya hər hansı fakt aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 24 iyul 2021-ci il tarixli, 6/3064 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,199 qram, 0, 269 qram ümumi təmiz çəkisi 0,468 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahıİ) daxildir. (Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi- 0,468 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq- 0,368 qram) Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 05 oktyabr 2021-ci il tarixli, 6/4388 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N 244” dairəvi möhür əksi olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,360 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,620 qram ağ zəngli xırda kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayanlimon turşusudur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. (Qeyd: heroinin təmiz çəkisi 0,360 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,310 qram) Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09.12.2021-ci il tarixli, 4999 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 09.09.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Xalq Məhkəməsinin 03.07.1992-ci il tarixli hökmünə əsasən AR CM-nin 144.4, 226-1.1 və 38 maddələri ilə təqsirli bilinərək barəsində 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15.07.1992-ci il tarixli amnistiya qərarının 8-ci maddəsinin “B” bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi 1/3 qədər azaldılmış və Təqsirləndirilən şəxs üzərində 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 15.02.1997-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 17.02.1998-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 226-1.2 və 55 maddələri ilə təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Xalq Məhkəməsinin 08.12.2000-ci il tarixli qərarı ilə əsasən Təqsirləndirilən şəxs cəzası 03 ilə endirilmişdir. Əli-Bayramlı Şəhər Məhkəməsinin 19.06.2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.09.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.1, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan 23.07.2021-ci il tarixli protokoldan görünür ki, 23 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis mayoru Vüsal Nəsirzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 23.07.2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 23.07.2021-ci il tarixdə saat 23:00-23:20 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sol cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, psixotrop maddə olan metamfetamin və limon duzu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 25 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 25.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 04.10.2021-ci il tarixli protokoldan görünür ki, 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Nihad Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 04.10.2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 04.10.2021-ci il tarixdə saat 18:35-18:50 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, narkotik vasitə olan heroin və limon duzu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis-kapitanı Musa Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-399/2021 saylı, 06.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25.02.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin təkrar törədilməsi - cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,310 qram narkotik vasitə heroin və 0,368 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 179 (bir yüz yetmiş doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23.07.2021-ci il tarixdən 25.07.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,310 qram narkotik vasitə heroin və 0,368 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 179 (bir yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-73/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-73/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver