Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-730/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xırdalan şəhəri Quşçuluq Y/M küçə 8 dalan 4 ev 10 ünvanında qeydiyyatda olan, Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs sonuncunun bacısı X1 yaşadığı evdə yəni, Xəzər rayonu Binə qəsəbəsi, Südcülük sovxozu fərdi evdə aralarında yaranan mübahisə zamanı onu sol əli ilə sağ gözünün alt nahiyyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs — ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ gicgah-çənə oynağının yumşaq toxumalarının əzilməsi xəsarəti yetirməklə ona qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 2018-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 1 övladları vardır. Ailə qurduqdan sonra bu günə qədər aralarında dəfələrlə münaqişə və mübahisələr olmuşdur. Aralarında yaranan mübahisə və münaqişələrə səbəb isə taksi fəaliyyəti ilə məşğul olması və evə gec gəlməsi olmuşdur. Həyat yoldaşı xx.xx.2023-cü il tarixdə axşam saatlarında ona sms yazaraq anasının ad gününün olduğunu və Keşlə qəsəbəsinə gedəcəyini bildirmişdir. Həyat yoldaşında övladlarının harada olmasını soruşmuş və həyat yoldaşı ona övladlarının anası evində olduğunu bildirmişdir. Buna görə də aralarında olan mübahisə daha da qızğın şəkil almışdır. Həyat yoldaşından harada olmasını soruşmuş, həyat yoldaşı ona evdə olduğunu demiş, evə getdiyi zaman həyat yoldaşının evdə olmadığını bilmiş və zəng etdiyi zaman həyat yoldaşı ona bacısı Aygün Muxtarovanın evində olduğunu demişdir. O, baldızı Aygün Muxtarovanın yaşadığı evə gəlmiş və həyat yoldaşından niyə yalan danışmasını soruşmuş və onunla birlikdə evə getməyi demişdir. Onların aralarında yenidən mübahisə yaranmış və yaranan mübahisə zamanı xx.xx.2023-cü il tarixdə axşam saat 20:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs, baldızı X1 yaşadığı evin həyətində sol əli ilə sağ gözünün alt nahiyyəsindən qəsdən vuraraq bədən xəsarəti yetirdiyini bildirmişdir. Həmin zaman yanlarında bacısı X1 olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanlara əsasən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 2018-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 1 övladları vardır. Ailə qurduqdan sonra bu günə qədər aralarında dəfələrlə münaqişə və mübahisələr olmuşdur. Aralarında yaranan mübahisə və münaqişələrə səbəb isə həyat yoldaşının evə baxmaması, taksi fəaliyyəti ilə məşğul olması və evə gec gəlməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarından sonra həyat yoldaşına heç bir xəbər vermədən bacısı X1 yaşadığı evə getmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs axşam saatlarında bacısının yaşadığı evə gəlmiş və evin həyətində səs küy salaraq ondan niyə ona xəbər verməyib bacısının evinə getdiyini soruşaq birlikdə getməyi bildirmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşının hərəkətindən qorxduğu üçün evə getməyəcəyini demişdir. Buna görədə aralarında sözlə mübahisə yaranmışdır. Aralarında yaranmış sözlə mübahisə zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 20:30 radələrində onu bacısı X1 yaşadığı evin həyətində sol əli ilə sağ gözünün alt nahiyyəsindən sillə ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt yanlarında bacısı X2 olmuşdur. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iclasında şahid X2 göstərdi ki, oğlu xx.xx.2023-cü il tarixdə onun evində bacısı Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs sol əli ilə sağ gözünün alt nahiyyəsindən qəsdən vuraraq ona xəsarət yetirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 962 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq, aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət — ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ gicgah-çənə oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu yüngül dərəcəli zərərvurmaya aiddir. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələb yoxdur, gələcəkdə də olmayacaq. Ona dəymiş zərər ödənilib. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi cinayət işinin materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizədən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 6,00 manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18,00 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Zərərçəkmiş şəxs ilə barışdığına, ona qarşı şıkayət və tələb olmaığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaqda müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili X3 6,00 manat məbləğində vəsait və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18,00 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-730/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-730/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver