Məhkəmə qərarları › İş №1(003)-74/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-74/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-74/2022 17.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 385/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Mərdəkan qəsəbəsi 852 nömrəli bağ evində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 21 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs verdiyi sualın cavabını almasına baxmayaraq, dəfələrlə eyni sualı verməklə mübahisə üçün süni bəhanə yaradaraq onun ünvanına söyüşlər söymüş, sonuncu onun söyüş söyməyinə sözlə etirazını bildirdikdə qrupun üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üz nahiyəsindən yumruqla vuraraq ona qəsdən sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin şişkinlik fonunda qançırları ilə nəticələnən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsindən sonra xuliqanlıq hərəkətlərinin davamında Zərərçəkmiş şəxs qarşısında oturub sualına düzgün cavab verməsini tələb etmiş, sonuncu onun sualına təkrarən eyni formada cavab verdikdə qrupun üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə onun ünvanına söyüşlər söyərək onu bir qədər kənara çəkmiş və dizi ilə onun qarın nahiyəsindən zərbə endirərək ona qəsdən fiziki ağrı yetirmiş, Zərərçəkmiş şəxs kömək istəmək məqsədi ilə qışqırdıqda səsi çıxmasın deyə onun boynundan və boğazından əli ilə sıxaraq ona qəsdən boynun dəriyə qansızması ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, sonuncu özünü müdafiə etmək istəyərkən qrupun üzvü Təqsirləndirilən şəxs3 onun qollarından tutaraq hərəkətini məhdudlaşdırması və əlinin içi ilə onun kürək nahiyəsindən zərbə endirməsindən sonra təkrar dizi ilə onun qarnından vurmaqla ona qəsdən fiziki ağrı yetirərək zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 21 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığında qrupun üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs verdiyi sualın cavabını almasına baxmayaraq, dəfələrlə eyni sualı verməklə mübahisə üçün süni bəhanə yaradaraq onun ünvanına söyüşlər söyməsi, sonuncunun onun söyüş söyməyinə sözlə etirazını bildirdikdə qrupun üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üz nahiyəsindən yumruqla vuraraq ona qəsdən sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin şişkinlik fonunda qançırları ilə nəticələnən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşısında oturub sualına düzgün cavab verməsini tələb etməsindən sonra sonuncu onun sualına təkrarən eyni formada cavab verdikdə qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə onun ünvanına söyüşlər söymüş, qrupun üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bir qədər kənara çəkməsi və dizi ilə onun qarın nahiyəsindən zərbə endirərək ona qəsdən fiziki ağrı yetirməsi, sonuncu kömək istəmək məqsədi ilə qışqırdıqda səsi çıxmasın deyə onun boynundan və boğazından əli ilə sıxaraq ona qəsdən boynun dəriyə qansızması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməsindən sonra sonuncu özünü müdafiə etmək istəyərkən onun qollarından tutmaqla hərəkətini məhdudlaşdıraraq və əlinin içi ilə onun kürək nahiyəsindən zərbə endirərək ona fiziki ağrı yetirməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 21 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” yaşayış massivində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığında qrupun üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs verdiyi sualın cavabını almasına baxmayaraq, dəfələrlə eyni sualı verməklə mübahisə üçün süni bəhanə yaradaraq onun ünvanına söyüşlər söyməsi, sonuncu Təqsirləndirilən şəxs1 söyüş söyməyinə sözlə etirazını bildirdikdə onun üz nahiyəsindən yumruqla vuraraq ona qəsdən sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin şişkinlik fonunda qançırları ilə nəticələnən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşısında oturub sualına düzgün cavab verməsini tələb etməsindən sonra sonuncu Təqsirləndirilən şəxs1 sualına təkrarən eyni formada cavab verdikdə qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə onun ünvanına söyüşlər söyərək zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, onun və Cavanşirin Əlibəyin həyətində işləmələri, bunun müqabilində Əlibəyin onlara pul verməməyi, bu səbəbdən onun gedib Əlibəyin həyətində səs-küy salmağı düz deyil, belə bir şey olmamışdır. Əlibəy ona Kamranın ona bu barədə danışmasını bildirdikdə, o, çox əsəbiləşmişdir. Həm də bundan bir qədər əvvəl spirtli içki pivə içdiyinə görə bir qədər emosional imiş. Əslində o, sakit təbiətli bir insandır, sadəcə spirtli içki qəbul etdikdə hərəkətlərini bir qədər idarə edə bilmir və çox emosional olur. Ona görə hadisələrə lazımından çox reaksiya verib Kamranın nömrəsinə vatsap ani mesajlaşma sistemi vasitəsi ilə əxslaqsız sözlərdən ibarət səsli mesaj ataraq onu Əlibəyin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” massivində yerləşən fərdi evinin qarşısına çağırmışdır. Saat təxminən 23:45 radələrində Kamran Əlibəyin evinin qarşısına gəlmişdir. Bundan sonra o, məsələni aydınlaşdırmaq üçün Cavanşıri də oraya çağırmışdır. Onlar orada oturub çay içməyə başlamışlar. Bu zaman o, Kamrana “de görüm, Əlibəyə nə demisən” demiş, Kamran isə ona “Əlibəyə demişəm ki, sən və Cavanşir Əlibəyin həyətində işləmisiniz, lakin Əlibəy sizin pulunuzu vermədiyindən, sən gedib Əlibəyin həyətində səs-küy salmısan” demiş, bundan sonra o, Kamrana “tez ol, de görüm, bu söhbəti sənə kim danışıb” demiş, Kamran bu söhbəti ona Sərxanın danışdığını bildirmişdir. O, Kamranın yaxasından yapışaraq ondan təkrarən bu söhbəti ona kimin danışdığını soruşmuş və Kamranın bu vəziyyətdən qorxub telefonla kiməsə zəng edə biləcəyi ehtimalından və ya telefonla onun səsini yazacağından və ya videogörüntüsünü qeydə alacağından ehtiyat etdiyi üçün telefonunu onun əlindən almış, lakin daha sonra Əlibəyin də deməsi ilə telefonunu ona qaytarmışdır. Onun Kamranın telefonunu ələ keçirmək niyyəti olmamışdır. Həmin vaxt o, əlini Kamranın cibinə salmamış, Kamranın cibindən pul və ya başqa bir şey götürməmişdir. Kamran onun suallarına eyni formada cavab verdiyindən, bu mövzuda söhbətlərinə bir qədər davam etdikdən sonra onlar birlikdə həmin ətrafda yerləşən “Arzu” şadlıq evinin yaxınlığına getmişlər. O, orada Kamrandan həmin söhbəti ona kimin danışmasını kobud formada soruşmuş, Kamran yenə eyni formada cavab verib bu söhbəti ona Sərxanın danışdığını demişdir. Bu zaman qəsəbədən tanıdığı Elgün onlara yaxınlaşmış və bir az sakit olmalarını, ətrafda insanların onlara baxdığını demişdir. Lakin o, Elgünün sözlərinə məhəl qoymayıb Kamranın ünvanına ağr söyüşlər söyüb Sərxana şübhəsi olmadığını, bu söhbəti kim danışıbsa düzünü deməsini tələb etmişdir. Həmin vaxt Kamran ondan nəyə görə söyüş söydüyünü soruşduqda Cavanşir yumruqla Kamranın üz nahiyəsindən vurmuşdur. Bundan sonra o, Kamrana “gəl, indi qarşımda otur və nə olub, danış” demiş, Kamran da onun qarşında oturmuşdur. Həmin vaxt o, ayaq üstündə imiş, Kamran ona yenə bu söhbəti Sərxanın dediyini bildirmiş, bundan sonra o, təkrarən əsəbiləşib Kamranın ünvanına söyüşlər söymüş, Əlibəy və Cavanşir də onunla birlikdə Kamrana söyüşlər söymüşlər. O, Kamranı bir qədər kənara çəkmiş, bu zaman Elgün onlara yaxınlaşaraq buranın onun evinə yaxın olduğunu, evdə olanların və ətrafda olan şəxslərin narahat olacaqlarını bildirib çıxıb getmələrini xahiş etmiş, lakin onlar Elgünə məhəl qoymamışlar. O, Kamranla tutaşıb dizi ilə Kamranın qarın nahiyəsindən zərbə endirmiş, Kamran qışqırmağa başladığı üçün səsi çıxmasın deyə, əli ilə Kamranın boynundan və boğazından tutmuş, Kamran bu vəziyyətdən çıxmaq üçün ona əl-qol atmağa başlamış, Kamranın əl-qol atmağı nəticəsində onun sol gözaltı nahiyəsində qançır əmələ gəlmiş, boynu və sol qolu isə sıyrılmışdır. Əlibəy ona kömək edərək Kamranın qollarından tutmuş və Kamranın hərəkətini məhdudlaşdırmış, o isə dizi ilə Kamranın qarnından vurmağa davam etmişdir. Daha sonra Əlibəy Kamranın kürək nahiyəsindən əli ilə vurmuşdur. Bundan sonra Kamrana zəng gəldiyini görmüş, danışmasın deyə, telefonunu əlindən almışdır. Kamran qışqıraraq telefonunu qaytarmağını tələb etmiş, bu zaman Elgün onlara yaxınlaşaraq telefonu ondan alıb Kamrana qaytarmış və Kamran qaçaraq oradan uzaqlaşmışdır. Kamranın əlindən telefonunu almaqda məqsədi ona gələn zəngə cavab verməsinə mane olmaq olmuş, onun telefonunu ələ keçirmək niyyəti olmamış, ondan hər hansı məbləğdə pul götürməmişdir. Kamran ilə əvvəllər heç bir ədavəti olmamışdır, ona qarşı etdiyi əmələ görə peşmanlıq hissi keçirir. İbtidai istintaq zamanı Kamrana dəymiş ziyanı qohumları vasitəsilə tamamilə ödəyərək onunla barışıq əldə etmiş, Kamran da 25 sentyabr 2021-ci il tarixdə istintaq orqanına ərizə ilə müraciət edərək təkrar ifadə vermək istədiyini bildirmiş, təkrar ifadə verdikdən sonra ərizə ilə yenidən istintaq orqanına müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın yaxın qohumları tərəfindən ödənildiyini, bu səbəbdən də onunla barışdığını göstərmişdir. Məhkəmə istintaqı zamanı isə Kamran nədənsə onunla barışmadığını və ondan yenə şikayətçi olduğunu göstərmiş, o da hər bir iclasda Kamrandan üzr istəyərək bağışlanmasını xahiş etmişdir. Həbsdə olduğu müddətdə öz hərəkətləri barədə kifayət qədər düşünmək, öz həyatını, ailə vəziyyətini nəzərdən keçirmək imkanı olmuşdur. Atası illər əvvəl vəfat etmiş, qardaşı əqli qüsurludur, anası isə yaşlı və xəstədir. O, özü 29 saylı BŞX-nın 3 saylı ŞKX-nın nevroloji şöbəsində mərkəzi sinir sistemi orqanının xəstəliyi diaqnozu ilə müalicə almışdır, ramberq vəziyyətində səndələyir, epilepsiya xəstəliyindən, tez-tez qıcolmalardan əziyyət çəkir, bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Bütün bunlar barədə düşündükdə belə qənaətə gəlmişdir ki, əgər azadlığa çıxarsa, bundan sonra spirtli içkiyə tövbə edib, normal həyat tərzi keçirəcəkdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının sonunda özünü tam təqsirli bilərək zərərçəkmiş şəxsdən üzr istədi, bundan əvvəlki məhkəmə iclaslarında olduğu kimi yenə də barışmaq üçün cəhd göstərdiyini, ilk dəfə törətdiyi əməlindən peşman olduğunu bildirdi və bağışlanmasını, məhkəmədən isə bütün bunların, həmçinin ailə vəziyyətinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində qismən təqsirli bilərək göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə gecə saatlarında tanışı Tofiq ilə söhbət edərkən Tofiqə Kamranın güya onun Tofiqi və Cavanşiri həyətində işlətdiyini və onların pulunu vermədiyini dediyini bildirmişdir. Bu zaman Tofiq əsəbiləşmiş və Kamrana vatsap ani mesajlaşma sistemi vasitəsi ilə səsli mesaj göndərmiş, həmin mesajla Kamranı təhqir etmiş və onun evinin qarşısına çağırmışdır. Bir qədər sonra Kamran onların evinin qarşısına gəlmişdir. Bundan sonra Tofiq Cavanşirə zəng edərək onların yanına çağırmışdır. Bir qədər sonra o, evin qarşısında Cavanşir və Tofiqə çay vermişdir. Çayı gətirən zaman Kamranın telefonunun Tofiqin əlində olduğunu, Tofiq ilə Kamranın mübahisə etdiyini, Kamranın Tofiqdən pulunu və telefonunu istədiyini eşitmişdir. O, Tofiqdən Kamranın telefonunu qaytarmasını tələb etmiş, bu zaman Tofiq telefonu Kamrana qaytarmışdır. Kamran isə Tofiqdən 200 manat pulunu da qaytarmağını tələb etmiş, lakin Tofiq onda pul olmadığını bildirmişdir. Bu zaman Tofiq mövzunu dəyişərək başqa mövzuda söhbət etməyə başlamış və Kamrana ona dediklərini deməsini tələb etmişdir. O, Tofiqin Kamranın cibindən pul çıxarmasını, həmçinin Tofiqin əlində və ya üzərində hər hansı məbləğdə pul görməmişdir. Kamran Tofiqə “Sərxan mənə deyib ki, Əlibəy səni və Cavanşiri öz həyətlərində işlədib, lakin sizə pul verməyib, bu səbəbdən sən Əlibəyin evinə gedib orada səs-küy salıb problem yaratmısan” demiş, bundan sonra Tofiq Kamrana Sərxanın belə bir söz demədiyini, bunu kimin dediyini soruşmuşdur. Bu mövzuda bir qədər söhbət olduqdan sonra onlar hamısı birlikdə Binə qəsəbəsi “Bolluq” massivində yerləşən “Arzu” şadlıq evinin yaxınlığına getmişlər. Orada onların arasında söhbət davam etmiş, Tofiq Kamrana təkrar olaraq söhbəti ona kimin deməsi ilə bağlı sual vermiş, Kamran yenə eyni cavabı verdikdə Tofiq onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman yoldan keçən Elgün adlı şəxs onlara yaxınlaşmış və Tofiqə ucadan söyüş söyməməsini, ətrafda insanların olduğunu bildirmişdir. Lakin, Tofiq Elgünə məhəl qoymayaraq Kamranın ünvanına təkrar nalayiq söyüşlər söymüş, bu zaman Kamran Tofiqdən niyə söyüş söydüyünü soruşduqda Cavanşir anidən Kamranın üz nahiyəsindən yumruqla vurmuş, o, onları sakitləşdirməyə çalışmışdır. Bir qədər sonra Tofiq Kamrana amiranə şəkildə “sənə bu söhbəti kim danışıb, necə olub, otur qabağımda bir-bir danış” demiş, Kamran da ona bildirmişdir ki, bu söhbəti ona Sərxan danışıbdır. Bundan sonra Tofiq yenə Kamranın üstünə gəlməyə başlamış, sonra onlar yerlərini dəyişərək, bir qədər kənara çəkilmiş, burada Tofiq dizi ilə Kamranın qarın nahiyəsindən zərbə vurmuş, Kamran qışqırıb kömək istəməyə başlamışdır. Elgün təkrar olaraq onlara yaxınılaşıb hərəkətlərinə son verməyi tələb etmiş, lakin Tofiq həmin vaxt spirtli içki qəbul etdiyindən bir qədər emosional imiş, buna görə də Elgünə məhəl qoymayıb Kamranın boynundan və boğazından əli ilə tutmuşdur. Kamran Tofiqə əl-qol ataraq özünü müdafiə etməyə çalışarkən, o, Kamrana mane olub, Tofiqi qorumaq üçün Kamranın qollarından tutmuşdur. Kamranın qollarını tutarkən onun sağ əli sıyrılmışdır. Bundan sonra Tofiq təkrar olaraq dizi ilə Kamranın qarın nahiyəsindən vurmuş, həmin vaxt Kamranın telefonuna zəng gəldiyini gördükdə, o, Kamranı buraxmış və əli ilə Kamranın kürək nahiyəsindən zərbə endirmişdir. Tofiq Kamranın əlindən telefonunu almış və danışmasına icazə verməmişdir. Bundan sonra Elgün oraya gəlmiş və Kamranı kənara çəkmiş, onun telefonunu Tofiqdən alaraq özünə qaytarıb qaçmasını demiş və Kamran qaçaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqının sonunda özünü tam təqsirli bilərək zərərçəkmiş şəxsdən üzr istədi, ilk dəfə törətdiyi əməlindən peşman olduğunu bildirdi və bağışlanmasını, məhkəmədən isə bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində qismən təqsirli bilərək göstərdi ki, Tofiqlə birlikdə müəyyən tikinti işlərində bir yerdə işləmişdir, Kamran və Əlibəyi isə yaşadığı məhəllədən tanıyır, münasibətləri normaldır. 20 sentyabr 2021-ci il tarixdə gecə saatlarında Tofiq ona zəng edərək onu Əlibəyin evinin qarşısına çağırmışdır. O, oraya gedən zaman Kamran, Əlibəy və Tofiqin mübahisə etdiyini görmüşdür. Söhbətə daxil olan zaman ona məlum olmuşdur ki, Kamran Əlibəyə onunla Tofiqin güya Əlibəyin həyətində işləməsini, lakin Əlibəyin onların pulunu verməməsi səbəbindən Tofiqin Əlibəyin evinə gedərək səs-küy salmasını demişdir. Tofiq isə Kamrana bu barədə suallar verib Kamrana bunun kimin deməsini aydınlaşdırmağa çalışırmış. Kamran da ona bu sözü Sərxanın deməsini bildirmişdir. Tofiq Sərxana zəng etmiş, lakin Sərxan telefonu götürməmişdir. Bundan sonra Tofiq təkrar Kamrandan bu söhbəti ona kimin danışmasını soruşmuş, Kamran təkrar olaraq eyni cavabı vermişdir. O da Kamrana bu sözün yalan olduğunu, onun və Tofiqin Əlibəyin həyətində işləmədiyini bildirmiş və söhbəti kimin çıxarmasını ondan soruşmuşdur. Kamran Tofiqə verdiyi cavabı ona da vermişdir. Bu zaman Tofiq Kamranla bir az kobud formada danışmağa başlamış və təkrar ondan eyni sualı soruşmuş, Kamran yenə də həmin cavabı vermişdir. Bu mövzuda bir qədər aralarında söhbət etdikdən sonra dördü, yəni o, Tofiq, Əlibəy və Kamran birlikdə yeriyərək Binə qəsəbəsi “Bolluq” yaşayış massivində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığına getmiş, orada söhbət etməyə başlamışlar. Tofiq yenidən bu söhbəti Kamrana kimin deməsi barədə soruşmuş, Kamran isə yenə həmin cavabı vermişdir. Bundan sonra Tofiq Kamrana söyüş söymüş, Kamran Tofiqə niyə söyüş söydüyünü irad bildirib ona tərəf gəlmiş və “Cavanşir, sən də mənim çox üstümə gəlirsən, səninlə bağlı tədbir gördürəcəm” demişdir. Bu zaman o, əsəblərini cilovlaya bilməyib yumruqla Kamranın üz nahiyəsindən vurmuşdur. Bundan sonra bir qədər aralarında söhbət davam etmiş, daha sonra Tofiq Kamrana aşağı çöküb bu söhbəti ona kimin dediyini təkrar soruşmuş, Kamran isə yenə eyni cavabı vermişdir. Tofiq dəfələrlə eyni sualı ona vermiş, Kamran da eyni cavabı ona vermişdir. Bunda sonra Tofiq əsəbiləşərək ona bir qədər kənara çəkilməyini bildirmiş, burada onların arasında tutaşma olmuşdur. Həmin an ətrafa baxdığı üçün Tofiqin Kamranı vurubvurmamasını görməmişdir. Ətrafda keçən avtomobillərdə olan şəxslər onların mübahisəsinə baxırmış, bundan başqa, bir qədər kənarda tanımadığı bir şəxs də onlara baxırmış. Aralaındakı mübahisə bir qədər də davam etmiş, Kamran zəng gəlmiş, Tofiq telefonu Kamranın əlindən alıb, telefona cavab verməsinə mane olmuşdur. Tofiqin Kamranın cibindən pul çıxarmasını görməmişdir. Bir qədər sonra tanımadığı bir şəxs oraya gəlmiş və onları ayırmış, Kamranın telefonunu Tofiqdən alıb özünə qaytarmış, Kamran da qaçaraq getmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının sonunda göstərdi ki, o, ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 dekabr tarixli 2362 saylı Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və 2021-ci il 29 dekabr tarixli 2369 saylı Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş, xidmət etdiyi N saylı hərbi hissə komandanlığı tərəfindən 26 iyun 2021-ci il tarixdə ailələrinə Təşəkkür məktubu göndərilmiş, 01 iyul 2021-ci il tarixdə isə Fəxri Fərmanla təltif edilmişdir. Törətdiyi əməlindən peşmandır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə axşam saatlarında “Əsgər” kimi tanıdığı Tofiq vatsap sosial ani mesajlaşma tətbiqi vasitəsi ilə ona səsli sms ataraq onu təhqir edib Əlibəy adlı tanışlarının evinin qarşısına çağırmışdır. Tofiq bir az dəli-dolu biri olduğundan, qorxduğu üçün getməkdə tərəddüd etmişdir. Lakin bir qədər sonra özünü toplayaraq Əlibəyin Binə qəsəbəsi “Bolluq” massivində yerləşən evinin qarşısına getmiş və Tofiq və Əlibəyin orada olduğunu görmüşdür. Bundan sonra Əlibəyə zəng gəlmiş, Əlibəy və Tofiq ona burada gözləməyini, bir azdan qayıdacaqlarını bildirmişlər. O, həmin ətrafda gəzməyə başlamış, daha sonra onların gəldiyini görüb onlara yaxınlaşmışdır. Bundan sonra Tofiq Cavanşirə zəng edərək çağırmışdır. Bir müddət sonra Əlibəy evin qarşısında çay süfrəsi qurmuş və çay gətirməyə getmişdir. Tofiq onunla təhqiredici ifadələrlə danışmağa başlamışdır. O da Tofiqdən niyə belə danışdığını soruşmuş, bu zaman aralarında mübahisə yaranmışdır. Bir müddət sonra Cavanşir oraya gəlmişdir. Bundan sonra Tofiq onun üzərinə gəlib yaxasından tutaraq “Əlibəyə nə demisənsə, de” demiş, o da Tofiqə Sərxanın ona Əlibəyin Cavanşir və Tofiqi həyətində işlətdiyini, lakin onların pullarını vermədiyini, bu səbəbdən də Tofiqin içkili vəziyyətdə Əlibəyin evində dava salmasını bildirdiyini demişdir. Bu zaman Tofiq onun əlindən telefonunu almış və əlini onun cibinə salaraq cibində olan 200 manat pulu götürmüşdür. O, Tofiqdən telefonu və pulu qaytarmasını tələb etmiş, bu zaman Əlibəyin təkidi ilə Tofiq telefonu ona qaytarmış, lakin pulunu qaytarmamışdır. O, Tofiqdən pulu qaytarmasını tələb etdikdə, Tofiq söhbəti dəyişərək ondan Əlibəyə danışdığı söhbəti ona kimin deməsini təkrar olaraq soruşmuşdur. Bundan sonra Tofiq belə bir söhbətin olmadığını bildirib telefonla kimlərəsə zəng etmişdir. Daha sonra onlar birlikdə “Arzu” şadlıq sarayının yaxınlığına getmişlər. Burada Tofiq ondan təkrarən kobud formada bu söhbəti ona kimin danışdığını soruşmuş, o, yenə də Tofiqə “bu söhbəti mənə Sərxan danışmışdır, niyə mənim üstümə gəlirsən?” demişdir. Bu zaman qəsəbədən tanıdığı Elgün onları sakitləşdirməyə çalışmış və onlara ucadan söyüş söyməmələrini, ətrafdan adamlar keçdiyini, evinin həmin yerə yaxın olduğunu, ailəsinin narahat ola biləcəyini bildirmişdir. Lakin onlar Elgünün də sözlərinə məhəl qoymamışlar və öz hərəkətlərini davam etdirmişlər. Tofiq ona söyüşlər söyərək bir daha ondan soruşmuş, o, Tofiqə “nəyə görə söyüş söyürsən” dedikdə Cavanşir anidən onun üz nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Tofiq ona “yumruğu yemisən, indi ağıllı olub, hər şeyi danışarsan, gəl mənim qarşımda oturub bircə-bircə danış görüm, bu söhbəti hardan eşitmisən” demişdir. O, qorxub Tofiqin yanında çökərək oturmuş və onu dinləməyə başlamışdır. Tofiq ona “de görüm, bu söhbəti sənə kim deyib” demiş, o, Tofiqə bir daha bildirmişdir ki, bu söhbəti ona Sərxan danışmışdır. Tofiq ona “yalan deyirsən, mənim Sərxandan şübhəm yoxdur, bu söhbəti sənə kim danışıb?” demiş, bundan sonra Cavanşir söhbətə qarışmış və ona söyüşlər söyməyə başlamışdır. Daha sonra Əlibəy onun ünvanına söyüşlər söyərək, dərhal onların suallarına cavab verməyini bildirmişdir. Tofiq onu bir qədər kənara çəkmiş, Elgün təkrar olaraq onlara yaxınlaşıb sakitləşmələrini, öz hərəkətlərinə son vermələrini tələb etmiş, lakin onlar məhəl qoymamışlar, ətrafda isə bir neçə tanımadığı şəxs onlara tamaşa edirmiş. Burada Tofiq dizi ilə onun qarın nahiyəsindən vurmuş, o, zərbənin ağrısından qışqırmağa başlamışdır. O, qışqırarkən səsi çıxmasın deyə Tofiq əli ilə onun boynundan və boğazından tutmuşdur. Boğulmamaq üçün o, Tofiqə əl-qol atmağa başlamış, bu zaman Əlibəy onun qollarını arxadan tutaraq onun hərəkətini məhdudlaşdırmış, Tofiq isə bundan istifdadə edib qarın nahiyəsindən təkararən dizi ilə vurmuşdur. Bundan sonra telefonuna zəng gəlmiş, bunu görən Əlibəy onun əllərini buraxaraq kürək nahiyəsindən əlinin içi ilə vurmuş, nəticədə o, kürəyində kəskin ağrı hiss etmişdir, Tofiq isə telefonu əlindən almış və telefona cavab verməyinə mane olmuşdur. Bundan sonra onlar yenə onun üstünə gəlmək istəyərkən Elgün buna mane olub onu kənara çəkmiş, telefonunu Tofiqdən alaraq ona geri qaytarmış və ona qaçmağını bildirmiş, o, qaçaraq oradan uzaqlaşmışdır. Sonradan Tofiqin qohumları tərəfindən ona barışmaq üçün çoxsaylı müraciətlər edilmiş və dəymiş maddi ziyanın əzəzi olaraq 470 manat ödənilmiş, o da 25 sentyabr 2021-ci il tarixdə istintaq orqanına ərizə ilə müraciət edərək təkrar ifadə vermək istədiyini bildirmişdir. Təkrar dindirmə zamanı əvvəl verdiyi ifadəsini qismən təsdiq etmiş, həmin ifadədən fərqli olaraq bildirmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 23:45 radələrində tanışları Əlibəyin evinin qarşısında Tofiq onun üzərinə gəlmiş və onun yaxasından tutmuş, əlindəki telefonu almış və digər əlini onun əynindəki şalvarın cibinə salmışdır. O, ilkin ifadəsində Tofiqin onun cibindən 200 (iki yüz) manat pulunu çıxardığını bildirmişdir. Onaların yanına gələndə cibində iki yüzlük əskinasdan ibarət 200 (iki yüz) manat pul var imiş, hətta bu pulun cibində olmasını Tofiqlə aralarında olan çəkişmədən 2-3 dəqiqə qabaq yoxlamışdır və pul həmin vaxt cibində imiş. Tofiq ilə aralarında olan bu çəkişmə vaxtı cibinə baxarkən pulların cibində olmadığını görüb, ona görə bu pulu cibindən Tofiqin götürdüyünü düşünmüşdür. Lakin, hadisədən bir müddət sonra həmin şalvarını geyindikdə onun cibinin cırıq olduğunu müşahidə etmiş, şalvarın astarına baxdıqda həmin 200 (iki yüz) manatın orada olduğunu görmüşdür. Bundan sonra ona aydın olmuşdur ki, Tofiq onun cibindən 200 (iki yüz) manat pulu götürməmişdir, həmin pullar şalvarının cibindən astarın içərisinə düşmüşdür. Tofiq onun əlindən telefonunu aldığına görə pulu da onun götürdüyünü düşünmüşdür. O, Tofiqdən pulu və telefonunu tələb etdikdə Tofiq Əlibəyin təkidi ilə telefonu ona qaytarmış, lakin pul barədə heç nə deməmişdir. Təkrar ifadə verdikdən sonra ərizə ilə yenidən istintaq orqanına müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın Təqsirləndirilən şəxs1 qohumları tərəfindən ödənildiyini, bu səbəbdən də onunla barışdığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ondan dəfələrlə üzr istəmələrinə və bağışlanmalarını xahiş etmələrinə, ona dəymiş ziyanı ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 qohumları vasitəsilə tamamilə ödəməsinə, onun da istintaq orqanına ərizə ilə müraciət edərək həmin səbəbdən Təqsirləndirilən şəxs1lə barışmasını bildirməsinə baxmayaraq, hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onlarla barışmaq və onları bağışlamaq fikrinin olmadığını bildirdi və təqsirləndirilən şəxslərə törətdikləri əməllərinə görə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır, onlarla heç bir ədavəti yoxdur, münasibətləri normaldır. 21 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Binə qəsəbəsi “Bolluq” massivində yerləşən yaşadığı evin yaxınlığında olarkən səs-küy gəldiyini eşitmiş, bir qədər irəliyə gedib baxan zaman Tofiq, Əlibəy və Cavanşirin Kamranı üstələyərək onunla nəyinsə mübahisəsini etdiyini görmüşdür. Bir qədər orada durub onlara sakitləşmələrini, Kamranı sıxışdırmamalarını desə də, onlar öz hərəkətlərinə davam etmişlər. Tofiq Kamrandan onun və Cavanşirin Əlibəyin həyətində işləməsini kimin ona deməsi barədə sual vermiş, Kamran isə Tofiqə bildirmişdir ki, bu söhbəti ona Sərxan demişdir. Bunun ardınca Tofiq onunla sanki ondan üstünmüş tərzdə danışaraq bir də həmin sualı vermiş, Kamran isə ona eyni cavabı vermiş, bu, bir qədər təkrarlanmış, bundan sonra Tofiq Kamranın ünvanına ağır söyüş söymüş, daha sonra Cavanşir də Kamranı söymüşdür. Bu zaman Kamran ona nəyə görə söyüş söydüyünü bildirdikdə Cavanşir onun üz nahiyəsindən yumruqla vurmuşdur. O, onları sakitləşdirmiş, bir qədər sonra Tofiq yenə Kamranı üstələyirmiş kimi yanına çağırmış və “indi yumruğu yemisən, ağıllı olub bircə-bircə nə baş verdiyini danış” demiş, Kamran təkrar olaraq ona həmin söhbəti ona Sərxanın danışdığını bildirmişdir. Bundan sonra Tofiq yenə qızışmış və Kamranı söyməyə başlamış, daha sonra Əlibəy “burada kamera var, çəkilək kənara” demiş, onlar bir qədər kənara çəkilmişlər. O, onlara onun evinin yanında səs-küy salıb ailəsini narahat etməmələrini bildirmiş, onlar ona məhəl qoymamışlar. Kənara çəkiləndən sonra Tofiq dizi ilə Kamranın qarın nahiyəsindən vurmuş, Kamran qışqırdıqda əli ilə Kamranın boğazından tutmuş, bundan sonra Kamran özünü müdafiə etmək istədikdə Əlibəy Kamranın qolundan tutub onun hərəkətini məhdudlaşdırmış və əli ilə Kamranın kürək nahiyəsindən vurmuşdur. Bu zaman Kamranın telefonuna zəng gəlmiş Tofiq onun telefonunu əlindən almış, artıq o, dözməyib Tofiqin üzərinə getmiş və Tofiqin əlindən Kamranın telefonunu alaraq Kamrana qaçmasını bildirmişdir. Onların bu hərəkətləri nəticəsində ətrafda bir neçə şəxs toplaşaraq onlara tamaşa edirmiş, həmçinin yoldan keçən maşınlar və digər şəxslər də bunlara nəzər yetirirmişlər, gecə saat 00:30 olsa da, küçədə hərəkətlilik var imiş. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaşadığı məhəllədən tanıyır. onların heç biri ilə ədavəti yoxdur, Tofiq ilə isə münasibətləri daha yaxındır. Zərərçəkmiş şəxslə onlar arasında olan dava-dalaşdan daha sonra məlumatı olmuşdur, o, orada olmamışdır. Onun Cavanşir və Tofiqin Əlibəyin həyətində işləməsi, ondan pul alıb-almaması və ya onun həyətinə gedib dava salması ilə bağlı heç bir məlumatı olmamışdır, bu barədə heç kimə danışmamışdır. Kamranın ifadəsində nəyə görə elə deməsi ona məlum deyildir. İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduqları ifadələrini üzləşdirmə zamanı birbirinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 1194 saylı rəyi ilə müəyyən edilmişdir:

1. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin şişkinlik fonunda qançırları, boynun dəriyə qansızması küt əşya təsirindən törənmiş, törənmə müddətləri 21 sentyabr 2021-ci il tarixə uyğun gələ bilər. Qeyd edilən xəsarətlərdən sol göz almasının ağlı qişasının qansızması ilə müşayiət olunan sol üst göz qapağının, sol gözaltı nahiyənin şişkinlik fonunda qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər, boynun dəriyə qansızması isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir.

2. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 1203 saylı rəyi ilə müəyyən edilmişdir:

1. Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyənin qançırı, boynun, sol saidin sıyrıqları küt əşya təsirindən törənmişlər, törənmə müddətləri 21 sentyabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir.

2. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlrəin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 1204 saylı rəyi ilə müəyyən edilmişdir:

1. Təqsirləndirilən şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin səthi sıyrıqları küt ışya təsirindən törənmişlər, törənmə müddətləri 21 sentyabr 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir.

2. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs3 bədənində aşkar edilmiş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq ibtidai istintaq orqanına təqdim edilmiş 25 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs1 yaxın qohumları tərəfindən ödənilmişdir, buna görə də o, onunla barışmışdır. İş materiallarında olan Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 29 saylı BŞX-nın 3 saylı ŞKX-nın nevroloji şöbəsində mərkəzi sinir sistemi orqanının xəstəliyi diaqnozu ilə müalicə almışdır, ramberq vəziyyətində səndələyir, epilepsiya xəstəliyindən, tez-tez qıcolmalardan əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 dekabr tarixli 2362 saylı Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və 2021-ci il 29 dekabr tarixli 2369 saylı Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xidmət etmiş olduğu N saylı hərbi hissə komandanlığı tərəfindən 26 iyun 2021-ci il tarixdə onun ailəsinə Təşəkkür məktubu göndərilmiş, 01 iyul 2021-ci il tarixdə isə o, həmin hərbi hissənin komandanlığı tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə baxışı zamanı onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışının əvvəlində özlərini qismən təqsirli bilmələri barədə verdikləri ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə bu məzmunda ifadə vermələri özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli məhkəmə istintaqının sonunda tamamilə etiraf edib peşmançılıq çəkməsini, dəymiş ziyanı ibtidai istintaq zamanı yaxın qohumları vasitəsilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, məhkəmənin gedişində isə ondan şikayətçi olduğunu bildirən zərərçəkmiş şəxslə barışığa dəfələrlə cəhd etməsini, ondan üzr istəyərək bağışlanmasını xahiş etməsini, 29 saylı BŞXnın 3 saylı ŞKX-nın nevroloji şöbəsində mərkəzi sinir sistemi orqanının xəstəliyi diaqnozu ilə müalicə almasını, ramberq vəziyyətində səndələməsini, epilepsiya xəstəliyindən, teztez qıcolmalardan əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 21 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə törətdiyi əməli məhkəmə istintaqının sonunda tamamilə etiraf edib peşmançılıq çəkməsini, məhkəmənin gedişində zərərçəkmiş şəxslə barışığa dəfələrlə cəhd etməsini, ondan üzr istəyərək bağışlanmasını xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 21 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 23 sentyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 21 sentyabr 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli məhkəmə istintaqının sonunda etiraf edib peşmançılıq çəkməsini, ikinci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 dekabr tarixli 2362 saylı Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və 2021-ci il 29 dekabr tarixli 2369 saylı Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini, xidmət etdiyi N saylı hərbi hissə komandanlığı tərəfindən 26 iyun 2021-ci il tarixdə ailələrinə Təşəkkür məktubu göndərilməsini, 01 iyul 2021-ci il tarixdə isə həmin hərbi hissənin komandanlığı tərəfindən Fəxri Fərmanla təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri ünvan 1ində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmdə göstərilmiş hüquqi yardıma görə 20 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmdə göstərilmiş hüquqi yardıma görə 20 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmdə göstərilmiş hüquqi yardıma görə 20 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat olmaqla ümumilikdə 810,00 (səkkiz yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 21 sentyabr 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” yaşayış massivində yerləşən nömrəsiz fərdi ev ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 270,00 (iki yüz yetmiş) manat, Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 270,00 (iki yüz yetmiş) manat və Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 cəmi 270,00 (iki yüz yetmiş) manat olmaqla ümumilikdə 810,00 (səkkiz yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar