Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-74/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 oğlunun Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 “Meydan” adlanan ərazidə fərdi evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,299 qram psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 09:30-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində «Meydan» adlanan ərazidə saxlanılaraq ünvan 3 ünvanda yerləşən 6-cı PB-nə gətirilmiş, həmin gün saat 10:40-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,299 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs müalicə aldığı Azərbaycan Respublikasının ƏN-nin Penitensiar Xidmətinin X1 xx.xx.2022-ci il tarixdə onunla qısa müddətli görüşə gəlmiş qaynı X5 gizli olaraq Müəssisəyə keçirdiyi bir ədəd bükümdə narkotik vasitə heroini qanunsuz olaraq üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 11:20-də Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən Müəssisənin 1-ci vərəm şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,306 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin hal şahidlərinin iştirakları ilə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs oğlu öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 02 il 09 ay 15 gün azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından ağ ciyər diaqnozu ilə PX-nin X2 yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə məhkumlar üçün nəzərdə tutulmuş telefon vasitəsi ilə qaynı X7 ilə danışan zaman ona yanına gələndə həbs edilməmişdən əvvəl yaşadığı evdə qaz sobasının altında gizlətdiyi narkotik vasitə olan heroini gizli yolla ona gətirməsini demişdir. xx.xx.2022-ci il tarixdə Sabir onunla qısa müddətli görüşə gələrək sovqat gətirən zaman gizlətdiyi narkotik vasitəni öz üzərində gizlədərək X2 keçirmiş və görüş otağında ona vermişdir. Həmin narkotik vasitəni əməkdaşlar tərəfindən aşkar edilməməsi üçün udmuşdur. Bundan sonra müalicə aldığı şöbədə palataya keçərək sabunlu su içib onu qaytarmış və əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 11.20-də müalicə aldığı palatada müəssisəsinin əməkdaşları tərəfindən üzərində asxtarış-baxış keçirilən zaman hal şahidlərin iştirakı ilə narkotik vasitə əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmuş və bu barədə protokol tərtib edilmişdir. Üzərinə baxış keçirilərkən müəssisəinin əməkdaşları tərəfindən fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlini səmimi etiraf edib peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İş üzrə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin ƏŞ-nin baş inspektoru Şahid1 ifadəsində göstərdi ki, 2011-ci ildən ədliyyə orqanlarında xidmət edir. xx.xx.2022-ci il tarixdə müəssisə rəhbərliyinin göstərişinə əsasən digər müəssisə əməkdaşları və hal-şahidlərin iştirakları ilə xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından İxtisaslaşdırılmış müalicə müəssisəsinə "ağciyər vərəmi" diaqnozu ilə daxil olmuş, 1983-cü il təvəllüdlü AR CM-nin 234.1-ci maddəsi ilə 2 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Təqsirləndirilən şəxs üzərində 1-ci vərəm şöbəsində saat 11:20 radələrində axtarış-baxış tədbirləri keçirmişlər. Keçırilən axtarış-baxış tədbirləri nəticəsində əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli selofana bir ədəd bükümdə təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə "heroin" aşkar edilərək götürülmüşdür. Aşkar olunan narkotik vasitə ilə bağlı akt, hal şahidlərin iştirakı ilə protokol tərtib olunaraq ucadan oxunmuş, daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 əməliyyat müvəkkili işləyir və 2020-ci ildən tutduğu vəzifədə xidmət edir. xx.xx.2022-ci il tarixdə müəssisə rəhbərliyın göstərişinə əsasən digər müəssisə əməkdaşlarl və hal şahidlərinin iştirakı ilə xx.xx.2022-cı il tarıxdə Bakı İstintaq Təcridxanasından ixtisaslaşdırılmış müalicə müəssisəsinə "ağciyər vərəmi" diaqnozu ilə daxil olmuş, 1983-cü il təvəllüdlü AR CM-nin 234.1-ci maddəsi ilə 2 il 9 ay 15 gün müddətınə azadlıqdan məhrum edilmış məhkum Təqsirləndirilən şəxs üzərində 1-ci vərəm şöbəsində təxminən saat 11:20 radələrində axtarış-baxış tədbirləri keçirmişlər. Keçırilən axtarış-baxış tədbirləri nəticəsində əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli selofana bir ədəd bükümdə təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə "Heroin" aşkar edilərək götürülümüşdür. Aşkar olunan narkotik vasitə ilə bağlı akt, hal şahidlərin iştirakı ilə protokol tərtib olunaraq ucadan oxunmuş, daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmişdir. İş üzrə Şahid2 və Şahid4 Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 Fariz oğlu ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis leytenantıdır. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud tərəfdikdən bilavasitə sonra yaxalanması, üzərində qanunsuz gəzdirilən heroinin aşkar edilərək götürülməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafıq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasənda tərəflərindən əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:30-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində "Meydan" adlanan ərazidə saxlanılaraq ünvan 3 ünvanda yerləşən 6-cı PB-nə gətirilmiş, həmin gün saat 10:40-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə-metamfetaminə bənzə maddə aşkar edilərək götürülmüşdür. İş üzrə Şahid6 Şahid5 Fariz oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə olunmuş ********* nömrəli cinayət işinə birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və video çəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarınm iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddəmetamfetaminə bənzər maddəni masanın üzərinə qoymuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış ********* nömrəli cinayət işinə birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/901 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,299 ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddəmetamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,299 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,249 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4476 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «götürülmüş qadağan olunmuş əşya hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq» və s. yazılar, imzalar olan zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan qəhvəyi rəngli maddə kütəsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,306 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,256 qram. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ Siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4773 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkəmə Ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ N65” möhür əksi, “Arayış N 6/4576...” yazıları olan bir ədəd qəhvəyi rəng: kağız paketin içərisində bir ədəd üzərində “AR ƏN Penitensiar Xidməti İxtisaslaşdırılmış X6 üçün” dairəvi möhür əksi, “Götürülmüş qadağan olunmuş əşya hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq...” və s. yazılar, imzalar olan zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1), daxildir. İş materiallarına olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2643 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6024 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,306 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,299 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,249 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamin məhkəmənin hökmünə qədər Binəqədi RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 04 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-193/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış Binəqədi rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 7(001)-619/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 1(001)- 193/2022 saylı, 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi yəni, 02 il 09 ay 15 günü azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış Binəqədi rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 7(001)-619/2022 saylı qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 7(001)-619/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərarı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 1(001)-193/2022 saylı, xx.xx.2022 il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi yəni, 02 il 09 ay 15 gününün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi 01 il 04 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini nəzərdə tutmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşırılmış 14 fevral 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşırılmış Binəqədi RPİ-nin 12 may 2022-ci il tarixli ***-*******22 nömrəli məktubundan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 11 may 2022-ci il tarixdə 40353 nömrəli axtarış işi açılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış 18 may 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, barəsində 11 may 2022-ci il tarixdə 40353 nömrəli axtarış işi açılmış CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış 20 may 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış Binəqədi rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(001)-399/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış Binəqədi rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 1(001)-399/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış Binəqədi RPİ-nin 24 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Xəzər RPİ-nin İŞ-də istintaq olunan 20010634 nömrəli cinayət işi ilə bir icraatda birləşdirilib istintaqının davam etdirilməsi məqsədilə ərazi aidiyyəti üzrə Xəzər RPİ-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış Xəzər RPİ-nin 24 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin İŞ-dən daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrə altında istintaqının davam etdirilməsi qərar alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlni etiraf edərək peşmançılıq çəkməsini, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş və o, dərhal Məhkəmə iclas zalından azad edilmiş, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 20 may 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Binəqədi RPİ MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 13 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixə qədər saxlanıldığı 1 (bir) gün, 18 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixə qədər saxlandığı 2 (iki) gün, cəmi 3 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-619/2022 saylı qərarı ilə əvəz edilmiş 02 (iki) il 09 (doqquz) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gününün bu günə qədər çəkilməmiş qalan 09(doqquz) ay 15(on beş) gün cəzası hazırki hökmlə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,249 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 195,00 (bir yüz doxsan beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, cəzasının 02 (iki) il 09 (doqquz) ay 15 (on beş) gün çəkilməmiş qalan hissəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)- 619/2022 saylı qərarı ilə əvəz edilmiş 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə müddətinin bu günə qədər çəkilməmiş qalan 09(doqquz) ay 15(on beş) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 13 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixə qədər saxlanıldığı 1 (bir) gün, 18 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixə qədər saxlandığı 2 (iki) gün, cəmi 3 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,249 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 195,00 (bir yüz doxsan beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (30 saata görə 180 manat) və məhkəmə baxışı zamanı (10 saata görə 60 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-74/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-74/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver