Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-74/2024 29.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Yunis oğlunun, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87 Xəzər RPİ-nin inzbati binasında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində ünvan 2 2023-cü il tarixli qərarı ilə 14 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 07 mart 2023-cü il tarixdən hesablanan və Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun 13 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə və 2) xx xxx 2003-cü il tarixdə Rusiya Federasiyası Stavropol diyarı Georgiyevsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87 Xəzər RPİ-nin inzbati binasında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Şərq küçəsi 1442 saylı bağ evinə evin ağ rəngli plastik qapısını açmaq yolu ilə qanunsuz daxil olub Azərbaycan Respublikası Mərkəzi Bankının 19 yanvar 2023-cü il tarixinə olan rəsmi məzənnəsinə əsasən Azərbaycan manatına nisbətdə 1 avro 1,8352 ekvivalentində olmaqla 275 manat dəyərində 3 ədəd 50 avroluq əskinaslarda 150 avronu, biri 50 manatlıq, digəri 10 manatlıq əskinasda olmaqla 60 manat nağd pulu, 150 manat dəyərində bir ədəd “SAMSUNG GALAXY A-03” markalı mobil telefonu, 115 manat dəyərində bir ədəd “LENOVO TAB 7” markalı planşeti, 400 manat dəyərində bir ədəd “HP PAVİLİON” markalı noutbuku gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 31 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə evin plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olub orada olan 1000 manat dəyərində elektrik naqillərini və 50 manat dəyərində bir ədəd musiqi aləti olan tarın qabını gizli yolla talayaraq zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1050 manat dəyərində əmlakı oğurlamağa cəhd etmiş, lakin Şahid onları görüb saxladığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Şərq küçəsi 1442 saylı bağ evinə evin ağ rəngli plastik qapısını açmaq yolu ilə qanunsuz daxil olub Azərbaycan Respublikası Mərkəzi Bankının 19 yanvar 2023-cü il tarixinə olan rəsmi məzənnəsinə əsasən Azərbaycan manatına nisbətdə 1 avro 1,8352 ekvivalentində olmaqla 275 manat dəyərində 3 ədəd 50 avroluq əskinaslarda 150 avronu, biri 50 manatlıq, digəri 10 manatlıq əskinasda olmaqla 60 manat nağd pulu, 150 manat dəyərində bir ədəd “SAMSUNG GALAXY A-03” markalı mobil telefonu, 115 manat dəyərində bir ədəd “LENOVO TAB 7” markalı planşeti, 400 manat dəyərində bir ədəd “HP PAVİLİON” markalı noutbuku gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 31 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə evin plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olub orada olan 1000 manat dəyərində elektrik naqillərini və 50 manat dəyərində bir ədəd musiqi aləti olan tarın qabını gizli yolla talayaraq zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1050 manat dəyərində əmlakı oğurlamağa cəhd etmiş, lakin Şahid onları görüb saxladığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixə keçən gecə saat 04 radələrində yaşadığı ünvanda yatdığı zaman qardaşı Təqsirləndirilən şəxs2 onu yuxudan oyadaraq Mərdəkan qəsəbəsində yerləşən bağ evindən oğurluq etmək lazım olduğunu bildirmiş, ilk əvvəl tərəddüd etsə də, İlyanın çətin maddi durumda olmasına görə onunla razılaşmışdır. İlya onu həmin bağ evində hal-hazırda heç kimin yaşamadığına əmin etmişdir. Bundan sonra yaşadıqları evin həyətyanı sahəsində olan 28-lik “STELLS” markalı velosipedlə İlyanın dediyi yerə getmişdir. Mərdəkan qəsəbəsində İlyanın qeyd etdiyi fərdi yaşayış evinə çatdıqda darvazanın kilidi açıq olduğuna görə darvazadan qeyd edilən edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuş, həyətyanı sahədə olan fərdi yaşayış evinə yaxınlaşaraq ağ rəngli plastik qapıdan evə daxil olmuşdur. Fərdi yaşayış evinə daxil olduqdan sonra birinci mərtəbədə zalda olan masanın üzərindəki “HP” markalı noutbuku və noutbukun yanında olan üç ədəd 50 avroluq əskinaslarda olmaqla 150 avro və biri 50 manatlıq, digəri isə 10 manatlıq əskinaslarda olmaqla 60 manat götürmüş, daha sonra bağ evinin birinci mərtəbəsində yataq otağında bir nəfər şəxsin yatdığı məlum olmuşdur. İlya bundan sonra fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxmış, özü isə birinci mərtəbədə yataq otağında yatan kişinin oyanacağı təqdirdə İlyaya xəbər edərək qaçıb gedəcəklərindən ötrü qalmışdır. İlya ikinci mərtəbədən aşağı düşdükdən sonra yaşlı kişinin yatdığı otağa keçmiş, özü isə dəhlizdə otağın çox yaxınlığında gözləmişdir. Dəhlizdə elə bir yerdə dayanmışdır ki, qardaşının hərəkətlərini müşahidə edə bilmişdir. İlya həmin şəxsin yatdığı otağı eşələmiş, lakin pul tapa bilməmişdir. Daha sonra özü də otağa daxil olaraq həmin şəxsin yatdığı otaqda olan bir ədəd “SAMSUNG GALAXY” markalı mobil telefonu götürmüşdür. Daha sonra İlya ilə həmin evi tərk edərək oradan çıxıb getmişdir. Evi tərk edərkən birinci mərtəbədə dəhlizdə dolabçanın üzərində olan “LENOVO” markalı planşeti götürmüşdür. Bundan sonra evdən götürdüyü üç ədəd 50 avroluq əskinasın birini İlyaya vermiş, digər ikisi onda qalmışdır. 60 manat nağd pulun hamısı isə İlyada qalmışdır. Həmin pula özünə paltar almışdır. Evdən götürülən mobil telefonu özünə götürmüş, onu format edib öz nömrəsini daxil edərək istifadə etmişdir. Lakin sonradan ifşa olunacağını anlayaraq həmin mobil telefonu Balaxanı qəsəbəsində yolun kənarında atmışdır. Noutbuk və planşeti qardaşı özünə götürmüş və həmin əşyaları tanımadığı şəxsə satmışdır. Qeyd edilənlərdən başqa özü və qardaşı İlya Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən heç nə oğurlamamışdır. Bundan başqa, 31 yanvar 2023-cü il tarixdə qardaşı İlya ona Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində heç kimin olmadığını, həmin fərdi yaşayış evindən oğurluq etmək istədiyini bildirmiş, onunla birlikdə getməyi və oğurluq etməkdə ona köməklik etməyi xahiş etmişdir. İlya ilə razılaşmış, 31 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişdir. İlya ilə birlikdə hasarın üstündən tullanaraq həyətə daxil olmuş, İlya dəmir borunun üstü ilə qalxıb evin ikinci mərtəbəsinin plastik pəncərəsini burğacla (otvyortka) açaraq evə daxil olmuşdur. Özü isə həyətdə gözləmiş, sonra İlyaya evdən oğurladıqları əşyaları çıxartmaqda kömək etmişdir. Həmin əşyaları aparmaq istəyərkən bir nəfər şəxs onu və İlyanı görmüşdür. Həmin şəxs İlyanı saxlamış, özü isə hasardan aşmaq yolu ilə qonşuluqda olan həyətyanı sahəyə keçib oradan qaçıb getmişdir. Özü və İlya Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə oğurluq etmək məqsədilə getmiş, nə özündə, nə də ki qardaşı İlyada heç bir silah və ya dəmir parçası olmamışdır. Zərərçəkmiş şəxs1 həmin vaxt yatmışdır. Özü və İlya onun oyandığını görməmişdir. Həmin evdən oğurluq edərək çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 nə pul tələb etməmiş, nə də onu hədələməmişdir. İlya ilə birlikdə 31 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsi ev 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən elektrik naqillərini və tar qabında olan musiqi alətini oğurlamaq istəsə də, tanımadığı şəxs onları gördüyünə görə niyyətləri baş tutmamışdır. Özü və İlyanın Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən silah oğurlamaq fikirləri olmamış, həmin fərdi yaşayış evindən elektrik naqillərini və tar qabında olan musiqi alətini oğurlamaq istəmişdir. Özü və İlyanın tar qabında hansı əşyanın olduğundan xəbəri olmamışdır. Tar qabında olan əşyanın musiqi aləti olduğunu zənn etmiş, həmin tar qabında silahın ola biləcəyi ağıllarına belə gəlməmişdir. Nə onun, nə də qardaşı İlyanın məqsədi silah oğurlamaq olmamışdır. Günorta vaxtı oğurluq etdiklərinə görə fərdi yaşayış evinə kiminsə gələrək onları görə biləcəyindən ehtiyat etdiklərindən həyəcanlı halda hərəkət etmiş və vaxt azlığından tar qabının içərisində hansı əşyanın olduğuna baxmamışdır. İlk dəfə törətdiyi əməllərindən peşman olmuş, könüllü olaraq təqsirini boynuna almış, ziyan məbləğini tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir və onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Onu da bildirir ki, qardaşı X2 ikinci Qarabağ Müharibəsinin veteranıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş yaralar almışdır, İİİ qrup əlildir, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixə keçən gecə saat 04 radələrində yaşadığı ünvanda qardaşı Təqsirləndirilən şəxs1 yuxudan oyadaraq Mərdəkan qəsəbəsində yerləşən bağ evindən oğurluq etmək lazım olduğunu bildirmiş, Kərimi həmin bağ evində hal-hazırda heç kimin yaşamadığına əmin etmişdir. Bundan sonra yaşadıqları evin həyətyanı sahəsində olan 28-lik “STELLS” markalı velosipedlə qardaşı Kərimlə birlikdə dediyi yerə getmişdir. Mərdəkan qəsəbəsində fərdi yaşayış evinə çatdıqda darvazanın kilidi açıq olduğuna görə darvazadan qeyd edilən edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə Kərimlə birlikdə daxil olmuş, həyətyanı sahədə olan fərdi yaşayış evinə yaxınlaşaraq ağ rəngli plastik qapıdan Kərimlə birlikdə evə daxil olmuşdur. Fərdi yaşayış evinə daxil olduqdan sonra Kərim birinci mərtəbədə zalda olan masanın üzərindəki “HP” markalı noutbuku və noutbukun yanında olan üç ədəd 50 avroluq əskinaslarda olmaqla 150 avro və biri 50 manatlıq, digəri isə 10 manatlıq əskinaslarda olmaqla 60 manatı götürmüş, daha sonra bağ evinin birinci mərtəbəsində yataq otağında bir nəfər şəxsin yatdığı məlum olmuşdur. Bundan sonra evin ikinci mərtəbəsinə qalxmış, Kərim isə birinci mərtəbədə yataq otağında yatan kişinin oyanacağı təqdirdə ona xəbər edərək qaçıb gedəcəklərindən ötrü qalmışdır. İkinci mərtəbədən aşağı düşdükdən sonra yaşlı kişinin yatdığı otağa keçmiş, Kərim isə dəhlizdə otağın çox yaxınlığında gözləmişdir. Həmin şəxsin yatdığı otağı eşələmiş, lakin pul tapa bilməmişdir. Daha sonra Kərim otağa daxil olaraq həmin şəxsin yatdığı otaqda olan bir ədəd “SAMSUNG GALAXY” markalı mobil telefonu götürmüşdür. Daha sonra Kərim ilə fərdi yaşayış evini tərk edərək oradan çıxıb getmişdir. Evi tərk edərkən Kərim birinci mərtəbədə dəhlizdə dolabçanın üzərində olan “LENOVO” markalı planşeti götürmüşdür. Bundan sonra evdən götürdüyü üç ədəd 50 avroluq əskinasın birini qardaşı Kərim ona vermiş, digər ikisi onda qalmışdır. 60 manat nağd pulun hamısı özündə qalmışdır. Evdən götürülən mobil telefonu Kərim özünə götürmüşdür. Noutbuk və planşeti özünə götürmüşdür və həmin əşyaları tanımadığı ayrı-ayrı şəxslərə satmışdır. Həmin şəxslərə noutbuk və planşetin özünə məxsus olduğunu bildirmiş, həmin şəxslər noutbuk və planşetin oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Qeyd edilənlərdən başqa özü və Kərim Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən heç nə oğurlamamışdır. Bundan başqa, 31 yanvar 2023-cü il tarixdə qardaşı Kərimə Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində heç kimin olmadığını, həmin fərdi yaşayış evindən oğurluq etmək istədiyini bildirmiş, Kərimə onunla birlikdə getməyi və oğurluq etməkdə ona kömək etməyi təklif etmişdir. Kərim onunla razılşadıqdan sonra 31 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmiş, Kərim ilə birlikdə hasarın üstündən tullanaraq həyətə daxil olmuşdur. Dəmir borunun üstü ilə qalxıb evin ikinci mərtəbəsinin plastik pəncərəsini burğacla (otvyortka) açaraq evə daxil olmuşdur. Kərim isə həyətdə gözləmişdir. Daha sonra Kərim ona evdən oğurladığı əşyaları çıxartmaqda kömək etmişdir. Həmin əşyaları aparmaq istəyərkən bir nəfər şəxs onu və Kərimi görmüş, həmin şəxs onu saxlamış, Kərim isə hasardan aşmaq yolu ilə qonşuluqda olan həyətyanı sahəyə keçib oradan qaçıb getmişdir. Kərim ilə birlikdə 31 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsi ev 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən elektrik naqillərini və tar qabında olan musiqi alətini oğurlamaq istəsə də, tanımadığı şəxs onları gördüyünə görə niyyətləri baş tutmamışdır. Özü və Kərimin Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən silah oğurlamaq fikrimiz olmamış, həmin fərdi yaşayış evindən elektrik naqillərini və tar qabında olan musiqi alətini oğurlamaq istəmişdir. Özü və Kərimin tar qabında hansı əşyanın olduğundan xəbərləri olmamışdır. Tar qabında olan əşyanın musiqi aləti olduğunu zənn etmiş, həmin tar qabında silahın ola biləcəyi ağıllarına belə gəlməmişdir. Nə özünün, nə də İlyanın məqsədi silah oğurlamaq olmamışdır. Günorta vaxtı oğurluq etdiklərinə görə fərdi yaşayış evinə kiminsə gələrək onları görə biləcəyindən ehtiyat etdiklərindən həyəcanlı halda hərəkət etmiş və vaxt azlığından tar qabının içərisində hansı əşyanın olduğuna baxmamışdır. Xəzər RPİ-nin 1ci PŞ-nə gətirildikdən sonra tar qabında ov silahı olduğunu bilmişdir. İlk dəfə törətdiyi əməllərindən peşman olmuş, ziyan məbləğini tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir və onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Onu da bildirir ki, qardaşı X2 ikinci Qarabağ Müharibəsinin veteranıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş yaralar almışdır, İİİ qrup əlildir, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixinə keçən gecə saat 04 radələrində yaşadığı ünvanda evin birinci mərtəbəsində yataq otağında yatdığı zaman kişi səsinə oyanmış, lakin qorxduğundan özünü yatmış kimi aparmış, iki nəfər şəxs onun yatdığı otağı eşələmiş, həmin şəxslər onun yuxudan oyandığını hiss etməmişdir. Həmin şəxslər otağı bir müddət eşələdikdən sonra çıxıb getmişlər. Bundan sonra o, evin birinci mərtəbəsində masanın üzərində olan bir ədəd “HP PAVİLİON” markalı noutbukun və noutbukun yanındakı 3 ədəd 50 avroluq əksinaslar da olmaqla 150 avro və biri 50 manatlıq digəri 10 manatlıq əskinaslarda olmaqla 60 manat nağd pulun, fərdi yaşayış evinin birinci mərtəbəsində dəhlizdə dolabçanın üzərində olan “LENOVO TAB 7” markalı planşetin, yatdığı otaqda olan bir ədəd “SAMSUNG GALAXY” A-03 markalı mobil telefonun götürüldüyünü aşkar etmişdir. Bir ədəd “SAMSUNG GALAXY A-03” markalı mobil telefonun dəyəri 150 manat, bir ədəd “LENOVO TAB 7” markalı planşetin dəyəri 115 manat, bir ədəd “HP PAVİLİON” markalı noutbukun dəyəri 400 manat olmaqla 150 avro və 60 manat pul da nəzərə alınaraq ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Qaranlıq olduğuna və özünü yatmış kimi aparmağı səbəbindən gözünü tam açıb baxa bilmədiyinə görə həmin şəxslərin əlamətlərini müşahidə edə bilməmiş, lakin səsləri 20-25 yaşlarında olan şəxslərin səsinə oxşamışdır. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, əmlaklar qaytarılmışdır. Buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və ya digər tələbi yoxdur. Zərərçəkmiş şəxs1 24 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın tamamilə ödənilməsini, buna görə də onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, səhhəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 31 yanvar 2023-cü il tarixdə saat 14 radələrində qonşuluqda yaşayan əmisi oğlu Şahid istifadəsində olan mobil nömrəyə zəng edərək iki nəfər tanımadığı şəxsin ona məxsus fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə daxil olaraq təqribən 1000 metr uzunluğunda elektrik naqilini və bir ədəd 12 kalibrli, “Cifson” markalı 122373 nömrəli iki lüləli ov tüfəngini oğurlayıb aparmaq istəyərkən onun tərəfindən həmin şəxslərdən birinin küçədə saxlanıldığını, digər şəxsin isə qaçıb getdiyini bildirmişdir. Tez bir zamanda yaşadığı evə gəlmiş, həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu məlum olmuş, Təqsirləndirilən şəxs2 qaçıb gedən şəxsin qardaşı Kərim olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əmisi oğlu Rəfael Qafarovla birlikdə apararaq Xəzər RPİ-nin 1-ci PŞ-nə təhvil vermişlər. Ona məxsus fərdi yaşayış evindən İlya və Təqsirləndirilən şəxs1 qardaşları tərəfindən oğurlanmağa cəhd edilən elektrik naqili təqribən 1000 metr uzunluğunda olmaqla qiyməti təqribən 1000 manat, pula ehtiyacı olduğuna görə həmin elektrik naqilini satmışdır. Ov tüfəngi 2011-ci ildən ondadır, istifadəyə yararlı, “Cifson” markalı, iki lüləli ov tüfəngidir. Ovçuluq fəaliyyəti ilə məşğul olduğundan mütəmadi olaraq həmin ov tüfəngindən istifadə edir. Həmin ov tüfəngini ona məxsus fərdi yaşayış evində köhnə tar qabında ağzı bağlı vəziyyətdə saxlamışdır. Ov tüfəngini saxladığı tar qabı isə indiki bazar qiyməti ilə təqribən 50 manat olmuş, həmin tar qabını pula ehtiyacı olduğuna görə satmışdır. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, əmlaklar qaytarılmışdır. Buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və ya digər tələbi yoxdur. Zərərçəkmiş şəxs2 11 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın tamamilə ödənilməsini, buna görə də onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, ailə vəziyyəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Zərərçəkmiş şəxs2 onun həm əmisi oğlu, həm də qonşusudur. 31 yanvar 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evin qarşısındakı küçədə olarkən iki nəfər şəxsin Fərhada məxsus fərdi yaşayış evindən elektrik naqilini və bir ədəd tar qabını hasardan küçəyə tullayaraq oğurlayıb aparmaq istədiyini görmüş, həmin iki nəfər şəxsdən birini saxlaya bilmiş, digər şəxs isə qaçıb getmişdir. Dərhal Fərhada zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, az müddət keçdikdən sonra Fərhad gəlmişdir. Həmin şəxsi Xəzər RPİnin 1-ci PŞ-nə apararaq polis əməkdaşlarına təhvil vermişlər. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu məlum olmuş, Təqsirləndirilən şəxs2 onunla birlikdə Fərhada məxsus fərdi yaşayış evindən əşyaları oğurlamaq istəyən şəxsin isə qardaşı Kərim olduğunu bildirmişdir. Fərhada məxsus fərdi yaşayış evindən oğurlanmağa cəhd edilən əşyalardan biri təqribən 1000 metr uzunluğunda elektrik naqili olmuş, digər əşya isə tar qabında olan əşya olmuşdur. Həmin əşyanın musiqi aləti olduğunu fikirləşsə də, sonradan həmin əşyanın ov tüfəngi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 davranışlarından onun da əşyanın musiqi aləti olduğunu zənn etdiyini müşahidə etmişdir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Yunis tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış Ərizələrdən görünür ki, onlara dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara qarşı heç bir şikayət və ya digər tələbləri yoxdur və təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarında olan müvafiq arayış, vəsiqə və sərəncamların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşları X2 ikinci Qarabağ Müharibəsinin veteranıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş yaralar almışdır, İİİ qrup əlildir, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmələri özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını, qardaşı X1 ikinci Qarabağ Müharibəsinin veteranı və İİİ qrup əlil olmasını, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarında olan ünvan 2 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli tutulduğu 07 mart 2023-cü il tarixdən hesablanmaqla 14 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun 13 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli 23 nömrəli Arayışdan görünür ki, ünvan 2 2023-cü il tarixli qərarı ilə barəsində 14 iyun 2023cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti uzadılmadığından, müəssisə rəisinin 14 iyun 2023-cü il tarixli protokolu ilə 3 saylı İstintaq Təcridxanasından yaşayış yerinə gedir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində 07 mart 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını, qardaşı X1 ikinci Qarabağ Müharibəsinin veteranı və İİİ qrup əlil olmasını, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi və əmlakların qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3, Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 30 iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 iş saatına görə 180,00 (yüz səksən) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 30 iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 iş saatına görə 180,00 (yüz səksən) manat olmaqla ümumilikdə 720,00 (yeddi yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində 07 mart 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi və əmlakların qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 180,00 (yüz səksən) manat, məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180,00 (yüz səksən) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 180,00 (yüz səksən) manat, məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 180,00 (yüz səksən) manat olmaqla ümumilikdə 720,00 (yeddi yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-74/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-74/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver