Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-747/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 və Təqsirləndirilən şəxs Yousufun iştirakları ilə, 09 may 2003-cü il tarixdə Pakistan İslam Respublikasında doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Karaçi şəhərində qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-520/2023 saylı 31 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 iyul 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Yousufun Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Yousuf Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən müəyyən edilmiş sənədlər olmadan, saxtalaşdırılmış sənədlə Azərbaycan Respublikasından İrlandiya Respublikası istiqamətində keçməyə cəhd etmiş, həmçinin bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Yousuf Azərbaycan Respublikasından İrlandiya Respublikasına qanunsuz yolla getmək məqsədi ilə 2023-cü ilin əvvəlində istintaqa məlum olmayan vaxtda İtaliya Respublikasının vətəndaşı olmadığı halda özünün anket məlumatları və fotoşəkli daxil edilməklə saxtalaşdırılmış YB1770367 nömrəli İtaliya Respublikası vətəndaşı pasportunu əldə edib, 29 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Heydər X2” sərhəd nəzarəti məntəqəsinə gələrək qeyd olunan pasportdan biləbilə istifadə edib, həmin gün, saat 04:10-da sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İrlandiya Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Yousuf ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, Pakistan İslam Respublikasında yaşayış çətin olduğu üçün yaşamaq və işləmək məqsədi ilə İtaliya Respublikasına getmək qərarına gəlmiş, əmisi Əbubəkirin dostu İlyasın köməkliyi ilə 2023-cü ilin əvvəlində Pakistan İslam Respublikasında 2.000.000 (iki milyon) Pakistan rupisinə özünə İtaliya Respublikasına məxsus pasport əldə etmiş, İtaliya Respublikasına məxsus pasport aldıqdan sonra əmisinin dostu İlyas ona Bakı şəhərinə, oradan isə İtaliya Respublikasına getməyini bildirmişdir. Bu məqsədlə özünə məxsus Pakistan İslam Respublikası pasportundan istifadə etməklə 24 iyul 2023-cü il tarixdə Karaçi-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində “Atlas” otelində qalmışdır. Pakistan İslam Respublikasında 28 iyul 2023-cü İİ tarixdə Bakı-İstanbul-Dublin aviareysinə aldığı bileti 27 iyul 2023-cü il tarixdə itirdiyi üçün 29 iyul 2023-cü il tarixdə yenidən Bakı- İstanbul-Dublin aviareysinə bilet alaraq X6 Hava Limanına gəlmişdir. X6 Hava Limanında üzərində olan Pakistan İslam Respublikasına məxsus pasportu zibil qutusuna atmış, dövlət sərhədindən keçmək məqsədi ilə Pakistan İslam Respublikasında əldə etdiyi İtaliya Respublikasına məxsus pasportu rəsmiləşdirilməsi üçün X6 Hava Limanında sərhəd nəzarəti şöbəsində sərhəd naryadına təqdim etmişdir. Təqdim etdiyi İtaliya Respublikasına məxsus pasport rəsmiləşdirilən zaman saxtalıqda şübhəli bilindiyi üçün 29 iyul 2023-cü il tarixdə saat 04.10 radələrində saxlanılmışdır. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər X2” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, kapitan Şahid2 göstərdi ki, 28 iyul 2023-cü il tarixdə saat 09.00-dan, 29 iyul 2023-cü il tarixdə saat 09.00-dək “X6 Hava Limanı” sərhəd nəzarəti şöbəsinin “Terminal 1” uçub getmə zalında “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman 29 iyul 2023-cü il tarixdə saat 04 radələrində “X6 Hava Limanında” sərhəd nəzarəti şöbəsinin “Terminal 1” uçub getmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan baş leytenant Şahid1 Məhərrəm oğlu ona R-0339 saylı “Bakı-İstanbul-Dublin” aviareysi ilə Azərbaycan Respublikasından İrlandiya Respublikasına getmək istəyən, 09 may 2003-cü il təvvəlüdlü Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Yousufun təqdim etdiyi YB1770367 nömrəli İtaliya pasportunu rəsmiləşdirilən zaman pasportun saxta olduğundan şübhələndiyini məruzə etmiş, həmin istiqamətdə hərəkət edərək Pakistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Yousufun İtaliya Respublikasına məxsus pasportuna təkrar baxış keçirmiş, söhbət əsnasında Təqsirləndirilən şəxs Yousufun 24 iyul 2023-cü il tarixdə Karaçi-Bakı reysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına LN4156551 nömrəli pasportla Azərbaycan Respublikasına gəlməsi məlum olmuş, həmin pasportu 29 iyul 2023-cü il tarixdə X6 Hava Limanında zibil qutusuna atmışdır. Daha sonra Təqsirləndirilən şəxs Yousufun təqdim etdiyi İtaliya Respublikasına məxsus pasportun tam saxta olduğunu dəqiqləşdirmş, sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmiş, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Yousuf saat 04:10-da “X6 Hava Limanı” sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən DSX-nin X3 X2” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, baş leytenant Şahid1 Məhərrəm oğlu da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan DSX-nin Sərhəd Nəzarətinin rəisinin vəzifələrini müvəqqəti icra edən polkovnik Azad Qasımovun 29 iyul 2023-cü il tarixli məktubundan görünür ki, 29 iyul 2023-cü il tarixdə, saat 04:10-da 0339 saylı “Bakı-İstanbul Dublin” aviareysi ilə Azərbaycan Respublikasından İrlandiya Respublikasına gedən, 09 may 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Yousufun “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi YB1770367 nömrəli İtaliya Respublikasına məxsus pasport tam saxta olması səbəbindən Təqsirləndirilən şəxs Yousuf saxlanılmışdır. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli 2272 nömrəli aktdan görünür ki, 29 iyul 2023-cü il tarixdə, saat 04:10-da 0339 saylı “Bakı-İstanbul Dublin” aviareysi ilə Azərbaycan Respublikasından İtaliya Respublikasına gedən, 09 may 2003-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Yousufun “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi YB1770367 nömrəli İtaliya Respublikasına məxsus pasporta baxış keçirilən zaman həmin pasportun mikroçipi oxunmamış, həmin pasport nümunəyə uyğun olmamış, pasporta ultrabənövşəyi işıq altında baxdıqda heç bir müdafiə elementi əks olunmamış, su nişanı olmamış, pasportun nömrəsi nümunəyə uyğun yazılmamışdır. İş materiallarında olan DSX-nin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yousuf 24 iyul 2023-cü il tarixdə LN4156551 nömrəli pasportla Karaçi-Bakı reysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş, 29 iyul 2023-cü il tarixdə İtaliya Respublikasına məxsus YB1770367 nömrəli saxta pasportla dövlət sərhədindən hərəkət etmək istəyən zaman saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN İNTERPOL-un 04 avqust 2023-cü il tarixli 3-13-25/2-9027/2023 saylı məktubdan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı, 09 may 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Yousufun beynəlxalq axtarışda olması barədə İNTERPOL-un “e3-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2023-cü il tarixli, 5/1087 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Yousufun adına olan YB1770367 nömrəli İtaliya Respublikasına məxsus pasportun blankı mətbəə üsulu ilə çap olunmayıb, axınlı çap qurğusunda (printerdə) hazırlanmışdır. Təqdim olunmuş pasport bu növ sənədlərə uyğun üsullarla hazırlanmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 90,00 (doxsan) manat təşkil edir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs Yousufun adına olan YB1770367 nömrəli İtaliya Respublikasına məxsus pasport maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli Qəbzdən görünür ki, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı X4 Təqsirləndirilən şəxs Yousuf saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş puldan 200 ABŞ dolları və 50 manat pulu onun 31 iyul 2023-cü il tarixli ərizəsi əsasında həmin tarixdə özünə müdafiəçinin və tərcüməçinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin inzibati binasında təhvil vermişdir. Beləliklə də, istintaq zamanı Təqsirləndirilən şəxs Yousufun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01 avqust 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yousuf əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Yousufun Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən müəyyən edilmiş sənədlər olmadan, saxtalaşdırılmış sənədlə Azərbaycan Respublikasından İrlandiya Respublikası istiqamətində keçməyə cəhd etməsi, həmçinin bilə-bilə saxta sənəddən istifadə etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Yousufun cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Yousufun ilk dəfə törətdiyi əməllərini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Yousufun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Yousufa cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Yousufa təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 520/2023 saylı 31 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yousuf barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 31 iyul 2023-cü il tarixdən hesab edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, cinayət törətdiklərinə görə təyin olunmuş cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilən həllar nəzərə alınmaqla tətbiq edilə bilər”. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Yousuf Pakistan İslam Respublikasının Karaçi şəhərində qeydiyyatda olmaqla orada yaşayır, Azərbaycan Respublikasında yaşayan qohumu yoxdur, burada iş yeri yoxdur, heç bir əmək fəaliyyəti ilə məşğul olmur və ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiq edilməməsi üçün CM-nin 52.1-ci maddəsində göstərilən əsaslardan heç biri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yousuf ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs Yousufun sərhəd nəzarətinə təqdim etdiyi YB1770367 nömrəli İtaliya Respublikasına məxsus pasport hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 90,00 (doxsan) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs Yousufdan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Yousufun CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Yousufun dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Yousufa məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Yousuf Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Yousufa qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 29 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Yousufun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs Yousufun sərhəd nəzarətinə təqdim etdiyi YB1770367 nömrəli İtaliya Respublikasına məxsus pasport hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Yousufdan məhkəmə xərcləri – 90,00 (doxsan) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yousuf ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Yousufun hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Yousufa isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-747/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-747/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver