Məhkəmə qərarları › İş №1(003)-75/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-75/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-75/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Su Təsərrüfatı 23 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüququnu ələ keçirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ümumilikdə 0,070 ha ölçüdə torpaq sahəsi verib sənədləşdirəcəyinə dair yalandan vəd verərək, 09 mart 2019-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ərazisində 20 500 manat, əlavə olaraq həmin torpağa peyk vasitəsi ilə çəkilmiş rəsmi sənəd düzəldəcəyi barədə yalandan vəd verərək, 2019-cu ilin təxminən aprel ayının ortalarında Bakı şəhəri, Binə qəsəbəsi, Bakavtomat yolu ərazisində 1800 manat pulunu almış, verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 22 300 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ümumilikdə 0,020 ha ölçüdə torpaq sahəsi verib sənədləşdirəcəyinə dair yalandan vəd verərək, 2019-cu ilin təxminən may ayının əvvərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ərazisində 4000 manat pulunu almış, verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 4000 manat məbləğində pulunu ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 tanıyır. 2019-cu ildə ona 7 sot torpaq sahəsi satmışdır. Həmin torpaq sahəsinə görə və sənədin düzəlməsi üçün cəmi 26 300 manat pul almışdır. O, pulu hissə-hissə almışdır. Lakin torpağın sənədini düzəldə bilməmişdir. Pulu da xərclədiyi üçün qaytara bilməmişdir. Sözü gedən torpaq sahəsi özünə məxsus olmamış, niyyəti sənəd düzəldib satmaq olmuşdur. Özünü təqsirli bilir. Əməllərindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. 07 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşu olmuş və əvvəllər normal münasibəti olmuşdur. 2019-ci ildə kürəkəni Rövşən Yasamal rayonunda dönərçi işləyən zaman İsa adlı şəxslə tanış olmuşdur, ailəvi dediş-gəlişləri olmuşdur. 2019-cu ilin mart ayında İsa onun evində olan zaman demişdir ki, buralarda torpaq sahəsi almaq istəyir. O, bildirmişdir ki, qonşu Təqsirləndirilən şəxs torpaq sahəsi satır. Bu barədə Elçindən soruşanda bildirmişdir ki, Binə qəsəbəsində yol kənarında özünə məxsus 7 sot torpaq sahəsini satır. O, həmin torpaq sahəsində İsa ilə birlikdə baxmışdır. İsa ilə şərik olaraq həmin torpaq sahəsini almış, gələcəkdə obyekt tikmək qərarına gəlmişlər. Elçinlə həmin torpaq sahəsini 20500 manata almağa razılaşmışlar. İsa ilə razılaşmışlar ki, pulun bir hissəsini İsa, qalan hissəsini özü versin. O, 2019-cu ilin martın 9-u özünə məxsus olan Bakı şəhəri, Binə qəsəbəsi Bakavtomat deyilən yerdə yerləşən evinin qabağında Təqsirləndirilən şəxs 20500 manata vermişdir. Pulu verərkən İsa və Rövşən yanında olmuşlar. Bundan 5 ay sonra Elçin həmin torpaq sahəsinə görə köhnə kağızda olan sənəd vermişdir. Sənədə baxanda görmüşdür ki, sənəd saxtadır. O, Elçinə etiraz etmiş, Elçin 1800 manat müqabilində torpağa dair peyk vasitəsilə çəkilmiş rəsmi sənəd verəcəyi barədə söz vermişdir. Daha sonra 2019-cu ilin təxminən aprel ayının ortalarında Bakı şəhəri, Binə qəsəbəsi Bakavtomat deyilən yerdə yerləşən evinin qabağında 1800 manat pulu İsa və Rövşənin yanında Elçinə vermişdir. Sonra Elçin demişdir ki, torpaq sahəsini 2 sot artıq verə bilər. Bu məqsədlə 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Binə qəsəbəsi Bakavtomat deyilən yerdə yerləşən evinin qarşısında İsa və Rövşənin iştirakı ilə o, Elçinə əlavə olaraq 4000 manat pul vermişdir. Elçin pulları almış, torpaq sahəsini satacağı və sənədlərini düzəldəcəyi barədə vəd vermişdir. Lakin indiyədək onu aldadaraq verdiyi vədə əməl etməmiş, ona nə torpaq sahəsi nə də ki, rəsmi sənəd verməmişdir. Sonradan bilmişdir ki, torpaq sahəsi Elçinə aid deyil və həmin sahəni saxta sənədlə ona satmışdır. Sözü gedən puldan 10 000 manatı İsaya məxsus olmuş, qalan pul isə ona məxsus olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışıq əldə etmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir. 07 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. O, Elçini dostu Rövşən və qayınatası Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Belə ki, 2019-ci ildə Rövşən ilə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. Hazırda da dostdurlar, ailəvi dediş-gəlişi vardır. Oktayı Rövşənin qayınatası kimi tanımışdır. 2019-cu ilin mart ayında Oktaygildə olarkən Binə qəsəbəsində torpaq sahəsi almaq istədiyini demişdir. Oktay da bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxs torpaq sahəsi satır. Bu barədə Elçindən soruşanda bildirmişdir ki, Binə qəsəbəsində yol kənarında özünə məxsus 7 sot torpaq sahəsini satır. O, həmin Oktay və Rövşən ilə birlikdə torpaq sahəsinə baxmışdır. Oktay ilə şərik olaraq həmin torpaq sahəsini alıb gələcəkdə obyekt tikmək qərarına gəlmişlər. Elçinlə həmin torpaq sahəsini 20500 manata razılaşmışlar. Pulun bir hissəsini Oktay, qalan hissəsini özü vermişdir. Oktay 2019-cu ilin martın 9-u özünə məxsus olan Bakı şəhəri, Binə qəsəbəsi Bakavtomat deyilən yerdə yerləşən evinin qabağında Təqsirləndirilən şəxs 20500 manat vermişdir. Həmin vaxt yanında Rövşən olmuşdur. Bundan 5 ay sonra Elçin Oktaya həmin torpaq sahəsinə görə köhnə kağızda olan sənəd vermişdir. Sənədə baxan zaman sənədin saxta olduğunu görmüşlər. Oktay Elçinə etiraz etmiş, Elçin 1800 manat müqabilində torpağa dair peyk vasitəsilə çəkilmiş rəsmi sənəd verəcəyi barədə söz vermişdir. Oktay onunla bu barədə danışmış, çarəsiz qalaraq razılaşmış və 2019-cu ilin təxminən aprel ayının ortalarında Bakı şəhəri, Binə qəsəbəsi, Bakavtomat deyilən ərazidə yerləşən evinin qabağında Oktay 1800 manat pulu onun və Rövşənin yanında Elçinə vermişdir. Sonra Elçin demişdir ki, torpaq sahəsini 2 sot artıq verə bilər. Onlar razıdlaşmışlar və bu məqsədlə də onun və Rövşənin iştirakı ilə 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Binə qəsəbəsi Bakavtomat deyilən yerdə yerləşən evinin qabağında Oktay Elçinə əlavə olaraq 4000 manat pul vermişdir. Elçin pulları alıb torpaq sahəsini satacağı və sənədlərini düzəldəcəyi barədə vəd vermişdir. Lakin indiyədək aldadaraq verdiyi vədə əməl etməmiş, onlara nə torpaq sahəsi nə də ki, rəsmi sənəd verməmişdir. Sonradan bilmişlər ki, torpaq sahəsi Elçinə aid deyil və həmin sahəni saxta sənədlə satmışdır. Sözü gedən puldan 10000 manatı özünə məxsus olmuş, qalan pul isə Oktaya məxsus olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs qayınatatasının qonşusudur. Əvvəllər normal münasibəti olmuşdur. 2019-ci ildə Yasamal rayonunda dönərçi işləyən zaman İsa ilə tanış olmuş, ailəvi dediş-gəlişi vardır. 2019-cu ilin mart ayında İsa onların evində olan zaman qayınatası Oktaya demişdir ki, buralarda torpaq sahəsi almaq istəyir. Oktay isə bildirmişdir ki, qonşu Təqsirləndirilən şəxs torpaq sahəsi satır. Bu barədə Elçindən soruşduqda o, bildirmişdir ki, Binə qəsəbəsində yol kənarında özünə məxsus 7 sot torpaq sahəsini satır. Onlar İsa və Oktay ilə birlikdə həmin torpaq sahəsinə baxmışlar. İsa ilə qayınatası Oktay şərik olaraq həmin torpaq sahəsini alıb gələcəkdə obyekt tikmək qərarına gəlmişlər. Elçinlə həmin torpaq sahəsini 20500 manata razılaşmışlar. İsa və Oktay pulunu şərikli ödəyəcəklərinə dair razılaşmışlar. Oktay 2019-cu ilin martın 9-u özünə məxsus olan Bakı şəhəri, Binə qəsəbəsi, Bakavtomat deyilən yerdə yerləşən evinin qabağında Təqsirləndirilən şəxs 20500 manat vermişdir. Pulu verərkən İsa və özü orada olmuşdur. Bundan 5 ay sonra Elçin həmin torpaq sahəsinə görə köhnə kağızda olan sənəd vermişdir. Sənədə baxan zaman saxta olduğunu görmüşlər. Oktay Elçinə etiraz etmiş, Elçin bildirmişdir ki, 1800 manat müqabilində torpağa dair peyk vasitəsilə çəkilmiş rəsmi sənəd verəcəyi barədə söz verir. Oktay razılaşaraq 2019-cu ilin təxminən aprel ayının ortalarında Bakı şəhəri, Binə qəsəbəsi, Bakavtomat deyilən yerdə yerləşən evinin qabağında 1800 manat pulu İsa və onun yanında Elçinə vermişdir. Sonra Elçin demişdir ki, torpaq sahəsini 2 sot artıq verə bilər. Bu məqsədlə İsa və onun iştirakı ilə 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Binə qəsəbəsi Bakavtomat deyilən yerdə yerləşən evinin qabağında Elçinə əlavə olaraq 4000 manat pul verilmişdir. Elçin pulları alıb torpaq sahəsini satacağı və sənədlərini düzəldəcəyi barədə vəd vermişdir. Lakin indiyədək aldadaraq vədinə əməl etməmişdir. Sözü gedən puldan 10 000 manatı İsaya, pulun qalan hissəsi isə qayınatasına məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 19 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, buna görə də ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 18 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfində ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışıq əldə etmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxsnın cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxsnın ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödəyərək onlarla barışıq əldə eməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, ona həmin maddələrlə ittiham elan edildikdən sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-391/2023 saylı, 05 sentyabr 2022-ci il qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 iki ay həddində həbs qətimkan tədbiri seçilmişdir. 02 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti uzadılmamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın xx.xx.2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində saxlanıldığı 02 (iki) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Su Təsərrüfatı 23 saylı evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş materiallarında olan maddi sübut kimi tanınmış 10 iyul 1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarış iş materiallarında saxlanılmalıdır. İş üzrə Zərərçəkmiş şəxs2 ödınilən maddi ziyan nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 03 sentyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 1(bir) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 1(bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Su Təsərrüfatı 23 saylı evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş materiallarında olan maddi sübut kimi tanınmış 10 iyul 1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarış iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 ödınilən maddi ziyan nəzərə alınsın. Zərərçəkmiş şəxs1 maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə qaydasında iddia ilə müraciət etmək hüquq izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 150 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar