Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-75/2024 08.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 yetkinlik yaşına çatmayan və 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşamış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-75/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 25 iyun 2024-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs mənzilə, anbara, yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədiilə 17 may 2022-ci il tarixdə saat 22 radəsində əvvəllər kirayədə yaşadığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 750 manat dəyərində televizor, 01 dəst “Madonna” markalı dəyəri 350 manat olan qab-qacaq dəsti, 01 ədəd 75 manat dəyərində Su qabı dəsti, 01 ədəd 220 manat dəyərində “tefal” markalı qazan dəsti, 03 ədəd hər birinin dəyəri 35 manat olan ümumilikdə 105 manat dəyərində meyvə qabı, 300 manat dəyərində olan stəkan dəstini oğurlamaqla cəmi 1800 manat maddi ziyan vurmaqla həmin evə aid olan zirzəmiyə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 20 manat olan ümumilikdə 80 manat qiymətində 4 ədəd yastıq, hər birinin qiyməti 25 manat olan ümumilikdə 100 manat qiymətində 4 ədəd yorğan, hər birinin qiyməti 75 manat olan ümumilikdə 150 manat qiymətində 2 ədəd ədyal, hər birinin qiyməti 7 manat olan ümumilikdə 322 manat qiymətində 46 ədəd əl-üz dəsmalı, 01 ədəd 350 manat qiymətində tozsoran, 01 ədəd 1000 manat qiymətində televizor, 01 ədəd 100 manat qiymətində qaz peçi, 01 ədəd 100 manat qiymətində sok çəkən, hər birinin qiyməti 40 manat olan ümumilikdə 240 manat qiymətində 06 ədəd qazan-tava dəsti və 01 ədəd 40 manat qiymətində “Baqema” markalı su qabı oğurlamaqla Zərərçəkmiş şəxs2 cəmi 2482 manat maddi ziyan vurub vahid niyyətlə əhatələnən oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 sonuncunun bacısı oğlu X1 qəsəbəsi R.İmanov küçəsi 2 A ünvanında yerləşən fərdi yaşayış evini 2022-ci ilin dekabr ayında kirayə götürən zaman tanımışdır. Həmin evdə o, ayda 350 manata 2022-ci ilin may ayına qədər yaşamışdır. Həmin evdə o, iki övladı ilə birlikdə yaşamış, ara bir onlara anası və bacısı gəlib qalmışdır. Kirayə yaşayanda evdə gündəlik yaşamaq üçün əşyalar olmuşdur. Orada yaşadığı müddətdə Qənifəyə məxsus “Samsung” markalı televizoru və iki gözlü olan qaz sobasını sındırmış və yararsız hala salmışdır. Qənifənin məlumatı ola-ola sındırdığı həmin əşyaları evdən çıxarkən özü ilə aparmış, həmin evdən başqa heç bir əşya oğurlamamışdır, barəsində deyilənlər şər və böhtandır. Məhkəmə istinqağının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, ilk dəfə törətdiyi əməlindən peşman olaraq zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır, hazırda onların ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Himayəsində 2 yetkinlik yaşına çatmayan və 1 azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, 12 mart 2022-ci il tarixdə Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi bina 2 mənzil 8-də yerləşən evini Təqsirləndirilən şəxs aylıq 300 manata kirayə vermiş, Vüsalə cəmi 1 ay kirayə pulunu verdikdən sonra aylıq ödənişi etməmiş və qonşuluqda yaşayan şəxslər Vüsalənin başqa şəxslərlə evə gəldiyini deyərək şikayət etmişlər. Bu səbəbdən o, Vüsaləyə evdən çıxmağını demişdir. Lakin Vüsalə ayın tamam olmasını ondan tələb etmiş və evdən çıxmamışdır. 12 may 2022-ci il tarixdə evə gəldikdə qapının bağlı olduğunu görmüş və Vüsaləyə zəng vuraraq gəlib evi təhvil verməsini tələb etmişdir. Vüsalə ona yalandan demişdir ki, Bakı şəhərində deyil və evin açarlarını itirmişdir. 17 may 2022-ci il tarixdə qonşular ona zəng vuraraq onun evində yaşayan kirayənişinin yük avtomobilinə ev əşyalarını yığdığını bildirmişlər. O, Vüsaləyə zəng vurmuş, lakin Vüsalə telefona cavab verməmişdir. Sabahısı gün Vüsalənin evində kirayədə birgə yaşadığı Taleh adlı oğlanın atasının mobil nömrəsini taparaq zəng edib vəziyyəti danışmış, həmin gün Talehin atası evin açarlarını taparaq ona gətirmiş və o, evin qapısını açaraq içəriyə keçmişdir. Evə girdikdə, ev tamamilə boş olmuşdur. Bunu Talehin atası da görmüşdür. Evdə əyşyalar dağıdılmış və sındırılmış vəziyyətdə olmuşdur. Bundan başqa, evin birinci mərtəbəsindəki işlək vəziyyətdə olmayan mağazaya, eləcə də anbar kimi istifadə etdiyi saxlanc yerində yığdığı bacısı qızı Zərərçəkmiş şəxs2 Xanvər qızına məxsus cehizlik əşyalarının da oğurlandığını görmüşdür. O, Vüsaləyə evini kirayə verdikdə həmin mağazanın qapısını qıfılla bağlamış və Vüsalənin mağazaya girmək hüququ olmamışdır. Vüsalə 17 may 2022-ci il tarixdə mağazanın qapısının qıfılını sındırmış və içəriyə keçərək oradakı əşyaları oğurlamışdır. Mağazadan Səbinəyə məxsus hər birinin qiyməti 20 manat olan ümumilikdə 80 manat qiymətində 4 ədəd yastıq, hər birinin qiyməti 25 manat olan ümumilikdə 100 manat qiymətində 4 ədəd yorğan, hər birinin qiyməti 75 manat olan ümumilikdə 150 manat qiymətində 2 ədəd ədyal, hər birinin qiyməti 7 manat olan ümumilikdə 322 manat qiymətində 46 ədəd əl-üz dəsmalı, 01 ədəd 350 manat qiymətində tozsoran, 01 ədəd 1000 manat qiymətində televizor, 01 ədəd 100 manat qiymətində qaz peçi, 01 ədəd 100 manat qiymətində sok çəkən, hər birinin qiyməti 40 manat olan ümumilikdə 240 manat qiymətində 06 ədəd qazan-tava dəsti və 01 ədəd 40 manat qiymətində “Baqema” markalı su qabı oğurlanmış, ümumilikdə Səbinəyə 2482 manat maddi ziyan dəymişdir. Həmçinin ona məxsus evdən 01 ədəd 750 manat dəyərində televizor, 01 dəst “Madonna” markalı qiyməti 350 manat olan qab-qacaq dəsti, 01 ədəd 75 manat qiymətində su qabı dəsti, 01 ədəd 220 manat qiymətində “tefal” markalı qazan dəsti, 03 ədəd hər birinin qiyməti 35 manat olan ümumilikdə 105 manat qiymətində meyvə qabı, 300 manat qiymətində stakan dəsti oğurlanmışdır. Ümumilikdə oğurluq nəticəsində ona 1800 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 04 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona cəza verilməsini istəmir. Məhkəmənin iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 Xanlar qızının yaşadığı ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada çağırış vərəqəsi, mobil telefonuna isə elektron qaydada “sms” göndərilmiş, o, məhkəmənin əvvəlki iclaslarının birinə gəlmiş, lakin həmin gün təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyinə görə iclas təxirə salınmış, Zərərçəkmiş şəxs2 isə üzrlü səbəblərə görə sonrakı iclaslara gəlməmişdir. Zərərçəkmiş şəxs2 Xanlar qızının məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xalası Zərərçəkmiş şəxs1 məxsus Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi bina 2 mənzil 8-də yerləşən evinə cehizlik əşyalarını yığıb saxlamışdır. Sonradan isə ona məlum olmuşdur ki, həmin evdə kirayədə yaşayan Vüsalə adlı kirayənişin ona və xalasına məxsus ev əşyalarını oğurlamışdır. Belə ki, həmin evdə ona məxsus hər birinin qiyməti 20 manat olan ümumilikdə 80 manat qiymətində 4 ədəd yastıq, hər birinin qiyməti 25 manat olan ümumilikdə 100 manat qiymətində 4 ədəd yorğan, hər birinin qiyməti 75 manat olan ümumilikdə 150 manat qiymətində 2 ədəd ədyal, hər birinin qiyməti 7 manat olan ümumilikdə 322 manat qiymətində 46 ədəd əl-üz dəsmalı, 01 ədəd 350 manat qiymətində tozsoran, 01 ədəd 1000 manat qiymətində televizor, 01 ədəd 100 manat qiymətində qaz peçi, 01 ədəd 100 manat qiymətində sok çəkən, hər birinin qiyməti 40 manat olan ümumilikdə 240 manat qiymətində 06 ədəd qazan-tava dəsti və 01 ədəd 40 manat qiymətində “Baqema” markalı su qabı oğurlanmışdır. Ümumilikdə oğurluq nəticəsində ona 2482 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 Xanlar qızı 04 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona cəza verilməsini istəmir. Məhkəmənin iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı evdə olan əşyaları onun oğurlamasını bildirmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Xanlar qızı tərəfindən məhkəməyə ünvanlanmış 04 iyul 2024-cü il tarixli Ərizələrdən ğörünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona cəza verilməsini istəmirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan və 1 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışının əvvəlində verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək özünü təqsirli bilmədiyini, həmin cinayətin onun tərəfindən törədilməməsini göstərmiş, lakin onun həmin dəlilləri məhkəmə iclasında zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib edilmiş, qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədlməsi tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda ilk dəfə törətdiyi əməlindən peşman olmasını bildirməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya tələbinin olmamasını və ona cəza təyin edilməməsini xahiş etmələrini, himayəsində 2 yetkinlik yaşına çatmayan və 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 03 may 2024-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-75/2024 saylı 27 may 2024-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 26 iyun 2024-cü il tarixli 3-13-45-2/2-4732/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və və 25 iyun 2024cü il tarixdən 08 iyul 2024-cü il tarixədək həbsdə olduğu 13 (on üç) gün, cəmi 15 (on beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2a çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 45 iş saatına görə (25 saat ibtidai istintaq zamanı və 20 saat məhkəmə baxışı zamanı) 270,00 (iki yüz yetmiş) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 20 iş satına görə 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 390,00 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və 25 iyun 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək həbsdə olduğu 13 (on üç) gün, cəmi 15 (on beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 1 (bir) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı ünvan 2a çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gecə saat 24:00-dan səhər saat 07:00-dək yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Sülh küçəsi ev 5A ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 270,00 (iki yüz yetmiş) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 390,00 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-75/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-75/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver