Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-75/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1984-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəl məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, Xırdalan şəhəri 28-ci məhəllə 17/5A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcə özünü yalandan “Yaşar” adı ilə təqdim edən qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid işə düzəltdirəcəyinə dair yalandan vəd verib aldadaraq inandırması ilə yaranmış etibardan sui- istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcədən Zərərçəkmiş şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrənin Whatsapp hesabı ilə göndərib təqdim etdiyi 4169 7388 9083 5394 saylı kart hesabına ilk dəfə xx.xx.2023-cü il tarixdə saat 13:54-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum Bağlar massivi ev 1079-da mobil telefonda olan tətbiq vasitəsilə 400 manat, həmin gün saat 14:12-də 600 manat, daha sonra isə həkim müayinəsi adı ilə hissə-hissə əvvəlcə saat 22:18-də 420 manat, saat 22:21-də 14 manat və saat 23:36-da isə 16 manat olmaqla ümumilikdə 450 manat pulu həmin kart hesabına köçürtdürmüş, xx.xx.2023-cü il tarixdə günorta saat 17 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs məxsus 600 manat pulu görüşərək sonuncunun yoldaşı Şahid özünün idarə etdiyi qara rəngli “Range Rover” markalı, **-ZT-*** dövlət nömrə nişanlı avtomobilin salonunda qrup üzvü Təqsirləndirilən şəxs2 əlbəəl almış, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə isə saat 21:48-də 600 manat pulu yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum Bağlar massivi ev 1079-da yenə də mobil tətbiq vasitəsilə onlayn qaydada həmin kart hesabına köçürtdürməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə ələ keçirib verdiyi vədə əməl etməyərək aldıqları pulları qrup üzvü Təqsirləndirilən şəxs2la öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcə özünü yalandan “Yaşar” adı ilə Zərərçəkmiş şəxs təqdim edib sonuncunun həyat yoldaşı Şahid işə düzəltdirəcəyinə dair yalandan vəd verib aldadaraq inandırması ilə yaranmış etibardan sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcədən qrup üzvü Təqsirləndirilən şəxs1 özünə məxsus ***-***-**-** saylı mobil nömrənin Whatsapp hesabı ilə Zərərçəkmiş şəxs göndərib təqdim etdiyi 4169 7388 9083 5394 saylı kart hesabına ilk dəfə xx.xx.2023-cü il tarixdə saat 13:54-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum Bağlar massivi ev 1079-da mobil telefonda olan tətbiq vasitəsilə 400 manat, həmin gün saat 14:12-də 600 manat, daha sonra isə həkim müayinəsi adı ilə həmin gün hissə-hissə əvvəlcə saat 22:18-də 420 manat, saat 22:21-də 14 manat və saat 23:36-da isə 16 manat olmaqla ümumilikdə 450 manat pulu həmin kart hesabına köçürtdürmüş, xx.xx.2023-cü il tarixdə günorta saat 17 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs məxsus 600 manat pulu görüşərək sonuncunun yoldaşı Şahid Təqsirləndirilən şəxs1 idarə etdiyi qara rəngli “Range Rover” markalı, 90-ZT- 111 dövlət nömrə nişanlı avtomobilin salonunda əlbəəl almış, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə isə saat 21:48-də 600 manat pulu yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum Bağlar massivi ev 1079-da yenə də mobil tətbiq vasitəsilə onlayn qaydada həmin kart hesabına köçürtdürməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə ələ keçirib verdiyi vədə əməl etməyərək aldıqları pulları qrup üzvü Təqsirləndirilən şəxs1la öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində qeyd etdi ki, Erfan adlı şəxsi təxminən 4-5 il olar ki, tanıyır. Belə ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir. 2023-cü ilin aprel ayında Erfan ona zəng edərək aşağıda olduğunu və ona söz deyəcəyini bildirib aşağı düşməyini istəmişdir. O, da Erfanın yanına gəlmişdir. Söhbət əsnasında Erfan ona bildirmişdir ki, “adam var, ona pul atasıdır. Ona görə də ondan kartını istəmişdir. Kartına pul atılanda ona hörmət edəcəyini demişdir. Pul atan adamın isə tanışı olduğunu demişdir. O, da razılaşmışdır. Kartının kodunu Erfana vermişdir. Bu söhbətdən 10-15 dəqiqə keçdikdən sonra kartına xatırlamadığı məbləğdə pul gəlmişdir. Bu onun telefonunda olan Kapital bankın tətbiq proqramında əks olunmuşdur. Lakin məbləğ hazırda yadında deyil. Xırdalandakı kollecin yanında yerləşən “Araz” marketin yanında kapital bankın bankomatı olmuşdur. Onlar oraya getmişlər. O, pulu çıxardıb Erfana vermişdir. Bir müddət keçdikdən sonra o, bərbərdə saçını qırxdırarkən Erfan ona yaxınlaşaraq qohumunun xəstəsi olduğunu, doğumdan çıxarmaq lazım olduğunu demişdir. Rayondan qohumlarının pul göndərəcəyini demişdir. Ondan yenidən kartını istəmişdir. O yenidən kartının kodunu Erfana vermişdir. Erfan kiməsə zəng edib kodunu demişdir. Bir neçə dəqiqədən sonra ona xatırlamadığı məbləğdə pul gəlmişdir. Daha sonra dostu Rusif adlı şəxsin işlətdiyi Gənclikdə yerləşən “Rent a car” adlı dükandan **-ZT-*** markalı “Land Rover sport” markalı avtomobili arendaya götürmüşdür. Erfan onu maşınla görüb saxlatmış və ona demişdir ki, “səndən bir xahişim var” və ona demişdir ki, bir nəfər şəxsdən alacağı vardır və xahiş etmişdir ki, Koroğlu metrosu yaxınlığına getmək lazımdır. Pulu götürüb qayıdacağını demiş və ona buna görə benzin də vuracağını demişdir. O, da razılaşmışdır. Daha sonra onlar Koroğlu metrostansiya yaxınlığına getmişlər. 1 nəfər kişi və 2 nəfər də başı yaylıqla bağlı qadın gəlmişdir. O maşından düşüb siqaret çəkmişdir. Bu zaman kişi maşının arxa oturacağına əyləşərək Erfana 600 manat pul vermişdir. Pulu götürdükdən sonra Erfanla oradan uzaqlaşmışlar. Erfan yolda 30 manat onun maşınına benzin vurmuşdur. 20 manat da onun özünə vermişdir. Bundan sonra Erfanı bir iki dəfə yolda görsə də sonradan Erfanla heç bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, əvvəllər peşəkar sürücü kimi işləmişdir, hazırda təqaüdçüdür. Təqsirləndirilən şəxs1 məhlə adamı kimi tanımışdır. 2023-cü ilin aprel ayında Yusif 90-ZT - 111 markalı Land Rover sport markalı avtomobil ilə yanına gələrək ona bildirmişdir ki, bir nəfər Koroğlu metrosuna gələcək. Orada bir nəfər işə düzəltmək adı ilə ona pul verəcəkdir. Yusif ona tapşırmışdır ki, pulu o alsın və bildirsin ki, hər şey yaxşı olacaq. Onlar həmin gün Koroğlu metrosuna getmişlər. Yusif maşından düşüb bayırda gözləmişdir. Eldəniz adlı kişi maşının arxasına əyləşib ona 600 manat pul vermişdir. O da Yusifin göstərişi ilə Eldənizə demişdir ki, narahat olmasın, işi həll olunacaqdır. Daha sonra onlar pulu götürüb Xırdalan ərazisində getmişlər. Həmin pulla Yusif ona yeyib içmək qonaqlığı vermişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs2 etdiyi əməldən səmimi peşman olduğunu, dəymiş maddi ziyanı ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdə aprel ayında rəfiqəsi Səbuhə qohumunu Yaşar adlı şəxsin işə düzəltdiyini demiş və ona demişdir ki, “gəl səni də həmin Yaşar adlı şəxs bağça müəlliməsi kimi işə düzəltsin.” O isə özünün artıq işinin olduğunu, lakin yoldaşı Eldənizin işsiz olduğunu və Eldənizi işə düzəltməsini xahiş etmişdir. Daha sonra Səbuhə vasitəsilə Yaşar adlı şəxslə tanış olaraq həmin şəxsdən xahiş etmişdir ki, yoldaşı Şahid işə düzəltsin. O, Yaşara məxsus mobil nömrə ilə əlaqə saxlayan zaman həmin şəxs söz vermişdir ki, yoldaşı Eldənizi “SOCAR”da işə düzəldəcək. İlk növbədə onlara bunun üçün 5.000 pul lazım olduğunu demişdir. Lakin onlar həmin məbləğə güclərinin çatmadığını bildirmişlər. Lakin sonda belə razılaşmışlar ki, yarısını versinlər, yarısını isə hissə- hissə yoldaşı işə düzələndən sonra versin. Ona görə də əvvəlcədən razılaşdıqları kimi Yaşarın Whatsapp hesabı ilə ona göndərdiyi kart hesabına Mərdəkan qəsəbəsində olarkən 400 manat, sonra 600 manat göndərmişdir. Daha sonra isə həkim müayinəsi üçün lazım olduğu dediyi 450 manat pulu hissə-hissə Yaşarın təqdim etdiyi Kapital banka məxsus kart hesabına telefonla onlayn qaydada göndərmişdir. Sonra isə 600 manat pulu Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında görüşərək həyat yoldaşı ilə birlikdə Yaşara vermişlər. Səhəri gün isə 600 manat pulu yaşadığı ünvanda onlayn qaydada həmin kart hesabına ödəmişlər. Lakin sonradan həmin şəxs müxtəlif bəhanələr gətirərək yoldaşı Eldənizi heç bir işə düzəltməmişdir. “Koroğlu” metrosu yaxınlığında həyat yoldaşıyla birlikdə Yaşarla görüşdükdə o, telefonu vasitəsilə həmin görüşü videolentə köçürmüşdür. Yaşarın idarə etdiyi qara rəngli “Range Rover” markalı, **-ZT-*** dövlət nömrə nişanlı maşını da çəkilişə düşmüşdür. Həmçinin həmin avtomobildə Yaşardan başqa bir nəfər şəxs də olmuşdur. Həmin şəxs avtomobili idarə edən şəxs olmuşdur. Dələduzluq nəticəsində ona ümumilikdə 2650 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurulmuş maddi ziyanı ödəmişlər. Bu səbəbdən də, təqsirləndirilən şəxslər ilə barışmış və onlara qarşı heç bir şikayəti, tələbi yoxdur. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, 2023-cü il tarixdə aprel ayında həyat yoldaşı Zərərçəkmiş şəxs rəfiqəsi Səbuhə qohumunu Yaşar adlı şəxsin işə düzəltdiyini demiş və yoldaşına təklif etmişdir ki, “gəl səni də həmin Yaşar adlı şəxs bağça müəlliməsi kimi işə düzəltsin.” Yoldaşı isə özünün artıq işinin olduğunu, lakin onun işsiz olduğunu və onu işə düzəltməsini xahiş etmişdir. Daha sonra yoldaşı Heyran Səbuhə vasitəsilə Yaşar adlı şəxslə tanış olaraq Yaşardan xahiş etmişdir ki, onu işə düzəltsin. X11 məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayan zaman özünü Yaşar kimi təqdim edən şəxs söz vermişdir ki, onu “SOCAR”da işə düzəldəcək. Yaşar ilk növbədə onlara bunun üçün 5.000 manat pul lazım olduğunu demişdir. Lakin onlar həmin məbləğə güclərinin çatmadığını bildirmişlər. Lakin sonda belə razılaşmışlar ki, yarısını versinlər, yarısını isə hissə-hissə o işə düzələndən sonra versin. Ona görə də əvvəlcədən razılşadıqları kimi Yaşarın ***-***-**-** saylı mobil nömrənin Whatsapp hesabı ilə yoldaşı Heyrana göndərdiyi 4169 7388 9083 5394 saylı kart hesabına yoldaşı evlərində yəni Mərdəkan qəsəbəsində olarkən xx.xx.2023-cü il tarixdə saat 13:54də 400 manat, həmin gün saat 14:12-də 600 manat, daha sonra isə həkim müayinəsi üçün lazım olduğu dediyi 450 manat pulu hissə-hissə əvvəlcə saat 22:18-də 420 manat, saat 22:21-də 14 manat, saat 23:36-da isə 16 manat olmaqla Yaşarın təqdim etdiyi Kapital banka məxsus 4169 7388, 9083 5394 saylı kart hesabına telefonla onlayn qaydada pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində isə 600 manat pulu Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında görüşərək həyat yoldaşı ilə birlikdə Yaşara vermişlər. Səhəri gün isə yəni 04may 2023-cü il tarixdə isə saat 21:48-də 600 manat pulu yaşadığı ünvanda yenə də onlayn qaydada həmin kart hesabına ödəmişlər. Lakin bu günə qədər o müxtəlif bəhanələr gətirərək onu heç bir işə düzəltməmişdir. Həmçinin qeyd etmişdir ki, Koroğlu metrosu yaxınlığında həyat yoldaşıyla birlikdə Yaşarla görüşdükdə yoldaşı Heyran telefonu vasitəsilə həmin görüşü videolentə köçürmüşdür. Yaşarın idarə etdiyi qara rəngli “Range Rover” markalı, **-ZT-*** dövlət nömrə nişanlı maşını da çəkilişə düşmüşdür. Həmçinin həmin avtomobildə Yaşardan başqa bir nəfər şəxs də olmuşdur. Həmin şəxs avtomobili idarə edən şəxs olmuşdur. Həmin videogörüntünü yoldaşı təhqiqata təqdim etmişdir. Həmçinin o pulu maşında Yaşar adlı şəxsə verərkən Yaşar ona “Yaşar dayın sənin işini həll edəcək, işə düzələndən sonra sənə maşın da təşkil edəcəkdir” demişdir, həmçinin Yaşar bayırda siqaret çəkən şəxsin öz oğlu olduğunu və polis işlədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; -İş üzrə tərtib edilmiş fotoşəklə baxış keçirilməsi haqqında protokoldan görünür ki,VMAS portal operatorundan çıxarılmış Təqsirləndirilən şəxs1 məxsus fotoşəkil Zərərçəkmiş şəxs və Şahid təqdim edilmiş və baxış zamanı Zərərçəkmiş şəxs və Şahid təqdim olunan fotoşəkli nəzərdən keçirib həmin şəxsin Yaşarın idarə etdiyi qara rəngli “Range Rover” markalı, **-ZT-*** dövlət nömrə nişanlı avtomobildə onunla birlikdə gələn şəxs olduğunu bildirmişlər; - Könüllü təqdimetmə və götürmə aparılması haqqında 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün onlayn qaydada göndərdiyi pulların qəbzlərini 05 ədəd A4 formalı kağızlarda şəkil halında çap etdirərək istintaq orqanına könüllü təqdim etmişdir; - Şəkilli sənədlərə baxış keçirilməsi haqqında 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs onlayn qaydada göndərdiyi pulların qəbzlərinin əks olunduğu 05 ədəd A4 formalı kağızlara baxış zamanı müəyyən olunmuşdur ki, 4169 7388, 9083 5394 saylı kart hesabına xx.xx.2023-cü il tarixdə saat 13:54-də 400 manat, həmin gün saat 14:12-də 600 manat, daha sonra isə saat 22:18-də 420 manat, saat 22:21-də 14 manat, saat 23:36-da isə 16 manat olmaqla onlayn qaydada pul göndərilmişdir; - Könüllü təqdimetmə və götürmə aparılması haqqında 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün 600 manat pulu Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında görüşərək həyat yoldaşı ilə birlikdə Yaşar adlı şəxsə verdiklərinin videogörüntüsü olan 01 ədəd CD diski istintaq orqanına könüllü təqdim etmişdir; - Diskə baxış keçirilməsi haqqında 17 sentyabr 2024-cü il protokoldan görünür ki,diskin içərisində 46 saniyədən ibarət videogörüntü vardır. Videogörüntünün birinci saniyəsindən etibarən yol kənarında qara rəngli “Range Rover” markalı, **-ZT-*** dövlət nömrə nişanlı avtomobil və avtomobilin arxasında siqaret çəkən bir nəfər şəxsin olduğu görünür. Çəkilişi aparan şəxs avtomobilin arxa sağ qapısını açaraq 600 manat pulu bir nəfər şəxsə verir, həmin şəxs də pulu qabaq sağ oturacaqda oturan şəxsə verir. Siqaret çəkən şəxs isə pul veriləndən sonra avtomobilin sükanı arxasına əyləşir və daha sonra videgörüntü sona çatır.Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 siqaret çəkən şəxsin özü olduğunu, Şahid arxa sağ oturacaqda oturan şəxsin özü olduğunu, Təqsirləndirilən şəxs2 qabaq sağ oturacaqda oturan şəxsin özü olduğunu, Zərərçəkmiş şəxs isə çəkilişi aparan şəxsin özü olduğunu bildirmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həmin maddə ilə ittiham elan edilmişdir; - 20 avqust 2024-cü il tarixli qərardan görünürki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək barədə iltizam» qismində qətimkan tədbiri seçilmişdir; - 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmişdir; - 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həmin maddə ilə ittiham elan edilmişdir; - 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə iltizam» qismində qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfimdən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 18 iyun 2023-cü il tarixdə Goranboy Rayon Polis İdarəsində CPM 40.3 və CM-nin 73-1.2-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs1 barəsində 17 iyul 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki,Kasumov X6 Rayon Məhkəməsininn 30 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apelyyaisya Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsininn 30 dekabr 2006-cı il tarixli hökmü ləğv edilmiş, ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. 15 dekabr 2014-cü il tarixli Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilətəqsirli bilinərək ona 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmiş və 22 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; - Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2025-ci il tarixli 3-13-45-1/2866/2025 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin gün Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; - Zərərçəkmiş şəxs verdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, X8 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, zərərçəkmiş şəxsin. şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, X4 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində əsasən dələduzluq, yəni özgənin etibarından sui istifadə etmə -qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini (CM-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını (CM-59.1.12), vurduğu maddi ziyanı ödəməsini (CM-59.1.13) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Xırdalan şəhəri 28-ci məhəllə 17/5A ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 17/5A ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 98 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 98 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-75/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-75/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver