Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-750/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1980-cı ildə Salyan rayonu, Şorsulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, fərdi yaşayış evində yaşayan,barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə etibardan sui istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozu ərazisdində 0,08 ha torpaq sahəsi satacağı barədə yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən notariat ofisinin qarşısında sonuncunun qardaşı X6 ümumilikdə 20000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun atası ilə onun anası ilə əmiuşağıdırlar. Əvvəllər aralarında heç bir ədavət və dava dalaş olmamışdır. Təxminən 5 il əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Savxoz yaşayış massivində 0,05 ha torpaq sahəsini X3 16500 manat müqabilində almışdır. Həmin torpaq sahəsini təxminən 2 il əvvəl yəni, 2021-ci ildə Orxan və Toğrul adlı şəxslərə 17500 manata satıb, Toğrul və Orxan həmin torpaq sahəsində sex tikmək istəyirdilər. Lakin daha sonra Toğrul və Orxan fikirlərini dəyişmiş, torpaq sahəsini satmaq istədiklərini demişlər. Həmin vaxt Orxan Naxçıvan MR-da olmuşdur. O, Orxana onun Bakıya gəlməli olduğunu bildirmişdir. Orxan ona bildirmişdir ki, özündə olan etibarnamə ilə torpaq sahəsini satsın, pulu isə Toğrula versin. O, razılaşmış və həmin torpaq sahəsini dayısıoğlu Zərərçəkmiş şəxs 18000 manata satmışdır. 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən ofisdə 17500 manat pulu Zərərçəkmiş şəxs əlbəəl Toğrula vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs həmin torpaq sahəsində tikinti işləri aparmaq istəyən zaman icra hakimiyyəti icazə verməmişdir ki, Ruslan orada tikinti işləri aparsın. Bundan sonra o, Suraxanı rayon İcra hakimiyyətinə gedərək tikinti üçün icazə almışdır. Bunun qarşılığında Ruslandan 1800 manat pul istəmişdir. Lakin Zərərçəkmiş şəxs verməmişdir. Mahir adlı şəxs gələrək Zərərçəkmiş şəxs satığı torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, lakin o, Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini göstərmiş və torpaq sahəsinin Mahirə məxsus olmadığını bildirmişdir. Ruslan Nadiyev tikinti apara bilmədiyi üçün ondan pulunu geri qaytarmasını tələb etmişdir. Lakin o, Ruslana torpağın pulunun onda olmadığını, özü pulu Toğrula verdiyini demişdir. Əlavə olaraq bildirmişdir ki, Toğrula pulu verən zaman Zərərçəkmiş şəxs ilə birlikdə Ədalət adlı şəxs gəlmişdir. Ədalət pulu sayaraq Toğrula verib. O, masanın üzərinə pul qoymamış və heç kimə verməmişdir. Toğrul yalan dediyini və Toğrula pulu Ədalət verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı ödədiyini göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində torpaq almaq qərarına gəlmişdir. Bu barədə qardaşı Rüstəmə də bildirmişdir. Lakin o, xəstəliyi ilə əlaqədar xəsatəxanada müalicə almağı üçün yatan zaman qardaşı Rüstəm ona demişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı Binə qəsəbəsi, Südçülük Savxozunda 0.05 ha torpaq sahəsini 20000 manata satır. O, razılaşmış və qardaşına demişdir ki, həmin torpaq sahəsini alsın. Bunun üçün 20000 manat pulu Rüstəmə vermiş, xx.xx.2022ci il tarixdə Rüstəm 20000 manat pulu Təqsirləndirilən şəxs verərək 0.05 ha torpaq sahəsini etibarnamə əsasında almışdır. O, bir həftə sonra xəstəxanadan çıxmış, bir neçə gün sonra isə tikinti işləri aparmaq istəyən zaman Mahir adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur. O, öyrənmiş və ona məlu olmuşdur ki, Mahir həmin torpaq sahəsini həqiqətən ondan əvvəl almışdır. Daha sonra bilmişdir ki, Rafiq həmin torpaq sahəsini ondan başqa bir neçə şəxslərə satmışdır. Həmçinin ondan əvvəl Təqsirləndirilən şəxs həmin torpaq sahəsini Toğrul adlı şəxsə satıb. Toğrul da, həmin torpaq sahəsinin Mahirə məxsus olduğunu bildikdən sonra Rafiqdən pulunu geri qaytarmağı tələb edib. Buna görə də, Təqsirləndirilən şəxs qorxduduğundan Toğrulun pulunu geri qaytarmaq üçün həmin torpaq sahəsini ona satmışdır. Pulu aldıqdan sonra isə Toğrulun borcunu geri qaytarmış, o, torpağın başqa şəxsə məxsus olduğunu bildikdən sonra Rafiqdən pulu qaytarmasını tələb etmişdir. Lakin Rafiq bu vaxta qədər pulunu geri qaytarmamışdır. O, pulunu istədikdə Rafiq hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Həmçinin, Təqsirləndirilən şəxs o, saxta sənəd verərək həmin torpaq sahəsinin özünə məxsus olmasına inandırmışdır. Həmin 20000 manat pul onun pulu olmuş və o, özü üçün torpaq sahəsi almaq istəyirmiş, lakin xəstəxanada müalicə alıb yatdığı üçün qardaşına demişdir ki, həmin torpaq sahəsini alsın. O, bunun üçün 20000 manat pulu Rüstəmə vermişdir. xx.xx.2022-ci il tarixdə Rüstəm 20000 manat pulu Buzovna qəsəbəsi, Qələbə 4 ünvanında yerləşən notariat ofisinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Onlar tək olmuşdur, heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, 2022-ci ilin dekabr ayında qardaşı Ruslan Bakı şəhəri, Binə qəsəbəsi ərazisində torpaq almaq istəyir və bu barədə ona bildirmişdir. Qardaşı xəstəxanada olan zaman Binə qəsəbəsində gəzərkən 0,02 ha torpaq sahəsinin satıldığını görmüş, hasarın üzərində olan nömrəyə zəng etmişdir. Həmin nömrənin sahibi ilə danışan zaman torpağı satan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş, Təqsirləndirilən şəxs ilə danışmış və həmin torpaq sahəsində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsini 9 000 manata satdığını demiş, lakin həmin torpaq sahəsinin yerinin yaxşı olmaması və baha qiymətə olmasına görə razılaşmamışdır. Bu zaman Rafiq ona başqa yerdə 0,05 ha torpaq sahəsinin olduğunu bildirmiş və həmin torpaq sahəsini almağı təklif edib, o, təklif olunan torpaq sahəsinə baxmış və xoşuna gəldi. Rafiq ilə həmin 0,05 ha torpaq sahəsini 20 000 manata almağa razılaşmış, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona məxsus olduğunu deyərək onu inandırmışdır. Bundan sonra bu barədə qardaşı Ruslana deyib və Ruslanda, razılaşdıqdan sonra ona 20 000 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsini Təqsirləndirilən şəxs almışdır. Təxminən 1 həftə sonra həmin torpaq sahəsində tikinti işləri aparmaq istəyən zaman əvvəllər tanımadığı Mahir adlı şəxs ona yaxınlaşaraq həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirdi. O, başqa adamlardan da, öyrənmişdir ki, həmin torpaq sahəsi həqiqətən də, Mahirə məxsusdur. Bundan sonra o və qardaşı Ruslan, Təqsirləndirilən şəxs pullarını geri qaytarmasını tələb etsələr də, Ruslan müxtəlif bəhanələr ilə onları aldatmış və pulu geri qaytarmamışdır. Həmçinin, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini onlardan əvvəl Toğrul adlı şəxsə satıb. Toğrul da, həmin torpaq sahəsinin Mahirə mxəsus olduğunu bildikdən sonra Mahir Toğrulun pulunu qayatrmaq üçün həmin torpaq sahəsini onlara satıb, onlardan aldığı pulu isə Toğrula veribmiş. Pul qardaşı Zərərçəkmiş şəxs məxsus olub, o, torpağı alan zaman Ruslan xəstəxanada olmuşdur. Buna görə pulu Təqsirləndirilən şəxs o, vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin mart ayından tanıyır. Belə ki, bacısıın əri Orxan Əliyev özünə torpaq sahəsi almaq istəyirmiş. Orxan Əliyev ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi südçülük Savxozu ərazisində torpaq sahələrinə baxan zaman təxminən 0.05 ha torpaq sahəsinin satıldığını görmüşdür. Belə ki, həmin torpaq sahəsinin hasarının üzərinə telefon nömrəsi yazılmışdır. Onlar həmin nömrəyə zəng edib torpaq barədə soruşmuş, Həmin yerə Təqsirləndirilən şəxs gəlmiş və torpaq sahəsinin ona məxsus olduğunu, Gəncəli bir qadından aldığını bildirmişdir. Bundan sonra Rafiqin ofisinə getmişdir. Orada Rafiq onlara həmin torpaq sahəsinin arxiv sənədi olduğunu bildirmişdir. Həmin vaxt ofisdə Mirzəbəy adlı şəxs olmuş, söhbət zamanı Rafiq onlara demişdirdi ki, Mirzəbəy 2000 manat qarşılığında həmin torpaq sahəsinə “Çıxarış” sənədi alıb onlara verəcək. Orxan razılaşmış və 2000 manat pulu borc müqaviləsi ilə Təqsirləndirilən şəxs vermişdir. Razılaşmaya əsasən Rafiq torpağın “Çıxarış” sənədini alıb Orxan ilə alqı-satqı etməli olmuşdur. Bundan təxminən 6 ay sonra Rafiq sənədləri əmlak komitəsinə verdiyini deyib Orxana xeyir işi olduğunu və pul lazım olduğunu bildirərək torpağın pulunu tam verməyi istəmişdir. Onlar razılaşmış və Şüvəlan qəsəbəsində yerləşən notariat ofisində təxminən 17500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. “Çıxarış” sənədinin hazır olmadığını görüb Orxan ilə birlikdə Rafiqdən pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Rafiq pulu geri qaytarmadığı üçün məcbur olub polisə şikayət etmişdir. 32-ci PŞ-də Orxanın şikayətinə baxılmış, təxminən 1 il davam etmişdir. Rafiq araşdırma zamanı xahiş etmişdir ki, vaxt versinlər Rafiq onların orpaq pulunu qaytarsın. Onlar razılaşmış və 2022-ci ilin dekabr ayında Orxan Naxçıvandan ona zəng edərək demişdir ki, Rafiq zəng edib torpağı satdığını bildirib və pulu vermək istədiyini deyib. Orxan Bakıda olmadığı üçün o, həmin gün saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs və təxminən iki nəfər adam olmuşdur. Həmin şəxslərdən biri Binə qəsəbəsində avtobus sürücüsü kimi işləyən və adını xatırlamadığını oğlan olmuşdur. Təqsirləndirilən şəxs pulu stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, pulu sayıb götürsün. Oda pulu saymış və tam olduğunu görüb götürmüşdür. O, orada bilmişdir ki, Rafiq həmin torpaq sahəsini avtobus sürücüsü işləyən şəxsə satıbmış. Bundan sonra ofisdən çıxıb daha sonra pulu Orxana vermişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 10 il əvvəl Bakı şəhəri, Binə qəsəbəsində X2 0,05 ha torpaq sahəsini 7000 ABŞ dolları mqabilində almışdır. Torpağı alan zaman Gülara Quliyevanın yeznəsi Anar adlı şəxs ilə yaxın dost olduğu üçün sənədləşdirmə aparmamış, aralarında olan şifahi razılıq əsasında həmin torpaq sahəsi ona məxsus olmuşdur. O, torpaq sahəsini alan zaman həmin torpaq sahəsinin hasarı olmuşdur. Daha sonra həmin hasarın daşını qonşular daşıdığı üçün təxminən 2 il əvvəl, yəni 2021-cildə yenidən tikmişdir. 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs adı şəxs həmin torpaq sahəsini əvvəlcə Toğrul adlı şəxsə satdığını eşitmiş, o, Toğrula həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirdikdən sonra Toğrul həmin torpaq sahəsindən çıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin torpaq sahəsini başqa bir Ruslan Nadiyev adlı şəxsə satmışdır. O, bunu bildikdən sonra Ruslana da, həmin torpaq sahəsinin ona məxsus olduğunu dedikdən sonra Ruslan da, həmin torpaq sahəsindən çıxmışdır. Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsini aldadarq başqa şəxslərə satdığını bildikdə qərara gəlmişdir ki, həmin torpaq sahəsini sənədləşdirsin. Buna görə də, həmin torpaq sahəsini tanışı X5 adına xx.xx.2023-cü il tarixdə etibarnamə ilə sənədləşdirmişdir. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini təxminən 20000 manata Ruslan Nadiyevə satıb. Həmin torpaq sahəsi 1991-ci ilin 7 avqustunda Hövsan Südçülük savxozunda işləmiş X4 verilmişdir. Gülara Quliyeva isə həmin torpaq sahəsini ona satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı, həmçinin cinayət nəticəsində dəymiş ziyanın qanunvericiliklə müəyyən edilmiş pay üzrə dövlət büdcəsinə ödənilməsi qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Rafiq tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Salyan rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 04 iyul 2023cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 5000 (beş min) manat pul ödənilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.5, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-750/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-750/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver