Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-756/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs Mübariz oğlunun iştirakı ilə, xx.xx.1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Kazımov küçəsi, döngə 1, ev 12 –də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakelektroavtomat yolu adlanan ərazidə fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Mübariz oğlu tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2024-cü ilin fevral ayının ikinci ongünlüyündə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən 58 nömrəli bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan evin birinci mərtəbəsinin sol yan tərəfində olan plastik pəncərənin çərçivəsini sındırıb yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq saxlanc yeri olan müxtəlif otaqlarda saxlanılan 01 ədəd 80 manat dəyərində «Bosh» markalı perafaratoru, 01 ədəd 20 manat dəyərində balaca dreli, 01 ədəd 65 manat dəyərində böyük ölçülü dreli, 01 ədəd 120 manat dəyərində «Makita» markalı naqilsiz dreli, 01 ədəd 55 manat dəyərində 55 metr uzunluqlu elektrik uzadıcısını, 01 bağlaması 45,50 manat olmaqla ümumi dəyəri 182 manat olan 04 ədəd bağlamada elektrik naqilini və evin 4 otağının divarlarına istifadə edilmiş, ümumi dəyəri 127 manat olan 300 metr uzunluğunda elektrik naqilini oğurlayaraq, özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 649 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Mübariz oğlu təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozunda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, həyətdə olan evin plastik pəncərəsini sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq evə girib yataq otağında olan kamotun siyirməsində saxlanılan 01 ədəd 350 manat dəyərində «Lorus» markalı qol saatını, 01 ədədi 60 manat olmaqla ümumi dəyəri 180 manat olan 03 ədəd gümüş üzüyü, 01 ədəd 1065 manat dəyərində qızıl kompekti, 01 ədəd 2600 manat dəyərində qızıl kompekti, 01 ədəd 1000 manat dəyərində qızıl komplekti, 01 ədəd şüşə bankada olan 500 manat nağd pulu oğurlayaraq, özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 5695 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Mübariz oğlu təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cti il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə sovxoz yaşayış massivi, 334 saylı tam orta məktəbin yaxınlığında yerləşən fərdi evin yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olaraq, evin otağında saxlanılan 1 ədəd 150 manat dəyərində ariston markalı su qızdırıcısı, 1 ədəd 120 manat dəyərində palstik pəncərəni, 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd plastik qapını, 1 ədəd 1500 manat dəyərində 13 kq çəkidə perefaratoru, 1 ədəd 80 manat dəyərində su matorunu oğurlayaraq, özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2150 manat məbləğin maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Mübariz oğlu təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nəsimi küçəsində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olaraq, evdə saxlanılan 1 ədədinin dəyəri 173 manat olmaqla ümumi dəyəri 692 manat olan 4 ədəd 1 L həcmdə “Civas 18” markalı spirtli içki viskini, 1 ədədinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 180 manat olan 2 ədəd 0,5 L həcmdə “Civas 18” markalı spirtli içki viskini, 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 1800 manat olan 12 ədəd 0,7 L həcmdə “Civas 18” markalı spirtli içki viskini, 1 ədədinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 300 manat olan 3 ədəd 0,7 L həcmdə “Civas 12” markalı spirtli içki viskini, 1 ədəd 850 manat dəyərində 105 dioqanal “LG” markalı televizoru, 1 ədəd 180 manat dəyərində perefaratoru, 1 ədəd 120 manat dəyərində dreli, 3700 manat ekvivalentində 200000 manat rus rublunu və 1 ədəd 600 manat dəyərində “Ass” markalı noutbuku oğurlayaraq, özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 8422 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Mübariz oğlu təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakovtamat adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olaraq, yataq otağında saxlanc yeri olan dolabda saxlanılan 1 dəst dəyəri 3600 manat olan qızıl komplekti (üzük, qolbaq, 1 cüt sırğa, boyunbağı), 1 ədəd 675 manat dəyərində üzərində hər biri 0,060 ct ümumi 4/4 olmaqla 3 ədəd rəngsiz şəffaf brilyant qaşı olan sarı rəngli 750 əyarlı və damğalı 4,64 qram qızıl üzük, 1 ədəd 640 manat dəyərində qızıl üzük, 1 ədəd 200 manat dəyərində boyunbağı, 1 ədəd 270 manat dəyərində boyunbağını, 01 ədəd 785 manat dəyərində üzərində bir ədədi təxminən 0,152 ct olmaqla 19 ədədinin hər biri təxminən 0,002 ct ümumi isə 4/4 olan iyirmi ədəd rəngsiz şəffaf brilyant qaşı olan sarı rəngli üzəri 750 əyarlı və damğalı 5,74 qram qızıl üzük, 1 cüt 270 manat dəyərində qızıl üzük, 1700 manat ekvivalentində 1000 ABŞ dolları, 46 manat pul vəsaitini oğurlayaraq, özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 8186 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Mübariz oğlu özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər də oğurluq etdiyinə görə məhkum edilmişdir. Çəzaçəkmə müəssisəsindən az zaman öncə çıxsıdğından və maddi vəziyyəti yaxşı olmadığı üçün məcbur olub oğurluq etməyi qərara almışdır. Təxminən may ayının sonlarında Bakı şəhəri. Xəzər rayonu, Bakavtomat yolunda fərdi yaşayış evinin qarşısından keçən zaman bir nəfər qadının qapını bağladığını görüb, evdə heç kəsin olmadığını düşünmüşdür. Heç kəsin onu görmədiyinə əmin olandan sonra darvazadan həyətə keçmişdir. Yerdə olan təkər açarı ilə pəncərəni açıb bir mərtəbəli fərdi yaşayış evinə daxil olmuş, yataq otağında dolapdan əl cüzdanını açıb, içərisində olan 1000 ABŞ dollarını çıxartmışdır. Bundan sonra dolabdan qızıl ziynət əşyalarını götürmüş və həmin yerdən uzaqlaşmışdır. Oğurladığı qızıl ziynət əşyalarını Buzovna qəsəbəsində zərgərlik işləri ilə məşğul olan Aslan adlı şəxsə satmışdır. Ona həmin əşyaların oğurluq olduğunu deməmişdir. Həmin şəxs ondan şəxsiyyət vəsiqəsi istəmiş, oda təqdim etmişdir. Oğurladığı 1000 dollar pulun 20 yanvar metrostansiyasmın yaxınlığında yerləşən “Yello” adlı bankda milli pula çevirmişdir. Oğurluq etdiyi pulun bir hissəsini borcuna vermiş, bir hissəsini isə öz tələbatlarını ödəmək üçün xərcləmişdir. Həmin evin yiyəsinə vurduğu maddi ziyanın bir qismini ödəmişdir. Lakin digər oğurluq hadisələrini o törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:40 dan saat 11:40-a qədər olan müddət ərzində naməlum şəxs ona məxsus fərdi yaşayış evinə açıq olan giriş qapısından daxil olaraq yataq otağında olan dolapdan 1 dəst dəyəri 3600 manat olan qızıl komplekti(üzük, qolbaq, 1 cüt sırğa, boyunbağı) 1 ədədinin dəyəri 940 manat olmaqla qızıl üzüyü, 1 ədəd 640 manat dəyərində qızıl üzüyü, 1 ədəd 200 manat dəyərində boyunbağı, 1 ədəd 270 manat dəyərində boyunbağını, 1000 manat dəyərində qızıl üzüyü, 1 cüt 270 manat dəyərində qızıl üzüyü, 1700 manat ekvivalentində 1000 ABŞ dollarını, 46 manat oğurlayaraq ona cəmi 8666 manat maddi ziyan vurmuşdur. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində bildirmişdir ki, 21 aprel 2024-cü il tarixdə Xəzər Rayonu, Binə qəsəbəsi, İmaməddin Nəsimi küçəsində yerləşən yaşayış olmayan evindən çıxıb, 12 may 2024-cü il tarixdə yenidən evə gələn zaman oğurluq hadisəsinin baş verməsinin şahidi olmuşdur. Naməlum şəxs o evdə olmadığı müddət ərzində evə pəncərədən daxil olmaq yolu ilə 1 ədədinin dəyəri 173 manat olmaqla ümumi dəyəri 692 manat olan 4 ədəd 1 l həcmdə “Civas 18’’ markalı spirtli içki viskini, 1 ədədinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 180 manat olan 2 ədəd 0,5 l həcmdə “Civas 18” markalı spirtli içki viskini, 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 1800 manat olan 12 ədəd 0,7 l həcmdə “Civas 18” markalı spirtli içki viskini, 1 ədədinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 300 manat olan 3 ədəd 0,7 l həcmdə “Civas 12” markalı spirtli içki viskini, 1 ədəd 850 manat dəyərində 105 dioganal “LG” markalı televizoru, 1 ədəd 180 manat dəyərində perefaratoru, 1 ədəd 120 manat dəyərində dreli, 3700 manat ekvivalentində 200000 manat rus rublunu və 1 ədəd 600 manat dəyərində “Ass” markalı noutbuku oğurlayaraq, ümumilikdə 8422 manat məbləğində ziyan vurmuşdur. Əlavə olaraq onuda qeyd etmişdir ki, dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etdi ki, xx.xx.2024-cü il saat 11:00 radələrindən 16:23 radələrinə qədər olan müddət ərzində yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda, 0,4 hektar ərazidə yerləşən nömrəsiz evin dəhliz tərəfindən plastik pəncərəni sıxıb açma üsulu ilə naməlum şəxs və ya şəxslər evə daxil olaraq yataq otağında olan komodun açıq siyirməsindən 3 komplekt qızıl dəsti, “Lorus” markalı kişi qol saatını, 3 ədəd gümüş üzük ( 1 ədəd kişi üzüyü 2 ədəd qadın üzüyü) və şüşə banka içərisində olan təxminən 500 manat nağd pulu oğurlamışdır. Qeyd olunan oğurluq nəticəsində ona ümumilikdə 5695 manat maddi ziyan dəymiş və bu günədək ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 334 nömrəli orta məktəbin yaxınlığında fərdi yaşayış evi vardır. Naməlum şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində ona məxsus yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinə daxil olaraq, oradan 1 ədəd 150 manat dəyərində ariston markalı su qızdırıcısı, 1 ədəd 120 manat dəyərində palstik pəncərəni, 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd plastik qapını, 1 ədəd 1500 manat dəyərində 13 kq çəkidə perefaratoru, 1 ədəd 80 manat dəyərində su matorunu oğurlayaraq, cəmi 2150 manat maddi ziyan vurmuşdur. Dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, Xəzər rayonu Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən 58 nömrəli bağ ona məxsusdur. Təxminən 2 ildir ki, o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikir, hazırda həmin fərdi evin tikintisi başa çatmış, lakin təmir işləri davam etməkdədir. Bu səbəbdən də həmin fərdi evdə mütəmadi yaşamamışdır. Lakin evə nəzarət etmək üçün tez-tez ora gedirmiş. xx.xx.2024- cü il tarixdə həmin evə gəlmiş və hər şey qaydasında olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə həmin ünvana getmiş və orada oğurluq hadisəsi olmasını müəyyən etmişdir. Belə ki, o, həyətyanı sahəyə darvazadan daxil olmuş və iki mərtəbədən ibarət evin birinci mərtəbəsinin sol yan tərəfində olan pəncərənin açıq olmasını görmüşdür. Evə daxil olmuş və evin otaqlarını gəzmişdir. Bu zaman otaqların divarlarında və tavanında sallanmış vəziyyətdə olan elektrik naqillərinin kəsilməsini aşkar etmişdir. Dərhal evi gəzmiş və evin müxtəlif otaqlarında olan “BOSCH” markalı perefaratorun, 1 ədəd markasını xatırlmadığı balaca ölçülü drelin, 1 ədəd böyük ölçülü drelin, 1 ədəd qiyməti “MAKİTA” markalı naqilsiz drelin, 1 ədəd 50 metr uzunluqda elektrik uzadıcısının, 4 top ümumi uzunluğu 400 metr olan elektrik naqillərinin və evin 4 otağının divarlarına istifadə edilmiş ümumi uzunluğu 300 metr olan elektrik naqillərinin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona ümumilikdə 649 manat maddi ziyan dəymiş və bu günədək ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etdi ki, Buzovna qəsəbəsi ərazisində G.Məmmədov küçəsində mağaza icarəyə götürərək qızıl və gümüş təmiri və alış- satışı ilə məşqul olur. Təxminən 2024-cü ilin fevral ayının axırlarında Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək lombardda özünə məxsus qızıl- zinət əşyalarının olduğunu, lombartdan çıxardığını və həmin qızıl- zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Vüsal ona 3 dəst qızl komplekt və 3 gümüş üzük olduğunu bildirmişdir. O, Vüsalın təqdim etdiyi qızılları və gümüş üzükləri ona məxsus şəxsiyyət vəsiqəsi ilə alıb Vüsala imzalatdıraraq 2150 manat pul vermişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən onun işlədiyi mağazaya gələrək onda qızıl zinət əşyalarının olduğunu və satmaq istədiyini bildirmişdir. O, Vüsaldan qızıl zinət əşyalarını alıb çəkmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl zinət əşyaları ümumilikdə 30,5 qram təşkil etmişdir. Həmin qızıl zinət əşyalarını Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi ilə alaraq imzalatdıraraq 1900 manat pul verib almışdır. Təqsirləndirilən şəxs aldığı qızıl zinət əşyalarını əridərək öz işinə istifadə edib satmış, lakin cəmi iki üzük -üzəri tək qaş və ortasında bir ədəd qaşı olan qadın üzüyü və üzəri xırda kvadrat toxuma formasında, hər bir kvadratın içində olan qaşlardan olan üzük onda qalmış və həmin iki ədəd üzüyü polis əməkdaşları gəldikdə onlara təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 yerləşən Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl və ovuc izləri götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Bakavtommat zavodunun yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri gptürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Baxış keçirilmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid işlədiyi Buzovna qəsəbəsi G.Məmmədov küçəsində yerləşən zərgərlik dükanında olan zaman 02 ədəd qızıldan, qaşlı üzük təqdim edilmişdir. Şahid həmin üzükləri Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqdim edilmiş 02 ədəd üzük götürülmüşdür; - Əşyanın tanınması barədə xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş, ondan oğurlanmış 02 ədəd qızıl üzüyü tanımışdır; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu istiqamət verici əl işarələri ilə göstərərək oğurluq etdiyi ünvanlara aparılmışdır. Bu zaman o, bildirmişdir ki, 2024-cü ilin fevral ayının ikinci ongünlüyündə gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən evin həyətinə hasardan aşmaqla həyətdə olan evin birinci mərtəbəsinin sol yan tərəfində olan plastik pəncərənin çərçivəsini sındırıb evə girərək oradan perafaratoru, balaca dreli, böyük ölçülü dreli, naqilsiz dreli, elektrik uzadıcısım, elektrik naqilini və evin divarlarına istifadə edilmiş naqilini oğurlamışdır. 25-26 fevral bildiyi vaxt günarta saatlarında Binə qəsəbəsində olarkən Südçülük savxozunda yerləşən qapısı qıfılı olan ev onun diqqətini çəkdiyi üçün evin həyətinə hasardan aşmaqla daxil olmuş, evin həyətində göy rəngli Hundai markalı avtomobildə var idi, ətrafa nəzər yetirib kimsənin onu görmədiyindən əmin olub evin birinci mərtəbəsində yan pəncərəni sıxıb açaraq evə daxil olmuş yataq otağında olan kamotun açıq siyirməsindən 3 komplekt qızıl kimi bildiyi dəsti, üzərində Lorus yazısı yazılmış kişi qol saatını, 3 ədəd hazırda modelini xatırlamadığı gümüş üzüyü və bankanı açıb içərisindən qarışıq pullar olan 500 manata yaxın pulu götürüb evdən çıxıb hasardan aşaraq yenədə oradan uzaqlaşmış. Həmin qızılları aparıb Buzovna qəsəbəsində Aslan kimi tanıdığı qızıl alan şəxsə satmışdır. Qol saatını isə özü taxırmış, lakin sonradan hardasa itirmişdir. 22 aprel 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixə qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə yerləşən yerdə hissə-hissə olmaqla plastik pəncərə, plastik qapı, pereferator, su nasosunu oğurlamışdır. Həmin əşyalardan plastik qapı və pəncərəni eyni gündə oğurlamış, tanımadığı fırqonlu taksi ilə aparmışdır. Oğurladığı əşyaları bir hissəsini səyyarı olaraq dəmir yığan şəxslərə bir hissəsini isə Sabunçuda fəaliyyət göstərən “bit” bazarında satmışdır. 09 may 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən keçmiş bazar yolunda Nəsimi küçəsində 1 mərtəbli fərdi yaşayış evinin qapısında qıfıl olduğunu görüb, başa düşmüşdür ki, evdə heç kəs yoxdur. Həmin evə hasardan daxil olub, yerdən götürdüyü dəmir parçası ilə plastik pəncərəni açmış və evə girmişdir. Dəqiq sayını xatırlamamış, amma çoxlu sayda “Civas” markalı viski spirtli içkisini pəncərədən çıxardıb həyətə yığmışdır. Sonra hissə-hissə perefaratoru, dreli, televizoru, noutbuku, çıxardıb həyətə qoymuşdur. Bundan sonra həyətə yığdığı əşyaları təxminən 2-3 dəfəyə dəmiryolu adlanan yerə aparmış və “Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan avtomobil ilə öz yaşadığı yerə aparmışdır. Orda həmin əşyaları yaxınlıqda gizlədib, ilk bazar günü Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bit bazarında viskiləri ümumi 300 manata, televizoru 300 manata, noutbuku 150 manata, perefaratoru və dreli ümumilikdə 80 manata satmışdır. 29 may 2024-cü il tarixdə saat 11 radələrində təsadüfən Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yolunda fərdi yaşayış evinin qarşısından keçən zaman bir nəfər qadının qapını bağladığını görüb, evdə heç kəsin olmadığını düşünmüşdür. Ətrafa baxıb, heç kəsin onu görmədiyinə tam şəkildə əmin olandan sonra darvazadan həyatə keçmişdir. Yerdə olan təkər açarı ilə pəncərəni açıb bir mərtəbəli fərdi yaşayış evinə daxil olmuş, yataq otağında dolapdan əl cüzdanmı açıb, içərisində olan 1000 ABŞ dollarını çıxartmışdır. Bundan sonra dolabdan qızıl ziynət əşyalarını götürmüş, həmin yerdən uzaqlaşmışdır. Oğurladığı qızıl ziynət əşyalarını Buzovna qəsəbəsində zərgərlik işləri ilə məşğul olan Aslan adlı şəxsə 1900 manata satmışdır. Ona həmin əşyaların oğurluq olduğunu deməmişdir. Protocol iştirakçılara oxunmuş, əlavə və düzəlişlər daxil olmamış və Təqsirləndirilən şəxs Mübariz oğlu tərəfindən də imzalanmışdır; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş foroşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Mübariz oğlu oğurluq etdiyi ünvanları və yerləri dəqiqliklə göstərmişdir; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu xx.xx.2024-cü il tarixdə Xəzər RPİnin İŞ-nin müstəntiqi M.Cəfərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Cinayət işinin başlanması və zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Komleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasnın xx.xx.2024-cü il tarixli 1799 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs Mübariz oğlu hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixotrop cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs Mübariz oğlunun əqliintelektual imkanlarının normaya uyğun olması həmçinin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs Mübariz oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdlur. Buna görə də Təqsirləndirilən şəxs Mübariz oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs Mübariz oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Mübariz oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Mübariz oğlunun əqli-intelektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs Mübariz oğlu cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur; - Məhkəmə əmətəşünaslıq ekspertizanın 03 iyul 2024- cü il tarixli 3-16-16/2-63345- 3/1042-9/4904 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd üzüyün ayrıayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və.s) Cədvəl 1də göstərilmişdir. Təqdim edilmiş 2 ədəd üzüyün üzərində istehsal yerinə aid hər hansı bir göstərici məlumat olmadığından, onların hansı zavodda istehsal olunduğun müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim edilən məlumatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1460,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir. 1 ədəd 675 manat dəyərində üzərində hər biri 0,060 ct ümumi 4/4 olmaqla 3 ədəd rəngsiz şəffaf brilyant qaşı olan sarı rəngli 750 əyarlı və damğalı 4,64 qram qızıl üzük; 01 ədəd 785 manat dəyərində üzərində üzərində bir ədədi təxminən 0,152 ct olmaqla 19 ədədinin hər biri təxminən 0,002 ct ümumi isə 4/4 olan iyirmi ədəd rəngsiz şəffaf brilyant qaşı olan sarı rəngli üzəri 750 əyarlı və damğalı 5,74 qram qızıl üzük; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş, Milli Məclisin xx.xx.2016-cı il tarixli qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir; Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli qərarla CM-nə edilmiş dəyişikliklər tətbiq olunmaqla cəzası 03 müəyyən olunmuş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 -cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-192/2021 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Mübariz oğlu CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 66.5-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası həmin hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir; - xx.xx.2024-cü il tarixli qəbzə əsasən 02 ədəd qızıl üzük Təqsirləndirilən şəxs Mübariz oğluna qaytarılmışdır; - Cinayət işinin ayrılması və sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, ********* nömrəli, ********* nömrəli və ********* nömrəli cinayət işləri hazırki cinayət işindən ayrılaraq ayrıca icraata verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs Mübariz oğlunun məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyrisəmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs Mübariz oğlunun Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın qismən aradan qalxmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Mübariz oğlunun Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-192/2021 nömrəli hökmü ilə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2024-cü il tarixində cəzasının sonu ilə cəzadan azad edilib) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Mübariz oğlunun əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Mübariz oğlu Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun əvvəllər də 02 dəfə oğurluq cinayətinə görə məhkum olunmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), ekspertiza tədqiqatının dəyəri 192 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməli, 02 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Mübariz oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Mübariz oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 192 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Mübariz oğlundan tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Cinayət işi üzrə maddi sübut olan 02 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs Mübariz oğlunun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs Mübariz oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 66 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Mübariz oğluna isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-756/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-756/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver