Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-759/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 iyun 2000-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycanlı Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kanalüstü adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə saat 20:58 radələrində idarə etdiyi “KHAZAR LX MİNİK” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 50 km/saat sürətlə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolu Buzovna qəsəbəsi istiqamətində hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən mövcud vəziyyətdə sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmamalı, qarşısına piyada çıxdığı üçün avtomobili tam təhlükəsizliyini təmin etməyən manevır aparmamalı, öz hərəkət zolağında tormozlanma əməliyyatı edərək həmin piyadaya çatmadan idarə etdiyi avtomobili dayandırmalı, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks tərəfdə hərəkət zolağına çaxmamalı, qarşı əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı, bununla da həmin maddənin tələblərinə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, şürüçü Təqsirləndirilən şəxs idarə etdiyi “KHAZAR LX MİNİK” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfiqi nişanlama xəttini kəsib keçərək qarşı əks tərəfin zolağıan çıxması ilə qarşı əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan “Tayota Prius” markalı **-EH-*** qeydiyyat nişanlı və Vaz-21144” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkəti üçün təhlükə yaradaraq “Tayota Prius” markalı **-EH-*** qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə Vaz- 21144” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə ehtiyyatsızlıqdan toqquşaraq “Tayota Prius” markalı **-EH-*** qeydiyyat nişanlı avtomobildəki sərnişinlər azyaşlı Zərərçəkmiş şəxs1 Firdovsi qızına başı və qarnın yumşaq toxumalarının əzilməsi ilə nəticələnən xəsarətlərlə müşayiət olunan sağlamlığının qısa müddətə pozulması ilə nəticələnən ehtiyatsızlıqdan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Firdovsi qızının sağlamlığının yüngül dərəcəli, şərnişin Zərərçəkmiş şəxs5 sol baldırın qançırları, alının, çənənin sıyrıqları, alt dodağın əzilmiş yarası, üst çənədə İİİ dişin hissəvi sınığı, sağdan çənə sümüyünün oynaq başının yerdəyişməsiz sınığı ilə nəticələnən xəsarətlərlə müşahidə olunan sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs5 sağlamlığına az ağır dərəcəli, şərnişin azyaşlı Zərərçəkmiş şəxs2 sağ göz almasının ağlı qişasının qan sızması, sağ göz qapağının qançırı, alt çənədə saol İ, sağ İ-İİ-İİİ dişlərinin hissəvi sınığı sağ göz orbitanın üst divarının xətti ilə nəticələnən xəsarətlərlə müşahidə olunan həyat üçün təhlükəli olan sağlamlığın pozulması ilə nəticələnən ehtiyatsızlıqdan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 sağlamlığına Ağır dərəcəli zərər vurulmasına səbəb olmaqla, eyni zamanda ehtiyatsızlıqdan “Tayota Prius” markalı **-EH-*** qeydiyyat nömrəli avtomobilin zədələnməsi ilə avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 4935 (dörd min doqquz otuz beş) manat məbləğində maddi ziyan vurulmasına, ehtiyyatsızlıqdan Vaz-21144” markalı **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə avtomobilin mülkiyyətçisi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə 1705 (min yeddi yüz beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin vəsiqə əsasında o etibarnamə ilə xalası oğlu Şahid4 məxsus «Xəzər LX» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 28 aprel 2024-cü il tarixdə saat 20:58-də o idarə etdiyi «Xəzər LX» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məştağa-Buzovna yolu ilə Buzovna istiqamətində saatda 50 km surətlə hərəkət edirmiş. Hərəkət etdiyi yol ikitərəflidir, yolun ortasında qoşa ağ zolaq vardır. O yolun sol tərəfi ilə zolağın böyrü ilə hərəkət edirmiş. Həmin vaxt O artıq sol tərəfdə olan «Saboil» yanacaq doldurma məntəqəsini təxminən 200 metr keçibmiş. O avtomobillə hərəkət edən zaman qarşısına piyada çıxıb. Həmin piyadanı vurmamaq üçün o əks istiqamət hərəkəti zolağına çıxıb və həmin vaxt öz yolu ilə hərəkət edən «Toyota Prius» markalı avtomobillə toqquşub. Eyni zamanda «Toyota Prius» markalı avtomobillə onun idarə etdiyi «Xəzər LX» markalı avtomobil birlikdə sürüşüb «Lada 21144» markalı **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Toqquşma zamanı «Toyota Prius» markalı avtomobildə sürücüdən başqa 2 azyaşlı uşaq və 1 qadın var imiş. Hadisə zamanı onlar xəsarət almışlar. Onun idarə etdiyi «Xəzər» avtomobilində o tək olub və xəsarət almışdır. «Lada 21144» markalı avtomobildə isə sürücü və iki sərnişin var imiş. Lakin, «Lada 21144» markalı avtomobildə olanlar xəsarət almamışlar. Hadisə yerinə əvvəl Təcili Tibbi yardım avtomobili, sonra isə polis əməkdaşları gəlmişdir. Xəsarət alan sərnişinləri, yəni 2 uşaq, 1 qadını və Təqsirləndirilən şəxs Tibbi yardım əməkdaşları Tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. «Lada 21144» markalı avtomobilin və «Toyota Prius» markalı avtomobilin sürücüsü hadisə yerində qalmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi var. Həmin vəsiqə əsasında o baş etibarnamə ilə tanımadığı şəxsə məxsus «Lada 21144» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. 28 aprel 2024-cü il tarixdə saat 20:58-də o idarə etdiyi «Lada 21144» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Albalı-Məştağa istiqamətində saatda 40-45 km surətlə hərəkət edirmiş. Onun hərəkət etdiyi yol ikitərəfli imiş, yolun ortasında qoşa ağ zolaq varmış. O yolun sağ tərəfi ilə hərəkət edirmiş. Yolun ona olan tərəfində olan «Saboil» yanacaq doldurma məntəqəsinə təxminən 200 metr qalmış o görübmüş ki, onun qarşısından o hərəkət etdiyi zolaqda əks istiqamətdə «Xəzər» markalı avtomobil hərəkət edir. Həmin vaxt onun qarşısında onun istiqamətində «Toyota Prius» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edirmiş. O həmin «Xəzər» avtomobilini onun istiqamətində hərəkət etdirdiyini təxminən 30-35 metr məsafədə görübmüş. «Xəzər» avtomobili onun istiqamətində həmin vaxt təxminən saatda 70-80 km surətlə hərəkət edirmiş. O qarşısında hərəkət edən «Toyota Prius» markalı avtomobil sağ dönmə işarəsini yandırıb sağ tərəfə istiqamətlənibmiş ki, «Xəzər» avtomobili ilə toqquşmadan yayınsın. Lakin, «Xəzər» markalı avtomobilin sürücüsü idarəetməni itirib öz idarə etdiyi avtomobili yenə də «Toyota Prius» markalı avtomobilin qarşısına tərəf sürübmüş. Nəticədə, «Toyota Prius» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin «Xəzər» avtomobili ilə toqquşubmuş. Eyni zamanda «Toyota Prius» markalı avtomobillə həmin «Xəzər» markalı avtomobil birlikdə sürüşüb onun idarə etdiyi «Lada 21144» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşubmuş. Toqquşma zamanı «Toyota Prius» markalı avtomobildə sürücüdən başqa 2 azyaşlı uşaq və 1 qadın var imiş. Hadisə zamanı onlar xəsarət almışlar. «Xəzər» avtomobilində sürücü onun bildiyinə görə tək olubmuşvə xəsarət almışdır. Onun idarə etdiyi «Lada 21144» markalı avtomobildə isə o və onun yanında iki sərnişin var imiş. Lakin, onun idarə etdiyi «Lada 21144» markalı avtomobildə olanlar xəsarət almamışlar. Hadisə yerinə əvvəl Təcili Tibbi yardım avtomobili, sonra isə polis əməkdaşları gəlibmiş. Xəsarət alan sərnişinləri, yəni 2 uşaq, 1 qadın və «Xəzər» avtomobilinin sürücüsünü Tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. O və «Toyota Prius» markalı avtomobilin sürücüsü hadisə yerində qalmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, ona məxsus Toyota Pruis markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şahid3 etibarnamə əsasında sürmək üçün verib. İman adlı şəxs həmin nəqliyyat vasitəsini ondan 21000 min manata almışdır və pulunu hər ay 500 manat verməklə hissə hissə ona ödəyib. Ancaq həmin nəqliyyat vasitəsi hal-hazırda onun mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə İman ona zəng vuraraq nəqliyyat vasitəsi ilə Buzovna-Maştağa yolunda yol nəqliyyat hadisəsi törətdiyini ona bildirib. İman ona Kazar LX markalı nəqliyyat vasitəsinin onun yoluna çıxdığını, nəqliyyat vasitələri toquşduqdan sonra idarə etməni itirərək 21144 markalı nəqliyyat vasitəsinə çırpıldığını bildirmişdir. Ona məxsus olan ancaq Şahid3 idarə etdiyi nəqliyyat vasitəsinin içərisində 3 nəfər şəxsin xəsarət almasını İman ona demişdir. Daha sonra hadisə yerinə TTY stansiyasının əməkdaşları və Polis əməkdaşları gələrək müvafiq araşdırma aparmışlar. Hadisə zamanı ona 4935 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərdi ki, ailəlidir və bu nigahdan 2 övladım vardır. O Respublika Uşaq Sanatoriyasında tərbiyəçi vəzifəsində çalışır. ali təhsillidir. Əvvələr məhkum edilməyib. xx.xx.2024-cü il tarixdə yaşadığı Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 1, ev 1 ünvanından Maştağa qəsəbəsində yerləşən onların ailəsinə məxsus bağ evinə getmək məqsədi ilə Bolt proqramı vasitəsi ilə taksi sifarişi veribmiş. Həmin proqram vasitəsilə onlara qara rəngdə dövlət qeydiyyat nişanı yadında qalmayan Toyota Prius markalı nəqliyyat vasitəsi gəlibmiş. O uşaqları ilə birlikdə həmin taksiyə minibmiş. O həmin nəqliyyat vasitəsində sağ arxa oturacaqda qızı Səmayəni ortada, oğlu Teymuru isə sol arxa oturacaqda əyləşdirmişdir. Onlar Buzovna qəsəbəsindən Buzovna-Maştağa yolu vasitəsi ilə Maştağa qəsəbəsində yerləşən bağ evinə doğru hərəkətə başlayıbmış. Saat təxminən 20:30 radələri olarmış. Həmin nəqliyyat vasitəsi 50-55 km/saat sürətlə hərəkət edirmiş. O arxa oturacaqda oturubmuş. Həmin gün bir az fikirli imiş. Təxminən 15-20 dəqiqədən sonra həmin nəqliyyat vasitəsinə nəyinsə çırpıldığını eşidib və onun başı həmin nəqliyyat vasitəsinin qabaq oturacaqına dəyibmiş. Hadisədən sonra tez dönüb uşaqlara baxdıqdan sonra o görüb ki,uşaqların vəziyyəti yaxşıdır. O uşaqları tez nəqliyyat vasitəsindən götürüb yerə salıbmış. Hadisə təzə olduğu üçün xəsarətləri tam hiss edə bilmirmiş. Bu zaman ətrafda çoxlu adamlar var imiş. Həmin adamların köməkliyi ilə onları yolun qırağında yerə oturdublar. Təxminən 10-15 dəqiqədən sonra o sol ayağında dəhşətli ağrılar hiss edbmiş. Daha sonra X18un sağ gözünün altı göyərməyə başlayıbmış. TTY əməkdaşları gələndə onun ağız boşluğunda qan axmağa başlayıbmış. O hadisə yerindən atasına məlumat veribmiş. Bir az keçmiş onun atası və anası hadisə yerinə gəlmişlər. Onun uşaqları qorxduğuna görə TTBY maşınına minməmişlər. TTY əməkdaşlarının köməyi ilə onu X10 aparmışlar. Onun uşaqlarını isə atası X10 öz maşını ilə gətiribmiş. İlkin müdaxilədən sonra onları evə göndəriblər. Onlar Evə gəldikləri üçün həmin günün səhərisi boynunda və çənəsində dəhşət ağrılar başlayıbmış. X18 başını tutaraq ağlıyırmış. Onun qızının isə sinəsində ağrılar var imiş. Bu zaman onlar birlikdə Respublika Nerocərrahiyə Xəstəxanasına getmişlər. Burada müayinə zamanı X18un alın sümüyünün çatlamasını və qızı Səmayənin sinəsinin bərk əzildiyini müəyyən etmişlər. Onu müayinə edən zaman çənə sümüyünün sınığı müəyyən edilibmiş. Daha sonra ona lazimi tibbi tədbirlər görülmüşdür. Daha sonra polis əməkdaşları onları çağıraraq müvafiq izahatımız alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 26 saylı X16 2-ci sinifində təhsil alır. xx.xx.2024-cü il tarixdə yaşadığı Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 1, ev 1 ünvanından Maştağa qəsəbəsində yerləşən onlara məxsus bağ evinə getmək məqsədi ilə Bolt proqramı vasitəsi ilə anası taksi sifarişi veribmiş. Həmin proqram onlara qara rəngdə dövlət qeydiyyat nişanı yadında qalmayan Toyota Priyus markalı nəqliyyat vasitəsi göndəribmiş. O anası və bacısı ilə birlikdə həmin taksiyə minmişlər. O həmin nəqliyyat vasitəsində sol arxa oturacaqda əyləşibmiş. Onun bacısı Səmayə ortada anası isə sağ arxa oturacaqda əyləşmişdi. Onlar Buzovna qəsəbəsindən Buzovna-Maştağa yolu vasitəsi ilə Maştağa qəsəbəsində yerləşən bağ evinə doğru hərəkətə başlamışlar. Saat təxminən 20:30 radələri olarmış. Həmin nəqliyyat vasitəsi 50-55 km/saat sürətlə hərəkət edirmiş. O arxa oturacaqda oturubmuş. O bacısı ilə söhbət etdiyinəə görə qabağa baxa bilmirmiş. Təxminən 15-20 dəqiqədən sonra həmin nəqliyyat vasitəsinə nəyinsə çırpıldığını eşidib və onun başı həmin nəqliyyat vasitəsinin qabaq oturacaqına dəyibmiş. Hadisə olandan sonra Anası onu və bacısını maşından yerə düşürdübmüş. Bu zaman ətrafda çoxlu adamlar var imiş. Ətrafdakı insanların köməkliyi ilə onları yolun qırağında yerə oturdublar. Bu zaman onun başında şiddətli ağrılar var imiş. Anası hadisə yerindən babasına məlumat veribmiş. Bir az keçmiş onun babası və TTY əməkdaşları hadisə yerinə gəliblərmiş. O və Bacısı TTY maşınından qorxduqlarınagörə babasının maşını ilə xəstəxanaya getmişlər. Xəstəxanada həkimlər onlara baxdıqdan sonra onu, bacısını və anasınl evə göndərmişlər. Sabahısı gün gözünün altı təmiz göyəribmiş. Onun başında ağrılar daha da artıbmış. Onun atası onları xəstəxanaya aparıb və onlara həkim dərmanlar yazıbmış. Daha sonra polis əməkdaşları onları çağıraraq müvafiq izahatlarını almışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 Firdovsi qızı göstərmişdir ki, o, hazırda məktəbə ilkin hazırlıq kursuna gedir. xx.xx.2024-cü il tarixdə yaşadıqları Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 1, ev 1 ünvanından Maştağa qəsəbəsində yerləşən onlara məxsus bağ evinə getmək məqsədi ilə Bolt proqramı vasitəsi ilə anası taksi sifarişi veribmiş. Həmin proqram onlara qara rəngdə dövlət qeydiyyat nişanı yadında qalmayan Toyota Priyus markalı nəqliyyat vasitəsi göndərilibmiş. O anası və qardaşı ilə birlikdə həmin taksiyə minmişlər. O həmin nəqliyyat vasitəsində arxa oturacaqda ortada əyləşibmiş. Onun solunda qardaşı sağında isə anası əyləşibmiş. Yolda hərəkət edən zaman o qardaşı ilə söhbət etdiyinə görə qabağa baxa bilmirmiş. Təxminən 15-20 dəqiqədən sonra həmin nəqliyyat vasitəsinə nəyinsə çırpıldığını eşidibmiş və başı həmin nəqliyyat vasitəsinin qabaq oturacaqının arasında olan qol altına sinə dəyərək əzilibmiş. Hadisə olandan sonra anası onları maşından yerə düşürübmüş. Bu zaman ətrafda çoxlu adamlar var imiş. Ətrafdakı adamların köməkliyi ilə onları yolun qırağında yerə oturtmuşlar. Bu zaman o sinəsində şiddətli ağrılar var imiş. Onun anası hadisə yerindən babasına məlumat veribmiş. Bir az keçmiş babası və TTY əməkdaşları hadisə yerinə gəmişlər. O və qardaşı TTY maşınından qorxduqlarına görə babasının maşını ilə xəstəxanaya aparıbmış. Xəsətxanada həkimlər onlara baxdıqdan sonra onu, qardaşını və anasını evə göndərmişlər. Sabahısı gün onun sinəsində ağrılar başlayıbmış. Onun atası onları xəstəxanaya aparmış və orada həkimlər onlara dərmalar yazıbmış. Daha sonra Polis əməkdaşları onları çağıraraq müvafiq izahatlarını almışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, bu səbəbdən də təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ailəlidir, 1 övladı var. İşin mahiyyəti üzrə bildirirəm ki, öz yaşadığı ərazidə olarkən dostu Hüseyin ona deyibmiş ki maşınına benzim vurmalıdır. O, Hüseyin və Əlqayıt Hüseynə məxsus olan “**-HH-***” dövlət qeydiyyat nişanlı “Vaz 21144” markalı maşına benzin doldurmaq üçün getmişlər. O maşının arxa oturacağında, Əlqayıt sağ yan oturacaqda, Hüseyin isə sürücü oturacağında oturubmuş. X13 yolunda sağdan 1-ci zolaqda 40-45 km sürətlə gedirmişlər. Qəfil yolun əks istiqamətində dayanmış avtomobillərdən tam arxada dayanmış,sonradan markasının “Xəzər” olduğunu bildiyi avtomobil hərəkətə başlayıb, qoşa xətti keçərək, yolun əks istiqamətinə yəni Hüseynin avtomobil ilə hərəkət istiqamətinə daxil olub, təxminən 4-5 metr qarşıda yolun sağdan 2-ci zolağında hərəkət edən “Toyota Prius” markalı avtomobilinə yolun sağdan 1-ci zolağında çırpılıbmış. Hüseyn həmin vaxtı iki avtomobilin toqquşmasını görüb idarə etdiyi “Vaz 21144” markalı avtomobili sağ tərəfə yönəltməyə çalışsa da, “Xəzər” markalı avtomobilin ön tərəfi də Hüseynin avtomobilinin qabaq tərəfinə çırpılıbmış. Bu zaman toqquşma zərbəsinin təsirindən sağ tərəfə sürüşən “Toyota Prius” markalı avtomobilin də qabaq sağ qanadı Hüseynin avtomobilinin sol tərəfinə sürtülübmüş. O hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, “Khazar LX minik” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci ildən ona məxsusdur. O xalası oğlu Nicata 2023-cü ilin dekabr ayından ona məxsus olan həmin avtomobili bağışlamışdır. 2024-cü ilin aprel ayının 28-də xalası oğlu Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi barədə məlumatı vardır. Həmin avtomobili Təqsirləndirilən şəxs bağışladığı üçün ona heç bir maddi ziyan dəymədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi var. Həmin vəsiqə əsasında o tanışı Arifə məxsus «Toyota Prius» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili onun tərəfindən verilmiş etibarnaməyə əsasən idarə edirmiş. O Arifin soyadını və atasının adını bilmirmiş. 28 aprel 2024-cü il tarixdə saat 20:58-də o idarə etdiyi «Toyota Prius» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Albalı-Məştağa istiqamətində saatda 50-55 km surətlə hərəkət edirmiş. Onun hərəkət etdiyim yol ikitərəfli imiş, yolun ortasında qoşa ağ zolaq varmış. O yolu ayıran qoşa xəttin yanı ilə hərəkət edirmiş. Yolun ona olan tərəfində olan «Saboil» yanacaq doldurma məntəqəsinə təxminən 200 metr qalmış o görübmüş ki, onun qarşındano hərəkət etdiyi zolaqda əks istiqamətdə «Xəzər» markalı avtomobil hərəkət edir. O həmin «Xəzər» avtomobilini onun istiqamətində hərəkət etdiyini təxminən 20-25 metr məsafədə görübmüş. «Xəzər» avtomobili onun istiqamətimdə həmin vaxt təxminən saatda 70-80 km surətlə hərəkət edirmiş. O həmin avtomobilin onun idarə etdiyi avtomobillə toqquşması qaçılmaz olduğunu görüb sağ dönmə işarəsini yandırıb avtomobili sağa çəkmək istəyibmiş. Lakin, «Xəzər» markalı avtomobilin sürücüsü idarəetməni itirib öz idarə etdiyi avtomobili yenə də onun idarə etdiyi avtomobilin üzərinə sürübmüş. Nəticədə, onun idarə etdiyi «Toyota Prius» markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin «Xəzər» avtomobili ilə toqquşub. Eyni zamanda onun idarə etdiyi «Toyota Prius» markalı avtomobillə həmin «Xəzər» markalı avtomobil birlikdə sürüşüb onun arxasıyca hərəkət edən «Lada 21144» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşubmuş. Toqquşma zamanı onun idarə etdiyi «Toyota Prius» markalı avtomobildə ondan başqa 2 azyaşlı uşaq və 1 qadın var imiş. Hadisə zamanı onlar xəsarət almışlar. Həmçinin, hadisə zamanı onun döş qəfəsi əzilmişdi və o ağrılar hiss edirmiş. «Xəzər» avtomobilində sürücü onun bildiyinə görə tək olmuşdur və xəsarət almışdır. «Lada 014» markalı avtomobildə isə sürücü və onun yanında iki sərnişin var imiş. Lakin, onun bildiyimə görə «Lada 21144» markalı avtomobildə olanlar xəsarət almamışlar. Hadisə yerinə əvvəl Təcili Tibbi yardım avtomobili, sonra isə polis əməkdaşları gəlmişlər. Xəsarət alan sərnişinləri, yəni 2 uşaq, 1 qadın və «Xəzər» avtomobilinin sürücüsünü Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. O və «Lada 014» markalı avtomobilin sürücüsü isə hadisə yerində qalmışlar. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ailəlidir, 2 övladı var. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:30 radələrində qardaşı Hüseynin idarə etdiyi “Vaz 21144” markalı “**-HH-***” dövlət qeydiyyat nişanlı avtomobil salonunda benzin doldurmaq üçün gedirmişlər. Avtomobildə Sənan adlı tanışım da var imiş. Hüseyn sürücü oturacağında, o Hüseynin sağ tərəfində, Sənan isə arxa oturacaqda oturubmuş. Hüseyn avtomobil ilə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində, Buzovna qəsəbəsi istiqamətindən, Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində hərəkət edən yolun sağdan 1-ci zolaqda hərəkət edirmiş. Qarşıda yolun əks istiqamət zolağında avtomobil tıxacı var imiş və avtomobillər nəyəsə görə dayanıbmış. Qəfil yolun əks istiqamətində dayanmış avtomobillərdən arxada dayanmış, sonradan markasının “Xəzər” olduğunu bildiyi avtomobil hərəkətə başlayıb, qoşa xətti keçərək, yolun əks istiqamətində yəni Hüseynin avtomobili ilə hərəkət istiqamətinə daxil olub, təxminən 4-5 metr qarşıda yolun sağdan 2-ci zolağında hərəkət edən “Toyota Prius” markalı avtomobilinə yolun sağdan 1-ci zolağında çırpılıbmış. Hüseyn həmin vaxtı iki avtomobilin toqquşmasını görüb idarə etdiyi “Vaz 21144” markalı avtomobili sağ tərəfə yönəltməyə çalışsa da, “Xəzər” markalı avtomobilin ön tərəfi də Hüseynin avtomobilinin qabaq tərəfinə çırpılıbmış. Bu zaman toqquşma zərbəsinin təsirindən sağ tərəfə sürüşən “Toyota Prius” markalı avtomobilin də qabaq sağ qanadı Hüseynin avtomobilinin sol tərəfinə sürtülübmüş. O Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, xx.xx.2024-ci il tarixdə təxminən saat 21:30 radələrində yaşadığı fərdi yaşayış evinin yaxınlığında dayanıbmış və bu vaxt Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətindən, Buzovna qəsəbəsi istiqamətində yüksək sürətlə hərəkət edən ağ rəngli "‘‘Xazar” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən kişi piyadanı vurmamaq üçün yolun əks istiqamətinə çıxdığını, yolun əks istiqamətində hərəkət edən “Toyota Prius” markalı avtomobilin qabaq tərəfinə çırpıldığını, bundan sonra hər ikisinin avtomobil “Vaz 21144” markalı avtomobilə çırpıldığını görüb. “Toyota Prius” markalı avtomobilin salonunda əyləşən yanında iki az yaşlı olan qadın sərnişin və “Xazar” markalı avtomobilin sürücüsü bədən xəsarətləri aldığını və hadisə yerindən xəsatəxanaya aparıldığını görüb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 01 may 2024-cü il tarixli, 400 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol baldırın qançırları, alının, çənənin sıyrıqları, alt dodağın əzilmiş yarası, üst çənədə İİİ dişin hissəvi sınığı, sağdan çənə sümüyünün oynaq başının yerdəyişməsiz sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “X14” X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 01 may 2024-cü il tarixli, 402 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlər- başı və qarnın yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X14” X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 01 may 2024-cü il tarixli, 401 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlər- baş-beyinin yüngül dərəcəli əzilməsi, ənsə sümüyünün xətti sınığı, sol bud sümüyünün qapalı sınığı, təpə nahiyəsinin, alının, burunun, sol almacıq və yanaq nahiyəsinin, hər iki əlin əzilmiş yaraları küt əşya təsirindən törənmişlər, törənmə müddətləri onun “X14” X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 8/1636 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisənin qarşısının alınması ilə əlaqədar hərətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21144 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması İlə əlaqədar hərətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Khazar LX markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğöunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli, 2051 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Firdovsi qızı əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Baş vermiş hadisə ilə əlaqədar hazırda psixi-emosional sferasında hər hansı neqativ hal müşahidə edilmir. Anasının və özünün deməsinə görə, hadisədən sonra maşınla yol gedərkən təkrar qəza olacağını düşünərək həyəcan, qorxu hissi keçirir. Zərərçəkmiş şəxs1 Firdovsi qızı fərdi-psixoloji xüsusiyyətlərinə görə ünsiyyətçil, sakit təbiətli, kənar mühitə bir qədər gec uyğunlaşa bilən, çəkingən şəxsdir. Zərərçəkmiş şəxs1 Firdovsi qızı etdiyi hərəkətlərin xarakter və mənasını özünün yaş xüsusiyyətləri (azyaşlı olduğundan) çərçivəsində düzgün qavramaq, dərk etmək qabiliyyətinə malikdir. X5 azyaşlı olduğundan kənar təsirə müqavimət göstərməyə bilər. Zərərçəkmiş şəxs1 Firdovsi qızının əqli inkişafının yaş xüsusiyyətlərinə uyğun olması müəyyən edilir. Hazırki müayinə zamanı Zərərçəkmiş şəxs1 Firdovsi qızında təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik müəyyən edilmədi. Zərərçəkmiş şəxs1 Firdovsi qızının fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli, 2050 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs2 ünsiyyətçillik, konfliktə meyilli olmamaq, adaptivlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 etdiyi hərəkətlərin xarakter və mənasını yaş xüsusiyyətləri çərçivəsində anlaya bilər. Zərərçəkmiş şəxs2 yaş və fərdi-psixi xüsusiyyətlərinə görə kənar təsirə müqavimət göstərməyə bilər. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı normaya uyğundur,gerilik aşkar edilmir. Zərərçəkmiş şəxs2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilmədi. Zərərçəkmiş şəxs2 özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024cü il tarixli, 1/3732 saylı aktından görünür ki, sürücü Şahid3 hadisə zamanı sükan arxasında ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024cü il tarixli, 1/3733 saylı aktından görünür ki, sürücü Zərərçəkmiş şəxs3 hadisə zamanı sükan arxasında ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2000-ci ildə Kürdəmir rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 01 il 09 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, yolnəqliyyat hadisənin baş verdiyi yerə əlavə baxış keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, 77EH538 dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 tərəfindən Şahid3 nəqliyyat vasitəsindən istifadə edilməsi üçün etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş BD956548 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən etibarən BC kateqoriyalı sürücülük vəsiqəsinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 33BH336 dövlət qeydiyyat nişanlı, “Khazar LX” minik markalı avtomobil Şahid4 adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, 33BH336 dövlət qeydiyyat nişanlı, “Khazar LX” minik markalı avtomobilin mülkiyyətçisi Şahid4 tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən istifadə edilməsi üçün etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X12 xx.xx.2024-cü il tarixli, ********** saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs5 sol diz oynağında sinovit vizual olunur. Menisklar və bağlar zədələnməyib. Dizaltı çuxurda piy toxumada imbibisiya izlənilir. Sol baldırın önündə, yuxarı 1/3, piy toxumada imbibisiya, kiçik maye topluları izlənilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 77EH538 dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilə 4935 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 90HH113 dövlət qeydiyyat nişanlı, “Lada (VAZ)” markalı avtomobilə 1705 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-99730/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BD 956548 nömrəli “BC” kateqoriyalı sürcülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixədək müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü i tarixli, 3(041)-351/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-351/2024 saylı məhkəmə qərarına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli, 11084 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlik aşkar edilmir. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid3 idarə etdiyi “Toyota Prius” markalı, 77EH538 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ-21144” markalı, 90HH113 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı, 33BH36 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Şahid4 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 10 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı 04 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı şikayət, iddia və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı 16 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı şikayət, iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər).” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipidir.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. ” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən “cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır.” Həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən “cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.” Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 59.2-ci maddəsinə əsasən cinayət əməli törətdiyini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılığını, zərər çəkmiş şəxslərdən ikisinə, yəni Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın tam şəkildə ödənilməsini və onlar ilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şahid3 idarə etdiyi “Toyota Prius” markalı, 77EH538 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ-21144” markalı, 90HH113 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı, 33BH36 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid4 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid3 idarə etdiyi “Toyota Prius” markalı, 77EH538 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ-21144” markalı, 90HH113 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı, 33BH36 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid4 təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat, ümumilikdə 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-759/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-759/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver