Məhkəmə qərarları › İş №1(003)-76/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-76/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-76/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə, 26 avqust 1994-cü ildə Lerik rayonu Bürsülüm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, Lerik rayonu, Bürsülüm Ərazi dairəsi, Bürsülüm kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 -cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1998-ci ildə Lerik rayonu Bürsülüm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, Lerik rayonu, Bürsülüm Ərazi dairəsi, Bürsülüm kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 -cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvələr məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 27 avqust 2022-ci il tarixdə saat 22 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında bibisi oğlu- X4 və qardaşı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin qarşısına gələrək ətrafda və evdə kimsənin olmamasından tam əmin olub əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 gələn olanda xəbər etmək niyyəti ilə küçədə dayanaraq ətrafa nəzərat etmiş, Mirasəf Kərimli ilə Təqsirləndirilən şəxs1 isə hasardan aşma yolu ilə qanunsuz həyətə, yəni saxlanc yerinə qanunsuz daxil olub orada olan evin plastik pəncərəsini sıxıb açmaqla evə girərək yataq otağında olan paltar dolabındakı qara rəngli çantanın içərisindən həmin tarixə ekvivalenti (məzənnəsi) 1700 manat olan 1000 ABŞ dollarını, digər yataq otağında olan paltar dolabından kağızların arasından 500 manat nağd pulu, həmin dolabda olan sandıqçanın içərisindən 01 ədəd 650 manat dəyərində sadə toxunuşlu uşaq qolbağını, 01 ədəd 980 manat dəyərində sünbül toxunuşlu qızıl qolbağını, 01 ədəd 1800 manat dəyərində üzəri qaşlı enli formalı qızıl qadın nişan üzüyünü, 01 ədəd 1150 manat dəyərində üzəri ziqzaqvari formada qadın qızıl üzüyünü, 01 ədəd 850 manat dəyərində üzəri paxlava formalı qadın qızıl üzüyünü, 01 ədəd 780 manat dəyərində kardinal formalı qadın qızıl sepini gizli yolla talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 8410 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən 12 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs3 və qardaşı-Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qızılağac Market”in dəmir barmaqlığını qırıb marketə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq marketin soyuducusunda və piştaxtasında olan ümumi dəyəri 160 manat olan kolbasaları, sosisləri və şiriniyyatları gizli yolla talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 27 avqust 2022-ci il tarixdə saat 22 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında bibisi oğlu- X4 və qardaşı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin qarşısına gələrək ətrafda və evdə kimsənin olmamasından tam əmin olub əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 gələn olanda xəbər etmək niyyəti ilə küçədə dayanaraq ətrafa nəzərat etmiş, Mirasəf Kərimli ilə Təqsirləndirilən şəxs1 isə hasardan aşma yolu ilə qanunsuz həyətə, yəni saxlanc yerinə qanunsuz daxil olub orada olan evin plastik pəncərəsini sıxıb açmaqla evə girərək yataq otağında olan paltar dolabındakı qara rəngli çantanın içərisindən həmin tarixə ekvivalenti (məzənnəsi) 1700 manat olan 1000 ABŞ dollarını, digər yataq otağında olan paltar dolabından kağızların arasından 500 manat nağd pulu, həmin dolabda olan sandıqçanın içərisindən 01 ədəd 650 manat dəyərində sadə toxunuşlu uşaq qolbağını, 01 ədəd 980 manat dəyərində sünbül toxunuşlu qızıl qolbağını, 01 ədəd 1800 manat dəyərində üzəri qaşlı enli formalı qızıl qadın nişan üzüyünü, 01 ədəd 1150 manat dəyərində üzəri ziqzaqvari formada qadın qızıl üzüyünü, 01 ədəd 850 manat dəyərində üzəri paxlava formalı qadın qızıl üzüyünü, 01 ədəd 780 manat dəyərində kardinal formalı qadın qızıl sepini gizli yolla talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 8410 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 12 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs3 və qardaşı-Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qızılağac Market”in dəmir barmaqlığını qırıb marketə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq marketin soyuducusunda və piştaxtasında olan ümumi dəyəri 160 manat olan kolbasaları, sosisləri və şiriniyyatları gizli yolla talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 12 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qızılağac Market”in dəmir barmaqlığını qırıb marketə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq marketin soyuducusunda və piştaxtasında olan ümumi dəyəri 160 manat olan kolbasaları, sosisləri və şiriniyyatları gizli yolla talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, eləcə də, bibisi oğlu X4 və qardaşım Təqsirləndirilən şəxs1 ilə birlikdə, Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozunda küçə ilə gedərkən əvvələr tanımadığı evdə yaşayış olmadığını və işıqlarının söndürülmüş vəziyətdə olduğunu görüb qərara gəlmişlər ki, həmin evdən birlikdə oğurluq etsinlər. Əvvəlcə ətrafa nəzər yetirib kimsəinin olmamasından tam əmin olduqdan sonra bu məqsədlə qabacadan aralarında olan razılaşmaya əsasən o, gələn olanda Sərhada və Mirasəfə xəbər etməyi üçün küçədə dayanmış, qardaşı Sərhad ilə bibisi oğlu Mirasəf hasardan həyətə aşmışlar. Təxminən 10 dəqiqədən sonra onlar yenidən hasardan aşıb qayıtmışlar. Onlar taksi sifariş edərək neftçilər metrostansityasının yaxınlığında xatırlamadığı çayxanaya getmişlər və orada kabinetlərin birində əyləşib oğurladığı pulları üç nəfər arasında bərabər şəkildə bölmüşlər. Lakin taksi sürücüsünə onları çöldə gözləməyini bildirmişlər. Daha sonra isə oğurladığı qızıl zinət əşyalarını satıb pul əldə etməsi üçün aralarında olan razılaşmaya əsasən qızılları Mirasəf Sərhada vermişdir ki, həmin qızılları satıb pul əldə edsin, aralarnda bölsünlər. Bundan sonra onlar ayrılmışlar, o, Mirasəflə kirayə ev axtarmağa getmişlər. Bir neçə saat sonra Sərhad və adını sonradan bildiyi taksi sürücüsü Nurlanla görüşüb birlikdə Nizami rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Titanik” adlı otelə getmişlər. Oteldə olarkən onlar yeyib içmişlər, onun özünə düşən pulda istirahət etmək üçün qız sifariş etmişdir. Daha sonra isə taksi sürücüsü çıxıb getmişdir. Bundan bir müddət sonra yəni, 11 oktyabr 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs3 onlarda olmuşdur. Onlar, yəni qardaşı Sərhad dostu Ramin ilə birlikdə gecə, yəni xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində küçəyə çıxmışlar. Qardaşı Sərhadla birlikdə qərara gəlmişlər ki, oğurluq etsin və bu barədə Raminə təklif etmişlər. Daha sonra yaxınlığında yerləşən Rövşənin marketinin yaxınılığına getmişlər və Raminə bildirmişdir ki, pusquda dayanıb gələn gedən olsa dərhal onlara xəbər versinlər. Oda qardaşı ilə birlikdə marketin dəmir barmaqlığını qırıb marketin içərisindən kolbasalar, sosiskalar və şirniyatlar oğurlayıb paketə qoyaraq marketdən çölə çıxmışlar. Daha sonra isə evə getmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı qismən ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, eləcə də, bibisi oğlu X4 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə, Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda küçə ilə gedərkən əvvələr tanımadığı evdə yaşayış olmadığını və işıqlarının söndürülmüş vəziyyətdə olduğunu görüb qərara gəlmişlər ki, həmin evdən birlikdə oğurluq etsinlər. Əvvəlcə ətrafa nəzər yetirib kimsənin olmamasından tam əmin olduqdan sonra bu məqsədlə qabaqcadan aralarında olan razılaşmaya əsasən o və Mirasəflə darvazadan aşaraq həmin evin həyətinə daxil oldular. Qardaşı Sübhan isə gələn olanda onlara xəbər etməyi üçün küçədə dayanıb onları gözləmişdir. O, Mirasəflə birlikdə evin mətbəx pəncərəsini itələyib açaraq oradan evin içinə daxil olmuşlar. Evin içinə daxil olduqdan sonra o və Mirasəf evin otaqlarını gəzərək oğurlamaq üçün qiymətli əşya və pul axtarmağa başlamışlar. O, evin otaqlarını axtaran zaman Mirasəf yanına gələrək ona bildirmişdir ki, 1000 dollar, 500 manat pul və qızıl zinət əşyaları tapıbmış. Həmin oğurladığı əmlakları və pulları ona göstərmişdir. Pulları və qızıl zinət əşyalarını oğurladıqdan sonra qərara gəlmişlər ki, evdən çıxsınlar. Bundan sonra Mirasəflə ilə daxil olduğu yerdən küçəyə çıxmışlar. Həmin vaxt Sübhan onları küçədə gözləyirmiş. Daha sonra taksi sifariş edərək Neftçilər metrostansityasının yaxınlığında xatırlamadığı çayxanaya getmişlər və orada kabinetlərin birində əyləşib oğurladığı pulları üç nəfər arasında bərabər şəkildə bölmüşlər. Lakin taksi sürücüsünə onları çöldə gözləməyini bildirmişdir. Daha sonra isə oğurladığı qızıl zinət əşyalarını isə satıb pul əldə etməsi üçün aralarında olan razılaşmaya əsasən qızılları ona vermişlər ki, həmin qızılları satıb pul əldə etsinlər, aralarında bölsünlər. Bundan sonra onlar ayrılmış, qardaşı Sübhan ilə Mirasəf kirayə ev axtarmağa getmişlər. O, isə taksi sürücüsü ilə birlikdə qızılları satmaq məqsədi tanımadığı qızıl dükanına girimişdir. Lakin onun şəxsiyyət vəsiqəsi üzərində deyilmiş. Ona görədə adını sonradan Nurlan bildiyi taksi sürücüsünün sənədi ilə həmin qızılları, yəni uşaq qolbağını, sümbül toxunuşlu qolbağı, 03 ədəd üzüyü, bir ədəd sepi ümumilikdə 1950 manata satmışlar. Qızılları alan şəxs oğurluq olub olmamağı barədə soruşduqda o, bildirmişdir ki, qızıllar özünə məxsusdur maşının təmirə ehtiyacı olduğu üçün satırmış. Bundan sonra oradan çıxmışlar. O, qızılları satdıqdan sonra taksi sürücüsü Nurlana 20 (iyirmi) manat pul vermiş, bir ədəd qara rəngli idman paltarı və bir ədəd ağ rəngli idman ayaqqabısı almışdar. Sonra onlar Nizami rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Titanik” adlı otelə getmişlər. Oteldə olarkən onlar yeyib içmişlər, Sübhan isə özünə qız sifariş etmişdir. Daha sonra isə taksi sürücüsü çıxıb getmişdir. Bundan bir müddət sonra yəni, 11 oktyabr 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs3 onlarda imiş. Onlar, yəni qardaşı Sübhan dostu Ramin ilə birlikdə gecə, yəni xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində küçəyə çıxmışlar. Sübhanla birlikdə qərara gəlmişlər ki, oğurluq etsinlər və bu barədə Raminə təklif etmişlər. Daha sonra yaxınlığında yerləşən Rövşənin marketinin yaxınılığına getmiş və Raminə bildirmişdir ki, pusquda dayanıb gələn gedən olsa dərhal onlara xəbər versinlər. Oda qardaşı ilə birlikdə marketin dəmir barmaqlığını qırıb marketin içərisindən kolbasalar, sosiskalar və şirniyatlar oğurlayıb paketə qoyaraq marketdən çölə çıxmış və daha sonra isə evə getmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı qismən ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 Füzuli oğlunu və X7 uzun müddətdir ki, NZS qəsəbəsindən tanıyırmış, onlar bir biri ilə yaxın münasibətdə olmuşlar. Zərərçəkmiş şəxs2 yazmış olduğu ərizə ilə tanış olmuş. Bildirmişdir ki, o, 11 oktyabr 2022-ci il tarixdə Sərhadla Sübhan qardaşlarına qonaq getmişdir. Gecə, yəni xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində o, Sübhan və Sərhad küçəyə çıxmışlar. Qardaşlar ona təklif etmişlər ki, yaxınlıqda tanıdıqları marketə oğurluğa girəcəklərmiş, oda onlarla birlikdə getsin. Daha sonra onların tanıdığı marketin qarşısına getmiş və əvvəlcədən planlaşdırıldığı kimi o, marketin yaxın məsafəsində gələn gedən olduqda xəbər etmək üçün dayanmışdır. Daha sonra isə Sərhadla Sübhan marketin dəmir barmaqlığını qırıb marketin içərisinə daxil olmuşlar. O, da dayanıb kənarda nəzər yetirmişdir. Bir qədər keçmiş Sərhadla və Sübhan əlində selofan paketlə çölə çıxmışlar. Daha sonra isə evə getmiş, lakin o, Sübhangilin mağazadan nə oğurlamaları barədə heç bir məlumatı olmamışdır. Nədə ki, ona heç bir pul və ya hər hansı ərzaq verməmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 27 avqust 2022-ci il tarixdə saat 12 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb Maştağa qəsəbəsinə qonaq getmişlər. O, evdən çıxarkən evin giriş qapısını və həyətin giriş qapısını kilitdən bağlamışdır. Həmin günü onlar qohumlarının evində qalası olmuşlar. Səhəri günü, yəni 28 avqust 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evə qayıtmış, həyət qapısını olduğu qayda ilə kilitdən açıb evin həyətinə daxil olarkən həyətdə olan evinin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal evin giriş qapısını kilitdən açıb içəri girərkən evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Bu zaman ona məlum olmuşdur ki, evə qonaq otağının plastik pəncərəsindən daxil olmuş naməlum şəxs onların yataq otağında olan paltar dolabındakı qara rəngli çantanın içərisindən 1000 ABŞ dolları, digər yataq otağında olan paltar dolabında kı kağızların arasından 500 manat nağd pulu, həmin dolabda olan satıqçanın içərisindən 01 ədəd 650 manat dəyərində sadə toxunuşlu uşaq qolbağı, 01 ədəd 980 manat dəyərində sümbul toxunuşlu qolbağı, 01 ədəd 1800 manat dəyərində üzəri qaşlı enli formalı qadın nişan üzüyü, 01 ədəd 1150 manat dəyərində üzəri ziqzaqvari formada qadın üzüyü, 01 ədəd 850 manat dəyərində üzəri paxlava formalı qadın üzüyü, 01 ədəd 780 manat dəyərində kardinal formalı qadın sepi oğurlanmışdır. O, bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları gələrək fotoşəkillər çəkib, protokol tərtib etmişlər. Bildirdiyi kimi həmin şəxs və ya şəxslər ona məxsus evə qonaq otağının plastik pəncərəsini sıxıb açma yolu ilə daxil olaraq evdən oğurluq etmişdir. Baş vermiş oğurluq nəticəsində ona məxsus evdən 1000 ABŞ dolları, 500 manat nağd pul və 6210 manat dəyərində qızıl zinyət əşyaları oğurlanmışdır. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bilirərək təqsirləndirilən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, yaşadığı qəsəbədə, yəni yaşadığı evin qarşısında «Qızılağac Market»i işlədir və həmin maketi hər gün axşam təxminən saat 22-23 radələrində bağlayıb səhər saat 08 radəlrində açırmış. Mağazanın giriş qapısında plastik qapıdan əlavə olaraq dəmir barmaqlığı varmış. 11 oktyabr 2022-ci il tarixdə axşam saatlarında mağazanı bağlayıb yaşadığı evə getmişdir. Səhərə günü, yəni 12 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində marketi açmaq üçün yaxınlaşan zaman marketin dəmir barmaqlığının qırılmış vəziyyətdə olduğunu və qapının açıq olduğunu görüb dərhal marketə girmişdir. Ona məlum olmuşdur ki, marketindən oğurluq olub, oğurluq edən şəxs marketə daxil olaraq marketin soyuducusunda və piştaxtasında olan ümumi dəyəri 160 manat olan kolbasaları, sosisləri, şiriniyyatları oğurlamışlar. O, bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları gələrək fotoşəkillər çəkib, protokol tərtib etmişlər. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci ildə Lerik rayonunda doğulmuş Ağayev X10 Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, AR CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətində intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Suraxanı RPİ İŞ tərəfindən Təqsirləndirilən şəxs2 AR Cmnin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə AR CPM-nin 39.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 07 ay 08 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR MM-nin xx.xx.2021ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir İş materillarıda olan İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. .İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 21-1/3-23349/17 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası icra edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1 və 69.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs3 hökmlə təqsirli bilindiyi AR CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş üç min manat miqdarında cərimə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə ona təyin edilmiş altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq altı ay müddətində azadlıqdan məhrum etmə cəzası və üç min manat miqdarında cərimə cəzası təyin edilmişdir. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 noyabr 2016-cı il tarixdən hesablanmaqla azadlıqdan məhrum etmə cəzasının çəkilməsi nəzərə alınmışdır. AR CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 altı aydan artıq müddətə həbsdə olduğu nəzərə alınaraq cərimə cəzası yüngülləşdirilərək iki min səkkiz yüz manat müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1, 69.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 01 il 09 ay 16 gün müddətində azadlığın məhdudlaşdırılması və 2800 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 1(067)- 17/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 21-1/3-18108/19 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 2800 manat cərimə məbləğini bu günə kimi ödəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 296897-21-1/3-21991-23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Xəzər Rayon Məhkəməsinin 4(003)- 468/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində xx.xx.2022-ci il tarixdən “həbs” qətimkan tədbiri seçildiyindən məhkum olunduğu 01 il 09 ay 16 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş və 2800 manat cərimə cəzası ödənilməmiş qalmışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin materiallarının və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən 12 oktyabr 2022-ci il tarixdə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə ayrılmış ********* saylı cinayət işinin materialları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli həmin Məcəllnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs3 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş tutma haqqında protokoldan görünür ki, Xəzər RPİnin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs1 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş tutma haqqında protokoldan görünür ki, Xəzər RPİnin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs2 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 14 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 14 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 14 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-469/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 02 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 02 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində 02 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş 1(037)- 45/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X5, Təqsirləndirilən şəxs2 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 1(037)-45/2022 nömrəli hökmü 01 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Əlavə olaraq bildirilir ki, həmin cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Qaradağ RPİnin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmış, xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2021-ci il tarixdə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X11 tərəfindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmış, xx.xx.2021-ci il tarixdə həmin cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2021-ci il tarixində Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X11 tərəfindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmış, xx.xx.2021-ci il tarixdə Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi X9 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnməklə istintaqı davam etdirilmiş, xx.xx.2021-ci il tarixdə Qaradağ RPİ-nin İŞnin müstəntiqi X11 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnməklə istintaqı davam etdirilmiş, müstəntiq X11 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə başlanmış ********* nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmiş, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Rauf Xalıqzadə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə başlanılmış ********* nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmiş, istintaq zamanı X5 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncu dəfə xx.xx.2021-ci il tarixində İsmayıllı rayonunun inzibati ərazisində oğurluq etməsi müəyyən olunduğundan xx.xx.2021-ci il tarixdə müstəntiq X11 tərəfindən sonuncu cinayət əməlinin İsmayıllı rayonunun inzibati ərazisində törətməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 213.1-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsilə İsmayıllı RPŞ-yə göndərilmiş, İsmayıllı RPŞ-nin İB-nin rəisi X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ********* nömrəsi altında davam etdirilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq, ödənilmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə qeyd edir ki, tələbnamədən göründüyü kimi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 07 ay 08 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir və üzərindən məhkumluq götürülmüşdür. Daha sonra İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlini etiraf etməsini, səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə qeyd edir ki, tələbnamədən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs3 hökmlə təqsirli bilindiyi AR CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş üç min manat miqdarında cərimə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə ona təyin edilmiş altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq altı ay müddətində azadlıqdan məhrum etmə cəzası və üç min manat miqdarında cərimə cəzası təyin edilmişdir. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 noyabr 2016-cı il tarixdən hesablanmaqla azadlıqdan məhrum etmə cəzasının çəkilməsi nəzərə alınmışdır. AR CMnin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 altı aydan artıq müddətə həbsdə olduğu nəzərə alınaraq cərimə cəzası yüngülləşdirilərək iki min səkkiz yüz manat müəyyən edilmişdir. Daha sonra Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1, 69.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 01 il 09 ay 16 gün müddətində azadlığın məhdudlaşdırılması və 2800 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 1(067)- 17/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə cinayət əməli Təqsirləndirilən şəxs3 tərəfindən 12 oktyabr 2022-ci il tarixdə törədilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azəbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.” Həmin Məcəllənin 184-cü maddəsinə əsasən “Cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.” Məhkəmə qeyd edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən 19 yanvar 2023-cü il tarixdə mülki iddia verilmişdir. 13 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə məhkəmə istintaqı tamamlanmış və məhkəmə çıxışlarına başlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia icraata qəbul edilməkdən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası hazırki hökm ilə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs3 qəti olaraq 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Cəzaçəkmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia icraata qəbul edilməkdən imtina edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar