Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-76/2025 05.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Naxçıvan şəhəri, Əliabad qəsəbə ərazi dairəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs Əyyyub oğlu 2022-ci ilin sentyabr ayının sonlarında qeyrirəsmi olaraq ər-arvad kimi yaşadığı Qanuni nümayəndə əvvəlki ərindən olan xx xxxxxxxx 2013-cü il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmayan olduğunu bildiyi qızı Zərərçəkmiş şəxs yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivindəki nömrəsiz evlərində heç kim olmadığı vaxt cinsi ehtirasını təmin etmək məqsədilə anasının yataq otağında taxtın üzərində öz yanında uzandırıb zor tətbiq etmədən onu sığallayıb-tumarlamaqla öz cinsiyyət üzvünü gərginləşdirib Zərərçəkmiş şəxs əlini paltarının üstündən cinsiyyət üzvünə toxundurmaqla sığallatdırıb seksual xarakterli əxlaqsız hərəkətlərlə cinsi ehtirasını pozğun formada təmin etməklə, bundan təxminən bir ay sonra Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının əvvəllərində axşam saatlarında öz seksual xarakterli əxlaqsız hərəkətlərini davam etdirib yenə yaşadıqları Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivindəki nömrəsiz evlərindən idarə etdiyi “Hyundai” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Binə qəsəbəsi, Atçılıq massivindən içməli su gətirməyə getmələri adı ilə aşkar surətdə on dörd yaşına çatmayan olduğunu bildiyi Zərərçəkmiş şəxs onunla birlikdə getməyə razılaşdırıb onu avtomaşının qabaq sərnişin oturacağında öz yanında əyləşdirib avtomaşında hərəkət edib irəlilədikdən bir qədər sonra Xəzər rayonu ərazisində Binə qəsəbəsi, Atçılıq massivində yolda cinsi ehtirasını təmin etmək məqsədilə bir əli ilə avtomaşını idarə edib, digər əli ilə əynindəki şalvarının zəncirbəndini açaraq özünün cinsiyyət üzvünü çölə çıxardıb əli ilə sığallayıb-oxşamaqla gərginləşmiş cinsiyyət üzvünü nümayiş etdirib avtomobili yoldakı çalaya qəsdən salıb yırğalamaqla Zərərçəkmiş şəxs yırğalanmaqdan saxlamaq bəhanəsilə zor tətbiq etmədən özünə tərəf əyib ani olaraq gərginləşmiş cinsiyyət orqanını onun ağız və sifət nahiyyəsinə toxundurmaqla sürtüb seksual xarakterli əxlaqsız hərəkətlərlə cinsiyyət orqanından ifraz etdiyi şirəni onun sifət nahiyyəsinə yayaraq cinsi ehtirasını pozğun formada təmin etməklə, bundan təxminən bir ay sonra Təqsirləndirilən şəxs Əyyyub oğlu 2022-ci ilin noyabr ayının sonlarında axşam saatlarında öz seksual xarakterli əxlaqsız hərəkətlərini davam etdirib yenə yaşadıqları Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivindəki nömrəsiz evlərindən idarə etdiyi “Hyundai” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Binə qəsəbəsi, Atçılıq massivindən içməli su gətirməyə getmələri adı ilə aşkar surətdə on dörd yaşına çatmayan olduğunu bildiyi Zərərçəkmiş şəxs onunla birlikdə getməyə razılaşdırıb avtomaşının qabaq sərnişin oturacağında öz yanında əyləşdirib avtomaşında hərəkət edib irəlilədikdən bir qədər sonra Xəzər rayonu ərazisində Binə qəsəbəsi, Atçılıq massivində yolda cinsi ehtirasını təmin etmək məqsədilə bir əli ilə avtomaşını idarə edib, digər əli ilə əynindəki şalvarının zəncirbəndini açaraq özünün cinsiyyət üzvünü çölə çıxardıb əli ilə sığallayıb-oxşamaqla gərginləşmiş cinsiyyət üzvünü nümayiş etdirib Zərərçəkmiş şəxs da əlini zor tətbiq etmədən cinsiyyət orqanından tutdurub öz əli ilə birlikdə irəli-geri aparıb-gətirtməklə seksual xarakterli əxlaqsız hərəkətlərlə cinsi ehtirasını pozğun formada təmin etməklə, bundan təxminən bir müddət sonra Təqsirləndirilən şəxs Əyyyub oğlu 25 may 2024-cü il tarixdə axşam saatlarında öz seksual xaraktarli əxlaqsız hərəkətlərini davam etdirib yenə yaşadıqları Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivindəki nömrəsiz evlərində hamının yatdığını güman edib aşkar surətdə on dörd yaşına çatmayan olduğunu bildiyi Zərərçəkmiş şəxs yatdığı otağa keçib cinsi ehtirasını təmin etmək məqsədilə ayaq üstə əlləri ilə onun sifətini oxşayıb zor tətbiq etmədən ani olaraq başının arxasından tutub əyərək onun başını əynindəki şalvarının üzərindən cinsiyyət orqanına toxundurmaqla, bundan sonra çarpayıda Zərərçəkmiş şəxs yanında uzanaraq zor tətbiq etmədən seksual xarakterli hərəkətlərlə yenidən onun başını özünün gərginləşdirdiyi cinsiyyət orqanına tərəf aparıb ağzına alması üçün şalvarını aşağı salmaq istəyərkən G. Məmmədovanın anası Qanuni nümayəndə və bacısı Şahid1 Vasif qızının otağa girdiyini görüb onu özündən uzaqlaşdırmaqla aşkar surətdə on dörd yaşına çatmayan olduğunu bildiyi, lakin hərəkətlərinin mahiyyətini dərk edən Zərərçəkmiş şəxs qarşı vahid niyyətlə əhatə olunmuş qəsdlə zor tətbiq etmədən cinsi ehtirasını pozğun formada təmin edib seksual xarakterli əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 2004-cü ildə rəsmi olaraq ailə həyaı qurmuş və 2011-ci il tarixdə rəsmi olaraq boşanmışdır. O, 2019-cu il tarixdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində nömrəsiz ünvanda ev alaraq orada yaşamağa başlamışdır. 2020-ci ilin oktyabr ayında dostu Rasim vasitəsilə Aytacla tanış olmuşdur. Bundan sonra onun Aytacla münasibətləri yaranmışdır. 2021-ci ilin yanvar ayında o, Aytacın valideynləri ilə söhbət edərək Aytacı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Atçılıq massivinə gətirmiş və onlar ərarvad kimi yaşamışlar. Aytacın 2012-ci il təvəlləüdlü Zəhra və 2013-cü il təvəllüdlü Gülay adklı qızları da onlarla birlikdə yaşamışlar. O, həmin qızlara öz övladları kimi baxmışdır. 2023-cü ilin may ayından Aytacla münasibətləri pozulmağa başlamışdır. Bir müddət sonra o, Aytacdan ayrıla bilmədiyindən yenidən onunla əlaqə yaratmış və məktəblərin başlanmasına yaxın onları yenidən yaşadığı evə gətirmişdir. O, yenidən uşaqların bütün xərclərini çəkməyə başlamış və onlara ata qayğısı göstərməyə başlamışdır. O, Aytacın uşaqları Zəhra və Gülaya ata sevgisini əsirgəməmişdir. Onlarla oynayıb günlərinin xoş keçməsi üçün əlindən gələni etmişdir. O, xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində bazarlıq edərək yaşadığı evə gəlmiş və öz otağına keçibmiş. O, otaqda istirahət etmək üçün taxta uzanmış, Aytac da onun yanında uzanmışdır. Uşaqlar isə öz otaqlarında idi. Zəhra və Gülay otaqlarında telefon üstündə bir birləri ilə dava edirdilər. Aytac Zəhranı yanına, yəni onların otağına çağırmışdır ki, gəlib onun başını masaj etsin. Zəhra gələrək Aytacın başını masaj etmişdir. O, da uzanıqlı mobil telefonda oyun oynayırdı. Zəhra onunla birlikdə oyun oynamaq istədiyini demiş və onun yanına gəlmişdir. Sonra o, çölə çıxıb yenidən evə qayıtmış və Gülay olan otağa daxil olaraq sonuncuya yaxınlaşaraq şirin dillə nə üçün bacısı ilə mübahisə etdiyini soruşmuşdur. Təxminən 1 dəqiqədən sonra Zəhra otağa daxil olmuş və bildirmişdir ki, onu niyə tək qoyub Gülayın yanına gəlmişdir. Bu zaman Aytac otağa daxil olmuş və nə etdiklərini soruşmuşdur. O, isə sadəcə uşaqla oynadığını demişdir. Bundan sonra Aytac qonşu Zahiri çağırmışdır. Bundan sonra Aytac və qonşu Zahir polisə gedərək onun barəsində şikayət etmişlər. O, heç kimə qarşı əxlaqsızlıq etməmişdir. Aytacın uşaqlarına ata qayğısı göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən 292 saylı orta məktəbin 5g sinfində oxuyur. O, 2-ci sinifdə oxuyan zaman onun anası Aytac Zaurla ailə həyatı qurmuş və o bacısı Zəhra ilə birlikdə Zaurun Binə qəsəbəsində yerləşən evinə köçərək orada yaşamış və həmin qəsəbədə 292 saylı orta məktəbdə oxumağa başlamışdır. Zaurun ona qarşı münasibətləri normal olmuşdur. Belə ki, Zaur həmişə onunla oyun oynamış, ona acıqlanmamış, onu həmişə oxşamışdır. O, 4-cü sinifdə oxuduğu vaxtdan, yəni anası istixanada işlədiyi müddətdən başlayaraq Zaur onun bədəninin müxtəlif yerlərini oxşamağa başlamışdır. Bir dəfə o, məktəbədən evə tez gəlmişdi, anası işdə idi, bacısı Zəhra isə məktəbdə 2-ci növbə oxuduğundan məktəbə getmişdi. O, məktəbdən gəldikdən sonra yeməyini yeyib anasının otağında taxtın üzərində oturub kitab oxuyurdu. Zaur evə gəldi və otağa gələrək onun yanında uzanmış və onun əlindən kitabı alaraq kənara tullamış və onu oynatmağa başlamışdır. Bir azdan Zaur əynində olan şalvarının qabaq hissəsini əli ilə tumarladı və onun əlini paltarının üzərindən cinsiyyət orqanına toxundurub sığallatdırmışdır. O da, tez otaqdan çıxaraq tualetə qaçmışdır. O, tualetdə bir az gözləmişdir ki, Zaur çıxıb işə getsin. Həmin zaman Zaurun mobil telefonuna zəng gəldi və o, evdən çıxıb getdi. Bir müddətdən sonra anası və bacısı evə gəldilər, o bu barədə anasına heç nə deməmişdir. Bundan bir ay sonra yəni, 2023-cü ilin oktyabr ayının əvvələrində Zaur əmisi avtomaşını ilə onunla yaşadığı evin yaxınlığında Atçılıq massivindən su gətirməyə gedən zaman o arxa oturacaqda oturmaq istəyəndə Zaur ona demişdir ki, arxada niyə oturursan gəl qabaqda əyləş. O, da gəlib qabaq oturacaqda əyləşmişdir. Onlar yolda gəldikləri zaman Zaur bir əli ilə avtomaşını idarə edirdi, digər əli ilə isə əynindəki şalvarının zəncirbəndini açaraq cinsiyyət orqanını çölə çıxardıb əli ilə oxşayaraq ona göstərmişdir. Zaur idarə etdiyi avtomaşını çalaya saldı ki, o Zaurun üzərinə getsin. O, avatomaşının silkələnməsindən müvazinətini itirərək, Zaura tərəf yıxılmış və onun ağız nahiyyəsi Zaurun cinsiyyət orqanına dəyəndə o ağzını çevirmişdir, bu zaman onun cinsiyyət orqanı onun sifət nahiyyəsinə dəymişdir və cinsiyyət orqanından gələn şirə sifətində qalmışdır. Zaur bu hərəkətləri edən zaman onu daddı-duzdu balam, qara kişmişim deyə oxşayırmış. Onlar su yerinə çatdıqda, Zaur şalvarının qarşısını bağlamış və yerə düşərək su balonlarını doldurub avtomaşının arxa yük yerinə yığmış və gəlib avtomaşında əyləşərək ona heç bir söz demədən avtomaşını idarə edərək evə gəlmişlər. O, evə çatan kimi hamama gedərək sifətini yumuş və bu barədə heç kimə bir söz deməmişdir. Bundan təxminən 1 ay sonra yenə də su gətirməyə gedəndə Zaur onu aparmaq istəyəndə o, getmək istəməmişdir. Bu zaman Zaur bacısı Zəhranı su gətirməyə aparmaq istəmişdir. O, bacısı Zəhranın da başına ona etdiyi hərəkətləri edəcəyindən qorxub Zaurla su gətirməyə getmişdir. Yolda Zaur şalvarının qabaq zəncirbəndini açaraq cinsiyyət orqanını çölə çıxartmış və onun əlindən tutaraq cinsiyyət orqanını əlinə vermişdir. Zaur bir əli ilə avtomaşını idarə edirdi, bir əli ilə onun əlinin üstündən tutaraq cinsiyyət orqanının üzərində aparıb gətirmişdir. Zaurun cinsiyyət orqanı dik durmuşdu. Su yerinə çatanda Zaur onun əlini çəkdi və şalvarının zəncirbəndini bağlayaraq avtomaşından düşüb su qablarını doldurdu və avtomaşının yük yerinə yığaraq avtomaşına gəldi. Zaur avtomaşını idarə edən zaman yenə də onun əlini bu dəfə şalvarının üzərindən cinsiyyət orqanında aparıb gətirməyə başladı. Onlar evə çatanda Zaur, əlini buraxdı. O, uşaqların arasında, ailədə biabır olmaq istəmirdi. Lakin son vaxtlar hiss etdi ki, əxlaqsız, seksual hərəkətlərini tez tez davam etdirir, qorxmuşdur ki, birdən qızlığına toxunar, ona görə də məcbur olub hadisə barədə xx.xx.2024-cü il tarixdə onunla bir sinifdə oxuyan sinif yoldaşı olan və 17 yaşlı Mədinəyə bu barədə bildirmişdir. Mədinə ona anasına deməyi məsləhət bildi. Lakin o, anasından qorxduğu üçün deyə bilməyəcəyini Mədinəyə dedikdə Mədinə sinif rəhbərilər Ülkər müəlliməyə bu barədə məlumat verməyi məsləhət görmüşdür. Lakin özü Ülkər müəlliməyə bu barədə məlumat verdikdən sonra məktəbin psixoloqu Vüsala müəllimə anasına bu barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə anası onlarla danışaraq xəbərdar etdi ki, “axşam özümü yuxuluğa vuracam və Zaurun hərəkətlərinə nəzarət edəcəm. Zəhra gəlib onun yanında uzanar ki, Zaur yatdığımı görüb hansı hərəkətləri edəcəkdir”. Həmin axşam anası taxtın üzərində uzanaraq başının ağrıdığını Zəhraya bildirdi və Zəhranı yanına çağırdı. Həmin zaman Zaur da anasının yanında taxtda uzanmışdı. O, isə digər otaqda mobil telefon ilə oynayırmış. O, otaqda qorxaraq anasının otağına daxil olduqda Zaur ona acıqlanaraq bildirdi ki, “bayaqdan bacınla telefon üstündə dalaşırdınız, indi Zəhra burada uzanıb sən də get otağında telefonunla oyna” deyərək onu otaqdan qovalamışdır. Bir müddətdən sonra Zaur onun otağına gəlmiş və onun arxasında ayaq üstə dayanaraq onun başını arxadan tutub əyərək cinsiyyət orqanına tərəf aparmışdır. Onun sifəti onun paltarının üzərindən cinsiyyət orqanına dəymiş və Zaur onun sifətindən tutub qara balam demişdir. Bundan sonra Zaur onun yanında uzanmış və baş nahiyyəsini cinsiyyət orqanına tərəf aparmış və şalvarını aşağı salmaq istəyəndə anası bacısı ilə birlikdə otağa daxil olmuşlar. Zaur anasını görüb onu özündən uzaqlaşdırmışdır. Bundan sonra anası ilə Zaurun arasında mübahisə yaranmış, anası qonşuları Əminəyə zəng etmişdir. Bir neçə dəqiqədən sonra Əminə əri Zahirlə ora gəlmişlər. Zaur onun anası ilə ər-arvad münasibətlərində olsalar da, ona və bacısına anası baxıb, onların Zaurdan heç bir asılılığı olmamışdır. Zaur ona qarşı heç vaxt zor tətbiq etməmiş, vurmamış, döyməmiş, fiziki ağrı yetirməmiş, zorla harasa aparmamış, zorakılıq göstərməmiş, hərdə-qorxu gəlməmişdir. Zaur ona qarşı seksual hərəkətlər edən zaman bəlkə də fikirləşmişdir ki, yaşı azdır, o, Zaurun əxlaqsız hərəkətlər etdiyini başa düşməmişdir. Lakin o, Zaurun ona qarşı etdiyi hərəkətləri həmişə dərk etmiş, bunların seksual hərəkətlər olduğunu bilirmiş, özlüyündə onu başa düşürmüş ki, Zaur ona qarşı göstərdiyi hərəkətləri ilə özünü boşaltmaq, rahatlanmaq istəyir, ona görə də Zaurun hərəkətlərinə qarşı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində qeyd etmişdir ki, hadisəni dəqiq görməmişdir. Gülay öz sinif yoldaşına, o isə müəllimlərinə danışmışdır. Söhbətdən məlum olmuşdur ki, Zaur Gülaya qarşı əxlaqsız hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən 292 saylı orta məktəbin 5g sinfində oxuyub. O, 2-ci sinifdə oxuyan zaman anası Aytac Zaurla ailə həyatı qurdu və o,bacısı Zəhra ilə birlikdə Zaurun Bİnə qəsəbəsində yerləşən evinə köçərək orada yaşamışdır və həmin qəsəbədə 292 saylı orta məktəbdə oxumağa başlamışdır. Zaurun ona qarşı münasibətləri normal olmuşdur. Belə ki, Zaur, həmişə onunla oyun oynamış, ona acıqlanmamış, onu həmişə oxşamışdır. O, 4-ci snifdə oxuduğu zaman yay tətilində dəqiq tarixi yadında qalmadığı vaxtda təxminən günorta saatlarında Zaurla birlikdə taxtın üzərində uzanıb kinoya baxan zaman Zaur onun əynində olan yay köynəyinin qarın tərəfdən olan hissəsindən əlini döşlərinə tərəf gətirmişdir və təxminən 10 dəqiqə ərzində əlini sinəsində döşlərində gəzdirmişdir. Bu müddət ərzində anası mətbəxdə olduğundan anası bunu görməmişdir. Anası onların uzandıqları otağa gələn kimi Zaur əlini onun sinəsindən çəkməyə başlamışdır. Zaur anası ilə davalar etdiyindən o, qorxurmuş ki, anasına bu barədə bildirsə, anası Zaurla dava edər, Zaurda anasnıı öldürər. Zaur bir dəfə neçə dəfə qonşusu Elyarənin də sinəsinə əlini atmışdır. Lakin qorxduqları üçün anasına bu barədə bir söz deyə bilmirmiş. xx.xx.2024-cü il tarixdə Gülay sinif yoldaşı olan və 17 yaşlı Mədinəyə bu barədə bildirmişdir. xx.xx.2024-cü il tarixdə məktəbin psixoloqu Vüsalə müəllimə anasını məktəbə çağırdı. xx.xx.2024-cü il tarixdə anası onlarla danışaraq xəbərdar etdi ki, “axşam özümü yuxulğa vuracam və Zaurun hərəkətlərinə nəzarət edəcəm. Zəhra gəlib mənim yanımda uzanarsan ki, Zaur onun yatdığını görüb hansı hərəkətləri edəcəkdir”. Həmin axşam anası taxtın üzərində uzanaraq başının ağrıdığını ona bildirmş və onu yanına çağırmışdır. Həmin zaman Zaur da anasının yanında taxtda uzanmışdır. Gülay isə digər otaqda mobil telefon ilə oynayırdı. O, da anasının yanında uzanaraq Zaurla mobil telefonda oyun oynamağa başlamışdır. O, Zaura yaxın olduğundan Zaur əlini onun başının üzərindən digər tərəfinə uzadaraq onun qısa geyiminin qollarından əlini içəri salıb döşünə yaxın hissədə qolunun altını sığallamağa başlamışdır. Zaur hərdən anası tərəfə baxaraq yatdığına əmin olmaq istəmişdir. Bu zaman Gülay digər otaqdan onların otağına daxil olduqda Zaur Gülaya acıqlanaraq bildirmişdir ki, bayaqdan bacınla telefon üstündə dalaşırdınız, indi Zəhra burada uzanıb sən də get otağında telefonunla oyna deyərək Gülayı otaqdan qovalamışdır. Zaur onun paltarının qolundan döşünün yanını bir neçə dəfə sığallayaraq yataqdan durmuş və çölə çıxmışdır. Anası ona Gülayı otağına göndərməyini dedi. O da, Gülayı otağa göndərmişdir. Zaur avtomaşınını küçədən həyətə salaraq yenidən evə gəlmiş və ayaqyoluna girib çıxdıqdan sonra Gülayın otağına getmişdir. Anası sakitçə ona pıçıltı ilə Zaurun hara getdiyini soruşduqda Zaurun Gülayın otağına getdiyini işarə etmişdir. Təxminən 3-4 dəqiqədən sonra anası onu Gülayın otağına göndərmişdir ki, Zaur Gülaya nə etdiyini görsün. O, ayaqlarının ucu ilə qapıya yaxınlaşmış və Zaurun uzanıqlı olduğunu, Gülayın baş hissəsini isə cinsiyyət orqanı tərəfə tutaraq əli ilə başını aşağı əydiyini görmüşdür. O, geri qayıdaraq anasına pıçıltı ilə bildirmişdir ki, Zaur onu görüb Gülayı özündən uzaqlaşdırdı. X6 otaqda aralarında nə söhbət etdiyini eşitmək üçün qulaqlarını divara tərəf tutmuşdur. Bu zaman Gülayın otaqda səsinin pis gəldiyini eşitmiş və anası özünü saxlaya bilməyərək Zaurla Gülayın olduğu otağa getmişdir. Anası və o, qapıdan içəri daxil olanda Zaur Gülayın başından öz cinsiyyət orqanına tərəf əydiyini görmüşlər. Zaur onları qapıda gördükdə Gülayı kənara itələmişdir. Anası qışqıraraq “Zaur uşağıma nə edirsən” demişdir. Bu zaman Zaur həyacanlı şəkildə dili topuq vura vura bildirmişdir ki, “heç nə Gülayla oynayır”. Anası Gülayın qolundan tutaraq Zaurun ona nə etdiyini danışmasını təkidlə soruşmuş, lakin Gülay qorxduğundan orada danışa bilməmişdir. Bundan sonra anası Gülaya Zaurun etdiyi hərəkətləri təkrar göstərməsini demişdir. O, çarpayıda uzandı, Gülay Zaurun ona qarşı etdiklərini göstərməyə başladı. Anası və ona məlum oldu ki, Zaur birinci olaraq ayaq üstə dayanıb Gülayın başını arxadan şalvarının üzərindən cinsiyyət orqanına sürtmüşdür. Təqsirləndirilən şəxs onun anası ilə ər-arvad münasibətlərində olsalar da, ona və bacısına anası baxıb, onların Zaurdan heç bir asılılığı olmamışdır. Zaur ona qarşı heç vaxt zor tətbiq etməmiş, vurmamış, döyməmiş, fiziki ağrı yetirməmiş, zorla harasa aparmamış, zorakılıq göstərməmiş, hərdə-qorxu gəlməmişdir. Məhkəmə iclasında digər Şahid2 qeyd etdi ki, Aytacla qonşudurlar. Aytac onu çağıraraq demişdir ki, Zaur qızlara qarşı əxlaqsız hərəkətlər etmişdir. Sonra demişdir i, qızının məktəbindən direktor onu çağırıb bu barədə demişdir. Sonra demişdir ki, evə kamera qoşduracaq, lakin o, bacı və qardaşlarına deməsini məsləhət etmişdir. Sabahı günü Aytac zəng edərək onu evə çağırmışdır. Ora getdikdə görmüşdür ki, Aytacla Zaur dalaşır, uşaqlar isə qorxublar. Aytacdan soruşduqda ki, gözləri ilə görmüşdürmü Zaurun əxlaqsızlıqlarını, sonuncu demişdirki, görmüşdür. Zaurdan soruşduqda isə sonuncu heçnə etmədiyini bildirmişdir. Bundan başqa Aytac demişdir ki, qızı bildirmişdir ki, su gətirməyə getdikdə Zaur ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan şahid X3 ifadəsində qeyd etmişdir ki, qonşuluqda yaşayan Zaur və Aytacın evinə tez-tez gedib gəlirmiş. Aytacın qızları, yəni Zəhra və Gülay ilə oynamışdır. Bir gün Zəhra dedi ki, Zaur əmi bizə qarşı pis hərəkətlər, yəni əxlaqsız hərəkətlər edir. Bir müddət sonra Gülay özü də demişdir ki, Zaur ona qaşı pis hərəkətlər edir. Anasına deməsini bildirsə də, Gülay dava düşəcəyindən qorxduğu üçün demədiyini bildirmişdir. Sonra bir gün Aytac onu yanına çağıraraq baş vermiş hadisələr barədə məktəbdə söz-söhbət olduğunu, onun məlumatı olub-olmadığını soruşmuşdur. Gülay ona demişdir ki, evdə tək olanda gəl bizə, səbəbini soruşduqda isə Gülay Zaurdan qorxduğunu bildirmişdir. Gülay demişdir ki, bu hərəkətlər evdə və maşında olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2013-cü il təvəllüdlü olmaqla ön dörd yaşma çatmayan şəxs olmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkminş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Qanuni nümayəndə xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-244/2024 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs barəsində şikayətini geri götürmüş, ona qarşı heç bir tələbi yoxdur; - Məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1555 saylı rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlaməti aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 225 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarət və ya xəsarət izi aşkar edilmədi. G. Məmmədovanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi; - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli 1691 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən və əqli gerilikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik və əqli gerilik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək, öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli psixi inkişafı nəzərə alınmaqla, öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 243 nömrəli ekspert rəyinə görə Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilmədi; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-374/2024 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 20 (iyirmi) gün yəni, 26 sentyabr 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə zərərçəkmiş şəxsin şikayətçi olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-76/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-76/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver