Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-77/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ildə X2 vasitəsi ilə tanış olduğu bacısı Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanında görüşüb tanış olduqdan sonra Zərərçəkmiş şəxs 2-ci qrup əlillik dərəcəsi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən müavinətinin 31 oktyabr 2021-ci ildə kəsildiyini öyrənib bildikdən sonra 2500 manat müqabilində həmin müavinəti yenidən bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs 17 noyabr 2021-ci il tarixdə öz adına 52 saylı notariusdan mülki işlərdə onun adından iştirak etməsi üçün 7E-11605 nömrəli Etibarnamə yazdırıb almaqla etibarını qazanıb inandırmış, əvvəllər aldığı müavinəti yenidən bərpa etdirəcəyi adı ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs 17 yanvar 2022-ci il tarixdə saat 18:35-də Zərərçəkmiş şəxs “Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133-4958-2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kaptal Bank”a aid 4169-****-****-9727 bank kart hesabına 150 manat, 29 yanvar 2022-ci il tarixdə saat 18:22-də Zərərçəkmiş şəxs “Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133-4958-2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kaptal Bank”a aid 4169-****-****-9727 bank kart hesabına 30 manat, 14 fevral 2022-ci il tarixdə saat 17:21-də Zərərçəkmiş şəxs “Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133-4958-2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kaptal Bank”a aid 4169-****- ****- 9727 bank kart hesabına 150 manat, 20 fevral 2022-ci il tarixdə saat 15:27-də Zərərçəkmiş şəxs “Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133-4958-2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kaptal Bank”a aid 4169-****-****-9727 bank kart hesabına 200 manat, 25 mart 2022-ci il tarixdə saat 18:09-da Zərərçəkmiş şəxs “Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133-4958- 2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kapital Bank”a aid 4169-****-****-9727 bank kart hesabına 50 manat, 06 iyul 2022-ci il tarixdə saat 15:29-da Zərərçəkmiş şəxs “Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133-4958- 2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kapital Bank”a aid 4i69-****-****-9727 bank kart hesabına 61 manat, 07 iyul 2022-ci il tarixdə saat 14:10da Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsində yerləşən “Al markef’dəki ödəniş terminalından Zərərçəkmiş şəxs bacısı oğlu Şahid2 vasitəsilə göndərdiyi 400 manat məbləğində pulu özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kapital Bank”a aid 4169-****-****-9727 bank kart hesabına köçürtdürməklə alıb, 21 avqust 2022-ci il tarixdə saat 20:57-də Zərərçəkmiş şəxs “Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133-4958-2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kapital Bank”a aid 4169-****- ****-9727 bank kart hesabına 40 manat, 20 oktyabr 2022-ci il tarixdə saat 14:21-də Zərərçəkmiş şəxs ““Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133- 4958-2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kapital Bank”a aid 4169-****-****-9727 bank kart hesabına 250 manat, 12 noyabr 2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Qala daş yeri” adlı parkın qarşısında Zərərçəkmiş şəxsyla görüşərək ondan 500 manat məbləğində, 02 dekabr 2022-ci il tarixdə saat 14:34-də Zərərçəkmiş şəxs “Azərbaycan Beynəlxalq Bank”a aid 5167-5133-4958-2569 saylı kart hesabından özünə məxsus olmaqla pul ödəməsi üçün Zərərçəkmiş şəxs əvvəlcədən verdiyi “Kapital Bank”a aid 4169-****-****- 9727 bank kart hesabına 20 manat məbləğində pul köçürtdürməklə alıb, sonuncu dəfə 05 dekabr 2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Qala daş yeri” adlı parkın qarşısında Zərərçəkmiş şəxsyla görüşərək ondan 649 manat məbləğində pul almaqla Zərərçəkmiş şəxs cəmi 2.500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib, aldığı pulları şəxsi ehtiyyaclarına sərf edərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 2.500 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs, sonuncunun bacısının vasitəsi ilə tanış olmuşdur. Əvvəllər məhkəmədə kuryer və tərcüməçi işləmişdir. Cəmilə ona köməklik etmək üçün müraciət etmişdir. Cəmilə ona etibarnamə vermişdir. Lakin dövlət orqanlarında işi alındıra bilməmiş və məhkəməyə müraciət etmişdirlər. Məhkəmədə sübutların, yəni ekspertizaya rəyinin təqdim olunması barədə öhdəlik qoyulmuşdur. Hakim poliklinikaya müraciət etməsini tələb etmişdir. Lakin Cəmilə poliknikaya müraciət etməkdən imtina etmişdir. Bu səbəbdən də, aralarında mübahisə yaranmışdır. Cəmilədən hissə-hissə olmaqla 1500 manat pul almışdır. Özləri ona müraciət etmişdir. Həmin vaxt rəsmi heç bir yerdə işləməmişdir. İnzibati məhkəmədə işin uzun çəkməsini ona izah etmişdir. Cəmilə ilə razılaşmaları ondan ibarət olmuşdur ki, hər instansiyalarda xərcləri çıxacaqdır. Telefonla danışlanın sabahı günü ona etibarnamə verilmişdir. Etibarnaməni verəndə 200 manat vermişdir. Həmin pulu ərizələri yazmaq və sair adımların atılması üçün almışdır. Ərizələri ekspertizaya vermiş, ordan cavab aldıqdan sonra baş idarəyə müraciət etmişdir. Həmin dövr pandemiyaya təsadüf etmişdir. Həmin dövrdə xırda-xırda məbləğdə pullar almışdır. Ərizələrinə cavablar gəlməmişdir. Məhkəməyə qədər hissə-hissə 1500 manat pul almışdır. 1500 manatın müqabilində ərizələr yazmış, əziyətlər çəkmiş və xidmət haqqı kimi hesablamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı yarı-yarı məbləğdə qaytarmaq üçün ailə üzvləri təkliflər etmişdir. Qabaqcadan Cəmiləyə deməmişdir ki, bu qədər verəcəksən, sizin işinizi həll edəcəkdir. İşləri gördükcə az-az xidmət haqlarını almışdır. Onun bacısının əvvəl onda işləri olmuş və ona köməklik etmişdir. Cəmilə komissiyadan keçmədiyinə görə işi alınmamışdır. Onu aldatmamışdır. Cəmilədən Qala qəsəbəsində 649 manat pul almamışdır. Vətəndaşa hüquqi xidmətlər göstərmişdir. Onun hüquqi təhsili yoxdur. Məhkəməyədək ərizə və şikayətlərin hazırlanmasında köməklik etmişdir. 1300 manatı kart hesabı ilə və 200 manat da şəxsən almışdır. Həmin pulları 2019cu ilin noyabr ayında almışdır. Vəkilnən müqavilə bağlamış və hesabına pul ödəmişdir. Vəkilə dövlət rüsumu ödəmişdir. Vəkilə aldığı 1500 manatdan pul vermişdir. Lakin məhkəmə iddianı qeyri-mümkün hesab etmişdir. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini, bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilk öncə bacısı üçün iş görmüş və ona köməklik etmişdir. Bu məqsədlə o da Siyavuşa müraciət etmişdir. Ona şəkər xəstəliyi ilə əvvəllər pensiya aldığını və ona yenidən pensiya təyin edilməsində köməklik göstərməsini xahiş etmişdir. Siyavuşu vəkil kimi tanımışdır. Belə ki, Siyavuş öznü ona vəkil kimi təqdim etmişdir. Siyavuş məhkəmə yolu ilə pensiya düzəltdirəcəyini bildirmişdir. Ona 200 manat pul və etibibarnamə vermişdir. 51 manat və 62 manat məhkəmə üçün rüsum almışdır. Hakimə vermək üçün isə 500 manat pul almışdır. Həmin pulları kart vasitəsi ilə göndərmişdir. Sonra hissə-hissə ona pullar göndərmişdir. 951 manat kartla göndərmişdir. 2019-cu ilin noyabr ayında 200 manat pul vermişdir. Ümumilikdə Siyavuş 2500 manat ondan pul almışdır. Dəfələrlə onun ailəsinə şikayətlər etmişdir. Ailəsi ona nahaq yerə pul verməsini, aldığı pulları yeyib-içməyə xərclədiyini bildirmişdir. Qardaşı Telmanda bu işdə iştirak etmişdir. Sonda məhkəmədən imtina gələndən sonra məhkəməyə zəng etmiş və ordan işə baxılmasından imtina edildiyi bildirilmişdir. Ancaq Siyavuş işin məhkəmədə davam etdiyini bildirmişdir. Siyavuş pulları ondan alanda deyirdi ki, işi düzəldəcəkdir. Əvvəlcədən deməmişdir ki, nə qədər pul versən, işini düzəldəcəkdir. Ancaq hissə-hissə pulları almışdır. Axırıncı dəfə Qala yolunda pulu vermişdir. Poliknikadan sənədi alıb ona pulu vermişdir. Siyavuş ofisinin olduğunu demişdir. Ancaq onun ofisinə getməmişdir. Ona pulları hissə-hissə vermişdir. Zirədə yaşayır, Qala qəsəbəsinə marşurtla gedib vermişdir. Siyavuş da taksi ilə gəlmişdir. Sonuncu dəfə xx.xx.2022-ci ildə pul vermişdir. Məhkəmədə iddiasına imtina verildikdən sonra ona pul verməmişdir. Özünü vəkil kimi təqdim etmişdir. Hakimə 500 manat pul vermək adı ilə almışdır. 2023-cü ilin oktyabr ayında məhkəmə işçisinə 50 manat vermək adı ilə pul istəmiş, lakin ona pul verməkdən imtina etmişdir. 2024-cü ilin aprel ayında polisə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda su sayğacının onun adına qeydiyyata alınmasına köməklik etmişdir. Zərərçəkmiş şəxs onun bacısıdır, həm də qonşusudur. 2021-ci ildə tanıdığı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs pensiyasının kəsildiyini, bərpa oluna bilmədiyini bildirmişdir. Cəmiləyə Siyavuşun nömrəsini vermişdir. Onların arasında olan söhbətlərdə iştirak etməmişdir. Siyavuş ona köməklik etmiş və ondan narazı qalmamışdır. Siyavuş ona özünü vəkil kimi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 2022-ci ilin 07 iyul tarixində Xalası Cəmilə ona pensiya müavinətinin yenidən bərpa etmək üçün Siyavuşa şəxsə 400 manat pul verərək həmin Siyavuş adlı şəxsə onlayn yolla kapital banka məxsus 4169-7385-3329-9727 nömrəli debet kart hesabına göndərməyini xahiş etmişdir. Oda Zirə qəsəbəsində “Al market”dən həmin 400 manat pulu Təqsirləndirilən şəxs istifadə etdiyi debet kartına onlayn yolla göndərmişdir. Sonra xalası ilə Siyavuşun evinə dəfələrlə getmişdirlər. Hər dəfəsində Siyavuş andlar verərək pulu geri qaytaracağını demişdir. İş materiallarında olan: -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu ildə Bərdə şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -30 avqust 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqdim edilmiş 01 ədəd diskdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə danışıqları müəyyən edilmişdir. Danışıqlarda Zərərçəkmiş şəxs ondan dəymiş ziyanını tələb etsə də Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək süründürməçilik etməsi müəyyən edilir. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan Bakı İnzibati Məhkəməsinin hakiminin adından pul almasını və digər müxtəlif yollarla ondan yalan vədlərlə aldadıb pul almasını Təqsirləndirilən şəxs bildirməsi müəyyən edildi. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmsəsi, Təqsirləndirilən şəxs tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına təqdim olunması qərara alınmışdır. -Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(003)-799/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-0in 178.1-ci mddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)- 202/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirili bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs cinayət əməli törətmədiyini qeyd edərək, ittihamı qəbul etməmişdir. Lakin məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxsin ifadəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). - 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: - 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; Beləliklə məhkəmə Təqsirləndirilən şəxs istinad edilən edilən və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət əməlinin sonuncu epizodunun xx.xx.2022-ci il tarixdə törədildiyini, cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-in 51.1.3-cü maddələrinə əsasən müvafiq olaraq xx.xx.2024-cü il tarixdə dayandırıldığını, xx.xx.2024-cü il tarixdə təzələndiyini, daha sonra xx.xx.2024-cü il tarixdə yenidən eyni əsasla dayandırıldığını və xx.xx.2024-cü il tarixdə təzələndiyinə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Beləliklə məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi və iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığı üçün təqsirləndirilən şəxs X6 barəsində cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır.. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 44.2.1, 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ləğv edilsin və barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)- 202/2025 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və hazırda həbsdə saxlanılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 6 saata görə 36 manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, ümumilikdə 126 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-77/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-77/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver