Məhkəmə qərarları › İş №1(003)-779/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-779/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-779/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1980-cı ildə Zəngilan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerı getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1985-ci ildə Yardımlı rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Avaş kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində dostu orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 30 iyul 2024-cü il tarixdə saat 24 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “Bakavtomat yolu”nda yerləşən “02 Region” adlı kafenin 2-ci mərtəbəsindəki ümumi otaqda masada əyləşib pivə sifariş etdikləri vaxt həmin kafeni işlədən Zərərçəkmiş şəxs onlara yaxınlaşıb artıq gec olduğu üçün kafeni bağlamalı olduqlarını deyib çıxıb getmələri tələbinə əməl etməmələri səbəbindən aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2la birlikdə qəsdən qisas almaq məqsədilə ictimai yer olan həmin kafedə digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs söyüb təhqir edərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək Zərərçəkmiş şəxs arxadan qucaqlayıb söyüb təhqir etməklə əl-qolunu tutaraq onun hərəkətini məhdudlaşdırmaqla saxlayaraq Təqsirləndirilən şəxs2 onu döyməsinə şərait yaratmış, onu kafenin 2-ci mərtəbəsindən dartıb gətirərək kafenin qarşısına küçəyə çıxartmış, orada da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qərəzli hərəkətlərini davam etdirib hər ikisi birlikdə Zərərçəkmiş şəxsla əlbəyaxa olub itələşib dalaşaraq onu söyüb təhqir etmiş və kafenin fəaliyyətinin 15- 20 dəqiqə pozulması ilə müşaiyət olunan Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində dostu yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 30 iyul 2024-cü il tarixdə saat 24 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “Bakavtomat yolu”nda yerləşən “02 Region” adlı kafenin 2-ci mərtəbəsindəki ümumi otaqda masada əyləşib pivə sifariş etdikləri vaxt həmin kafeni işlədən Zərərçəkmiş şəxs onlara yaxınlaşıb artıq gec olduğu üçün kafeni bağlamalı olduqlarını deyib çıxıb getmələri tələbinə əməl etməmələri səbəbindən aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1la birlikdə qəsdən qisas almaq məqsədilə ictimai yer olan həmin kafedə digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs söyüb təhqir edərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək əyləşdikləri masadan ayağa qalxaraq Təqsirləndirilən şəxs2 kafedəki masanı, stulları, səsgücləndiricini və qab-qacağı dağıdıb zədələməklə Zərərçəkmiş şəxs əynindəki köynəyinin yaxasından tutub dartmaqla söyüb təhqir edərək ayağı, yumruğu və şillə ilə onun bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir-neçə dəfə zərbə vurub zor tətbiq edərək, dostu Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs arxadan qucaqlayıb söyüb təhqir etməklə əl-qolunu tutaraq onun hərəkətini məhdudlaşdırmaqla saxlayaraq Təqsirləndirilən şəxs2 onu döyməsinə şərait yaratmış, onu kafenin 2-ci mərtəbəsindən dartıb gətirərək kafenin qarşısına küçəyə çıxartmış, orada da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qərəzli hərəkətlərini davam etdirib hər ikisi birlikdə Zərərçəkmiş şəxsla əlbəyaxa olub itələşib dalaşaraq onu söyüb təhqir etmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs boynunun əzilmiş yaraları, sol kürəyin, sol dizin sıyrıqları, sağ kürəyin, sol saidin döş qəfəsinin qansızmaları ilə müşaiyət olunan ağrı sindromu və hərəkət məhdudluğu ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərurmaya aid xəsarətlər yetirməsi və kafenin fəaliyyətinin 15-20 dəqiqə pozulması ilə müşaiyət olunan Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 29 iyul 2024-cü il tarixdə saat təxminən 23:40 radələrində Binə qəsəbəsində yerləşən “02 Region” kafeyə dostu Elşadla birlikdə gəlmişlər. Masada əyləşib pivə sifariş etmiş, təxminən 15-20 dəqiqə masada əyləşmişlər. Oranı işlədən Qadir onlara yaxınlaşaraq artıq gec olduğunu, kafeni bağlayacağını söyləmişdir. Onlar bir az oturub gedəcəklərini bildirmiş, lakin Qadir təkidlə oranı tez tərk etmələrini amiranə şəkildə bildirmişdir. Elşad içkili olduğu üçün özündən çıxmış və onun köynəyindən tutub itələmişdir. Əli ilə onun baş və bədən nahiyəsindən vurmuşdur. Bu zaman orada işləyən ofisiant qadın Samara gəlmiş və Qadirin yeni əməliyyat olduğunu, eyni zamanda xəstə olduğunu bildirmişdir. Elşad ətrafda olan masa, stul, səsgücləndirici və qab-qacağı sındırmamış, sadəcə əsəbi olduğu üçün onları dağıtmışdır. O, Qadirin əl-qolundan tutub kafedən obyektin qarşısına çıxartmışdır. Daha sonra da Elşad da onların arxası ilə kafedən çıxmışdır. Daha sonra isə Samara gəlmiş və qışqırmağa başlayaraq, ətrafda olan insanlardan kömək istəmişdir. Natiq onları aralamağa çalışmış, bu zaman isə ətrafda tanımadığı şəxslər olmuşdur. Elə bu zaman inzibati ərazidə xidmət aparan polis əməkdaşları gələrək Qadiri və onu 3-cü PŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 29 iyul 2024-cü il tarixdə, saat 23:40 radələrində Binə qəsəbəsində yerləşən “02 Region” kafeyə dostu Natiqlə birlikdə gəlmişlər. Masada əyləşib pivə sifariş etmiş, təxminən 15-20 dəqiqə masada əyləşmişlər. Masada əyləşib pivə sifariş etmiş, təxminın 15-20 dəqiqə masada əyləşmişlər. Oranı işlədən Qadir onlara yaxınlaşaraq artıq gec olduğunu, kafeni bağlayacağını söyləmişdir. Onlar bir az oturub gedəcəklərini bildirmiş, lakin Qadir təkidlə oranı tez dərk etmələrini əmryanə şəkildə bildirmişdir. O içkili olduğu üçün özündən çıxmış və onun köynəyindən tutub itələmişdir. Lakin onu vurmamışdır. Bu zaman orada işləyən ofisiant qadın Samara gəlmiş və Qadirin yeni əməliyyat olduğunu, xəstə olduğunu bildirmişdir. Qadirə nə dediyi yadında qalmamış, ətrafda olan masa, stul, səsgücləndirici və qab-qacağı sındırmamış, sadəcə əsəbi olduğu üçün onları dağıtmışdır. Natiq Qadirin əl-qolundan tutaraq kafedən obyektin qarşısına çıxartmış, daha sonra o onların arxasınca çıxmış, məqsədi Qadirə ağır xəsarət yetirmək olmamışdır, onun dalınca ofisiant Samara gəlmiş və qışqıraraq ətrafdakı insanları köməyə çağırmışdır. Onları aralağamağa çalışmış bu zaman ətrafda tanımadığı şəxslər olmuşdur. Elə bu zaman inzibati ərazidə xidmət aparan polis əməkdaşları gələrək Qadir və onu 3-cü PŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Binə qəsəbəsi, Bakavtamat yolunda yerləşən “02 region” çay evi ona məxsusdur və özü işlədir. Çay evi 2 mərtəbəlidir, 1-ci mərtəbəsi qaraj kimi istifadə edilir. Orada 1 nəfər ofisiant işləyir. 29 iyul 2024-cü il tarixdə həmin çay evində olan zaman 2 nəfər Elşad və Natiq adlı şəxslər çay evinə gəldilər. Orada pivə sifariş verib əyləşdilər. O çay evini hər gün gün sonu saat 24-də bağlayır. Gecə saat 00:00 olan zaman 29 iyul tarixdən 30 iyul tarixə keçən gecə o Elşad və Natiq əyləşən masaya yaxınlaşıb, onlara artıq gec olduğunu, çay evini bağlayacağını, pivə verə bilməyəcəyini bildirmişdir. Elşad ona içkili halda “səni burdan götürüb tullayaram” deyib yaxasından yapışmış, bu zaman kafedə ofisiant, o və Elşadla Natiq olmuşdur. Ofisiant Elşada bildirmişdir ki, “Qadir xəstədir yeni əməliyyat olub mübahisə etmə”. Elşad sərxoş vəziyyətdə ayağa qalxıb masanı, stulları, səsgücləndiricini, və qab-qacağı dağıdıb zədələməklə kafenin iş fəaliyyətini 15-20 dəqiqə dayandırıb Qadirin köynəyinin yaxasından tutub dartaraq söyüb təhqir edərək ayağı ilə bədəninin müxtəlif nahiyyələrindən yumruq, şillə və baş və boynundan vurub ona xəsarətlər yetirmişdi. Natiq də sərxoş vəziyyətdə arxadan qucaqlayıb uca səslə söyüb təhqir etməklə əl-qolunu tutaraq hərəkətini məhdudlaşdırmaqla saxlamış, Elşadın onu döyməsinə şərait yaradıb, kafenin 2-ci mərtəbəsindən dartıb gətirərək kafenin qarşısına küçəyə çıxartmışdı. Orada da Elşad və Natiq hər ikisi birlikdə onunla əlbəyaxa olub itələşib dalaşmışlar. Uca səslə nalayiq ifadələr işlətmişlər. Samara qışqırıb köməyə adamları çağırmış, çox keçməmiş polis əməkdaşları gələrək, onları 3-cü PŞ-yə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, hadisə baş verın zaman 3 ay olardı ki, ki, Binə qəsəbəsi, Bakavtamat yolu adlanan ərazidə yerləşən “02 Region” adlı kafedə ofisiant işləyirmiş. 29 iyul 2024-cü il tarixdə, gecə saatlarında kafedə olan zaman 2 nəfər tanımadığı şəxs kafeyə gəlib masada əyləşmişlər. Pivə sifariş verib bir qədər əyləşdikdən sonra kafeni işlədən Qadir onlara yaxnlaşaraq artıq gec olduğunu, kafeni bağlayacaqlarını bildirmişdir. Bu zaman orada tanımadığı sonradan adını Elşad kimi bildiyi şəxs Qadirin köynəyindən yapışmış, O ona yaxınlaşaraq bildirmişdir ki, “Qadir xəstədir və yeni əməliyyat olub”. Elşad sərxoş vəziyyətdə ayağa qalxıb masanı, stulları, səsgücləndiricini və qab-qacağı dağıdıb zədələməklə kafenin iş fəaliyyətini 15-20 dəqiqə dayandıraraq, Qadirin köynəyinin yaxasından tutub dartmış, uca səslə söyüb təhqir edərək ayağı ilə bədəninin müxtəlif nahiyyələrindən, yumruq, şillə və baş və boynundan vurub Qadirə xəsarətlər yetirmişdi. Natiq də sərxoş vəziyyətdə arxadan qucaqlayıb Qadiri söyüb təhqir etməklə əl-qolunu tutaraq onun hərəkətini məhdudlaşdırmaqla saxlayıb, Elşadı onu döyməsinə şərait yaratmışdır. Onu kafenin 2-ci mərtəbəsindən dartıb gətirərək kafenin qarşısına küçəyə çıxartmış, orada da Elşad və Natiq hər ikisi birlikdə Qadirlə əlbəyaxa olub itələşib dalaşmışlar. O bu zaman ətrafda olan insanları qışqıraraq köməyə çağırmış, çox keçməmiş inzibati ərazidə xidmət aparan polis əməkdaşları gəlib onları 3-cü PŞ-yə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 30 iyul 2024-cü il tarixdə gecə saatlarında xidmət yoldaşı, polis serjantı Şahid3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində xidmətdə olan zaman Bakavtomat yolu adlanan ərazidə yerləşən “02 Region” çay evinin qarşısında insanların toplaşdığını və 2-3 nəfər şəxsin bir-biri ilə dalaşdığını görüb ora yaxınlaşmışlar. Orada olan 2 nəfər şəxs sərxoş halda olan şəxslərin barələrində tədbir görülməsi üçün avtopatrul maşını ilə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 01 avqust 2024-cü il tarixli, 896 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – boynun əzilmiş yaraları, sol kürəyin, sol dizin sıyrıqları, sağ kürəyin, sol saidin, döş qəfəsinin qansızmaları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 günə qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci ildə Yardımlı rayonu, Avaş kəndində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 550.000 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan mərum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə AR CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il şərti sınaq müddəti təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 30 iyul 2024cü il tarixdə, saat 13:15-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 30 iyul 2024cü il tarixdə, saat 13:15-də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs üzləşdirilməsi keçirilmişdir. İş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs üzləşdirilməsi keçirilmişdir. İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, ona dəymiş ziyanı ödəmələrini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamalarını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduqları cinayət əməlini qismən etiraf etmələrini, səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onların şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyimir) manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyimir) manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar