Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-78/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən X2 yaşayış olmayan təmirsiz evinə pəncərəni vintaçan alətlə aralayıb açaraq içəri qanunsuz olaraq daxil olmaqla oradan 01 ədəd 70 manat dəyərində “Bosh” markalı laqondanı, 1 ədəd 90 manat dəyərində “Bosh” markalı preparatoru və 50 manat dəyərində elektrik naqillərini gizli olaraq talayaraq zərərçəkmiş şəxsə 210 manat dəyərində ziyan vurmaqla oğurluq etmiş və eyni məqsədlə xx.xx.2021-ci il tarixdə saat 03 radələrində həmin evin həyətyanı sahəsinə qanunsuz olaraq daxil olub hasarının kənarından 64 manat dəyərində dəmir boruları və 30 manat dəyərində plastik boruları gizli olaraq talamaq istəyərkən qonşuluqda yaşayan Şahid2 tərəfindən saxlanılması səbəbindən əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxs X3 304 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, Cəlilabad rayonunda qeydiyyatda olsa da daimi yaşayış yeri yoxdur, əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsində pulu olan vaxtlarda günlük 2 manatlıq evdə qalır, pulu olmayanda isə küçədə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. O, 4 ilə yaxındır ki, “kakos” adlanan narkotik vasitə heroini iynə ilə dəri altına vurmaqla istifadə edir. Pula ehtiyacı olduğundan Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivindən də evdən oğurluq etmişdir. Belə ki, 21 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində qaranlıq vaxtı Buzovna qəsəbəsi, Çiləgər massivində piyada gəzişərək yaşayış olmayan ev axtarırmış ki, girib oğurluq etsin. Bu zaman yaşayış evlərinin arasında yaşayış olmayan darvaza qapısı olan daşla hörülmüş hasardan aşaraq həyətə daxil olmuşdur və kürsülü evə yaxınlaşaraq plastik pəncərəni özü ilə əvvəlcədən götürdüyü vintaçan alətlə aralayıb açmış və evin içinə girmişdir. Evin boş otaqlarının birindən 01 ədəd laqondanı, 01 ədəd preparator alətini və bir topa elektrik naqillərini götürüb oradan tapdığı kisəyə qoyaraq oğurlamış və pəncərədən çıxaraq həmin evi tərk etmişdir. O həmin gün səhərə yaxın avtobusla Maştağa qəsəbəsinə gəlmiş və səyyar olaraq avtomobillə metal qəbul edən tanımadığı şəxsə həmin oğurladığı laqondanı, preparatoru və elektrik naqillərini birlikdə 30 manata satmışdır və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan 3 gün sonra, xx.xx.2021-ci il tarixdə saat 04 radələrində yenə Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər massivində piyada gəzişərkən həmin laqonda və sair oğurladığı evin yanına gəlmişdir. Belə ki, o oradan əvvəl oğurluq edəndə həmin evin hasarından bayır tərəfdə dəmir turbaların olmasını gördüyü üçün onları oğurlamaq qərarına gəlmişdir. O ətrafda heç kimin olmamasını zənn edərək həmin təxminən 1,5 metr uzunluqda olan 5 ədəd dəmir turbalardan 4 ədədini 30-40 metr aralıya aparıb yığmışdır və sonuncu 1 ədəd dəmir turbanı oğurlayıb getmək istəyərkən qonşu evdən tanımadığı şəxslər onu görüb saxlamış və ərazi üzrə polisə məlumat verdikdən sonra hadisə yerinə gələn Xəzər RPİnin 2-ci PŞ-nin əməkdaşları onu PŞ-nə apararaq izahatını aldıqda o laqonda, preparator və elektrik naqillərini xx.xx.2021-ci il tarixdə oğurlayıb satdığını və dəmir boruları da oğurlamaq istədikdə qonşular tərəfindən saxlanılaraq polisə təhvil verildiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 bildirdi ki, X10 ilə rəsmi nikahla evlidir. Təxminən 6 il olar ki, o əri Hüseyn Novruzovla birlikdə köməkləşib Buzovna qəsəbəsi, Çiləgər YYS-də Yaşıl yanacaq doldurma məntəqəsinin yaxınlığında onun adına bələdiyyə sənədi əsasında aldıqları 5 sot torpaq sahəsində kürsülü 3 otaqlı ev tikdirmişlər. Həmin evin damı qoyulub və plastik pəncərələri quraşdırılmış, artıq bayırdan pəncərələrə dəmir barmaqlıqları da qoydurmuşlar. Lakin həmin evin içində təmir başa çatmadığı üçün evdə daimi yaşayış yoxdur. Buna baxmayaraq, daim həmin evə gedib gəlirlər, təmir işləri görərək nəzarət edirlər. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamışlar və onunla heç bir ədavətləri, düşmənçilikləri yoxdur. O əri Hüseyn Novruzovla birlikdə xx.xx.2021-ci il tarixdə təmir işləri görmək məqsədi ilə səhər saat 11 radələrində gəlmişlər. Əri Hüseyn evin otaqlarının taxta döşəmə işləri ilə məşğul olmuş, o da ona köməklik etmişdir. İşini qurtardıqdan sonra axşam saat 19 radələrində usta alətlərini döşəmənin üstünə qoyub, evin qapı və pəncərlərini bağlayıb yaşadığı Sabunçu rayonundakı evinə qayıtmışlar. Bundan 4 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə qonşudan əri Hüseynə pəncərənin açıq olması barədə telefonla məlumat verildiyindən, onlar birlikdə həmin gün saat 10 radələrində həmin Buzovna qəsəbəsindəki evlərinə gəlmişlər. Onlar evə daxil olub baxdıqda görmüşlər ki, arxa yataq otağının plastik pəncərəsi açıq vəziyyətdədir və evin qonaq otağının döşəməsinin üzərində olan 01 ədəd 70 manat dəyərində “Bosh” markalı laqonda, 01 ədəd 90 manat dəyərində “Bosh” markalı preparator, 50 metr uzunluğunda 50 manat dəyərində elektrik naqili evə pəncərədən daxil olan naməlum şəxs tərəfindən oğurlanmışdır. Həmin gün qonşuluqda yaşayan Şahid1 onlara bildirmişdir ki, naməlum şəxs oğurluq etmək istəyərkən oğlu Muradla birlikdə həmin şəxsi evin həyətyanı sahəsindən çıxarkən tutub saxlayaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşlarına təhvil vermişlər. Həmin gecə isə evinin həyətyanı sahəsində hasarın kənarına qoyduğu 64 manat dəyərində 4 ədəd 4 metrlik turbalar, həmçinin 3 ədəd bir-birinə keçən hər birinin dəyəri 10 manat olan plastik konalizaiya turbaları ilə hasarın bayır tərəfindən kənarından oğurlanmışdır. Həmin oğurluq cinayəti nəticəsində ona 304 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda oğlu Şahid2, onun ailəsi, azyaşlı nəvəsi ilə birlikdə yaşayır. X11 2013-cü ildə vəfat etmişdir. X5 və əri Hüseyn Novruzovu onun yaşadığı evinin kənarındakı yolun digər tərəfində torpaq sahəsində təxminən 6 il əvvəl ev tikdirmişlər, yəni onlarla qonşudurlar, lakin həmin evin təmirini başa çatdırmadıqları üçün evdə daimi yaşamırlar. Onlarla normal qonşuluq münasibətləri vardır, bir-birilərində mobil nömrələri vardır. O xx.xx.2021-ci il tarixdə saat təxminən 03 radələrində həyətində həyəti süpürüb təmizləyirmiş və bu zaman oğlu Murad da oyanıb evin həyətində durub siqaret çəkirmiş, o Murada zibili atacağını dedikdə gecə olduğu üçün Murad onu tək qoymamış və onlar birlikdə evdən küçəyə çıxıb zibil atmağa getdikdə üzbəüz Müşviqənin evinin hasarından bir nəfər kişinin hasardan içəri atıldığını görmüşlər. Bu zaman Murad ona sakit durmağı və gözləməyi demişdir, onlar evin hasarına yaxınlaşıb pusmağa başlamışlar və həmin vaxt görmüşlər ki, hasarın dibinə dikinə 3-4 ədəd dəmir turbalar yığılıb. Təxminən 5 dəqiqə sonra qonşu Müşviqənin evinə girən oğurluq edən şəxs hasardan bayıra atlandıqda, Murad cəld həmin şəxsi tutub saxlamaq istədikdə, o qaçmağa başlamış, lakin, o həmin şəxsin üstünə qışqırdıqda və Murad da ona çatdığından, həmin şəxs özünü itirmiş, dayanaraq qaçmamış, nə də müqavimət göstərməmişdir. Onlar onu birlikdə köməkləşib evlərinin həyətinə gətirmişlər və o ərazi üzrə Xəzər RPİ-nin 2-ci PŞ-nin ***-***-**-** nömrəsinə zəng edərək məlumat vermişdir, həm də qonşu Müşviqəgilə də zəng vurub onlara hadisə barədə məlumat vermişdir. Hadisə yerinə 15 dəqiqə ərzində 2-ci PŞ-nin əməkdaşları gəlmişlər və onlar həmin şəxsi onlara təhvil vermişlər. Həmin şəxs tərəflərindən saxlanılarkən əlində ağ sellofan olmuş, lakin, ondan qaçarkən əlindəki sellofanı görmədiyi istiqamətdə yerə atmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Qeyd etmişdir ki, o həmin şəxsi oğurluq hadisəsi törətməmişdən əvvəl, yaşadığı ərazidə, məhlədə bir neçə dəfə dəmir toplayan şəxs kimi görmüş, lakin ondan oğurluq etməsi barədə şübhələnməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda öz ailəsi və anası Şahid1 ilə birlikdə yaşayır. X7 2013-cü ildə vəfat etmişdir. O X4 və əri Hüseyn Novruzovu onlar yaşadıqları evin yolun digər kənarında torpaq sahəsində təxminən 6 il əvvəl ev tikdirmişlər, yəni onlarla qonşudurlar, lakin həmin evin təmirini başa çatdırmadıqları üçün evdə daimi yaşamırlar. Onlarla normal qonşuluq münasibətləri vardır və mobil nömrələri vardır. O xx.xx.2021-ci il tarixdə saat təxminən 03 radələrində həyətinə çıxaraq tualetə getmiş və sonra evinin həyətində durub siqaret çəkəndə anası Şahid1 da oyaq olmuş və həyətdə zibili atmağa hazırlaşırmış, lakin o anasını tək buraxmamış və birlikdə anası Xəyalə ilə evdən küçəyə çıxıb zibil atmağa getdikdə üzbəüz Müşviqənin evinin hasarından bir nəfər kişinin hasardan içəri atıldığını görmüşlər. Bu zaman o anası Xəyaləyə demişdir ki, səs salmasın və o həmin evin hasarına yaxınlaşıb pusmağa başlamış və həmin vaxt görmüşdür ki, hasarın dibinə dikinə 3-4 ədəd dəmir turbalar yığılıb. Anası da küçədə ondan arxada dayanıb ona köməklik üçün gözləmişdir, təxminən 5 dəqiqə sonra qonşu Müşviqənin evinə girən oğurluq edən şəxs hasardan bayıra atlandıqda, o cəld həmin şəxsi tutub saxlamaq istədikdə, o qaçmağa başlamış, lakin, anası Xəyalə onun üstünə qışqırdıqda və o da ona çatdığından, həmin şəxs özünü itirmiş, dayanmış və daha qaçmamışdır, nə də müqavimət göstərməmişdir. Onlar onu birlikdə köməkləşib evlərinin həyətinə gətirmişlər. Anası Xəyalə ərazi üzrə Xəzər RPİ-nin 2-ci PŞ-nin ***- ***-**-** nömrəsinə zəng edərək məlumat vermişdir və hadisə yerinə 15 dəqiqə ərzində 2-ci PŞ-nin əməkdaşları gəlmişlər, onlar da həmin şəxsi onlara təhvil vermişdir. Həmin şəxs tərəflərindən saxlanılarkən əlində ağ sellofan olmuş, lakin, qaçarkən əlindəki sellofanı görmədiyi istiqamətdə yerə atmışdır. Sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs o əvvəllər həmin ərazidə görməmiş, lakin anası Xəyalə həmin şəxsi məhlədə bir neçə dəfə dəmir toplayan şəxs kimi görmüş və hadisə günü də tərəflərindən saxlanılarkən tanımışdır. O Təqsirləndirilən şəxs oğurluq hadisəsi zamanı saxlayarkən ona qarşı fiziki zor tətbiq etməmiş və onu döyməmişdir, sonuncu da onlara qarşı heç bir müqavimət göstərməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1971-ci ildə Şirvan şəhərində doğulmuş Əliyev X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 25 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Musa Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Musa Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-389/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X6 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməllərini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə maddi sübut olan 03 ədəd dəmir boru zərərçəkmiş şəxs X3 qaytarılmış hesab edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan 03 ədəd dəmir borunun zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın . Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-78/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-78/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver