Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-78/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı şəhərində doğulмуш, Azərbaycan Respublikasının vətəndaşı, оrtа təhsilli, əvvəllər məhkum olunmayan, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Şamaxı rayonu Qızmeydan ərazi dairəsi Pirbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, fərdi evdə yaşamış, bаrəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1993-cü ildə Sabirabad rayonunda doğulмуш, Azərbaycan Respublikasının vətəndaşı, natamam-оrtа təhsilli, əvvəllər məhkum olunmuş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Sabirabad rayonu, Çöl Beşdəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi, fərdi evdə yaşamış, bаrəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 29 avqust 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs10 məxsus Şamaxı rayonu, Pirbəhli kəndində yerləşən həyətyanı sahədəki saxlanc yeri olan tövlədən hər birinin dəyəri 200 manat təşkil edən 1000 manat dəyərində 05 baş qoyunu və hər birinin dəyəri 100 manat təşkil edən 600 manat dəyərində 06 baş keçini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 1600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 yanvar 2022-ci il tarixdə, gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdəki evə plastik pəncərəsini vintaçanla açmaqla daxil olub evin yataq otağında olan paltar dolabının içərisindən paltarlara bükülmüş vəziyyətdə olan 1100 manat nağd pulu, dəyəri 230 manat təşkil edən üzərində bir ədəd qaşı olan kənarları pilləvari formalı 01 ədəd kişi qızıl üzüyünü, dəyəri 200 manat təşkil edən 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 270 manat təşkil edən 01 ədəd üzəri naxışlı formalı qızıl qadın üzüyünü, dəyəri 350 manat təşkil edən 01 ədəd üzərində qaşları olan qızıl qadın üzüyünü, dəyəri 220 manat təşkil edən 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 250 manat təşkil edən 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 300 manat təşkil edən 01 ədəd üst hissəsi enli formalı qızıl qadın üzüyünü, dəyəri 1100 manat təşkil edən 01 ədəd üzərində «Qoç bürcü» formasında klon olan qızıl qadın boyunbağısını, dəyəri 900 manat təşkil edən 01 ədəd «tros» formalı qızıl qadın boyunbağısını, dəyəri 400 manat təşkil edən 01 ədəd üzərində «Şir bürcü» və «Səbinə» adı yazılmış klon olan qızıl qadın boyunbağısını, dəyəri 350 manat təşkil edən 01 ədəd üzərində «Gözmuncuğu» və «Yusif» adı yazılmış klon olan qızıl qadın boyunbağısını, dəyəri 310 manat təşkil edən 01 ədəd «Zəncir» formalı qızıl qadın boyunbağısını, dəyəri 450 manat təşkil edən 01 cüt brilyant qaşı olan qızıl sırğanı, dəyəri 300 manat təşkil edən 01 cüt qızıl sırğanı, dəyəri 280 manat təşkil edən 01 cüt qızıl sırğanı, dəyəri 320 manat təşkil edən 01 cüt ortasında qaşı olan qızıl sırğanı, dəyəri 250 manat təşkil edən 01 cüt enli formalı qızıl sırğanı, dəyəri 340 manat təşkil edən 01 cüt xırda qaşları olan qızıl sırğanı, dəyəri 580 manat təşkil edən 01 ədəd qadın bilərziyini və portmanatda olan 50 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 8550 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 mart 2022-ci il tarixdə, gecə saat 01:00 radələrində X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdəki əl damının taxtadan olan pəncərəsini açmaqla əl damına daxil olub oradan hər birinin dəyəri 120 manat təşkil edən 240 manat dəyərində 02 ədəd su nasosunu, dəyəri 300 manat təşkil edən elektrik naqilini, dəyəri 110 manat təşkil edən 01 ədəd ləyəni gizli olaraq talayıb zərərçəkmiş X2 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2022-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdəki evdən plastik pəncərəsini açmaqla evin çöl tərəfinə və içərisinə çəkilmiş ümumi dəyəri 2000 manat təşkil edən elektrik naqillərini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 may 2022-ci il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan fərdi evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 400 manat təşkil edən 01 ədəd «Shivaki» markalı televizoru, dəyəri 100 manat təşkil edən 01 ədəd ətçəkən maşını, dəyəri 100 manat təşkil edən 01 ədəd blenderi, dəyəri 150 manat təşkil edən 01 ədəd qaşıq dəstini, dəyəri 250 manat təşkil edən 01 ədəd xalçanı və dəyəri 100 manat təşkil edən mələfələri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 may 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdən dəyəri 300 manat təşkil edən armaturları, dəyəri 300 manat təşkil edən müxtəlif ölçülü dəmir boru və listləri, həyətdə olan yardımçı tikilinin qapısını sındıraraq oradan dəyəri 50 manat təşkil edən 05 qutu qaynaq üçün elektrodu, dəyəri 120 manat təşkil edən 01 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən 01 ədəd dreli, dəyəri 120 manat təşkil edən 01 ədəd plastik boru yapışdırmaq üçün ütünü, dəyəri 180 manat təşkil edən 01 ədəd prefaratoru, dəyəri 100 manat təşkil edən 80 metr uzunluğunda plastik borunu, dəyəri 100 manat təşkil edən plastik boru birləşmələrini, dəyəri 280 manat təşkil edən 01 ədəd beton qarışdırmaq üçün istifadə olunan matoru, evə isə açıq pəncərə yerindən daxil olmaqla oradan evin divarlarına çəkilmiş 700 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 2350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 may 2022-ci il tarixdə, gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan fərdi evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 200 manat təşkil edən 01 ədəd «X11» markalı xalçanı, dəyəri 200 manat təşkil edən 01 ədəd xalçanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 iyun 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1616 saylı sahədə yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdəki köməkçi tikilinin qapısını açmaqla oradan ümumi dəyəri 400 manat təşkil edən müxtəlif kiçik ölçülü dəmir boruları, evə isə plastik pəncərəsini açmaqla daxil olub oradan dəyəri 100 manat təşkil edən 01 ədəd velosipedi, hər birinin dəyəri 150 manat təşkil edən 450 manat dəyərində 03 ədəd xalçanı, dəyəri 150 manat təşkil edən 01 ədəd «X9» markalı xalçanı, dəyəri 150 manat təşkil edən 01 ədəd samovarı, dəyəri 50 manat təşkil edən 01 ədəd elektriklə işləyən sobanı, dəyəri 100 manat təşkil edən elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində Qasım zadə Nəriman Qasım oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən yaşayış sahəsi olan fərdi evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdən dəyəri 250 manat təşkil edən həyəti və su quyusunu elektriklə təmin edən 100 metr uzunluğunda mis tərkibli elektrik naqilini və dəyəri 100 manat təşkil edən zirzəmidən evə çəkilmiş mis tərkibli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 iyun 2022-ci il tarixdə, gecə saat 04 radələrində Zərərçəkmiş şəxs8 Vəliyəddin oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan fərdi evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 700 manat təşkil edən 01 ədəd qızıl «Onluq»u, dəyəri 1000 manat təşkil edən 01 ədəd qızıl boyunbağını və 350 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 Vəliyəddin oğluna ümumilikdə 2050 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 iyun 2022-ci il tarixdə, gecə saat 02:00 radələrində radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evin yataq otağında olan kiçik ölçülü dolabın üzərindəki qızıl qabından dəyəri 480 manat təşkil edən qızıl kişi üzüyünü, dəyəri 150 manat təşkil edən «Ayxan» yazısı olan qızıl klonu, dəyəri 150 manat təşkil edən qızıl uşaq bilərziyini, dəyəri 160 manat təşkil edən qızıl uşaq boyunbağısını, dəyəri 350 manat təşkil edən 01 ədəd qızıl qadın boyunbağısını, dəyəri 160 manat təşkil edən 01 cüt sırğanı, dəyəri 15 manat təşkil edən bcuteriyanı və 10 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1475 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 mart 2022-ci il tarixdə, gecə saat 01:00 radələrində X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdəki əl damının taxtadan olan pəncərəsini açmaqla əl damına daxil olub oradan hər birinin dəyəri 120 manat təşkil edən 240 manat dəyərində 02 ədəd su nasosunu, dəyəri 300 manat təşkil edən elektrik naqilini, dəyəri 110 manat təşkil edən 01 ədəd ləyəni gizli olaraq talayıb zərərçəkmiş X2 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2022-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdəki evdən plastik pəncərəsini açmaqla evin çöl tərəfinə və içərisinə çəkilmiş ümumi dəyəri 2000 manat olan elektrik naqillərini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 may 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdən dəyəri 300 manat təşkil edən armaturları, dəyəri 300 manat təşkil edən müxtəlif ölçülü dəmir boru və listləri, həyətdə olan yardımçı tikilinin qapısını sındıraraq oradan dəyəri 50 manat təşkil edən 05 qutu qaynaq üçün elektrodu, dəyəri 120 manat təşkil edən 01 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən 01 ədəd dreli, dəyəri 120 manat təşkil edən 01 ədəd plastik boru yapışdırmaq üçün ütünü, dəyəri 180 manat təşkil edən 01 ədəd prefaratoru, dəyəri 100 manat təşkil edən 80 metr uzunluğunda plastik borunu, dəyəri 100 manat təşkil edən plastik boru birləşmələrini, dəyəri 280 manat təşkil edən 01 ədəd beton qarışdırmaq üçün istifadə olunan matoru, evə isə açıq pəncərə yerindən daxil olmaqla oradan evin divarlarına çəkilmiş 700 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 2350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.2. və 177.2.3. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda həm ibtidai istintaq zamanı həm məhkəmə istintaqında özünü ilkin olaraq tam təqsirli, daha sonra qismən təqsirli bilsə də daha sonra təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaq zamanı təzyiq altında ittihamı etiraf etmək məcburiyyətində olmuşdur. O, Mərdəkan və Şüvəlan qəsəbəsi ərazisində oğurluq etməmişdir. O, oğurluğu Xaşa-Xuna ərazisində törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda həm ibtidai istintaq zamanı həm məhkəmə istintaqında özünü ilkin olaraq tam təqsirli, daha sonra qismən təqsirli bilsə də daha sonra təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaq zamanı təzyiq altında ittihamı etiraf etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, 02 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb Masallı rayonuna getmişdir. Evin dəmir qapısını və həyətin dəmir qapısını bağlamışdır. 04 yanvar 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evə qayıtmışlar. Həyət qapısının kilidini açıb həyətə daxil olmaq istəyən zaman qapı kiliddən açılsa da arxa keçəcəyi həyət tərəfdən bağlı oduğunu görüb dərhal hasardan həyətə aşmışdır. Həyət qapısını açmış, daha sonra isə evə tərəf yaxınlaşıb evin giriş qapısını açmışdır. Bundan sonra evin içərisinə baxan zaman evin içərisində olan bütün əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, evə oğuru girib. Belə ki, evə plastik pəncərəni sıxıb açmaqla daxil olan şəxs yataq otağında olan paltar dolabının içərisindən paltarlara bükülmüş vəziyyətdə olan 1100 manat nağd pulu, dəyəri 230 manat təşkil edən üzərində bir ədəd qaşı olan kənarları pilləvari formalı 01 ədəd kişi qızıl üzüyünü, dəyəri 200 manat təşkil edən 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 270 manat təşkil edən 01 ədəd üzəri naxışlı formalı qızıl qadın üzüyünü, dəyəri 350 manat təşkil edən 01 ədəd üzərində qaşları olan qızıl qadın üzüyünü, dəyəri 220 manat təşkil edən 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 250 manat təşkil edən 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 300 manat təşkil edən 01 ədəd üst hissəsi enli formalı qızıl qadın üzüyünü, dəyəri 1100 manat təşkil edən 01 ədəd üzərində «Qoç bürcü» formasında klon olan qızıl qadın boyunbağısını, dəyəri 900 manat təşkil edən 01 ədəd «tros» formalı qızıl qadın boyunbağını, dəyəri 400 manat təşkil edən 01 ədəd üzərində «Şir bürcü» və «Səbinə» adı yazılmış klon olan qızıl qadın boyunbağını, dəyəri 350 manat təşkil edən 01 ədəd üzərində «Gözmuncuğu» və «Yusif» adı yazılmış klon olan qızıl qadın boyunbağını, dəyəri 310 manat təşkil edən 01 ədəd «Zəncir» formalı qızıl qadın boyunbağını, dəyəri 450 manat təşkil edən 01 cüt brilyant qaşı olan qızıl sırğanı, dəyəri 300 manat təşkil edən 01 cüt qızıl sırğanı, dəyəri 280 manat təşkil edən 01 cüt qızıl sırğanı, dəyəri 320 manat təşkil edən 01 cüt ortasında qaşı olan qızıl sırğanı, dəyəri 250 manat təşkil edən 01 cüt enli formalı qızıl sırğanı, dəyəri 340 manat təşkil edən 01 cüt xırda qaşları olan qızıl sırğanı, dəyəri 580 manat təşkil edən 01 ədəd qadın bilərziyini və portmanatda olan 50 manat nağd pulu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 8550 manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində yerləşən Xaşa-Xuna bağlar massivində yerləşən evində olmadığım müddət ərzində oğurluq olmuşdur. Belə ki, 2021-ci ilin oktyabr ayından 26 mart 2022-ci il tarixədək olan müddət ərzində həmin evin həyətinə hasardan keçməklə daxil olub həyətdə olan əl damının taxtadan olan pəncərəsini açmaqla əl damına daxil olan naməlum şəxs və ya şəxslər oradan hər birinin dəyəri 120 manat təşkil edən 240 manat dəyərində 02 ədəd su nasosunu, dəyəri 300 manat təşkil edən elektrik naqilini, dəyəri 110 manat təşkil edən 01 ədəd ləyəni oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 650 manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. O, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1616 saylı sahədə yerləşən bağ evi var. Həmin bağ evində daimi yaşayış olmasa da arada gəlib bağa baş çəkmişdir. Həmin ünvandan 20 may 2022-ci il tarixdən 10 iyun 2022-ci il tərixədək olan müddət ərzində oğurluq olmuşdur. Belə ki, qeyd olunan müddət ərzində həmin ünvanda yerləşən evinin həyətinə hasardan keçməklə daxil olan naməlum şəxs və ya şəxslər həyətdə olan köməkçi tikilinin qapısını açmaqla oradan ümumi dəyəri 400 manat təşkil edən müxtəlif kiçik ölçülü dəmir boruları, evə isə plastik pəncərəsini açmaqla girib oradan dəyəri 100 manat təşkil edən 01 ədəd velosipedi, hər birinin dəyəri 150 manat təşkil edən 600 manat dəyərində 04 ədəd xalçanı, dəyəri 150 manat təşkil edən 01 ədəd samovarı, dəyəri 50 manat təşkil edən 01 ədəd elektriklə işləyən sobanı, dəyəri 100 manat təşkil edən elektrik naqilini oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1400 manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. O, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirlik bağlarında, yeni tikilmiş bağ evi vardır. Lakin həmin evdə yaşayış yoxdur. Buna baxmayaraq arada həmin evə baş çəkmişdir. 2022-ci ilin aprel ayının ortalarından 02 may 2022-ci il tarixədək olan müddət ərzində həmin bağ evində olmadığı müddət ərzində oradan oğurluq olmuşdur. Belə ki, evin həyətinə hasardan keçməklə daxil olub həyətdə olan evə plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs və ya şəxslər evin çöl tərəfinə və içərisinə çəkilmiş ümumi dəyəri 2000 manat olan elektrik naqillərini yerindən söküb çıxartmaqla oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. O, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində yerləşən evində olmadığı müddət ərzində 2 dəfə oğurluq olmuşdur. Belə ki, 08 may 2022-ci il tarixdən 15 may 2022-ci il tarixədək olan müddət ərzində həmin evə giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs və ya şəxslər oradan dəyəri 400 manat təşkil edən 01 ədəd «Shivaki» markalı televizoru, dəyəri 100 manat təşkil edən 01 ədəd ətçəkən maşını, dəyəri 100 manat təşkil edən 01 ədəd blenderi, dəyəri 150 manat təşkil edən 01 ədəd qaşıq dəstini, dəyəri 250 manat təşkil edən 01 ədəd xalçanı, dəyəri 100 manat təşkil edən mələfələri, dəyəri 150 manat təşkil edən 01 ədəd uşaq velosipedini, hər birinin dəyəri 30 manat təşkil edən 60 manat dəyərində 02 ədəd feni oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1310 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra 20 may 2022ci il tarixdən 22 may 2022-ci il tarixədək olan müddət ərzində yenidən həmin evə giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs və ya şəxslər oradan hər birinin dəyəri 200 manat təşkil edən 400 manat dəyərində 02 ədəd xalçanı oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən bağ evi var. Həmin bağ evində daimi yaşayış olmasa da arada gəlib bağa baş çəkmişdir. Həmin ünvandan 17 may 2022-ci il tarixdən 18 may 2022-ci il tərixədək olan müddət ərzində oğurluq olmuşdur. Belə ki, qeyd olunan müddət ərzində həmin ünvanda yerləşən evinin həyətinə hasardan keçməklə daxil olan naməlum şəxs və ya şəxslər həyətdən dəyəri 300 manat təşkil edən armaturları, dəyəri 300 manat təşkil edən müxtəlif ölçülü dəmir boru və listləri, həyətdə olan yardımçı tikilinin qapısını sındıraraq oradan dəyəri 50 manat təşkil edən 05 qutu qaynaq üçün elektrodu, dəyəri 120 manat təşkil edən 01 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən 01 ədəd dreli, dəyəri 120 manat təşkil edən 01 ədəd plastik boru yapışdırmaq üçün ütünü, dəyəri 180 manat təşkil edən 01 ədəd prefaratoru, dəyəri 100 manat təşkil edən 80 metr uzunluğunda plastik borunu, dəyəri 100 manat təşkil edən plastik boru birləşmələrini, dəyəri 280 manat təşkil edən 01 ədəd beton qarışdırmaq üçün istifadə olunan matoru, evə isə açıq pəncərə yerindən daxil olmaqla oradan evin divarlarına çəkilmiş 700 manat dəyərində elektrik naqilini oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 2350 manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmiş, lakin şikayətçi deyildir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən bağ evində olmadığı müddətdə, yəni 2022-ci ilin may ayının ortalarından 19 iyun 2022-ci il tarixədək olan müddət ərzində evinin həyətindən və zirzəmidən oğurluq olmuşdur. Belə ki, qeyd olunan müddət ərzində həmin ünvana daxil olan naməlum şəxs və ya şəxslər həyətdən dəyəri 250 manat təşkil edən həyəti və su quyusunu elektriklə təmin edən 100 metr uzunluğunda mis tərkibli elektrik naqilini və dəyəri 100 manat təşkil edən zirzəmidən evə çəkilmiş mis tərkibli elektrik naqilini oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 350 manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmiş, lakin şikayətçi deyildir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 Vəliyəddin oğlu vermiş olduğu ifadəsində göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində yerləşən yaşadığı evə mətbəx otağının plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs evin yataq otağında olan paltar dolabında olan paltarların arasındakı qara rəngli pul kisəsinin içərisindən dəyəri 700 manat təşkil edən 01 ədəd qızıl «Onluq»u və dəyəri 1000 manat təşkil edən 01 ədəd qızıl boyunbağını, həmin otaqda olan balaca dolabın üzərinə qoyduğu şalvarının cibindən 100 manat (20 və 10 manatlıq əskinazlardan ibarət) pulu, qonaq otağında olan divanın üzərində olan pul kisəsinin içərisindən isə 250 manat (20, 10 və 5 manatlıq əskinazlardan ibarət) pulu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2050 manat dəyərində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən fərdi yaşayış evində olmadığı müddətdə, yəni 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tərixədək olan müddət ərzində oğurluq olmuşdur. Belə ki, qeyd olunan müddət ərzində həmin ünvanda yerləşən evinə plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs və ya şəxslər evin yataq otağında olan kiçik ölçülü dolabın üzərində olan qızıl qabından dəyəri 480 manat təşkil edən qızıl kişi üzüyünü, dəyəri 150 manat təşkil edən «Ayxan» yazısı olan qızıl klonu, dəyəri 150 manat təşkil edən qızıl uşaq bilərziyini, dəyəri 160 manat təşkil edən qızıl uşaq boyunbağısını, dəyəri 350 manat təşkil edən 01 ədəd qızıl qadın boyunbağısını, dəyəri 160 manat təşkil edən 01 cüt sırğanı, dəyəri 15 manat təşkil edən bcuteriyanı və 10 manat pulu oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1475 manat məbləğində maddi dəymiş, dəymiş ziyan ödənilməmişdir. O, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 vermiş olduğu ifadəsində göstərmişdir ki, özünə məxsus xırdabuynuzlu heyvanları Şamaxı rayonu, Pirbəhli kəndində yaşadığı evin aşağı hissəsində yerləşən tövlədə saxlamışdır. 30 avqust 2020-ci il tarixdə, səhər saat 08 radələrində ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus Şamaxı rayonu, Pirbəhli kəndində yerləşən həyətyanı sahəsindəki tövlədən hər birinin dəyəri 200 manat təşkil edən 1000 manat dəyərində 05 baş qoyunu və hər birinin dəyəri 100 manat təşkil edən 600 manat dəyərində 06 baş keçini oğurlamışdır. Oğurluq nəticəsində ona 1600 manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-355/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-356/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 2000 manat cərimə cəzasına məhkum edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla qəti olaraq 02 il azadlığın məhdudlaşdırılması cəzasına və 2000 manat cərimə cəzasına məhkum edilmiş, cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli, 9/6721 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş xalçaların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 600,00 manat müəyyən olunur. O cümlədən: - 01 ədəd 2,5x3,5 metr ölçülü «X11» markalı xalça – 200,00 manat, - 01 ədəd 2x3 m ölçülü markalı xalça – 150,00 manat, - 01 ədəd 2x3 metr ölçülü «X10 Mekik» markalı xalça – 150,00 manat, - 01 ədəd 1,5x2,5 metr ölçülü xalça – 100,00. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-522/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün olmaqla xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-523/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 gün olmaqla xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya şöbəsinin 24786 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sabirabad rayonu Çöl-Beşdəli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmiş və 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin təsiri altına düşərək 01 fevral 2022-ci il tarixdə cəzadan azad edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin MSY-nin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə MSY-nə gətirilən zaman onun üstünə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama başqa, zərərçəkmiş şəxslərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittihamda özlərini məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında özlərini təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər öz ifadələrində ibtidai istintaq zamanı təzyiq altında cinayət əməlini etiraf etmələrini bildirsələr də məhkəmə istintaqı zamanı həmin faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə əldə olunmuş maddi sübut olan 01 ədəd “X10 Mekik” markal xаlçа Zərərçəkmiş şəxs3 və 01 ədəd “X11” xalça Zərərçəkmiş şəxs5 qaytarılmış hesab olunmalıdır. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda hüquqlarının müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 240 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 210 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı (240 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 420 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə əldə olunmuş maddi sübut olan 01 ədəd “X10 Mekik” markal xаlçа Zərərçəkmiş şəxs3 və 01 ədəd “X11” xalça Zərərçəkmiş şəxs5 qaytarılmış hesab olunsun. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda hüquqlarının müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 240 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı (240 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 420 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-78/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-78/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver