Məhkəmə qərarları › İş №1(003)-78/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-78/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-78/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Xızı rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-163/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi. 87 Xəzər RPİ ünvanında qeydiyyatda olmaqa ünvan 2 ünvanında yaşayan, barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qəbirqazan işlədiyi halda özünü Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən qəbirstanlığın qəbryeri verən məsul şəxsi kimi təqdim edib orada 2023-cü ilin fevral ayında görüşüb tanış olduğu Zərərçəkmiş şəxs1 Məliksabit oğluna özünü işgüzar insan kimi göstərib inandıraraq 1.050 manat müqabilində ona həmin qəbristanlıqdan 40 kv.metr qəbir düzəltmək üçün boş sahəni göstərib ona verəcəyinə dair yalan vədlər verib aldadaraq inandırıb razılaşdıqdan sonra, 15 mart 2023-cü il tarixdə saat 11 radələrində Qala qəbristanhğmda 40 kv.metr yer vərəcəy adı ilə Zərərçəkmiş şəxs1 ilkin olaraq 500 manat məbləğində pul alıb, bundan üç gün sonra yenidən həmin ünvanda görüşüb 18 mart 2023cü il tarixdə Zərərçəkmiş şəxs1 550 manat alıb verdiyi vədlərə əməl etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1.050 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs1 Məliksabit oğluna ümumilikdə 1.050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qəbirqazan işlədiyi halda özünü Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən qəbirstanlığın qəbr yeri verən məsul şəxsi kimi təqdim edib orada 2023-cü ilin aprel ayında görüşüb tanış olduğı X3 özünü işgüzar insan kimi göstərib 40 kv.metr qəbir düzəltmək üçün boş sahəni göstərib ona verəcəyinə dair yalan vədlər verib aldadaraq inandırıb razılaşdıqdan sonra, 22 aprel 2024-cü il tarixdə saat radələrində Qala qəbristanhğmda 40 kv.metr yer vərəcəy adı ilə Dilqəm İsgəndərovdan ilkin olaraq 250 manat məbləğində pul alıb, həmin gün axşam isə yaşadığı Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi K.Əfkari küçəsində yerləşən evindən əvvəlcədən hesab nömrəsini verdiyi özünə məxsus “Kapital Bank”a aid olan 6768 6771 7181 17 91 kart hesab nömrəsinə saat 17:23-də Dilqəm İsgəndərova 100 manat məbləğində pul köçürtdürməklə, həmin gün yenə həmin ünvandan saat 22:29-da həmin bank kart hesab nömrəsinə əlavə 100 manat da olmaqla cəmi 200 manat pulu köçürtdürməklə alıb verdiyi vədlərə əməl etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək D.İsgəndərovun ümumilikdə 450 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxs X3 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala qəbirstanlığmda olduğu vaxt tanışı Zərərçəkmiş şəxs2 orada daşın üstündə oturmuş vəziyyə görüb yaxınlaşaraq qarşısında ayaq üstə dayanıb onun barəsində polis orqanına niyə şikayət etməsini irad tutması səbəbindən Zərərçəkmiş şəxs2la aralarında yaratmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 söyüb təhqir etməklə onun üz nahiyyəsindən bir dəfə zərbə vuraraq ictimai yer olan həmin qəbirstanlıqda digər şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açmqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimmai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək, zor tətbiq edib onu itələyərək yerə yıxmaqla aralarındakı şəxsi münasibətlərinin pozulması zəminində qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, qəsdən qisas almaq məqsədilə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs2a həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qəlpəli, yerdəyişən sınığı kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən qəsdən sağlamlığına xuliqanlıq niyyətilə az ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qəbirqazan işlədiyi halda özünü Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən qəbirstanlığın qəbr yeri verən məsul şəxsi kimi təqdim edib orada 2022-ci ilin may ayında görüşüb tanış olduğı Zərərçəkmiş şəxs3 özünü işgüzar insan kimi göstərib inandıraraq 4500 manat müqabilində ona həmin qəbristanlıqdan 48 kv.metr qəbir düzəltmək üçün boş sahəni göstərib ona verəcəyinə dair yalan vədlər verib aldadaraq Zərərçəkmiş şəxs3lə Bakı şəhəri 7 saylı Notarias ofisində “Kredit müqaviləsi” bağlamaqla inandırıb razılaşdıqdan sonra, 25 may 2022-ci il tarixdə saat radələrində Qala qəsəbə Qala qəbristanlığmda görüşüb 48 kv.metr yer vərəcəy adı ilə Zərərçəkmiş şəxs3 ilkin olaraq 2000 manat məbləğində pul alıb, bundan sonrakı iki il ərzində isə Zərərçəkmiş şəxs3 hissə-hissə olmaqla müxtəlif tarixlərdə Qala qəsəbəsi, Qala qəbirstanlığında cəmi 2.500 manat məbləğində pul alıb verdiyi vədlərə əməl etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs3 ümumilikdə 4500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 4500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək bildirdi ki, Həmidlə məsələsində onu söydüyünə görə itələmişdir. Lakin onu vurmamışdır. Sonra qardaşı gəlib, həkimdə onun bütün xərclərini qarşılamışdır. Muraddan 250 manat pul almışdır. Tofiqdən 2500 manat almışdır. Dilqəmgildən isə yanına gəlmişlər, Xaşa-Xuna bağlarında qəbir qazmaq lazım olduğunu bildirmişdir. Qəbir qazıldıqdan sonra onun qeydiyyatının şəhərdə olması meydana çıxmışdır. Buna görə də, dəfn olunmağına icazə verilməmişdir. Onun verdiyi pulları materiala istifadə etmişdir. İşçilərdə onun dediklərini təsdiq edirlər. Hazırda rəsmi qaydada işləmir. Əsas işi qəbr qazmaq və təmirtikinti işlərindən ibarətdir ibarətdir. Tofiq anasının qəbr daşının yanında zibilxananı təmizləməsini xahiş etmişdir. Ona yer satmamışdır. 3 nəfər oranı təmizləmişdirlər. 250 manat onlara pul verilmişdir. Dilqəmdən qəbr qazmaq üçün 450 manat pul almışdır. Torpaq sahəsini ona özü göstərmişdir. Lakin Dilqəm torpaq sahəsini göstərməmişdir. Qoruğa gedib məlumat verilir və qoruğun əməkdaşı Qələndər Hacıyev onlara yer göstərir. Həmin ərazidə heç kim rəsmi qaydada işləmir. 350 manatı qəbrin qazılıb-tikilməsi üçün alınmışdır. Polisdə ifadəsini özü yazıb və imzalamışdır. 50 manat hasara alınması üçün alınmışdır. Qəbr qazılan zaman qeydiyyatının Xaşa-xuna ərazisi olması müəyyən edilmişdir. Qəbr qazılan zaman 250 manat verilmişdir. 200 manat material tutur və 150 manat isə 3 nəfər arasında zəhmət haqqı kimi alınmışdır. Tofiqdən 2500 manat pulu notarius vasitəsi ilə almışdır. Tofiqə yeri özü göstərmişdir. Qəbr qazılıb, tikilib, hasara alınıb və beton tökülmüşdür. Ona borc qismində verəcəyini demişdir. Kredit müqaviləsi onda yoxdur. İş görülüb qurtarandan sonra haqq-hesab ediləcəkdi. Həmin yer qoruq ərazisi olmuşdur. Tofiqin qeydiyyatı Nardaran qəsəbəsi çıxdığı üçün dəfn baş tutmamışdır. Həmidlə restoranda oturub yeyib içmişlər. Sonra qəbirstanlığa getmişlər. Orda söz-söhbət baş vermişdir. Ona qəbrlərin üstündən gülləri oğurlamasını bildirmişdir. Oda söyüş söymüşdür. Buna görə onu çiynindən itələmiş və yerdə olan vedrəyə ilişərək ağzı üstə yerə yıxılmışdır. Şahidləri vardır. İlkin izahatında təpiklə vurduğunu bildirməmişdir. Dəymiş ziyanlardan ödəniləcəkdir. Tofiqdən ümumilikdə 6000-7000 manat arası pul almalı idi. Ancaq iş görmək üçün pul almışdır. Yer satmaq üçün pul almamışdır. Divarı tikilmiş, yerə qırabil tökülmüş, beton tökülmüş və sair işlər görmüşdür. İstintaq zamanı ona heç bir təzyiq olunmamışdır. İfadəsini sərbəst şəkildə vermişdir. İbtidai istintaq zamanı ifadə verərkən psixioloji durumu yerində olmamışdır. O, qəbir daşı hazırlamır. Ancaq təmir işləri görürür. Təqsirləndirilən şəxs son sözündə himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri ziddiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədən görünür ki, 2023-cü ilin mart ayında X11 ona yaxınlaşmış, qəbirstanhqdan bir nəfərlik qəbr yeri almaq istədiyini bildirmişdir. O, Murada boş olan yeri göstərmişdir. Murad həmin yeri bəyənmişdir. O da həmin yerin otunu təmizləmiş, mişar daşı ilə 1 metr hündürlüyündə dörd bir tərəfini hasarlamışdır. O həmin yeri düzəldib Murada 600 manata satmışdır. Sonradan adını bilmədiyi bir nəfər şəxs gələrək həmin qəbr yerinin ona məxsus olmasını demişdir. O, Zərərçəkmiş şəxs1 Məliksabit oğlundan ümumilikdə 600 manat pul almışdır. xx.xx.2024-cü il tarixdə o Qala qəbirstanlığmda olan zaman əvəllər tanımadığı sonradan adının Dilqəm olduğunu bildiyi şəxs ona yaxınlaşaraq qohumunun Qala qəsəbəsində pasport qeydiyyatda olduğunu və rəhmətə getdiyini bildirmiş, dəfn etmək üçün yer istəmişdir. O Dilqəmə qəbrstanlıqda yer göstərmiş və onun istəyi ilə həmin yeri dəfn üçün hazır etmişdir. Cənazə dəfn üçün qəbrstanlığa gələn zaman ölüm haqqında sənədlərə baxdıqda mərhumun Qala qəsəbəsində qeydiyyatda olmadığı müəyyən edilmişdir. Buna görə də həmin cənazənin dəfninə icazə verilməmişdir. X5 həmin qəbr yerinin hazırlanması üçün ona ümumilikdə 400 manat pul vermişdir. X2 aldığı 400 manat pul zəhmət haqqı və qəbrə xərclənən tikinti materiallarına çıxmışdır. O, 2022-ci ilin may ayında Qala qəbrstanlığmda olan zaman əvəllər tanımadığı sonradan adını Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsə Qala qəbirstanlığmda 48 kv metr ərazini ümumilikdə 2500 manata hazırlamış, satmışdır. Bir müddət sonra isə Şahid2 gələrək onun 2500 manata Zərərçəkmiş şəxs3 satdığı qəbr yerinin ona məxsus olduğunu bildirmişdir. O, hər üç şəxsdən pulu Qala qəbrstanlığmda almışdır. Həmçinin o bildirmişdir ki, Qala qəbrstanlığının müdiri yoxdur onun həmin qəbrstanlıqda kiməsə qəbr yeri satmaq kimi bir səlahiyyəti yoxdur. Həmin qəbrstanlıqda ölən şəxslər üçün qəbr yerləri pulsuz verildiyini, lakin ora gələn vətəndaşlar bunu bilmədiyi üçün o onlara qəbr yerini pulla satmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Elvüsal ilə kafedə yemək yemişlər. Sonra qəbirstanlığa getmişlər. Orada olan zaman Ceyhun adlı tnışları gəlmişdir. Ceyhun Elvüsala onu tutdurduğunu demişdir. Lakin Elvüsal isə onu tutdurmadığını demişdir. Sonra gedib oturacaqda oturmuşdur. Biraz sonra Elvüsal ona yaxınlaşaraq heş birş şey demədən və gözlənilmədən onun ağzından təpiklə vurmuş və onun burnundan qan axmağa başlamışdır. Elvüsal onun barəsində polisə şikayət etmişdir. Ceyhun getdikdən sonra mübahisə baş vermişdir. Elvüsal deyirdi ki, yalandan niyə deyirsən ki, onu tutdurmusan. Kafedə yemək yeyən zaman spirtli içki qəbul etmişdirlər. O, xəsarət aldıqdan sonra Elvüsalın atası gəlib onu xəstəxanaya aparmışdır. Ceyhun Elvüsala onu səsəbsiz olaraq tutdurmasına görə iradını bildirmiş, Elvüsal da onu tutdurmadığını inkar etmişdir. Elvüsalın onu vurmasını qəbirstanlıqda işləyən şəxslər görmüşdürlər. Zərərçəkəndən sonra özünü itirmişdir. Sonra baş verənləri xatırlamır. Hazırda Elvüsaldan heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, dostları Elvüsalın qəbir yeri satdığını demişdirlər. Elvüsalın nömrəsini almış və axşamüstü onunla görüşmüşdür. Elvüsal qəbrin yerini göstərmişdir. 250 manat ona vermişdir. Sonra evə qayıtmışdır. Evdə olan zaman Elvüsal 200 manat pul lazım olduğunu demişdir. Onun kartına həmin məbləği göndərmişdir. Səhər tezdən atası rəhmətə getmişdir. Elvüsala bu barədə bildirmiş və qəbirstanlığa getmişdir. Orada Elvüsal narahat olmamasını və yerin tez zamanda hazır olacağını demişdir. Lakin ətrafda olan bir neçə insan ona nahaq pul verdiyini bildirmişdirlər. Qoruğun işçiləri qəbr qazılmağına icazə verməmişdirlər. Lakin Elvüsal demişdir ki, qəbr yerini hazılamaq onluqdur. 100 manatlıq xərc çəkmişdir. Elvüsal Ondan 450 manat pul almışdır. 200 manat isə iş qurtardıqdan sonra alacaqdı. Elvüsal özünü buralara baxdığını və qəbr yerinin hazırlanması işinə baxan kimi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Məliksabit oğlu bildirdi ki, xx.xx.2023-cü ildə anası rəhmətə getmişdir. Fevral ayında isə qırx mərasimi keçirmişdir. Demək olar ki, hər gün anasının qəbrini ziyarət etməyə getmişdir. Əsl-nəsilləri Şüvəlan qəsəbəsindən olduğuna görə qəbrstanlıqda yer məhdudiyyəti vardır. Elvüsalla tanış olmuşdur. Elvüsal ona yer göstərmiş və istənilən vaxt ala biləcəyini demişdir. 1 həftə içərisində 20 kv.metrlik ərazini, yəni 6 nəfərlik qəbr yerini ona göstərmişdir. Onunla danışmış və razılamışdırlar. Belə ki, ondan şəxsiyyət vəsiqəsini almışdır. Elvüsal ondan 1050 manat pul almışdır. 3 ay bundan qabaq ərazini təmizləyən zaman Habil adlı şəxs gələrək ərazinin 20 ildir ki, ona məxsus olduğunu bildirmişdir. O da Elvüsalı çağıraraq pulunu tam və yaxud hissə-hissə qaytarmasını tələb etmişdir. Elvüsal ondan hissə-hissə pul almışdır. Həmin məbləğdən pul qaytarılmamışdır. Hazırda şikayətçidir və pulunun geri qaytarılmamasını tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Elvüsal ondan hissə-hissə qəbir yeri verək üçün 4400 manat pul almışdır. Hər iki aydan bir hissə-hisə pulu ona göndərmişdir. Ədalət adlı şəxs onu Elvüsalla tanış etmişdir. Notariusda 2000 manat pulu ona vermişdir. Həmin pulu ona verdikdən sonra 2400 manatı hissə-hissə vermişdir. Həmin torğaı isə necə alamsı ilə bağlı bildirmişdir ki, Ələmdar adlı realtor vardır. Həmin şəxsdən gələcəkdə özü üçün Şüvəlan qəbirstanlığında necə qəbr yeri ala biləcəyini soruşmuşdur. Əlmdar da onu Elvüsalın yanına aparmışdır. Orada Elvüsalla danışmış, sonuncu ona əbr yerini göstərdikdən sonra həmin yeri bəyənib gələcəkdə heç bir problem olmamsı üçün onu natariusa aparıb 2000 manar verməsi ilə bağlı müqavilə bağlanmışlar. Sonra isə Elvüsal ondan hissə-hissə olmaqla 2400 manat da pul almış və ümumi məbləğ gəlib 4400 amnata çıxmışdır. Sonra bir müddət geçdikdən sonra qəbr yerininin hazır olmamasını görüb qbrstanlığın müdiri Ələmdarın yanına gedərək ona hadisəni danışmış və sonuncu ilə birlikdə qəbye yeri aldığı əraziyə gəlmişlər. Ora gedən zaman Elvüsalı orada görmüşlə və sonuncu onları görən kimi qaçıb getmişdir. Sonra Şahid2 adlı şəxs ona zəng edərək, Elvüsalın ona satdığı ərazinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Elvüsalın onu aldatmasını başa düşüb şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Elvüsal onun qardaşıdır. Baş vermiş hadisəni görməmişdir. Hadisədən sonra ona zəng edərək Həmid ilə Elvüsal dalaşdıqlaeını və Həmidin xəsarət almasını bildirmişlər. Dərhal qəbirstanlığa getmiş və Həmidi birinci Mərdəkanda olan xəstəxanaya aparmış, oradan da Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışdır. Qəbirstanlıqdan Həmidi aparan zaman ətrafda bir neçə şəxs olmuş, ancaq Elvüsal orda olammışdır. Orda dalaşmalarının səbəbini soruşduqda söyüş söyməsini demişdir. Həmidin burnundan qan axmışdır. Xəstəxanada Həmidin burnuna tikiş qoyulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ildə qaynanası xəstə olmuş, həkimlər onun tez zamanda rəhmətə gedəcəyini bildirmişlər. Qaynanasının qeydiyyatı Şüvəlan qəsəbəsi olduğu üçün həmin ərazidə yerləşən qəbirstanlığa getmişdir. Orada Elvüsalı və onun atasını görmüş və onlara ona qəbr üçün ərazi lazım olduğunu demişdir. Onlar bunun üçün qoruq rəhbərliyinə müraciət etməli olduğunu bildirmişdirlər. Qaynanası rəhmətə getmiş və onu Maştağa qəbirstanılığında dəfn etmişlər. Ancaq Şüvəlandan götürdüyü ərazinin qalmasını bildirmişdir. Onlarla danışmış və ərazinin saxlaya biləcəyini demişdir. Ölüm sənədini qoruğa vermiş və ona bir qəbir üçün yer ayrılmışdır. Sonra ona 500 manat pul vermişdir. Ərazini bir az böyütmək istəmiş və 300 manat əlavə vermişdir. Sonra hissə-hissə 1000 manatdan yuxarı pul vermişdir. Bir müddət sonra həmin ərazinin başqa adama satılmağını bilmişdir. Elvüsal isə onun yerinin başqa yerdə olduğunu demişdir. Məcbur olub polisə müraciət etmişdir. Torpaq sahəsini almaq üçün Qoruq İdarəsinə müraciət etmişdir. Torpağı almaq üçün pulu Elvüsala vermişdir. Elvüsal hər dəfə deyirdi ki, yer onundur. Elvüsala birinci 500 manat, sonra 300 manat və daha sonra isə 100 ABŞ dolları pul vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə verilmiş “MTE və PA Birliyinin” Xəzər rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 463 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qəlpəli, yerdəyişən sınığı aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun “X17” X16 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı iş materiallarına əlavə edilmiş: -“Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X8 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X8 tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutumuş ittiham elan edilmişdir. -“Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1 və 221.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-mom 178.1 və 221.1ci maddələrindən həmin Məcəllənin 127.2.3, 221.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-163/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Məhkəmənin sorğusu əsasında alınmış Baki Şəhər Probasiya İdarəsinin xx.xx.2025ci il tarixli, 3-16-21-1 /2-11379/2025 nömrəli məktubdan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1 (003)-165/2023 nömrəli, 11,04.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-78/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi, axtarış elan olunması və o, tutulanadək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmçinin qərarın icrası Xəzər Rayon Polis İdarəsinə həvalə edilmişdir -Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-78/2025 xx.xx.2025-ci il nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 221.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə cinayət işi üzrə icraat təzələnmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 227.2.3, 221.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncunun X3 400 manat ziyan vurması barədə əməlin cinayət tərkibi yaratmadığını bildirərək cinayət təqibinə xitam verilməsini və həmin hissənin ittihamdan xaric edilməsini təklif etmişdir. Məhkəmə dövlət ittihamçısının ittihamdan qismən imtina etməsi barədə çıxışını nəzərə alaraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 227.2.3, 178.2.2 və 221.1-ci maddələri ilə verilmiş ittihamdan onun təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qəbirqazan işlədiyi halda özünü Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən qəbirstanlığın qəbr yeri verən məsul şəxsi kimi təqdim edib orada 2023-cü ilin aprel ayında görüşüb tanış olduğı X3 özünü işgüzar insan kimi göstərib 40 kv.metr qəbir düzəltmək üçün boş sahəni göstərib ona verəcəyinə dair yalan vədlər verib aldadaraq inandırıb razılaşdıqdan sonra, 22 aprel 2024-cü il tarixdə saat radələrində Qala qəbristanhğmda 40 kv.metr yer vərəcəy adı ilə Dilqəm İsgəndərovdan ilkin olaraq 250 manat məbləğində pul alıb, həmin gün axşam isə yaşadığı Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi K.Əfkari küçəsində yerləşən evindən əvvəlcədən hesabnömrəsini verdiyi özünə məxsus “Kapital Bank”a aid olan 6768 6771 7181 17 91 kart hesab nömrəsinə saat 17:23-də Dilqəm İsgəndərova 100 manat məbləğində pul köçürtdürməklə, həmin gün yenə həmin ünvandan saat 22:29-da həmin bank kart hesab nömrəsinə əlavə 100 manat da olmaqla cəmi 200 manat pulu köçürtdürməklə alıb verdiyi vədlərə əməl etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək D.İsgəndərovun ümumilikdə 450 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxs X3 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi hissəsi verilmiş ittiham xaric edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-in 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Qeyd olunanlara əsasən dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində zərərçəkmiş şəxs X3 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi hissəsi üzrə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissədə ona qarşı cinayət təqibinə xitam verilməli və həmin hissə ittihamdan xaric edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunsa da, sonuncunun əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihama görə sonuncu 11 may 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala qəbirstanlığmda olduğu vaxt tanışı Zərərçəkmiş şəxs2 orada daşın üstündə oturmuş vəziyyə görüb yaxınlaşaraq qarşısında ayaq üstə dayanıb onun barəsində polis orqanına niyə şikayət etməsini irad tutması səbəbindən Zərərçəkmiş şəxs2la aralarında yaratmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 söyüb təhqir etməklə onun üz nahiyyəsindən bir dəfə zərbə vuraraq ictimai yer olan həmin qəbirstanlıqda digər şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimmai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək, zor tətbiq edib onu itələyərək yerə yıxmaqla aralarındakı şəxsi münasibətlərinin pozulması zəminində qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, qəsdən qisas almaq məqsədilə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs2a həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qəlpəli, yerdəyişən sınığı kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən qəsdən sağlamlığına xuliqanlıq niyyətilə az ağır zərər vurmuşdur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vursa da, onun əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətlərini yaradan, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən və qəsdən törədilən sair qərəzli hərəkətlərlə bağlı başqa hallar olmamış, sonuncunun əməli ancaq xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vuraqdan ibarət olmuşdur. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2022-ci il tarixli, 3 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2- ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır”. Odur ki, məhkəmənin qənaətini görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 227.2.3, 178.2.2 və 221.1-ci maddələri ilə verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham xaric olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal(lar) müəyyən etmədi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 127.2.3 və 178.2.2-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 03 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 09 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarını müdafiə eməsinə görə sərf etdiyi 30 saata görə 180 manat məbləğində pul vəsaiti, məhkəmədə hüquqlarını müdafiə etməsinə görə sərf etdiyi 21 saata görə 126 manat olmaqla, ümumilikdə sərf etdiyi 51 saata görə 306 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar