Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-783/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87-də yerləşən inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu mömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 11 radələrində özgənin əmlakını talama məqsədi ilətamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni sahədə yerləşən evinə qanunsuz daxil olub oradan 1 ədədi 27 manat olmaqla ümumilikdə 702 manat təşkil edən 26 ədəd 1,50 x 1,50 metr ölçüdə olan taxta diktləri, 1 ədəd 50 manat qiymətində daş baltasını, 1 ədəd 10 manat qiymətində çəkici, 1 ədəd 10 manat qiymətində mişarı və 30 manat qiymətində plastik boru ləvazimatlarını, 1 ədəd 15 manat qiymətində kəsici kəlbətini, 1 ədədi 15 manat olan, ümumi qiyməti 30 manat təşkil edən 2 ədəd suvaq alətini, 1 ədəd 15 manat qiymətində vintaçan dəstini, 1 ədəd 5 manat qiymətində kəlbətini və 1 ədəd 10 manat qiymətində dəmir barmaqlığın kəsilmiş hissəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 877 (səkkiz yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla təmiz çəkisi 0,410 qram olan, siqaretin gümüşü və qara rəngli falqalarına bükülmüş formada 01 ədəd büküm psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 01 iyun 2023-cü il tarixdə saat 12:50-də Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq barəsində olan axtarış işi ilə bağlı Xəzər RPİ-nin Müvəqqəti saxlama yerinə aparılmış və orada üzərinə baxış keçirilərkən əynində olan alt paltarının rezin hissəsindən 01 ədəd siqaretin gümüşü və qara rəngli falqalarına bükülmüş, təmiz çəkisi 0,410 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət narkotik vasitələrdən istifadə etmişdir. 24 dekabr 2022-ci il tarixdə səhər saatlarında evin təmirindən sonra artıq qalmış bir neçə dəmir parçasını götürüb metal qəbulu məntəqəsinə apararaq satmaq qərarına gəlmişdir. Həmin metal qəbul məntəqəsinə gedərkən yol kənarında hasarı olmayan, yarımtikili vəziyyətdə və içərisində yaşayış olmayan ev görmüşdür. Həmin evin həyətində kanalizasiya üçün qazılmış çuxur olduğunu və içərisində pəncərə üçün dəmir barmaqlığın kəsilmiş bir hissəsi gözünə sataşmışdır. Həmin barmaqlığın kəsilmiş olduğunu görüb istifadəyə yararsız olduğunu düşünüb həmin çuxurun içərisindəki kəsilmiş dəmir barmaqlığı götürərək yoluna davam etmişdir. Binə qəsəbəsində yerləşən dəmir qəbulu məntəqəsinə gəlib, tanımadığı həmin evin həyətindən götürdüyü kəsilmiş dəmir barmaqlığı məntəqəyə təhvil verərək əvəzində 7 manat pul almışdır. Həmin həyətdən oğurlandığı deyilən digər əşyaları görməmiş və götürməmişdir. Həmçinin o, 30 may 2023-cü il tarixdə səhər saatlarında Binə qəsəbəsi ərazisində piyada küçə ilə gedərkən "Kanalüstü" deyilən ərazidən keçən zaman yerdə bir ədəd bükümün olduğunu görmüşdür. Yaxınlaşıb həmin bükümü yerdən götürmüşdür. Bükümün içərisinə baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin bükümü gələcəkdə şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Bu hadisədən təxminən 2 gün sonra saat 12 radələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman da həmin büküm onun üzərində olmuşdur. Polis əməkdaşları tərəfindən Xəzər RPİ-nin MSY-nə gətiriləndən sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən həmin büküm üzərindən aşkar olunaraq götürülmüşdür. Oğurluq etməsi ilə bağlı ibtidai istintaq zamanı verdiyi izahatını təzyiq nəticəsində vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşamışdır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində ona məxsus təmiri başa çatmayan yarım tikili evi vardır. Sonuncu dəfə 20 dekabr 2023-cü il tarixdə həmin evdə olmuşdur. Orada olan zaman bütün əşyalarının yerində olduğunu görmüşdür. Bir neçə gün sonra, yəni 16 yanvar 2023-cü il tarixdə həmin evə baş çəkməyə gələn zaman evin giriş qapısının kilidinin içəridən sındırıldığını görmüşdür. Evə baxış keçirən zaman oradan ümumilikdə 702 manat təşkil edən 26 ədəd taxta diktlərin, 1 ədəd daş baltasının, 1 ədəd çəkicin, 1 ədəd mişarın, plastik boru ləvazimatlarının, 1 ədəd kəsici kəlbətinin, 2 ədəd suvaq alətinin, 1 ədəd vintaçan dəstinin, 1 ədəd kəlbətinin oğurlandığını aşkar etmişdir. Həmçinin evin içərisində dəmir barmaqlığın kəsilmiş hissəsi olmuşdur. Həmin dəmir barmaqlığın kəsilmiş hissəsinin də oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİNnin 102 xidmətinə zəng edərək hadisə barədə polisə məlumat vermişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, bir neçə ildir ki, metal qəbulu işi ilə məşğul olur. Əvvəllər bir çox yerlərdə çalışsa da, 2022-ci ildən etibarən Binə qəsəbəsi, Südçülük sovxozunda metal qəbulu məntəqəsi işlədir. 24 dekabr 2022-ci il tarixdə özünü Nahid kimi təqdim edən bir nəfər şəxs işlətdiyi məntəqəyə gələrək özündə doğranmış vəziyyətdə olan bir neçə dəmir parçası və kəsilmiş vəziyyətdə olan dəmir barmaqlıq olduğunu, həmin əşyaların özünə məxsus olduğunu və həmin dəmirləri satmaq istədiyini demişdir. Həmin əşyaları nəzərdən keçirib almaq qərarına gəlmiş və əşyaları ümumilikdə 7 manata həmin şəxsdən satın almışdır. Aldığı dəmirləri isə bir neçə gün sonra Sumqayıtda yerləşən mis zavoduna ümumilikdə 20 manata əridilməsi üçün satmışdır. Həmin şəxs ona kəsilmiş və yararsız vəziyyətdə olan pəncərə üçün olan dəmir barmaqlıqlardan başqa heç nə verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 16yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən fərdi evə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı fakta əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş və tutulması qərara alınmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə tutulmuşdur; - xx.xx.2023-cü il tarixli aktdan məlum olur ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan alt paltarının rezin hissəsindən 01 ədəd siqaretin gümüşü və qara rəngli falqalarına bükülmüş, içərisində ağ rəngli kristala bənzər naməlum maddə aşkar olunaraq göürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Akt Xəzər RPİ-nin MSY-nin novbətçisi Q.Məmmədov ,postaçısı R.Əhədov və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu Xəzər RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi onun barəsində CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. - 09 sentyabr 2023-cü il tarixliqərardan aydın olur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 ve 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs Xəzər RPİ-nin təhqiqatçısına verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, yaşadığı evin yaxınlığında olan evdən taxta diktlərivə kəsilmiş vəziyyətdə olan dəmir barmaqlıqlarıoğurlandığınıetiraf etmiş və “əlavəm yoxdur, sözlərimlə yazıldı, doğrudur, ona görə dəimzaladım” qeyd edərək imzalamışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 iyun 2023-cü il tarixli, 6/3382 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...” sözləri, imzalar olan, “Azərbaycan Respublikası DİN Arayışlar üçün №157” dairəvi möhür əksləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,410 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 iyun 2023-cü il tarixli, 4077 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxspsixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi üzrə yalnız dəmir barmaqlığın kəsilmiş hissəsini götürdüyünü, digər əşyalarla bağlı isə təqsirini etiraf etməyərəkoğurluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır.Bundan əlavə, ibtidai araşdırma zamanı onahərhansı təsir göstərilməsi ilə bağlı heç bir müraciəti olmamışdır. Məhkəmə, toplanmışvəməhkəməistintaqındatədqiqedilmişsübutlarıtam, hərtərəflivəobyektivaraşdırıbməcmuhaldahüquqiqiymətverərəkhesabedirki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxstərəfindənittihamdaqeydolunanəməlintörədilməsimənbəyininmötəbərliyivəəldəedilməsi ninqanuniliyişübhədoğurmayanvəişüzrəyekunnəticəyəgəlməyəimkanverənşahidlərinifadələri, ekspert rəyləri, istintaqhərəkətlərininaparılmasıhaqqındaprotokollarvəişüçünmühüməhəmiyyətkəsbedəndi gərsübutlarlatəsdiqedilərəksübutayetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0.410 qram olan psixotrop maddə – metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,360 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 81 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,360 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 (yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata vaxta görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi)andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-783/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-783/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver