Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-787/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə saat 16:56-da etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Corolla” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala yolu istiqamətindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi istiqamətində saatda 90 km sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Belə ki, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və bununla da yol- nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, sürücü Təqsirləndirilən şəxs iki zolaqlı yolun sol zolağında “Toyota Corolla” markalı, 77- HE-317 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala yolu istiqamətindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu sağdan sola keçməyə çalışan piyadalar Zərərçəkmiş şəxs və X7 avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsinin sol hərəkət zolağında təhlükəli şərait yaradıb ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törədib vuraraq, Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol körpücük sümüyünün parçalı sınığı, ağciyərin travmatik kontuziyası, dalaq parenximasının travmatik zədələnməsi, periferik damar embolizasiyasından sonrakı vəziyyəti ilə müşayiət olunan sol İX qabırğanın sınığı, sağ çiyinin, sol dirsəyin əzilmiş yaraları, sağ saidin, sol budun, sağ dizin sıyrıqları, sol sağrı nahiyyəsinin qançırı, sağ gicgah-ənsə nahiyyəsinin kəsilmiş yarası ilə nəticələnən ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş, eyni zamanda həmin anda ehtiyatsızlıqdan Məryəm Rüstəmlini də həmin avtomobillə vuraraq baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X4 almış olduğu alın nahiyyəsinin, burunun əzilmiş yaraları, sol göz qapağının qançırı, alın nahiyyəsinin, sol üst göz qapağının, sağ gözaltı nahiyyədən almacıq nahiyyəsini əhatə edən, sol gözaltı nahiyyədən almacıq nahiyyəsini əhatə edən, burunun, çənəaltı nahiyyənin, sol çiyin nahiyyəsinin, sağ dirsək nahiyyəsinin, sol saidin aşağı üçdə birinin arxa səthinin, bel nahiyyəsinin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, sol bud sümüyünün qapalı sınığı kimi bədən xəsarətləri nəticəsində həyat üçün təhlükəli olmaqla ölümlə birbaşa əlaqəsi olan sağlamlığına ağır zǝrǝvurmanın əlamətlərinə malik xəsarətlər yetriməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə bilavasitə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "Toyota Corolla" markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala yolu ilə 90km/saat sürətlə hərəkət edən zaman qarşısına iki nəfər yolu keçən piyada çıxmışdır. Qəzadan yayınmaq istəmiş, siqnal vermiş, ancaq piyada özünü itirmiş və o, hər ikisini idarə etdiyi avtomobillə vurmuşdur. Dərhal idarə etdiyi avtomobili saxlamış, yerə düşərək azyaşlı uşağı qucağına alaraq yolun kənarına çıxartmışdır. Digər qadını isə ətrafda olan şəxslər yolun kənarına çıxartmışlar. Tanımadığı şəxslər təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım avtomobili gələrək onları xəstəxanaya aparmışdır. O, isə hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Sonra isə xəsarət alan şəxslərdən birinin, yəni Məryəm Rüstəmlinin xəstəxanada vəfat etməsi məlum olmuşdur. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X10 onun qızı, xəsarət almış Zərərçəkmiş şəxs isə arvadıdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində yaşadığı ünvandan çıxaraq işləməyə getmişdir. Təxminən saat 17 radələrində bir nəfər şəxs onunla əlaqə saxlayaraq qızı Məryəm Rüstəmlini və arvadı Zərərçəkmiş şəxs avtomobilin vurduğunu və təcili tibbi yardım avtomobilinin onları xəstəxanaya aparmasını demişdir. X9 xəstəxanasında olması ona məlum olmuşdur. Dərhal Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən xəstəxanaya getmiş, orada qızı X2 xəstəxanasına aparmalarını demişlər. Ora getdikdə qızı Məryəm Rüstəmlinin orada olmasını görmüş, sonra isə oradan çıxaraq Sabunçu rayonunda yerləşən Sabunçu tibb mərkəzinə getmişdir. xx.xx.2024-cü il tarixdə isə xəstəxanadan Məryəm Rüstəmlinin vəfat etməsini bildirmişlər. Hadisənin ehtiyatsızlıqdan baş verməsini, vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etdi ki, X10 onun qızı idi. Məryəm Rüstəmli 216 saylı tam orta məktəbin 3-cü sinifində təhsil almışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində qızı Məryəm Rüstəmlini məktəbdən götürmək üçün 216 saylı tam orta məktəbə getmişdir. Saat 17 radələrində məktəbin qarşısında olan Xəzər rayonu, Zirə qəsəbəsi istiqamətinə gedən yolu qızı Məryəm Rüstəmli ilə keçmək istəmişlər. Bu zaman "Toyota" markalı avtomaşın onu və qızı Məryəm Rüstəmlini vurmuşdur. O, huşunu itirmiş, ayılanda isə tanımadığı şəxsin ona su verməsini görmüşdür. Sonra isə onları xəstəxanaya apararaq orada ilk tibbi yardım göstərmişlər. xx.xx.2024-cü il tarixdə isə qızının vəfat etməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmiş və o, sonuncu ilə barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Pirallahı rayonu istiqamətində gedən yolda baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur; - BA 221453 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil X8 mülkiyyətindədir; - xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, “Toyota Corolla” markalı, 77- HE-317 dövlət qeydiyyat nişanlı avtomobil üzrə bütün səlahiyyətlər xx.xx.2024cü il tarixinədək Təqsirləndirilən şəxs etibar edilmişdir; - AD 220708 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 1/4893 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - Video kameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, 01 ədəd DVD diskdə olan müşahidə kamerasının qeydə aldığı görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 16:56-da Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı, 77- HE-317 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala yolu istiqamətindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu sağdan sola keçməyə çalışan piyadalar Zərərçəkmiş şəxs və X7 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq yolnəqliyyat hadisəsi törətmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; - Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ X22 Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 451/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs verilmiş AD 220708 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi aktivdir, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 72 saylı rəyindən müəyyən edilir ki, 1. Mərhum M.V.Rüstəmlinin meyitində aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin, burunun əzilmiş yaraları: sol göz qapağının qançırı: alın nahiyyəsinin, sol üst göz qapağının, sağ gözaltı nahiyyədən almacıq nahiyyəsini əhatə edən, sol gözaltı nahiyyədən almacıq nahiyyəsini əhatə edən, burunun, çənəaltı nahiyyənin, sol çiyin nahiyyəsinin, sağ dirsək nahiyyəsinin, sol saidin aşağı üçdə birinin arxa səthinin, bel nahiyyəsinin sıyrıqları: başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar: sol bud sümüyünün qapalı sınığı: küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun X17 Publik Hüquqi şəxsinə müraciətindən əvvəl olmaqla qərarda göstərilən vaxtda, yəni xx.xx.2024- cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2.Mərhum M.V.Rüstəmlinin ölümlə almış olduğu travma nəticəsində səbəb baş- beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar olmuşdur. 3.Mərhum M.V.Rüstənlinin ölümü xx.xx.2024-cü ildə saat 18:50-də X20 X15 baş vermişdir (X20 X15 tərtib olunmuş 46850 saylı xəstəlik tarixinə əsasən); - Məhkəmə-tibbi ekspertizasının 10 iyul 2024-cü il tarixli 742 saylı rəyindən aydın olur ki, F.O.Rüstəmovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər-baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol körpücük sümüyünün parçalı sınığı, ağciyərin travmatik kontuziyası, dalaq parenximasının travmatik zədələnməsi, periferik damar embolizasiyasından sonrakı vəziyyəti ilə müşayiət olunan sol İX qabırğanın sınığı, sağ çiyinin, sol dirsəyin əzilmiş yaraları, sağ saidin, sol budun, sağ dizin sıyrıqları, sol sağrı nahiyyəsinin qançırı küt əşya (əşyalar): sağ gicgah-ənsə nahiyyəsinin kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmiş, törənmə müddətləri onun "X21"ya müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-ci il tarixli, 3-16-16/2- 8/2193 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasəsn Toyota Corolla markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ə.İsgəndərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxsin hüquqi varisi X5 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial təsdiqli ərizədən görünür ki, onları Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı heç bir tələb və şikayətləri yoxdur; - Zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur; - xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, xx.xx.2023-cü il təvəllüdlü Nadir və xx.xx.2024cü il təvəllüdlü Zeynəb - Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1), himayəsində 02 azyaşlı uşağın olmasını (CM-59.1.4) əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini (CM- 59.1.12) cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Toyota Corolla” markalı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, “Toyota Corolla” markalı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-787/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-787/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver