Məhkəmə qərarları › İş №1(003)-79/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-79/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-79/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Ədalətoviçin xx xxxxxx 1996-cı ildə Rusiya Federasiyası, Krasnodar vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəza çəkən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ədalətoviç satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Ədalətoviç istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,263 qram narkotik vasitə heroini 27 avqust 2022-ci il tarixdə Bakı şəhər, Suraxanı rayonu ərazisində 13 manata almaqla əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin küçəsinə daşımışdır. 27 avqust 2022-ci il tarixdə, saat 14:05 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın Xəzər rayonu ərazisində xidmət aparan polis əməkdaşları tərəfindən bilavasitə şübhə yarandığından o, qeyd olunan ünvanda saxlanılaraq Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Ədalətoviçin üzərinə videoçəkilişlə axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,263 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Ədalətoviç özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, narkotik vasitə heroindən 4 il olar ki, istifadə edir. 27 avqust 2022-ci il tarixdə axşam saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 13 manata bir büküm narkotik vasitə heroin almışdır. Həmin günü saat 14 radəsində Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu şübhəli şəxs kimi 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş ilə üzərində qeyriqanuni əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, da üzərində olan bir büküm heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Polis şöbəsində ona qarşı fiziki təsir və güc tətbiq olunmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Ədalətoviçin təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası DİN-nin X3 Alayında polis serjantı vəzifəsində işləyir. 27 avqust 2022-ci il tarixdə, saat 14 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində xidmət apararkən bir nəfər şəxsin narkotik vasitə təsirində olduğunu və özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs Ədalətoviç olmasını müəyyən etdikdən sonra onu aparıb 1-ci Polis şöbəsinə raportla təhvil vermişlər. Təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə video çəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 13 manata özü istifadə etmək üçün aldığını demişdir. Bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ədalətoviçin üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN-nin X3 Alayının polis serjantı Şahid2 Etibar oğlu Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2022-ci il tarixli, 6/4586 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,263 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir”. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,213 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji Mərkəzi Publik hüquqi şəxsin 15 sentyabr 2022-ci il tarixli, 5235 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Ədalətoviçdə opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 24 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1996-cı ildə Rusiya Federasiyası, Krasnodar vilayətində anadan olmuş Təqsirləndirilən şəxs Ədalətoviç - 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 avqust 2016cı il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 06 may 2016-cı il tarixli qanunu tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri hökmdən xaric edilmişdir. 24 iyun 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-382/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasının əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmış. Təqsirləndirilən şəxs Ədalətoviç oğlunun barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-383/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə «həbs» qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Ədalətoviçin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Ədalətoviçin məhkumluğunun olmamasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını və iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Ədalətoviçin cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs Ədalətoviçə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Ədalətoviç hazırki əməli Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmündən əvvəl törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Ədalətoviçin əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ədalətoviçə hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ədalətoviç 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ədalətoviçin barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 27 avqust 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ədalətoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 27 avqust 2022-ci il tarixdən hesab edilməlidir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Cavidan Allahverdiyevin 27 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ədalətoviçdən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,213 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs Ədalətoviçdən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,213 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Ədalətoviçin barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Ədalətoviçdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs Ədalətoviçə oğluna istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Ədalətoviçə məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) saat 30 (otuz) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkil X1, 45 (qırx beş) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Ədalətoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Ədalətoviçə təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla o, qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ədalətoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 27 avqust 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs Ədalətoviçin barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs Ədalətoviçdən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,213 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Ədalətoviçdən alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs Ədalətoviçə istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Ədalətoviçə məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 45 (qırx beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Ədalətoviçə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar