Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-79/2024 11.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X1 və təqsirləndirilən şəxs X14 iştirakları ilə, 01 oktyabr 1998-ci il tarixdə Pakistan İslam Respublikasının Gujranvala şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Karaçi şəhərində qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-367/2023 saylı 30 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 may 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - - X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən X17 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd etmiş, həmçinin bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, X17 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədilə Pakistan İslam Respublikasında olarkən özünün anket məlumatları ilə olan saxta X6 məxsus ümumvətəndaş pasportu əldə edib həmin sənəddən istifadə edərək 27 may 2023-cü il tarixdə saat 13 radələrində 0159 nömrəli Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş, saxta olmasını bilə-bilə ********* nömrəli X6 məxsus ümumvətəndaş pasportu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonunda yerləşən “Heydər X5” sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərmiş, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X12 elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq amanı özünü təqsirli bilərək göstərmişdir ki, onun Pakistan İslam Respublikasında maddi vəziyyəti yaxşı olmadığından, bir müddət əvvəl işləmək və yaşamaq üçün İngiltərənin London şəhərinə getmək qərarına gəlmişdir. Pakistanda olarkən xalası oğlu Əkbərin tanışı olan Arşad adlı şəxslə tanış olmuşdur. Onun doğma qardaşı olmadığından, Əkbəri doğma qardaşı kimi qəbul etmiş və hər yerdə onu doğma qardaşı kimi təqdim etmişdir. Söhbət zamanı Arşad ona bildirmişdir ki, əgər istəsə, ona X4 pasportunu düzəldə bilər. Bunun üçün isə ondan 1000 ABŞ dolları pul istəmişdir. Lakin o, həmin pasportla Londona getdikdən sonra həmin pulu verə biləcəyini demiş və onlar razılğa gəlmişlər. O, Arşada şəxsiyyətini təsdiq edən sənədin surətini və fotoşəklini vermişdir. Təxminən 2-3 gün sonra Arşad onunla görüşərək ********* nömrəli X4 ümumvətəndaş pasportunu ona təqdim etmişdir. O, pasporta baxdıqda orada fotoşəklinin və anket məlumatlarının olmasını görmüşdür. Arşad bildirmişdir ki, ilk öncə Pakistandan Azərbaycana, Azərbaycandan İtaliyaya, İtaliyadan isə İngiltərəyə gedəcəkdir. Buna görə də o, ********* nömrəli X4 ümumvətəndaş pasportundan istifadə edərək Pakistandan Azərbaycana bilet almış və 27 may 2023-cü il tarixdə saat 13 radələrində 0159 nömrəli Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycanın Bakı şəhərində Aeroportda ********* nömrəli X4 ümumvətəndaş pasportunu rəsmiləşdirilməsi üçün sərhədçiyə təqdim etmişdir. Sərhədçi təqdim etdiyi pasportun saxta olmasını müəyyən edərək onu saxlamışdır. Hazırkı açıq məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, o, İngiltərənin vətəndaşı deyildir, heç nədən də xəbəri olmamışdır. ********* nömrəli X4 ümumvətəndaş pasportunu Arşadın vasitəsilə Azərbaycana gəlməmişdən 4-5 gün əvvəl əldə etmişdir. Arşadın həmin pasportu necə almasından məlumatlı deyildir. Xalası oğlu Əkbərin dostu X3 əməkdaşıdır, Arşada pulu Əkbər vermişdir, lakin həmin pulun məbləğini bilmir. Agentlik tərəfindən aldadılaraq onun təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənəd və fotoşəkil əsasında ona saxta sənəd verilmiş və bu sənədlə Azərbaycana, oradan da İtaliyaya gedə biləcəyi bildirilmişdir. Onun da məqsədi İtaliyaya getmək olmuşdur. Təhsili yoxdur, həmin sənədi oxuya bilməmiş, lakin Agentliyin göstərişi ilə hərəkət edərək həmin sənədlə Azərbaycan Respublikasına gəlmişdir. Hazırda həmin ofisə qarşı məhkəmədə iddia qaldırmışdır. Özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər X5” sərhəd nəzarəti şöbəsinin növbə rəisi, kapitan Şahid1 göstərdi ki, 27 may 2023-cü il tarixdə saat 09.00-dan saat 20:00-dək “X9 Hava Limanı” sərhəd nəzarəti şöbəsinin “Terminal 1” uçub gəlmə xəttində “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 27 may 2023-cü il tarixdə saat 13:02 radələrində “X9 Hava Limanında” sərhəd nəzarəti şöbəsinin “Terminal 1” uçub gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan baş gizir Şahid2 R- 0159 nömrəli Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gəlmək istəyən, 01 oktyabr 1998-ci il təvvəlüdlü Pakistan İslam Respublikasının vətəndaşı X14 təqdim etdiyi ********* nömrəli Böyük Britaniyaya məxsus pasportun rəsmiləşdirilməsi zamanı pasportun tam saxta olması barədə ona məruzə etmişdir. O, həmin istiqamətdə hərəkət edərək Pakistan Respublikasının vətəndaşı X14 təqdim etdiyi ********* nömrəli Böyük Britaniyaya məxsus pasportun tam saxta olduğunu dəqiqləşdirmş, sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmiş, Pakistan İslam Respublikasının vətəndaşı X17 “X9 Hava Limanı” sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DSX-nin X7 X5” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, baş gizir Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan DSX-nin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin 27 may 2023-cü il tarixli 3-38-33/2-16-888/23 nömrəli məktubundan görünür ki, 27 may 2023-cü il tarixdə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gələn Pakistan İslam Respublikasının vətəndaşı X14 “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi X6 məxsus pasport saxtalıqda şübhə doğurduğuna görə sərhəd naryadı tərəfindən saxlanılmışdır. İş materiallarında olan 27 may 2023-cü il tarixli 09 nömrəli aktdan görünür ki, 27 may 2023-cü il tarixdə, saat 13:02-da 0339 saylı R-0159 nömrəli Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gələn Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.1998-ci il təvəllüdlü X17 yoxlanış üçün sərhəd naryadına təqdim etdiyi X6 məxsus ********* nömrəli pasport tam saxtalıqda (heç bir müdafiə elementi yoxdur) şübhəli olduğu üçün saxlanılmışdır. Araşdırma zamanı X6 məxsus ********* nömrəli pasportun tam saxta olması (pasport nümunəyə uygun deyil, ultrabənövşəyi işıq altında baxdıqda heç bir müdafiə elementi əks olunmur) aşkar olundu. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 5/788 nömrəli rəyindən görünür ki, 1) tədqiqata təqdim edilmiş X17 adına olan CH1172292 nömrəli Pakistan İslam Respublikasının pasportunun (1-ci vərəqdən başqa) blankı xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompüter proqramındakı həqiqi pasport ilə eynilik təşkil edir; 2) tədqiqata təqdim edilmiş X17 adına olan CH1172292 nömrəli Pakistan İslam Respublikasının pasportunun 1-ci vərəqi və X15 adına olan GBR ********* nömrəli Böyük Britaniya pasportunun blankı axınlı printerdə çap edilmişdir və “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompüter proqramındakı həqiqi pasport ilə eynilik təşkil etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat təşkil edir. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli maddi sübut kimi tanınma haqda qərarla, X14 adına olan GBR ********* nömrəli Böyük Britaniya pasportu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin rəisi, ədliyyə mayoru X2 yanında tərtib edilmiş 27 may 2023-cü il tarixli Qəbzdən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı X17 saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 600 EURO, 9700 rupi, mobil telefonu və şəxsi əşyalarını istintaq orqanından təhvil almışdır, heç bir şikayəti və ya digər tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, X17 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd etməsi, həmçinin bilə-bilə saxta sənəddən istifadə etməsi cinayətlərini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxs X14 məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə təqsirləndirilən şəxs X14 məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs X11 verilmiş Azərbaycan Respublikası CM-nin 29, 318.2 və 320.1-ci maddələri ilə ittiham üzrə özünü təqsirli bilməməsini heç bir vaxt pasportunu saxtalaşdırmaması, həmin sənədi yaşadığı şəhərdə xalası oğlu Əkbərin dostu Arşadın işlədiyi Ağentlikdən əldə etməsi, heç nədən xəbəri olmaması və pasportun saxta olmasını bilməməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə sübut edildi ki, X17 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd etmiş, həmçinin bilə-bilə saxta sənəddən istifadə etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X14 cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, X15 ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında X14 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X16 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə X16 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 367/2023 saylı 30 may 2023-cü il tarixli qərarından görünür ki, X17 barəsində 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 may 2023-cü il tarixdən hesab edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, X17 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı 30 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, cinayət törətdiklərinə görə təyin olunmuş cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilən həllar nəzərə alınmaqla tətbiq edilə bilər”. Məhkəmədə müəyyən olundu ki, təqsirləndirilən şəxs X17 Pakistan İslam Respublikasının Gujranvala şəhərində qeydiyyatda olmaqla orada yaşayır, Azərbaycan Respublikasında yaşayan qohumu yoxdur, burada iş yeri yoxdur, heç bir əmək fəaliyyəti ilə məşğul olmur və ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiq edilməməsi üçün CM-nin 52.1-ci maddəsində göstərilən əsaslardan heç biri yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, X12 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut – X14 adına olan GBR ********* nömrəli Böyük Britaniya pasportu hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 80,00 (səksən) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ X13 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X14 CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X14 dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X16 məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 5 iş saatına görə 30,00 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X17 Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X16 qəti olaraq 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 30 may 2023-cü il tarixdən hesablansın. X14 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – X14 adına olan GBR ********* nömrəli Böyük Britaniya pasportu hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. X13 məhkəmə xərcləri – 80,00 (səksən) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. X12 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X14 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 30,00 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs X16 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-79/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-79/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver