Məhkəmə qərarları › İş №1(003)-79/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-79/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-79/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs X4, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında 22 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 1(101)-1153/2017 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 133.2.2 və 133.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs köməksiz, aşkar surətdə hamilə vəziyyətində olan zərər çəkmiş şəxsə davamlı olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablarla əzab vermişdir Belə ki, o, həyat yoldaşı X4 “kəskin psixotik vəziyyət” xəstəliyi ilə əlaqədar 1 saylı X2 müalicə aldığını bilə-bilə onu heç bir əsaslı səbəb və əsas olmadan mütəmadi döyməklə fiziki ağrı və psixi istirablar verərək 12 iyul 2024-cü il tarixdə saat 15 radələrində yaşadıqları ünvan 2 ünvanında onun üçün aşkar surətdə hamilə vəziyyətində olan və bununla bağlı müqavimət göstərmək imkanını qismən itirməklə aşkar surətdə hərəkət məhdudluğu ilə köməksiz vəziyyətdə olan X7 onunla uca səslə danışmasını irad tutub heç bir əsaslı səbəb olmadan mövcud qanunlardan kənara çıxmaqla onu cəzalandırmaq məqsədi ilə şillə ilə baş nahiyəsinə və yanaqlarına bir necə dəfə zərbə vurub zorakı hərəkətlərlə döyməklə, ailəsinin dağılmaması üçün ondan şikayət etməyəcəyinə arxayın olub həmin zorakı hərəkətlərini 2024-cü ilin iyul ayına kimi olan müddət ərzində müxtəlif bəhanələrlə dəfələrlə təkrar edib Aidə Hüseynovaya mütəmadi olaraq güclü fiziki ağrı və psixi iztirablarla əzab vermiş, köməksiz və aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşı X8 nalayiq sözlərlə söyərək döyüb əli və ayağı ilə qəsdən baş və bədəninin müxtəli nahiyələrinə vurub xəsarətlər yetirməklə sağ kürəkaltı nahiyənin, sağ saidin, sol budun, sağ və sol baldırın, sağ saidin sıyrıqları ilə nəticələn sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətləri yetirmiş, xx.xx.2024-cü il tarixdə yaşadığları ünvan 2 ünvanında köməksiz və aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşı X8 nəlayiq sözlərlə söyərək əl və ayağı ilə bədənin müxtəli nahiyələrinə qəsdən vurub xəsarət yetirməklə onun ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz və sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri yetirərək aşkar surətdə hamilə vəziyyətində olan və bununla bağlı müqavimət göstərmək imkanını qismən itirməklə aşkar köməksiz vəziyyətdə olan zərər çəkmiş şəxs X7 mütəmadi olaraq mövcud qanunlardan kənara çıxmaqla onu cəzalandırmaq məqsədi ilə döyüb zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablarla əzab vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 133.2.2 və 133.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, X13 onun nigahlı həyat yoldaşıdir, onunla 2024-cü ilin yanvar ayında ailə həyatı qurmuşdur, övladları yoxdur. Aidə ilə mehriban münasibətdə olmuş, onu mütəmadi olaraq döymə halları olmamışdır. Narazılıq yaradan söhbətlər yalnız onlarla birlikdə yaşayan qayınanası Rəvayətin ailə işlərinə müdaxilə etməsi səbəbindən baş verirdi. Cəmi bir dəfə, 2024-cü ilin iyul ayında yeməyə artıq duz qatdığına görə əsəbləşib Aidəni yüngül vurmuşdur, lakin Aidəni mütəmadi vurmaq halları olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X13 bildirmişdir ki, hazırda anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2024-cü ilin yanvar ayının 6-da ailə həyatı qurmuşdur. Bu nigahdan övladı yoxdur. Ataxan onu cəmi bir dəfə vurub xəsarət yetirmişdir, onu mütəmadi döymə halları olmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onu bağışlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, üç övladı var, ünvan 3 ünvanında qızı Aidə ilə birlikdə yaşayır. 2024-cü il yanvar ayının 6-sında qızı Aidə Ataxan ilə ailə həyatı qurmuşdur. Ataxan ilə qızı Aidə bir müddət ondan aralı yaşasa da, 2024-cü ilin aprel ayından onunla birlikdə yaşamışlar. Onun evinə onları burxmaqda səbəb isə bir qızının olması və Ataxanın atası Şəmsəddinin ondan xahiş etməsi olmuşdur. Onunla birlikdə yaşadıqları ərəfədə Ataxan mütəmadi olaraq qızı Aidəni döyüb təhqir etmiş, döyməsində səbəb müxtəlif bəhanələr olmuşdur. Polisə şikayət etməməkdə səbəb qızının ailəsini dağıtmaq istəməməsi olmuşdur. Qızı Aidə hamilə olmuş, Ataxan da bunu bilmiş, Aidəni xəstəxanaya aparıb gətirmişdir. 2024-cü ilin iyul ayının 12-də yemək duzlu olduğundan Ataxan evdə mübahisə yaradaraq qızını döymüş, onun əlini dişləmişdir. X11 çoxlu işgəncə verib onu döymüşdür. Axırıncı dəfə xx.xx.2024-cü il tarixdə qızını şiddətli döymüşdür. Bundan sonra da qızını mütəmadi olaraq şiddətli döymüş, ona müxtəlif xəsarətlər yetirərək işgəncələr vermişdir. xx.xx.2024-cü il tarixdə Aidəni yenidən döyüb əlini dişləmişdir. Buna görə Xəzər RPİ-nin 1-ci PŞ-nə məlumat verib ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məhəbbət qızı bidirmişdir ki, Səhiyyə Nazirliyinin 7 nömrəli BŞX-də mama-ginekoluq həkim kimi fəaliyyət göstərir, xx.xx.2024-cü il tarixdə X14 onun çalışdığı şöbəyə qan axmalar şikayəti ilə müraciət etmişdir. Tibbi göstərişlərə əsasən onun bətnində olan 18 həftəlik uşaq götürülmüşdür. Uşağın götürülməsinə əsas X5 uşağının qanaxmadan tələf olması olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının 19 iyul 2024-cü il tarixli 846 saylı rəyindən görünür ki, A.V.Hüseynovanm bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ kürəkaltı nahiyənin, sol budun, sağ və sol baldırın, sağ ayağın qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz və sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 4-5 gün əvvələ uyğun gələ bilər; sağ saidin qançırı və sıyrıqları küt əşya (ola bilsin dişlənmə) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir gün əvvəl olmaqla, müayinə olunanın göstərdiyi xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ kürəkaltı nahiyənin, sağ saidin, sol budun, sağ və sol baldırın, sağ ayağın qançırları, sağ saidin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz və sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, A.V.Hüseynovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Əlavə məhkəmə-tibbi ekspertizasının 20 avqust 2024-cü il tarixli 32-ə/846 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü X4 adına tərtib olunmuş məhkəmə-tibb müayinə rəyində yazılanlara və onun adına "X18" X20 tərtib olunmuş 274 saylı xəstəlik tarixinə, əlavə tibbi sənədlərdə göstərilənlərə əsasən, əlavə məhkəmə-tibbi ekspertizası qarşısında qoyulmuş suala cavab olaraq belə nəticəyə gəlinir ki, A.V.Hüseynova "X22" X19 19.072024-cti il tarixdə USM müatinəsindən keçmişdir. Mtiayinəsin nəticəsi: 18 həftəlik hamiləlik, dölün hərəkətinin normal olduğu müəyyən edilmişdir; A.V.Hüseynovanın adına "X18" X19 tərtib olunmuş 274 saylı xəstəlik tarixindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə xəstəxaya “18-19 həftəlik hamiləlik, başlanmış düşük” diaqnozu ilə daxil olmuşdur. Xəstəyə müvafiq tibbi prosedurlar icra olunmuş və çürümüş cift qalıqları xaric edilmişdir. Nəticədə “tam düşük, aspirasion kuretaj” diaqnozu qoyulmuşdur; A.V.Hüseynovanın adına tərtib olunmuş və yuxanda qeyd olunan tibb sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2024cü il tarixdə hamiləliyin pozulmasının yəni, hamiləliyin düşüklə nəticələnməsinin travma ilə səbəbli əlaqəsi müəyyən edilmədi. Kompleks məhkəmə psixoloji-psixatrik ekspertizasının 16 avqust 2024-cü il tarixli 2396 nömrəli rəyindən görünür ki, X6 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərdə X4 psixiatriya xəstəxanalarında “Kəskin psixotik vəziyyət” və “Kəskin polimorf psixotik pozuntu" diaqnozları ilə stasionar müalicədə olsa da, qərarda təsvir olunan hadisə onun müalicə olunduğu dövrü təsadüf etmir. Qeyd olunmalıdır ki, kəskin psixotik vəziyyətlərin tam sağalma ilə nəticələnməsi mümkündür. Hazırki müayinə zamanı X6 psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. X6 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə - aparılmış eksperimentalpsixoloji müayinə gedişində Aidə Hüseynovanın əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində nümayişkaranəlik, emosional qeyri-sabitlik, ətrafdakıların diqqətini öz üzərinə cəmləməyə çalışmaq, inadkarlıq aşkar olunur. Məhkənıə-psixiatrik ekspertizası üzrə yekun hissə: Aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X6 hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmur. X6 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona qarşı törədilən əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ciayət işi üzrə zərər çəkmiş şəxs statusunda olduğundan onun CM-nin 21-ci və ya 22- ci maddələrinin təsiri altına düşüb-düşmədiyi müəyyən edilə bilməz. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: X4 fərdi-psixi xüsusiyyətlərində nümayişkaranəlik, emosional qeyri-sabitlik, ətrafdakı larin diqqətini öz üzərinə cəmləməyə çalışmaq, inadkarlıq aşkar olunur, yaş xüsusiyyətli və intelektual inkişafı nəzər alınmaqla özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Belə qənaətə gəlinir ki, X4 ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixiemosional vəziyyətində dəyişiklik olmamışdır. Hadisə zamanı psixi-emosional vəziyyətində gərginlik, həyəcan əmələ gələ bilərdi. Hazırkı psixi-emosional durumunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik aşkar olunmadı. X9 əqli-intellektual imkanları normaya uyğundur, yaranmış şəraitin mahiyyətini tam həcmdə dərk edə və davranışının mümkün nəticələrini görə bilərdi, özündən uydurmağa və başqalarının təsiri təsiri altında danışmağa meyillilik müəyyən edilmədi. Ambulator məhkəmə-psixatrik ekspertizasının 16 avqust 2024-cü il tarixli 2398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər 2 nömrəli X3 müayinə olunsa da, müayinənin nəticəsinə əsasən onda psixi xəstəlik müəyyən edilməmiş, hazırkı müayinə zamanı onda psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu etmək iqtidarında olmuşdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 07 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ-nin MSYdən azad edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bərəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə onun axtarışı elan olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Zərər çəkmiş şəxs X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onunla barışmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 1(101)-1153/2017 nömrəli hökmünə əsasən CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək həyat yoldaşı X8 mütəmadi olaraq döymə halları olmaması barədə ifadəsinə dair məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. Məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, qayınanası Rəvayyət onun nənəsi və babasının məzarına nalayiq ifadələr işlətdiyindən Aidənin anası ilə mehriban dolana bilmirmiş. Aidənin hamilə olduğunu aprel ayının ortalarında öyrənmişdir. Onu dəfələrlə həkimə aparmışdır. 2024-cü ilin iyul ayının 12-də saat 15 radələrində Aidəni həkimdən Rəvayyətin yəni birlikdə yaşadığları Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, YYS massivində nömrəsiz fərdi evinə gətirmişdir. Bu zaman Rəvayyət onun nənəsi və babasının məzarına nalayiq ifadə işlətmiş, səbəbinin soruşduqda “yaxışı edirəm” deyə bildirmiş, lazım olsa onları boşadacağını demişdir. Bu zaman o Rəvvayətə qızdan çox qız var lazım olsa alacağını bildirmiş, bunu eşidən Aidə onun üstünə hücüm çəkərək isdəyirsən get başqasını al demişdir. Aidəyə irad bildirərək anası ilə danışdığını, onun bu işə qarışmamasını deyərək onun üstənə qışqırmışdır. Aidə bu zaman “əcəb edirəm qışqırıram” dedikdə Aidənin sifət nahiyəsinə sillə ilə vurmuş, ayağına təpiklə xəsarət yetirmiş, Aidə onu qucaqlıyaraq vurmaq isdədikdə onun əlini dişləmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X13 cəmi bir dəfə Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirsə də, ibtidai istintaq zamanı Ataxanın onu evdə məişət zəminində dəfələrlə döydüyünü, lakin həyat yoldaşı olduğununa görə ondan polisə məlumat vermədiyini, 12 iyul 2024-cü il tarixində evdə yeməyi duzlu bişirdiyinə görə Ataxanın onu növbəti dəfə döydüyünü, sifət nahiyəsinə və ayaqlarına təpiklə vurduğunu, əlini bərk dişləyərək xəsarət yetirdiyini, bu hadisədən sonra polisə məlumat verdiyini, şikayətçi olduğunu, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini bildirmişdir. Hazırda Bakı şəhəri Xəzər RPİ-nin istintaq şöbəsində istintaqı aparılan, yekunlaşmaqla məhkəməyə göndərilmə mərhələsində olan Təqsirləndirilən şəxs CM-in 133.2.4, 133.2.6 və 127.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dаir ********* nömrəli cinаyət işi işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə yaşadığı Bakı șəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Dənizkənarı küçəsində fərdi yaşayış evinin həyətində guya arvadı X4 ona xəyanət etməsini əsas gətirərək sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə həyətdəki rezin su borusu ilə sonuncunun bədənin müxtəlif nahiyələrinə qəsdən vurmaqla ona sağlamlığa zərər vurmadıqlarından dəcəcələri təyin edilməyən sol budun, hər iki baldrın qançırları ilə nəticələnən bədən xəsarətləri, 14 noyabr 2024-cü il tarixdə yaşadığı evdə yenə də heç bir əsası olmayan səbəbi əsas gətirərək yerə yıxıb və bıçaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq təpə nahiyəsinin hematoması, sifətin sağ və sol yarısının, burnunun, çənə altı nahiyənin, sağ və sol bazunun, hər iki saidin, sağ və sol baldırın qançırları, sağ və sol yanağın səthi kəsilmiş yaraları sağlamlığa zərər yurmayan xəsarətlərə aid olduqlarına görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilməyən, hər iki göz almasının ağlıqişasının qansızmaları, sağ və sol üst göz qapağının hər iki gözaltı nahiyəsənin qançırları bir zərbənin təsirindən törəndiyindən, hər iki əlin, sağ budun cərrahi tikşə ehtiyacı olan kəsilmiş-yaraları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan alt çənə oynağının və sol bazu oynağının yumșaq toxumalarının əzilməsi isə istər birlikdə, istersə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı isə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduğuna göre bu sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermisdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq mərhələsində müdafiəçisinin iştirakı ilə vermiş olduğu özünün ifadələri, zərər çəkmiş şəxsin ifadəsi, cinayət işinin materiallarında olan digər sübutlarla da üst-üstə düşməklə təsdiq olunur, istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı şahidlər Şahid1 və Şahid2 Məhəbbət qızının verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizanın rəyləri, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrıayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bu səbəbdən məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs köməksiz, aşkar surətdə hamilə vəziyyətində olan zərər çəkmiş şəxsə davamlı olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablarla əzab verməsi cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 133.2.2 və 133.2.4-cü maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal onun zərər çəkmiş şəxslə barışıq əldə etməsi, CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. CM-nin 60.1-ci maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini, eləclə də CM-nin 65.2-ci maddəsinin tələblərini (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz) nəzərə alaraq barəsində təqsirləndiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəzanın müəyyən edilməsini, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 15 yanvar 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 133.2.2 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 133.2.2 və 133.2.4-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 15 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar