Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-794/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X6 iştirakı ilə, xx.xx.1995-cı ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X10 xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsində yerləşən “Məhəllə” marketin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yumruq və təpiklə və üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını çıxararaq arxa hissəsi ilə Zərərçəkmiş şəxs qəsədən vurub ona təpə nahiyəsinin əzilmiş yarası, təpə nahiyəsinin, sağ kürəkaltı nahiyəsinin sıyrıqları, döş qəfəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərərvurmaya aid xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Vəli adlı tanışının vasitəsi tanımışdır. O, Vəli ilə telefon vasitəsilə əlaqə saxlayaraq kirayə yaşadığı Abşeron rayon Saray qəsəbəsində yerləşən evində kombini təmir etməsini demişdir. Vəli də onunla razılaşmışdır. Vəli və Rəşad gələrək evində olan kombidən birini təmir etmişlər. Bir neçə gün sonra isə Rəşad gələrək ikinci kombini sökərək aparmışdır. O, Rəşaddan kombini istədikdə isə sonuncu kombini təmir edib gətirəcəyini bildirmiş, ancaq kombini gətirib çıxartmamışdır. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq kombini qaytarmağını və ona vermiş olduğu 90 manat məbləğində pulu qaytarmağı demişdir. Zərərçəkmiş şəxs isə kombini servisə aparacağını, təmir üçün nə qədər pul lazım olacağını bildikdən sonra onunla əlaqə saxlayacağını demişdir. O isə Zərərçəkmiş şəxslə razılaşmamış və kombini qaytarmasını istəmişdir. Rəşad Hacəyev isə ona “90 manat pul vermisən təzə kombi aldırmaq istəyirsən” ifadəsini işlətmişdir. O, Zərərçəkmiş şəxs ya kombini düzəltməyi, ya da pulunu qaytarmasını bildirmişdir. Zərərçəkmiş şəxslə arasında mübahisə yaranmış, ona telefonda qışqırmamasını, olduğu yerin telefonuna göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs də onun mobil telefonuna olduğu yeri göndərmiş və gəlməyənə söyüş söymüşdür. O da idarə etdiyi “Nissan Sanny” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs göndərdiyi yerə, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə gəlmişdir. O, Rəşada zəng edərək çağırmış və onlar “Məhəllə” marketin yaxınlığında görüşmüşlər. O, Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsinə görə irad tutmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs ona əl ataraq əlləri ilə onu döymüşdür. O isə sonuncu fiziki cəhətdən ondan güclü olduğundan üzərində saxladığı bıçağı çıxardaraq bıcağın arxa tərəfi ilə Rəşadın baş nahiyəsinə vuraraq xəsarət etrmişdir. Lakin bıçağı açmamış, qapalı vəziyyətdə arxa tərəfi ilə Rəşadı vurmuşdur.Sonra o, avtomaşınına əyləşərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən və suallara cavab verdikdən sonra məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə hazırda məhkəmə baxışı zamanı ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1-ci maddəsinə əsasən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Vəlinin vasitəsi tanımışdır. O, Vəli ilə telefon vasitəsilə əlaqə saxlayaraq kirayə yaşadığı Abşeron rayon Saray qəsəbəsində yerləşən evində kombini təmir etməsini demişdir. Vəli də onunla razılaşmışdır. Vəli və Rəşad gələrək evində olan kombidən birini təmir etmişlər. Bir neçə gün sonra isə Rəşad gələrək ikinci kombini sökərək aparmışdır. O, Rəşaddan kombini istədikdə isə sonuncu kombini təmir edib gətirəcəyini bildirmiş, ancaq kombini gətirib çıxartmamışdır. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq kombini qaytarmağını və ona vermiş olduğu 90 manat məbləğində pulu qaytarmağı demişdir. Zərərçəkmiş şəxs isə kombini servisə aparacağını, təmir üçün nə qədər pul lazım olacağını bildikdən sonra onunla əlaqə saxlayacağını demişdir. O isə Zərərçəkmiş şəxslə razılaşmamış və kombini qaytarmasını istəmişdir. Rəşad Hacəyev isə ona “90 manat pul vermisən təzə kombi aldırmaq istəyirsən” ifadəsini işlətmişdir. O, Zərərçəkmiş şəxs ya kombini düzəltməyi, ya da pulunu qaytarmasını bildirmişdir. Zərərçəkmiş şəxslə arasında mübahisə yaranmış, ona telefonda qışqırmamasını, olduğu yerin telefonuna göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs də onun mobil telefonuna olduğu yeri göndərmiş və gəlməyənə söyüş söymüşdür. O da idarə etdiyi “Nissan Sanny” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs göndərdiyi yerə, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə gəlmişdir. O, Rəşada zəng edərək çağırmış və onlar “Məhəllə” marketin yaxınlığında görüşmüşlər. O, Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsinə görə irad tutmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs ona əl ataraq əlləri ilə onu döymüşdür. Sonra o avtomaşınına əyləşərək oradan uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yalan deyir, onun yanında heç kim olmamışdır. Onu bıçaqla heç kim vurmamışdır. Həmin zaman ətrafda da keç kim olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, məhkəmə baxışı zamanı vermiş olduğu ifadənin əsas götürülməli olduğun bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, fərdi qaydada kombi quraşdırması və təmiri ilə məşğul olur. Məhərrəm adlı şəxsi təxminən 4-5 aydır ki tanıyır. O, Məhərrəmlə iş prosesində tanış olmuşdur. 2023cü ilin may ayının əvvəllərində Məhərrəm onunla bir yerdə işləyən Vəli ilə telefon vasitəsilə əlaqə saxlayaraq qardaşı oğlu Nurəddinin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evində kombinin xarab olmasını və onu təmir etməyini demişdir. Vəli də bu barədə ona məlumat vermişdir. O da razılaşmışdır. Həmin günü o və X12 rayonu Saray qəsəbəsində yerləşən evinə getmişdir. Orada Vəli ona köməklik etmiş və kombinin birini təmir etmişlər, digər kombi isə təmir olunmamışdır. 2-3 gün sonra Nurəddin onunla telefon vasitəsilə əlaqə saxlayaraq digər kombini də təmir etməyini istəmişdir. O, bu dəfə Nurəddinin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə tək getmiş və kombini təmir etməyin mümkün olmadığını görmüş, bu haqda Nurəddinə məlumat vermiş və kombinin ancaq servisdə təmir oluna biləcəyini demişdir. Nurəddin də kombini servisə aparmağını bildirmişdir. O isə Bakı şəhəri, Xətai rayonunda yerləşən “AES” servisə kombini aparmışdır. Servisdə ona kombinin hava mühərrikinin dəyişmək lazım olduğunu demişlər. xx.xx.2023-cü il tarixdə o, ilk öncə Məhərrəmlə telefon vasitəsilə danışmış və ona vəziyyəti izah etmişdir. Sonra isə Nurəddinlə telefon vasitəsilə əlaqə saxlamış və bu barədə Nurəddinə məlumat verdikdə Nurəddin elə zənn etmişdir ki, onu aldadır və onu mobil telefonda nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Ondan olduğu yeri soruşmuş, o da Nurəddinə mobil telefon vasitəsilə olduğu yeri göndərmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində o, yaşadığı evin qapısının qarşısında siqaret çəkmiş, işıqlar söndüyü üçün hər yer qaranlıq olmuşdur. Nurəddin onunla 070-406-6646 nömrəsi ilə zəng edərək harada olmağını soruşmuş, “Məhəllə” marketin qarşısında olmasını demişdir. O, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Məhəllə” marketin yanına getdikdə bir qədər sonra Nurəddin də avtomobil ilə ora gəlmişdir. Nurəddin ona yaxınlaşdıqdan sonra aralarında mübahisə baş vermiş və bu zaman Nurəddin əlində olan bıçağın arxa tərəfi ilə onun baş nahiyyəsində vuraraq xəsarət yetrmişdir. Bundan başqa Nurəddin onu təpiklə vurmuş, sonra isə hər ikisi yerə yıxılmış, bu zaman Nuəddinin əlindəkı bıçaq yerə düşmüş, o isə həmin bıçağı yerdən götürən zaman Nurəddin avtomobilinə minərək oradan uzaqlaşmışdır. Hadisə baş verən zaman Nurəddinin yanında heç kim olmamış, sonuncu hadisə baş verən yerə tək gəlmiş, həmçinin qaranlıq olduğu üçün onlardan başqa əlavə kimsənin də olmasını görməmişdir. Zərər çəkmiş şəxs sərbəst ifadə verdikdən və suallara cavab verdikdən sonra məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə hazırda məhkəmə baxışı zamanı ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi qaydada kombi quraşdırması və təmiri ilə məşğul olur. Məhərrəm adlı şəxsi təxminən 4-5 aydır ki tanıyır. O, Məhərrəmlə iş prosesində tanış olmuşdur. 2023-cü ilin may ayının əvvəllərində Məhərrəm onunla bir yerdə işləyən Vəli ilə telefon vasitəsilə əlaqə saxlayaraq qardaşı oğlu Nurəddinin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evində kombinin xarab olmasını və onu təmir etməyi demişdir. Vəli də bu barədə ona məlumat vermişdir. O da razılaşmışdır. Həmin günü o və X12 rayonu Saray qəsəbəsində yerləşən evinə getmişdir. Orada Vəli ona köməklik etmiş və kombinin birini təmir etmişlər, digər kombi isə təmir olunmamışdır. 2-3 gün sonra Nurəddin onunla telefon vasitəsilə əlaqə saxlayaraq digər kombini də təmir etməyini istəmişdir. O, bu dəfə Nurəddinin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə tək getmiş və kombini təmir etməyin mümkün olmadığını görmüş, bu haqda Nurəddinə məlumat vermiş və kombinin ancaq servisdə təmir oluna biləcəyini demişdir. Nurəddin də kombini servisə aparmağını bildirmişdir. O isə Bakı şəhəri, Xətai rayonunda yerləşən “AES” servisə kombini aparmışdır. Servisdə ona kombinin hava mühərrikinin dəyişmək lazım olduğunu demişlər. xx.xx.2023-cü il tarixdə o, ilk öncə Məhərrəmlə telefon vasitəsilə danışmış və ona vəziyyəti izah etmişdir. Sonra isə Nurəddinlə telefon vasitəsilə əlaqə saxlamış və bu barədə Nurəddinə məlumat verdikdə Nurəddin elə zənn etmişdir ki, onu aldadır və onu mobil telefonda nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Ondan olduğu yeri soruşmuş, o da Nurəddinə mobil telefon vasitəsilə olduğu yeri göndərmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində o, yaşadığı evin qapısının qarşısında siqaret çəkmiş, işıqlar söndüyü üçün hər yer qaranlıq olmuşdur. Nurəddin onunla 070-406-6646 nömrəsi ilə zəng edərək harada olmağını soruşmuş, “Məhəllə” marketin qarşısında olmasını demişdir. O, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Məhəllə” marketin yanına getdikdə Nurəddini və yanında olan tanımadığı bir nəfər şəxsi görmüşdür. Onlara yaxınlaşan zaman Nurəddin və yanında olan tanımadığı şəxs onu markasını və qeydiyyat nişanını görmədiyi avtomaşına əyləşməyini demişlər. O isə razılaşmamışdır. Bu zaman Nurəddinin yanında olan tanımadığı şəxs onu əlində olan bıçağın arxa tərəfi ilə baş nahiyyəsinə vurmuşdur. O, zərbənin təsirindən yerə oturmuş, bu zaman Nurəddin və tanımadığı şəxs onu əl və ayaqları ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq döymüşdür. O da Nurəddin yumruq atan zaman onun əlindən tutmuş və Nurəddin də yerə yıxılmışdır. Nurəddin yanında olan tanımadığı şəxsin əlindən bıçaq yerə düşdükdə o, bıçağı yerdən götürmüş, bu zaman kənardan adını bilmədiyi bir nəfər şəxs gələrək onları ayırmışdır. Nurəddin və yanında olan tanımadığı şəxs isə oradan avtomaşına əyləşib getmişlər. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı zamanı təqsirləndirilən və zərər çəkmiş şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onların verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən və zərər çəkmiş şəxslərin məhkəmədə verdiyi ifadələrinə əsaslanmağı sübutların təhlili baxımından daha mümkün, mötəbər və ağılabatan hesab edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-ballisitik ekspertizasının 02 iyun 2023-cü il tarixli, 3/852 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X6 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X11 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Əli İsgəndərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X11 07 iyun 2023-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Əli İsgəndərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından imtina edilməsi və sonuncunun həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Xəzər RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X6 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən Həmin məcəllənin 128 və 228.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. İş materiallarına olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə yeni ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, yaşadığı Xəzər rayonu, Qala qəsəbəsində yerləşən mənzildə Nurəddin və onun tanışı ilə aralarında yaranmış mübahisə zəmnində Nurəddinin yanında olan şəxsin əlindən aldığı bıçağı təhqiqata təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X8 elan edilmiş ittihamda olan AR CM-nin 128ci maddəsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, “Təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir.” Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilmiş, o, həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.” Azərbaycan Respublikası Xidməti və mülki silah haqqında Qanunun 2.6-cı maddəsinə əsasən “Soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X7 əməli Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X11 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, X7 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından X9 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 64 manat ekspertiza xərci X3 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X10 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 8 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X10 yaşadığı ünvan 2nını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət X6 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X6 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı tarixdən hesablansın. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər RPİ-də maddi sübut kimi saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti X4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-794/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-794/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver