Məhkəmə qərarları › İş №1(003)-8/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-8/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-8/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin idarə heyəti sədrinin 11 iyul 2017-ci il tarixli 479f-k nömrəli əmri ilə Zərərçəkmiş şəxs ASCnin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsinə təyin edilərək həmin tarixdən 8 yanvar 2021-ci il tarixədək qeyd edilən vəzifədə işləyərkən onunla bağlanmış X19 haqqında müqaviləyə və vəzifə təlimatına əsasən, bankın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun həyata keçirmək, ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək, ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün Bankın nizamnaməsinin tələblərini, reqlamentini və Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək, bankın daxili qaydalarına əsasən, İdarə Heyətinin qəbul etdiyi xidmət bölməsinin mütəxəssislərinin kassa əməliyyatları üzrə hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində əməliyyat planlarını yerinə yetirmək, əməliyyat gününün əvvəllində xidmət bölməsinin 1-ci xəzinə inzibatçısından müvafiq məxaric əməliyyatlarını icra etmək üçün avans şəklində müəyyən məbləğdə vəsait almaq, əməliyyat gününün sonunda avans şəklində alınmış vəsaitin qalığını və digər mədaxil olunan məbləği xidmət bölməsinin 1-ci xəzinə inzibatçısına müvafiq qaydada təhvil vermək, müştərilərin müraciətlərinə əsasən kommunal, büdcə və digər xırda ödənişləri həyata keçirmək, ödəniş terminallarını inkassasiya etmək, təyin edilmiş valyuta məzənnəsinə uyğun olaraq xarici valyutaların mübadiləsini həyata keçirmək, filial üzrə sifariş verilmiş plastik kartları müvafiq şəxslərdən qəbul etmək, müştərilərin müraciətlərinə əsasən pos terminal vasitəsilə nağd vəsaitlərin kassadan məxaric edilməsini həyata keçirmək, müştərilərin müraciətlərinə əsasən onların hesablarına nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını bank əməliyyat sistemində təsdiq etmək, gündəlik fəaliyyəti ilə əlaqədar hazırlamış olduğu bütün sənədləri qovluğa yerləşdirərək müvafiq qaydada arxivləşdirilməsini həyata keçirmək və qovluqların struktur bölmədə təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək, birbaşa rəhbəri, İH sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək, əmək müqaviləsi, filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək və əmək müqaviləsi, bankın nizamnaməsi, idarəetmə orqanlarının və ya filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni birbaşa tabeçiliyində işlədiyi filial müdirinin yanında nüfuz əldə etmək məqsədilə Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialın müdiri vəzifəsində işləyən X4 göstərişi əsasında Şahid3 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2020-ci il tarixli ATKE2483268A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 105.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ASC-nin İdarə Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Zərərçəkmiş şəxs ASC-nin filial və şöbələrində nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması proseduru”na əsasən nağd pulun məxarici pul çekinə və kassa məxaric orderinə əsasən həyata keçirilməli olduğu və həmin sənədlərdə adı göstərilən şəxsə verilməli olduğu halda qeyd olunan tələbləri qəsdən pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin pul vəsaitini 4 avqust 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən filialın kassasından məxaric edərək adına kredit müqaviləsi bağlanması rəsmiləşdirilmiş şəxsə, yəni Şahid3 deyil, filial müdiri Mahir Sultanovun sərəncamına verməsi nəticəsində sonuncu tərəfindən həmin pul vəsaiti şəxsi ehtiyaclarına sərf edilməklə, Zərərçəkmiş şəxs ASC-nin maliyyə ehtiyatlarının qorunub saxlanılması, maliyyə vəsaitlərindən bankın fəaliyyət istiqamətlərinə uyğun, rentabellilik gözlənilməklə istifadə olunması, bununla əlaqədar bank daxili prosedurlara əməl olunmaqla tabelilik münasibətlərində şəxsi maraqlara uyğun davranışa yol verilməməsi ilə əlaqədar fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, sözügedən 105000 manat məbləğində olan kredit müqaviləsindən ümumiyyətlə xəbəri yoxdur. Yəni, həmin kredit müqaviləsinin necə təsdiqlənib, necə rəsmiləşdirilib, hansı formada və kimin imzasının saxtalaşdırılmasından da xəbəri olmamışdır. Bununla bağlı heç bir sənəddə imzası yoxdur. Yalnız 4 sətirdən ibarət excel fayl ona təqdim edilmiş, həmin kağızda krediti Şahid2 tərəfindən rəsmiləşdirilməyi göstərilmiş, mən isə həmin krediti təsdiqləmişəm. Kredit onun USER-i ilə təsdiqlənmiş, lakin hansı sübut var ki, həmin təsdiqləməni şəxsən o özü etmişdir? Dəfələrlə ibtidai istintaq zamanı müstəntiqdən kamera görüntülərinin əldə edilməsini tələb etmiş, lakin bununla bağlı heç bir prosessual hərəkət edilməmişdir və həmin görüntülər iş materiallarında da yoxdur. Müstəntiq ona demişdir ki, onun imzası olan heç bir sənəd yoxdur. Onun həmin məbləği Mahir Sultanova verməyi ilə bağlı heç bir sənəd və ya görüntü yoxdur və işlədiyi xidməti otaqda 6 ədəd kamera vardır, həmin kameralar otağın hər bir yerini çəkir. Kamera görüntüsünə baxılacağı təqdirdə həmin pulun kassadan necə və kimin vasitəsi ilə çıxarılması açıq aydın müəyyən edilə biləcəkdir. Əlavə olaraq isə bildirmişdir ki, ona verilən 4 sətirlik kağıza görə krediti Şahid2 rəsmiləşdirib, o isə həmin kredit təsdiqləmişdir. Həmin zaman o, işdə olmuşdur. Sistemdən çıxarışdan görünür ki, krediti Şahid2 USER-i ilə rəsmiləşdirildiyi, onun USER-i ilə isə həmin kreditin təsdiqləndiyi göstərilmişdir. Onun USER-inin parolunu bilən istənilən şəxs bankın istənilən kompyuteri ilə daxil ola bilər. Eyni zamandan qeyd etmişdir ki, həmin parolu ondan başqa heç kim bilməməlidir, amma həmin parolu filial mudiri bilirdi. Belə ki, o oturub masa arxasında işləyən zaman filial müdiri onun başının üstündə dayanıb işinə nəzarət edən zaman, o USER-ə daxil olan zaman yazdığı parolu görüb rahat şəkildə yadında saxlaya bilər. Bundan başqa rüblük yoxlama imtahanları zamanı, bütün LOGİN və PAROLLAR filial müdirinə göndərilirdi, filial müdiri tərəfindən həmin LOGİN və PAROLLAR işçilərə göndərilirdi ki, kim hansı saatda imtahana daxil olacaqlar. Həmin LOGİN və PAROLLAR mail vasitəsi ilə excel fayl şəklində göndərilirdi və göndərilənlər açıq şəkildə görünürdü. Həmin təsdiqlənmə əməliyyatı onun USER-indən edilmişdir, lakin həmin təsdiqləməni o özü etməmişdir. Eyni zamanda bildirmişdir ki, kredit mütəxəssisi, krediti rəsmiləşdirir, digər mütəxəssislər həmin krediti təsdiqləyir və sənədlər filial müdirinə göndərilir, filial müdiri sənədləri yoxlayıb təsdiqlədikdən sonra, həmin sənədlər pulun alınması ilə bağlı kassaya göndərilir. Kredit müqaviləsi vətəndaş yaxınlaşmadan öncə filial müdiri tərəfindən təsdiq edilmişdirsə, kassaya məlumat daxil olur. Kredit müqaviləsinin təsdiqlənməsi, həm kağız formasında həm sistem qaydasında təsdiqlənir. Saat 16:30-dan 17:00-a kimi köməkçi kassirlər pulları sayır və işləri yekunlaşdırırlar, baş kassir isə müştərilərə xidmət göstərir. İbtidai istintaq zamanı araşdırma təzə başlayan zaman Zərərçəkmiş şəxs ASC-nin təqdim etdiyi sistemdən çıxarış da göstərilirdi ki, X5 əməliyyatını o təsdiqləmişdir, Şahid3 əməliyyatını isə Məmmədov Xəyal təsdiqləmişdir. İbtidai istintaqın bitməsinə 1 həftə qalmış həmin sistemdən çıxarış dəyişdi və Şahid3 əməliyyatını onun təsdiqlədiyi, Nigar Qasımovanın əməliyyatını isə Xəyal Məmmədovun təsdiqlədiyi qeyd edilmişdir. Həmçinin bildirmişdir ki, inkasatorlar vasitəsi ilə kassaya gətirilir, kreditlər verilərək əməliyyatlar aparılaraq kassadan verilir. İşin sonunda o pulunu saymış, əgər sistemlə düz gəlirsə o pulları baş kassirə təhvil verirmiş. Bununla bağlı sənədlərə təhvil təslim alınması ilə bağlı imzalar atılır. Həmin əməliyyatın hansı kompyuterdən edilməsi müəyyən edilə bilər. Bunlar baş ofisdə İT mütəxəssisləri tərəfindən müəyyən edilir. LOGİN və PAROL-un filial müdiri tərəfindən bilməsini yəqin edir, çünki dediyi kimi rüblük imtahanlar və ya yoxlamalar zamanı LOGİN və PAROLLAR filial müdirinə göndərilir. LOGİN və PAROL-u filial müdirinin bilməsindən xəbərdar imiş. Həmçinin bildirmişdir ki, axşam saat 18:00-dan sonra əməliyyat da etmək olurmuş. Bu hal son 2 ildir ki, bu formada aparılır. Sistemin idarəetməsi baş ofisdən olur. Müştərilərə xidmət aparıldığı vaxt ərzində sistem açıq qalır. Kassa bağlanandan sonra sistem bağlanır. Sistem tərəfindən daima sistemdə avans məbləğ olur, gün başlayan zaman baş kassir həmin puldan avans olaraq götürür və digər kassirlərə verilir. Kredit verilən zaman kassirdə olan pul çatmadığı təqdirdə yenidən pul alınması ilə bağlı sistemdən müraciət olunur. Gün başlayan zaman onlara 48610 manat məbləğində avans verilir. Həmin avansla kreditlər verilir və digər xidmətlər göstərilərək, əməliyyatlar aparılır. Günün sonuna, yəni saat 16:30-a kimi kassada həmin 48610 manat az pul qalır və 105000 manatlıq kredit verilməsi üçün baş kassir tərəfindən sistemdən avans pul istənilməlidir. Həmin məbləğ ayrılmalıdır, həmin pulu onun almağı üçün “Nağd pulun və qiymətlərin təhvil-təslim” kitabında qeyd aparılmalıdır və o həmin kitaba imza ataraq həmin məbləğdə pulu almalıdır. Həmin kitabda onun imzası da yoxdur. Kredit müqaviləsini kredit mütəxəssisi həm yazılı formada, həm də sistemdə hazırlayır, sonra sistemdən həmin müqaviləni kağız formasında çıxarır və özündə qeyri bir kredit mütəxəssisinə yoxlaması üçün təqdim edir, yoxlanandan sonra heç bir problem yoxdursa sənədlər imzalanır, sənədlər həm sistem vasitəsi ilə həm də kağız formasında filial müdirinə göndərilir, filial müdiri kredit müqaviləsini təsdiqlədikdən sonra həmin müqavilə kassaya düşür. Kassada maksimum 3 kassir olur. Elektron sistemdə təsdiqlənir, kassa məxaric orderində yuxarı hissəsində müştərinin, krediti yığan kredit mütəxəssisinin, filial müdirinin və kassirin imzası olur. Həmin hissə bir nüsxədən ibarət olur və o bankda saxlanılır. Qalan hissələr aidiyyəti üzrə verilir. Həmin qəbzdə onun imzası yoxdursa, lakin elektron sistemdə təsdiqlənibsə deməli sənədlər ona təqdim edilməmişdir. Əgər qəbzdə müştərinin imzası yoxdursa pul müştəriyə verilə bilməz. Hər gün hər kassirə 48610 manat məbləğində pul alınır. Bunun hər gün qeydiyyatı həm elektron, həm də kağız formasında aparılır. Yenidən pul lazım olan zaman yenidən həm elektron, həm də kağız formasında müraciət edilir və eyni qaydada həm elektron, həm də kağız formasında qeydiyyata alınır. İmtahanlar rüb ərzində 1 dəfə olur. Əvvəldən imtahanın nə vaxt olmasını bilmirlər, yalnız 1 gün əvvəl bilirlər. Pulun kassadan necə çıxması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini və mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, mülki iddiaçı qismində dindirilmiş Nümayəndə bildirdi ki, Xəzər filialının VİP müştərisi Şahid3 filiala əmanət olaraq xx.xx.2018-ci il tarixdə qoyduğu 200.000 manat məbləğində pul vəsaiti ilə bağlı xx.xx.2020-ci il tarixdə 105.000 manat kredit rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla əlaqədar olaraq Şahid3 baş ofisə dəvət edilmiş və müştəri ilə görüş zamanı sonuncu müqavilədən xəbəri olmadığını və imza etmədiyini bildirmişdir. Aparılan audit yoxlaması zamanı Şahid3 adına kreditinin rəsmiləşdirilməsində iştirak edən mütəxəssis Şahid2 öz izahatında krediti sabiq filial müdiri X4 tapşırığı əsasında müştəri filialda olmadan rəsmiləşdirərək sənədləri təqdim etdiyini və sonradan imzalanmış sənədlərin geri qaytarıldığını bildirmişdir. Zərərçəkmiş şəxs ASC tərəfindən müştəri məmnunluğu nəzərə alınaraq yuxarıda qeyd edilən öhdəliklərin bank hesabına ödənilməsi təmin edilmiş, lakin banka külli miqdarda ziyan dəymişdir. Bütün bu əməliyyatlara dair kassa məxaric orderləri tapılmadığından onların araşdırmaya təqdim edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, həyat yoldaşı ilə birlikdə 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin Şüvəlan filialına depozit hesabına pul qoymuşdur. Onların xəbəri olmadan adına kredit xəttləri açılmış, bu barədə məlumatı ona Zərərçəkmiş şəxs ASC-nin baş ofisində vermişlər. Orada olan zaman o, ərizə yazmış, daha sonra iş istintaqa verilmişdir. Onun ümumiyyətlə heç nədən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Mahir Sultanovun ölümündən bir gün sonra onlar Zərərçəkmiş şəxs ASC-nin Şüvəlan filialına yaxınlaşmışlar. Filialda həmin vaxtı əməkdaşların təşvişə düşməməsi üçün orada olmuşdur. Bu hadisədən də əvvəl bəzi əməkdaşlar dekabr ayında kənarlaşdırılmışdır. Onlar orada sənədləri bir-bir tədqiq etməyə başlamışdır. Həmin vaxtı aradırma aparılmış və onlara bir məlumat daxil olmuşdur ki, Vəli Qurbanovun adına kredit rəsmiləşdirilmişdir, hansı ki, Vəli Qurbanov 8 ildir ki, insult xəstəsidir, onun həmin kredit müqaviləsindən xəbəri yoxdur. Onlar həmin kredit müqaviləsinin sənədlərini götürüb baxış keçiriblər. Vəli Qurbanovun kürəkəni ilə əlaqə saxlamışlar, o da onlara Vəli Qurbanovun onun qayınatası olmasını və kredit müqaviləsindən xəbərlərinin olmamasını bildirmişdir. Sonradan Şahid3 və Nigar Qasımovanın sənədlərində uyğunsuzluqlar aşkar ediblər, həmin sənədlərdə olan imzaların bir-birinə uyğun gəlmədiyini müəyyən etmişlər. Bununla bağlı araşdırma aparmağa başlamışlar. İlkin olaraq Nigar yaxınlaşaraq Birbank mobil tətbiqində depozit hesabından pul silindiyini, təyinatının isə hansısa borcuna silinməsini görmüşdür. Onlar araşdırma apararaq, Nigarın adına olan kredit borcu üzrə gecikməsi olmasını və həmin pulun onun depozit hesabından silindiyini müəyyən etmişlər. Daha sonra eyni ssenari üzrə depozit hesaba bağlı Şahid3 adına 105000 manat, Nigar Qasımovanın adına isə 20000 manatdan yuxarı kredit müqaviləsi olduğunu müəyyən etmişlər. Bu kreditlər müştərilərin iştirakı olmadan rəsmiləşdirilmişdir. Həmin müştərilər sonradan banka dəvət edilmiş, bu zaman müştərilər kredit müqavilələrindən xəbərlərinin olmadığını, heç bir sənədi imzalamadıqlarını bildirmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Şahid3 Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialında depozit hesabı olan VİP müştəri olmuşdur. X17 Axundovaya VİP müştəri olaraq yanaşdığından ona depozit hesabına bağlı kredit xətti açılmışdır. Müdir X17 Axundovaya təcili kredit lazım olduğunu bildirmiş, VİP müştəri olduğundan təcili bu əməliyyatın edilməsini bildirmiş, o, həmin kredit müqaviləsini və ona aid sənədləri tərtib edib, X18a təhvil vermiş və günün sonunda həmin sənədləri ondan almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, ilk dəfə işə girən zaman User İD işçinin özünə verilir və parol da bir aydan bir dəyişdirilir. User İD işçinin ad və soyadına uyğun formalaşır. Parolun bir aydan bir dəyişdirilməsi məcburidir. User İD vasitəsilə bankın istənilən kompüterində daxil olub əməliyyatları icra etmək mümkündür. Parol mütləq şəkildə işçi tərəfindən ayda bir dəfə olmaqla mütləq şəkildə dəyişdirilməlidir və bu məcburidir. İstəkdən asılı olan məsələ deyil. Banka girəndən şəxsin User İD-nin nə olduğunu müəyyən etmək mümkündür. Bankın daxili sistemi olan “Core” sistemə işçini bir obyekt olaraq yaradırlar. Məsələn, X16 onların “Core” sistemində, yəni ana bazada əməliyyat yığacaq. Krediti rəsmiləşdirəcək, nəyisə təsdiq edəcək, istənilən əməliyyata köçürmə edəcəkdir. Sistemə daxil olmaq üçün bank işçisinin əmrinə əsasən bankın “Core” sistemində bir obyekt yaradılır. Həmin İD-də “Core” sistemdə yaranmış olan İD-dir. İşçi hər hansı bir əməliyyatı etmək üçün (krediti rəsmiləşdirmk, təsdiqləmək və s.) həmin işçinin bankın “Core” sistemində İD-si olmalıdır. Yəni bankın “Core” sistemində istifadəçi obyekti dedikdə həmin işçinin User İD-si nəzərdə tutulur. İşçi əgər işini fiziki olaraq görürsə, kassadan hər hansısa bir əməliyyat edir, məsələn hər hansı bir məbləği məxaric edirsə, bu zaman işçiyə bir interfeys verilir. Bu zaman işçi həmin interfeysdən istifadə etməyə başlayır. Həmin interfeysdə işçiyə təsdiq üçün göndərilmiş əməliyyatlar görünür. İşçi sistemə parolu yazıb daxil olan zaman həmin interfeys bazadakı, yəni “Core” sistemdə həmin işçinin olub-olmadığını yoxlayır. Həmin ana bazadan, yəni “Core” sistemdən götürür və sonrakı əməliyyatlar onun üzərindən gedir. Əməliyyat gələn zaman ona mail kimi gəlir ki, bunu təsdiq etmək və ya etməmək lazımdır. Həmin əməliyyatı avtomatik şəkildə görə bilmir. Həmin əməliyyatı görmək üçün şəxs, yəni işçi artıq parol vasitəsilə daxil olmalıdır. Ümumiyyətlə, işçiyə parol verilməsi qaydası belədir: İlk olaraq bankın İnformasiyası texnologiyaları şöbəsindən müvvəqəti parol işçi üçün gəlir. Daha sonra işçi üçün gələn müvəqqəti parolla sistemə daxil olunur və dərhal işçi tərəfindən dəyişdirilir və yeni parol daxil olunur. Yəni bu mütləqdir, parol dərhal dəyişdirilməlidir. Yəni sistem özü şəxsi, yəni işçini məcbur edir ki, parolun vaxtı bitir, dəyişmək lazımdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 21 iyun 2022-ci il tarixli 4/801 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əlavə Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialı Ödəniş qrafiki”-də “Borcalan: Şahid3 İbrahim qızı” yazılarının altında olan imza, xx.xx.2020-ci il tarixli “Ərizə”-də “İmza” qrafalarındakı imza, “Şahid3” əlyazmaları, xx.xx.2020-ci il tarixli “ATKE2483268A117” nörməli kredit müqaviləsində 1-3 vərəqlərində “Borcalan. İmza” qrafalarındakı imzalar, 4-cü vərəqində “borcalan Şahid3 İbrahim qızı” yazılarından aşağıda yerləşən “imza” qrafasındakı imzalar, xx.xx.2020-ci il tarixli “G- ATKE2501531A117” saylı depozitin girov müqaviləsinin 1-2-ci vərəqlərində “Borcalan. İmza” qrafalarındakı imzalar, 3-cü vərəqində “girov qoyan Şahid3 İbrahim qızı” yazılarından aşağıda yerləşən “imza” qrafasındakı imzalar Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş 31 mart 2022-ci il tarixli 158000/12 nömrəli məktubdan görünür ki, Şahid3 adına ATKE2483268A117 saylı müqavilə xx.xx.2020-ci il tarixdə açılmış, Şahid2 tərəfindən BƏS-ə daxil edilmiş və əməkdaş Təqsirləndirilən şəxs tərəfindən 105.000 manat kassa məxarici icra edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş 22 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Şahid3 adına xx.xx.2020-ci il tarixdə açılmış ATKE2483268A117 saylı kredit müqaviləsi həmin gün saat 16:26-da sistem üzrə kassada təsdiq olunmuşdur. Adı çəkilən şəxsin həmin gün filialda görüntüsü aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin elektron sistemdən çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:26-da ATKE2483268A117 saylı kredit müqaviləsi üzrə ******* saylı İD vasitəsi ilə 105.000 manat məbləğində pul vəsaitinin kredit verilməsi təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin İdarə Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Zərərçəkmiş şəxs ASC-nin filial və şöbələrində nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması proseduru”na əsasən nağd pul əməliyyatlarının kassadan kənar aparılması qadağandır. Pul nişanlarını alan şəxs aldığı pulları kassadan kənarlaşmadan kassirin iştirakı ilə xüsusi yerdə saya bilər. Bütün kassirlər BƏS-ə qoşulmalı və ödəmə (mədaxil/məxaric) əməliyyatlarının təsdiqlənməsini icra etməlidirlər. Mədaxil/məxaric sənədlərinin tərtibatının standartlaşdırılması məqsədilə həmin sənədlər yalnız BƏS-də işlənilməklə sistemdən çap edilir və müştəriyə imza üçün təqdim olunur. Nağd pulun məxarici pul çekinə və kassa məxaric orderinə əsasən həyata keçirilir və nağd pul sənədlərdə adı göstərilmiş şəxsə verilir. Məxaric əməliyyatları real vaxt rejimində BƏS-ə daxil edilməli və müvafiq qaydada avtorizasiya edilərək günün mühasibat balansında əks olunmalıdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin idarə heyəti sədrinin 11 iyul 2017-ci il tarixli 479f-k nömrəli əmri ilə Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsinə təyin edilərək həmin tarixdən 8 yanvar 2021-ci il tarixədək qeyd edilən vəzifədə işləmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ASC arasında xx.xx.2016-cı il tarixli “X19” haqqında müqavilə bağlanmış və əmək müqaviləsin əlavə olaraq 03 iyul 2017-ci il tarixli vəzifə təlimatı imzalanmışdır. Həmin sənədlərə əsasən Təqsirləndirilən şəxs bankın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun həyata keçirmək, ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək, ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün Bankın nizamnaməsinin tələblərini, reqlamentini və Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək, bankın daxili qaydalarına əsasən, İdarə Heyətinin qəbul etdiyi xidmət bölməsinin mütəxəssislərinin kassa əməliyyatları üzrə hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində əməliyyat planlarını yerinə yetirmək, əməliyyat gününün əvvəllində xidmət bölməsinin 1-ci xəzinə inzibatçısından müvafiq məxaric əməliyyatlarını icra etmək üçün avans şəklində müəyyən məbləğdə vəsait almaq, əməliyyat gününün sonunda avans şəklində alınmış vəsaitin qalığını və digər mədaxil olunan məbləği xidmət bölməsinin 1-ci xəzinə inzibatçısına müvafiq qaydada təhvil vermək, müştərilərin müraciətlərinə əsasən kommunal, büdcə və digər xırda ödənişləri həyata keçirmək, ödəniş terminallarını inkassasiya etmək, təyin edilmiş valyuta məzənnəsinə uyğun olaraq xarici valyutaların mübadiləsini həyata keçirmək, filial üzrə sifariş verilmiş plastik kartları müvafiq şəxslərdən qəbul etmək, müştərilərin müraciətlərinə əsasən pos terminal vasitəsilə nağd vəsaitlərin kassadan məxaric edilməsini həyata keçirmək, müştərilərin müraciətlərinə əsasən onların hesablarına nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını bank əməliyyat sistemində təsdiq etmək, gündəlik fəaliyyəti ilə əlaqədar hazırlamış olduğu bütün sənədləri qovluğa yerləşdirərək müvafiq qaydada arxivləşdirilməsini həyata keçirmək və qovluqların struktur bölmədə təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək, birbaşa rəhbəri, İH sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək, əmək müqaviləsi, filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək və əmək müqaviləsi, bankın nizamnaməsi, idarəetmə orqanlarının və/və ya filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs olmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialının kassa bölməsinin kamera görüntülərinin saxlama müddəti keçdiyindən və xx.xx.2020-ci il tarixli, ATKE2483268A117 kredit müqaviləsi üzrə kassa məxaric orderi və elan sənədləri aşkar edilmədiyindən təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İP ünvanlarının təqdim edilməsi ilə bağlı hissədə - bankın filiallarında olan kompüterlər ilə aparılmış əməliyyatlar həmin filiala məxsus vahid statik İP ünvanı ilə aparıldığından xx.xx.2020-ci il tarixli, ATKE2483268A117 kredit müqaviləsi üzrə məxaric edilmiş 105000 manat vəsaitin məhz hansı İP ünvanlı kompüterlə təsdiqlənməsini müəyyənləşdirmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli məlumatları özündə əks etdirən “Qəbul edilmiş və təhvil verilmiş nağd pulun və qiymətlilərin kitabı”, həmin günə aid kassa sənədlərinin arxiv qovluğu, həmçinin həmin günün kassa əməliyyatlarına dair sistemdən çıxarış təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 5202 fş saylı əmrin surətindən görünür ki, Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialının xidmət bölməsinin kassa üzrə aparıcı mütəxəssisi Təqsirləndirilən şəxs (personal kodu - 160033) xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi olan iş ili üçün (10 gün əsas) xx.xx.2020-ci il tarixindən xx.xx.2020ci il tarixinədək 10 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2020 və xx.xx.2020-cü il tarixləri bayram günü olduğu üçün əmək məzuniyyətinin müddəti 02 təqvim günü uzadılmışdır. İşçi xx.xx.2020-ci il tarixində işə başlamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialında icra olunmuş kassa mədaxil orderlərinin surətləri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş Şahid3 adına xx.xx.2020-ci il tarixdə açılmış ATKE2483268A117 saylı kredit müqaviləsinin sistemdən çıxarışı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli 2023/111/8891 saylı məkubundan görünür ki, ******* saylı İD Təqsirləndirilən şəxs, BO117002 saylı İD Anar Mustafayevə, 22704131 saylı İD X6 məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin 29 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Cəmiyyətin Gənclər Təşkilatının fəal üzvüdür. Cəmiyyətin təşkil etdiyi tədbirlərdə fəallığı ilə fərqlənir, nizam intizamlıdır, 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır. Üzvlüyə qəbul olduğu müddətdən kollektivin dərin rəğbətini qzanmış və digər yoldaşlarına nümunə olmuşdur. Təqsirləndirilən şəxs daim öz üzərində çalışır, xarici dilləri, o cümlədən, ingilis, türk və xarici dilləri bilməsi cəmiyyətimizin fəaliyyətində öz müsbət təsirini göstərir. Ali təhsillidir. Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirməsi, bizim işimizdə əhəmiyyətli dərəcədə rol oynayır. İşinə olan ciddi münasibəti, verilən bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirməsi səbəbindən rəhbərlyin rəğbətini qazanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin 4 saylı Asan Mərkəzinin AZ İİ № 308197 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X7 ilə 13 noyabr 2018-ci il tarixində nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2739 № ilə qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin 4 saylı Asan Mərkəzinin AZ İV № 356225 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 6052 № ilə qeyd edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi və vəkili X11 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs 105000 (bir yüz beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 395 manat dövlət rüsumu mələğində pulun tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittiham ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Məhkəmə iş üzrə toplanmış sübutlara münasibət bildirərək qeyd edir ki, ibtidai istintaq zamanı verilmiş şahid ifadələri və toplanmış digər sübutlar əməlin məhz Elmar Bünyatov tərəfindən törədilməsini təsdiq etmək üçün kifayət etməmişdir. Belə ki, həmin sübutlar özündə yalnız ittihamda qeyd edilən əməlin törədilməsini ehtiva etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən sübutların toplanması ilə bağlı müvafiq sorğular (Zərərçəkmiş şəxs ASC-nin Xəzər Rayon filialının kassa bölməsinin xx.xx.2020-ci il tarixdə olan kamera görüntülərinin əldə edilməsi, ATKE2483268A117 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə məxaric olunmuş 105000 manat pulun hansı İP ünvandan həyata keçirilməsinə dair məlumatların əldə edilməsi və xx.xx.2020-ci il tarixli məlumatları özündə əks etdirən “Qəbul edilmiş və təhvil verilmiş nağd pulun və qiymətlilərin kitabı”nın təqdim edilməsi ilə bağlı) verilmişdir. Həmin sorğuların nəticəsində əməlin Elmar Bünyatov tərəfindən törədilməsini təsdiq edən sübut əldə edilməmişdir. İttihamda göstərilən cinayət əməlinin törədilməsini təsdiq edən ən mötəbər sübut isə həmin kreditin məhz ******* saylı İD vasitəsi ilə təsdiq edilərək verilməsidir. Həmin ******* saylı İD isə Elmar Bünyatova məxsusdur. Bu hal iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli 2023/111/8891 saylı məkubunda öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Elmar Bünyatov özünü təqsirli bilməmiş və bildirmişdir ki, ona məxsus ******* saylı İD vasitəsi ilə başqa şəxslər məsələn filial direktoru da hər hansı bir əməliyyat apara bilərdi. Belə ki, həmin İD və onun parolu ilk olaraq filial müdiri tərəfindən əməkdaşlara təqdim edilirdi. Təqsirləndiirlən şəxs eyni zamanda bildirmişdir ki, İD və parolu bilən şəxs istənilən kompüter vasitəsi ilə həmin əməliyyatı həyata keçirə bilərdi. Bu halın mümkünlüyünü eyni zamanda məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid4 təsdiqləmişdir. O, öz ifadəsində qeyd etmişdir ki, İD və parol işçinin özünə verilir və parol da bir aydan bir dəyişdirilir. Parol mütləq şəkildə işçi tərəfindən ayda bir dəfə olmaqla mütləq şəkildə dəyişdirilməlidir və bu məcburidir. İD və parol vasitəsilə bankın istənilən kompüterindən daxil olub əməliyyatları icra etmək mümkündür. AR CM-nin 308.2-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurduqda həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyəti yaradır. AR CM-nin 308-ci maddəsinin məzmunundan göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd) (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarı). Daha sonra məhkəmə qeyd etməyi lazım bilir ki, vəzifə səlahiyyətlərindən suiistifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-nin 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur ki, bu qənaət həmin maddəyə aşağıdakı şəkildə verilən təfsirdən də irəli gəlir. Daha sonra məhkəmə qeyd edir ki, təhlil olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Qeyd edilməlidir ki, vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi məqsədi izləmədən səhvən başa düşdüyü və qəbul etdiyi xidməti maraqlar naminə vəzifəsindən sui-istifadə etməsi CM-nin 308.2-cı maddəsinin tələbləri baxımından həmin cinayətin tərkibini yaratmır. Qanunsuz üstünlük əldə etmə məqsədi şəxsin öz qulluq səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə dövlətin və ya ayrıayrı şəxslərin əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsində, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olunmasında, qeyri-əmlak xarakterli mənfəət əldə etmədə, habelə qanunsuz olaraq hər hansı güzəştin və ya imtiyazın əldə olunması istəyində ifadə olunur. Məhkəmənin qənaətinə görə, şəxsin vəzifədən sui-istifadə etmə cinayətini törətməsinə görə təqsirli bilinməsi üçün mütləq qaydada onun məhz CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlə cinayət əməlini törətməsinə dəlalət edən hallar müvafiq sübutlar vasitəsilə araşdırılmalı, digər tərəfdən vəzifəli şəxsin törətdiyi əməllə həmin maddədə göstərilən nəticələr (ağır nətəciələrə səbəb olan mühüm zərərin vurulması) ümumi şəkildə deyil, konkret olaraq müəyyən olunmalı, törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Həmçinin iş üzrə ibtidai aradırma zamanı toplanmış sübutlarla Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialın direktoru Mahir Sultanovun başqa cinayət əməllərini törətməsi ilə yanaşı bankın əmlakını mənimsəməklə həmin kredit təşkilatına 105000 manat məbləğində pul şəklində külli miqdarda ziyan vurması dəqiq təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin 308.2-ci maddəsi ilə tövsif edilməsi hissəsində istintaqın mövqeyi ilə razılaşmır və iş materiallarında olan sübutlarla onun əməlində AR CM-nin 308.2-ci maddəsinin tərkibinin olmasının sübuta yetməməsi və əməlində CM-nin 314.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə yuxarıda göstərilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 308.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Onun əməli AR CM-nin 308.2-ci maddəsindən həmin Məcələnin 314.2-ci maddəsinə tövsif edilməlidir. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyəsəlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 308.2ci maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində səhlənkarlığa, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 314.2-ci maddsinə görə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakı zəruri əlamətləri özündə əks etdirir: - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması; - ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxan vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti və-zifələrinə «barmaqarası» baxması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi və s. başa düşülə bilər. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmək üçün vəzifəli şəxsin üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı və¬zifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Şərh edilən cinayət tərkibinin obyektiv cəhətinin daha bir zəruri əlaməti ictimai təhlükəli nəticənin - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasının mövcud olmasıdır. Burada nəzərdə tutulmuş mühüm zərərin məzmunu CM-in 308-ci maddəsindəki analoji anlayışın məzmunu ilə eynidir. Səhlənkarlıq subyektiv cəhətdən ehtiyatsızlıqla törədilir. Təqsirkar öz xidməti vəzifəsini yerinə yetirməməklə və ya lazımi qaydada yerinə yetirməməklə fiziki və ya hüquqi şəxslərin hüquq və qanuni mənafelərinə, dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticələri qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onlann qarşısını alacağını güman edir (cinayətkarcasına özünə güvənmə) və ya lazımi diqqət və ehtiyatlılıq göstərərək yuxarıda qeyd olu-nan nəticələrin baş verə biləcəyi imkanını qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunu görmür (cinayətkarcasına etinasızlıq). Cinayət Məcəlləsinin 314.2-ci maddəsində səhlənkarlığın ağırlaşdırıcı tərkib əlaməti - eyni əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması nəzərdə tutulmuşdur. Burada digər ağır nəticələr dedikdə, bir neçə şəxsin sağlamlığına zərər vurulması, dövlət və ya bələdiyyə idarə və müəssisəsinin işinin pozulması, külli miqdarda əmlak ziyanının vurulması və s. başa düşülə bilər. Beləliklə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs vəzifə öhdəliklərinə laqeyd münasibəti, eləcə də öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində, başqa sözlə onun işinə məhz səhlankar münasibəti nəticəsində Mahir Sultanov suiistifadə edərək bankın külli miqdarda əmlakını mənimsəməklə ziyan vurmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını mötəbər sübutlar deyil, əksinə ibtidai istintaq orqanının mülahizələri təşkil etmişdir. Məhkəmə yekunda qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Təqdim olunan sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, hazırda məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilib və o, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurulduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. AR CM-nin 68.2-ci maddəsinə əsasən “Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur.” Bundan başqa, məhkəmə mülki iddia məsələsini də müzakirə edərək mülki iddianın təmin olunması üçün aşağıdakılara əsasən əsaslar görmür. Belə ki, CPM-nin 179.1-179.3-cü maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. AR CPM-nin 181.1-ci maddəsində təsbit edilmişdir ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Qeyd olunan normaların mənasına görə, maddi tərkibli cinayətlərin törədilməsi nəticəsində zərər çəkmiş fiziki və ya hüquqi şəxsə maddi ziyanın vurulması barədə nəticə təqsirkara qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamda da əksini tapmalı, məhkəmə isə həmin ittihamdan kənara çıxmamaq şərti ilə, iş üzrə mülki iddia verildikdə, həmin iddianı ittihamda göstərilən həcmdə təmin etməlidir. Məhkəmənin bu qənaəti həmçinin CPM-nin 181.2-ci maddəsinin tələblərindən də irəli gəlir. Belə ki, həmin maddəyə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-nin 181.3-cü maddəsinin tələblərindən görünür ki, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 65, 74 və 75-ci bəndlərində məhkəmələr izah edilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354cü maddələrinin tələblərinə əməl etməlidirlər. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Cinayət işi toplanmış sübutlarla Təqsirləndirilən şəxs Mahir Sultanovla istər qabaqcadan əlbir olaraq, istərsə də başqa qismdə (köməkçi, təhrikçi və ya təşkilatçı qismində) 105.000 manat məbləğində pul vəsaitinin mənimsənilməsində iştirak etməsi, yaxud özünün bu məbləğin hər hansı hissəsini mənimsəməsi, digər tərəfdən isə onun törətdiyi əməllə əlaqədar CPM-nin 181.3-cü maddəsində sadalanan halların baş verməsi müəyyən edilməmişdir. Belə olan halda, Mahir Sultanov tərəfindən mənimsənilmiş qeyd olunan məbləğdə ziyanın Təqsirləndirilən şəxs tutulması üçün əsaslar müəyyən olunmur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mülki iddia rədd edilməldir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk, xx.xx.2020-ci il tarixli “117/KADP/000001512 saylı kredit müqavilələrinə əlavə Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialı Ödəniş qrafiki”, xx.xx.2020-ci il tarixli “G-ATKE2483268A117” saylı depozitin girov müqavilə, xx.xx.2020-ci il tarixli ““ATKE2483268A117”” nörməli kredit müqavilə, xx.xx.2020-ci il tarixli “Ərizə” cinayət işində saxlanılmalıdır. İş üzrə 132 (bir yüz otuz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk, xx.xx.2020-ci il tarixli “117/KADP/000001512 saylı kredit müqavilələrinə əlavə Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialı Ödəniş qrafiki”, xx.xx.2020-ci il tarixli “G-ATKE2483268A117” saylı depozitin girov müqavilə, xx.xx.2020-ci il tarixli ““ATKE2483268A117”” nörməli kredit müqavilə, xx.xx.2020-ci il tarixli “Ərizə” cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 105000 manat və dövlət rüsumunun əvəzi olaraq 395 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair mülki iddia rədd edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 160 saata görə 960 (doqquz yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar