Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-8/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 olan Zərərçəkmiş şəxs1 MMC-nin (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə satış təmsilçisi vəzifəsində işləyərkən və Bakı şəhəri, Xəzər rayonu ərazisində həmin vəzifələrini yerinə yetirərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talama məqsədilə, həmin şirkətlə bağlanmış 28 dekabr 2018-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlak üzərində müəyyən, yəni onları qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik məsul şəxs olmaqla, 24 oktyabr 2019-cu il tarixdən 03 fevral 2020-ci il tarixədək vahid qəsdlə davamlı olaraq Zərərçəkmiş şəxs1 MMC-nin xəzinəsinə köçürülməli olan, tam maddi məsuliyyətinə götürmüş olduğu 70 müştəridən ümumilikdə 23742,26 (iyirmi üç min yeddi yüz qırx iki manat iyirmi altı qəpik) manat pul vəsaitini alsa da cəmiyyətin xəzinəsinə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş Zərərçəkmiş şəxs1 MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs оьлу Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2017-ci ilin may ayından 2020-ci ilin fevral ayınadək "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyib. Ondan əvvəl 2005-2017-ci illər ərzində 13 il "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. "xxxx" MMC-də satış təmsilçisi kimi vəzifəsi şirkətin məhsullarını kiçik ölçülü ərzaq mağazalarına təklif etmək, mağazalardan sifarişlər almaq və sifariş əsasında çatdırılan məhsulların ödənişlərini yığaraq şirkətin kassasına mədaxil etməkdən ibarət olmuşdur. Satış təmsilçisi kimi əmək haqqı 500 manat olmuşdur. Lakin satışdan asılı olaraq hər ay əmək haqqına əlavə 1000-1200 manat maddi yardım hesablanmışdır. Ümumi olaraq işlədiyi müddətdə aylıq gəliri əmək haqqı və maddi yardımlarla birlikdə 1500-1700 manat olmuşdur. İşə qəbul olunarkən bir neçə ərzaq mağazaları təhvil-təslimlə digər satış təmsilçisindən ona verilsə də, işlədiyi müddətdə yeni açılan ərzaq mağazaları ilə tərəfindən müqavilələr bağlanılmış və sifarişlə şirkətin məhsulları həmin mağazalara verilmişdir. İşlədiyi müddətdə hər 3-4 aydan bir şirkətin təftiş şöbəsi tərəfindən məhsullar verilmiş və öhdəsində olan ərzaq mağazalarında təftiş aparılmış və bununla bağlı akt tərtib edilmişdir. 2019-cu ilin oktyabr ayında da eyni qayda olaraq mağazalarda təftiş aparılmış və 126 manat fərq olması barədə akt tərtib edilmişdir. Həmin məbləğ aylıq əmək haqqından cərimə kimi tutulmuşdur. Daha sonra 2020-ci ilin fevral ayında yenidən tərəfindən sifarişlə ərzaq məhsulları paylanılan mağazalarda təftiş aparılmış və bu dəfə 23,742 manat fərq yaranması barədə akt tərtib edilmişdir. O, şirkət rəhbərliyinə ərazilərin bölünməsi, daha sonra yenidən birləşdirilməsi, məhsulların birləşdirilməsi, müddəti keçmiş məhsulların anbara qaytarılmasında yaranan çətinliklər və s. səbəblərdən həmin fərqin yarandığını və möhlət verildiyi təqdirdə hissə-hissə həmin məbləği şirkətin kassasına ödəyəcəyi barədə izahat vermişdir. Lakin şirkət rəhbərliyi tərəfindən ona hər hansı möhlət verilməmiş və yoxlamadan sonra əmək müqaviləsinə xitam verilmişdir. Şirkət rəhbərliyi tərəfindən müstəqil audit yoxlamasında iştirak etməsi barədə məktub alsa da, həmin dövrdə xüsusi karantin rejimi olduğundan audit yoxlamasında iştirak edə bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, mağaza sahibləri ilə danışıb həmin mağazalara lazım olan malların siyahısını tərtib etmiş və həmin siyahını şirkət tərəfindən ona həvalə edilmiş elektron planşet vasitəsilə şirkətin elektron sisteminə yükləmişdir. Daha sonra "xxxx" MMC-nin sürücüləri həmin malları mağazalara təhvil vermişdirlər. Satışdan əldə olunan pulları isə mağaza sahibləri ona vermişdilər, o isə məbləği şirkətin xəzinəsinə ödəmişdir. Bəzi hallarda isə müştərilər çatdırılma zamanı məhsulların bir qisminin ödənişini etmişdirlər. O, Cəmiyyətin anbarından hər hansı malı şəxsən götürməmiş və heç bir sənədə imza etməmişdir. Ona şirkət tərəfindən elektron planşet verilmişdir. Həmin planşetdə istifadəçi kodu vasitəsilə daxil olaraq sistemdə adı olan ərzaq mağazasını seçib lazım olan məhsulların siyahısını daxil etmişdir. Ərzaq mağazalarının adları müqavilə bağlandıqdan sonra həmin sistemə daxil edilmişdir. Sifariş qəbul edildikdən sonra sürücülər məhsulları anbardan götürərək mağazalara aparır və mağazaya təhvil verilərkən sənədlərə imza edirdilər. O isə mağazalarla əlaqə saxlayıb satılmış malların pullarını toplayaraq şirkətin xəzinəsinə ödəmişdir. Satışdan əldə olunan pulu xəzinəyə təhvil vermişdir. Müştərilər ödəniş edərkən müştərilərə tərəfindən 3 nüsxədən ibarət qəbz yazmışdır. Həmin qəbzin birini müştəriyə, birini isə ödənişlə birlikdə kassaya təhvil verir, 3cü nüsxəni isə özündə saxlayır. Həmin məbləğ qəbzlə birlikdə xəzinənin qeydiyyat dəftərində qeydiyyata alınır və iki nüsxədə kassa mədaxil orderi verilir. Həmin mədaxil orderlərinin biri onda, digəri isə xəzinədə qalır. O, işə qəbul olunan zaman şirkətlə aralarında əmək müqaviləsi və tam maddi məsuliyyət daşıma haqqında müqavilə bağlanmışdır. Lakin müqavilədə 500 manat əmək haqqı almağı göstərilsə də, o, faktiki olaraq 500 manat əmək haqqı və əlavə 1000-1200 manat arası maddi yardım almışdır. Maddi yardım satışdan asılı olaraq dəyişmişdir. Onun şirkətə hər hansı məbləğdə borcu yoxdur, 2019-cu ilin noyabr ayında da təftiş aparılmış və 126 manat fərq yaranmışdır ki, həmin məbləğ əmək haqqından tutulmuşdur. 3 ay ərzində, yəni 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək 23,742.26 manat fərqin yaranması mümkünsüzdür. Həmin məbləğdə fərqin yaranma səbəbini şirkət rəhbərliyinə yazdığı izahatda qeyd etmişdir. Həmin məbləğdə fərq mağazalar tərəfindən istifadə müddəti keçmiş məhsulların vaxtında qaytarılmadığına görə, şirkət tərəfindən məhsulların geri götürülmədiyinə görə və məhsulların məbləğlərinin qalıq kimi onun öhdəliyinə yazılmasına görə, tez-tez ərazi dəyişikliyinə görə, məhsulların satış təmsilçiləri arasında bölünməsinə görə, sonra da yenidən birləşdirilməsinə görə, bu zaman borcların birləşdirilməsinin nəticəsinə görə və bu kimi sair səbəblərdən yaranmışdır. Şirkət tərəfindən keçirilmiş üzləşmələrdə və təftişdə iştirak etmiş və imza etmişdir. Şirkət rəhbərliyinə yazdığı izahatda da, hazırda da həmin məbləğlərin tərəfindən mənimsənilmədiyini və hansı səbəbdən yarandığını göstərmiş, bu səbəbə görə möhlət verildiyi təqdirdə həmin məbləği hissə-hissə əmək haqqından ödəyəcəyini bildirmiş, lakin işdən kənarlaşdırıldığına görə həmin məbləği ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyan məbləğinin 25% miqdarında ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 93-dür. MMC xx.xx.2007-ci ildən dövlət qeydiyyatına alınmışdır. MMC-nin anbarı və kassası ünvan 4 ünvanındadır və ticarət nümayəndələrinin sifarişi ilə ticarət obyektlərinə gedən mallar həmin anbardan çıxır. Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı olan X2r. Cəmiyyət Azərbaycan Respublikası ərazisində müxtəlif çeşidli qida və qeyri-qida mallarının satışını həyata keçirir. MMC-nin məhsullarının satışı ilə satış təmsilçiləri məşğul olur. Cəmiyyətin rəhbərliyi tərəfindən işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri bağlanır. Satış təmsilçiləri maddi məsul şəxslər olduğuna görə onlarla əmək müqavilələri bağlanarkən, eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilə də bağlanır. Eyni zamanda satış təmsilçilərinin vəzifə təlimatlarında sifarişlər üzrə satış nöqtələrinə paylanılmış malların pullarını satış nöqtəsindən yığıb maliyyə departamentinin kassasına ləngimədən mədaxil etmək, geri qaytarılan malların şəxsi addan çıxarılmasına nəzarət etmək satış təmsilçilərinin birbaşa vəzifə kimi üzərlərinə qoyulmuşdur. Ona görə də, satış təmsilçiləri satış üçün götürdükləri məhsullar üzrə tam maddi məsul cavabdeh şəxs olurlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1ndə satış təmsilçisi işləmişdir. Təqsirləndirilən şəxsla heç bir qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdır. Belə ki, Ayaz xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs1 MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs elə həmin tarixdə əmr ilə satış təmsilçisi vəzifəsinə təyin olunmuş, Zərərçəkmiş şəxs1 MMC ilə Təqsirləndirilən şəxs arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs “Satış təmsilçisinin vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi siyahıya uyğun olaraq, Zərərçəkmiş şəxs1 MMC ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2018-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmışdır. Həmin müqavilədə və Zərərçəkmiş şəxs1 MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinin 1-ci hissəsinin “a, b və v” bəndlərində tərəflərin qarşılıqlı maddi məsuliyyəti müəyyən edilmişdir. Şirkət rəhbərinin xx.xx.2020-ci il tarixli 57/k nömrəli əmri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Zərərçəkmiş şəxs1ndə satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs öhdəliyində olmuş qida məhsullarının satış pullarında kəskin azalmalar müşahidə olunduğu üçün Zərərçəkmiş şəxs1n təftiş şöbəsinin mütəxəssisi Şahid6 iştirakı ilə Cəmiyyətin həmin dövrdə satış təmsilçisi işləyən maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəliyində olan müştəri borc qalıqlarının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üzrə hesabatı aparılmış, həmin dövrdə 70 müştəriyə 64716.74 manat məbləğində mallar verilmiş, 887.70 manat məbləğində borc birləşdirilmiş, müştərilərdən 60438.38 manat ödəniş edilmiş, 4954.13 manat geri qaytarma (vozvrat) olmuşdur. Nəticədə xx.xx.2020-ci il tarixə 70 müştəridə 32047.66 manat cəmiyyətin mühasibat uçotu üzrə qalığı olmuşdur. Müştəri tərəfindən təsdiq olunan borc isə 8305.4 manat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 70 müştəridən ümumilikdə 23742.26 manat məbləğində nağd pul alınsa da xəzinəyə təhvil verilməyərək Cəmiyyətin dövriyyəsindən gizlədilmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktorunun adına 14 fevral 2020-ci il tarixdə izahat yazaraq öhdəsində yaranmış əskik gəlməni etiraf etmiş, öhdəsindəki pul çatışmazlığının məbləğini 23740,04 (iyirmi üç min qırx) manat kimi qeyd etmiş, pulun ödənişi üçün vaxt verilməsini xahiş etmişdir. MMC rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs müəyyən müddətdə vaxt verilmiş, lakin sonuncu qeyd olunan müdətdə heç bir ödəniş etməmişdir. Əskikgəlmənin dəqiq məbləğini müəyyənləşdirmək üçün müstəqil auditor dəvət olunmuş, auditor hesabatı ilə təftiş mütəxəssisinin rəyi üst-üstə düşmüş, Təqsirləndirilən şəxs 23742,26 manat məbləğində pulu xəzinəyə ödəmədiyi təsdiqlənmişdir. Təqsirləndirilən şəxs müştərilərlə təhvil-təslim zamanı həmin prosesdə tam iştirak etmiş, heç bir qərəzliyə yol verilməmişdir. Təqsirləndirilən şəxs öhdəsində olan 23742,26 manat çatışmazlıq Ayazın ticarət obyektlərindən yığdığı pulların MMC-nin xəzinəsinə ödəməməsindən yaranmışdır. Həmin pulları Ayaz satış təmsilçisi işlədiyi müddətdə hissə-hissə dükanlardan yığıb mənimsədiyinə görə sonrakı mərhələdə sonuncunun öz iştirakı ilə dükanlarda yerində araşdırma aparmaqla üzləşmə keçirilərkən, söylədiyi məbləğdə borc pullar dükanlardan aşkar olunmamışdır. Bununla da, yuxarıda qeyd etdiyi prosedura uyğun olaraq Ayazın öhdəliyində yaranmış çatışmazlıq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Cəmiyyətlə bağladığı əmək müqaviləsinin şərtlərini pozduğuna və Cəmiyyətə maddi ziyan vurduğuna görə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən o, işdən azad edilmişdir. Sərbəst audit yoxlamasında isə Təqsirləndirilən şəxs iştirakının təmin edilməsi məqsədi ilə sonuncuya məlumat verilsə də, lakin Təqsirləndirilən şəxs sərbəst audit yoxlamasında ümumiyyətlə iştirak etməmişdir. Buna baxmayaraq, Cəmiyyətə dəvət olunmuş sərbəst auditor, mühasibatlıq sənədlərinə əsasən, Təqsirləndirilən şəxs öhdəliyində 23742,26 manat çatışmazlıq olduğunu aşkar etmişdir. Audit yoxlamasından sonra Təqsirləndirilən şəxs Cəmiyyətin rəhbərliyinin və müvafiq əməkdaşlarının dəfələrlə xəbərdarlıqlarına baxmayaraq Təqsirləndirilən şəxs həmin çatışmazlığı ödəməkdən yayınmışdır. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasında məqsəd sonuncunun satışı təşkil etdiyi müştərilər üzrə yaranmış gecikən borclar olmuşdur. Həmin müştərilərin əvvəlki tarixlərdə ödənişlərinin davamlı olması, lakin sonradan yaranmış gecikmə tempi şübhə doğurduğundan Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması zərurətini yaratmış, nəticədə həmin şübhələr yoxlama zamanı öz təsdiqini tapmış və 23742,26 manat məbləğində əskiklik olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli qərardan aydın olur ki, "xxxx" MM-nin hüquqşünası Nümayəndə1 cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Prokurorluğunun müstəntiqi İlham Zülfüqarlı tərəfindən Azərbaycan Respublikasının CMnin 179.2.3 və 179.2.4-cü maddəlləri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Zərərçəkmiş hüquq şəxs Delta Group CO MMC-nin hüquq varisi olan X5 LTD MMCnin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə edilmiş, onlara dəymiş ziyan tam ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 24000 nömrəli qəbzindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə dəymiş ziyanın 25%-i ilə bağlı 5942 manat ödəniş olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş hüquq şəxsin nümayəndəsinin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddəsi ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.2.3 və 179.2.4-cü maddəllərinə əsasən mənimsəmə və ya israf etmə, yəni şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda o, cinayət nəticəsində vurulmuş cəmi 23742.26 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 5942 manat dövlət büdcəsinə ödəniş etmiş və barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 179.2.3, 179.2.4-cü maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-8/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-8/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver