Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-80/2020 28.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Ağdam rayonu, Ağsu kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi il xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK 1, stadionun həyətində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evin qapısının üzərində olan asma kilidi üzərində olan dəmirkəsən mişarla kəsmək yolu ilə qanunsuz daxil olub oradan 01 ədəd 400 manat dəyərində Rusiya istehsalı olan qırmızı qaşlı üzüyü, 01 ədəd 300 manat dəyərində briliant qaşlı buynuz şəkilli qızıl üzüyü, 01 ədəd 60 manat dəyərində gümüş kişi üzüyünü, hər biri 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində olan 03 ədəd qadın gümüş üzüklərini, 01 ədəd 70 manat dəyərində sepşəkilli üzərindəki klonla birlikdə gümüş boyunbağını, 01 ədəd 400 manat dəyərində sarı rəngli sep şəkilli boyunbağını, 280 manat dəyərində 01 cüt qızıl sırğanı, 01 ədəd 1580 manat dəyərində qadın qızıl saat qolbağını, 800 manat dəyərində olan 02 ədəd enli sadə formalı qızıl bilərzikləri, ümumilikdə 340 manat nəğd pulu və 30 manat dəyərində “Qurani- Kərim” kitabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4410 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2019-cu il tarixdə təxminən saat 11:00 radələrində evdə olmadıqları vaxt Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsində yerləşən evə pəncərənin metal barmaqlıqlarını qırıb qanunsuz daxil olaraq yataq otağındakı dolabda olan paltarların arasından Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qiyməti 2800 manat olan 583 əyarlı komplekt yolka formalı tros sep və yolka formalı qolbaq dəstini, bir ədəd qiyməti 240 manat olan 583 əyarlı uşaq üçün qolbağı, bir ədəd qiyməti 980 manat olan 583 əyarlı gəlin üçün briliant qaşlı nişan üzüyünü, bir ədəd qiyməti 800 manat olan 583 əyarlı kişi üçün nişan üzüyünü, bir ədəd qiyməti 980 manat olan 583 əyarlı briliant qaşlı qadın üzüyünü, qiyməti 320 manat olan 583 əyarlı svetafor sırğa dəstini, bir ədəd qiyməti 400 manat olan 583 əyarlı kişi üzüyünü, bir ədəd qiyməti 320 manat olan 583 əyarlı qadın üzüyünü və bir ədəd qiyməti 240 manat olan 583 əyarlı qadın üzüyünü, ümumilikdə 7080 manat məbləğdə, xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2019-cu il tarixdə o, özünə kirayə ev axtaran zaman Binəqədi rayonu, DSK 1 saylı ünvanda yerləşən stadionun həyətində yerləşən evlərdən kirayə maraqlanmışdır. Qeyd olunan ünvanda özünə kirayə ev tapa bilməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:00 radələrində piyada olaraq Binəqədi rayonu, DSK 1 saylı ünvanda yerləşən stadionun həyətindəki həyət evlərindən birinə yaxınlaşmışdır. Evin həyət qapısı məftillə bağlandığı üçün əli ilə məftili açıb evin həyətinə daxil olmuş, daha sonra isə bir qədər irəliləyib evin giriş qapısının üzərində olan qıfılı cibində olan dəmirkəsən aləti çıxarıb qarmaq olan hissəsini kəsib evə daxil olmuşdur. Evdə olan zaman qonaq otağında masanın üzərində qara rəngli pul kisəsi və onun üzərində 300 manat nəğd pulu görüb onları götürmüşdür. Daha sonra pul kisəsini açmışdır. Lakin içərisində pul olmamışdır. Digər otağa daxil olub orada yerləşən paltar dolabında qızıl-zinət əşyalarının olmasını güman edib dolabdakı rəfləri axtarmağa başlamışdır. Paltarların arxa tərəfində gümüşü rəngli orta ölçülü bir mücrü aşkar etmiş və həmin vaxt mücrünün içərisinə baxarkən müxtəlif qızıl- zinət əşyaları, 40 manat pul və Quran kitabı olduğunu görmüş, dərhal həmin mücrünü evdə olan sellofan torbanın içərisinə yerləşdirib evdən çölə çıxmış və oradan uzaqlaşmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə o, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən parkda mücrünün içərisində olan qızıl-zinət əşyalarını və pulu götürüb mücrünü orada olan zibil qutularının birinə tullamış və daha sonra isə Moskva univermağına getmişdir. Orada olarkən tanışı Seymurla rastlaşmış, söhbət əsnasında ona rayonda yaşadığını, uşağı xəstə olduğu üçün onu həkimə gətirdiyini, lakin dərman almağa pul lazım olduğundan evinin qızıl-zinyət əşyalarını satmaq fikrində olduğunu bildirmişdir. Seymur isə ona qardaşı ilə birlikdə işlədiyini və qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu demişdir. Bundan sonra onlar birlikdə Moskva univermağında işləyən Seymurun qardaşının yanına getmişlər. Seymur Nahidi qardaşı Ceyhuna təqdim etmiş və pula ehtiyacı olduğu üçün özünə məxsus olan bir sıra qızıl-zinət əşyalarını satmaq istədiyini qardaşı Ceyhuna demişdir. Bundan sonra o, cibindən 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq və 01 ədəd qızıl üzüyü çıxarmış və bunun müqabilində Ceyhun Nahidə ümumilikdə 1240 manat pul vermişdir, daha sonra isə o, pulu götürüb çıxıb getmişdir. Bundan sonra o, qalan qızıl-zinət əşyalarını isə digər qızıl-zinət alqı-satqı məntəqəsinə təqdim edərək Məmmədəli adlı şəxsə satmışdır. Əldə etmiş olduğu pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurluğu maddi ehtiyacı olduğu üçün etmiş, etdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Bildirmişdir ki, o, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edərkən onu heç bir kənar şəxs görməmiş, ətrafda heç kəs olmadığına əmin olandan sonra oğurluq etmişdir. Bildirmişdir ki, o, qızıl-zinət əşyalarını satarkən onu alan şəxslərə oğurluq olduğunu bildirməmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluğu tək etmiş, ondan başqa bu barədə heç kəsin heç bir məlumatı və iştirakı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus evdən də oğurluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış sahəsində yerləşən evə pəncərənin metal barmaqlıqlarını qırıb evə daxil olaraq yataq otaqlarındakı dolabda olan paltarların arasından içərisində boyunbağı, qolbaq, sırğa və üzüklər olan qızıl-zinət əşyaları oğurlamışdır. Qeyd etmişdir ki, həmin qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin yerdən uzaqlaşmış və hazırda xatırlamadığı yerdə tanımadığı şəxsə ümumilikdə 900 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin qızıl-zinət əşyalarını alan şəxsə də qızıl-zinət əşyalarının özünə məxsus olduğunu və şəxsi ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ailəsilə birlikdə ünvan 1 “B”, mənzil 28 ünvanında yaşayır. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 10:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən özəl klinikaya getmək məqsədi ilə evdən çıxaraq evin və həyətin qapılarını bağlamış, evdə heç kəs qalmamışdır. Həmin gün təxminən saat 12:30 radələrində yaşadıqları evə geri qayıdaraq həyətin giriş qapısını açaraq həyətə daxil olmuşdur. Görmüşdür ki, həyətin hasarına söykənmiş taxta aşılı vəziyyətdədir. Hava küləkli olmadığından həyətə kiminsə daxil olmağından şübhələnmişdir. Bundan sonra evin qapısını açaraq evə daxil olmuş və mətbəxə getmişdir. Görmüşdür ki, mətbəxin pəncərəsinin qarşısında olan gül yerində olsa da, gülün qabının içərisində olan torpaq yerə tökülmüşdür. Həmin pəncərəyə diqqətlə baxmış və görmüşdür ki, dəmir barmaqlıq yuxarı hissədən sındırılmışdır. Bundan sonra tam əmin olmuşdur ki, yaşadığı evə naməlum şəxs və ya şəxslər oğurluq etməyə girmişlər. Bundan sonra otaqlara göz gəzdirmiş və görmüşdür ki, naməlum şəxs evin bütün yataq otaqlarına girmiş və hər üç yataq otağından oğurluq etmişdir. Belə ki, yataq otağının ikisində dolabda olan paltarların arasındakı dəmir qutunun içərisində saxladıqları qızıl-zinət əşyalarını, birində isə dolabda olan paltarların arasında saxladıqları qızıl-zinət əşyalarını oğurlamışlar. Lakin konkret olaraq hansı yataq otağından hansı qızıl-zinət əşyalarının götürülməsini dəqiq bilməmişdir. Buna baxmayaraq oğurlanmış qızıl-zinət əşyalarını tam olaraq qeyd edərək bildirmişdir ki, hadisə nəticəsində ona məxsus olan bir ədəd qiyməti 2800 manat olan 583 əyarlı komplekt yolka formalı tros sep və yolka formalı qolbaq dəsti, bir ədəd qiyməti 240 manat olan 583 əyarlı uşaq üçün qolbaq, bir ədəd qiyməti 980 manat olan 583 əyarlı gəlin üçün briliant qaşlı nişan üzüyü, bir ədəd qiyməti 800 manat olan 583 əyarlı kişi üçün nişan üzüyü, bir ədəd qiyməti 980 manat olan 583 əyarlı briliant qaşlı qadın üzüyü, qiyməti 320 manat olan 583 əyarlı svetafor sırğa dəsti, bir ədəd qiyməti 400 manat olan 583 əyarlı kişi üzüyü, bir ədəd qiyməti 320 manat olan 583 əyarlı qadın üzüyü və bir ədəd qiyməti 240 manat olan 583 əyarlı qadın üzüyü oğurlanmış və ona ümumilikdə 7080 manat maddi ziyan dəymişdir. Bundan başqa pəncərəsinin dəmir barmaqlığının sındırılması nəticəsində ona 50 manat zərər dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir. Hadisə baş verən gün, yəni xx.xx.2019-cu il tarixdə evdə olan zaman qeyd olunan tarixdə saat 16:00 radələrində yaxınlıqda yaşayan və xəstə olan qonşusuna baş çəkməyə qərar vermişdir. Bu məqsədlə o, qonşusugilə yollanmışdır. Evdən çıxarkən evin qapısını qıfıl ilə bağlamış, evin bayır qapısını isə məftillə bağlayıb qonşuya getmişdir. Təxminən 5 dəqiqə keçdikdən sonra yoldaşı Şahid1 də gəlib çıxmışdır. Təxminən bir saat qonşugildə oturduqdan sonra evə geri qayıtmışlar. Evə qayıdan zaman evin bayır qapısının üzərində olan məftilin yerində olmadığını görmüşdür. İlk öncə düşünmüşdür ki, yoldaşı ondan irəlidə gələrək içəri daxil olan zaman məftili açıb həyətə keçmişdir. Evin həyətindən içəri keçən zaman isə görmüşdür ki, giriş qapının üzərində olan qıfıl kəsilib yerə atılmışdır. Evə daxil olan zaman qonaq otağında masanın üzərində olan pul kisəsinin açıq halda olduğunu görmüş və pul kisəsinin içərisinə baxarkən orada olan 300 manat nəğd pulunu yerində aşkar etməmişdir. Daha sonra isə yoldaşı Şahid1 evə gəlmiş və ona hadisəni bildirmişdir. Bir qədər sonra o, evin yataq otağına daxil olmuş və burada olan paltar dolabının qapısının açıq halda olduğunu görmüşdür. Dolabda olan paltarların arxa tərəfində gizlətmiş olduğu gümüşü rəngli orta ölçülü mücrünün orada olmadığını aşkar etmişdir, hansı ki mücrünün içərisində Rusiya istehsalı olan üzərində qırmızı qaşlı və briliant qaşlı buynuzşəkilli 02 ədəd qızıl üzüklər, 01 ədəd gümüş kişi və 03 ədəd qadın gümüş üzük olmaqla 04 ədəd gümüş üzük, 01 ədəd sepşəkilli üzərində klonla birlikdə gümüş boyunbağı, 01 ədəd sarı rəngli sepşəkilli boyunbağı, 01 cüt qızıl sırğa, 01 ədəd qadın qızıl saat qolbağı, 02 ədəd enli sadə formalı qızıl bilərziklər, bununla yanaşı ümumilikdə 40 manat nəğd pul və Quran kitabı olmuşdur. Nəticədə o, anlamışdır ki oğurluq hadisəsi baş vermişdir, bu barədə DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Yaşadığı evdən Rusiya istehsalı olan 400 manat dəyərində bir ədəd qırmızı qaşlı qızıl üzüyü, bir ədəd 300 manat dəyərində briliant qaşlı buynuzşəkilli qızıl üzüyü, bir ədəd 60 manat dəyərində olan gümüş kişi üzüyü, hər biri 50 manat olmaqla ümumilikdə 150 manat olan üç ədəd qadın üçün gümüş üzükləri, 70 manat dəyərində olan bir ədəd sepşəkilli gümüş boyunbağını üzərindəki klonla birlikdə, bir ədəd 400 manat dəyərində olan sarı rəngli sepşəkilli boyunbağını, 280 manat dəyərində olan bir cüt qızıl sırğanı, 1580 manat dəyərində olan bir ədəd qadın üçün qızıl saat qolbağını, ümumilikdə 800 manat olmaqla iki ədəd enli sadə formalı qızıl bilərzikləri, 340 manat nəğd pulu və 30 manat dəyərində Quran kitabını oğurlanmış və hadisə nəticəsində ona təxminən 4410 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, qonşusugilə həyat yoldaşının yanına getmişdir. Təxminən bir saat qonşugildə oturduqdan sonra evə geri qayıtmışlar. Həyat yoldaşı evə qayıdan zaman evin bayır qapısının üzərində olan məftilin yerində olmadığını görmüşdür. Evin həyətindən içəri keçən zaman isə, giriş qapının üzərində olan qıfıl kəsilib yerə atıldığını görmüşdür. Evə daxil olan zaman qonaq otağında masanın üzərində olan pul kisəsinin açıq halda olduğunu görmüş və pul kisəsinin içərisinə baxarkən orada olan 300 manat nəğd pulunu yerində aşkar etməmişdir. Daha sonra isə o, evə gəlmiş və həyat yoldaşı ona hadisəni bildirmişdir. Bir qədər sonra həyat yoldaşı evin yataq otağına daxil olmuş və burada olan paltar dolabının qapısının açıq halda olduğunu görmüşdür. Dolabda olan paltarların arxa tərəfində gizlətmiş olduğu gümüşü rəngli orta ölçülü mücrünün orada olmadığını aşkar etmişdir, hansı ki mücrünün içərisində Rusiya istehsalı olan üzərində qırmızı qaşlı və briliant qaşlı buynuzşəkilli 02 ədəd qızıl üzüklər, 01 ədəd gümüş kişi və 03 ədəd qadın gümüş üzük olmaqla 04 ədəd gümüş üzük, 01 ədəd sepşəkilli üzərində klonla birlikdə gümüş boyunbağı, 01 ədəd sarı rəngli sepşəkilli boyunbağı, 01 cüt qızıl sırğa, 01 ədəd qadın qızıl saat qolbağı, 02 ədəd enli sadə formalı qızıl bilərziklər, bununla yanaşı ümumilikdə 40 manat nəğd pul və Quran kitabı olmuşdur. Nəticədə o, anlamışdır ki oğurluq hadisəsi baş vermişdir, bu barədə DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Moskva univermağı” adlanan yerdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. İşlədiyi müddətdə müxtəlif markalı və müxtəlif əyar, çəkidə olan qızıl-zinət əşyalarının alış və satışı ilə məşğul olmuşdur. İş fəaliyyəti əsasən saat 09:00 radələrindən saat 19:00 radələrinədək davam edir. Təxminən xx xxxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində işdə olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqları bildirərək onu Binəqədi RPİ-nin 5-ci polis bölməsinə dəvət etmişlər. Qeyd olunan polis bölməsində olan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satmış olduğu qızıl-zinət əşyaları oğurluq yolu ilə əldə olunaraq ona satılmışdır. Belə ki, o, həmin qızıl-zinət əşyalarını alarkən onların oğurluq olması ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını ona satarkən həmin əşyalartın özünə məxsus olduğunu bildirmiş, o, da Nahidə inanıb qızıl-zinət əşyalarını ondan almışdır. Təqsirləndirilən şəxs aldığı qızılzinət əşyalarını müxtəlif şəxslərə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, ailəlidir və hal-hazırda qardaşı Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Moskva Univermağı" adlanan yerdə qızıl-zinyət əşyalarının alqı-satqısı və təmiri işi ilə məşğul olur. Onunla birlikdə isə qızıl-zinyət əşyaları ilə bağlı işlərin görülməsində dayısı oğlu olan Ceyhun yaxından köməklik göstərir. xx xxxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində işdə olan zaman dayısı oğlu Seymur adını sonradan bildiyi Nahidlə birlikdə alqısatqı məntəqəsinə yaxınlaşıb yanındakı tanışını təqdim edərək uşağı xəstə olduğu üçün pula ehtiyacı olduğunu bildirmişdir, daha sonra isə cibindən 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq və 01 ədəd qızıl üzüyü çıxarıb satmaq istədiyini demişdir. O, da təqdim olunan qızıl-zinət əşyalarının sazlığını və keyfiyyətini yoxlamaq işini yanında köməkçi işləyən dayısı oğlu Ceyhuna həvalə edib siqaret çəkmək məqsədilə məntəqədən bayıra çıxmışdır. Təxminən bir neçə dəqiqə keçdikdən sonra Ceyhun həmin qızıl-zinət əşyalarının keyfiyyətli olduğunu bildirmiş və o, da ümumilikdə qızıl-zinət əşyalarının müqabilində Nahidə 1240 manat pul vermişdir. Almış olduğu qızıl-zinət əşyalarını isə işlədiyi məkanda lom qiymətinə satmışdır. Sonradan isə işdə olan zaman ona Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları zəng vuraraq Seymurun tanışı olan Nahidin ona satmış olduğu qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə olunduğunu bildirmişlər. Nahid qızıl-zinət əşyalarının özünə məxsus olduğunu və uşağı xəstəlikdən əziyyət çəkdiyi üçün pula ehtiyacı olduğundan satmaq niyyətində olduğunu bildirmişdir. Qızıl-zinət əşyalarını alarkən Nahidi dayısı oğlu Seymur tanışı kimi təqdim etdiyi üçün ondan heç bir sənəd almamışlar. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid2 Baxşeiş oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 Baxşeiş oğlunun təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, ailəlidir və iki azyaşlı övladı vardır. Hal-hazırda qardaşı Ceyhunun işlədiyi Nəsimi rayonu, “Moskva Univermağı” adlanan yerdə qızıl-zinyət əşyalarının təmiri işi ilə məşğul olur. 2016-cı ilin iyun ayının 19-unda Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində Azərbayan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə bağlı hökm çıxarılmışdır. Cəzasını isə Xəzər rayonunda yerləşən 17 saylı CÇM-də çəkmişdir. 2018-ci ilin dekabr ayında azadlığa çıxmış və həmin tarixdən qardaşının işlədiyi dükan olan Nəsimi rayonu, “Moskva Univermağı” adlanan yerdə qızıl-zinyət əşyalarının təmiri işi ilə məşğul olmağa başlamışdır. Cəzaçəkmə müəssisəsində Nahid adlı şəxslə tanış olmuş, Nahid adlı şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq bircə dəfə görüşmüşdür, azadlığa çıxdıqdan sonra heç bir əlaqəsi olmamışdır. O, işə gün ərzində hər gün səhər saat 09:00-da evdən çıxaraq gedir, axşam saat 20:00 radələrində işdən çıxıb evinə yollanırdı. Hadisə ilə bağlı bildirmişdir ki, təxminən bir həftə bundan əvvəl yəni 2019-cu ilin oktyabr ayının 3-4 arası olan müddətdə Nahidi işlədiyi yerin qarşısında görmüş və Nahidə yaxınlaşıb görüşmüşdür, nə səbəbə burada olmasını maraqlanmışdır. Nahid isə ona rayonda yaşadığını, uşağı xəstə olduğu üçün onu həkimə gətirdiyini, lakin dərman almağa pul lazım olduğundan evinin qızıl-zinyət əşyalarını satmaq fikrində olduğunu bildirmişdir. O, isə Nahidə köməklik etmək məqsədilə sonuncuya bu barədə qardaşı ilə birlikdə işlədiyini və onun qızılzinyət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu demişdir. Nahid isə onun bu təklifi ilə razılaşmış və onlar birlikdə qızıl qəbuletmə məntəqəsinə yollanmışdır. Burada olan zaman o, Nahidi qardaşı Ceyhuna təqdim etmiş və pula ehtiyacı olduğu üçün özünə məxsus olan bir sıra qızıl-zinyət əşyalarını satmaq istədiyini qardaşı Ceyhuna demişdir. Nəticədə isə Nahid cibindən 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq və 01 ədəd qızıl üzüyü çıxardı və bunun müqabilində qardaşı Nahidə ümumilikdə 1240 manat pul vermişdir, daha sonra isə Nahid pulu götürüb çıxıb getmişdir. O, işdə olan zaman Binəqədi RPİ-nin 5ci PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib qeyd olunan polis bölməsinə dəvət etmişdirlər və burada olan zaman ona aydın olmuşdur ki Nahidin satmış olduğu qızıl-zinyət əşyaları oğurluqdur. O, ifadəsində qeyd olunan tarixdə Təqsirləndirilən şəxsla görüşmədiyini və hadisə zamanı onunla birlikdə olmadığını bildirmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid4 Baxşeiş oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 Baxşeiş oğlunun təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, ailəlidir və iki azyaşlı övladı var, hal-hazırda bibisi oğlu Hüseynin işlədiyi Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən “Moskva Univermağı” adlanan yerdə qızıl-zinət əşyalarının alqı-satqısı və təmiri işlərində köməklik göstərir. Hadisə ilə bağlı bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində işdə olan zaman bibisi oğlu Hüseyn ona zəng vuraraq mal gəldiyini və ona baxmaq istədiyini, yoxlamağını bildirmişdir. O, bu zaman Hüseynin yanında qardaşı Seymur və adını sonradan bildiyi Nahidi görmüşdür. Həmin vaxt qardaşı Seymurun tanışı olan Nahid bildirmişdir ki, uşağı xəstə olduğu üçün pula ehtiyacı vardır, daha sonra isə cibindən 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq və 01 ədəd qızıl üzüyü çıxarıb satmaq istədiyini demişdir. Hüseyn ondan təqdim olunan qızıl-zinət əşyalarının sazlığını və keyfiyyətini yoxlamağını istəmiş və özü isə siqaret çəkmək məqsədilə məntəqədən bayıra çıxmışdır. O, da həmin qızıl-zinət əşyalarının keyfiyyətini yoxlamış və Hüseynə həmin qızılzinət əşyalarının keyfiyyətli olduğunu bildirmişdir. Hüseyn nəticədə ümumilikdə qızıl-zinət əşyalarının müqabilində Nahid kimi admı bildiyi şəxsə 1240 manat pul vermişdir. Alınmış qızıl-zinət əşyalarını isə Hüseyn işlədiyi məkanda lom qiymətinə satmışdır. Sonradan isə evdə olan zaman ona Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları zəng vuraraq Seymurun tanışı olan Nahidin ona satmış olduğu qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə olunduğu bildirmişlər. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Nahid qızıl-zinət əşyalarının özünə məxsus olduğunu və uşağı xəstəlikdən əziyyət çəkdiyi üçün pula ehtiyacı olduğundan satmaq niyyətində olduğunu bildirmişdir. O, ümumilikdə 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq və 01 ədəd qızıl üzük satmışdır. Qızıl-zinət əşyalarını alarkən Nahidi dayısı oğlu Seymur tanışı kimi təqdim etdiyi üçün ondan heç bir sənəd almamışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29050 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş 1 və 2 “a”, “b” saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta barmağının dırnaq falanqasından, 2”a” və “b” saylı daktilolentin səthindəki əl-barmaq izləri isə onun sol əlinin çeçələ barmağının dırnaq falanqasından toxunma nəticəsində qalmışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29668 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 2,3 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi İamyılov Hahid (qərarda Nahid) Nazim oğlunun sol əlinin adsız barmağından qalmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Ağdam rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması hökm edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, evli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama eyni əməllər, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 388,27 (üç yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 388,27 (üç yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-80/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-80/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver