Məhkəmə qərarları › İş №1(003)-80/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-80/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-80/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində 500 kv.m torpaq sahəsini Sahib Salmanova məxsus olduğu kimi təqdim edərək aylıq 300 manat ödəməklə 8500 manat müqabilində satacaqları barədə yalan vəd verib aldadaraq, 2020-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək olan müddət ərzində özünün işlədiyi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “Yağmur” marketdə hissə-hissə ümumilikdə 7500 manat məbləğində nəğd pul və 1000 manat dəyərində 1 ədəd dolab və 1 ədəd çarpayıdan ibarət yataq mebel dəstini alaraq vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 ilə qabaqcadan əldir olan bir qrup şəxs halında 08 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 Füzuli oğluna Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində 250 kv.metr torpaq sahəsini Sahib Salmanova məxsus olduğu kimi təqdim edərək aylıq 300 manat ödəməklə 4700 manat müqabilində satacaqları barədə yalan vəd verib həmin tarixdən 2020-ci ilin iyul ayınadək olan müddət ərzində özünün işlədiyi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “Yağmur” marketdə hissə-hissə ümumilikdə 4700 manat məbləğində nəğd pul alaraq vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldatmamışdır. Onlar tanıdığı şəxslər vasitəsi ilə torpaq almaq üçün ona müraciət etmişlər, o, da öz növbəsində onları Sahib adlı şəxslə tanış etmişdir. Torpaq sahələri Sahibə məxsus olmuş, Sahib zərərçəkmiş şəxsləri özü aparıb, torpaq sahələrini göstərmiş və zərərçəkmiş şəxslərə etibarnamə vermişdir. Torpaq sahələrinin pulunun hissə-hissə ödənilməsi ilə bağlı isə Sahib zərərçəkmiş şəxslərlə razılığa gəlmişdir. Zərərçəkmiş şəxslər Sahibə ödəniləsi pulları onun işlədiyi “Yağmur” marketə gətirərək ona verirdilər. Yəni, o, arada olan vasitəçi olmuşdur. Ona verilən pulları o, öz növbəsində Sahibə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, mağazada işləyən zaman Zərərçəkmiş şəxs1 onun yanında olmuş, bu zaman Sahib adlı şəxslə tanış olmuşlar. Sahib Zərərçəkmiş şəxs1 onun xətrinə torpaq alması üçün kömək edəcəyini bildirmişdir. O, sadəcə bir qəsəbə də yaşadıqlarından Zərərçəkmiş şəxs1 köməklik etmək istəmişdir. Onun bacısı Sahibdən torpaq sahəsi almamışdır. Tahirlə baxılan torpaq sahəsi bacısının almaq istədiyi torpaq sahəsi ilə ayrı-ayrı yerlərdədirlər. Zərərçəkmiş şəxslər ödənişləri gətirib onun işlədiyi “Yağmur” marketdə ona verirdilər. Zərərçəkmiş şəxs1 hər ay müxtəlif məbləğlərdə olmaqla ödənişlər etmişdir. Hər iki epizod üzrə özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs1 maddi ziyandan 5800 manat ödəmişdir. Zərərçəkmiş şəxs2 aid hissədə məhkəmə qətnaməsi çıxarılmış və onun aylıq maaşından tutularaq puldan ödənişlər edilir. Həmin mebellər onun evinə yerləşdirilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Füzuli oğlu bildirdi ki, 2020-ci ilin əvvəllərində Bakı şəhərində daimi yaşayıb işləmək üçün ucuz torpaq sahəsi axtararkən Təqsirləndirilən şəxs Binə qəsəbəsində ucuz torpaq sahəsi satmasını eşidib sonuncunun işlədiyi Binə qəsəbəsindəki “Yağmur” marketə gəlmiş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Binə qəsəbəsində dörd yol adlanan ərazidə özünə məxsus olan torpaq sahəsindən hər sotunu 2000 manat olmaqla torpaq sahəsi təklif etmişdir. O, da razılaşıb 2,5 sot torpaq sahəsi almaq üçün 2020-ci ilin fevral ayında Binə qəsəbəsi, “Yağmur” marketdə 2000 manat ilkin ödənişi Təqsirləndirilən şəxs anası Zülfurə, bibisi oğlu Talehin, əmisi qızı Gülnarənin yanında ödəmiş, 100 manat da həmin vaxt sənədləşmə üçün Təqsirləndirilən şəxs ondan almış, qalan pulu da hissəhissə 1 ilə ödəmək barədə razılaşmışlar. Beləliklə o, 6 ay ərzində Təqsirləndirilən şəxs 4700 manat pulu sonuncunun işlədiyi “Yağmur” marketdə vermiş, sonda isə Sevilin sənədləşməklə bağlı göndərdiyi X3 300 manat pulu “Yağmur” marketdə Sevilin yanında vermişdir. Sonradan ona notariusda Sahib Salmanovun adından torpaq sahəsi ilə bağlı 12.02.2020-ci il tarixli etibarnaməni Təqsirləndirilən şəxs işlədiyi “Yağmur” marketdə vermişdir. Lakin, sonradan Sahib Salmanov vəfat etmiş və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu və digər Şəki rayonundan olan Sevil Abdurəhamanova adlı qadını da aldadıb, ona da, özünə məxsus olmayan torpaq sahəsini aldadaraq özünün olmasını bildirməklə satmışdır. Ona görə də, Təqsirləndirilən şəxs 5000 manat pulunu almaq məqsədi ilə Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmiş, lakin, araşdırma aparan təhqiqatçı Cavid Ağayev qanunsuz olaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Sonradan Təqsirləndirilən şəxs pulunu tələb etmək üçün onun evinin qarşısına gələrkən Zərərçəkmiş şəxs1 da orada görmüş bu zaman Təqsirləndirilən şəxs onlara ondan şikayətlərini geri çəkmələrini xahiş edərək öz evini satıb onların pulunu qaytaracağını vəd etmişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs Sahib Salmanovun ölməsini fürsət bilərək bütün dələduzluq əməllərini onun boynuna yıxmağa cəhd edərək məsuliyyətdən yayınmağa başlamışdır. Ona görə də o, Təqsirləndirilən şəxs 4700 manat pul tələbi ilə Xəzər rayon məhkəməsinə mülki iddia vermiş məhkəmə tərəfindən həmin iddia təmin olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, 2018-ci ildən etibarən oğlu X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq YYM-də yaşayır. X12 qəsəbəsində kirayə yaşayır və atçılıqla məşğul olur. O, Binə qəsəbəsinə gəldikdən sonra orada “Yağmur” marketdə işləyən Təqsirləndirilən şəxs tanımış və həmişə onun marketindən alış-veriş etmişdir. Təxminən 2020-ci ilin əvvəllərində o, Sevilə bildirmişdir ki, iki oğlu üçün torpaq sahəsi alıb ev tikdirmək istəyir. Sevil də həmin vaxt ona guya bacısı yaxın vaxtlarda Atçılıq qəsəbəsində 5 sot torpaq sahəsini Sahib adlı şəxsdən aldığını, lakin hal-hazırda orada yaşamaq istəmədiyini bildirərək həmin torpağı ona 1 sotunu 1700 manata təklif etmişdir. O, da bu barədə oğlu Tahirə və Turala, gəlini Aygünə, digər gəlini Telliyə bildirib məsləhətləşərək torpağı almaq qərarına gəlmişlər. 2500 manat pulu 2020-ci ilin yanvar ayının 6-da saat 11 radələrində oğlu Tahir Abdurahmanov əvvəldən topladığı pulu gəlini Şahid2 ilə birlikdə Sevilin “Yağmur” marketinə aparıb ilkin ödəniş olaraq ona 2300 manat pul vermişdir. Həmin gün axşam o, torpağa baxmaq məqsədi ilə Sevillə marketdə görüşmüş bu zaman Sevilin oraya Sahib kimi təqdim etdiyi bir nəfər şəxs də gəlmiş və Sevil torpağın sahibi Sahib olduğunu bildirmişdir. Sonra onlar birlikdə Binə qəsəbəsi Atçılıq yaşayış massivinə getmişlər, orada Təqsirləndirilən şəxs 5 sot, 40 metr uzunluğu-12,5 metr isə eni olan torpaq sahəsini ona göstərərək torpaq sahəsinin şəraitsiz olduğu üçün bacısının həmin yeri bəyənmədiyini, bu səbəbdən satmağı ona tapşırmasını demişdir. O, da həmin torpaq sahəsini bəyənmiş və torpağın pulunu hər ay 300 manat olmaqla Təqsirləndirilən şəxs hissə-hissə ödəmək barədə razılaşmışlar. Hətta bundan sonra Sevilin həmin torpağın əsl sahibi kimi təqdim etdiyi Sahib Salmanov 06.11.2020-ci il tarixdə torpaq sahəsinə dair onun oğlu Tahir Abdurahmanova etibarnamə vermiş və torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədləri təqdim etmişdir. Həmin vaxt Sevil özünü vasitəçi kimi təqdim etməmiş, əksinə bacısının torpaq sahəsi olmasını bildirib, verdiyi pulları özünə götürmüşdür. Belə ki, həmin 5 sot torpaq sahəsinə görə ümumilikdə 8500 manat pul ödəməli olmuşdur, 2300 manat ilkin ödənişdən sonra, 1000 manatlıq Tahir aldığı mebeli Sevilin “Yağmur” marketinin qarşısına gətirmiş və Sevilin deməsinə əsasən mebeli Sahibin Binə qəsəbəsi, Atçılıq yaşayış massivi kanalın yaxınlığında olan evinə aparıb vermişlər. Daha sonra o, hissə-hissə Sevilə işlədiyi mağazada 7500 manat pulu ödəmiş, hətta müəyyən gecikmə olanda Sevil onu sıxdığı üçün o, "xxxx" ASC-yə aid maaş kartını Sevilə vermişdir ki, torpaq sahəsinə görə borcunu oradan çıxsın. Bir müddət sonra o, torpaq sahəsini müvəqqəti hasarla əhatələməyə başlamış, bu zaman həmin daşların dağıdılmasını görmüşdür. Bu barədə Sevilə narazılığını bildirdikdə o bu problemi həll edəcəyini yalnışlıq olmasını demişdir. Sonradan həmin torpaq sahəsində başqa şəxsin daş boşaldıb hasar tikməsinə şahid olduqda o, Sevilin “Yağmur” marketinə gedib artıq narahatçılığını bildirmiş, bu zaman o, Sahib Salmanovun oğlunu yolda görmüş və ondan da Sahibi soruşduqda oğlu atasının öldüyünü demişdir. O, daha sonra “Yağmur” marketə girib Sevilə bildirmişdir ki, “bu nə oyundur başıma açırsan”, ona kimin torpağını satmasını sonuncudan soruşmuşdur. Sevil də demişdir ki, sabah gedək Sahibi götürək dəqiq yeri göstərsin. O, da demişdir ki, Sahib ölüb, bu zaman Sevil həyacana düşmüşdür, bundan sonra onu Sevilin aldadaraq 8500 manat pulunu ələ keçirməsini başa düşmüş, Xəzər rayon Polis İdarəsinin 2-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 5800 manat ödənilmiş, təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanın tam ödənilməsini tələb edir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, 2019-cu il tarixdə Respublika çempionu olmuş və əlində bir az pulu olmuşdur. Anası ona zəng etmişdir ki, ucuz qiymətə torpaq tapmış, torpağı tapdığı xanım yaxşı və etibarlı xanımdır. Həmin vaxt o, xanımı tanımamışdır. Ona zəng edərək torpağı almaq üçün sabah pulu gətirməsini demişdir. O, səhəri günü 2300 manat pulu anası, o və Aygün adlı gəlinləri ilə birlikdə gətirib Sevil xanıma vermişlər. O, anasına inanıb pulu Sevilə vermişdir. Anası isə Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs ilə anası qonşu olmuşlar. O, özü isə həmin vaxtı Masazır qəsəbəsində kirayə qalmışdır. Sonra işlərində problemlər olmuş və o, Binə qəsəbəsinə köçüb orada yaşamağa başlamışdır. O, anasına torpağı göstərməsini demiş, anası, Sevilə zəng etmişdir, Sevil isə Sahibə zəng edərək torpaq sahəsini göstərməsini demişdir. Sahib gələrək onu torpaq sahəsinə aparıb göstərmiş və onu notariusa aparmış, orada ona etibarnamə vermişdir. O, həmin zaman Sahibdən etibarnamənin sənəd olmadığını, “sən sabah ölsən torpağı mənim adıma kimin rəsmiləşdirəcəyini” belə soruşmuşdur, həmin zaman Sahib ona “sən narahat olma, pulunu ödə qurtar mən torpağı sənin adına rəsmiləşdirəcəm, hələ mənim ölməyimə çox var” demişdir. Bir müddət sonra anası ona zəng edərək Sahibin öldüyünü və özünün isə polis bölməsində olduğunu bildirmişdir. Anası Sahibin ölməsi ilə bağlı oğullarına heç bir şey demədən polisə zəng edərək şikayət etmişdir. Hətta o, öz evinin 3000 manatlıq mebelini 1000 manat əvəzinə Masazır qəsəbəsindən Təqsirləndirilən şəxs işlədiyi “Yağmur” marketin qarşısına gətirmişdir, Sevil ona Sahibin ünvanını izah edərək oraya aparmasını bildirmişdir. O, böyük qardaşı ilə birlikdə həmin mebeli apararaq Sahibin evinə boşaltmışdır. Anasının maaş kartı da Sevilin özündə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 qızı bildirdi ki, qayınanası Sevil Zərərçəkmiş şəxs1 Həsənova ilə yaxınlıq etmişdir. Onlarda və qaynı Tahirdə biraz pul olmuşdur. Qayınanası ucuz torpağın olduğunu onlara bildirmiş və almaq istədiyini demişdir. Sevil demişdir ki, bacısının torpağı var və bacısı həmin torpağı bəyənmir, istəyirsinizsə həmin torpağı siz alın. O və qaynı Tahir Sevilin yanına getmişlər, Sevil Sahib adlı şəxsi onlarla tanış etmişdir. Onlar Sahib ilə birlikdə torpaq sahəsini rəsmiləşdirmək üçün notariusa getmişlər. Sənədləşmə işləri bitdikdən sonra onlar əllərində olan pulu sayaraq Təqsirləndirilən şəxs vermişlər. Ondan sonra o, evə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 16 il olar ki, o, Binə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. X3 onun doğma atasıdır, 03.03.2021ci ildə ürək çatışmamazlığından, yəni, infarktdan yaşadığı evdə vəfat etmişdir. Atası Sahibin evi onun yaşadığı evdən 2 kilometr uzaqlıqda yerləşir. Zərərçəkmiş şəxs1 Xəzər RPİ-nin 2-ci polis şöbəsinə X10 və qonşusu Təqsirləndirilən şəxs barədə yazmış olduğu şikayət ərizəsinin məzmunu ilə tanış olmuş, lakin bu barədə onun tam ətraflı məlumatı olmamışdır. X10 Binə qəsəbəsində torpaq alqı-satqısı ilə fərdi qaydada məşğul olmuşdur, ancaq vasitəçi olmamışdır. Atası Sahib özünə məxsus “Opel” markalı dövlət nömrəsini xatırlamadığı avtomobillə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Atası vəfat etdikdən sonra həmin avtomobili anası Səkinə öz müalicəsinə pul lazım olduğundan satmışdır. Atası qonşu Təqsirləndirilən şəxs vasitəsi ilə kiməsə Binə qəsəbəsində 2020-ci ilin əvvəllərində torpaq sahəsi satmasını və hissə-hissə Təqsirləndirilən şəxs vasitəsi ilə kredit şəklində pul almasını təxminən eşitmişdir, lakin neçə sot torpağı kimə satmasını bilmir. Atasının öz şəxsi mülkiyyətində Binə-Atçılıq massivində torpaq sahəsi olmamış, o adətən kiminsə torpaq sahəsini satmışdır və öz gəlirini həmin satışdan götürmüşdür. O, Zərərçəkmiş şəxs1 adlı yaşlı qadını ilk dəfə X10 vəfat edən gün görmüşdür. Belə ki, 03.03.2021-ci il tarixdə həmin yaşlı Sevil adlı qadın onu Binə-Atçılıq massivində məhlədə görərkən ondan atası Sahibi soruşmuş, o, da atasının bu gün vəfat etdiyini və təcili yardımı qarşılamağa getdiyini dedikdə, həmin qadın atasının ünvanına nalayiq təhqir və qarğışlar yağdırmışdır. O, isə daha ona baş qoşmayıb oradan uzaqlaşmışdır. 2020-ci ilin əvvəllərində o, atası Sahibgilə axşam radələrində gəldikdə evə mebel gətirilməsini görmüşdür. Kimdən almasını həmin vaxt maraqlandıqda atası Təqsirləndirilən şəxs bacısının torpaq sahəsini satdığını və pul əvəzində həmin mebeli aldıqlarını, atasına çatan pulun əvəzində Təqsirləndirilən şəxs həmin mebeli ona göndərtdiyini bildirmişdir. O, mərhum atasınn torpaq alqı-satqısı ilə bağlı işlərinə heç vaxt qarışmamışdır, həmin alqısatqıdan heç bir məbləğdə pul əldə etməmişdir və Zərərçəkmiş şəxs1 hansı şərtlə kimin torpaq sahəsini satmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, onun bacısı Binə qəsəbəsi Atçılıq Yaşayış massivində yaşayır. O, da mütamadi olaraq ora gedib gəlmişdir, hətta orada da yaşamışdır. Zərərçəkmiş şəxs1 bacısına anası kimi olmuşdur. Sahib adlı şəxs isə bacısının işlədiyi mağazaya gəlib gedən adam olmuşdur. Onun bacısıgildə yaşadığı müddətdə, bacısının işlədiyi mağaza da olan zaman Zərərçəkmiş şəxs1 pulu az verdiyinə görə Sahibin narazılıqlarının, Zərərçəkmiş şəxs1 maaş kartının bacısında olmasının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, onlar Binə qəsəbəsində Atçılıq Yaşayış massivinə köçəndən sonra anası mağazada işləməyə başlamışdır, Zərərçəkmiş şəxs1 da mağazaya gəlib getməsindən tanımışdır. Anası tanıdığı insanla tez səmimi olduğundan Zərərçəkmiş şəxs1 anası kimi görmüşdür. Onlar Zərərçəkmiş şəxs1 ilə çox yaxın olmuşlar. Sahib adlı şəxslə də anası mağazadan tanış olmuşdur. Sahib mağazaya gələn zaman 2-3 dəfə kreditlə torpaq satdığını bildirmişdir. Bir dəfə də deyən zaman Zərərçəkmiş şəxs1 mağazada olmuş və eşitmişdir. Sonradan Sahib Zərərçəkmiş şəxs1 kreditlə torpaq satmışdır. Zərərçəkmiş şəxs1 hər dəfə pulu az vermişdir, bu səbəbdən də narazılıqlar olmuşdur. Zərərçəkmiş şəxs1 bundan sonra torpağın pulunu anasına verəcəyini demiş və həmin pulu onun Sahibə verməsini demişdir. O, dəfələrlə mağazada olan zaman Zərərçəkmiş şəxs1 ilə Sahib arasında mübahisələrin olmasını görmüşdür. Zərərçəkmiş şəxs1 maaş kartı da onun anasında olmuşdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 Füzuli oğluna göndərilmiş watsapp yazışmalarının surətindən görünür ki, (Təqsirləndirilən şəxs qeyd edir) “Salam. Fuad sənə bibinin yaxşı təklifi var, tanış ev satır burda. İstəyirsən düz-qoş edək alaq sənə. 4700 manat verəcəyəm ona. 10000 manatı da ata düzəltsin. 15000 manat qalır, danışaq onu da sən 300 manat aylıq verərəsən. Bax mən bu işdə sənə zamin dururam. Həm də evin olar. Mən sənə kömək etmək istəyirəm balam. Bax fikirləş. Sənin xətrinə onu edərəm. İçində yaşa anangildə gəsin, bu şans ələ düşməz, fikirləş de mənə. ” İş materiallarına əlavə olunmuş 01 noyabr 2021-ci il tarixli maddi ziyanın ödənilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 54 ədəd 100 manatlıq əskinazlardan ibarət 5400 manat məbləğində pul vəsaiti nağd olaraq Zərərçəkmiş şəxs1 verilməklə ödənilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 istintaq orqanına ünvanladığı 01 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, Xəzər RPİ İŞ-də istintaq edilən ********* saylı cinayət işi üzrə ona ona dəymiş 8500 manat maddi ziyandan 5400 manat məbləğində hissəsi Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(003)-2800/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 4700 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs2 Füzuli oğluna ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 05.11.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1978-ci ildə İsmayıllı rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 Füzuli oğlunun məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan məhkəmə qətnaməsi əsasında ödənilir, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini, digər zərərçəkmiş şəxs S.Abdurəhmanovaya isə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar